Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-84/2021 23.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1966-cı il tarixdə Ermənistan Respublikası, Spitak rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, ailəli, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi, yeni məhəllə, özəl tikililərdə yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə, xx xxxxxx 1958-ci il tarixdə Cəlilabad rayonu, Mənsimli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, himayəsində yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, məhkum olunmayan, ünvan 3 ünvanında qeydiyyatda olan, ünvan 4 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərər çəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, 2019-cu ilin may ayında sonuncunun tanışı Şahid3 vasitəsilə tanıdığı Şahid1 özlərini Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları kimi təqdim edərək Abşeron rayonu, Saray qəsəbəsində yerləşən qaçqın və məcburi köçkün ailələri üçün inşa edilmiş yaşayış kompleksindən müəyyən pul qarşılığında mənzil alınmasında köməklik göstərə biləcəyini bildirmiş, Şahid1 qohumu Zərərçəkmiş şəxs bu barədə məlumatlandırdıqdan sonra Şahid1 yaşadığı evdə o və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxsla görüşərək sonuncuya Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, qaçqın və məcburi köçkün ailələri üçün inşa edilmiş yaşayış kompleksindən müəyyən pul müqabilində 2 otaqlı mənzil alacaqlarına köməklik göstərəcəyinə dair yalan vədlər verərək etibarını qazanmış, bu minvalla hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə ilkin olaraq qrupun üzvü Təqsirləndirilən şəxs2 mənzil növbəsinə yazılmaq adı ilə xx xxx 2019-cu il tarixdə, saat 12 radələrində ünvan 5 ünvanında yerləşən “Mağara” kafesində tanışı Şahid4 vasitəsilə M.Quliyevə məxsus olan 500 manat pulu, daha sonra Təqsirləndirilən şəxs2 mənzil ilə bağlı sənədləşmə işlərinin aparılması üçün xx xxxx 2019cu il tarixdə, saat 11 radələrində ünvan 5 ünvanında yerləşən “Mağara” kafesində Zərərçəkmiş şəxs qohumu Şahid2 vasitəsilə Zərərçəkmiş şəxs məxsus 3.000 manat pulu, xx xxxx 2019-cu il tarixdə, saat 17 radələrində o, ünvan 6 ünvanında Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs məxsus 5.000 manat pulu və mənzil ilə bağlı sonuncu proseslərin başa çatdırılması adı ilə xx xxxxxx 2019-cu il tarixdə, saat 11 radələrində ünvan 7 ünvanında yerləşən “Şəki Göynük” kafesində Zərərçəkmiş şəxs 5.000 manat pulu, ümumilikdə 13.500 manat pul alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilin noyabr-dekabr aylarında mərhum tanışı anket məlumatını bilmədiyi Qulam adlı şəxs ilə söhbət edən zaman qaçqın və məcburi köçkünlərə mənzil verilməsinə köməklik edə biləcəyi barədə ona bildirmiş, təxminən 2019-cu ilin may ayında tanışı Şahid4 ona zəng edərək tanışının qohumu qaçqın olduğundan qaçqın və məcburi köçkün ailələrinin yerləşdirilməsi üçün tikintisi nəzərdə tutulmuş yeni tikili binaların birindən mənzil verilməsinə köməklik göstərə biləcəyi barədə maraqlanmış və o, Elşada bu işdə müəyyən pul müqabilində köməklik edə biləcəyi və onun mobil telefonunu onlara verməsini bildirmiş, ir neçə dəqiqədən sonra Vüsal adlı şəxs ona zəng edərək, xalası qızına bu işdə köməklik göstərməsini ondan xahiş etmiş, daha sonra isə Vüsal telefonu Şövkət və Şahid2 vermiş və o, onlara bu işdə köməklik edə biləcəyini bildirdikdə onlar onu Masazırda yerləşən evlərinə dəvət etmişlər. O, olunan xahiş barədə Qulama bildirdikdə də sonuncu ona bu işdə köməklik edə biləcəyini demiş, təxminən bir neçə gün sonra o, tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə çay evində çay içərək nərd oyunu oynamışlar, o, Məhəmmədə Bakı şəhəri, 20 yanvar metrostansiyası yaxınlığında tanışları ilə görüşəcəyini, vaxtı varsa onunla birlikdə getməyi barədə Məhəmmədə bildirmiş, həmin vaxt sonuncu boş olduğunu və onunla gedə biləcəyini dedikdə onlar birlikdə 20 yanvar metrostansiyası yaxınlığında yerləşən çay evinə getmişdir. Bir müddət sonra həmin çay evinə soyadlarını və ata adlarını bilmədiyi Vüsal və Elşad adlı şəxslər də gəlmiş, o, Vüsalı ilk dəfə orada görmüş, söhbət zamanı sonuncu ona xalası qızına qaçqın və məcburi köçkün ailələrinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş yaşayış kompleksində mənzil verilməsi üçün köməklik etməyi barədə ondan xahiş etmiş, danışıqlar zamanı o, Vüsala qohumunun növbəyə düşməsi üçün ilkin olaraq 500 manat pul verməsini bildirmiş, bundan sonra onlar həmin ərazidən uzaqlaşmışlar, sonradan o, Vüsala zəng edərək 500 manat vəsaiti göndərmələrini demiş, sonuncu həmin vəsaiti alaraq Elşad ilə ona göndərmiş, o da həmin 500 manatı Elşaddan təxminən 2019-cu ilin may ayının ortalarında, saat 12-13 radələrində Nəsimi rayonu, 20 yanvar metrosu yaxınlığında Velotrek ticarət mərkəzinin qarşısında olan Mağara kafesində görüşüb almışdır. Bundan sonra o, həmin 500 manat vəsaiti mərhum tanışı Qulama təklikdə təqdim etdikdə, sonuncu bu vəsaitin az olduğunu, əlavə 3.000 manat pulun verilməsini dedikdən təxminən bir neçə gün sonra o, Məhəmmədə zəng edərək Vüsalın mənzil verilməsinə köməklik olunması üçün xahiş etdiyi qohumunun Masazır qəsəbəsində yerləşən evinə birlikdə getmələri barədə bildirmiş, o, və Məhəmməd birlikdə həmin qəsəbəyə getmiş, lakin həmin ünvanı tapmamışlar. Bundan sonra o, Qiyasa məxsus mobil telefona zəng etmiş, sonuncu onları qarşılayaraq evlərinə aparmış, orada onlar Vüsalın xalası qızı kimi tanıdıqları Şövkət, əri Qiyas və qohumları Mədət ilə tanış olmuş, söhbət zamanı o, 10.000 manat müqabilində onlara 2 otaqlı mənzilin verilməsinə köməklik göstərə biləcəyini, lakin 3.000 manat vəsaiti 1-2 gün ərzində verilməsini bildirmiş, səhəri günü o, Qiyas ilə Bakı şəhəri, 20 yanvar metrostansiyası yaxınlığında olan Mağara kafesində görüşərək, həmin 3.000 manat vəsaiti Qiyasdan götürdükdən sonra sonuncunun iştirakı olmadan aldığı pulu təklikdə Qulama vermiş, Qulam ilk aldığı 500 manatı ona verərək zəhmət çəkdiyini bildirmiş, təxminən 1-2 ay sonra Qulam ona həmin şəxslərin Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində qeydiyyata düşmələri barədə sənədi vermiş və o, həmin sənədi Məhəmmədə göstərərək, onunla birlikdə Şövkət və Şahid2gilə getməsini bildirmişdir. Daha sonra, onlar birlikdə yenidən həmin şəxslərin evlərinə getmiş və o, onlara qeydiyyata düşmələri barədə sənədi onlara göstərdikdə zamanı Məhəmməd onlara Saray qəsəbəsində qaçqın və məcburi köçkün ailələrinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş yaşayış kompleksində onlara mənzil verilməsi üçün MTK-ya 5.000 manat pul ödənilməli olduğunu bildirmiş, onlar həmin vəsaitin hal-hazırda onlarda olmadığını, səhəri günü görüşərək verə biləcəklərini demişlər. Səhəri günü Şövkət və Qiyasın qudası olan Mədət Məhəmmədə zəng edərək 20 yanvar ərazisində görüşəcəklərini demiş, Məhəmməd danışdıqları yerdə və saatda görüşərək, həmin vəsaiti Mədətdən almışdır. Təxminən bir neçə müddətdən sonra o, Məhəmməd ilə birlikdə Saray qəsəbəsində qaçqın və məcburi köçkün ailələrinin yerləşdirilməsi üçün tikintisi nəzərdə tutulmuş binanın qarşısında Şövkət, Qiyas, Mədət və sonuncunun oğluda orada görüşərək, Məhəmmədin həmin binadan onlara mənzil veriləcəyini bildirmişdir. Bundan sonra, onlar həmin ərazidən uzaqlaşmış, mənzilin verilməsi məsələsi alınmadığından, onlar verdikləri 8.500 manat vəsaiti geri istəmişlər, təxminən həmin gündən bir həftə sonra Məhəmməd 5.000 manat vəsaiti oğlu ilə onlara göndərmişdir. O, bu günədək onlardan aldığı 3.500 manatı geri qaytarmamış, axtarışda olması barədə məlumatı olmamışdır. xx.xx.2020-ci il tarixdə, saat 17:45 radəsində o, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 7 saylı ünvandakı xxxxın qarşısında olan zaman ona bir neçə nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini təqdim edib Nəsimi RPİ-nin Cinayət Axtarış Şöbəsinin və 19-cu Polis Şöbəsinin əməkdaşları olmalarını bildirmiş, o da özünü polislərə təqdim etmiş, sonuncular onun axtarışda olmasını bildirərək onlarla getməsini xahiş etdikdə oda polislərin xahişi ilə Nəsimi RPİ-nə gəlmiş, Polis İdarəsinə gələndən sonra polis əməkdaşları onun axtarışda olub tutulması barədə protokol tərtib edəndən sonra onu Nəsimi RPİ-nin MSY-nə təhvil vermişlər. Onun və tanışları Şahid3, Şahid4, Təqsirləndirilən şəxs1 Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində heç bir tanışı yoxdur, qeyd etdiyi kimi mənzilin verilməsində onlara Qulam adlı şəxs köməklik göstərəcək idi, bu səbəbdən də o, 3.000 manat vəsaiti Qulama vermiş, lakin Qulam vəfat etdiyindən mənzil verilməmiş və pul vəsaitində qaytara bilməmişdir. O, Təqsirləndirilən şəxs1 İsmayılovlar ailəsinin Masazır qəsəbəsində yerləşən evində olan zaman özünü Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin əməkdaşı kimi təqdim etmədiyini, Məhəmməd ilə birlikdə onlardan 8.500 manat pul vəsaiti aldığını, 5.000 manat vəsaiti Məhəmməd tərəfindən geri qaytarıldığını, digər qalan 3.500 manat vəsait isə onun tərəfindən qaytarılmalı olduğunu, Şahid1 onun Təqsirləndirilən şəxs1 ilə birlikdə onlarda olan zaman onların artıq növbədə olduğunu, məcburi köçkün ailələrinə mənzillərin sənədsiz verildiyini, lakin istəsələr Qarabağ əlili kimi sənədli 3 otaqlı mənzili 18.000 manata verilməsinə köməklik edə biləcəyini dediyini, lakin həmin danışıqların Məhəmməd tərəfindən aparıldığını, aralarında olan danışıqda pul məbləğinin 18.000 deyil, 15.000 manat olduğunu, Məhəmməd, Elşad, Vüsal və onunla, Şahid1 arasında telefon danışıqları aparıldığını, danışıqlarda qaçqın və məcburi köçkün ailələrinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş binadan Şahid1 mənzil verilməsi üçün onlara verilən pul vəsaiti barədə söhbətlər getdiyini bildirmişdir. Bundan başqa, o, Qulamın telefon nömrəsinin onda olmadığını, sonuncunun sadəcə adını bildiyini, anket məlumatını bilmədiyini, Qulamın harada işləməsini bilmədiyini, sonuncunun ölüm haqqında şəhadətnaməsini və telefon nömrəsini təqdim edə bilməyəcəyini bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs tərəfindən ona 3.500 manat, Təqsirləndirilən şəxs1 isə 5.000 manat pul verildiyini, həmin 8.500 manatın 5.000 manatının Məhəmməd tərəfindən geri qaytarıldığını, qalan 3.500 manatı isə onun qaytarmalı olduğunu və digər qeyd olunan 5.000 manatdan xəbəri olmadığını bildirmişdir. O, həmçinin bildirmişdir ki, ona və Məhəmmədə 13.500 manat deyil 8.500 manat pul verilmiş, Zərərçəkmiş şəxs əvvəllər tanımamış və onun ilə heç bir münasibəti və ya ədavəti olmamışdır. Onlar Zərərçəkmiş şəxs 13.500 manat deyil, 8.500 manat pul alsalar da 5.000 manat Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs geri qaytarılmış, nə o, nə də ki, Təqsirləndirilən şəxs1 özlərini Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin əməkdaşı kimi təqdim etməmiş, 5.000 manat Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs qaytarılmış, 3500 manat isə onun tərəfindən qaytarılmamış, lakin Təqsirləndirilən şəxs1 əlavə qeyd edildiyi kimi 5.000 manat verilməmişdir. Həmçinin o, bildirmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs pulunu verdikdən sonra istintaqa gəlmək istəmiş, buna görə də istintaqa gəlməmiş, zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus 500 manat pulu o, Şahid4 vasitəsilə 2019-cu ilin may ayının ortalarında, saat 12-13 radələrində Nəsimi rayonu, 20 yanvar metrosu yaxınlığında olan Mağara kafesində görüşüb almış, bundan başqa isə Zərərçəkmiş şəxs məxsus 3.000 manat pulu Şahid2 2019-cu ilin iyun ayının axırlarında 20 yanvar metrostansiyası yaxınlığında olan Mağara kafesində görüşərək almış, həmin 3.500 manat puluda şəxsi tələbatı üçün xərcləmiş, heç bir iş görməmiş, aldığı 3.500 manat puluda əvvəl qeyd etdiyi kimi Qulam adlı şəxsə verməmiş, Qulam adlı onun ümumiyyətlə tanışı belə olmamış, Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs qeyd etdiyi kimi 5.000 manat pulu almasını görməmiş, həmin pulun alınmasında iştirak etməmiş, həmçinin də onun Şahid1 Təqsirləndirilən şəxs1 5.000 manat pulun verilməsindən xəbəri olmamış, həmin pulun verilməsində də iştirak etməmiş, sadəcə olaraq sonuncu özü ona demişdir ki, Zərərçəkmiş şəxs 5.000 manat pulu alsa da həmin pulu qaytarmış, lakin əlavə olaraq qeyd olunan Məhəmmədə 5.000 manat pulu nə Şahid1 nə də ki, digər şəxslər tərəfindən verilməmişdir. Buna görə də o, Təqsirləndirilən şəxs1 onun aldığı 3.500 manatdan başqa 5.000 və ya 10.000 manat pul almasının şahidi olmamış, sadəcə olaraq Təqsirləndirilən şəxs1 sözü ilə demişdir ki, ona və Təqsirləndirilən şəxs1 ümumilikdə 13.500 manat deyil, 8.500 manat pul verilmişdir. Daha sonra, o, bildirmişdir ki, Qulam adlı şəxsin adını özündən yalan olaraq demiş, ifadə verən zamanda Qulam adlı şəxsə aldığı 3.500 manat pulu verdiyini demiş, həmçinin də Qulam adlı şəxsin İsmayılovlar ailəsi üçün Abşeron rayonu, Saray qəsəbəsində yerləşən qaçqın və məcburi köçkün ailələri üçün inşa edilmiş yaşayış kompleksindən iki otaqlı ev alınmasına kömək edəcəyini yalandan demiş, əgər həqiqətəndə onun Qulam adlı tanışı olsa idi sözsüz ki, Qulamı İsmayılovlar ailəsi ilə tanış edərdi və onun bu qədər problemi olmazdı. Daha sonra özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını, tərəfindən Zərərçəkmiş şəxs vurulmuş ziyanın tamamilə ödənilməsini, sonuncunun ona qarşı hər hansı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını və barəsində yüngül cəza təyin edilməsini xahiş etməsini nəzərə almasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, qohumları Şövkət və Şahid2ların evlərində usta işləyən Şahid3 vasitəsi ilə tanış olduqları Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində işləyən tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 vasitəsi ilə Saray qəsəbəsində qaçqın və məcburi köçkün ailələrinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş yaşayış kompleksində 10.000 manat müqabilində 2 otaqlı mənzil verilməsi üçün köməklik edə bildikləri barədə onlara məlumat vermiş, həmin vaxt oğlu Əziz Qurbanov, Şahid2 qızı Anarə İsmayılova ilə nişanlı olmuş, onların mənzilləri kiçik və yataqxanada yerləşdiyindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təklifləri onları qane etdiyindən, o, onların təklifi ilə razılaşmış, təxminən bu danışıqlardan 3-4 gün sonra Məhəmməd və Cavanşir adlı şəxs qohumlarının Masazır qəsəbəsində yerləşən evlərinə gəlmiş, bildiyi qədər qohumlarıla söhbət zamanı Cavanşir və Məhəmməd özlərini Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində işlədiklərini və 10.000 manat müqabilində 2 otaqlı mənzilin verilməsinə köməklik göstərə biləcəklərini və növbəyə yazılmaq üçün 500 manat pul istəmişlər. Həmin vəsait onlarda olmadığından həmin günün axşamı usta Vüsalın onların Sumqayıtda olan evlərindən götürməsinə dair razılığa gəlmişlər. Bu barədə ona bildirdikdə o, qeyd edilən vəsaiti oğlu Əziz Qurbanova verərək qohumlarına aparmağını bildirmiş, xx.xx.2019-cu il tarixdə saat 21 radələrində 500 manat pulu Şahid1 yaşadığı ünvan 9 ünvanında Şahid3 əlbəəl vermiş və həmin vəsaiti səhəri günü avtovağzal yaxınlığında tanışı Şahid4 verəcəyini və sonuncu tərəfindən həmin vəsaitin Məhəmmədə veriləcəyini demiş, qohumlarının ona dediyinə əsasən növbəti günü Şahid4 onlara zəng edərək, 500 manat vəsaiti Təqsirləndirilən şəxs1 verdiyini bildirmiş, qohumları onun kim olduğunu soruşduqda, Məhəmmədin ona da mənzilin verilməsi üçün köməklik göstərdiyini, sonuncunun bu yaxınlarda tanışına mənzil verdirdiyini bildirmişdir. Bu danışıqdan sonra qohumlarının və onların Məhəmmədə olan etibarı daha da artmışdır. Mənzil almaqları qəti olduğundan, onlar yataqxanada olan mənzillərini satmışlar, təxminən bir həftə sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yenidən qohumlarının Masazırda olan evlərinə gələrək onları növbəyə saldıqlarını və sənədləşmə işlərinin aparılması üçün əlavə 3.000 manat pul verməsini bildirmiş, bundan sonra o, 3.000 manat pulu Şahid2 vermiş, o da xx.xx.2019-cu il tarixdə, saat 11 radələrində 3.000 manat pulu Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar metrostansiyası yaxınlığında yerləşən “MAĞARA” kafesində qudası Şahid2 əlbəəl Təqsirləndirilən şəxs2 vermişdir. Təxminən bir həftə sonra Məhəmməd yenidən qohumlarına zəng edərək, görüşməyi bildirmişlər və 2 gündən sonra Məhəmməd, Cavanşir ilə birlikdə qohumlarının evinə gəlmişlər, söhbət zamanı Məhəmməd artıq onların növbədə olduqlarını, məcburi köçkün ailələrinə mənzillərin sənədsiz verildiyini, lakin onlar istəsələr Qarabağ əlili kimi sənədli 3 otaqlı mənzili 18.000 manata verilməsinə köməklik edəcəyini bildirmiş və sənədləşmə işlərinin aparılması üçün əlavə 5.000 manat pul vəsaiti tələb etmişdir. Qohumu Şahid2 əsəbləşərək işin pozulmasını tələb etmiş, lakin o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müəyyən qədər pul verdiyindən və hələ də onlara inandığından sonadək gözləyəcəyini bildirərək, oğlu Əziz Qurbanova telefon zəngi etmiş və tələb etdikləri pulu gətirməsini bildirmiş, oğlu Əziz Qurbanov 5.000 manat pul vəsaitini gətirmiş, bu minvallada xx.xx.2019-cu il tarixdə, saat 17 radələrində ona məxsus 5.000 manat pulu yenidən Şahid1 ünvan 6 ünvanında Təqsirləndirilən şəxs1 əlbəəl vermiş, bu minvalla 2019-cu ilin may ayından həmin ilin avqust ayınadək həmin şəxslərlə telefon danışıqları apararaq mənzilin haçan verilməsini soruşduqda, yaxın günlərdə onlardan mənzilin veriləcəyi barədə cavablar alırmışlar, 2019cu ilin avqust ayının 28-də Təqsirləndirilən şəxs1 yenidən qohumlarına zəng edərək, sonuncu proseslərin getdiyini bildirərək əlavə 5.000 manat pul tələb etmişdir. Həmin vaxt qohumları Gəncə şəhərinə toya getdiklərindən qohumlarının onunla əlaqə saxlamalarını bildirmişlər. Məhəmməd onun ilə telefon əlaqəsi saxlayaraq görüşmüş və o, bir sözlə xx.xx.2019-cu il tarixdə, saat 11 radələrində 5.000 manat pulu Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar metrostansiyası yaxınlığında olan “ŞƏKİ GÖYNÜK” kafesində Təqsirləndirilən şəxs1 əlbəəl vermiş, bu minvalla onlar demək olar ki, gündəlik həmin şəxslərlə telefon əlaqəsi yaradaraq, mənzilin verilməsini və ya onlara ümumilikdə verdiyi 13.500 manat pulun qaytarılmasını tələb etdikdə, həmin şəxslər müxtəlif bəhanələr gətirərək, mənzilin yaxın günlərdə veriləcəyinə dair yalandan vədlər verməyə başlamışlar. 2019-cu ilin dekabr ayının 28-də Təqsirləndirilən şəxs1 qohumuna zəng edərək, Saray qəsəbəsində körpünün yaxınlığında Qarabağ əlilləri və şəhid ailələri üçün tikintisi nəzərdə tutulmuş binanın qarşısında görüş təyin etmişdir. Həmin vaxt o, oğlu Əziz Qurbanov qohumları Qiyas və Şövkət İsmayılovlar həmin ünvana getmişlər, Məhəmməd orada onları Şahid5 ilə tanış edərək, binada hansı mənzili istəyirlərsə seçməyi bildirmiş, onlar həmin vaxt Məhəmmədin onları aldatdığını bildiklərindən, aralarında mübahisə yaranmış və Anarın kim olduğunu soruşduqda, Anar Məhəmmədin xahişi ilə onları burada qohumu kimi təqdim edərək, istədikləri mənzilin onlara verilməsi üçün köməklik göstərəcəyini bildirmişdir. Aralarında yaranan mübahisədən sonra həmin şəxslər oradan uzaqlaşmışlar və bir nəfər şəxs yaxınlaşaraq özünü MTK-nın rəhbəri kimin təqdim edərək mübahisə etməyin səbəbini soruşmuş, onlar ona həmin şəxslərin müəyyən pul vəsaiti müqabilində onlara məcburi köçkün və qaçqın ailələri üçün tikintisi nəzərdə tutulmuş bu binadan mənzil verəcəklərinə köməklik göstərmələri və bura istədikləri mənzili seçməkləri üçün dəvət olunduqlarını bildirmişlər. Həmin şəxs onlara burada mənzillərin yalnız Qarabağ əlillərinə və şəhid ailələrinə verildiyini, hal-hazırda bütün mənzillərin paylandığını və binada mənzilin qalmadığını, onların onları aldatdıqlarını və verdikləri pulu onlardan geri almaqlarını bildirmiş, onlar həmin vaxt bir daha əmin olmuşlar ki, Təqsirləndirilən şəxs1 onları aldadır. 2020-ci ilin yanvar ayının 9-da onlar yenidən Saray qəsəbəsində yuxarıda qeyd etdiyi yeni tikili binanın qarşısında o, həyat yoldaşı, oğlu Əziz Qurbanov, qohumları Qiyas və Şövkət İsmayılovlar, Məhəmməd, Cavanşir və Şahid5 ilə yenidən birlikdə görüşmüş, həmin ünvanda sözlə mübahisə yaranmış və Təqsirləndirilən şəxs1 onlara pullarını qaytaracağını bildirmiş, təxminən həmin gündən bir həftə sonra Məhəmməd 5.000 manat pul vəsaitini tanımadıqları şəxs vasitəsi ilə onlara göndərmiş, o, həmin şəxs ilə Respublika xəstəxanasının yaxınlığında görüşərək həmin 5.000 manat pul vəsaitini ondan götürmüş, Məhəmməd 5.000 manat pul vəsaitini göndərən zaman, onlara artıq onu narahat etməmələrini və qalıq qalan 8.500 manat pulu Təqsirləndirilən şəxs2 və Şahid3 tələb etmələrini bildirmişlər. Göstərdiyi xüsusatlar araşdırılaraq etibarlarından sui-istifadə edərək, özünü Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin əməkdaşı kimi təqdim edərək əmlaklarını ələ keçirən şəxslərin qanunsuz əməlləri barədə qanunamüfaviq olaraq tədbirlər görməsini xahiş etmişdir. O, Şahid5 ilə xx.xx.2019-cu və xx.xx.2020-ci illərdə görüşməsini, lakin sonuncu onun ilə yalnız bir dəfə 2019-cu ilin dekabr ayının sonlarında Saray qəsəbəsində onlar həmin şəxs ilə 2 dəfə görüşmüş, o, Şahid5 nə məqsəd ilə və kimin xahişi ilə gəldiyini bilməmiş, buna daha dəqiq cavabı Təqsirləndirilən şəxs1 verə biləcəyini demiş və Anarın mübahisəni görərək oradan getdiyini bildirmişdir. Ümumilikdə verdiyi 13.500 manat pul ona məxsus olmuş və həmin pul ilə bağlı zərərçəkmiş şəxs onun özü olmuşdur. O, ümumilikdə verdiyi 13.500 manat puldan ilkin olaraq xx.xx.2019-cu il tarixdə, saat 21 radələrində 500 manatını Şahid1 yaşadığı ünvan 10 ünvanında Şahid3 əlbəəl vermiş və sonuncuda həmin məbləği aldıqdan sonra Təqsirləndirilən şəxs2 çatdırmış, xx.xx.2019-cu il tarixdə, saat 11 radələrində 3.000 manat pulu Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar metrostansiyası yaxınlığında yerləşən “MAĞARA” kafesində qudası Şahid2 əlbəəl C.Ə.Əliyevə vermiş, xx.xx.2019-cu il tarixdə, saat 17 radələrində 5.000 manat pulu yenidən Şahid1 ünvan 6 ünvanında Təqsirləndirilən şəxs1 əlbəəl vermiş, xx.xx.2019-cu il tarixdə, saat 11 radələrində 5.000 manat pulu o, Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar metrostansiyası yaxınlığında olan “ŞƏKİ GÖYNÜK” kafesində Təqsirləndirilən şəxs1 əlbəəl vermiş, ümumilikdə verdiyi 13.500 manat pul ona məxsus olmuşdur, lakin onun vaxtı olmadığından qeyd edilən məbləğin bir hissəsini yeni qohumları yuxarıda qeyd etdiyi şəxslərə çatdırmışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 o, əvvəllər tanımamış və onlar ilə onun heç bir münasibəti və ya ədavəti olmamışdır. Konkret olaraq onu aldadan şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmuş, belə ki, qeyd edilən şəxslər özlərini Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin əməkdaşı kimi onlara təqdim edərək Saray qəsəbəsində qaçqın və məcburi köçkün ailələrinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş yaşayış kompleksində 2 otaqlı mənzil verilməsinə dair köməklik göstərəcəyi adı ilə onu aldadaraq ümumilikdə hissə-hissə olmaqla 13.500 manat pulu dələduzluqla ələ keçirmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ümumi aldıqları 13.500 puldan hazır ki, vaxta qədər həmin məbləğdən 5.000 manat pulu Təqsirləndirilən şəxs1 2020-ci ilin yanvar ayının ortalarında Nəsimi rayonu, 20 yanvar metrostansiyası yaxınlığında olan “ŞƏKİ GÖYNÜK” kafesində ona qaytarmış, lakin Təqsirləndirilən şəxs2 verilən 3.500 manat və Təqsirləndirilən şəxs1 verilən qalıq qalan 5.000 manat pulu hazır ki, vaxta qədər qaytarmamışlar. İlkin toplanmış materialdan 13.500 manat pulu Şahid1 və Şahid2 özünki olaraq qeyd etməsi barədə suala cavab olaraq xx.xx.2019-cu il tarixdə bildirmişdir ki, həqiqətən də 13.500 manat pulu Şahid1 və Şahid2 özünki olaraq izahatlarında qeyd etmişlər, lakin dəqiqlik apardıqda qeyd edilən pulun onların hər ikisinə heç bir aidiyyəti yoxdur, belə ki, həmin məbləğ ona məxsusdur. Həmçinin o, bildirmişdir ki, istintaqa verdiyi ifadəsini təsdiq edir, ifadəsinə əlavə və düzəlişləri yoxdur. İfadəsində o, ümumilikdə verdiyi 13.500 manat puldan ilkin olaraq xx.xx.2019-cu il tarixdə, saat 21 radələrində 500 manatını qohumu Şahid1 yaşadığı ünvan 11 ünvanında Şahid3 əlbəəl verməsini və Şahid3 həmin məbləği Şahid1 aldıqdan sonra Təqsirləndirilən şəxs2 çatdırmasını, xx.xx.2019-cu il tarixdə, saat 11 radələrində 3.000 manat pulu Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar metrostansiyası yaxınlığında yerləşən “MAĞARA” kafesində qudası Şahid2 əlbə-əl Təqsirləndirilən şəxs2 verməsini, xx.xx.2019-cu il tarixdə, saat 17 radələrində 5.000 manat pulu yenidən Şahid1 ünvan 6 ünvanında Təqsirləndirilən şəxs1 əl-bə-əl verməsini, xx.xx.2019-cu il tarixdə, saat 11 radələrində 5.000 manat pulu o, Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar metrostansiyası yaxınlığında olan “ŞƏKİ GÖYNÜK” kafesində Təqsirləndirilən şəxs1 əl-bə-əl verməsini, ümumilikdə verdiyi 13.500 manat pul ona məxsus olmasını, lakin onun vaxtının olmadığından qeyd edilən məbləğin bir hissəsini yeni qohumları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 çatdırmalarını bildirməsi, Təqsirləndirilən şəxs1 tərəfindən ona 5.000 manat verilsədə həmin 5.000 manatı oğlu Təqsirləndirilən şəxs1 vasitəsilə ona qaytarmasını, 3.500 manat Təqsirləndirilən şəxs2 tərəfindən ona qaytarılmalı olmasını, ona və Təqsirləndirilən şəxs2 ümumilikdə 13.500 manat deyil, 8.500 manat verilsə də 5000 manatını qaytarıldığını bildirməsi, Təqsirləndirilən şəxs2 də eyni məzmunda ifadə verərək onlara 13.500 manat deyil, 8500 manat verilməsi, 5.000 manatı Təqsirləndirilən şəxs1 qaytarsa da 3.500 manat onun tərəfindən qaytarılmadığını, digər qeyd olunan 5.000 manat Təqsirləndirilən şəxs1 verilmədiyini bildirməsi barədə suala cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dedikləri doğru deyil, qeyd etdiyi kimi təkcə 5.000 manatı o, şəxsən Təqsirləndirilən şəxs1 əlbəəl vermiş, yerdə qalan 8.500 manat pul isə ona məxsus olsa da onun vaxtı olmadığından 8.500 manatı qudaları Şahid1 ilə Şahid2 vasitəsilə Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 qohumları İsmayılovlar ailəsinə Abşeron rayonu, Saray qəsəbəsində qaçqın və məcburi köçkün ailələrinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş yaşayış kompleksindən 2 otaqlı mənzil verilməsinə kömək edilməsi üçün göndərmişdir. Qohumları İsmayılovlar ailəsinə Abşeron rayonu, Saray qəsəbəsində qaçqın və məcburi köçkün ailələrinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş yaşayış kompleksindən 2 otaqlı mənzil verilməsinə kömək edilməsi üçün 8.500 manat göndərməsini, 5.000 manatı isə şəxsən əlbəəl Təqsirləndirilən şəxs1 verməsini qeyd etməsi, Şahid1 tərəfindən istintaqa təqdim olunmuş səs yazısında Şahid1, Şahid2 ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid3 və Şahid4 arasında aparılan telefon danışığında 13.500 manat pulun deyil, 8.500 manat mübahisəsi əks olunması, əgər ona həqiqətən 13.500 manat zərər dəyibsə nə səbəbə 8.500 manat pulun verilməsindən söhbət getməsi barədə suala cavab olaraq bildirmişdir ki, qeyd etdiyi kimi 5.000 manat tərəfindən Təqsirləndirilən şəxs1 əlbəəl verilib, həmin pulun verilməsində qudaları Şövkət və Qiyas iştirak etməmişlər, sadəcə ona məxsus 8.500 manat pulunu qudaları Şövkət və Qiyas tərəfindən Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 verildiyindən həmin 8.500 manat pulun qudaları Şahid1 və Şahid2 8.500 manat pulu Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 tələb ediblər. Əlavə dindirmə zamanı bildirmişdir ki, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 onu aldadaraq ümimilikdə 13.500 manat pulunu Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, qaçqın və məcburi köçkün ailələri üçün inşa edilmiş yaşayış kompleksindən 2 otaqlı mənzil alacaqlarına köməklik göstərəcəyi adı ilə alsalarda, Təqsirləndirilən şəxs1 öz oğlu vasitəsilə 5.000 manat pulunu 2020-ci ilin əvvəllərində ona qaytarmış, Təqsirləndirilən şəxs1 isə yerdə qalan 8.500 manat pulu xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixdə hissə-hissə ona əlbəəl qaytarmış, axırıncı 1.000 manat pulu Təqsirləndirilən şəxs1 ona xx.xx.2020-ci il tarixdə, saat 12 radəsində Nəsimi rayonu, 20 yanvar metrosu yaxınlığı, “xxxx” MMC-nin qarşısında qaytarmış, ona dəymiş zərər tam olaraq ödənilmiş, buna görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayəti yoxdur. Bundan başqa, Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, onun hal-hazırda təqsiləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur, sonuncular tərəfindən ona vurulmuş maddi ziyan tamamilə ödənilmişdir. Həmin halları nəzərə alaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanında ev tikdirdiklərindən, 2019-cu ilin may ayında ilk vaxtlar soyadını və atasının adını bilmədiyi, sonradan müəyyən etdiyi Şahid3 elektrik ustası kimi işləmişdir. O, 2-ci qrup Qarabağ əlili olduğundan, Şahid3 onlara Saray qəsəbəsində qaçqın və məcburi köçkün ailələrinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş yaşayış kompleksində mənzil verilməsinə dair köməklik göstərə biləcəyini və bunu Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində işləyən tanışı Təqsirləndirilən şəxs2 vasitəsi ilə edəcəyini bildirmiş, həmin vaxt Şahid3 arvadı Şahid1 yanında telefon əlaqəsi yaradaraq, həmin şəxs ilə onu arvadı Şahid1 danışdırmış, telefonda danışıq zamanı Ə.S.Cavanşir ona Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində hüquqşünas vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 vasitəsi ilə Saray qəsəbəsində qaçqın və məcburi köçkün ailələrinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş yaşayış kompleksində 2 otaqlı mənzil verilməsinə dair köməklik göstərəcəyini və sonuncu ilə birlikdə onlara gələcəklərini bildirmiş, həmin vaxt qızı Anarə İsmayılova əslən Lerik rayonundan olan Əziz Qurbanov ilə nişanlı olmuş, Ə.Qurbanovun evi kiçik və yataqxanada yerləşdiyindən və onların təklifi onları qane etdiyindən, onların təklifi ilə həmin vaxt razılaşmışlar. Bundan sonra onlar bu təklif barədə qızının nişanlısı Əziz Qurbanovun atası Zərərçəkmiş şəxs bildirmiş, onlarda həmin təklifilə razılaşaraq, yataqxanada olan mənzilini sataraq, təklif olunan yaşayış kompleksində 2 otaqlı mənzilin alınmasına razılıq vermişlər. Təxminən bu danışıqlardan 3-4 -gün sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ünvan 6 ünvanında yerləşən mənzillərinə gəlmiş, söhbət zamanı Cavanşir və Məhəmməd özlərini Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində işlədiklərini və 10.000 manat nəğd pul müqabilində onlara 2 otaqlı mənzilin verilməsinə köməklik göstərə biləcəklərini vəd etmiş, onlar həmin vaxt Cavanşir və Məhəmmədə adlarına mənzil olduğunu bildirdikdə, Məhəmməd bunun heç bir problem olmadığını və bu məqsədlə də rüşvət olaraq 10.000 manat pulun veriləcəyini bildirmiş, sonda növbəyə düşməkləri üçün ilkin olaraq 500 manat pul istəmiş, həmin vaxt onlarda pul olmadığından, kürəkəni Əziz Qurbanov həmin 500 manat pul vəsaitini axşam yaşadıqları mənzilə gətirmiş, bundan sonra Şahid3 yaşadıqları Sumqayıt şəhəri, 3-cü mkr, 27 saylı evin, 7 saylı mənzilindən götürülməsi üçün razılaşmış və xx.xx.2019-cu il tarixdə, saat 21 radələrində 500 manatını o, yaşadığı ünvan 12 ünvanında Şahid3 əlbəəl vermiş, həmin 500 manat pul vəsaitini səhəri günü avtovağzal yaxınlığında tanışı guya ki, Şahid4 verəcəyini və Elşad tərəfindən həmin 500 manat pul vəsaiti də Təqsirləndirilən şəxs1 veriləcəyini bildirmiş, növbəti günü Şahid4 onlara telefon zəngi edərək, 500 manat pul vəsaitini Təqsirləndirilən şəxs1 verdiyini bildirmiş, lakin sonradan bildirmişdir ki, Təqsirləndirilən şəxs2 vermişdir. Onlar Şahid4 kim olduğunu soruşduqda, o, özünü Qazax qaçqını kimi təqdim edərək, Təqsirləndirilən şəxs1 da ona qaçqınlar üçün nəzərdə tutulmuş binadan mənzilin verilməsi üçün köməklik göstərdiyini, sonuncunun bu yaxınlarda tanışına mənzil verdirdiyini bildirmiş, Şahid4 özünü Qazax qaçqını kimi təqdim edən zaman onlar təəccüblənərək, həmin rayondan qaçqın olmadığını fikirləşmişlər, lakin bu barədə ona söz deməyə utanmışlar, bundan sonra onun dediyi sözlərinə əlacsız qalaraq inanmışlar, həmin ərəfədə yeni qohumları olan Zərərçəkmiş şəxs artıq yataqxanada olan mənzillərini satmış, təxminən bir həftə sonra Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 yenidən ünvan 6 ünvanında olan mənzilinə gələrək onları növbəyə saldıqlarını və sənədləşmə işlərinin aparılması üçün əlavə olaraq 3.000 manat pul verməyi bildirmişlər. Həmin vaxt əvvəlcədən danışıqlarına əsasən qudaları Zərərçəkmiş şəxs onlara gəlmiş və o, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 tələb etdiyi 3.000 manat pul vəsaitini onlara vermək qərarına gəlmiş, belə ki, xx.xx.2019-cu il tarixdə, saat 11 radələrində 3.000 manat pulu Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar metrostansiyası yaxınlığında yerləşən “MAĞARA” kafesində o, əlbəəl Təqsirləndirilən şəxs2 vermiş, təxminən bir həftə sonra Təqsirləndirilən şəxs1 onlara zəng edərək, təcili olaraq görüşməyi bildirmiş və 2 gündən sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 6 ünvanına gəlmişlər. Həmin gün qohumları Zərərçəkmiş şəxs və onlar ailəlikcə evdə olmuşlar, söhbət zamanı Təqsirləndirilən şəxs1 artıq onların növbədə olduqlarını, məcburi köçkün ailələrinə mənzillərin sənədsiz verildiyini, lakin onlar istəsələr Qarabağ əlili kimi sənədli 3 otaqlı mənzili 18.000 manata verilməsinə köməklik edəcəyini bildirmiş və sənədləşmə işlərinin aparılması üçün əlavə olaraq 5.000 manat pul vəsaiti tələb etmiş, həmin vaxt o, əsəbləşərək işin pozulmasını istəmiş, lakin qohumu Zərərçəkmiş şəxs onlara inanaraq sonadək gözləyəcəyini bildirmiş və oğlu Ə.Qurbanova telefon zəngi edərək, tələb etdiyi 5.000 manat pul vəsaitini gətirməsini bildirmiş, kürəkəni Ə.Qurbanov 5.000 pul vəsaitini ünvan 6 ünvanına gətirmiş, bundan sonra o, yəni, xx.xx.2019-cu il tarixdə, saat 17 radələrində 5.000 manat pulu o, ünvan 6 ünvanında yeni inşa etdirdikləri mənzildə Təqsirləndirilən şəxs1 oğluna əlbəəl vermiş, bu minvalla da 2019-cu ilin may ayından həmin ilin avqust ayınadək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə telefon danışıqları apararaq mənzilin nə vaxt verilməsini soruşduqda, onlar yaxın günlərdə mənzilin veriləcəyi barədə cavablar verməyə başlamış, xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 yenidən onlara zəng edərək, sonuncu proseslərin getdiyini bildirərək əlavə olaraq 5.000 manat pul tələb etmiş, həmin vaxt onlar Gəncə şəhərində toya getdiklərindən qudası Zərərçəkmiş şəxs ilə telefon əlaqəsi saxlamağını məsləhət bilmiş, Təqsirləndirilən şəxs1 qudası Zərərçəkmiş şəxs ilə telefon əlaqəsi saxlamış və xx.xx.2019-cu il tarixdə, saat 11 radələrində 5.000 manat pulu isə qudası Zərərçəkmiş şəxs Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar metrostansiyası yaxınlığında olan “ŞƏKİ GÖYNÜK” kafesində Təqsirləndirilən şəxs1 yaşadıqları Sumqayıt şəhəri, 3-cü mkr, 27 saylı evin,7 saylı mənzilindən götürülməsi üçün razılaşmışdır. Onlar həmin ünvanda 2 dəfə görüşmüşlər. O, Şahid5 ilə görüşən zaman, onun kim olduğunu soruşduqda, sonuncu Təqsirləndirilən şəxs1 xahişi ilə onları burada qohumu kimi təqdim edərək, istədikləri mənzilin onlara verilməsi üçün köməklik göstərəcəyini bildirmiş, lakin Şahid5 həmin ünvanda Məhəmmədin xahişi ilə olduğunu, sonuncunun ona deməyinə əsasən yaxın tanışlarına köməklik etmək məqsədi ilə qeyd edilən MTK-ya gedərək, mənzilin hansı qaydada verilməsi barədə maraqlandığını, bundan sonra bu barədə Məhəmmədin iştirakı ilə onlara məlumat verdiyini, aralarında yaranan narazılıqları bildikdən sonra oradan getdiyini bildirmişdir. O, bildirmişdir ki, ümumilikdə 13.500 manat pul qudası Zərərçəkmiş şəxs məxsusdur, yalnız onlar yeni qohum olduqlarından hesab edirdilər ki, fərqi yoxdur, pul kimindir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 o, əvvəllər tanımamış və onlar ilə onun heç bir münasibəti və ya ədavəti olmamışdır. Konkret olaraq qudası Zərərçəkmiş şəxs aldadan şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlu olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, təxminən 2019-cu ilin may ayında soyad və ata adlarını bilmədiyi Şövkət və Qiyas müəllimin ünvan 6 ünvanında yerləşən evində elektrik ustası kimi işləmiş, söhbət zamanı Şövkət xanımın qaçqın, həyat yoldaşının isə 2-ci qrup Qarabağ əlili olduğunu, bu səbəbdən də qaçqın və məcburi köçkün ailələrinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş yaşayış kompleksində mənzil almaq istəmələri barədə söhbət açmışlar, o, onlara bu işlərdə əlaqəsi olan tanışının olduğunu və onlara köməklik etməsi üçün xahiş edə biləcəyi barədə bildirmiş, həmin vaxt və tanışı Elşada zəng edərək, Şövkət xanımı xalası qızı kimi təqdim etmiş və bu işdə onlara köməklik olunması barədə xahiş etmişdir. Elşad Məhəmməd adlı şəxsin mobil telefon nömrəsini ona vermiş və o, Məhəmmədin nömrəsini yığıaraq Şövkət xanımla, daha sonra isə Qiyas müəllimə danışmaqlarına köməklik etmiş, danışıq zamanı Qiyas müəllim Məhəmmədi evlərinə dəvət etmiş, təxminən bir neçə gün sonra o, Elşad ilə birlikdə Bakı şəhəri, 20 yanvar metro stansiyası yaxınlığında yerləşən çay evinə getmişlər və onlar ora gedən zaman ilk dəfə orada tanış olduğu Məhəmməd və Cavanşir adlı şəxslərdə orada, olmuşlar. Söhbət zamanı o, xalası qızına, yəni Şövkətə qaçqın və məcburi köçkün ailələrinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş yaşayış kompleksində mənzil verilməsi üçün köməklik göstərilməsini xahiş etmiş, danışıqlar zamanı, Cavanşir ona qohuma köməklik edə biləcəklərini bildirmiş, bundan sonra onlar həmin ərazidən uzaqlaşmışlar və bu barədə Şövkət xanıma məlumat vermişlər, həmin vaxtdan uzun müddət keçdiyindən, dəqiq xatırlamadığı üçün Məhəmməd və ya Cavanşir tərəfindən ona zəng olunaraq qohumunun növbəyə düşməsi üçün 500 manat pul alıb gətirməyi bildirilmiş, o, bu barədə Şövkət xanıma bildirmiş, səhəri günü, yəni 2019-cu ilin may ayının ortalarında Sumqayıt şəhərində olan avtovağzal yaxınlığında, yəni 12 mərtəbəli aviokassa binasının qarşısında Şövkət xanımın adını bilmədiyi qudası ona 500 manat pulu və sənədləri təqdim etmiş, oda bir gün sonra həmin pul və sənədləri götürüb 20 yanvar metrosu yaxınlığındakı Velotrek ticarət mərkəzinin qarşısında olan çay evinə tanışı Elşadla gəlmiş, həmin çay evinə də Cavanşirlə Məhəmməd gəlmişlər, o, Cavanşirlə Məhəmmədi tanımadığından 500 manat pulla sənədləri Elşada vermiş, Elşadda həmin 500 manatla sənədləri Cavanşirə təqdim etmiş, bundan sonra o, həmin yerdən uzaqlaşmış, Elşad isə şəxsi işlərinin arxası ilə getməsini ona demiş və onlar ayrılmışlar, o, Şövkət və Qiyasa mənzil verilən günədək heç bir şəxsə pul verməmələri barədə bildirmiş, təxminən 2019-cu ilin avqust-sentyabr aylarında o, Elşada zəng edərək işin nə yerdə olduğunu öyrənmək istədikdə, Elşadın Məhəmməd və Cavanşirdən öyrənib ona deməyinə əsasən, Şövkət xanım onlara onun vasitəsi ilə verilmiş 500 manatdan əlavə hissə-hissə olmaqla, ümumilkdə 8000 manatda pul vermələri barədə öyrənmiş, o, bunu öyrəndikdən sonra Şövkət xanıma zəng edərək, niyə həmin şəxslərə pul verdiyini, onu həmin şəxslərə xalası qızı kimi təqdim etdiyini, pul verən zaman onuda məlumatlandırmalı olduğunu bildirmiş, bundan başqa onun həmin insanlarla heç bir əlaqəsi olmamışdır, sadəcə 3-4 aydan bir zəng edərək işin nəticəsi barədə maraqlanmış, bunada səbəb onun Qiyas və Şövkət xanıma olan hörməti olmuş, yuxarıda qeyd etdiyi kimi o, Şövkət xanımı qarşı tərəfə xalası qızı kimi təqdim etmişdir.Təxminən 2019-cu ilin sonlarından Şövkət xanım ona zəng edərək, həmin şəxsləri onun vasitəsi ilə tanıdıqlarını bildirərək onu hədələməyə başlamış, oda cavab olaraq onlara heç kəsə pul verməmələri barədə xəbərdarlıq etdiyini, lakin onlara böyük hörməti olduğu üçün pulun alınmasında köməklik göstərəcəyini bildirmiş, bundan başqa onun bu işlərdən heç bir məlumatı, xəbəri, habelə bu işlərə aidiyyəti olmamışdır. O, Şövkət xanıma qaçqın və məcburi köçkün ailələrinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş binadan mənzil verilməsi üçün onlara kömək edəcək tanışlarının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin əməkdaşı kimi təqdim etməsi barədə suala cavab olaraq bildirmişdir ki, xeyir, o, sadəcə bu işdə onlara köməklik edə biləcək tanışının olduğunu bildirmiş və həmin şəxsdə Elşaddır.Onun və ya tanışlarının qeyd etdiyi Məhəmməd, Elşad, Cavanşir adlı şəxslərin Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində işləyən tanışı olması barədə suala cavab olarac bildirmişdir ki, onun və tanışlarının həmin Komitədə heç bir tanışı yoxdur.Saray qəsəbəsində qaçqın və məcburi köçkün ailələrinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş yaşayış kompleksində mənzil verilməsinə köməklik göstərməsi üçün Şövkət xanımın hansı məbləğdə pul vəsaiti verməsi və həmin vəsaiti kimə verməsi və həmin mənzilin neçə otaqdan ibarət olması barədə məlumatının olması barədə suala cavab olaraq bildirmişdir ki, sonradan öyrəndiyinə əsasən Şövkət xanım Məhəmməd və Cavanşirə ümumilikdə 8.500 manat pul vəsaiti vermişdir. Həmin vəsaitin 500 manatı onun vasitəsi ilə Elşada və onun tərəfindən Cavanşirə verilmiş, bildiyi qədər ilk əvvəl 2 otaqlı, sonradan isə 3 otaqlı mənzilin danışıqları aparılmışdır.Şahid1 Saray qəsəbəsində qaçqın və məcburi köçkün ailələrinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş yaşayış kompleksində mənzil verilməsinə köməklik göstərməsi üçün onun və Elşadın vasitəsi ilə 500 manat, Məhəmməd və Cavanşirə isə hissə-hissə olmaqla 1300 manat, ümumilikdə 13 000 (500, 3000, 5000 və 5000) manat pul vəsaiti verilməsi, lakin sonradan Məhəmməd tərəfindən 5000 manat vəsaiti geri qaytarılması barədə suala cavab olaraq bildirmişdir ki, o, bildiyi qədər 8.500 manat pul alınmış və sonradan 5.000 manat vəsait Məhəmməd tərəfıncən geri qaytarılmış, digər 5.000 manat vəsaitin almaqları barədə məlumatı yoxdur.Şahid1 Saray qəsəbəsində körpünün yaxınlığında Qarabağ əlilləri və şəhid ailələri üçün tikintisi nəzərdə tutulmuş binanın qarşısında qohumları ilə birlikdə, Məhəmmədlə görüşmələrini, Məhəmməd onlara qeyd edilən yeni tikili binadan istədikləri mənzili seçmələri deyilməsini bildirməsi barədə suala cavab olaraq bildirmişdir ki, bu barədə Şövkət xanım ona sonradan telefon vasitəsi ilə bildirmişdir.Şahid1 araşdırmaya səs yazılarını təqdim etməsi, həmin səs yazıları dinləmək üçün ona təqdim olunması, həmin səs yazısı barədə nə deyə biləcəyi barədə suala cavab olaraq bildirmişdir ki, dinlədiyi səs yazılarında Məhəmməd, Elşad və onunla, Şahid1, həmçinin Şahid2 arasında telefon danışıqları aparılır. Danışıqlarda qaçqın və məcburi köçkün ailələrinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş binadan Şövkət xanıma mənzil verilməsi üçün Məhəmməd və Cavanşirə pul vəsaiti vermələri barədə söhbətlər gedir.Onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib özlərini Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsində işlədiyini bildirirək Abşeron rayonu, Saray qəsəbəsində qaçqın və məcburi köçkün ailələrinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş yaşayış kompleksindən 2 otaqlı mənzil verilməsinə köməklik etmək adı ilə vətəndaş Zərərçəkmiş şəxs 13.500 (on üç min beş yüz) manat pulunu alması barədə onunla aralarında razılaşma olması, həmçinin həmin cinayətdən xəbəri olması barədə suala cavab olaraq bildirmişdir ki, xeyr onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən özlərini Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsində işlədiyini bildirirək Abşeron rayonu, Saray qəsəbəsində qaçqın və məcburi köçkün ailələrinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş yaşayış kompleksindən 2 otaqlı mənzil verilməsinə köməklik etmək adı ilə vətəndaş Zərərçəkmiş şəxs 13500 (on üç min beş yüz) manat pulunu alması barədə hər hansısa razılaşmadan xəbəri və məlumatı olmayıbdır, sadəcə o, Şövkət xanımın xahişi ilə Məhəmməd və ya Cavanşir tərəfindən onların növbəyə düşməsi üçün 500 manat pulu avtovağzal yaxınlığında Şövkət xanımın adını bilmədiyi qudasından həmin 500 manat pulu və sənədləri götürüb Elşad vasitəsi ilə Cavanşirə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, təxminən 2019-cu ilin may ayında tanışları Şahid3 və soyadını və atasının adını bilmədiyi Cavanşir adlı şəxs ilə Bakı şəhəri 20 yanvar metro stansiyası yaxınlığında yerləşən çay evində çay içən zaman, Cavanşir qaçqın və məcburi köçkün ailələrinin yerləşdirilməsi üçün tikilən yenitikili binalarda həmin statusda olan şəxslərə mənzil verilməsinə köməklik göstərə bildiyini bildirmiş, Vüsal xalası qızının qaçqın olduğunu və bu səbəbdən də qaçqın və məcburi köçkün ailələrinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş yaşayış kompleksində 2 otaqlı mənzil almaq istədiyi barədə söhbət bildirmiş, həmin vaxt Cavanşir qeyd edilən barədə onlara köməklik edə biləcəyini, ilkin qeydiyyata düşmələri üçün 500 manat pul tələb olunduğunu bildirmiş, lakin sonradan hansı məbləğ tələb olunması barədə onun yanında söhbət olunmamışdır. Təxminən həmin gündən 1-2 gün sonra Vüsal onunla Sumqayıt şəhərində görüşərək xalası qızından aldığı 500 manat vəsaiti ona verərək Cavanşirə çatdırmağını xahiş etmiş, oda həmin vəsaiti Vüsalın iştirakı ilə həmin günü, yəni 2019-cu ilin may ayının ortalarında saat 12-13 radələrində Cavanşirlə Nəsimi rayonu, 20 yanvar metrosu yaxınlığındakı Velotrek ticarət mərkəzinin qarşısında çay evində görüşmüş, həmin çay evinə Cavanşir tək gəlmiş, oda Cavanşirə Vüsalın yanında 500 manatı vermişdir. Bundan sonra hər biri öz işlərinin arxası ilə getmişlər, bir müddət sonra öyrənmişdir ki, Cavanşir bu işləri tanışı Məhəmməd adlı şəxs ilə birlikdə görür. Bundan bir neçə ay sonra Şövkət adlı xanım ona zəng edərək, nömrəsini Vüsaldan aldığını, Məhəmmədin onlara Saray qəsəbəsində qaçqın və məcburi köçkün ailələrinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş yaşayış kompleksində mənzil verilməsinə köməklik göstərməsi üçün 8500 manat pullarını aldığını, lakin bu günədək mənzilin verilmədiyini bildirmişdir. Bu minvalla Şövkət xanım ona bu günədək zəng edərək Məhəmməd, Vüsal və Cavanşirin onların etibarından sui-istifadə edərək mənzil veilməsinə köməklik göstərəcəyi adı ilə 8500 manat pul vəsaitini aldıqlarını, lakin bu günədək mənzilin verilmədiyini bildirmişdir. O, onlara narahat olmamaqlannı, yaxın günlərdə mənzillərinin verilməsi barədə bildirmişdir. Təxminən 2020-ci ilin sonlarında Şövkət xanımın əri Qiyas ona zəng edərək görüşmək istədiklərini, Cavanşiridə görüşə gətirməyini xahiş etmiş, onlar Bakı şəhəri 20 yanvar metrostansiyası yaxınlığında görüşmüşlər, Qiyas çay evinə qohumu Mədət ilə birlikdə gəlmiş, söhbət zamanı Qiyas və Mədət Cavanşirdən 3 000 manatı geri tələb etmişlər, Cavanşir onlara yazılı iltizam verərək 10 gün möhlət istəmiş və qısa zamanda həmin vəsaiti onlara qaytaracağını bildirmişdir. Saray qəsəbəsində qaçqın və məcburi köçkün ailələrinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş yaşayış kompleksində mənzil verilməsinə köməklik göstərməsi üçün Şahid1 hansı məbləğdə pul vəsaiti verməsi və həmin vəsaiti kimə verməsi barədə məlumatının olması barədə suala cavab olaraq bildirmişdir ki, o, bildiyi qədər Şahid1 mənzil verilməsi üçün Məhəmməd və Cavanşirə ümumilikdə 8 500 manat pul vəsaiti vermişdir.Şahid1 izahatında, Saray qəsəbəsində qaçqın və məcburi köçkün ailələrinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş yaşayış kompleksində mənzil verilməsinə köməklik göstərməsi üçün onun və Vüsal vasitəsi ilə 500 manat, Məhəmməd və Cavanşirə isə hissə-hissə olmaqla ümumilikdə 13 500 (3000, 5000 və 5000) manat pul vəsaiti verdiklərini, lakin sonradan Məhəmməd tərəfindən 5000 manat vəsaitin geri qaytarıldığını bildirməsi barədə suala cavab olaraq bildirmişdir ki, o, bildiyi qədər 8.500 manat pul alınmış və sonradan 5.000 manat vəsait Məhəmməd tərəfindən geri qaytarılmış, digər 5.000 manat vəsaitin almaqları barədə məlumatı yoxdur.O, izahatında qaçqın və məcburi köçkün ailələrinə mənzil verilən yaşayış kompleksində Şahid1 mənzil verilməsi üçün ilkin olaraq Vüsal adlı şəxsdən 500 manat vəsaiti alaraq Cavanşirə verməsini qeyd etməsi, lakin Şahid1 izahatında onun ona zəng edərək, 500 manat vəsaiti Vüsaldan alaraq Məhəmmədə verdiyini bildirməsi barədə suala cavab olaraq bildirmişdir ki, həmin vaxtdan uzun müddət keçdiyindən kimin zəng etdiyini xatırlamır, lakin söhbət zamanı həmin şəxs pulu kimə verdiyini ondan soruşduqda, o, həmin vəsaiti Məhəmmədə deyil, Cavanşirə verdiyini bildirmişdir. Şahid1 o, ona zəng edən zaman özünü Qazax rayon qaçqını kimi təqdim etməsini, Məhəmmədin onada mənzilin verilməsi üçün köməklik göstərdiyini, sonuncunun bu yaxınlarda tanışma mənzil verilməsinə köməklik etdiyini bildirməsi barədə suala cavab olaraq bildirmişdir ki, özünü Qazaxlı kimi təqdim etmiş, lakin sualda qeyd olunan digər məsələlər barədə danışıqları olmamışdır.Şahid1 Saray qəsəbəsində körpünün yaxınlığında Qarabağ əlilləri və şəhid ailələri üçün tikintisi nəzərdə tutulmuş binanın qarşısında qohumları ilə birlikdə, Məhəmmədlə görüşdüklərini, Məhəmmədin onlara qeyd edilən yeni tikili binadan istədikləri mənzili seçmələrini deməsini bildirməsi barədə suala cavab olaraq bildirmişdir ki, bu barədə Şövkət xanım ona sonradan telefon vasitəsi ilə bildirmişdir. Şahid1 araşdırmaya səs yazılarını təqdim etməsi, həmin səs yazıları dinləməyi üçün ona təqdim olunması, səs yazıları barədə nə deyə biləcəyi barədə suala cavab olaraq bildirmişdir ki, dinlədiyi səs yazılarında Məhəmməd, Cavanşir, Vüsal və onunla, Şahid1 arasında telefon danışıqları aparılır. Danışıqlarda qaçqın və məcburi köçkün ailələrinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş binadan onlara mənzil verilməsi üçün Məhəmməd və Cavanşirə pul vəsaiti vermələri barədə söhbətlər gedir.Onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib özlərini Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsində işlədiyini bildirirək Abşeron rayonu, Saray qəsəbəsində qaçqın və məcburi köçkün ailələrinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş yaşayış kompleksindən 2 otaqlı mənzil verilməsinə köməklik etmək adı ilə vətəndaş Zərərçəkmiş şəxs 13500 (on üç min beş yüz) manat pulunu alması barədə onunla aralarında razılaşma olması, həmçinin həmin cinayətdən xəbəri olması barədə suala cavab olaraq bildirmişdir ki, xeyr onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən özlərini Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsində işlədiyini bildirirək Abşeron rayonu, Saray qəsəbəsində qaçqın və məcburi köçkün ailələrinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş yaşayış kompleksindən 2 otaqlı mənzil verilməsinə köməklik etmək adı ilə vətəndaş Zərərçəkmiş şəxs 13500 (on üç min beş yüz) manat pulunu alması barədə hər hansısa razılaşmadan xəbəri və məlumatı olmamış, sadəcə o, 500 manatı Vüsalın xahişi ilə Cavanşirə çatdırmışdır. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid5 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, təxminən 2019-cu ilin noyabr-dekabr aylarında bir məsələ ilə bağlı Təqsirləndirilən şəxs1 ilə tanış olmuş, belə ki, Məhəmmədin oğlu ilə Sabunçu qəsəbəsində şəxsi maşınının təmiri ilə bağlı avtotəmir sexində tanış olmuş və bununlada münasibətləri yaranmışdır. Məhəmməd onun tikinti sahəsində işlədiyini və bu sahədə çox sayda tanışlarının olduğunu bildiyindən təxminən 2019-cu ilin dekabr ayının sonlarında Məhəmməd ona zəng edərək Saray qəsəbəsində körpünün yaxınlığında qaçqın və məcburi köçkün ailələrinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş yeni tikili binada onun yaxın tanışlarına mənzil verilməsi üçün əlaqələrinin olub-olmadığı barədə maraqlanmış, o, Məhəmmədə bu sahədə işlədiyindən həmin Saray qəsəbəsində yerləşən MTK-ya gedərək bu barədə maraqlana biləcəyini bildirmiş, 1-2 gün sonra o, Məhəmmədin dediyi ünvana gedərək orada MTK-ya daxil olaraq orada Məhəmmədin xahişi barədə maraqlanmış, MTK-da ona bildirmişlər ki, qeyd olunan bina yalnızca qaçqın və məcburi köçkün ailələrinin yerləşdirilməsi üçün nəzərdə tutulmayıb, həmin binada mənzillər satılır və ya rəsmi məktub əsasında Qarabağ əlilləri, şəhid, qaçqın və məcburi köçkün ailələrinə verilir. Həmçinin ona bildirmişlər ki, qaçqınkonum məktubu əsasında 20 mənzil qaçqınlara verilibdir. Bundan sonra o, bayıra çıxdıqda Məhəmməd onu orada bir neçə nəfər şəxs ilə tanış edərək, həmin vətəndaşların bu binadan mənzil almaq istəyən tanışları olduqlarını bildirmiş, Məhəmməd və həmin şəxslərlə söhbət zamanı o, qeyd olunan binada mənzillərin satıldığını və ya rəsmi məktub əsasında Qarabağ əlilləri, şəhid, qaçqın və məcburi köçkün ailələrinə verildiyi barədə məlumat vermiş, həmin vaxt orada olan tanımadığı bir qadın Məhəmmədə əsəbləşərək, onun hansı məktubdan danışıdığını, artıq burada onun mənzilinin olacağı barədə bildirmiş, daha sonra həmin şəxs onun kim olduğu barədə maraqlandıqda, o. ona bura Məhəmmədin xahişi ilə gəldiyin, Məhəmmədin ona dediyi kimi tanışlarına buradan mənzil verilməsi üçün maraqlanmağı barədə gəldiyini bildirmişdir. İləmin qadın onun bu işlərə qarışmamağım, Məhəmmədin onları aldatdığını bildirdikdə, o, Məhəmmədə onu bu işlərə niyə qatdığını və aralarında olan narazılqıları öz aralarında həll etmələri barədə bildirərək oradan uzaqlaşmış və Məhəmmədə bir daha irad bildirmişdir ki, onu maraqlanmaq üçün MTK-ya gətitrir, özü isə onun xəbəri olmadan digər tanımadığı şəxslərlə qaçqınlara ev almaq barədə razılığa gəlir. O, isə Məhəmmədə və onun tanışlarına bir daha demişdir ki, bu işlər rəsmi sənəd əsasında qanuni yolla həyata keçirilir, belə ki, qaçqınlar bunun üçün ərizə ilə ancaq qaçqınkoma müraciət etdikdən sonra müvafiq sənədlər tam qaydada olduqdan sonra, dövlət və ya qaçqınkom tərəfindən vəsait ödənildikdən sonra, qaçqınlar evlə təmin olunurlar. O; bir daha bildirmişdir ki, Saray qəsəbəsində olan MTK-ya Məhəmmədlə getmiş, ev verilməsi barədə maraqlanıb küçəyə çıxdıqda Məhəmmədin yanında tanımadığı şəxsləri görmüş, sonradan bilmişdir ki, Məhəmməd onları aldadır, hətta həmin tanımadığı şəxslər ona bildirmişlər ki, bu məsələdən uzaq dursun. Şahid3, Təqsirləndirilən şəxs2 və Şahid4 adlan ona tanış gəlməsi, müsbət halda həmin şəxsləri haradan tanıması barədə suala cavab olaraq bildirmişdir ki, sualda qeyd olunan adlar ona tanış gəlmir və onları tanımıram.Qeyd etdiyi Təqsirləndirilən şəxs1 Saray qəsəbəsində yerləşən MTK-nın qarşısında onu tanış edən şəxslərə həmin MTK- da mənzilin verilməsinə köməklik göstərəcəyi müqabilində pul vəsaiti alması barədə məlumatının olması barədə suala cavab olaraq bildirmişdir ki, yuxarıda qeyd etdiyi kimi o, həmin MTK-ya Məhəmmədin xahişi ilə onun yaxın tanışlarına köməklik etmək məqsədilə Məhəmmədin sözü ilə ona məxsus Mercedes Benz E240 minik markalı ** CE *** dövlət nömrə nişanlı avtomaşınla getmiş və orada da qaçqın vp məcburi köçkün ailələrinə mənzilin hansı qaydada verilməsi barədə maraqlanaraq onlara bildirmiş, onun qeyd olunan MTK-dan mənzil satılması, pul müqabilində qaçqın və məcburi köçkün ailələrinə mənzilin verilməsinə köməklik niyyəti olmamış, sadəcə proseslər barədə maraqlanaraq onlara bildirmiş, Məhəmmədin həmin şəxslərdən pul alması barədə də məlumatı olmamışdır. Şahid1 2019-cu ilin dekabr ayının 28-də Saray qəsəbəsində körpünün yaxınlığında Qarabağ əlilləri və şəhid ailələri üçün tikintisi nəzərdə tutulmuş binanın qarşısında Məhəmməd vasitəsi ilə onunla tanış olduqlarını və 2020-ci ilin yanvar ayının 9-da onunla yenidən həmin ünvanda görüşdüklərini bidirməsi barədə suala cavab olaraq bildirmişdir ki, yuxarıda qeyd etdiyi kimi o, 2019-cu ilin dekabr ayının sonlarında Məhəmmədin xahişi ilə onun ona deməyinə əsasən qohumlarına köməklik etmək məqsədi ilə qeyd edilən MTK-ya getmiş və mənzilin hansı qaydada verilməsi barədə maraqlanaraq onlara bildirmiş, bundan başqa o, həmin şəxslərlə görüşməmiş və telefon danışıqları olmamış, onun orada olmağının səbəbi Məhəmmədin xahişi ilə onun tanışlarına köməklik göstərməyi olmuş, orada olan narazılıqları bildikdən sonra oradan getmiş və bir daha həmin şəxsləri görməmiş, o, həmin şəxslərin ora gələcəyi barədə məlumatı olmamış, o, elə düşünürdü ki, MTK-da etdiyi söhbət barədə yalnızca Məhəmmədə bildirəcək. Onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib özlərini Qaçqınların və Məcburi Köçkünlərin işləri Üzrə Dövlət Komitəsində işlədiyini bildirirək Abşeron rayonu, Saray qəsəbəsində qaçqın və məcburi köçkün ailələrinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş yaşayış kompleksindən 2 otaqlı mənzil verilməsinə köməklik etmək adı ilə vətəndaş Zərərçəkmiş şəxs 13500 (on üç min beş yüz) manat pulunu alması barədə onunla aralarında razılaşma olması, həmçinin həmin cinayətdən xəbəri olması barədə suala cavab olaraq bildirmişdir ki, xeyr onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən özlərini Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsində işlədiyini bildirirək Abşeron rayonu, Saray qəsəbəsində qaçqın və məcburi köçkün ailələrinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş yaşayış kompleksindən 2 otaqlı mənzil verilməsinə köməklik etmək adı ilə vətəndaş Zərərçəkmiş şəxs 13500 (on üç min beş yüz) manat pulunu alması barədə hər hansısa razılaşmadan xəbəri və məlumatı olmayıbdır. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 2-ci cild 57-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli axtarışda olan şəxsin yaxalanması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saxlanılaraq Nəsimi RPİ-nin CAŞ-na gətirilmişdir. Cinayət işinin 2-ci cild 76-78-ci vərəqələrində olan qətimkan tədbiri seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 207-208-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli Məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 240-cı vərəqəsində olan xx xxxx 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, cinayət işi üzrə götürülmüş və cinayət işinə əlavə olunmuş 01 ədəd DVD diski cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işinin 1-ci cild 120-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun halhazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur, sonuncular tərəfindən ona vurulmuş maddi ziyan tamamilə ödənilmişdir. Həmin halları nəzərə alaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş edir. Cinayət işinin 2-ci cildində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onların qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərər çəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmə cinayətlərini törətmələri tamamilə sübuta yetirildi. Onların əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Digər Təqsirləndirilən şəxs1 isə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında pul məbləğini dövlət büdcəsinə ödədiyindən cinayət məsuliyyətindən azad edilməlidir (Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli Qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməklə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tamamilə ödənilməsini, sonuncunun ona qarşı hər hansı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını və xahiş etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, onun özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində yetkinlik yaşına şatmayan uşağının olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tamamilə ödənilməsini, sonuncunun ona qarşı hər hansı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını və barəsində yüngül cəza təyin edilməsini xahiş etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bərabər tutulmaqla, 02 (iki) gün ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan başqa, Məhkəmə eyni iş üzrə digər Təqsirləndirilən şəxs1 barəsində cinayət təqibinə xitam verilməsinə və cinayət məsuliyyətindən azad edilməsinə dair Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli Qərarını nəzərə alır. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili S.D.Səfərova məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, yəni 01 (bir) gün tutulma müddəti 02 (iki) gün azadlığın məhdudlaşdırılması müddətinə bərabər tutularaq, 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-84/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-84/2021
23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver