Məhkəmə qərarları › İş №1(006)-82/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-82/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-82/2024 20.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 Zamin oğlunun Zərərçəkmiş şəxs2 Müdafiəçi: Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1995-ci il tarixdə İmişli rayonu, Boşçallar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, İmişli rayonu, Boşçalılar kəndində qeydiyyatda olan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Zərərçəkmiş şəxs1 Zamin oğluna məxsus əmlakı ələ keçirmə məqsədilə 04 sentyabr 2023-cü il tarixdə sonuncu ilə görüşüb saat 21 radələrində ünvan 1 ünvanda fəaliyyət göstərən “Ellips” adlı çay evinə gəlib istintaqa məlum olmayan başqa bir şəxslə birlikdə orada əyləşib söhbət edən zamanı Zərərçəkmiş şəxs1 ona olan 20 manat borcunun verməməsini bəhanə gətirməklə sonuncunun masanın üzərinə qoyduğu, 499 manat dəyərində “Xiaomi Redmi 12” markalı mobil telefonu onun iradəsinə zidd götürdükdən sonra həmin yerdən çıxıb başqa yerdə söhbəti davam etdirmək şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə onu ünvan 1 ünvanda yerləşən binanın ikinci mərtəbəsinə aparmış, orada Zərərçəkmiş şəxs1 əynində olan şalvarının arxa sağ cibindən pul kisəsi dartıb çıxarılaraq içərisində zərər çəkmiş şəxsin bacısı Zərərçəkmiş şəxs2 məxsus 700 manat məbləğində nağd pulu ələ keçirib açıq talamaqla hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs1 499 manat, Zərərçəkmiş şəxs2 isə 700 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişlər. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1la birlikdə əvvəllər cəzaçəkmə müəssisəsində cəza çəkmiş, elə oradan da tanışlığı yaranmışdır. Azadlığa çıxdından sonra Zərərçəkmiş şəxs1la tez-tez görüşmüş, sonuncu ondan 180 manat borca pul almışdır. Lakin, bu pulu uzun müddət qaytarmadığı üçün ondan borcunu geri tələb etmiş, elə buna görə onunla 04 sentyabr 2023-cü il tarixdə, saat 21 radələrində ünvan 1 ünvanda fəaliyyət göstərən “Ellips” adlı çay evində görüşmüşdür. Görüş zamanı Emin bir daha pulu qaytara bilmədiyini dediyi üçün o, ondan istifadə etdiyi mobil telefonu istəmiş, sonuncu da telefonu ona vermişdir. Daha sonra həmin yerdən çıxıb getmiş, telefonu da saxlaması üçün dostuna vermişdir. Bu hadisələr baş verən zaman ikisi olmuş, başqa heç kim orada iştirak etməmiş və Emini yaxınlıqdakı binanın blokuna Tural və başqa şəxslərlə salıb cibindəki pul qabınının götürməmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla 2022-ci ildə 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən tanış olmuşdur. 2023-cü ilin iyul ayında Saatlı rayonunda olarkən pulu olmadığı üçün Zaura zəng edib ondan 40 manat borc pul istəmiş, sonuncu da bu pulu onun bank kartına göndərmişdir. Avqust ayında işləmək məqsədilə Bakıya gəlmiş, 04 gün işlədikdən sonra Zaurla əlaqə saxlayıb ona olan borcundan 20 manat pulu Zaurun göndərdiyi karta yollamışdır. Bir neçə gün sonra Zaurla görüşmüş, hətta bacısı Zərərçəkmiş şəxs2 yaşadığı mənzilə də getmişlər. xx.xx.2023-cü il tarixdə Zaur ona zəng edərək görüşüb çay içməyi təklif etdiyi üçün onunla “Qış park”ının yaxınlığında görüşüb birlikdə saat 21 radələrində metronun “Memar Əcəmi” stansiyası yaxınlığında yerləşən “Ellips” adlı çay evinə getmişlər. Çay evində Zaur onun tanımadığı bir şəxslə görüşmüş və onlar birlikdə masanın arxasına əyləşmişlər. Söhbət zamanı Zaur probleminin olduğunu deyib 20 manat borcunun qaytarılmasını istəmiş, o da hazırda pulunun olmadığını deyəndə Zaur onun stolun üstünə qoyduğu, 499 manat dəyərində olan “Xiaomi Redmi 12” markalı mobil telefonunu götürüb üzərində olan sim kartı çıxarıb ona verərək telefonu pulun əvəzinə aldığını söyləmişdir. O isə Zaura telefonun ona deyil, ailə üzvlərinə məxsus olduğunu, bundan onların polisə şikayət edəcəklərini deyəndə Zaur və yanındakı şəxs çay evindən çıxaraq söhbət etməyi təklif etmişdir. Çay evindən çıxanda bayırda 3-4 nəfər tanımadığı digər şəxsin də onları gözlədiklərini görmüşdür. Bu şəxslərlə birlikdə onlar çay evinin yerləşdiyi binanın sağ tərəfinə keçib Cavadxan küçəsi, 17 saylı binanın ikinci mərtəbəsinə qalxmışlar. Blokda olan zaman tanımadığı şəxslərdən biri Zaurun pula ehtiyacı olduğunu deyib telefona görə polisə şikayət etməməyi məsləhət bilmiş, bu zaman digər şəxslər onu sağa-sola itələmiş və onlardan biri onun arxa cibində olan pul kisəsini çıxarıb içərisindən bacısına məxsus 700 manat pulu götürüb getmişlər. Hazırda telefonu ona qaytarılmış, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Zaur qardaşı Eminin xahişi ilə onun yaşadığı mənzildə olmuş, Zauru oradan tanımışdır. X4 40 manat borcu olduğunu bilmiş və yaşadıqları ünvanın yaxınlığında olan “Bolmart” marketdən Zaura 20 manat pul göndərmişlər. O, əmisinin uşağının toyu ilə əlaqədar 700 manat borc pul almış və əmisigilə göndərmək üçün Eminə vermişdir. Emin də həmin günü rayona getməli olsa da, sonuncu ilə əlaqə saxlaya bilməmişdir. xx.xx.2023-cü il tarixdə, saat 01 radələrində Emin onun yaşadığı evə gəlmişdir. O, Eminin pis vəziyyətdə olduğunu gördükdə nə baş verdiyini soruşmuş, qardaşı Zaur və yanında olan tanımadığı şəxslə çay evlərindən birində oturduğunu, Zaurun ona məxsus “Xiaomi Redmi 12” markalı mobil telefonu əlindən dartaraq aldığını, daha sonra onu oturduqları çay evinin arxa hissəsində yerləşən yaşayış binasının dəhlizinə apardıqlarını, orada daha üç nəfər tanımadığı şəxslə qarşılaşdığını və pul kisəsinin içərisində olan 700 manat nağd pulun götürüldüyünü demişdir. O, nə üçün öz telefonunun və 700 manat pulun götürülməsinə mane olmadığını soruşduqda Emin onların çox olduğu üçün qorxaraq bu addımı atmadığını demişdir. Hazırda ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2022-ci ilin sentyabr ayından etibarən ünvan 2 ünvanında yerləşən “Ellips” adlı çay evini icarə əsasında işlətmişdir. Zauru hadisədən 01 ay əvvəldən çay evindən tanımış, lakin zərər çəkmiş şəxsi tanımamışdır. Zaurun əvvələr məhkum olduğunu bilmişdir. xx.xx.2023cü il tarixdə axşam saatlarında obyektdə telefonla danışan zaman müştərinin gəldiyini görmüş, lakin gələn şəxslərin kim olduqlarını bilməmişdir. Bu zaman içəridən səs-küy gəldiyini, söyüş söyüldüyünü eşitmiş, səsdən Zaurun səsi olduğunu bilmişdir. O, Zaura uca səslə söyüş söyməməyi, səs-küy etməməyi demişdir. Həmin şəxslər çay evindən çıxıb getmişlər. Sonradan polis əməkdaşları onun işlətdiyi çay evinə gəlmiş, Zaurun şəklini göstərmiş, bu şəxsin buraya gəlib-gəlmədiyini soruşmuş, lakin o, məsələnin nə yerdə olduğunu bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2023-cü ilin sentyabr ayının əvvələrində Zaur pula ehtiyacı olduğundan özünə məxsus “Xiaomi Redmi 12” markalı mobil telefonu satdığını demiş, o da bu telefonu ondan 110 manata almışdır. Lakin bir müddət sonra polis şöbəsinə çağırılanda həmin telefonun Zaura məxsus olmadığını bilib onu təhvil vermişdir. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2023-cü il tarixli protokolda Təqsirləndirilən şəxs əks olunmuş ifadəsinə əsasən o, Zərərçəkmiş şəxs1la 2022-ci il tarixdə 5 saylı cəzaçəkmə müəssisəsində tanış olub. 2023-cü ilin iyul ayında Emin istifadəsində olan 050 ***-**-** saylı mobil nömrədən onun istifadəsində olan 050 ***-**-** saylı mobil nömrəyə zəng edib 40 manat borc pul istəmişdir. O, Eminin göndərdiyi "xxxx" ASC-yə məxsus bank kartına 40 manat pul göndərmişdir. Emin 2023-cü ilin avqust ayında işləmək məqsədilə Bakı şəhərinə gəlmiş, 03-04 gün sonra onunla əlaqə saxlamış və ona olan borcunun bir hissəsini yəni, 20 manatını geri qaytarmışdır. Onlar bir neçə gün sonra yenidən görüşmüşlər, hətta görüşdən sonra Eminin müvəqqəti olaraq yaşadığı, bacısının kirayə qaldığı ünvan 3 ünvanına gedərək çay içib yemək yemişlər. Onlar növbəti dəfə xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində Nəsimi rayonu, “Qış” parkının yaxınlığında görüşmüşlər və o, Eminə metronun “Memar Əcəmi” stansiyası yaxınlığında yerləşən çay evlərindən birinə gedərək çay içməyi təklif etmişdir. Onlar metro ilə Nəsimi rayonu, Cavadxan küçəsi, 17 saylı ünvanda yerləşən “Ellips” adlı çay evinə gəlmiş və orada kabinetlərin birində oturmuşlar. Bu zaman o, Tural adlı tanışını görmüş və Eminlə 05 dəqiqə söhbət etmək üçün ondan icazə istəmişdir. O, Eminə ehtiyacı olduğunu deyib onun əlində olan “Xiaomi Redmi 12” markalı mobil telefonu almış və həmin mobil telefonun nömrəsini çıxardaraq Eminə qaytarmışdır. Bundan sonra onlar həmin çay evini tərk etmişlər. O, Eminə məxsus telefonu əlindən dartıb aldıqdan sonra onun üz nahiyəsinə əlini sürtməmiş, “onu pis vəziyyətdə qoyduğu üçün bu sənin haqqındır” ifadələrini işlətməmişdir. Bu zaman onun yanında heç kim olmamışdır. O, Eminin 700 manat pulunu götürməmişdir (İ cild, i.v.95-97); • 17.07.2023-cü il tarixli “Nisyə satış müqaviləsi”nə əsasən X2 aldığı telefonun qiyməti 499 manat təşkil edir (İ cild, i.v.134); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 9/7570 nömrəli rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd Çin istehsalı, “Xiaomi Redmi” “23021RAAEG” model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadə olması nəzərə alınmaqla 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 310,00 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İ cild, i.v.167-169); • “Götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan aydın olur ki, həmin tarixdə Təqsirləndirilən şəxs ələ keçirdiyi “Xiaomi Redmi 12” markalı mobil telefon Şahid1 götürülmüşdür (İ cild, i.v.121); • Cinayət işi üzrə maddi sübut kimi tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərarla Şahid1 təqdim etdiyi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus “Xiaomi Redmi 12” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmışdır (İ cild, i.v.139-140); • 14 noyabr 2023-cü il tarixli qəbzə əsasən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 “Xiaomi Redmi 12” markalı mobil telefonu təhvil almışdır (İ cild, i.v.173); • “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 “Xiaomi Redmi 12” markalı mobil telefona görə vurulmuş zərər xx.xx.2023-cü il tarixli, 9/7570 saylı ekspert rəyində göstərilən 310 manat məbləğ deyil, onun qeyd etdiyi 499 manat əsas götürülmüşdür (İİ cild, i.v.185-193); • “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 04 sentyabr 2023-cü il tarixdə, saat 21 radələrində ünvan 1 ünvanda fəaliyyət göstərən “Ellips” çay evində Zərərçəkmiş şəxs1 məxsus “Xiaomi Redmi 12” markalı mobil telefonu, bacısı Zərərçəkmiş şəxs2 məxsus 700 manat pulu götürməklə açıq talayıb soyğunçuluq cinayətini törətmiş dörd nəfər şəxsin şəxsiyyətlərini və yerlərini müəyyən edib istintaqa cəlb etmək mümkün olmadığından həmin şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır (İ cild, i.v.195-196); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-472/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır (İ cild, i.v.105-109); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışı və hökmə görə Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (İ cild, i.v.129-130, 143-155). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər (3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır (10-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Cinayət-Prosessual Məcəlləsinin 141.2-ci maddəsinə görə cinayət prosesinin tərəfləri cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hər hansı halı tədqiq etmədən onun mövcudluğu və ya müəyyən qiymət verilməsi barədə razılığa gələ bilərlər. Cinayət təqibi üzrə icraatın materiallarında olan sübutlara əsasən məhkəmə bu halların mövcudluğu və ona verilmiş qiymətin qanunla ziddiyyət yaratmadığını qəbul etdikdə, belə razılıq hökmün və ya digər qərarın əsası kimi qəbul edilə bilər. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 yalnız telefonunun ələ keçirilməsini və bu işdə heç kimlə qabaqcadan əlbir olmamasının bildirməsini məhkəmə özünümüdafiə xarakterli ifadə kimi qəbul etməklə hesab edir ki, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 Zamin oğlunun 04 sentyabr 2023-cü il tarixdə, saat 21 radələrində ünvan 1 ünvanda fəaliyyət göstərən “Ellips” adlı çay evində 499 manat dəyərində “Xiaomi Redmi 12” markalı mobil telefonu onun iradəsinə zidd olaraq götürməsi, daha sonra həmin şəxslərlə bu ünvanda yerləşən binanın ikinci mərtəbəsində onun əynində olan şalvarından pul kisəsinin dartıb çıxardaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məxsus 700 manat məbləğində pulun ələ keçirilməsi məhkəmə istintaqında tədqiq olunmuş, biri-birini məntiqi baxımından tamamlayan digər sübutlarla öz təsdiqini tapır. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 ilə barışıq əldə olunmasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı az ağır cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Həmin halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə); məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır (83.4-cü maddə). Bu Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayətin törətməsini, bununla da onda cinayət törədilməsinin vərdişə çevirilməsini və əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı andan – 26 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Xiaomi Redmi 12” markalı mobil telefon aparatı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 istifadəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. ”Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 33 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 30 saat üçün nəzərdə tutulan 180 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 26 sentyabr 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Xiaomi Redmi 12” markalı mobil telefon aparatı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 istifadəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar