Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-84/2022 22.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Ağcabədi rayonu, Hindarx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğunu bildiyi halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədi ilə “Sanitariya epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli, 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”nın, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın 4.5.5-ci maddəsinin, yəni “Yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs mənzili (evi) tərk etməməlidir” kimi tələblərini pozaraq, 08 sentyabr 2021-ci il tarixdə saat 08:40 radələrində yaşadığı ünvan 2 ünvanını tərk edərək piyada Bakı Metropoliteni QSC-nin “Memar Əcəmi” stansiyasına gələrək "Covid-19" infeksiyasına yoluxduğu halda karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmış və həmin gün saat 08:50 radələrində Metropolitenin "Memar Əcəmi" stansiyasında xidmət aparan Bakı Metropolitenində Polis şöbəsinin PPX-nin əməkdaşı tərəfindən koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu halda karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığından saxlanılmışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 02.09.2021-ci il tarixdə o, analiz vermək üçün Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 20 saylı poliklinikaya getmişdir. Orada adını dəqiq bilmədiyi həkim ona yaşadığı evə getməyini və oradan analiz götürmək üçün həkim briqadası çağırmalı olduğunu demişdir. O, yaşadığı evə qayıtmış və həkim briqadasını yaşadığı evə çağırmışdır. Həmin həkim briqadası 03.09.2021-ci il tarixdə onun yaşadığı evə gəlmiş və onlar ondan “Covid-19” virusuna yoluxub-yoluxmadığını yoxlamaqdan ötrü yaxma götürmüşdür. Həmin vaxt həkimlər ondan istifadə etdiyi mobil nömrəni istəmiş, o da həkimlərə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni vermişdir. Həkimlər ona verdiyi yaxmanın cavabının pozitiv və ya neqativ olması barədə İTS.GOV.AZ saytından sms gələcəyini bildirmiş, lakin nə vaxt gələcəyini deməmişlər. Həmin vaxt istifadəsində olan mobil telefon nasaz olmuş və normal işləməmişdir. 08.09.2021-ci il tarixdə ona dərman lazım olduğundan yaşadığı evi tərk etmiş, Bakı Metropoliteni QSC-nin “Memar Əcəmi” stansiyasının girişində polis əməkdaşı onu saxlamış, özünü təqdim etmiş, sonra ondan özünü təqdim etməyini tələb etmişdir. Polis əməkdaşı onun ad və soyadını əlində olan portal sisteminə daxil etmişdir. Həmin vaxt polis əməkdaşı ona aktiv “Covid-19” xəstəsi olduğunu demişdir. Bundan əvvəl də yaşayış yerini tərk etmişdir, lakin xəstəliyi ilə bağlı məlumatı olsaydı tərk etməzdi. O, polis tərəfindən saxlanılan vaxta kimi “Covid-19” virusuna yoluxduğunu bilməmiş, İTS.GOV.AZ saytından “Covid-19” xəstəsi olmağı barədə gələn sms-i görməmişdir. Daha sonra əvvəllər məhkum olunmamasını, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını, müharibə veteranı olmasını, bir böyrəyinin olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı metropolitenində Polis şöbəsinin polis nəfəri, polis kiçik serjantı Şahid ifadəsində göstərmişdir ki, o, 08.09.2021-ci il tarixdə saat 08:30 radələrində Bakı Metropoliteni QSC-nin “Memar Əcəmi” stansiyasında xidmətdə olmuşdur. Həmin vaxt təxminən 40-45 yaşlarında bir nəfər şəxsə yaxınlaşmış, şəxsiyyət vəsiqəsini tələb etmişdir. Məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur və aktiv koronavirus xəstəsidir. O, Təqsirləndirilən şəxs aktiv “Covid-19” xəstəsi olduğunu bildirmiş, Təqsirləndirilən şəxs isə bu barədə məlumatı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonda sms bölməsinə baxan zaman İTS.GOV.AZ saytından Təqsirləndirilən şəxs aktiv “Covid-19” xəstəsi olmağı ilə bağlı sms gəldiyini və həmin smsin öncədən açıldığını görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs polis bölməsinə dəvət etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis şöbəsinin İstintaq qrupunun baş müstəntiqi, polis mayoru X2 bildirmişdir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona baxış keçirilən zaman İTS.GOV.AZ saytından Təqsirləndirilən şəxs “Covid-19” xəstəsi olmağı ilə bağlı gələn sms-də testin verilmə tarixi “03.09.2021-ci il” kimi göstərilmiş, lakin ittiham aktında bu tarix texniki səhv nəticəsində “30.08.2021-ci il” kimi qeyd olunmuşdur. İş materiallarında olan: -“Qətimkan tədbirinin seçilməsi” barədə 12 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri seçilmişdir (i.v.58-61); -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Nəsimi Rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin 09 sentyabr 2021-ci il tarixli, 06/19-684 saylı məktubundan görünür ki, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 16, mənzil 23 ünvanında yaşayan Təqsirləndirilən şəxs 05.09.2021-ci il tarixindən Covid-19 infeksiyasına tutulmuşdur (i.v.10); -“Predmetə baxış keçirilməsi haqqında” 17.09.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş foto cədvəldən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “CCRN” markalı mobil telefona baxış keçirilən zaman telefonun SMS bölməsində İTS.GOV.AZ-dan ünvanlanan SMS müəyyən edilmişdir. İTS.GOV.AZ-dan daxil olmuş 03 sentyabr 2021-ci il tarixli SMS-də “Hormetli Təqsirləndirilən şəxs.Sizin 03.09.2021-ci il tarixinde COVİD-19 ilə bağlı verdiyiniz testin neticesi POZİTİVDİR. Xahish olunur, siz ve ailə üzvlerinizin yashayısh yerinizi terk etmeyesiniz. Karantin rejimini pozduğunuz teqdirde, Azerbaycan Respublikasının inzibati Xetalar və Cinayet mecellelerinde nezerde tutulmush qavdada mesuliyyete celb oluna bilersiniz” mətni əks olunmuşdur (i.v.16-18); -“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin 17 sentyabr 2021-ci il tarixli PHŞ/1.1 - 2-2021-2950 saylı məktubundan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 03.09.2021-ci il tarixdə COVİD-19 virus infeksiyasına görə götürülən testin nəticəsi pozitiv olmuş və 14 gün müddətində yaşayış yerini tərk etmək hüququ məhdudlaşdırılmışdır (i.v.19-20); -01 ədəd DVD diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2021-ci il tarixdə Bakı Metropolitenində Polis Şöbəsinin polis əməkdaşları tərəfindən Bakı Metropoliteni QSC-nin “Memar Əcəmi” stansiyasında yoxlanılan zaman pozitiv “COVİD 19” xəstəsi olmağı müəyyən edilmişdir və Təqsirləndirilən şəxs həmin görüntüdə 08 sentyabr 2021-ci il tarixdə yaşadığı evi tərk edərək Bakı Metropoliteni QSC-nin “Memar Əcəmi” metrostansiyasına gəldiyini bildirmişdir (i.v.22-23); -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kommunikasiya-İnformasiya İdarəsindən daxil olmuş 1 ədəd DVD formatlı diskə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 03.09.2021-ci il tarixdə saat 12:54:21də Bakı Metropoliteni QSC-nin “Memar Əcəmi" stansiyasında, 05.09.2021 08:47:48-də Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr, H.Əİiyev küçəsi 2 C, 05.09.2021 08:51:21-də Bakı metropoliteni QSC-nin 20 yanvar stansiyasında, 05.09.2021 08:58:29-da Bakı şəhəri, Yasamal rayonu, A.M Şərifzadə küçəsi, 05.09.2021 09:03:13-də Baki səhəri, Yasamal rayonu, Qanlı gölün qərb sahili, ev 73, 05.09.2021 16:46:11-də Baki şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, X4, 05.09.2021 18:53:23-də Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev küçəsi 20, 05.09.2021 18:59:21-də Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 196, 05.09.2021 19:04:57-də Bakı Metropoliteni QSC-nin “20 yanvar" stansiyasında, 06.09.2021 08:25:12-də Bakı səhəri, Nəsimi rayonu, 3-cu mkr, H.Əİiyev küçəsi 2 C, 06.09.2021 08:35:32-də Baki şəhəri, Binəqədi rayonu, H.Əİiyev küçəsi ila Hacıyev küçəsi, 3024-cu məhəllə, 06.09.2021 08:41:25-də Bakı səhəri, Nəcəf Nərimanov küçəsi 8, 06.09.2021 08:47:40-da Bakı şəhəri, Nərimanov rayonu, Xalqlar dostluğu küçəsi, 06.09.2021 08:51:21-də Bakı şəhəri, Nizami rayonu, H.Əİiyev prospekti və Z.Bünyadov prospektinin kəsişməsi, 06.09.2021 08:55:08-də Bakı şəhəri, H.Əİiyev prospekti, 205, 06.09.2021 09:08:27-də Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2074-cu məhəllə, 17 sayli yanacaq doldurma məntəqəsi, 09:14:39-da Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2096-ci məhəllə, 06.09.2021 09:26:13-də Bakı şəhəri, Nəsimi rayonu, Əli Mustafayev küçəsi, 24C, 06.09.2021 09:27:14-də Bakı Metropoliteni QSC-nin “20 yanvar” stansiyasında, 06.09.2021 09:45:09-da Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi, ev 5A, 06.09.2021 09:49:08-də Bakı şəhəri, Qaradağ rayonu, Xocəsən yolu 60, 06.09.2021 18:31:47-də Bakı şəhəri, Yasamal rayonu,Yasamal rayonundan keçən dairəvi yolun kənarında, 06.09.2021 18:32:32-də Bakı səhəri, Yasamal rayonu, 2-ci Alatava, Xəzər-Lada ASC X3 Xidmət, 06.09.2021 22:25:45-də Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 115A, 07.09.2021 08:47:01-də Bakı Metropoliteni QSCnin “20 yanvar” stansiyasında, 07.09.2021 08:55:27-də Bakı şəhəri, Yasamal rayonu, A.M Şərifzadə küçəsi, 07.09.2021 08:59:56-da Bakı şəhəri, Yasamal rayonu, Qanlı gölün qərb sahili, ev 73, 07.09.2021 18:35:57-də Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev küçəsi 20, 07.09.2021 18:36:16-da Bakı şəhəri, Yasamal rayonu, Qanlı gölün qərb sahili, ev 73, 07.09.2021 18:37:40-da Yasamal rayonu, Dadaş Bünyadzadə 40, 07.09.2021 18:44:30da Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, ev 8S, 07.09.2021 19:06:54-də Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 24 C, 07.09.2021 19:08:53-də Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 24, 08.09.2021 08:44:46-da Bakı Metropoliteni QSC-nin “Memar Əcəmi” stansiyasında olması aşkar edilmişdir; -Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin 10 noyabr 2021-ci il tarixli 920/KEŞ nömrəli ekspert rəyindən görünür ki, 1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: -1. 05.09.2021-ci iltarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış labarator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. -2. Təqsirləndirilən şəxs “Covid-19” virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar- gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir. -3. “Covid-19” virus infeksiyasının inkubasiya dövrü 14 gün davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur; -Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 17.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.18); -“HB Güven” Klinikasının ******* nömrəli Ambulator, Stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “sol böyrəyin törəməsi, keçirilmiş hipofiz adenoması və hemaroidektomiya əməliyyatlarından sonrakı vəziyyət” diaqnozu qoyulmuşdur; -“AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs 16.05.2003-cü il və 10.09.2011-ci il təvəllüdlü 2 övladı var; -Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X6 Birliyinin 003266 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs koronavirus (Covid- 19) infeksiyası ilə bağlı 03.09.2021-ci il tarixdə verdiyi testin nəticəsinin pozitiv olduğu, onun və ailə üzvlərinin yaşayış yerini tərk etməməsi, karantin rejimini pozduğu təqdirdə İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olunacağı barədə “İTS.GOV.AZ” portalından göndərilən mesajla xəbərdar edilməsinə baxmayaraq, artıq yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxs kimi müxtəlif tarixlərdə yaşayış yerini tərk etmiş və Bakı Metropoliteni QSC-nin “Memar Əcəmi” stansiyasında yoxlanılması üçün polis əməkdaşları tərəfindən saxlanılarkən bu fakt müəyyən edilmişdir. Bununla da o, epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və ya karantin rejimlərini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə Covid-19 ilə bağlı analizinin nəticəsinin pozitiv olduğuna dair gələn mesajı görmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs aktiv koronavirus xəstəsi olduğuna dair məlumatsız olduğuna əsaslanmaqla təqsirsizliyini bildirsə də, məhkəmə hesab edir ki, onun mobil nömrəsinə testin nəticəsinin pozitiv olduğuna dair “İTS.GOV.AZ” portalından göndərilən mesajla o, artıq bu barədə rəsmi qaydada məlumatlandırılmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs verdiyi analizin nəticəsi ilə maraqlanmaması, ekranında görüntülənən mesajın gəldiyinə dair bildirişin onun tərəfindən görülməməsi və ya nəzərindən yayınması inandırıcı deyil. Bunu Şahid Təqsirləndirilən şəxs saxlayarkən sonuncunun mobil telefonunda sms bölməsinə baxan zaman İTS.GOV.AZ saytından Təqsirləndirilən şəxs “Covid-19” xəstəsi olmağı ilə bağlı gələn sms-in öncədən açıldığını görməsinə dair ifadəsi də təsdiq edir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə Covid-19 ilə bağlı analizinin nəticəsinin pozitiv olduğuna dair gələn mesajı görmədiyinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, şahid ifadələri, həmçinin ekspert rəyi və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasının xəstəliklərin yayılmasına səbəb olduğuna və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdığına görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli, 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”na əsasən: - Bu Qaydalar yoluxucu xəstəliklərin yayıldığı xarici ölkələrdən Azərbaycan Respublikasının ərazisinə gələn şəxslərə; yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə; yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərlə təmasda olan şəxslərə şamil edilir (1.3-cü bənd); - karantin nəzarəti - yoluxucu xəstəliyə yoluxma faktının erkən aşkar edilməsi və həmin xəstəliyə xas olan əlamətlərin müşahidə olunması məqsədilə yoluxduğu güman edilən və təmasda olan şəxslərin digər şəxslərdən təcrid edilməsidir (2.1.4-cü bənd); - karantin yeri - yoluxması güman edilən şəxslərin karantin nəzarətində saxlandıqları karantin müəssisələri və ya onların yaşadıqları, yaxud olduqları yerdir (2.1.5-ci bənd); - Yoluxduğu güman edilən şəxslər bu Qaydaların 3.8-ci bəndində göstərilənlər istisna olmaqla, sərhəd buraxılış məntəqəsindən birbaşa həmin yoluxucu xəstəlik üçün ÜST-nin tövsiyələri nəzərə alınmaqla, hər bir xəstəliyin xüsusiyyətlərindən asılı olaraq Nazirlər Kabinetinin müəyyən etdiyi müddətdə karantin müəssisələrinə yerləşdirilirlər (3.1-ci bənd); - Yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs aşağıdakı tələblərə riayət etməlidir: onunla birgə yaşayan şəxslərin xəstəliyə yoluxma riskini azaltmaq üçün ayrı otaqda qalmalı, bu mümkün olmadıqda, mənzili yaxşı havalandırmalı, həmin şəxslərlə ən az 1 (bir) metr məsafədə olmalı və ünsiyyət zamanı tibbi maskadan istifadə etməlidir; şəxsi gigiyena vasitələrini və istifadə etdiyi digər əşyaları onunla birgə yaşayan şəxslərdən təcrid etməlidir; mənzilin (evin) daxilində mümkün qədər az hərəkət etməlidir; ümumi istifadə yerlərini tez-tez havalandırmalıdır; mənzili (evi) tərk etməməlidir (4.5-ci bənd); - Yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülmüş şəxslərin laboratoriya müayinəsi bu Qaydaların 3.2-ci bəndinə uyğun olaraq həyata keçirilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağandır (4.6-cı bənd); - Aparılmış laboratoriya müayinələri nəticəsində yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər yoluxucu xəstəliyin müalicəsi üçün ayrılmış xüsusi tibb müəssisəsinə yerləşdirilirlər (4-1.1-ci bənd); - Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən bu Qaydaların 4.5-ci bəndində göstərilənlərə riayət etməklə, yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində bu Qaydaların 4.4-cü bəndinə uyğun olaraq (ərazi ambulator-poliklinika müəssisəsi tərəfindən gündəlik olaraq telefon vasitəsilə) tibbi müşahidə həyata keçirilir (4- 1.2-ci bənd); - Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə onların hüquq və vəzifələri, həmin şəxslərə göstəriləcək xidmətlərin dairəsi və təcridolunma müddəti barədə məlumat verilir, bu Qaydaların 4.5-ci bəndinin tələblərinin pozulmasına görə qanunda nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti barədə, habelə təcrid müddətində mobil telefonu işlək vəziyyətdə saxlaması və onun söndürülməsinin yolverilməzliyi, eləcə də mobil tətbiq vasitəsilə yaşadığı və ya olduğu yerin müəyyən edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilir və onlardan bu barədə yazılı iltizam alınır (4-1.3-cü bənd); - karantin nəzarətinə götürülmüş şəxslərin karantin yerini tərk etməsi və kənar şəxslərin onları ziyarət etməsi (“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilməsi halları istisna olmaqla) qadağandır (7.2-ci bənd). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 07 sentyabr 2020-ci il tarixli Qərarı ilə (Protokol №9) təsdiq edilmiş “Koronavirus infeksiyasının (Covid-19) idarə olunması üzrə Metodik Təlimat”ın Dİ̇İVOC“-19 xəstələrinin ambulator şəraitdə aparılması” hissəsində qeyd olunur ki, xəstəliyin yüngül forması olan şəxslər tibbi nəzarətdən aşağıdakı hallarda çıxarılır: qızdırma olmadıqda və respirator simptomlar azaldıqda və burun-boğazdan PZR müayinənin mənfi nəticəsindən sonra; klinik simptomların olmadığı, lakin PZR müayinənin müsbət nəticəsi hallarında müşahidə 14 gün ərzində davam edir (xəstələnmənin 1-ci günündən hesablanır). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə cinayət törətməsini, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını, müharibə veteranı olmasını, böyrək xəstəliyinin olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni onun ilk dəfə cinayət törətməsini, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını, müharibə veteranı olmasını, böyrək xəstəliyinin olmasını, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 19 saylı Vəkil bürosunun vəkili Müdafiəçi oğluna dövlət büdcəsi vəsaiti hesabına 28 saat üçün nəzərdə tutulan 168 (yüz altmış səkkiz) manat pul ödənilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 28 saata görə 168 (yüz altmış səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-84/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-84/2022
22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver