Məhkəmə qərarları › İş №1(006)-80/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-80/2023

24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-80/2023 24.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1984-cü ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsi, ev 65-də qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs 05 iyun 2022-ci il tarixdə, saat 22 radələrində qonşusu Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili ünvan 1 ünvanın həyətinin giriş hissəsində saxlaması səbəbindən sonuncu ilə aralarında baş vermiş mübahisə zamanı yumruq zərbəsi ilə qəsdən Zərərçəkmiş şəxs ağız nahiyəsindən vuraraq sonuncuya sağ ağız bucağının selikli qişasının cərrahi tikişə ehtiyacı olan cırılmış yarası, yuxarı çənənin soldan İ, sağdan İİ, sağdan İİİ dişlərinin travmatik laxlaması və həmin zərbənin təsirindən müvazinətini itirərək hasara dəyməsi nəticəsində sağ saidin və sağ mil-bilək oynağı nahiyəsinin arxa səthinin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı vəsatət verərək bildirdi ki, məhkəməyədək icraat zamanı ibtidai istintaq orqanı tərəfindən kobud prosessual pozuntulara yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.3.1-ci maddəsində böyük ictimai təhlükə törətməyən cinayətlərə dair işlər üzrə yalnız cinayət işinin başlanılmasından bir ay keçdikdən sonra cinayət təqibi üzrə icraatın dayandırılmasının mümkünlüyü, həmin Məcəllənin 277.6-cı maddəsində isə icraatı dayandırılmış cinayət işi üzrə istintaq hərəkətlərinin aparılmasına yol verilmədiyi göstərilməsinə baxmayaraq, 15 avqust 2022-ci il tarixdə Cinayət-Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən iş üzrə icraat dayandırıldıldıqdan sonra bir çox istintaq hərəkətləri aparılmış, o cümlədən 20 avqustda Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınaraq ifadəsi alınmış, həmin günü onunla şahid Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, 22 avqustda X1, 24 avqustda Şahid2, 25 avqustda X3 və 30 avqustda X4 şahid qismində dindirilmişlər. Göründüyü kimi müstəntiq tərəfindən cinayət işi üzrə aparılan istintaq zamanı Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsində nəzərdə tutulmuş kobud pozuntuya yol verilmiş, dayandırılmış cinayət işi üzrə istintaq hərəkətləri aparılmaqla Təqsirləndirilən şəxs müdafiə hüququ pozulmuşdur. Göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarının baxılmasına xitam verilməsini, onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, habelə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi X8 barəsində xüsusi qərarın çıxarılmasını xahiş etdi. Müdafiə tərəfi verilmiş vəsatətə etiraz etmədi. İş materiallarında olan: • “Cinayət işi başlanması və icraata qəbul edilməsi barədə” 11 avqust 2022-ci il tarixli qərarla Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi X8 tərəfindən fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmiş, cinayət işinə ********* nömrə verilmişdir (İ cild, i.v.01); • “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 15 avqust 2022-ci il tarixli qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd olunur ki, iş üzrə Zərərçəkmiş şəxs zərər çəkimiş şəxs qismində dindirilmiş, hadisə yerinə baxış keçirilmiş, lakin heç bir müsbət nəticə əldə edilməmiş, cinayəti törətmiş şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Sözügedən qərarın nəticə hissəsində cinayət işinin icraatı təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunanadək Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə müvafiq olaraq dayandırılması qərara alınmışdır (İ cild, i.v.63); • “Zərər çəkmiş şəxs qismində tanınma haqqında” 20 avqust 2022-ci il tarixli qərarla Zərərçəkmiş şəxs iş üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (İ cild, i.v.28); • “Zərər çəkmiş şəxs qismində dindirmə” və “Üzləşdirmə haqqında” protokollardan görünür ki, 20 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində dindirilmiş, eyni zamanda onunla Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmışdır (İ cild, i.v.35-40); • “Şahidin dindirmə” protokollarına əsasən 22 avqust 2022-ci il tarixdə X1, 24 avqust 2022-ci il tarixdə Şahid2, 25 avqust 2022-ci il tarixdə X3, 30 avqust 2022-ci il tarixdə X6 şahid qismində dindirilmişlər (İ cild, i.v.42-43, 45-46, 48-49, 51-52); • xx.xx.2022-ci il tarixli qərarla cinayət işi üzrə icraat təzələrək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ittiham elan olunmuşdur (İ cild, i.v.66, 78-79). Məhkəmə cinayət prosesi tərəflərini dinləyərək və cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, icraatı dayandırılmış cinayət işi üzrə istintaq hərəkətlərinin aparılmasına yol verilmədiyi halda, iş üzrə bir çox istintaq hərəkətləri aparıldığından və bu pozuntunun aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından, həmin pozuntu aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən: • Təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadıqda cinayət təqibi üzrə icraat dayandırıla bilər (53.1.1-ci maddə); • bu Məcəllənin 53.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda böyük ictimai təhlükə törətməyən cinayətlərə dair işlər üzrə cinayət işinin başlanılmasından 1 ay keçdikdə cinayət təqibi üzrə icraat dayandırıla bilər (53.3.1-ci maddə); • Cinayət işi üzrə icraat həmin Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiqin əsaslandırılmış qərarı ilə dayandırılır (277.1-ci maddə); • İcraatı dayandırılmış cinayət işi üzrə istintaq hərəkətlərinin aparılmasına yol verilmir (277.6-cı maddə). Göründüyü kimi, ilkin izahatlarla ictimai təhlükəli əməli törətməkdə şübhəli olan şəxsin məlum olmasına baxmayaraq, müstəntiq böyük ictimai təhlükə törətməyən cinayət işinin başlanılmasından 1 ay keçməmiş qanunsuz və əsassız olaraq 15 avqust 2022-ci il tarixli qərarla cinayət təqibi üzrə icraatı Cinayət-Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsi üzrə dayandırsa da, bundan sonra qanunvericiliyin tələblərinə zidd olaraq bir çox istintaq hərəkətlərini yerinə yetirib və icraat qaydalarını kobud pozuntularla apararaq mümkünlüyü yol verilməyən sübutlar əldə etmiş, nəticədə də təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3-cü maddəsi təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kobud qanun pozuntularına aid etmiş və belə pozuntulara yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasını nəzərdə tutur. Qeyd olunan Məcəllənin 299.1-cu maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Bu Məcəllənin 299.3.2-ci maddəsinə görə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə məsələyə baxılır. Habelə həmin Məcəllənin 300.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərardır (300.1.5-ci maddə). Eyni zamanda məhkəmə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar çıxarır. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.93-94). Məhkəmədə müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həmin qətimkan tədbirinin dəyişdirilməsinə və ya ləğvinə zərurət yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299-300, 303 və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar