Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-8/2024 25.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərər çəkmiş şəxsin Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili (mülki iddiaçının) Nümayəndə nümayəndəsi: Müdafiəçilər: Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və (mülki cavabdehlər) Təqsirləndirilən şəxs2 iştirakları ilə xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2yan, məhkumluğu olmayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.2.1-ci maddələri ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN: xxxxxxx), subay, ali təhsilli, işləməyən, Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsi, ev 36, mənzil 11-də qeydiyyatda olan, məhkumluğu olmayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 06 aprel 2022-ci il tarixdə, saat 12:30 radələrində ictimai yer hesab edilən ünvan 3 ünvandakı avtobus dayanacağında olan zaman həmin yerdə qoyulmuş ödəmə terminalı vasitəsilə əməliyyat həyata keçirən Zərərçəkmiş şəxs yaxınlaşıb sonuncuya terminal ilə apardığı əməliyyatın tezləşdirməsinin bildirməsinə görə aralarında yaranmış sözlü mübahisə zamanı Zərərçəkmiş şəxs onunla kobud danışmasını cüzi səbəb kimi bəhanə gətirib heç bir əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs barəsində nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edib sonuncuya zor tətbiq etmiş, Təqsirləndirilən şəxs1 xuliqanlıq niyyəti ilə onun sifət nahiyəsindən yumruq zərbəsi vuraraq ona burun tənəffüsünün pozulması, burun sümüyünün yerinidəyişən sınığı, burunun qançır-şişkinliyi ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs zor təbiq edib yumruq zərbəsi ilə sifət nahiyəsindən zərbə vuraraq ona sol gözaltı nahiyəsinin qançır-şişkinliyi kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək bir qrup şəxs halında qərəzli xuliqanlıq hərəkətləri etmişlər. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, “metadon proqramı”nda qeydiyyatda olduğu üçün mütəmadi olaraq X9 gedərək metadon suyu qəbul edir. xx.xx.2022-ci il tarixdə, saat 12:30 radələrində növbəti dəfə metadon içib evə qayıtmaq üçün ünvan 3 ünvanda yerləşən avtobus dayanacağına gəlmişdir. Avtobusa gediş haqqı ödəmək üçün “Bakı kart”ında vəsait olmadığından yolun qarşı tərəfində keçib ödəniş terminalından kartın balansına pul yükləmək istəmişdir. Bu zaman həmin terminalın qarşısında Zərərçəkmiş şəxs kartına 5 manat pul yükləyərək gözlədiyini görmüş, o da ona vəsaitin artıq yükləndiyini və özünün də avtobusa tələsdiyini deyib karta pul qoymaq üçün ona yol verilməsini xahiş etmişdir. Lakin, Elçin ona aqressiv cavab verərək onunla mübahisə etmiş, daha sonra onu terminal tərəfə itələyərək boyun və qarın nahiyələrindən zərbələr endirmişdir. O da zərbələrin qarşısını almaq üçün Elçini tutub saxlamağa çalışmış, sonra özünü pis hiss etdiyi üçün ondan uzaqlaşmaq istəmişdir. Bu zaman Elçin telefonla onun şəklini çəkmiş, o da ondan şəklini silməyi tələb edəndə Elçin əlini onun çiyninə qoyaraq “otur taksiyə gedək başqa yerdə söhbətimizə davam edək” deyərək ağ rəngdə taksi çağırmışdır. Daha sonra söyüşlə ondan maşına oturmasını tələb etmiş, o isə yolun digər tərəfində olan avtobus dayanacağı tərəfə keçmək istəyəndə, Elçin onun arxasınca gələrək ünvanına təkrar nalayiq ifadələr işlətmişdir. Həmin yerdə bir-biri ilə təkrar tutaşmış, Elçin onun başına vurduğu zərbədən sonra o ona yalnız bir yumruq zərbəsi endirmişdir. Bu zaman orada olan tanımadığı digər şəxslər onları ayırmağa çalışmışlar. O da həmin yerdən uzaqlaşmaq istəsə də, Elçin yenidən onun arxasınca gələrək onu tutmaq istəmiş, o da bunu görüb qaçmışdır. Sonradan Elçinin onları aralayan şəxslərlə mübahisə etdiyini görüb həmin yerə qayıtmış və yenə də aralarında mübahisə baş vermişdir. Hadisə zamanı özü bədən xəsarətləri alsa da, həmin günü tibbi müayinədən keçməmiş, yalnız bir neçə gündən sonra bunu etmişdir. Onun Təqsirləndirilən şəxs2la yaxın münasibəti olmamış, sadəcə olaraq onun da metadon suyu qəbul edən kimi tanımış və baş vermiş hadisə zamanı onunla heç bir əlbirliyi olmamışdır. Eyni zamanda qeyd edir ki, Zərərçəkmiş şəxslə barışıq əldə olunması üçün dəfələrlə təşəbbüs göstərməsinə baxmayaraq, sonuncu bunu qəbul etməyərək onu təhqir edərək narkoman olmasını və tutduracağını bildirir. İİV infeksiyasına yoluxub, ağ ciyərin səpələnmiş vərəmi xəstəsidir, İİ dərəcəli əlildir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, “Respublika Narkoloji Mərkəz”də X4nın iştirakçısıdır və gündəlik olaraq saat 10-11 radələrində 1 saylı X8 arxasında yerləşən məntəqədə metadon suyu qəbul edir. xx.xx.2022-ci il tarixdə, saat 12:30 radələrində metadon suyu qəbul etdiyi məntəqədən çıxaraq Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsi istiqamətində Mehman və metadon suyu içən digər şəxslərlə birlikdə hərəkət etmiş, bu zaman həmin ünvanda metadon içdiyi məntəqədən qiyabi olaraq tanıdığı Qüdrətin onlar tərəfə kömək edin deyərək qaçdığını görmüş, onun arxasınca isə adını sonradan bildiyi Zərərçəkmiş şəxs gələrək “onu tutun” deyə qışqırdığını eşitmişdir. Sonra avtobus dayanacağının qarşısındakı olan köşkün yanında Elçinlə Qüdrətin dartışdığını görüb onları ayırmağa çalışmışlar. Elçin nalayiq ifadələr işlətməyə başlayanda o da onu qorxutmaq üçün yalandan demişdir ki, guya polis çağırıb. Elçin də hərbiçi olduğunu deyib belə ifadələri işlətməkdə davam etmiş, o da onu sakitləşdirmək üçün onun boynundan tutmuş, eyni zamanda Qüdrətin oradan uzaqlaşması üçün şərait yaratmışlar. Bununla belə, Elçin Qüdrətin arxasınca gedərək mübahisəni davam etdirmiş, hətta onlarla da mübahisə etməyə başlamışdır. Qüdrət yenidən həmin yerə qayıdıb onları ayırmaq istəyərkən Elçin onunla tutaşmış, Qüdrət də əli ilə ona yumruq vurmuşdur. Hadisə yerinə toplaşan şəxslər də onları ayırmaq istəsələr də, Elçin Qüdrəti buraxmırdı. O, özü Elçinə qəsdən zərbə endirməmiş, heç onun buna fiziki cəhətdən gücü də çatmazdır. Ola bilsin ki, onları aralayan zaman bilməyərəkdən ona hansısa xəsarət yetirmişdir. Onun Qüdrətlə bir qrup şəxs halında əvvəlcədən hər-hansı razılaşması olmamış, təsadüfi olaraq hadisə yerinə gəlmiş, mübahisənin yaranma səbəbini də sonradan bilmişdir. Barışıq üçün göstərdiyi təşəbbüslərə baxmayaraq, Zərərçəkmiş şəxs onun yerinin cəzaçəkmə müəssisəsi olduğunu söyləyir. Onurğasında olan problemlə bağlı sərbəst hərəkət etməsində çətinlikləri var. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 06 aprel 2022-ci il tarixdə evdən çıxaraq Nəsimi rayonu ərazisində yerləşən banka getmiş, işlərini görüb qurtardıqdan sonra avtobusa minmək üçün ünvan 3 ünvanın qarşı tərəfində yerləşən avtobus dayanacağına yaxınlaşaraq orada olan terminaldan “Baku kart”ının balansına pul yükləmiş və bu proses heç 5 dəqiqə çəkməmişdir. Bu zaman onun arxasında olan bir nəfər şəxs, adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 yüksək səslə camaatın gözlədiyini deyərək bir qədər tez olmasını söyləmişdir. O da ona səbirli olmağı, kartına pul yükləndikdən sonra gedəcəyini demişdir. Bunu dedikdən sonra aralarında söz mübahisəsi yaranmış və nəticədə Qüdrət ona müraciət edərək “sən getmə qıraqda gözlə, biz səninlə taksiyə minib başqa yerdə söhbətimizi edərik” demişdir. O da kartına pul yükləndikdən sonra qırağa çəkilərək Qüdrəti gözləməyə başlamış, eyni zamanda onun şəkilini çəkmişdir. Qüdrət terminalın qarşısında olan zaman telefonu ilə kiməsə zəng edərək əsəbi şəkildə onunla olan mübahisəsini söylədiyini eşitmiş, lakin onun üzərinə digər şəxsləri çağırdığını bilməmişdir. Əks halda halda heç onun arxasınca getməzdi. Sadəcə olaraq düşünmüşdür ki, taksiyə minərək başqa yerdə aralarında olan söhbəti həll edəcəklər. Terminalda işini bitirdikdən sonra Qüdrət üzü yuxarı istiqamətdə qalxaraq ondan da onun dalınca gəlməsini istəmiş, o da buna əməl etmişdir. Yolboyu Qüdrət onun ünvanına nalayiq ifadələr işlətmiş, lakin o, ona cavab verməmişdir. Daha sonra onlar Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun və M.Mirqasımov küçələrinin kəsişməsini keçib yolun qırağındakı köşkün yanında taksi görərək dayanmış, Qüdrət də “burada gözlə gəlirəm” deyərək getmişdir. Daha sonra Qüdrət üç nəfər şəxslə gəlǝrǝk ona hücum çəkmişlər. İlk öncə Qüdrət onun yaxasından yapışaraq zərbə endirmiş, digər şəxslərdən də ağzında siqaret olan, adını sonradan bildiyi Təqsirləndirilən şəxs2 onun üz nahiyəsindən vurmuşdur. Daha sonra yaxınlıqda olan köşkdən bir nəfər gələrək onları aralamış, o da həmin yerdən getmək istəyərkən onun arxasınca 4 nəfər gələrək onun üzərinə hücum çəkib zərbələr endirməyə başlamışlar. Bundan sonra o, Qüdrətin dalınca qaçıb onu saxlamaq istəyən zaman, sonuncu onun üz nahiyəsindən bir dəfə sağ əli ilə zərbə endirmişdir. Daha sonra isə onunla birlikdə gələn şəxslərdən biri onu hadisə yerindən qaçırmağa çalışmış, o isə Qüdrəti tutub polisə təhvil vermək məqsədi ilə onun arxasınca qaçmışdır. Qüdrət və onunla gələn şəxslərdən 3-ü 1 saylı X8 içərisinə girmiş, sonra Qüdrətin hara getməsini görə bilməmişdir. Ümumiyyətlə ibtidai araşdırma düzgün aparılmamış, onu döyən digər şəxslər məsuliyyətə cəlb olunmamışlar. Eyni zamanda qeyd edir ki, hadisə nəticəsində aldığı xəsarətlərlə bağlı xeyli müalicə almış, burun əməliyyatı keçirmiş, hətta bununla əlaqədar Türkiyəyə də getmişdir. Ümumilikdə müalicəsinə 20.000 manat xərci çıxmışdır. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxslərdən şikayətçidir və onların həbs olunmasını istəyir. Verilmiş mülki iddiasının da təmin olunmasını xahiş edir. Məhkəmə istintaqında Şahid Baxşəli oğlu ifadəsində göstərdi ki, o, narkomaniyadan əziyyət çəkdiyi üçün Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi şəxsi X4 iştirakçısıdır və gündəlik olaraq saat 10-11 radələrində 1 saylı X8 arxasında yerləşən məntəqəyə gələrək metadon suyu qəbul edir. xx.xx.2022-ci il tarixdə, saat 12:30 radələrində metadon suyu qəbul etdiyi məntəqədən çıxaraq Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsi istiqamətində hərəkət edən zaman avtobus dayanacağında iki nəfər tanımadığı, sonradan adlarını bildiyi Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 mübahisə etdiyini görmüşdür. Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətdiyi üçün Təqsirləndirilən şəxs1 onun sifət nahiyəsindən yumruq zərbəsi vurduğunu görüb onları aralaşdırmışdır. Bundan sonra dönərxanada işləyən bir nəfər tanımadığı şəxs də gələrək Təqsirləndirilən şəxs1 sakitləşdirərək kənara çəkmiş, o isə Zərərçəkmiş şəxs əks tərəfə gətirmək istəsə də, sonuncu əhəmiyyət verməyərək onunla kobud rəftar edib yenidən Təqsirləndirilən şəxs1 üstünə getmişdir. Lakin, orada olan tanımadığı digər şəxslər onları tutaşmağa qoymayıb Təqsirləndirilən şəxs1 oradan uzaqlaşmasını məsləhət bilmişlər. Bu zaman Təqsirləndirilən şəxs1 oradan qaça-qaça X10 istiqamətinə getmiş, Zərərçəkmiş şəxs də onun ardınca qaçarkən onu avtobus dayanacağında olan şəxslərdən bir nəfər qolundan tutub saxlamaq istəmişdir. Ancaq o, heç kimin məsləhətinə məhəl qoymamış, bundan sonra onlar uşaq xəstəxanasının qarşısında yenidən tutaşaraq mübahisəyə davam etmişlər. Orada da onunla yanaşı bir neçə şəxs də onları sakitləşdirmayə çalışsalar da, Zərərçəkmiş şəxs heç kimə məhəl qoymayaraq əvvəl ünvansız nalayiq ifadələr işlətdikdən sonra Təqsirləndirilən şəxs1 və yanında onları ayırmağa çalışan tanımadığı şəxs yenə də ona yumruq zərbəsi endirmişdir. Bundan sonra orada olan təxminən 5-6 nəfər tanımadığı şəxsin köməyi ilə onları ayırmış və onlar ayrıayrı istiqamətlərə getmişlər. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): - “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokola əsasən cinayət hadisəsinin baş verdiyi yer ünvan 4 ünvandır (İ cild, i.v.12-13); - “CD diskə baxış keçirilməsi və götürülməsi barədə” xx.xx.2022-ci il tarixli protokolda qeyd olunur ki, hadisəni əks etdirən görüntülərə baxış zamanı xx.xx.2022-ci il tarixdə, saat 12:32 radələrində Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi ilə M.Mirqasımov küçəsinin kəsişməsində, S.Vurğun küçəsi, 112 saylı ünvan ilə üzbəüz istiqamətdə Zərərçəkmiş şəxs ilə tanımadığı 05 nəfər şəxs arasında yaranmış mübahisə zamanı həmin şəxslərdən bir neçəsi onu tutmuş, onlardan biri isə iki dəfə ona üz-sifət nahiyəsindən əli ilə zərbələr endirmiş, sonra zərbə endirən şəxs oradan qaçıb getmək istəyərkən Zərərçəkmiş şəxs onu tutub saxlamağa çalışsa da, həmin şəxslərdən biri onun qolundan tutaraq ona mane olmuşdur (İ cild, i.v.16-17, disk); - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X11 xx.xx.2022-ci il tarixli, 411 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – burun nahiyəsinin burun sümüyünün yerinidəyişən sınığı və burun tənəffüsün pozulması ilə müşayiət olunan qançır-şişkinliyi, sol gözaltı nahiyənin qançırşişkinliyi bərk küt əşyanın təsirindən xx.xx.2022-ci il tarixdə əmələ gəlmişlər və dərəcəsinə görə ümumilikdə sağlamlığa uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəni hissələrinin (əl, ayaq, və.s) təsirindən əmələ gələ bilmələri mümkündür və şəxsin özü tərəfindən yetirilə bilməsi az inandırıcıdır (İ cild, i.v.33-34); - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X11 xx.xx.2023-cü il tarixli, T 122/2023 saylı rəyinə görə Zərərçəkmiş şəxs burun tənəffüsünün pozulması, burun sümüyünün yerinidəyişən sınığı, burunun qançır-şişkinliyi ilə müşayiət olunan küt travması, sol gözaltı nahiyənin qançır-şişkinliyi olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən yetirilən zərbələr nəticəsində yarana bilərdilər, dərəcəsinə görə xəsarətlərdən burun tənəffüsünün pozulması, burun sümüyünün yerinidəyişən sınığı, burunun qançırşişkinliyi ilə müşayiət olunan küt travması sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, sol gözaltı nahiyənin qançır-şişkinliyi isə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir (İ cild, i.v.252-255); - 9982 saylı hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnaməyə görə leytenant Zərərçəkmiş şəxs komendant tağımının komandiri vəzifəsində xidmət edir, xidmət etdiyi müddət ərzində əvvəllər verilən intizam cəzalarından nəticə çıxararaq xidmətində dönüş yaratmışdır. Tənqidi çətin başa düşür. Şəxsi heyətlə münasibət qurmaqda çətinlik çəkir və çılğındır (İ cild, i.v.48); - “Baxış keçirilməsi barədə” 02 və 10 dekabr 2022-ci il tarixli protokollara əsasən Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi ilə Mirqasımov küçəsinin kəsişməsində yerləşən avtobus dayanacağında və yol kənarında olan obyektin video kameraları vasitəsilə qeydə alınmış görüntülərə baxış zamanı müəyyən olunur ki, Zərərçəkmiş şəxs oradakı şəxslərlə mübahisə aparır və yekunda həmin şəxslərdən Təqsirləndirilən şəxs1 sağ əli ilə Zərərçəkmiş şəxs üz nahiyəsindən bir dəfə zərbə endirir, ardınca isə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 aralayaraq kənara aparır, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs1 dalınca gedir, bir az keçdikdən sonra həmin şəxslər yaxalaşır, daha sonra isə Təqsirləndirilən şəxs1 ətrafda insanların çoxluğundan istifadə edib Zərərçəkmiş şəxs qaçır, sonucu isə Təqsirləndirilən şəxs1 dalınca qaçır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs onun dalınca gəlməsi üçün əl işarǝləri edir, E.Amanaliyev isə bir yerə qədər gələrək dayanır və bir müddət sonra Təqsirləndirilən şəxs1 arxasınca üç nəfər şəxs gələrək Zərərçəkmiş şəxs geyimindən yapışır. Onlardan qara gödəkcə, göy rəngdə cins materialdan olan şalvar və ağzında siqaret olan Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs iki dəfə sağ əli ilə üz nahiyəsindən zərbə endirir, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs sağ qulaq nahiyəsini möhkəm yapışaraq özünə tərəf dartır, həmçinin münaqişənin digər iştirakçıları Elçin Amanaliyevin geyimindən yapışaraq onu dartışdırırlar. Bir müddət sonra isə həmin şəxslər bir-birlərindən ayrılırlar. Həmin münaqişə zamanı bir nəfər şəxs (Təqsirləndirilən şəxs1 ilə birlikdə gəlməyən) münaqişə iştirakçılarını aralamağa çalışır (İ cild, i.v.129, 204); - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətindən əldə olunmuş çıxarışa əsasən Təqsirləndirilən şəxs1 qoyulmuş diaqnoz: İİV-infeksiyası İV kliniki mərhələ, ağ ciyərin səpələnmiş vərəmi, oral kandidoz və s. İİ dərəcəli əlildir (İ cild, i.v.285); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 X7 Şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “Ambulator kitabçadan (xəstəlik kartından) Çıxarış”a əsasən Təqsirləndirilən şəxs2 “fəqərələrin naməlum mənşənli spondili” diaqnozu qoyulmuşdur (İİ cild); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarla hadisənin görüntülərini əks etdirən bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild, i.v.289-300); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli arayışlarına əsasən Təqsirləndirilən şəxs1 əvvəllər Cinayət Məcəlləsinin 185.2.1, 185.2.2, 221.3 və 126.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 234.1-ci maddəsi ilə üş dəfə məhkum olunsalar da, hadisə baş verən vaxta onların ödənilməmiş məhkumluqları yoxdur (İ cild, i.v.68-70, 244-246); - 30 noyabr 2022-ci il tarixli tutma protokoluna əsasən Təqsirləndirilən şəxs1 həmin günü tutulmuş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən qəbul edilmiş 02 dekabr 2022-ci il tarixli qərarla imtina edilmiş və müstəntiqin qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.84, 133-139); - 08 dekabr 2022-ci il tarixli tutma protokoluna əsasən Təqsirləndirilən şəxs2 həmin günü tutulmuş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 dekabr 2022-ci il tarixli qərarı ilə təmin edilməmiş və müstəntiqin qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.172, 212-221); - Məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyi üçün Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz olunaraq onun axtarışı elan edilmiş, xx.xx.2024-cü il tarixdə o, tutularaq aidiyyəti üzrə təhvil verilmişdir (İİ cild); - Mülki iddia ərizəsinə əsasən Zərərçəkmiş şəxs ona vurulmuş 20.000 manat ziyanın və dövlət rüsumu kimi ödədiyi 150 manatın müştərək qaydada cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq ona ödənilməsini xahiş edir (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, xuliqanlıq cinayətinin əsas (sadə) tərkibi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd olunur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür (2-ci bənd). Verilmiş ittihamla bağlı Təqsirləndirilən şəxs1 özünü qismən, Təqsirləndirilən şəxs2 isə təqsirli bilməsə də, məhkəmə istintaqında tədqiq olunmuş təkzibedilməz dəlillərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 06 aprel 2022-ci il tarixdə, saat 12:30 radələrində ictimai yer hesab edilən ünvan 3 ünvandakı avtobus dayanacağında olan zaman həmin yerdə qoyulmuş ödəmə terminalı vasitəsilə əməliyyat həyata keçirən Zərərçəkmiş şəxs yaxınlaşıb sonuncuya terminal ilə apardığı əməliyyatın tezləşdirməsinin bildirməsinə görə aralarında yaranmış sözlü mübahisə zamanı Zərərçəkmiş şəxs onunla kobud danışmasını cüzi səbəb kimi bəhanə gətirib heç bir əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs barəsində nalayiq ifadələr işlətməklə ictimai qaydanın qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edib sonuncuya zor təbiq etmiş, Təqsirləndirilən şəxs1 xuliqanlıq niyyəti ilə onun sifət nahiyəsindən yumruq zərbəsi vuraraq ona burun tənəffüsünün pozulması, burun sümüyünün yerinidəyişən sınığı, burunun qançır-şişkinliyi ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuş, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs zor təbiq edib yumruq zərbəsi ilə sifət nahiyəsindən zərbə vuraraq ona sol gözaltı nahiyəsinin qançır-şişkinliyi kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək bir qrup şəxs halında qərəzli xuliqanlıq hərəkətləri etmişlər. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələrində, Təqsirləndirilən şəxs2 hərəkətlərində isə Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əmələ görə cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun yaranma səbəbi və törədilməsi hallarını, habelə cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətlərini, Təqsirləndirilən şəxs1 İİV-infeksiyası, ağ ciyərin səpələnmiş vərəmi və sair xəstəlikdən əziyyət çəkməklə əlil olmasını, Təqsirləndirilən şəxs2 isə onurğa sütununda olan problemə görə sərbəst hərəkəti üzrə səhhətində yaranmış vəziyyəti nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.2.1-ci maddələrinin, Təqsirləndirilən şəxs2 da həmin Məcəllənin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və təyin olunacaq az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə onun üzərində qəti cəza saxlanılmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Bu Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə tutulduğu 02 gün, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə tutulduğu 02 gün və həbsdə olduğu 14 gün müddət onlara təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddətlər cəzadan çıxılmaqla onlara qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onların cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunaraq o, dərhal məhkəmə zalından həbsdən azad olunmalı, həm bu qətimkan tədbiri, həm də Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdırlar. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə müvafiq olaraq ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs mülki iddia ərizəsində səhhətinə vurulmuş zərərlə bağlı xərcləmiş olduğu 20.000 manat məbləğində pulun mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq ona ödənilməsini xahiş etsə də, bu xərcləri təsdiq edən sənədləri təqdim etməmişdir. Halbuki, Mülki Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarının qeyd olunur ki, yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər (72-ci bənd). Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, mülki iddiaçı tərəfindən iddia tələbinin əsasını təşkil edən zəruri sübutlar məhkəməyə təqdim olunmadığından, həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddia baxılmamış saxlanılmalı, eyni zamanda Mülki Prosessual Məcəlləsinin 114.1-ci maddəsinin tələblərinə görə ödənilmiş 150 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 50 saat üçün nəzərdə tutulan 300 manat pul ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə, həmin Məcəllənin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, ev 07, mənzil 20-ni hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün və həbsdə olduğu 14 (on dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsi, ev 36, mənzil 11-i hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilərək o, dərhal məhkəmə zalından həbsdən azad edilsin və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs verdiyi mülki iddia baxılmamış saxlanılsın və ona həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 150 (yüz əlli) manat məbləğində pul ona geri qaytarılsın. Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 50 saat üçün nəzərdə tutulan 300 (üç yüz) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-8/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-8/2024
25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver