Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-83/2024 07.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X4, müdafiəçi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X6, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1999-cu il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 185.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakənə gizli olaraq talamaqla oğurluq etmiş və avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırmışdır. Belə ki o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 may 2023-cü il tarixdə saat 06:00 radələrində X9 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən «Ay ışığı» istirahət mərkəzinin qarşısında saxladığı «BMW 523 Minik» markalı **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol şüşəsinin açıq vəziyyətdə olmasından istifadə edərək kənar şəxslərin onu görmədiyinə tam əmin olduqdan sonra vahid niyyətlə əhatə olunan qəsdlə avtomobilin içərisindən Hafis Baxşiyevə məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 50 manat dəyərində gümüş boyunbağını, 01 ədəd 70 manat dəyərində elektron qol saatını, içərisində 232 manat pul, hər birinin dəyəri 10 manat olmaqla ümumilikdə 30 manat dəyərində 03 ədəd bank kartları olan 10 manat dəyərində pul kisəsini və Zərərçəkmiş şəxs3 məxsus içərisində həmin günün məzənnəsi ilə 85 manat təşkil edən 50 ABŞ dolları və zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə hər birinin dəyəri 10 manat olmaqla ümumilikdə 50 manat dəyərində 05 ədəd bank kartları olan 15 manat dəyərində pul kisəsini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 392 manat, Zərərçəkmiş şəxs3 isə 150 manat olmaqla ümumilikdə zərərçəkmiş şəxslərə 542 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, 29 may 2023-cü il tarixdə saat 06:00 radələrində Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən «Ay işığıa istirahət mərkəzinin qarşısında saxladığı «BMW 328Xİ GT Minik» markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmək məqsədilə avtomobilin açarını həmin istirahət mərkəzində quraşdırılmış çardağın içərisindəki masanın üzərindən gizlin götürüb həmin açar vasitəsilə avtomobili hərəkətə gətirib idarə etməklə ünvan 2 ünvanın qarşısında saxlayıb Zərərçəkmiş şəxs1 məxsus «BMW 328Xİ GT Minik» markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırmışdır. Bundan başqa o, təkrarən 29 may 2023-cü il tarixdə saat 06:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən «Ay işığı» istirahət mərkəzinin qarşısından talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırdığı Zərərçəkmiş şəxs1 məxsus «BMW 328Xİ GT» markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 3 ünvanının qarşısında saxladıqdan sonra özgənin əmlakım gizli olaraq talama məqsədilə həmin gün saat 09:00 radələrində qeyd olunan ünvanın qarşısında avtomobildən Zərərçəkmiş şəxs1 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 3200 manat dəyərində «Apple» markalı, «iPad Air 5» rnodellı planşetı və 01 ədəd 100 manat dəyərində avtomobilin səs boğucusunun pultunu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 umumılikdə 3300 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 185.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bakı şəhəri. Nizamı rayonu ərazisində oğurluq cinayəti törətdiyinə görə Nizami rayon məhkəməsinin hökmü ilə 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 28 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. O, 26 may 2023-cü il tarixdən Bakı şəhəri, Bilgəh qəsəbəsində yerləşən X1 balansında olan Şəbəkə dənizkənarı istirahət mərkəzində administrator köməkçisi kimi işləməyə başlamışdır. Ondan 2 il əvvəl də həmin istirahət mərkəzində işləmişdir. 28 may 2023-cü il tarixdə saat 17:00 radələrində 3 nəfər oğlan və 3 nəfər qız "Şəbəkə" dənizkənarı istirahət mərkəzinə gəldilər. Həmin oğlanlar və qızlar dənizkənarı masalardan birində əyləşib yemək yemişdirlər. Həmin gün saat 21:00 radələrində o, həmin oğlanlar və qızlara istirahət mərkəzinin restoranının bağlandığını bildirmişdir. Həmin şəxslər istirahət mərkəzində gətirdikləri çadırda gecələmək istədilər. O da həmin şəxslərə bildirdi ki, istirahət mərkəzinin özünə məxsus çardağında gecələyə bilərlər, istirahət mərkəzinin qapısı bağlandığı üçün o, həmin şəxslərə özlərinə məxsus 2 avtomobili bir qədər kənarda, yəni istirahət mərkəzinin yanında yerləşən “Ay işığı” istirahət mərkəzinin qarşısında saxlamalarını bildirdi. Həmin şəxslərdən biri "BMW 523 Minik" markalı, **-MX- *** dövlət qeydiyyat nişanlı avtomobili dəqiq harada saxlamaq lazım olduğunu bilmək üçün ona avtomobilə əyləşməyini bildirdi. O da həmin avtomobildə sağ qabaq oturacaqda əyləşib həmin oğlana avtomobili saxlamaq üçün «Ay işığı” istirahət mərkəzinin qarşısında olan dayanacağı göstərmişdir və həmin oğlan avtomobili həmin yerdə saxlamışdır. Həmin oğlan yerə düşmüş və avtomobilin qapılarını bağlayıb “Şəbəkə" istirahət mərkəzinə getmişdir. Digəri, yəni özünü Emin kimi təqdim edən şəxs də idarə etdiyi “BMW 328Xİ GT" markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobillə orada olan qızlardan biri ilə harasa getmişdilər. Emin çox keçmədən geri qayıdaraq avtomobili digər avtomobilin yanında saxlamışdır. Həmin şəxslər avtomobildən aldıqları ərzaq məhsullarını yığdıqları sellofanları götürəndə o, həmin sellofanları onların əlindən kömək məqsədi ilə almışdır. Emin avtomobilin qapılarını pultla bağlayıb istirahət mərkəzinə tərəf getmişdir. O da sellofanı aparıb həmin şəxslərin çadırına qoymuşdur. Həmin şəxslər gecə çadırlarda yatdıqdan sonra, yəni 29 may 2023-cü il tarixdə saat 06:00 radələrində istədi ki, "BMW 328Xİ GT" markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etsin və sonra geri qaytarsın. Ona görə də o, Emin adlı şəxsin yatdığı çardaqda olan masanın üstünə qoyulmuş avtomobilin pultunu götürmüş və həmin avtomobilə yaxınlaşmışdır. Orada olarkən "BMW 523 Minik markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq yan şüşəsinin açıq olduğunu görmüşdür. Həmin avtomobilin içərisinə baxdıqda qabaq sağ oturacağın və qolaltının üstündə iki ədəd pul qabı olduğunu görmüşdür. Həmin pul qabılardan biri qara, digər isə qırmızı olmuşdur. Həmçinin, həmin avtomobilin sürətlər qutusunun yanından bir ədəd boyunbağı və elektron qol saatını görmüşdür. O, onların heç birini götürməmişdir. Sonra isə digər, yəni "BMW 328Xİ GT markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açaraq içərisində əyləşmişdir. Avtomobilin mühərrikini işə salıb idarə etməyə başlayıb oradan uzaqlaşmışdır və Bakı şəhərinin müxtəlif yerlərində 3 saat ərzində avtomobili idarə etmişdir. Həmin gün saat 08:30 radələrində Bakı şəhəri, Binəqədı rayon, 4-ci mikrorayon ərazisində olan mağazalardan birinə girərək qırmızı pul qabının içərisində olan plastik kartlardan birindən istifadə etməklə özünə su və siqaret almışdır. Sonra da Ziya Bünyadov pospektində "Karl Marks" körpüsü deyilən yerdə olan “Azpetrol" YDM-də həmin plastik kartdan istifadə edərək avtomobilə 20 manatlıq benzin alaraq tökmüşdür. Sonra da avtomobili idarə edərək Bakı şəhərində, Şamaxinka deyilər əraziyə gedib avtomobili orada kafelərdən birinin qarşısında saxladı və kafeyə getmək istəyirdi. Saat artıq 09:00 radələri idi. Avtomobildə içdiyi suların qabını arxa ayaqaltına atdıqda əli sağ qabaq oturacağın arxa hissəsində olan cibliyə qoyulmuş planşetə dəydi. O, həmin planşeti götürməmiş, elə həmin yerdə də qalıbdır. O, Şamaxinkada avtomobildən düşüb pultla qapıları bağlayaraq orada olan bərbər dükanlarından birinə getmiş və saçını düzəltdirmişdir. O, avtomobilə tərəf qayıtdıqda avtomobilin yanında bir neçə nəfər şəxsin olduğunu görmüşdür. Həmin şəxslərin polis əməkdaşları olmasından şübhələndiyi üçün avtomobilə yaxınlaşmamışdır. Avtomobilin pultunu da orada yerləşən moykalardan birində olan işçiyə verərək avtomobili yumasını bildirmişdir. Sonra da həmin işçinin avtomobilə yaxınlaşmasını gözləməyib oradan uzaqlaşmışdır. Bir neçə saatdan sonra o, avtomobilin yanından keçəndə orada bir neçə şəxsin olmasını görmüşdür. Bundan sonra o, saat 18:00 radələrində Neftçilər metrostansiyasının yanında kirayədə yaşadığı evə gedib oradan paltarlarını götürərək Koroğlu metrostansiyasının yanına getmişdir ki, orada 1 manatlıq taksilərdən biri ilə 20 yanvar metrostansiyasının yanına gedib və oradan da Neftçala rayonuna getsin. Taksilərdən birində əyləşmiş və H.Əliyev prospektində olan "Azpetrol" YDM-nin yandan keçdikdə ayaqyoluna gedəcəyini deyib taksi sürücüsündən avtomobili YDM-də saxlamasını xahiş etmişdir. O, avtomobildən duşub YDM-nin ayaqyolunda olan moydadırın aşağı hissəsində görünməyən yerdə pul qabını qoymuşdur ki, əgər tutularsa pul qabının yerini desin. Bundan sonra taksiyə əyləşib 20 Yanvar metrostansiyasının yanına getmiş, oradan da Neftçala rayonunda qohumlarının evinə getmişdir. "BMW 523 Minik" markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobildən qol saatı və boyunbağını oğurlamamışdır. O, planşeti oğurlamamışdır. Həmin şəxsləri əvvəlcədən tanımamış və ilk dəfə görürmüşdür. Həmin çardaqda masanın üzərindən maşının açarını götürərkən onu heç kəs görməmişdir. Hadisə zamanı tək olmuşdur. Maşın qaçırmağı ilə bağlı heç kimə məlumat verməmişdir, heç kimlə əvvəlcədən məsləhətləşməmiş və hadisədən sonra heç kimə xəbər verməmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, X17, Şahid3, Şahid1 qızı, Zərərçəkmiş şəxs3 və Şahid2 qızı ilə “X30” rəqs məktəbinə rəqs kursuna gedərkən tanış olmuşdur. Onlar da həmin rəqs məktəbində rəqs kursuna gəlirmişlər. Həmin şəxslərlə tanış olduqdan sonra mehriban münasibətləri yaranmışdır. "BMW 328Xİ GT” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil qardaşı X10 adına olsa da ona məxsusdur. Avtomobilə tam sahiblik etmək üçün qardaşı tərəfindən ona mülki etibarnamə verilmişdir. 28 may 2023-cü il tarixdə saat 17:00 radələrində o, X17, Şahid3, Şahid1 qızı, Zərərçəkmiş şəxs3 və Şahid2 qızı ilə birlikdə Bakı şəhəri, Bilgəh qəsəbəsində yerləşən X1 balansında olan "Şəbəkə” dənizkənarı istirahət mərkəzinə gedərək orada dəniz kənarında əylənib yemək yemişlər. Onlar yemək yedikdən sonra saat 20:00 radələrində «Şəbəkə» dənizkənarı istirahət mərkəzinin işçiləri onlara restoranın artıq bağlandığını deyərək getməylərini bildirmişdirlər. Onlar da əşyalarımızı toplamağa başlamışlar ki, digər istirahət mərkəzinə getsinlər. Hafis idarə etdiyi "BMW 523 Minik' markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı, o isə idarə etdiyi "BMW 328Xİ GT markalı. **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobili «Şəbəkə» dənizkənarı istirahət mərkəzinin qarşısında saxlamışlar. Təxminən 15 dəqiqə sonra bir nəfər tanımadığları şəxs onlara yaxınlaşıb getmək üçün hazırlaşdığlarını gördükdə bildirdi ki, “istəsəniz gecə səhərə qədər istirahət mərkəzində qala bilərsiniz, istirahət mərkəzinin giriş qapısı bağlandığı üçün avtomobilləri başqa yerdə saxlamalısınız". Onlar da razılaşmışlar. Hafisə məxsus avtomobili Şahid3 idarə etmiş və həmin şəxs də Hafisin avtomobilində Məmmədhüseynin yanında əyləşib avtomobili saxlamaq üçün yeri göstərməyə birlikdə getmişlər. O da öz avtomobilini idarə etmişdir. Nərminə də onlarla birlikdə gəlmişdir. Həmin şəxs avtomobili Məmmədhüseynə "Şəbəkə” dənizkənarı istirahət mərkəzinin yanında olan "Ay işığı" istirahət mərkəzinin qarşısında saxlatdırmışdır. Məmmədhüseyn Hafisin avtomobilini saxladıqdan sonra Almasgilin yanına qayıtmışdır. O da Nərminə ilə birlikdə öz avtomobili ilə gedib yaxınlıqdakı mağazalardan birindən su, pivə, siqaret və digər ərzaq məhsulları alaraq gəlib Hafisin avtomobilinin yanında avtomobilini saxlayıb Almasgilin yanlarına gəlmişdir. Onlar gələrkən avtomobilləri saxlamaq üçün onlara yer göstərən həmin şəxs onların yüklərini daşıdığı üçün o, həmin şəxsin plastik kartına 10 manat pul göndərmişdir. Onun idarə etdiyi avtomobildə gecə yatmaq üçün bir çadır olmuşdur, o, həmin çadırı avtomobildən götürüb qursa da, çadırda 6 nəfər şəxsin qalması əlverişli olmamışdır. Həmin şəxs də sellofanları gətirib çadıra qoyaraq çıxıb getmişdir. Bundan sonra düşündülər ki, gecə yatmayaq və dənizin kənarındakı stollarda əyləşib səhərə qədər söhbət etsinlər. Onlar aralarında bu barədə söhbət edərkən digər bir nəfər tanımadığları şəxs yaxınlaşaraq əgər gecə qalmaq istəyirlərsə istirahət mərkəzinin iki parça ilə əhatə olunmuş çardağında yata biləcəklərini bildirmişdir. Onlar da razılaşmışlar. 29 may 2023-cü il tarixə keçən gecə saat 02:00 radələrində Hafislə o, avtomobillə gedərək su, pivə və şaurma dönəri alaraq gəlmişlər. Həmin ərəfədə əvvəlcə qeyd olunan tanımadığları, ümumilikdə 3 nəfər şəxsi artıq görmüşlər. Gecə saat 05:00 radələrində Hafis və Almas qurduqları çadırda, Məmmədhüseyn, o, Arzu və Nərminə isə istirahət mərkəzinin çardağında yatmışlar. Səhər saat 10:00 radələrində bir nəfər şəxs onlara yaxınlaşaraq «Şəbəkə» dənizkənarı istirahət mərkəzinin müdiriyyəti olduğunu, çardaqda kimin icazəsi ilə gecələdiklərini soruşmuşdur. Onlar da həmin müdiriyyətdən olan şəxsə gecə bir nəfər şəxsin onlara özünü istirahət mərkəzinin işçisi kimi təqdim edərək həmin çardaqda qala biləcəyiklərini dediyini və ona görə də çardaqda və çadırda gecələdiklərini bildirmişlər. Soruşan şəxs də həmin şəxsin əlamətləri barədə onlardan soruşduqda ona bu barədə demişlər. Lakin. həmin şəxs barəsində dedikləri şəxsi tanımadığını bildirmişdir. Bu zaman o, avtomobilinin pultunu tapa bilmədiyini demişdir. Onlar və istirahət mərkəzinin onların yanına gələn digər işçiləri onun avtomobilinin pultunu axtarmağa başlamışlar. Lakin tapa bilməmişlər. O bildirdi ki, gecə yatanda pultu istirahət mərkəzinin çardağında olan stolun üstünə qoymuşdur. Pult həmin stolun üstündə də olmamışdır. Hafis dərhal avtomobilləri saxladığları yerə getmiş və bir qədər sonra ona zəng edərək onun avtomobilinin yerində olmadığını, özünün idarə etdiyi “BMW 523 Minik’ markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə sağ yan şüşəsi açıq vəziyyətdə olduğunu və avtomobilinə baxdıqda özünə məxsus pul qabı, qol saatı, 1 ədəd gümüş boyunbağının, Almasa məxsus pul qabının yerində olmadığını gördüyünü bildirmişdir. Onlar da Hafısin yanına gəlmişlər. O, DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişlər. Onun avtomobilində 1 ədəd planşet olmuşdur. Həmin planşet işlək vəziyyətdə olmuşdur. İdarə etdiyi avtomobilin pultu gecə yatdıqları çardaqda olan stolun üstünə qoymuşdur. Onun avtomobilini Bakı şəhəri, Nəsimi rayonu, «Şamaxinka» adlanan ərazidə aşkar olunmuşdur. İdarə etdiyi avtomobil aşkar edilən zaman bilmişdir ki, avtomobildə olan 2021-ci il tarixli «Apple» markalı, «İPad Air 5 modeli, W-Fi + 4G+512GB, Space Grey» modelli planşet oğurlanmışdır. Həmin planşeti o, 1 il əvvəl "KONTAKT Home" mağazalar şəbəkəsindən 3200 manata almışdır. Ona planşetin oğurlanması nəticəsində 3200 manat ziyan dəymişdir. Lakin içərisində Zərərçəkmiş şəxs3 məxsus şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi, 4 ədəd plastik bank kartlan olan pul qabı əvvəlcə Hafisin avtomobilində olduğu halda onun idarə etdiyi avtomobilin içərisindən aşkar edilmişdir. Hadisəni törədən şəxsin əvvəlcə Hafisin maşınında olan əşyaları oğurladığını daha sonra qaçırdığı onun maşınına qoyduğunu zənn edir. Zərərçəkmiş şəxs3 özünə məxsus pul qabını Hafıs Baxşiyevin idarə etdiyi avtomobildə qoymuşdur. İdarə etdiyi avtomobil aşkar edilən zaman avtomobilin arxa bamperinin əzildiyini, sol tərəfdəki səs boğucunun qırıldığı və pultunun yerində olmadığı müəyyən edilmişdir. Beləliklə, avtomobilin bamperinin əzilməsi nəticəsində 150 manat, səs boğucunun qırılması nəticəsində 390 manat, proqramının silinməsi və yenidən bərpa edilməsi ilə birlikdə 500 manat təşkil edir. Səs boğucunun pultunun qiyməti 100 manatdır. Avtomobilin açarının qiyməti 50 manat olmuşdur. Planşetin qiyməti isə 3200 manat olmaqla ona oğurluq nəticəsində ümumilikdə 3300 manat maddi ziyan dəymişdir. O, idarə etdiyi qeyd olunan avtomobili idarə etmək üçün heç kimə icazə verməmişdir. Sonda Zərərçəkmiş şəxs1 ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1, Şahid3, Şahid1 qızı, Zərərçəkmiş şəxs3 və Şahid2 qızı ilə “X30” rəqs məktəbinə rəqs kursuna gedərkən tanış olmuşdur. Həmin şəxslər də həmin rəqs məktəbində rəqs kursuna gəlirlər. Onlarla tanış olduqdan sonra mehriban münasibətləri yaranmışdır. “BMW 523 Minik” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili 06 fevral 2023-cü il tarixdə almışdır, lakin adına qeydiyyatdan keçirməmişdir. Avtomobilə tam sahiblik etmək üçün avtomobilin sahibi tərəfindən ona baş etibarnamə verilmişdir. 28 may 2023-cü il tarixdə saat 17 radələrində o, Zərərçəkmiş şəxs1, Şahid3, Şahid1 qızı, Zərərçəkmiş şəxs3 və Şahid2 qızı ilə birlikdə Bakı şəhəri, Bilgəh qəsəbəsində yerləşən X1 balansında olan “şəbəkə” dənizkənarı istirahət mərkəzinə gedərək orada dəniz kənarında əyləşib yemək yemişdirlər. Onlar yemək yedikdən sonra saat 20 radələrində “Şəbəkə” dənizkənarı istirahət mərkəzinin işçiləri onlara restoranın artıq bağlandığını deyərək getməklərini bildirmişdirlər. Onlar da əşyalarını toplamağa başlamışdırlar ki, digər istirahət mərkəzinə getsinlər. O, idarə etdiyi “BMW 523 Minik” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı, Zərərçəkmiş şəxs1 isə idarə etdiyi ““BMW 328Xİ GT” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobili “Şəbəkə” dənizkənarı istirahət mərkəzinin qarşısında saxlamışdırlar. Təxminən 15 dəqiqə sonra bir nəfər tanımadıqları şəxs onlara yaxınlaşıb getmək üçün hazırlaşdıqlarını gördükdə onlara bildirmişdir ki, “istəsəniz gecə səhərə qədər istirahət mərkəzində qala bilərsiniz, istirahət mərkəzinin giriş qapısı bağlandığı üçün avtomobilləri başqa yerdə saxlamalısınız”. Onlar da razılaşmışdırlar. Ona məxsus avtomobili Şahid3 idarə etmiş və həmin şəxs də onun avtomobilində Məmmədhüseynin yanında əyləşib avtomobili saxlamaq üçün yeri göstərməyə birlikdə getmişdir. Emin də özünə məxsus avtomobili idarə etmişdir. Nərminə də Eminlə birlikdə getmişdir. Həmin şəxs avtomobili Məmmədhüseynə “Şəbəkə” dənizkənarı istirahət mərkəzinin yanında olan “Ay işığı” istirahət mərkəzinin qarşısında saxlatdırmışdır. Məmmədhüseyn onun avtomobilini saxladıqdan sonra Almasgilin yanına qayıtmışdır. Onlar aralarında bu barədə söhbət edərkən digər bir nəfər tanımadıqları şəxs onlara yaxınlaşaraq əgər gecə qalmaq istəyirlərsə istirahət mərkəzinin iki parça ilə əhatə olunmuş çardağında yata biləcəklərini bildirmişdir. Onlar da razılaşdırlar. 29 may 2023-cü iİ tarixə keçən gecə saat 02 radələrində Eminlə o, Eminin idarə etdiyi avtomobillə gedərək su, pivə və şaurma dönəri alaraq gəlmişdirlər. Həmin ərəfədə onlar əvvəlcə qeyd olunan tanımadıqları ümumilikdə 3 nəfər şəxsi artıq görmürmüşlər. Gecə saat 05 radələrində o və Almas qurduqları çadırda, Məmmədhüseyn, Emin, Arzu və Nərminə isə istirahət mərkəzinin çardağında yatmışdırlar. Səhər saat 10 radələrində bir nəfər şəxs onlara yaxınlaşaraq "Şəbəkə” dənizkənarı istirahət mərkəzinin müdiriyyəti olduğunu, çardaqda kimin icazəsi ilə gecələdiklərini soruşmuşdur. Onlar da həmin müdiriyyətdən olan şəxsə gecə bir nəfər şəxsin onlara özünü istirahət mərkəzinin işçisi kimi təqdim edərək həmin çardaqda qala biləcəklərini dediyini və ona görə de çardaqda və çadırda gecələdiklərini bildirmişdirlər. Həmin müdiriyyətdən olan şəxs də həmin şəxsin əlamətləri barədə onlardan soruşduqda bu barədə demişdirlər. Lakin həmin müdiriyyətdən olan şəxs barəsində dedikləri şəxsi tanımadığım bildirmişdir. Bu zaman Emin avtomobilinin pultunu tapa bilmədiyini demişdir. Onlar və istirahət mərkəzinin onların yanlarına gələn digər işçiləri Eminin avtomobilinin pultunu axtarmağa başlamışdırlar. Lakin tapa bilməmişdirlər. Emin bildirmişdir ki, gecə yatanda pultu istirahət mərkəzinin çardağında olan stolun üstünə qoymuşdur. Pult həmin stolun üstündə də olmamışdır. O, dərhal avtomobilləri saxladıqları yerə getmiş və görmüşdür ki, Eminin idarə etdiyi avtomobil yerində yoxdur, onun idarə etdiyi “BMW 523 Minik” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə sağ yan şüşəsi açıq vəziyyətdədir. O, dərhal avtomobilinə baxmış və avtomobilinin salonunda olan ona məxsus pul qabı, qol saatı, Almasa məxsus pul qabının yerində olmadığını görmüşdür. Tez avtomobilin iki oturacağının arasında olan saxlanc yerinə baxdım və oraya qoyduğu 1 ədəd gümüş boyunbağının yerində olmadığını görmüşdür. O, bilmişdir ki, gecə onlar yatdıqdan sonra Eminin avtomobilini qaçırmışlar, onun avtomobilindən də oğurluq etmişdirlər. Dərhal Eminə zəng edərək bu barədə məlumat vermişdir. Emingil də onun yanına gəlmişdirlər. Emin DiN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. X26 verilən suallara cavab olaraq bildirmişdir ki, onun idarə etdiyi “BMW 523 Minik” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobildən ona məxsus pul qabı, qol saatı, gümüş boyunbağı oğurlanmışdır. Qeyd etmişdir ki, pul qabını 10 gün əvvəl 10 manata, gümüş boyunbağını 3 ay əvvəl 50 manata, elektron qol saatını isə 4 ay əvvəl 70 manata almışdır. Pul qabının içərisində özünə məxsus 232 manat pulu, şəxsiyyət və sürücülük vəsiqəsi və 4 ədəd özünə məxsus öz adına olan “Bank Express”, “Azərbaycan Beynəlxalq Bankı”, "xxxx", "xxxx" ASC tərəfindən verilmiş plastik kartlar olmuşdur. O, oğurluq olduğunu bildikdən sonra dərhal plastik kartlarını bloklamışdır. Ona görə də, plastik kartlardan heç bir məbləğdə pul çıxarılmamışdır. Hadisədən sonra Almas bildirmişdir ki, onun maşınında olan Almasa məxsus pul qabının içərisində şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi, özünə məxsus olan plastik kartlar olmuşdur. O və ya Zərərçəkmiş şəxs1 özlərinin idarə etdikləri qeyd olunan avtomobilləri idarə etmək üçün heç kimə verməmişdirlər. Onun idarə etdiyi avtomobilin pultu özündədir. Avtomobilə yan şüşəni aşağı salmaq yolu ilə daxil olunmuşdur. Almasa məxsus pul qabı onun idarə etdiyi “BMW 523 Minik” markalı, **-MX- *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq oturacağın üstündə olmuşdur. Həmin pul qabının içərisində Almasa məxsus iş vəsiqəsinin, şəxsiyyət vəsiqəsinin, 5 ədəd plastik bank kartlarının, 50 ABŞ dollarının olduğunu sonradan bilmişdir. Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobil Bakı şəhəri, Nəsimi rayonu, «Şamaxinka» adlanan yerdən aşkar olunmuşdur. Eminin avtomobili aşkar olunarkən avtomobilin arxa bamperinin əzildiyini, arxa sol tərəf səs boğucunun qırıldığını və pultunda olmadığını, həmçinin avtomobildən Eminə məxsus planşetinin oğurlandığını və Zərərçəkmiş şəxs3 məxsus içərisində iş və şəxsiyyət vəsiqəsi, 4 ədəd plastik bank kartı olan pul qabının da Eminə məxsus avtomobilində olduğunu bilmişdir. Almas da təsdiqlədi ki, Almasa məxsus olan əşyalar onun maşınında olmuşdur, lakin Eminin qaçırılan maşını tapıldıqdan sonra baxış k keçirildikdə Eminin maşınında tapılmışdır. Hadisəni törədən şəxsin əvvəlcə onun maşınında olan əşyaları oğurladığını daha sonra qaçırdığı Eminin maşınına qoyduğunu zənn edir. Hadisədən 10 gün əvvəl pul qabını 10 manata, gümüş boyunbağını 3 ay əvvəl 50 manata, elektron qol saatını isə 4 ay əvvəl 70 manata almışdır. Pul qabının içərisində özünə məxsus 232 manat pulu, şəxsiyyət və sürücülük vəsiqəsi və 4 ədəd özünə məxsus öz adına olan içərisində 116 manat olan “Bank Express", ”Azərbaycan Beynəlxalq Bankı”, 18 manat olan "xxxx", 65 manat olan "xxxx" ASC tərəfindən verilmiş plastik kartlar olmuşdur. O, oğurluq olduğunu bildikdən sonra dərhal plastik kartlarını bloklamışdır. Ona görə də, plastik kartlardan heç bir məbləğdə pul çıxarılmamışdır. Lakın sonradan ona mobil bank tətbiqləri vasitəsi ilə məlum olmuşdur ki, 30 may 2023-cü iİ tarıxdə Bank Express”, **********960559 pan nömrəli “Azərbaycan Beynəlxalq Bankı", 16 manat olan "Kapital Bank”, 65 manat olan **********030483 pan nömrəli "xxxx" ASC tərəfindən verilmiş ona məxsus plastik kartlardan ünvanlarını deyə bilmədiyi marketlərdə və yanacaq doldurma məntəqələrində istifadə edilmişdir, lakin kartlar blokda olduğu üçün heç bir məbləğdə pulu çıxarılmamışdır. Həmin bank kartlarının hər birinin ümumilikdə dəyəri 10 manat olmaqla, ümumilikdə dəyərləri 30 manat olmuşdur. Ona məxsus əşyalarının və pulunun oğurlanması nəticəsində ona ümumilikdə 392 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs1 ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, boş vaxtlarımda isə "X30" rəqs məktəbinə rəqs kursuna gedir. Həmin kursdan Şahid2 qızını, Şahid1 qızını, Zərərçəkmiş şəxs1, X11, Şahid3 tanımışam və onlarla tanış olduqdan sonra mehriban münasibətləri yaranmışdır. 28 may 2023-cü il tarixdə saat 17:00 radələrində mən, X18, Şahid3, Zərərçəkmiş şəxs1, Şahid1 qızı və Şahid2 qızı ilə birlikdə Bakı şəhəri, Bilgəh qəsəbəsində yerləşən X2 balansında olan «Şəbəkə» dənizkənarı istirahət mərkəzinə istirahətə getmişik. Hafis idarə etdiyi "BMW 523 Minik" markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı, Emin isə idarə etdiyi”‘BMW 328Xİ GT" markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobili "Şəbəkə" dənizkənarı istirahət mərkəzinin qarşısında saxlamışdılar. Orada dəniz kənarında əyləşib yemək yemişlər. Təxminən saat 20:00 radələrində "Şəbəkə" dənizkənarı istirahət mərkəzinin işçiləri bizə restoranın bağlandığını bildirərək getməylərini xahiş etmişlər. Bu səbəbdən onlar əşyaları toplamağa başlamışlar ki, başqa istirahət mərkəzinə getsinlər. Təxminən 15 dəqiqə sonra getmək üçün hazırlaşdıqları görən bir nəfər tanımadığımız şəxs onlara yaxınlaşıb "istəsəniz gecə səhərə qədər istirahət mərkəzində qala bilərsiniz, sadəcə istirahət mərkəzinin giriş qapısı bağlandığı üçün avtomobilləri başqa yerdə saxlamalısınız" demiş və onlar da razılaşmışlar. Hafisin avtomobilini Şahid3 idarə etmiş və həmin şəxs də Hafisin avtomobilində Məmmədhüseynin yanında əyləşib avtomobili saxlamaq üçün yeri göstərməyə birlikdə getmişdir. Emin də öz avtomobilini idarə etmişdir. O da Eminlə birlikdə getmişdir. Həmin şəxs avtomobili Məmmədhüseynə “şəbəkə” dənizkənarı istirahət mərkəzinin yanında olan “Ay işığı” istirahət mərkəzinin qarşısında saxlatdırmışdır. Məmmədhüseyn Hafisin avtomobilini saxladıqdan sonra onların yanlarına qayıtmışdır. Emin də onunla birlikdə öz avtomobili 4 ilə gedib yaxınlıqdakı mağazalardan birindən su, pivə, siqaret və digər ərzaq məhsulları alaraq gəlib Hafisin avtomobilinin yanında avtomobilini saxlayıb onların yanlarına gəlmişdirlər. Emin onunla gələrkən avtomobilləri saxlamaq üçün yer göstərən həmin şəxs onların yüklərini daşıdığı üçün Emin həmin şəxsin plastik kartına 10 manat pul göndərmişdir. Emin avtomobilində gecə yatmaq üçün bir çadır olmuşdur, Emin həmin çadırı avtomobildən götürüb qursa da çadır da 6 nəfər şəxsin qalması üçün əlverişli olmamışdır. Həmin şəxs də sellofanları gətirib çadıra qoyaraq çıxıb getmişdir. Bundan sonra onlar düşünürmüşlər ki, gecə yatmasamlar və dənizin kənarındakı stollarda əyləşib səhərə qədər söhbət etsinlər. Onlar aralarında bu barədə söhbət edərkən digər 1 nəfər tanımadıqları şəxs onlara yaxınlaşaraq əgər gecə qalmaq istəyirlərsə istirahət mərkəzinin iki parça ilə əhatə olunmuş çardağında yata biləcəklərini bildirmişdirlər. Onlar da razılaşmışdırlar. 29 may 2023-cü il tarixə keçən gecə saat 02 radələrində X28 idarə etdiyi avtomobillə gedərək su, pivə və şaurma dönəri alaraq gəlmişdirlər. Həmin ərəfədə onlar əvvəlcə qeyd olunan tanımadıqları ümumilikdə 3 nəfər şəxsi artıq görmürmüşlər. Gecə saat 05 radələrində Hafis və Almas qurduqları çadırda, Məmmədhüseyn, Emin, mən və Nərminə isə istirahət mərkəzinin çardağında yatmışdırlar. Səhər saat 10 radələrində bir nəfər şəxs onlara yaxınlaşaraq "Şəbəkə” dənizkənarı istirahət mərkəzinin müdiriyyəti olduğunu, çardaqda kimin icazəsi ilə gecələdiklərin soruşmuşdur. Onlar da müdiriyyətdən olan həmin şəxsə gecə bir nəfər şəxsin onlara özünü istirahət mərkəzinin işçisi kimi təqdim edərək həmin çardaqda qala biləcəklərini dediyini və ona görə də çardaqda və çadırda gecələdiklərini bildirmişdirlər. Həmin müdiriyyətdən olan şəxs də həmin şəxsin əlamətləri barədə onlardan soruşduqda bu barədə demişdirlər. Lakin həmin şəxs barəsində dedikləri şəxsi tanımadığını bildirmişdir. Bu zaman Emin avtomobilinin pultunu tapa bilmədiyini demişdir. Onlar və istirahət mərkəzinin onların yanlarına gələn digər işçiləri Eminin avtomobilinin pultunu axtarmağa başlamışdırlar. Lakin tapa bilməmişdirlər. Emin bildirmişdir ki, gecə yatanda pultu istirahət mərkəzinin çardağında olan stolun üstünə qoymuşdur. Pult həmin stolun üstündə də olmuşdur. Hafis dərhal avtomobilləri saxladıqları yerə getmiş və bir qədər sonra Eminə zəng edərək, Eminin idarə etdiyi avtomobilin yerində olmadığını, Hafisin idarə etdiyi “BMW 523 Minik” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilin isa sağ yan şüşesi açıq vəziyyətdə olduğunu və avtomobilinə baxdıqda özünə məxsus pul qabı, qol saatı, 1 ədəd gümüş səpin, Almasa məxsus pul qabının yerində olmadığını gördüyünü bildirmişdir. Onlar da Hafisln yanına gətmişdirlər. Emin DİN-in 102 xidmetinə zəng edərək bu barədə məlumat vermişdir. Onlar Hafisin yanına gəlmişlər. Emin DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Eminin avtomobilində 1 ədəd planşet olmuşdur. Hafis Baxşiyevin idarə etdiyi "BMW 523 Minik” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan onun pul qabını 6 ay qabaq 15 manata almışdır. Pul qabının içərisində 50 ABŞ dolları pul, iş və şəxsiyyət vəsiqəsi, 5 ədəd "xxxx" ASC tərəfindən verilmiş plastik kartlar olmuşdur. Hadisədən sonra mobil telefonuna gələn mesajlardan ona məlum olmuşdur ki, "Kapital bank” ASC tərəfindən ona verilmiş kredit kartından istifadə edilməklə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən "Tayqa" ticarət mərkəzində 1 manat 30 qəpik, 6 manat 27 qəpik, həmin ərazidə yerləşən "Oba" marketdə 8 manat 11 qəpik və 1 manat 50 qəpik, sonuncu dəfə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekində yerləşən "Azpetrol YDM”-də 10 manat və 10 manat olmaqla, ümumilikdə 37 manat 18 qəpik nağdsız istifadə edilmişdir. Həmin bank kartlarının hər birinin ümumilikdə dəyəri 10 manat olmaqla, ümumilikdə dəyərləri 50 manat olmuşdur. Belə ki, oğurluq nəticəsində ona ümumilikdə 150 manat, nəğd ödəniş edilmə nəticəsində 37 manat 18 qəpik maddi ziyan dəymişdir. Ona məxsus əl çantası Hafisin idarə etdiyi “BMW 523 Minik" markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda arxa oturacağının üstündə, pul qabı isə qabaq oturacağın üstündə olmuşdur, pul qabı götürülsə də lakin əl çantası yerində qalmışdır, çantasının içərisinə də baxılmışdır. Lakin hadisədən sonra Zərərçəkmiş şəxs1 qaçırılmış avtomobilin olduğu yer aşkar edilən zaman avtomobilin içərisinə baxılanda içərisində iş vəsiqəsi, şəxsiyyət vəsiqəsi, 4 ədəd plastik bank kartları olan pul qabı həmin avtomobilin içərisində olduğu müəyyən edilmişdir. Həmçinin Eminin avtomobilindən Eminə məxsus planşetin də oğurlandığını bilmişdir. Ona məxsus oğurlanmış, içərisində pul vəsaiti olmayan 1 ədəd "xxxx" ASC tərəfindən verilmiş USD valyutasında olan «Bir Bank CASHBACK» plastik kartın pin nömrəsi **********111025 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1, X17, Şahid1 qızı, Zərərçəkmiş şəxs3 ve Şahid2 qızı ilə "X30” rəqs məktəbinə rəqs kursuna gedərkən tanış olmuşdur. Onlar da həmin rəqs məktəbində rəqs kursuna gəlirmişlər. Onlarla tanış olduqdan sonra mehriban münasibətləri yaranmışdır. 28 may 2023-cü il tarixdə saat 17 radələrinde o, Zərərçəkmiş şəxs1, Şahid1 qızı, X17, Şahid2 qızı və Zərərçəkmiş şəxs3 ilə birlikdə Bakı şəhəri, Bilgəh qəsəbəsində yerləşən X1 balansında olan “Şəbəkə” dənizkənarı istirahət mərkəzinə gedərək orada dəniz kənarında əyləşib yemək yemişdirlər. Onlar yemək yedikdən sonra saat 20 radələrinde "Şəbəkə” dənizkənarı istirahət mərkəzinin işçiləri onlara restoranın artıq bağlandığım deyərək getsinlər. Hafis idarə etdiyi “BMW 523 Minik” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı, Emin isə idarə etdiyi “BMW 328Xİ GT” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobili "Şəbəkə” dənizkənarı istirahət mərkəzinin qarşısında saxlamışdılar. Təxminən 15 dəqiqə sonra bir nəfər tanımadıqları şəxs onlara yaxınlaşıb getmək üçün hazırlaşdıqlarını gördükdə onlara bildirmişdir ki, “istəsəniz gecə səhərə qədər istirahət mərkəzində qala bilərsiniz, istirahət mərkəzinin giriş qapısı bağlandığı üçün avtomobilləri başqa yerdə saxlamalısınız”. Onlar da razılaşmışdırlar. Hafisin avtomobilini o, idarə etmiş və həmin şəxs də Hafisin avtomobilində onun yanında əyləşib avtomobili saxlamaq üçün yeri göstərməyə birlikdə getmişdir. Emin də öz avtomobilini idarə etmişdir. Nərminə də Eminlə birlikdə getmişdir. Həmin şəxs avtomobili ona “Şəbəkə” dənizkənarı istirahət mərkəzinin saxladıqdan sonra onların yanlarına qayıtmışdır. Emin də Nərminə ilə birlikdə öz avtomobili ilə gedib yaxınlıqdakı mağazalardan birindən su, pivə, siqaret və digər ərzaq məhsulları alaraq gəlib Hafisin avtomobilinin yanında avtomobilini saxlayıb onların yanlarına gəlmişdirlər. Emin ilə Nərminə gələrkən avtomobilləri saxlamaq üçün yer göstərən həmin şəxs onların yüklərini daşıdığı üçün Emin həmin şəxsin plastik kartına 10 manat pul göndərmişdir. Emin avtomobilində gecə yatmaq üçün bir çadır olmuşdur, Emin həmin çadırı avtomobildən götürüb qursa da, çadır da 6 nəfər şəxsin qalması üçün əlverişli olmamışdır. Həmin şəxs də sellofanları gətirib çadıra qoyaraq çıxıb getmişdir. Bundan sonra onlar düşünürmüşlər ki, gecə yatmasınlar və dənizin kənarındakı stollarda əyləşib səhərə qədər söhbət etsinlər. Onlar aralarında bu barədə söhbət edərkən digər 1 nəfər tanımadıqları şəxs onlara yaxınlaşaraq əgər gecə qalmaq istəyirlərsə istirahət mərkəzinin iki parça ilə əhatə olunmuş, çardağında yata biləcəklərini bildirmişdirlər. Onlar da razılaşmışdırlar. 29 may 2023-cü il tarixə keçən gecə saat 02 radələrində X28 idarə etdiyi avtomobillə gedərək su, pivə və şaurma dönəri alaraq gəlmişdirlər. Həmin ərəfədə onlar əvvəlcə qeyd olunan tanımadıqları ümumilikdə 3 nəfər şəxsi artıq görmürmüşlər. Gecə saat 05 radələrində Hafis və Almas qurduqları çadırda, Məmmədhüseyn, Emin, mən və Nərminə isə istirahət mərkəzinin çardağında yatmışdırlar. Səhər saat 10 radələrində bir nəfər şəxs onlara yaxınlaşaraq “şəbəkə” dənizkənarı istirahət mərkəzinin müdiriyyəti olduğunu, çardaqda kimin icazəsi ilə gecələdiklərin soruşmuşdur. Onlar da müdiriyyətdən olan həmin şəxsə gecə bir nəfər şəxsin onlara özünü istirahət mərkəzinin işçisi kimi təqdim edərək həmin çardaqda qala biləcəklərini dediyini və ona görə də çardaqda və çadırda gecələdiklərini bildirmişdirlər. Həmin müdiriyyətdən olan şəxs də həmin şəxsin əlamətləri barədə onlardan soruşduqda bu barədə demişdirlər. Lakin həmin şəxs barəsində dedikləri şəxsi tanımadığını bildirmişdir. Bu zaman Emin avtomobilinin pultunu tapa bilmədiyini demişdir. Onlar və istirahət mərkəzinin onların yanlarına gələn digər işçiləri Eminin avtomobilinin pultunu axtarmağa başlamışdırlar. Lakin tapa bilməmişdirlər. Emin bildirmişdir ki, gecə yatanda pultu istirahət mərkəzinin çardağında olan stolun üstünə qoymuşdur. Pult həmin stolun üstündə də olmuşdur. Hafis dərhal avtomobilləri saxladıqları yerə getmiş və bir qədər sonra Eminə zəng edərək, Eminin idarə etdiyi avtomobilin yerində olmadığını, Hafisin idarə etdiyi “BMW 523 Minik” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə sağ yan şüşəsi açıq vəziyyətdə olduğunu və avtomobilinə baxdıqda ÖZüne məxsus pul qabı, qol saatı, 1 ədəd gümüş boyunbağının, Almasa məxsus pul qabının yerində olmadığını gördüyünü bildirmişdir. Onlar da Hafisin yanına getmişdirlər. Emin DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Eminin avtomobilində 1 ədəd planşet olmuşdur. Hadisə nəticəsində ona maddi ziyan dəyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 qızı ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1, Şahid3, X19, Şahid1 qızı və Zərərçəkmiş şəxs3 ilə “X30” rəqs məktəbinə rəqs kursuna gedərkən tanış olmuşdur. Onlar da həmin rəqs məktəbində rəqs kursuna gəlirmişlər. Onlarla tanış olduqdan sonra mehriban münasibətləri yaranmışdır. 28 may 2023-cü il tarixdə saat 17 radələrində o, Zərərçəkmiş şəxs1, Şahid3, X17, Şahid1 qızı və Zərərçəkmiş şəxs3 ilə birlikdə Bakı şəhəri, Bilgəh qəsəbəsində yerləşən X1 balansında olan "Şəbəkə" dənizkənarı istirahət mərkəzinə gedərək orada dəniz kənarında əyləşib yemək yemişdirlər. Onlar yemək yedikdən sonra saat 20 radələrində “şəbəkə” dənizkənarı istirahət mərkəzinin işçiləri onlara restoranın artıq bağlandığını deyərək getməklərini bildirmişdirlər. Onlar da əşyalarını toplamağa başlamışdırlar ki, digər istirahət mərkəzinə getsinlər. Hafis idarə etdiyi “BMW 523 Minik” markalı, 99- MX-164 dövlət qeydiyyat nişanlı, Emin isə idarə etdiyi “BMW 328Xİ GT” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobili “şəbəkə” dənizkənarı istirahət mərkəzinin qarşısında saxlamışdılar. Təxminən 15 dəqiqə sonra bir nəfər tanımadıqları şəxs onlara yaxınlaşıb getmək üçün hazırlaşdıqlarını gördükdə onlara bildirmişdir ki, “istəsəniz gecə səhərə qədər istirahət mərkəzində qala bilərsiniz, istirahət mərkəzinin giriş qapısı bağlandığı üçün avtomobilləri başqa yerdə saxlamalısınız”. Onlar da razılaşmışdırlar. Hafisin avtomobilini Şahid3 idarə etmiş və həmin şəxs də Hafisin avtomobilində Məmmədhüseynin yanında əyləşib avtomobili saxlamaq üçün yeri göstərməyə birlikdə getmişdir. Emin də öz avtomobilini idarə etmişdir. O da Eminlə birlikdə getmişdir. Həmin şəxs avtomobili Məmmədhüseynə “şəbəkə” dənizkənarı istirahət mərkəzinin yanında olan “Ay işığı” istirahət mərkəzinin qarşısında saxlatdırmışdır. Məmmədhüseyn Hafisin avtomobilini saxladıqdan sonra onların yanlarına qayıtmışdır. Emin də onunla birlikdə öz avtomobili 4 ilə gedib yaxınlıqdakı mağazalardan birindən su, pivə, siqaret və digər ərzaq məhsulları alaraq gəlib Hafisin avtomobilinin yanında avtomobilini saxlayıb onların yanlarına gəlmişdirlər. Emin onunla gələrkən avtomobilləri saxlamaq üçün yer göstərən həmin şəxs onların yüklərini daşıdığı üçün Emin həmin şəxsin plastik kartına 10 manat pul göndərmişdir. Emin avtomobilində gecə yatmaq üçün bir çadır olmuşdur, Emin həmin çadırı avtomobildən götürüb qursa da, çadır da 6 nəfər şəxsin qalması üçün əlverişli olmamışdır. Həmin şəxs də sellofanları gətirib çadıra qoyaraq çıxıb getmişdir. Bundan sonra onlar düşünürmüşlər ki, gecə yatmasamlar və dənizin kənarındakı stollarda əyləşib səhərə qədər söhbət etsinlər. Onlar aralarında bu barədə söhbət edərkən digər 1 nəfər tanımadıqları şəxs onlara yaxınlaşaraq əgər gecə qalmaq istəyirlərsə istirahət mərkəzinin iki parça ilə əhatə olunmuş çardağında yata biləcəklərini bildirmişdirlər. Onlar da razılaşmışdırlar. 29 may 2023-cü il tarixə keçən gecə saat 02 radələrində X28 idarə etdiyi avtomobillə gedərək su, pivə və şaurma dönəri alaraq gəlmişdirlər. Həmin ərəfədə onlar əvvəlcə qeyd olunan tanımadıqları ümumilikdə 3 nəfər şəxsi artıq görmürmüşlər. Gecə saat 05 radələrində Hafis və Almas qurduqları çadırda, Məmmədhüseyn, Emin, mən və Nərminə isə istirahət mərkəzinin çardağında yatmışdırlar. Səhər saat 10 radələrində bir nəfər şəxs onlara yaxınlaşaraq "Şəbəkə” dənizkənarı istirahət mərkəzinin müdiriyyəti olduğunu, çardaqda kimin icazəsi ilə gecələdiklərin soruşmuşdur. Onlar da müdiriyyətdən olan həmin şəxsə gecə bir nəfər şəxsin onlara özünü istirahət mərkəzinin işçisi kimi təqdim edərək həmin çardaqda qala biləcəklərini dediyini və ona görə də çardaqda və çadırda gecələdiklərini bildirmişdirlər. Həmin müdiriyyətdən olan şəxs də həmin şəxsin əlamətləri barədə onlardan soruşduqda bu barədə demişdirlər. Lakin həmin şəxs barəsində dedikləri şəxsi tanımadığını bildirmişdir. Bu zaman Emin avtomobilinin pultunu tapa bilmədiyini demişdir. Onlar və istirahət mərkəzinin onların yanlarına gələn digər işçiləri Eminin avtomobilinin pultunu axtarmağa başlamışdırlar. Lakin tapa bilməmişdirlər. Emin bildirmişdir ki, gecə yatanda pultu istirahət mərkəzinin çardağında olan stolun üstünə qoymuşdur. Pult həmin stolun üstündə də olmuşdur. Hafis dərhal avtomobilləri saxladıqları yerə getmiş və bir qədər sonra Eminə zəng edərək, Eminin idarə etdiyi avtomobilin yerində olmadığını, Hafisin idarə etdiyi “BMW 523 Minik” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilin isa sağ yan şüşesi açıq vəziyyətdə olduğunu və avtomobilinə baxdıqda özünə məxsus pul qabı, qol saatı, 1 ədəd gümüş boyunbağının, Almasa məxsus pul qabının yerində olmadığını gördüyünü bildirmişdir. Onlar da Hafisln yanına gətmişdirlər. Emin DİNin 102 xidmetine zəng edərək bu barədə məlumat vermişdir. Eminin avtomobilində 1 ədəd planşet olmuşdur. Hadisə nəticəsində ona maddi ziyan dəyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 qızı ifadəsində göstərdi ki, o, "Baku Electric’' MMC-də mühasib işləyir. Əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs1, Şahid3, X17, Şahid2 qızı və X12 ilə “X30’' rəqs məktəbinə rəqs kursuna gedərkən tanış olmuşdur. Onlar da həmin rəqs məktəbində rəqs kursuna gəlirmişlər. Onlarla tanış olduqdan sonra mehriban münasibətləri yaranmışdır. 28 may 2023-cü il tarixdə saat 17 radələrində o, Zərərçəkmiş şəxs1 Şahid3, X17, Şahid2 qızı və Zərərçəkmiş şəxs3 ilə birlikdə Bakı şəhəri, Bilgəh qəsəbəsində yerləşən X3 balansında olan "Şəbəkə’’ dənizkənarı istirahət mərkəzinə gedərək orada dəniz kənarında əyləşib yemək yemişdirlər. Onlar yemək yedikdən sonra saat 20 radələrində şəbəkə” dənizkənarı istirahət mərkəzinin işçiləri onlara restoranın artıq bağlandığını deyərək getməklərini bildirmişdirlər. Onlar da əşyalarını toplamağa başlamışdırlar ki, digər istirahət mərkəzinə getsinlər. Hafis idarə etdiyi "BMW 523 Minik" markalı. **-MX-*** dövlət qeydiyyat nişanlı. Emin isə idarə etdiyi "BMW 328Xİ GT" markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobili “Şəbəkə” dənizkənarı istirahət mərkəzinin qarşısında saxlamışdılar. Təxminən 15 dəqiqə sonra bir nəfər tanımadıqları şəxs onlara yaxınlaşıb getmək üçün hazırlaşdıqlarını gördükdə onlara bildirmişdir ki, “istəsəniz gecə səhərə qədər istirahət mərkəzində qala bilərsiniz, istirahət mərkəzinin giriş qapısı bağlandığı üçün avtomobilləri başqa yerdə saxlamalısınız”. Onlar da razılaşmışdırlar. Hafisin avtomobilini Şahid3 idarə etmiş və həmin şəxs də Hafisin avtomobilində Məmmədhüseynin yanında əyləşib avtomobili saxlamaq üçün yeri göstərməyə birlikdə getmişdir. Emin də avtomobilini idarə etmişdir. Nərminə də Eminlə birlikdə getmişdir. Həmin şəxs avtomobili Məmmədhüseynə “Şəbəkə" dənizkənarı istirahət mərkəzinin yanında olan "Ay işığı” istirahət mərkəzinin qarşısında saxlatdırmışdır. Məmmədhüseyn Hafisin avtomobilini saxladıqdan sonra onların yanlarına qayıtmışdır. Emin də Nərminə ilə birlikdə öz avtomobili ilə gedib yaxınlıqdakı mağazalardan birindən su, pivə, siqaret və digər ərzaq məhsulları alaraq gəlib Hafisin avtomobilinin yanında avlomobilini saxlayıb onların yanlarına gəlmişdirlər. Emin ilə Nərminə gələrkən avtomobilləri saxlamaq üçün yer göstərən həmin şəxs onların yüklərini daşıdığı üçün Emin həmin şəxsin plastik kartına 10 manat pul göndərmişdir. Emin avtomobilində gecə yatmaq üçün bir çadır olmuşdur, Emin həmin çadırı avtomobildən götürüb qursa da, çadır da 6 nəfər şəxsin qalması üçün əlverişli olmamışdır. Həmin şəxs de sellofanları gətirib çadıra qoyaraq çıxıb getmişdir. Bundan sonra onlar düşünürmüşlər ki, gecə yatmasınlar və dənizin kənarındakı stollarda əyləşib səhərə qədər söhbət etsinlər. Onlar aralarında bu barədə söhbət edərkən digər 1 nəfər tanımadıqları şəxs onlara yaxınlaşaraq əgər gecə qalmaq istəyirlərsə istirahət mərkəzinin iki parça ilə əhatə olunmuş çardağında yata biləcəklərini bildirmişdirlər. Onlar da razılaşmışdırlar. 29 may 2023-cü il tarixə keçən gecə saat 02 radələrində Hafıslə Eminin idarə etdiyi avtomobillə gedərək su, pivə və şaurma dönəri alaraq gəlmişdirlər. Həmin ərəfədə onlar əvvəlcə qeyd olunan tanımadıqları ümumilikdə 3 nəfər şəxsi artıq görmürmüşlər. Gecə saat 05 radələrində Hafis və Almas qurduqları çadırda Məmmədhüseyn. Emin, mən və Nərminə isə istirahət mərkəzinin çardağında yatmışdırlar. Səhər saat 10 radələrində bir nəfər şəxs onlara yaxınlaşaraq “Şəbəkə" dənizkənarı istirahət mərkəzinin müdiriyyəti olduğunu, çardaqda kimin icazəsi ilə gecələdiklərin soruşmuşdur. Onlar da müdiriyyətdən olan həmin şəxsə gecə bir nəfər şəxsin onlara özünü istirahət mərkəzinin işçisi kimi təqdim edərək həmin çardaqda qala biləcəklərini dediyini və ona görə də çardaqda və çadırda gecələdiklərini bildirmişdirlər. Həmin müdiriyyətdən olan şəxs də həmin şəxsin əlamətləri barədə onlardan soruşduqda bu barədə demişdirlər. Lakin həmin şəxs barəsində dedikləri şəxsi tanımadığım bildirmişdir. Bu zaman Emin avtomobilinin pultunu tapa bilmədiyini demişdir. Onlar və istirahət mərkəzinin onların yanlarına gələn digər işçiləri Eminin avtomobilinin pultunu axtarmağa başlamışdır. Lakin tapa bilməmişdirlər. Emin bildirmişdir ki. gecə yatanda pultu istirahət mərkəzinin çardağında olan stolun üstünə qoymuşdur. Pult həmin stolun üstündə də olmuşdur. Hafis dərhal avtomobilləri saxladıqları yerə getmiş və bir qədər sonra Eminə zəng edərək. Eminin idarə etdiyi avtomobilin yerində olmadığını, Hafisin idarə etdiyi "BMW 523 Minik" markalı. **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə sağ yan şüşəsi açıq vəziyyətdə olduğunu və avtomobilinə baxdıqda özünə məxsus pul qabı, qol saatı, 1 ədəd gümüş boyunbağının, Almasa məxsus pul qabının yerində olmadığım gördüyünü bildirmişdir. Onlar da Hafisin yanına getmişdirlər. Emin DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Eminin avtomobilində 1 ədəd planşet olmuşdur. Şahid1 qızı verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə nəticəsində ona maddi ziyan dəyməmişdir. Cinayət işinin İ cildinin 6-8-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” 29 may 2023-cü il tarixli protokoldan görünür ki, hadisə baş verdiyi yer Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən «Ay işığı» istirahət mərkəzinin qarşısıdır. Cinayət işinin İ cildinin 42-43-cü vərəqində olan “Baxış keçirmə və götürmə haqqında” 29 may 2023-cü il tairxli protokoldan görünür ki, avtomobil “BMW 328Xİ GT” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlıdır, ağ rənglidir, xetçbek tiplidir. ünvan 2 ünvanda yerləşən ərzaq mağazasının qarşısında yolun kənarında dayanmışdır. Avtomobilin arxa hissəsində sol tərəfdə səsboğucu yoxdur, səsboğucunun üst tərəfi yarısınmış vəziyyətdədir, arxa buferin sol tərəfi cızılmış vəziyyətdədir. Avtomobilin qapıları və şüşələri qapalı vəziyyətdə olduğundan və avtomobilin pultu olmadığından avtomobilin qapılan X5 tərəfindən xüsusi vasitələr tətbiq etməklə açıldı, avtomobilə yeni pult yazıldı. Avtomobilin salon hissəsinə baxdıqda iki ədəd xidməti vəsiqə, qulaqcıq, qırmızı rəngli əl çantası, müxtəlif açarlar, bir ədəd üzərində "***-***-**-** saylı mobil telefon nömrəsi olan laminaslya olunmuş kağız, içərisində 4 ədəd 4173-5816-1359-4656, 4169-7414-1145- 0735, 4169-7388-2302-0338 və 4169-7388-7465-2708 pan nömrəli plastik bank kartları, 3918 nömrəli xidməti vəsiqə və AA ******* nömrəli şəxsiyyət vəsiqəsi olan qırmızı rəngli üzərində “Love, Freedom, lofetima defoted" sözləri yazılan pul qabı, salonun ön sağ və sol oturacağının arxasındakı ayaqaltında biri əzilmiş vəziyyətdə dan iki edən "GO” içkisinin qabı aşkar olundu. Baxış zamanı Zərərçəkmiş şəxs1 bildirmişdir ki, ona məxsus baxış keçirilən avtomobil qaçırılmamışdan əvvəl sol tərəfdə olan səsboğucu yerində olmuş, həmin səsboğucunun üst hissəsi sınmamış, arxa buferin sol tərəfi cızılmamışdır. Avtomobilin içərisindəki onun adına olan iki ədəd xidməti vəsiqə, qulaqcıq, qırmızı rəngli əl çantası, müxtəlif açarlar, bir ədəd üzərində "***-***-**-** saylı mobil telefon nömrəsi olan laminasiya olunmuş kağız ona məxsusdur, avtomobilin qabaq sağ oturacağının arxasında olan cibliyə qoyduğu özünə məxsus 2021-ci il tarixli «Apple» markalı, «İPad Air 5 modeli, Wi-Fi + 4G+512GB, Space Grey» modelli planşet yerində yoxdur, oğurlanmış, avtomobilin ön sağ və sol oturacağının arxasındakı ayaqaltında biri əzilmiş vəziyyətdə olan iki ədəd “GO” içkisini də o almamış və həmin yerə atmamışdır. Baxış zamanı, Zərərçəkmiş şəxs3 bildirmişdir ki, qırmızı rəngli üzərində "Love, Freedom, Lofetime defoted” sözləri yazılan pul qabı və pul qabının içərisində olan 4 ədəd 4173-5816-1359-4656, 4169-7414-1145- 0735, 4169-7388-2302-0338 və 4169-7388-7465-2708 pan nömrəli plastik bank kartları, 3918 nömrəli xidməti vəsiqə və AA ******* nömrəli şəxsiyyət vəsiqəsi ona məxsusdur, həmin pul qabının içərisində olan ona məxsus bir ədəd bank kartı və 50 ABŞ dolları pul qabının içərisində yoxdur, oğurlanmışdır. Baxış zamanı Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin KTQ-nun inspektor - kriminalisti, polis leytenantı Təqsirləndirilən şəxs tərəfindən əl-barmaq izləri götürüldükdən sonra iş üçün əhəmiyyət kəsb etdiyindən Zərərçəkmiş şəxs3 məxsus içərisində xidməti vəsiqə, şəxsiyyət vəsiqəsi, 4 ədəd bank kartı olan qırmızı rəngli üzərində "Love, Freedom, Lofetime defoted" sözləri yazılan pul qabı qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı əlavə iş üçün mühüm əhəmiyyət kəsb edən hər hansı bir iz və ya predmet aşkar edilərək götürülməmişdir. Cinayət işinin İ cildinin 76-cı vərəqində olan “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 05 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Tutmanın əvvəli 05 iyun 2023-cü il tarixdə saat 21:50-dən hesablanmışdır Cinayət işinin İ cildinin 122-123-cü vərəqlərində olan “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan rədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” 07 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Fərid Soltanlının 07 iyun 2023-cü il tarixli vəsatətinin təmin edilmədən rədd edilməsi, Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən dərhal azad edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 124-125-ci vərəqlərində olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 07 iyun 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 128-129-cu vərəqlərində olan “İfadənin yerində yoxlanması barədə” 07 iyun 2023-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi yerlərin dəqiq müəyyən edilməsi, eləcə də onun ufadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək üçün ifadəsi yerində yoxlanılmışdır. İfadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin İ cildinin 131-132-ci vərəqlərində olan “Baxış keçirmə və götürmə haqqında” 07 iyun 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən «Apple» markalı markalı planşetin işlək vəziyyətə gətirilməsi mümkün olmamışdır. Planşetin ön hissəsi qara, arxa hissəsi gümüşü rəngdədir. Planşetin arxa hissəsində «iPad» sözü yazılmışdır. Baxış zamanı X13 bildirmişdir ki, təqdim etdiyi «Apple» markalı planşeti 29 may 2023-cü il tarixdə saat 10 radələrində bir nəfər kişi cinsindən olan tanımadığı oğlan özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim edib işləmədiyi üçün satdığını bildirmiş, o da həmin şəxsə 30 manat verib planşeti ondan almışdır. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs X7 dediklərini təsdiq edərək həqiqətən də "BMW 328Xİ GT" markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurladığı «Apple» markalı planşeti 29 may 2023-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan 38 ünvanında yerləşən «Həcinin dükanı» adlı telefon mağazasında 30 manata satmışdır, iş üçün əhəmiyyət kəsb etdiyindən X7 təqdim etdiyi 1 ədəd «Apple» markalı planşet götürülərək bir ədəd zərfə qoyuldu və möhürləndi. Cinayət işinin İ cildinin 139-140-cı vərəqlərində olan “Maddi sübut kimi tanımaq haqqında” 07 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X7 təqdim etdiyi 1 ədəd “Apple” markalı planşetin maddi sübut kimi tanınması və saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 144-145-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respblikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa, sonuncu dəfə o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 18 gün müddətinə şərti olaraq vaxtından əvvəl cəzadan azad edilmişdir. xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət işinin İ cildinin 150-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-13-11/2- 7196/2023 nömrəli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi Kardioloji Sanatoriyanın içərisində olan Ay İşığı restoranının qarşısında vətəndaş Zərərçəkmiş şəxs1 məxsus "BMW" markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin oğurlanaraq Şamaxinka ərazisində 20 Yanvar küçəsində tapılması faktı ilə əlaqədar avtomobilin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2023cü il tarixdə KTl-yə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİSin məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədi (ADİS-in məlumat bankına Nizami RPİ, BƏSİİ və Sabunçu RPİ- dən daxil olan), xx.xx.1999-cu ildə Şirvan şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət və ovuc əksi ilə eynilik müəyyən etmişdir. Digər eynilik müəyyən edilməmişdir. Cinayət işinin İ cildinin 209-cu vərəqində olan “Təqsirləndirilən şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin İ cildinin 234-236-cı vərəqlərində olan “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama erindən azad edilməsi və qətimkan tədbirinin dəyişdirilməsi haqqında” 01 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilməsi, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 242-ci vərəqində olan “Diskə baxış keçirilməsi haqqında” 02 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 06:21:30 ilə saat 06:21:44 aralığında “BMW 328Xİ GT” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı şəhəri, Bilgəh qəsəbəsində yerləşən X1 dayanacağından çıxaraq yol ilə hərəkət etməsi müşahidə olunur. Təqsirləndirilən şəxs bildirmişdir ki, müşahidə kamerasına düşmüş avtomobili idarə edən şəxs özüdür. Odur ki, iş üzrə ilkin təhqiqat zamanı 1 ədəd DVD diskə köçürülmüş görüntü sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin İ cildinin 244-247-ci vərəqlərində olan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” 05 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 idarə etdiyi "BMW 328Xİ GT markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildə xəsarət olmadığı müəyyən edildi. Zərərçəkmiş şəxs1 hadisədən sonra istintaqa məlumat vermədən avtomobili təmir etdirdiyini bildirmişdir. Təmir xərci isə 1040 AZN təşkil etmişdir. Cinayət işinin İİ cildinin 2-7-ci vərəqlərində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-234/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxsinun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon məhkəməsinin 1(007)- 14/2022 nömrəli, 25 fevral 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılması və üzrəində qəti olaraq 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəlinin 15 yanvar 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin İİ cildinin 37-38-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2023-cü il tarixli, 9/7675 nömrəli eksertiza rəyindən görünür ki, 02 ədəd pul kisəsinin bir ədədinin dəyəri 5 manat manat olmaqla ümumi dəyəri 10 manat, 01 ədəd elektron qol saatının dəyəri 35 manat, 01 ədəd gümüş boyunbağının dəyəri 50 manat, 01 ədəd “Apple" markalı “İpad Air 5, Wi-Fi + 4g+512 GB, Space Grey” modelli planşetin dəyəri 650 manat olaraq hesablanmışdır. Cinayət işinin İİ cildinin 46-65-ci vərəqlərində olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 25 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, 01 ədəd 4173-5816-1359-4656 pan nömrəli, 1 ədəd 4169-7414-1145-0735 pan nömrəli, 1 ədəd 4169-7388-2302-0338 pan nömrəli və 1 ədəd 4169-7388-7465-2708 pan nömrəli plastik kartlar, 3918 nömrəli xidməti vəsiqə, AA ******* nömrəli şəxsiyyət vəsiqəsi, 01 ədəd pul qabının, maddi sübut kimi tanınması və Zərərçəkmiş şəxs3 saxlanılmasının nəzərə alınması, X7 təqdim etdiyi 01 ədəd «Apple» markalı planşetin maddi sübut kimi tanınması və Sabunçu RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs tərəfindən istifadə edilərək avtomobilə qoyulmuş 02 ədəd istifadə olunmuş “Go” markalı içki qablarının maddi sübut kimi tanınması və Sabunçu RPİ-də saxlanmasının nəzərə alınması, Zərərçəkmiş şəxs1 məxsus "BMW" markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin müayinəsi zamanı götürülmüş əl izlərindən 02 ədədi Təqsirləndirilən şəxs məxsus olduğundan həmin əl izlərinin maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsinin nəzərə alınması qərara alınmışdır. Cinayət işinin İİ cildinin 67-69-cu vərəqlərində olan “Qətimkan tədbirinin nəzərə alınması haqqında” 25 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə nəzərə alınması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə dəyişdirilməsi və onun tutularaq dərhal həbs edilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin Qərarda həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.2 və 185.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli tam etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, o əvvəllər məhkum olunsa da, onun bu məhkumluğu (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-14/2022 nömrəli, 25 fevral 2022-ci il tarixli hökmü və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-234/2022 saylı hökmü) böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluq olduğundan Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 185.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in onun təqsirli bilindiyi 177.2.2 və 185.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, təyin olunmuş cəzalar qismən toplanılmaqla cəza müəyyən edilməli (CM-66.2.), istintaq zamanı tutma altında saxlanıldığı 03 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu gündən hesablanmalı (CPM-158.2.1., 158.6., CM-69.3.), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). İş üzrə maddi sübut kimi tanınmış – 01 ədəd 4173-5816-1359-4656 pan nömrəli, 1 ədəd 4169-7414-1145-0735 pan nömrəli, 1 ədəd 4169-7388-2302-0338 pan nömrəli və 1 ədəd 4169-7388-7465-2708 pan nömrəli plastik kartlar, 3918 nömrəli xidməti vəsiqə, AA ******* nömrəli şəxsiyyət vəsiqəsi, 01 ədəd pul qabının Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış – X7 təqdim etdiyi 01 ədəd «Apple» markalı planşet qanuni sahibi Zərərçəkmiş şəxs1 qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış – Təqsirləndirilən şəxs tərəfindən istifadə edilərək avtomobilə qoyulmuş 02 ədəd istifadə olunmuş “Go” markalı içki qabları dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış – Zərərçəkmiş şəxs1 məxsus "BMW" markalı, **- GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin müayinəsi zamanı götürülmüş əl izləri cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 185.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X8 dövlət büdcəsi hesabına vəsait ödənilməli, ona məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 197-198, 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 185.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 03 (üç) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il, 02 (iki) ay, 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 02 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış – 01 ədəd 4173-5816-1359-4656 pan nömrəli, 1 ədəd 4169-7414-1145-0735 pan nömrəli, 1 ədəd 4169-7388-2302-0338 pan nömrəli və 1 ədəd 4169-7388-7465-2708 pan nömrəli plastik kartlar, 3918 nömrəli xidməti vəsiqə, AA ******* nömrəli şəxsiyyət vəsiqəsi, 01 ədəd pul qabının Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış – X7 təqdim etdiyi 01 ədəd «Apple» markalı planşet qanuni sahibi Zərərçəkmiş şəxs1 qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış – Təqsirləndirilən şəxs tərəfindən istifadə edilərək avtomobilə qoyulmuş 02 ədəd istifadə olunmuş “Go” markalı içki qabları dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış – Zərərçəkmiş şəxs1 məxsus "BMW" markalı, **- GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin müayinəsi zamanı götürülmüş əl izləri cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X14 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-83/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-83/2024
07.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver