Məhkəmə qərarları › İş №1(006)-83/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-83/2021

04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-83/2021 04.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci ildə Laçın şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Laçın şəhəri, H.Aslanov küçəsi ev 02-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi 114-də yerləşən Uşaq Bağçasında müvəqqəti məskunlaşmış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimini pozub xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, o, yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə» xx xxxx 2020-ci il tarixli və «Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə» xx xxx 2020-ci il tarixli qərarlarının, Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxx 2020-ci il tarixli qərarının tələblərini pozaraq, həmçinin insanlar arasında sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə etməsinin mütləq olduğu halda, bu tələblərə riayət etməyərək, o cümlədən təcrid olunma qaydalarını pozaraq xx xxxx 2020-ci il tarixdə saat 14:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi 17 ünvanında yerləşən “AL Market”in yaxınlığında müəyyən olunmuş qaydaları pozub və sosial məsafəni gözləmədən piyada hərəkət edib digər şəxslərlə söhbət edərək karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmış və həmin vaxt ərazidə xidmət aparan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yeni koronavirus (Covid-19) infeksiyasına yoluxduğu halda xüsusi karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığı aşkar edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o, ailəlidir və himayəsində 2 yetkinlik yaşına çatmayan uşağı vardır. Əvvəllər məhkum olunmuşdur, lakin hal-hazırda məhkumluğu yoxdur. xx xxxx 2020-ci il tarixdə o, aksiya keçirəcəyini bəyan edərək bu barədə təbliğat xarakterli məlumatlarla insanların həmin aksiyaya qoşulmasını xahiş etmişdir. xx xxxx 2020-ci ildə jurnalistlər onun evindən müsahibə götürmüşlər və o, jurnalistlərin müşayəti ilə ağız nahiyəsində maska və əlində əlcək, şüarları yazılmış plakatlar ilə evdən çıxdıqdan sonra saat 14:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi 17 ünvanında yerləşən “AL Market”in yaxınlığında 19-cu Polis Bölməsinin 2 polis əməkdaşı onu saxlamışdır. Ondan çölə çıxmaq üçün icazəsinin olub-olmamasını soruşmuşlar, o isə öz növbəsində “8103” xidmətindən icazə almasını təsdiq edən mesajı polis əməkdaşlarına göstərmişdir. Polis əməkdaşları ona heç bir əsas olmadan maskasını çıxarmağı tələb etsələr də, o, qeyri-qanuni tələbi icra etməkdən imtina etmişdir. Polis əməkdaşları ilə aralarında olan dialoq zamanı da onlar arasında olan məsafənin gözlənilməsinə çalışmışdır. Bundan sonra polis əməkdaşları onu Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə dəvət etmiş, o isə hansı səbəbdən polis şöbəsinə aparıldığına dair məlumat almaq istədiyini bildirmişdir. Polis əməkdaşları epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimi qaydalarının onun tərəfindən pozulduğunu bildirmiş, hətta ona yaxın məsafədə olmağa cəhd göstərmişlər, o isə bunun müqabilində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimi qaydalarını xatırladaraq onlardan məsafə saxlanılmasını istəmişdir. Polis əməkdaşları onu Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə aparmaqda qərarlı olduğundan ona zor tətbiq edərək həmin ünvana gəlmiş post-patrul xidməti avtomobilinə əyləşdirərək polis şöbəsinə aparmışlar. Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsində polis əməkdaşları heç bir qoruyucu vasitədən istifadə etməmiş, lakin onun ağız nahiyəsində tibbi maskası, əllərində isə əlcəyi olmuşdur. Polis əməkdaşları onun epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimi qaydalarını pozmasını sübut etmək məqsədilə mobil həkim dəstəsi vasitəsilə “yaxma” analizinin verilməsinin zəruri olduğunu bildirmişdir. O, “COVİD-19” virusu əlamətlərini hiss etmədiyinə görə həmin analizi verməkdən yayınmamışdır. Bundan sonra ondan analiz götürülmüş və bir gün ərzində həmin analiz nəticəsinin aşkar olunacağı bildirilmişdir. Lakin buna baxmayaraq, təxminən iki saat sonra onun analizinin nəticəsinin çıxdığını və “pozitiv” olduğunu bildirmişlər. O isə həmin nəticənin düzgün olmadığını və onun barəsində çıxarılan nəticənin saxta olduğunu demişdir. Lakin onun dedikləri ciddi qəbul edilməmiş və Nəsimi rayon X5 şöbəsinə aparılıb izahatı alındıqdan sonra barəsində cinayət işi açılmışdır. Halbuki onun nə özü, nə də ailə üzvləri “COVİD-19” virusu əlamətlərini hiss etməmiş və ümumiyyətlə həmin xəstəliyin daşıyıcısı olmamışlar. Ona qarşı həmin saxta xəstəlik analiz nəticəsinin çıxarılmasında əsas məqsəd keçirməli olduğu aksiyanın qarşısını almaq olmuşdur. Qeyd olunanları nəzərə alaraq, onun barəsində böhtan xarakterli cinayət işi materialının hazırlanaraq məhkəməyə təqdim olunması səbəbindən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməliyyat müvəkkili X3 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx.xx.2020-ci il tarixdə əməliyyat məlumatı əsasən xx.xx.1975-ci il tarixdə Laçın şəhərində anadan olmuş, Laçın şəhəri H.Aslanov küçəsi ev 02-də qeydiyyatda olan, Bakı şəhəri Nəsimi rayonu, A. Mustafayev küçəsində yerləşən 114 saylı Uşaq Bağçasında yaşayan Təqsirləndirilən şəxs “COVİD-19” virusunun daşıyıcısı olduğu və yaşadığı evi tərk edərək epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozduğu bildirilmişdir. Daxil olmuş əməliyyat məlumatı barədə şöbə rəhbərliyinə məruzə edilmiş və əməliyyat məlumatının realizə edilməsi ona və həmin şöbənin əməliyyat müvəkkili Şahid2 həvalə edilmişdir. Daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar xx.xx.2020-ci il tarixdə təxminən saat 14:30 radələrində, Bakı şəhəri, Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi 17 saylı ünvanda yerləşən “AL Market”in yaxınlığında olarkən Təqsirləndirilən şəxs orada olması aşkar edilmişdir. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib daxil olmuş məlumatla əlaqədar məsələyə aydınlıq gətirmək üçün 19-cu Polis Şöbəsinə dəvət etmişlər. Sonuncu onların dəvəti ilə Polis Şöbəsinə aparılmış və əməliyyat məlumatının araşdırılması müvafiq əməkdaşa həvalə edilmişdir. Bundan sonra Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə mobil həkim dəstəsi dəvət edilmiş və Təqsirləndirilən şəxs COVİD-19 virusu ilə əlaqədar yaxma götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 da şahid X3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında verilmiş vəsatət əsasında əlavə şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs cinayət hadisəsi ilə əlaqədar olaraq tanıyır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx xxxx 2020-ci il tarixdə jurnalistlərdən biri Təqsirləndirilən şəxs tərəfindən aksiya keçiriləcəyini bildirmiş və onlar birlikdə barəsində istintaq aparılan şəxsin olduğu ünvana gəlmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs ağız nahiyəsində maskadan və əlində rəngini xatırlamadığı əlcəkdən istifadə etmişdir. Daha sonra Təqsirləndirilən şəxs aksiya keçirəcəyini və həmin aksiyada hər bir kəsin iştirak etməli olduğunu qeyd etmişdir. Sonuncu tərəfindən müsahibə verilib qurtardıqdan sonra onlar həmin ərazini tərk etməyə hazırlaşarkən polis əməkdaşları oraya gəlmiş və barəsində məhkəmə istintaqı aparılan şəxsdən polis şöbəsinə getməsini tələb etmişlər. Təqsirləndirilən şəxs onun konstitusion hüquqlarının olduğunu bildirib etiraz etməsinə baxmayaraq, polis əməkdaşları onun dediklərinə məhəl qoymayıb zor tətbiq edərək post-patrul xidməti avtomobilinə əyləşdirərək aparmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs “COVİD-19” virusunun daşıyıcısı olduğunu bilməmiş və həmin xəstəliyin əlamətlərini məhkəmə istintaqı aparılan şəxsdə hiss etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1 Nəzarət Mərkəzi” X10 Laborator tədqiqatlar şöbəsinin müdiri Ş.Rəsulova tərəfindən imzalanaraq möhürlənmiş xx xxxx 2020-ci il tarixli sənəddən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə “PZR” müayinə üsulu ilə aparılan müayinə zamanı laboratoriya nəticəsi müsbət olmuşdur (i/v 29). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışdan və Abşeron rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs İbrahim X7 Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəza şərti hesab edilərək 03 il sınaq müddəti təyin edilmiş, Nəsimi rayon məhkəməsinin qərarı ilə xx xxx 2010-cu il tarixdə şərti məhkumetmə vaxtından əvvəl ləğv edilərək məhkumluğu götürülmüşdür (i/v 62-63, 88-94). İş materiallarına əlavə olunmuş “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 19:00-da şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(006)-435/2020 saylı qərarı ilə barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həmin qərardan verilmiş apelyasiya şikayəti təmin edilməmişdir (i/v 23-24, 58-61, 70-71). İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X6 olmaqla iki yetkinlik yaşına çatmayan uşaqları vardır (i/v 112-113). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimini pozub xəstəliyin yayılması üçün real təhlükə yaratması özü tərəfindən inkar edilsə də, şahid ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli Qərarına əsasən Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 31 avqust saat 00:00-dək uzadılmışdır. «Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli Qərarına əsasən insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar