Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-83/2025 24.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X1, müdafiəçi – Bakı şəhəri 02 saylı vəkil bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, orta təhsilli, müvəqqəti işləməyən, İsmayıllı rayonu, Sulut ərazi dairəsi, Kələzeyvə kəndi ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, bina 24, mənzil 10 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə faktiki olaraq Şahid4 məxsus olmaqla mülkiyyətçisi olmadığı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 82.25 kv. metr olan yaşayış evini tanışı Zərərçəkmiş şəxs 23000 manat pul müqabilində satacağına dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə yönəlmiş niyyətini pərdələmək üçün Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "xxxx" MMC tərəfindən tərtib edilmiş eskiz-lahiyə əsasında Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 58/1 ünvanında yerləşən 14 saylı notariat kontorunda həmin yaşayış sahəsinin özünə məxsus olduğunu bildirməklə Zərərçəkmiş şəxslə ilkin alqı-satqı müqaviləsi bağlayaraq 18 sentyabr 2023-cü il tarixdə saat 16:29-da Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 58/1 ünvanında yerləşən 14 saylı notariat kontorunda sonuncudan 10000 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs ümumilikdə 10000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5 ildir ki, fərdi qaydada “maklerlik” fəaliyyəti ilə məşğul olur. 2012-ci ildə Abşeron rayonu, Qobu qəsəbəsində X2 1 hektar torpaq sahəsini həmin şəxsin qohumunun ona olan borcu müqabilində almışdır. Lakin həmin torpaq sahəsinin bir hissəsini öz adına keçirməmişdir. Bu hadisədən 5-6 il sonra ona məlum olmuşdur ki, həmin şəxs ona verməli olduğu torpaq sahələrini digər şəxslərə qanuni olaraq satmışdır. Əvəzində isə ona həbsə düşmüş torpaq sahələrinin (25 sot) çıxarışını vermişdir. Bu səbəbdən də həmin torpaq sahəsinin sənədləşməsində müəyyən çətinliklər yaranmışdır. Zərərçəkmiş şəxs vermiş olduğu şikayətlə əlaqədar olaraq bildirir ki, o, həmin ərazidə tanışı Naxçıvanlı Mazan adı ilə tanıdığı şəxsə məxsus torpaq sahələrində etibarnamə əsasında fərdi yaşayış evini tikib satmaqla məşğul olmuşdur. Zərərçəkmiş şəxs bildirdiyi ərazinin təxminən 40 kv. metri Mazana, yerdə qalan 2 sot 60 kv. metri isə ona məxsusdur. O, həmin torpaq sahəsində tikməkdə olduğu evi satmaq niyyətində olduğu üçün Bakı şəhəri, Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidə piyada hərəkətdə olarkən təsadüfən gördüyü daşınmaz əmlakların alqı-satqısı ofisinə yaxınlaşmışdır. Orada olan Hüseynağa və Sahib adlı maklerlərə göstərilən ünvanda, yəni Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu yolunda yerləşən evi satmaq istədiyini bildirmişdir. Bundan sonra Hüseynağa və Sahib adlı şəxslər onu Zərərçəkmiş şəxslə tanış etmişdirlər. Onlar birlikdə evə baxış keçirmək üçün göstərilən ünvana getmişdirlər. Baxış keçirdikdən sonra Zərərçəkmiş şəxslə ilkin ödəniş olaraq 10000 (on min) manat, ümumilikdə isə 23000 (iyirmi üç min) manat müqabilində həmin yarımtikili evi almaqda razılaşmışdırlar. Daha sonra onlar zəruri sənədləri toplayaraq Bakı şəhəri 14 saylı notariat kontoruna yaxınlaşmış və orada ilkin alqı-satqı müqaviləsi bağlamışdırlar. O, orada ilkin ödəniş olaraq Zərərçəkmiş şəxs 10000 (on min) manat pulu almışdır. Bunun müqabilində Hüseynağa və Sahib adlı şəxslər ondan 2000 (iki min) manat pul tələb etmişdirlər, o isə həmin şəxslərə 1050 (bir min əlli) manat pul vermişdir. Zərərçəkmiş şəxslə olan razılaşmalarına əsasən o, həmin yarımtikili evi 1 ay 10 gün müddətində yekunlaşdırıb təhvil verməli olmuş, lakin o, tikintiyə başlamaq istədikdə Abşeron Rayon icra Hakimiyyəti rəsmi olaraq ona tikinti aparmaq üçün icazə verməmişdir. Bu səbəbdən də tikintidə müəyyən ləngimələr baş vermişdir. Bundan sonra Zərərçəkmiş şəxslə olan razılaşmaları pozulmuş və İbrahim ondan vermiş olduğu pulu geri tələb etmişdir. O, Zərərçəkmiş şəxs pulunu qaytaracağını bildirmişdir. Lakin həmin pulu geri qaytara bilməmiş və Zərərçəkmiş şəxs onun barəsində polisə müraciət etdiyini öyrənmişdir. Əlavə olaraq bildirmişdir ki, onun maddi sıxıntıları olduğundan həmin pulu geri qaytara bilməmişdir. O, həmin pulu düzəldə bilmədiyi üçün bu məsələyə verəcək cavabı olmadığından telefonunu söndürərək zənglərə cavab verməmişdir. Eskiz-lahiyədə qeyd olunan ölçülərlə bağlı Zərərçəkmiş şəxslə aralarında yaranmış mübahisəni aydınlaşdırmaq üçün Elçin müəllimə zəng etmişdirlər. Elçin müəllimi Abşeron rayonu, Xırdalan şəhərində "xxxx" MMC-nin əməkdaşı olaraq tanımışdır. O, həmin evin eskizlahiyəsini Elçin müəllimə çəkdirmişdir. O, hal-hazırda həmin sənədi təqdim edə bilmir, həmin sənədi gedib “BTİ”dən çıxardıb gətirə bilər. O, Mazan adlı şəxsin ad, soyad və ata adını tam olaraq xatırlamır. O, həmin torpaqları aldıqdan sonra ona məlum olmuşdur ki, torpaqların müəyyən hissəsi həbsdədir, bəzi hissələri isə ümumiyyətlə ona göstərilən ünvanda deyil, tamam başqa dəyəri daha az olan torpaq sahələridir. Sənədləşmədə yaranmış çətinliklər bu hadisələrin nəticəsidir. Onlar notariat kontoruna gedərkən eskizlahiyə sənədlərini toplayıb getmiş və ilkin alqı-satqı müqaviləsini də həmin eskiz-lahiyə əsasında həyata keçirmişdirlər. O, həmin notariat kontoruna torpaq sahəsinin çıxarışı, etibarnamə və eskiz-lahiyəni təqdim etmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışdığını bildirərək barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, 2023-cü ilin sentyabr ayında əvvəllər yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 1-ci MKR ərazisindən tanıdığı maklerlər Şahid2 və Sahib adlı şəxslərdən ucuz qiymətə ev almaq üçün ona köməklik etmələrini istəmişdir. Bundan təxminən 1 gün sonra Hüseynağa və Sahib ona Qobu yolu istiqamətində ucuz qiymətə ev olmasını, evi satan şəxsin həm həmyerliləri olmasını, həm də makler olmasını ona bildirmişdirlər. Bundan sonra o, Hüseynağa, Sahib və Təqsirləndirilən şəxs ilə birlikdə tam ünvanını dəqiq xatırlamadığı, lakin Qobu yolunda yerləşən yarımtikili bir evə getmişdirlər. O, evə baxdıqdan sonra həmin şəxslərlə müəyyən danışıqlar aparmış və 10000 (on min) manat ilkin ödəniş ödəyəcəyi, ev təhvil verildikdən sonra 5000 (beş min) manat, həmçinin 1 il ərzində də hissə-hissə 8000 (səkkiz min) manat ödəməklə evin mülkiyyətini alacağına orada olan şəxslərlə razılaşmışdır. Hətta Hüseynağa ilə Sahib onu həmin evi almaqda tələsdirərək -“burda nə var ki?! Notariat qaydasında olan işdir, bu evi al”- demişdirlər. Oradan çıxdıqda onlar birlikdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 14 saylı notariat ofisinə yaxınlaşmış və Təqsirləndirilən şəxs həmin evin eskiz-lahiyəsini təqdim etməklə onunla qeyd olunan şərtlərdə ilkin alqı-satqı müqaviləsi bağlamışdır. Bundan sonra o, notariusda Təqsirləndirilən şəxs 10000 (on min) manat pulu ödəmişdir. Həmçinin o, bu işlə əlaqədar Hüseynağa və Sahib adlı şəxslərə 300 (üç yüz) manat, notarius rüsumu olaraq isə 500 (beş yüz) manat da ödəmişdir. Bundan sonra Məbud ona həmin evi 40 gün ərzində təqdim etməkdə razılaşmışdır. Həmin müddət ərzində o, bir neçə dəfə həmin ünvandakı evə baxış keçirmək üçün getmiş və bu zamanlarda həmin evin tikintisi ilə əlaqədar heç bir işin aparılmadığını aşkar etmişdir. Bundan sonra o, həmin ünvanda olarkən ona məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsi ümumiyyətlə Təqsirləndirilən şəxs aid deyildir. Həmin ünvanda qonşuluqda yaşayan şəxslər ona həmin torpaq sahəsinin Xəyal adlı şəxsə məxsus olduğunu bildirmişdirlər. O, həmin şəxslərdən Xəyal adlı şəxsin mobil nömrəsini götürərək ona zəng etmişdir. Xəyal adlı şəxs ona telefonda həmin torpaq sahəsinin və yarımtikili evin Təqsirləndirilən şəxs deyil özünə məxsus olduğu və həmin torpaq sahəsini özünün satmaq istədiyini, lakin bugünədək heç kimə satmadığını bildirmişdir. Müddət tamam olduqdan sonra o, bir neçə dəfə Təqsirləndirilən şəxsla əlaqə saxlasa da, Məbud telefonu söndürüb cavab verməməyə başlamış və bu zaman o, həqiqətən də aldadıldığını anlamışdır. Daha sonra o, Hüseynağa və Sahiblə əlaqə saxlayaraq Məbudun onu aldatdığını, bunun nə məsələ olduğunu sual etdikdə həmin şəxslər ona Məbudu iş yoldaşı kimi tanıdıqlarını, onlarlıq bir şey olmadığını bildirmişdirlər. Bundan sonra ona məlum olmuşdur ki, notarius sənədləşməsi də yanlış olmuşdur, bu məsələ ilə əlaqədar forma 1 lazım olduğu halda orada forma 1 təqdim olunmadan ilkin müqavilə bağlanmışdır. Hətta notariusda olarkən Məbud “Elçin müəllim” adlı eskiz-layihə işçisinə zəng edərək həmin şəxsi notariusla danışdırmış və həmin şəxs bundan sonra onların aralarında ilkin müqaviləni bağlamışdır. O, bu qanunsuzluqları öyrəndikdən sonra polisə hadisə barəsində şikayət etmək qərarına gəlmişdir. O, verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o, bu məsələ ilə əlaqədar ümumilikdə 10800 (on min səkkiz yüz) manat pul xərcləmişdir, lakin onun sırf Təqsirləndirilən şəxs ödədiyi pul 10000 (on min) manat olmuşdur və ona 10000 (on min) manat maddi ziyan dəymişdir. O, Hüseynağa, Sahib və Məbud adlı şəxslərin mobil nömrələrini bilir. Hüseynağa adlı şəxs ***-***-**-** mobil nömrəsini, Sahib ***-***-**-** mobil nömrəsini, Məbud isə ***-***-**-** mobil nömrəsini istifadə edir. Vermiş olduğu məlumatı ifadəsində qeyd etdiyi şəxslər təsdiq edə bilərlər. Qeyd olunan məsələ ilə əlaqədar rəsmi notariat müqaviləsi və eskiz-layihə sənədləri də vardır. Təqsirləndirilən şəxs həmin notariusa evin sadəcə olaraq eskizlahiyəsini təqdim etmişdir, başqa heç bir sənəd təqdim etməmişdir. Məbud ona torpaq sahəsinin özünə məxsus olduğunu, hətta makler olaraq bu kimi işlərlə məşğul olduğunu, mütəmadi olaraq öz torpaq sahələrində yaşayış evi tikib satdığını bildirmişdir. O, Nəsimi RPİ-nin 19-cu PŞ-nə müraciət edənədək Məbud bir neçə dəfə onun zənglərini açaraq pulunu bugün-sabah ödəyəcək deyə-deyə onu aldatmış və yubatmışdır. Polisə müraciət etdikdən sonra isə o, ümumiyyətlə Məbudla heç bir əlaqə saxlaya bilməmiş və Məbud telefonunu söndürərək aradan çıxmışdır. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona dəymiş ziyanın tam ödədiyini və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmiş, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, təxminən 2 ildir ki, ev alqı-satqısı sahəsində çalışır. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs onun fəaliyyət göstərdiyi ünvan 5 ünvanında yerləşən ofisinə gələrək təxminən 25-30 min manat civarında bir ev almaq istədiyini bildirmişdir. Bundan sonra o, və həmkarı Şahid5 Zərərçəkmiş şəxs bildirmişdirlər ki, İbrahimin istəyinə uyğun bir ev əllərinə düşsə bu barədə məlumat verəcəkdirlər. xx.xx.2023-cü il tarixdə isə Təqsirləndirilən şəxs həmin ofisə gələrək atasından Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən torpaqların qaldığını, həmin ərazidə evlər tikib satdığını bildirmiş və onlara həmin evlərdən almaq istəyən olub-olmadığını soruşmuşdur. Onlar Təqsirləndirilən şəxs da əgər istiyən olarsa məlumat verəcəklərini bildirmişdirlər. Daha sonra Məbudun satdığını bildirdiyi evlərin ucuz olduğunu gördükdə bu barədə Zərərçəkmiş şəxs məlumat vermişdirlər. İbrahim bu təkliflə razılaşdıqda İbrahimi Məbudla görüşdürmüş və onlar birlikdə Qobu qəsəbəsində yerləşən evə baxmağa getmişdirlər. Həmin evə baxan zaman evin yarımtikili olduğunu görmüşdürlər. Məbud onlara həmin evin eskiz layihəsini və sənədlərini də göstərmiş və onlar Məbuda inanmışdırlar. Daha sonra İbrahimlə Məbud öz aralarında razılaşmış və onlar birlikdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 14 saylı notariat kontoruna getmişdirlər. X10 ilkin alqı-satqı müqaviləsi bağlamışdırlar. Bundan sonra isə İbrahim onlara “şirinlik” olaraq 300 (üç yüz) manat pul vermişdir. Məbud isə həmin evin tikintisini xx.xx.2023-cü il tarixədək yekunlaşdıracağına söz vermişdir. Lakin Məbudun orada heç bir tikinti işi aparmadığı yə müddətin tamam olması barədə İbrahim onlara yenidən müraciət etmişdir. Onlar Məbudla əlaqə saxladıqda Məbud müxtəlif bəhanələrlə mövzudan yayınmağa cəhd göstərmişdir. Daha sonralar isə Məbud ümumiyyətlə onların zənglərinə cavab verməməyə başlamışdır. Onlar Məbudla əlaqə saxlamağa dəfələrlə cəhd göstərsələr də Məbudla heç bir əlaqə yarada bilməmişdirlər. O, verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o, Məbudu ilk dəfə ofisə gəldikdə tanımışdır. Onlar fəaliyyət göstərdikləri müddətdə ilk dəfədir ki, başlarına bu cür hadisə gəlir. Məbud onlara həmin zaman heç bir maddi vəsait verməmişdir. Lakin Məbud yerdə qalan pulunu Zərərçəkmiş şəxs aldıqda onların maklerlik haqlarını verəcəyini vəd etsə də, onları da aldatmış və onlara heç bir vəsait verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, təxminən 2 ildir ki, ev alqı-satqısı sahəsində çalışır. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs onun fəaliyyət göstərdiyi ünvan 5 ünvanında yerləşən ofisinə gələrək təxminən 25-30 min manat civarında bir ev almaq istədiyini bildirmişdir. Bundan sonra o, və həmkarı Şahid2 Zərərçəkmiş şəxs bildirmişdirlər ki, istəyinə uyğun bir ev əllərinə düşsə bu barədə məlumat verəcəkdirlər. xx.xx.2023-cü il tarixdə isə Təqsirləndirilən şəxs həmin ofisə gələrək atasından Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən torpaqların qaldığını, həmin ərazidə evlər tikib satdığını bildirmiş və onlara həmin evlərdən almaq istəyən olub-olmadığını soruşmuşdur. Onlar Təqsirləndirilən şəxs da əgər istiyən olarsa məlumat verəcəklərini bildirmişdirlər. Daha sonra Məbudun satdığını bildirdiyi evlərin ucuz olduğunu gördükdə bu barədə Zərərçəkmiş şəxs məlumat vermişdirlər, İbrahim bu təkliflə razılaşdıqda İbrahimi Məbudla görüşdürmüş və onlar birlikdə Qobu qəsəbəsində yerləşən evə baxmağa getmişdirlər. Həmin evə baxan zaman evin yarımtikili olduğunu görmüşdürlər. Məbud onlara həmin evin eskiz layihəsini və sənədlərini də göstərmişdir və onlar da Məbuda inanmışdırlar. Daha sonra İbrahimlə Məbud öz aralarında razılaşmış və onlar birlikdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 14 saylı notariat kontoruna getmişdirlər. X10 ilkin alqı-satqı müqaviləsi bağlamışdırlar. Bundan sonra isə İbrahim onlara “şirinlik” olaraq 300 (üç yüz) manat pul vermişdir. Məbud isə həmin evin tikintisini xx.xx.2023-cü il tarixədək yekunlaşdıracağına söz vermişdir. Lakin Məbudun orada heç bir tikinti işi aparmadığı və müddətin tamam olması barədə İbrahim onlara yenidən müraciət etmişdir. Onlar Məbudla əlaqə saxladıqda Məbud müxtəlif bəhanələrlə mövzudan yayınmağa cəhd göstərmişdir. Daha sonralar isə Məbud ümumiyyətlə onların zənglərinə cavab verməməyə başlamışdır. Onlar Məbudla əlaqə saxlamağa dəfələrlə cəhd göstərsələr də, heç bir əlaqə yarada bilməmişdirlər. O, verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o, Məbudu ilk dəfə ofisə gəldikdə tanımışdır. Onlar fəaliyyət göstərdikləri müddətdə ilk dəfədir ki, başlarına bu cür hadisə gəlir. Məbud onlara həmin zaman heç bir maddi vəsait verməmişdir. Lakin Məbud yerdə qalan pulunu Zərərçəkmiş şəxs aldıqda onların maklerlik haqlarını verəcəyini vəd etsə də, onları da aldatmış və onlara heç bir vəsait verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, İsmayıllı rayonunda yaşayır və fərdi olaraq müxtəlif evlərdə usta kimi işləyir. Əvvəllər Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində torpaq alqı-satqısı işi ilə məşğul olmuşdur. O, rəsmi qaydada çıxarışlı torpaqları ona verilmiş etibarnamə əsasında satmış və həmin torpaqlarda öz usta briqadası ilə fərdi yaşayış evləri tikib təhvil verərək qazanc əldə etmişdir. 2020-ci ilin ortalarında İsmayıllı rayonu, Qalınçaq kəndindən olan Şahid4 ona müraciət edərək Abşeron rayonu, Qobu qəsəbəsində torpaq sahəsi alaraq orada fərdi yaşayış evi tikmək istədiyini bildirmişdir. O, Şahid4 həmyerlisi olduğu üçün köməklik etmək qərarına gəlmişdir. Bir neçə müddət aralarında danışıqlar olmuş və sonda Şahid4 Abşeron rayonu, Qobu qəsəbəsi, “Ehtiyat fondu torpaqları” adlanan ərazidə yerləşən 0,03 ha torpaq sahəsini bəyənmişdir. O, həmin torpaq sahəsinin mülkiyyətçisi X3 ona vermiş olduğu etibarnamə əsasında qeyd etdiyi torpaq sahəsini 2000 (iki min) manat müqabilində Şahid4 xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 43 saylı notariat kontorunda satmışdır. Hazırda həmin torpaq sahəsində yerləşən yarımtikili evi Şahid4 özü tikdirmişdir. Bundan sonra həmin torpaq sahəsi ilə əlaqədar nə Şahid4, nə də hər hansı başqa bir şəxsdən şikayət və ya narazılıq olmamışdır. Daha sonra ona məlum olmuşdur ki, həmin torpaq sahəsi və yarımtikili ev üzrə oğlu Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında mübahisə yaranmışdır. O, Zərərçəkmiş şəxs 2024-cü ilin iyun ayında oğlu Məbudla aralarında olan mübahisəni öyrəndikdən sonra tanımışdır. Həmin sənədlər onda olmasa da bu sənədləri Şahid4 istintaqa təqdim edə bilər. O, cinayət işi materiallarındakı torpaq sahəsinin foto şəkillərinə baxış keçirmiş və həmin torpaq sahəsinin xx.xx.2021-ci il tarixdə Şahid4 satdığı torpaq sahəsi olduğunu və orada olan yarımtikili evin Xəyalın tikdirdiyi yarımtikili olmasını təsdiq etmişdir. İttiham aktının siyahısında şahidlər qismində göstərilmiş Şahid1 və Şahid4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid1 və Şahid4 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin İ cildinin 1-ci vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 02 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir; cinayət işinin İ cildinin 53-cü vərəqində olan şübhəli şəxsin tutulması haqqında 02 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:00-da CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; cinayət işinin İ cildinin 77-ci vərəqində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 03 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir; cinayət işinin İ cildinin 96-100-ci vərəqlərində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli, 4(006)-220/2024 nömrəli qərardan görünür ki, vəsatətin rədd edilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunması, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsi qərara alınmışdır; cinayət işinin İ cildinin 101-102-ci vərəqlərində olan Bakı şəhəri Nəsimi RPİ-nin İŞnin müstəntiqi Anar Aydəmirovun 03 may 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; cinayət işinin İ cildinin 105-ci vərəqində olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 03 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır; cinayət işinin İ cildinin 132-133-cü vərəqlərində olan Bakı şəhəri Nəsimi RPİ-nin İŞnin müstəntiqi Anar Aydəmirovun qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması və axtarışa elan edilməsi haqqında 15 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin şərtlərini pozaraq istintaqdan yayınması səbəbindən, onun tutulması üçün haqqında axtarış elan olunmuş və tutulduğu halda Nəsimi RPİ-nin İŞ-nə təhvil verilməsi qərara alınmışdır; cinayət işinin İ cildinin 139-141-ci və İİ cildinin 19-25-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən və Abşeron Rayon Məhkəməsinin 1(012)- 266/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmün surətindən görünür ki, Poladov X6 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.4, 312.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 03 (üç) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2023-cü il tarixli hökmün AR CM-nin 32.4, 312.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair hissəsi ləğv edilib CM-nin 32.4, 312.1-ci maddəsinə dair müddəalar hökmdən xaric edilib və cinayət təqibinə xitam verilmişdir; cinayət işinin İ cildinin 144-cü vərəqində olan Bakı şəhəri Nəsimi RPİ-nin CAŞ-nın əməliyyat müvəkkili Fariz Hümbətovun axtarışda olan şəxsin yaxalanması haqqında 24 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00 radələrində Bakı şəhəri Nəsimi RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi RPİ-yə gətirilmiş və RPİ-nin MSY-nə yerləşdirilmişdir; cinayət işinin İ cildinin 158-160-cı vərəqlərində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-322/2024 nömrəli qərarından görünür ki, vəsatətin təmin olunması, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin 10 sentyabr 2024-cü il tarixədək müəyyən edilməsi, həbsdə saxlama müddətinin əvvəlinin 24 iyun 2024-cü il tarixdən hesablanması qərara alınmışdır; cinayət işinin İİ cildinin 41-51-ci vərəqlərində olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs yeni məzmunda CM-in 178.2.4-cü maddəsi ilə yenidən ittiham elan olunmuş, Təqsirləndirilən şəxs məhhkumluğu olmayan təqsirləndirilən şəxs hesab olunmuş, Təqsirləndirilən şəxs əməlində AR CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin olmaması nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid1 və Şahid5 əməlində AR CM-nin 178.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barələrində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Bakı şəhəri 14 saylı Notariat kontorunun xüsusi notariusu Şahid1 əməlinə hüquqi qiymət verilməsi üçün material ayrılaraq araşdırılması üçün Bakı şəhəri Nəsimi Rayon Prokurorluğuna göndərilmiş, Təqsirləndirilən şəxs ilə iş üzrə şahid qismində dindirilmiş Şahid5 və Şahid2 aralarında yaranmış mübahisəyə mülki mübahisə predmeti olduğundan barələrində cinayət təqibinin başlanması rədd edilmiş və tərəflərə məhkəməyə müraciət etmə hüquqlarının olması izah edilmiş, cinayət işi materiallarına əlavə edilmiş “ilkin alqı-satqı müqaviləsi", 14 saylı notariat ofisindən əldə edilmiş sənədlər, "xxxx" MMC tərəfindən tərtib edilmiş eskiz-lahiyə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsindən daxil olmuş məktub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsindən daxil olmuş məktub və Şahid4 şahid qismində vermiş olduğu ifadəsinə əlavə etdiyi Abşeron rayonu, Qobu qəsəbəsi, “Ehtiyat fondu torpaqları” adlanan ərazidə yerləşən torpaq sahəsinə dair sənədlər iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, protokollar və işdə olan digər istintaq sənədləri iş üzrə sübut növü kimi qəbul olunmuşdur; cinayət işinin İİ cildinin 53-cü vərəqində olan Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Anar Aydəmirovun təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 22 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CMnin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində yenidən cəlb olunmuş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası CM-nin 178.2-ci maddəsinin sanksiyasında 3 növ cəza yəni cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə icraata həmin məcəllənin 73-1.1-ci maddəsinə əsasən xitam verilmiş, lakin o, AR CM-nin 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə, xx.xx.2023-cü il tarixli hökmün AR CM-nin 32.4, 312.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair hissəsi ləğv edilib hökmdən xaric edilmiş və cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsində qeyd olunmuşdur ki, barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmadığı müəyyən edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın tamamilə ödənilməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, istintaq zamanı tutma altına saxlanıldığı 02 (iki) gün, məhkəmə istintaqı zamanı həbs altında saxlanıldığı 07 (yeddi) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan “ilkin alqı-satqı müqaviləsi", 14 saylı notariat ofisindən əldə edilmiş sənədlər, "xxxx" MMC tərəfindən tərtib edilmiş eskiz-lahiyə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsindən daxil olmuş məktub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsindən daxil olmuş məktub və Şahid4 şahid qismində vermiş olduğu ifadəsinə əlavə etdiyi Abşeron rayonu, Qobu qəsəbəsi, “Ehtiyat fondu torpaqları” adlanan ərazidə yerləşən torpaq sahəsinə dair sənədlər cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 6 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 02 saylı vəkil bürosunun vəkili Nümayəndə dövlət büdcəsi hesabına vəsait ödənilməli, ona məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı vəkil bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün, 24 iyun 2024-cü il tarixdən 24 yanvar 2025-ci il tarixədək həbsdə saxlanıldığı 07 (yeddi) ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) il 02 (iki) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan – “ilkin alqı-satqı müqaviləsi", 14 saylı notariat ofisindən əldə edilmiş sənədlər, "xxxx" MMC tərəfindən tərtib edilmiş eskiz-lahiyə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsindən daxil olmuş məktub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsindən daxil olmuş məktub və Şahid4 şahid qismində vermiş olduğu ifadəsinə əlavə etdiyi Abşeron rayonu, Qobu qəsəbəsi, “Ehtiyat fondu torpaqları” adlanan ərazidə yerləşən torpaq sahəsinə dair sənədlər cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 02 saylı vəkil bürosunun vəkili Nümayəndə tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 02 saylı vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-83/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-83/2025
24.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver