Məhkəmə qərarları › İş №1(006)-84/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-84/2025

19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-84/2025 19.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Mövlud oğlunun iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Ermənistan Respublikası Quqark rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Mövlud oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Mövlud oğlu satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımış və yaşayış sahəsinə qanunsuz daxil olub özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 0,217 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, xx.xx.2024-cü tarixdə saat 23:10-da ünvan 2 ünvanın qarşısında olarkən özünü şübhəli apardığından Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri, Nərimanov rayonu, X23 küçəsi 83A ünvanında yerləşən 16-cı Polis Şöbəsinin inzibati binasına aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,217 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 iyul 2024-cü il tarixdə saat 03 radələrində ünvan 5 ünvanda yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin ikinci mərtəbəsinin plastik materialdan olan pəncərəsini əli ilə fiziki güc tətbiq edib açmaqla yaşayış sahəsinə qanunsuz daxil olub yataq otağından Zərərçəkmiş şəxs məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 1200 manat dəyərində “Samsung S10” markalı, 01 ədəd 400 manat dəyərində “İphone 6S” markalı, 01 ədəd 700 manat dəyərində “Samsung A52” markalı, 01 ədəd 500 manat dəyərində “İphone X” markalı mobil telefonları, 01 ədəd 650 manat dəyərində “Samsung” markalı planşeti, 01 ədəd 950 manat dəyərində “X16 Watch 4” markalı kişi qol saatını, 01 ədəd 800 manat dəyərində “Maurice Lacroic A Plus Class” markalı kişi qol saatını, 01 ədəd 400 manat dəyərində “Gartier” markalı qadın qol saatını, 01 ədəd 510 manat dəyərində “Fujifilm Professional X- S1” markalı fotoaparatı, 01 ədəd 350 manat dəyərində üzəri adi qaşlarla bəzədilmiş, qızıl məmulatının təmiz çəkisi 3,5 qram olmaqla Türkiyə istehsalı olan 14K əyarlı qadın üzüyünü, 01 ədəd 4000 manat dəyərində qara rəngli qadın şubasını, 01 ədəd 70 manat dəyərində tünd bənövşəyi rəngli kapuşonlu kişi idman üst geyimini, 01 ədəd 10 manat dəyərində üzərində ağ rəngli bəzəyi olan qara rəngli kişi idman kepkasını, 01 ədəd 50 manat dəyərində məktəbli çantasını, 01 ədəd 200 manat dəyərində qara rəngli kişi gödəkçəsini, 01 ədəd Polşa istehsalı olan 450 manat dəyərində açıq yaşıl rəngli kişi gödəkçəsini və həmin gödəkçənin sağ yan qol cibində olan 4000 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 15240 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs Mövlud oğlu ona qarşı elan olunmuş ittiham üzrə CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə özünü qismən təqsirli bilərək, CM-nin 234.1-ci maddəsi ilə isə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixində yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman küçəsi 2 ünvanının qarşısında yerləşən “Vəfa” marketdə olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinə aparılmış, ona orada fiziki təzyiq göstərilmiş və içərisində psixotrop maddə olan büküm verilərək videoçəkilişlə şəxsi axtarış aparılan zaman həmin bükümü təqdim etməsi tələb edilmişdir. Əks halda telefonunda danışdığı şəxsləri də polis şöbəsinə gətirəcəkləri ilə hədələmişlər. O da həm polis əməkdaşları tərəfindən döyüldüyü, həm də telefonda danışdığı şəxslərin şöbəyə gətirilməsini istəmədiyi üçün onların dedikləri ilə razılaşmış və şəxsi axtarış zamanı içərisində psixotrop maddə olan bükümü təqdim edərək ona məxsus olduğunu bildirmişdir. Halbuki, saxlanılan zaman onun üzərində hər hansı bir psixotrop maddə və ya narkotik vasitə olmamış, həmçinin o, ittiham aktında yazıldığı kimi Nərimanov rayonu ərazisində deyil, yaşadığı ünvan 1 ünvanının qarşısında saxlanılmışdır. Daha sonra o, Nərimanov RPİ-nin müstəntiqi İlkin İmanov tərəfindən təqsirləndirilən şəxs qismində cəlb olunmuş və Müvəqqəti saxlama yerindən buraxılaraq müstəntiqin çağırışlarına vaxtlı-vaxtında gəlməsi tapşırılmışdır. Lakin o, bir müddət sonra yıxılaraq xəsarət almış, təcili-tibbi yardımla xəstəxanaya aparılmış, bu səbəbdən də polis idarəsinə gedə bilməmişdir. Daha sonra isə oğurluq etdiyinə görə xx.xx.2024-cü il tarixində Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan başqa, o, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs evindən oğurluq etmişdir. O, Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır, anadan olandan qonşuluqda yaşamışlar və həmişə aralarında yaxın münasibətləri olmuşdur. Əvvəllər Aydınla onun arasında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Aydın adətən yay aylarında ailəsi ilə birlikdə bağ evlərinə köçüb yaşayırmış və bəzi vaxtlarda Nəsimi rayonu, Sabit Rəhman küçəsi, ev 2 ünvanında yerləşən evinə baş çəkməyə gəlirmiş. O da yay aylarında X21 küçəsi ev 2 ünvanında yerləşən evinin boş olduğunu bildiyinə görə 22 iyul 2024-cü il tarixdə həmin evdən oğurluq etmək qərarına gəlmiş və buna görə həmin tarixdə gecə saat 03 radələrində yaşadıqları məhlənin arxa tərəfində söküntü işləri aparılan yerdən evlərin damına qalxıb Aydının yaşadığı evin ikinci mərtəbəsində olan plastik pəncərəni əli ilə itələyib açaraq evə daxil olmuşdur. Daha sonra evin içərisindən qiymətli əşyalar oğurlamaq üçün çarpayının, şkafların və divanların saxlanc yerlərini axtarmağa başlamışdır. Nəticədə o, evin ikinci mərtəbəsində olan yataq otağından 01 ədəd “Samsung S10” markalı mobil telefon, 01 ədəd “Samsung A52” markalı mobil telefon, 01 ədəd “İphone 6S” markalı mobil telefon, 01 ədəd “İphone X” markalı mobil telefon, 01 ədəd “Samsung” markalı planşet, 01 ədəd “Samsung Galaxy” markalı kişi qol saatı, 01 ədəd “Maurice Lacroic” markalı kişi qol saatı, 01 ədəd “Gartier” markalı qadın qol saatı, 01 ədəd “Fujifilm” markalı fotoaparat, 01 ədəd qadın üzüyü, həmin otaqdakı şkafın içərisindən 01 ədəd qara rəngli qadın şubası, 01 ədəd tünd bənövşəyi rəngli kapuşonlu kişi idman üst geyimi, 01 ədəd üzərində ağ rəngli bəzəyi olan qara rəngli kişi idman kepkası, 01 ədəd qara rəngli kişi gödəkçəsi və 01 ədəd açıq yaşıl rəngli kişi gödəkçəsi oğurlamışdır. Bundan sonra o, oğurladığı əşyaları evdən tapdığı 01 ədəd məktəbli çantasına yığıb evə daxil olduğu pəncərədən bayıra çıxmış və cəld şəkildə oradan uzaqlaşmışdır. Daha sonra o, xatırlamadığı bir ünvanda oğurladığı əşyalara baxmış, 01 ədəd “Samsung S10” markalı mobil telefonun, 01 ədəd “Samsung A52” markalı mobil telefonun, 01 ədəd “Fujifilm” markalı fotoaparatın, 01 ədəd “Maurice Lacroic” markalı kişi qol saatının, 01 ədəd qara rəngli qadın şubasının, 01 ədəd tünd bənövşəyi rəngli kapuşonlu kişi idman üst geyiminin, 01 ədəd üzərində ağ rəngli bəzəyi olan qara rəngli kişi idman kepkasının, 01 ədəd məktəbli çantasının, 01 ədəd qara rəngli kişi gödəkçəsinin və 01 ədəd açıq yaşıl rəngli kişi gödəkçəsinin istifadəyə yararlı olduğunu, digər əşyaların, yəni 01 ədəd “İphone 6S” markalı mobil telefonun, 01 ədəd “İphone X” markalı mobil telefonun, 01 ədəd “Samsung” markalı planşetin, 01 ədəd “Samsung Galaxy” markalı kişi qol saatının, 01 ədəd “Gartier” markalı qadın qol saatının və 01 ədəd qadın üzüyünün istifadəyə yararsız olduğunu görüb, istifadəyə yararlı əşyaları özündə saxlamış, qalan istifadəyə yararsız olduğunu düşündüyü əşyaları isə xatırlamadığı bir küçədə zibilliyə atmışdır. Bundan sonra o, səhərə kimi yatmadan şəhərdə gəzmiş, səhər açılanda isə əldə etdiyi 01 ədəd “Fujifilm” markalı fotoaparatı, 01 ədəd “Samsung S10” markalı mobil telefonu və 01 ədəd “Samsung A52” markalı mobil telefonu Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi adlanan ərazidə fəaliyyət göstərən mobil telefonların alqı-satqısı mağazasına aparıb orada şəxsiyyət vəsiqəsini təqdim etməklə həmin mobil telefonların hərəsini 10 manata olmaqla, ikisini ümumilikdə 20 manata satmışdır. Fotoaparatı isə 100 manat dəyərində olan 01 ədəd “Redmi” markalı mobil telefonla dəyişmişdir. Həmin 01 ədəd “Redmi” markalı mobil telefonu isə narkotik vasitə istifadəçisi olduğu üçün tanımadığı şəxsə verərək sonuncudan 60 milliqram metadon suyu alıb istifadə etmişdir. Bundan sonra o, yaşadığı evə qayıda bilmədiyinə görə 1 saylı X17 yaxınlığında, Nəsimi rayonu, N.B.Yusifbəyli küçəsində kirayədə yaşayan “Asəf” adlı tanışının yaşadığı evə getmiş, həmin vaxt 01 ədəd kapuşonlu kişi idman üst geyimini, 01 ədəd kişi idman kepkasını, 01 ədəd qara rəngli kişi gödəkçəsini və 01 ədəd açıq yaşıl rəngli kişi gödəkçəsini 01 ədəd məktəbli çantasının içərisində Asəfin yaşadığı evə qoyub öz geyim əşyaları olduğunu bildirmiş və həmin gecəni Asəfin yanında qalmışdır. Səhəri gün yuxudan oyanıb Asəfin yaşadığı evdən gedəndə geri qayıdıb geyim əşyalarını götürəcəyini Asəfə bildirmiş, sonuncu da həmin əşyaların oğurluq olduğunu bilmədiyinə görə evində qalmasına razı olmuşdur. O, Asəfin yaşadığı evdən çıxıb getdikdən sonra mobil telefonları sataraq əldə eldiyi ümumilikdə 20 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. 01 ədəd “Maurice Lacroic” markalı kişi qol saatını və 01 ədəd qara rəngli qadın şubasını isə tünd yaşıl rəngli bir sellofana qoyub üzərində saxlamışdır. O, həmin şubanı və saatı bir neçə gün özündə saxladıqdan sonra 29 iyul 2024-cü il tarixdə həmin şubanı aparıb 1 saylı X17 yaxınlığında, Nəsimi rayon Mühafizə İdarəsinin arxasında yerləşən, adətən ərzaq almaq üçün getdiyi “Delfın” adlı mağazaya qoymuşdur. Belə ki, o, həmin mağazadan alver etdiyinə görə satıcını üzdən tanıyırmış. Buna görə o, satıcıya geri qayıdıb həmin sellofan torbanı götürəcəyini bildirmiş və torbanı mağazada saxlamasını xahiş etmişdir. Satıcı da onu üzdən tanıdığına və torbanın içərisində oğurluq şuba olduğunu bilmədiyinə görə etiraz etməmiş və həmin torbanı mağazada saxlamışdır. 01 ədəd “Maurice Lacroic” markalı kişi qol saatı isə onda qalmışdır və həmin saatı sonradan istintaqa təqdim etmişdir. Həmçinin bildirmişdir ki, o, Zərərçəkmiş şəxs yaşadığı evdən oğurladığı 01 ədəd açıq yaşıl rəngli kişi gödəkçəsini hadisənin səhəri günü aparıb 1 saylı X17 yaxınlığında kirayədə yaşayan «Asəf» adlı tanışının yaşadığı evə qoyub saxlamış, lakin həmin gödəkçənin yan ciblərinə baxmamış, həmin gödəkçənin cibində 4000 manat pul olması barədə məlumatı olmamışdır. O, Zərərçəkmiş şəxs yaşadığı evdən oğurluq edərkən yanında başqa kimsə olmamış və ona heç kim yardım etməmişdir. O, oğurluq etməsi barədə əvvəlcədən və ya sonradan heç kimə məlumat verməmişdir. Daha sonra törətdiyi oğurluq əməlindən peşman olmasını, oğurladığı əşyaların bir qismini geri qaytarmasını, zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbininin olmamasını, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını, ikinci dərəcəli əlilliyinin olmasını nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə ona yüngül cəza verilməsini, saxlanılan zaman üzərində psixotrop maddə olmamasını nəzərə alaraq isə CM-nin 234.1-ci maddəsi ilə ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır və ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Lakin yay mövsümü ilə əlaqədar olaraq oğurluq hadisəsi olan ərəfədə ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq qəsəbəsində yerləşən bağ evlərində yaşamışlar. O, 22 iyul 2024-cü il tarixdə təxminən saat 20:45-də Sabit Rəhman küçəsi, ev 2 ünvanında yerləşən yaşadığı evə baş çəkməyə gedəndə evin içərisinin dağınıq vəziyyətdə olduğunu, bəzi əşyaların yerində olmadığını görmüş və evə kiminsə daxil olduğunu anlamışdır. Buna görə o, dərhal evin ikinci mərtəbəsində yerləşən yataq otağına qalxanda həmin otağın plastik materialdan olan pəncərəsinin açıq vəziyyətdə olduğunu və ikinci mərtəbədə olan otaqlardakı əşyaların da dağınıq vəziyyətdə olduğunu görmüşdür. Buna görə o, dərhal Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə zəng edərək yaşadığı evdə oğurluq olması barədə məlumat vermişdir. Daha sonra o, evə baxış keçirən zaman evdən ona məxsus 01 ədəd 1200 manat dəyərində 2019-cu ildə aldığı “Samsung S10” markalı mobil telefonun, 01 ədəd 400 manat dəyərində 2017-ci ildə aldığı “İphone 6S” markalı mobil telefonun, 01 ədəd 700 manat dəyərində 2019-cu ildə aldığı “Samsung A52” markalı mobil telefonun, 01 ədəd 500 manat dəyərində 2018-ci ildə aldığı “İphone X” markalı mobil telefonun, 01 ədəd 650 manat dəyərində 2016-cı ildə aldığı “Samsung” markalı planşetin, 01 ədəd 950 manat dəyərində 2022-ci ildə aldığı “X16 Watch 4” markalı kişi qol saatının, 01 ədəd 800 manat dəyərində 2011-ci ildə aldığı “Maurice Lacroic A Plus Class” markalı kişi qol saatının, 01 ədəd 400 manat dəyərində 2019-cu ildə aldığı “Gartier” markalı qadın qol saatının, 01 ədəd 510 manat dəyərində 2012-ci ildə aldığı “FujiFılm Professional X-S1” markalı fotoaparatın, 01 ədəd 350 manat dəyərində 2021-ci ildə aldığı üzəri adi qaşlarla bəzədilmiş, qızıl məmulatının təmiz çəkisi 3,5 qram Türkiyə istehsalı olan 14K əyarlı qadın üzüyünün, 01 ədəd 4000 manat dəyərində 2022-ci ildə aldığı qara rəngli qadın şubasının, 01 ədəd 2021-ci ildə aldığı Polşa istehsalı olan 450 manat dəyərində açıq yaşıl rəngli taktik kişi gödəkçəsinin, həmin gödəkçənin sağ yan qol cibində olan 4000 manat nağd pulun, 01 ədəd 200 manat dəyərində 2020-ci ildə aldığı qara rəngli kişi gödəkçəsinin, 01 ədəd 70 manat dəyərində 2022-ci ildə aldığı tünd bənövşəyi rəngli kapuşonlu kişi idman üst geyiminin, 01 ədəd 10 manat dəyərində 2023-cü ildə aldığı üzərində ağ rəngli bəzəyi olan qara rəngli kişi idman kepkasının və 01 ədəd 50 manat dəyərində 2023-cü ildə aldığı məktəbli çantasının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Oğurlanan əşyalardan “Maurice Lacroic A Plus Class” markalı kişi qol saatı, 01 ədəd qara rəngli qadın şubası, 01 ədəd açıq yaşıl rəngli kişi gödəkçəsi, 01 ədəd qara rəngli kişi gödəkçəsi, 01 ədəd tünd bənövşəyi rəngli kapuşonlu kişi idman üst geyimi, 01 ədəd üzərində ağ rəngli bəzəyi olan qara rəngli kişi idman kepkası və 01 ədəd məktəbli çantası ona qaytarılmış, digər əşyalar, həmçinin 4000 manat pul isə qaytarılmamışdır. Daha sonra ona dəymiş zərərin qismən ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-cı PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Nərimanov RPİ-nin 16-cı Polis şöbəsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid5 ilə birlikdə xidməti ərazidə olarkən bir nəfər şəxsin narkotik vasitə və ya psixotrop maddələrin təsiri altında olaraq özünü şübhəli apardığına görə həmin şəxsə ünvan 2 ünvanda yaxınlaşaraq özlərini təqdim etdikdən sonra şəxsin anket məlumatlarını soruşduqda həmin şəxs Təqsirləndirilən şəxs Mövlud oğlu olduğunu söyləmişdir. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs psixotrop maddə və narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli olduğuna görə tərəflərindən Nərimanov RPİ-nin 16-cı PŞ-nə dəvət olunmuş, o da etiraz etməyərək onlarla birlikdə Nərimanov RPİ-nin 16-cı PŞ-nə getmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs Mövlud oğlu barəsində qanuni tədbir görülməsi üçün raportla şöbənin rəhbərliyinə müraciət olunmuş, raportla bağlı araşdırmanın aparılması X11a həvalə olunmuşdur. X11 tərəfindən Təqsirləndirilən şəxs Mövlud oğlu hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunaraq şübhəli şəxs qismində tutulmuş, şəxsi axtarış zamanı üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs Mövlud oğlunun üstündə, paltarında və paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. O, əynindəki şalvarının sağ yan kiçik cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Üzərində qanunla qadağan olunmuş başqa əşya olub-olmadığı soruşulduqda, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya olmadığını, ondan aşkar olunmuş bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni xx.xx.2024-cü il tarixdə tanımadığı şəxsdən 20 manat pulun müqabilində şəxsi istifadəsi üçün alaraq üzərində saxlamaqla gəzdirdiyini, eyni zamanda narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğunu bildirmişdir. Bundan sonra iştirakçılara həmin bükümdə olan ağ rəngli kristal halında maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra 01 ədəd büküm zərfə qoyularaq zərfin ağzı möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs Mövlud oğlu psixotrop maddə aldığı şəxsin anket məlumatlarını bilmədiyini, xx.xx.2024-cü il tarixdə Nərimanov RPİ-nin 16-cı PŞ-nə gətirilən və polis şöbəsində olduğu zaman ona qarşı heç bir zorakılıq olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-cı PŞnin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid5 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində qeydiyyatda olsa da, hazırda ünvan 7 ünvanında yaşayır və ünvan 8elefonların alqı-satqısı və təmiri ilə məşğul olur. Əvvəllər məhkum olunmamış, hər hansı psixi və ya fiziki xəstəlik keçirməmişdir. O, 27 iyul 2024-cü il tarixdə iş yerində olan zaman Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs mağazaya gedərək əlində olan 02 ədəd işlənmiş “Samsung” markalı mobil telefonları ona göstərib həmin mobil telefonların özünə məxsus olduğunu, vacib pul lazım olduğuna görə həmin mobil telefonları satmaq istədiyini bildirmişdir. O, həmin mobil telefonlara baxıb çox köhnə olduqlarını görmüş və həmin telefonları ehtiyat hissəsi kimi cəmi 20 manata ala biləcəyini demişdir. Təqsirləndirilən şəxs da etiraz etmədən özünə məxsus şəxsiyyət vəsiqəsini ona təqdim edərək telefonları 20 manata satmağa razı olduğunu bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini çıxarıb üzərinə öz xətti ilə həmin mobil telefonları satması barədə yazdırmış və daha sonra sonuncuya 20 manat pul verib yola salmışdır. Həmin tarixdə də həmin 02 ədəd mobil telefonu hərəsinin üzərinə 05 manat qazanc pulu qoyub müxtəlif şəxslərə satmışdır. Həmin hadisənin səhəri günü, yəni 28 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yenidən onun işlətdiyi mağazaya gedərək mobil telefonu olmadığına görə özünə məxsus 01 ədəd “Fujifilm” markalı fotoaparatı satıb əvəzinə mobil telefon almaq istədiyini bildirmişdir. O da Təqsirləndirilən şəxs əlində olan fotoaparata baxıb işlənmiş olduğunu görmüş və həmin fotoaparatı cəmi 100 manata ala biləcəyini demişdir. Həmin vaxt aralarında olan razılaşmaya əsasən o, vitrində 170 manata satışa qoyduğu “Redmi Poco C65” markalı mobil telefonu 100 manata razılaşıb Təqsirləndirilən şəxs vermiş və fotoaparatı sonuncudan almışdır. Həmin fotoaparatı da üzərinə 10 manat qazanc pulu qoyub elə həmin tarixdə mağazaya gələn başqa bir müştəriyə satmışdır. Nəsimi Rayon Polis İdarəsinə dəvət olunanda ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona satdığı 02 ədəd “Samsung” markalı mobil telefonları və 01 ədəd “Fujifilm” markalı fotoaparatı oğurluq yolu ilə əldə etmişdir. Lakin, onun əvvəlcədən bu barədə heç bir məlumatı olmamışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 13 iyul 2024-cü il tarixdə də onun iş yerinə gedərək özünə məxsus olduğunu bildirdiyi 01 ədəd “Samsung” markalı mobil telefonu ona satmışdır. Təqsirləndirilən şəxs ona satdığı avadanlıqlar hamısı köhnə, işlənmiş olduğuna görə o, həmin avadanlıqların həqiqətən Təqsirləndirilən şəxs məxsus olduğunu düşünmüşdür. Hətta, Təqsirləndirilən şəxs sənədin üzərinə öz xətti ilə telefonların oğurluq olmadığını, özünə məxsus olduğunu qeyd etmişdir. Buna görə o, axrayın olub həmin avadanlıqları Təqsirləndirilən şəxs almışdır. O, Təqsirləndirilən şəxs aldığı mobil telefonları və fotoaparatı elə aldığı tarixlərdə tanımadığı müştərilərə satdığına görə həmin avadanlıqları istintaqa təqdim edə bilmir. O, adətən avadanlıq alarkən satan şəxsin anket məlumatlarını özündə qeyd edir. Buna görə o, həmin mobil telefonları və fotoaparatı satdığı müştərilərin istifadə etdiyi mobil telefon nömrəsini və ya anket məlumatlarını özündə qeyd etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Yardımlı rayonu, Bozayran kəndində qeydiyyatda olsa da, hazırda ünvan 9 ünvanında həyət evində kirayədə yaşayır. Həmin yaşadığı evin yan otağında Asəf adlı şəxs yaşayır və həmin ev Asəfin atası Şamxala məxsusdur. O, yaşadığı evin yaxınlığındakı “Alman Kursları” məktəbində xadimə işləyir. 30 iyul 2024-cü il tarixdə polis əməkdaşları onu kirayə yaşadığı evin həyətinə dəvət etmişlər, o, kirayə yaşadığı evin həyətinə getdiyi zaman polis əməkdaşı ona telefonu vermiş və Asəfin onunla danışmaq istədiyini bildirmişdir. O, telefonu götürmüş və Asəflə danışan zaman sonuncu ona bildirmişdir ki, “otağımın qapısını aç, orada qara çanta var və həmin çantanı polis əməkdaşlarına təqdim et”. O da Asəfin dediyi kimi etmiş və sonuncunun otağına girdikdə divanın arxasındakı şkafa qoyulmuş qara məktəbli çantasının yerini polis əməkdaşlarına göstərmişdir. Polis əməkdaşları həmin çantanı götürərək içərisinə baxış keçirmiş, baxış zamanı həmin çantadan bir ədəd qara rəngli kişi gödəkçəsi, bir ədəd açıq yaşıl rəngli kişi gödəkçəsi, bir ədəd qara rəngli idman papağı və bir ədəd tünd bənövşəyi rəngli idman gödəkçəsi aşkar olunmuşdur. Polis əməkdaşları aşkar olunan çantanın və geyimlərin ciblərinə baxmışlar və başqa heç nə aşkar edilməmiş, daha sonra qeyd edilən çantanı və geyimləri götürüb getmişlər. Məhkəməyədək istintaq zamanı dindirilmiş, məhkəmə istintaqında iştirak etməyən şahid X8 ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o, ifadəsində göstərmişdir ki, ünvan 10 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və təxminən iki aydır ki, ünvan 11 ünvanında yerləşən “Delfin” adlı marketdə satıcı işləyir. Əvvəllər məhkum olunmamış, hər hansı psixi və ya fiziki xəstəlik keçirməmişdir. O, 29 iyul 2024-cü il tarixdə axşam saatlarında işlədiyi mağazada olan zaman əvvəllər soyadını, adını və atasının adını bilmədiyi, lakin mütəmadi olaraq müştəri qismində mağazaya gəlib-getdiyinə görə sadəcə üzdən tanıdığı, sonradan soyadının, adının və atasının adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs əlində bir yaşıl sellofan torba ilə mağazaya gedərək həmin torbanı müvəqqəti olaraq mağazaya qoymaq istədiyini, içərisində öz geyim əşyaları olduğunu, harasa getməli olduğunu, geri qayıdanda torbanı götürəcəyini bildirmiş və həmin yaşıl rəngli sellofan torbanı mağazaya qoymağı xahiş elmişdir. O da həmin şəxsi müştəri kimi üzdən tanıdığına görə etiraz etməmiş və həmin sellofan torbanı mağazaya qoymasına icazə vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs əlindəki yaşıl rəngli sellofan torbanı mağazaya qoyub oradan getmişdir. Lakin o, həmin torbanı açıb içərisində nə olduğuna baxmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs geri qayıdıb həmin torbanı mağazadan götürməmişdir. Səhəri gün, yəni 30 iyul 2024-cü il tarixdə Nəsimi rayon Polis İdarəsinin əməkdaşları Təqsirləndirilən şəxsla birlikdə mağazaya gedərək həmin 01 ədəd yaşıl torbaya baxış keçirib içərisində 01 ədəd qara rəngli qadın şubası olduğunu müəyyən etmişlər və həmin şubanı sellofan torba ilə birlikdə qablaşdırıb götürmüşlər. O da orada hadisənin necə cərəyan etdiyini polis əməkdaşlarına bildirmişdir. Sonda müstəntiq tərəfindən həmin şubanın mağazadan götürülməsi barədə protokol tərtib edilmiş və protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Həmin vaxt ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin şubanı kiminsə evindən oğurlamışdır. Lakin, Təqsirləndirilən şəxs həmin şubanın oğurluq olması barədə əvvəlcədən ona heç bir məlumat verməmişdir. Təbii ki, ona əvvəlcədən bu barədə məlumat versəydi, heç həmin torbanı mağazaya qoymasına icazə verməzdi. Təqsirləndirilən şəxs ilə onun arasında əvvəllər heç bir münasibət, ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxsin vəsatəti əsasında məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Mövlud oğlu onun oğludur. ünvan 1 ünvanında yaşayır və evin yanında balaca bir mağazaları vardır. Dəqiq xatırlamadığı tarixdə mağazada olarkən çölə çıxmış və oğlu Pərvinin həyətdə iki nəfər oğlanla söhbət etdiyini görmüşdür. Daha sonra o, mağazaya girmiş, bir müddət keçdikdən sonra həyətdə hay-küy qalxdığını və Pərvinin qaçaraq mağazanın içərisinə girdiyini görmüşdür. Pərvin içəri girdikdə onun arxasınca bir nəfər gəlmiş və Pərvini tutmuşdur. O, oğlu Pərvindən nə baş verdiyini soruşmuş, Pərvin isə ona söyüş söydüyü üçün polis əməkdaşının onu tutmaq istədiyini bildirmişdir. O, polis əməkdaşından Pərvini nə üçün tutmaq istədiyini soruşduqda, polis əməkdaşı ona Pərvinin ağzından iy gəldiyini bildirmişdir. O isə polis əməkdaşına hər ağzından iy gələni tutduqlarını sual etmiş, sonuncu isə polis bölməsinə getdikdən sonra hər şeyin məlum olacağını bildirmişdir. Bu zaman o, Pərvindən üzərində nə isə olub-olmadığını soruşmuş, Pərvin isə heç nə olmadığını bildirmiş, o da əgər üzərində heç bir şey yoxdursa polis əməkdaşları ilə getməsini demişdir. Bundan sonra Pərvin polis əməkdaşları ilə getmiş, bir gün sonra buraxıldıqda isə üzərində narkotik vasitə olmadığına görə buraxıldığını bildirmişdir. Həmin gün orada ondan başqa oğlu Elmdar Süleymanov, Şahid8 adlı həkim və adlarını bilmədiyi müştərilər olmuşlar. Təqsirləndirilən şəxsin vəsatəti əsasında məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Mövlud oğlu onun kiçik qardaşıdır. Dəqiq xatırlamadığı tarixdə, saat təxminən 22:00 radələrində yaşadığı ünvan 1 ünvanının yanında yerləşən mağazanın içərisində olan zaman Pərvinin qəfildən mağazanın içərisinə girdiyini, onun arxasınca isə polis əməkdaşlarının içəri girərək onu tutduqlarının şahidi olmuşdur. Polis əməkdaşları Pərvini tutan zaman sonuncu onlara onu nə üçün tutduqlarını sual etmiş və üstünü yoxlamaqlarını tələb etmiş, polis əməkdaşları isə Pərvini götürüb polis bölməsinə aparmışlar. Daha sonra Pərvin bölmədən buraxılmış və üzərində narkotik vasitə olmadığına görə polis əməkdaşları tərəfindən buraxıldığını bildirmişdir. Həmin hadisədən təxminən 1-2 ay sonra Pərvin yenidən tutulmuş, lakin o, Pərvinin nəyə görə tutulduğunu bilməmişdir. Təqsirləndirilən şəxsin vəsatəti əsasında məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Mövlud oğlu onunla eyni məhəllədə qalır. Dəqiq xatırlamadığı tarixdə Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsində yerləşən, təqsirləndirilən şəxsin qardaşının işlətdiyi “Vəfa” marketdə olan zaman Pərvin mağazaya daxil olmuş, onun arxasınca tanımadığı bir şəxs içəri girmiş və Pərvinlə qol-qola girib mağazadan çıxmışlar. Pərvinin arxasınca mağazaya girən şəxsin polis əməkdaşı olub-olmadığını bilmir və həmin hadisədən sonra Pərvini məhəllədə görübgörmədiyini xatırlamır. Həmin hadisədən təxminən 2-3 ay sonra eşitmişdir ki, Pərvin polis əməkdaşları tərəfindən tutulmuşdur, lakin nəyə görə tutulduğunu bilmir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır (İ cild, i.v.1); - “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Mövlud oğlu həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur (İ cild, i.v.54); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Mövlud oğlu həmin tarixdə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan olunmuşdur (İ cild, i.v.108-109); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-403/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Mövlud oğlu barəsində 02 (iki) ay 22 (iyirmi iki) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 30 iyul 2024-cü il tarixdən, saat 16:00-dan hesablanmışdır (İ cild, i.v.137-141); - “Cinayət işinin icraata qəbul edilərək bir icraatda birləşdirilməklə tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Mövlud oğlu barəsində Axərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi icraata qəbul edilərək ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, istintaq ********* nömrəsi altında davam etdirilməklə iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinə tövsif edilmişdir (İ cild, i.v.163-164); - “Cinayət işi başlamaq və icraata götürmək barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Nərimanov RPİ-nin 16-cı PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Elvin Cəfərov tərəfindən Təqsirləndirilən şəxs Mövlud oğlu barəsində həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (İ cild, i.v.167); - “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Mövlud oğlu xx.xx.2024-cü il tarixdə saat 23:10 radələrində ünvan 12 ünvanın qarşısında saxlanılaraq saat 23:25 radələrində 16-cı PŞ-nə gətirilmiş və xx.xx.2024-cü il tarixdə saat 00:05-də şübhəli şəxs qismində tutulmuşdur (l cild, i.v.182, 185-186); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Mövlud oğlu həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (l cild, i.v.218-219); - “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və saxlanıldığı MSY-dən azad edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Mövlud oğlu barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilmişdir (İ cild, i.v.239-240); - “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” və “Cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis kapitanı Kamran Namazov tərəfindən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Mövlud oğlu barəsində axtarış elan edilməklə iş üzrə icraat həmin tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (İİ cild, i.v.23,25); - “Cinayət işinin icraata qəbul edilməsi və iş üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaqın davam etdirilməsi Nərimanov RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi polis mayoru İlkin İmanova həvalə olunduğundan iş həmin tarixdə sonuncu tərəfindən təzələnərək icraata qəbul edilməkə istintaqı davam etdirilmişdir (İİ cild, i.v.29); - “Cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Mövlud oğlunun Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi Nəsimi RPİ-nin İŞ-nin icraatında olan Təqsirləndirilən şəxs Mövlud oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə istintaqın davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə Nəsimi RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir (ll cild, i.v.35- 36); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Mövlud oğluna Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir (ll cild, i.v.61-62); - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi ünvan 13 ünvana baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (İ cild, i.v. 6-16); - “Əşyanın götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Mövlud oğlunun istintaqa təqdim etdiyi ünvan 14 ünvanından oğurladığı bir ədəd “Maurice Lacroic” markalı kişi qol saatı istintaq zərurəti ilə bağlı Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Babək Hacıyev tərəfindən götürülmüşdür (İ cild, i.v. 68); - “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərdiyi halları bir daha təsdiq etmişdir (İ cild, i.v. 70-72); - “Baxış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ünvan 15 ünvanında baxış və götürmə aparılması haqqında istintaq hərəkəti yerinə yetirilmiş və göstərilən ünvandan iş üzrə Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə etdiyi 01 ədəd kapşonlu kişi idman geyimi, 01 ədəd kişi kepkası, 01 ədəd qara rəngli kişi gödəkçəsi, 01 ədəd açıq yaşıl rəngli kişi gödəkçəsi, 01 ədəd qara rəngli məktəbli çantası aşkar olunaraq iş üçün sübut əhəmiyyətinə malik olduğu üçün qablaşdırılaraq götürülmüşdür (İ cild, i.v.74-81); - “Baxış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ünvan 11 ünvanında yerləşən «Delfin» adlı mağazada baxış və götürmə aparılması haqqında istintaq hərəkəti yerinə yetirilmiş və göstərilən ünvandan iş üzrə Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə etdiyi 01 ədəd qara rəngli, üzərində bir ədəd böyük ölçülü bəzəkli düymə olan içəri hissəsindəki etiketdə «Blossing» yazılmış kapuşonlu qadın şübası aşkar olunaraq iş üçün sübut əhəmiyyətinə malik olduğu üçün qablaşdırılaraq götürülmüşdür (İ cild, i.v.82-86); - “Üzləşdirmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Mövlud oğlu ilə Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları qısa formada birbirinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər (ll cild, i.v.102-104); - “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs yaşadığı ünvan 16 ünvanından oğurlanmış əşyalara baxış keçirərək 01 ədəd 2023-cü ildə aldığı üzərində ağ rəngli bəzəyi qara rəngli kişi idman kepkasının, 01 ədəd 2023-cü ildə aldığı üzərindəki birkada «Gabol» yazısı olan məktəbli çantasının, 01 ədəd 2022-ci ildə aldığı tünl göy rəngli kapuşonlu kişi idman üst geyiminin, 01 ədəd 2020ci ildə aldığı qara rəngli kişi gödəkçəsinin, 01 ədəd 2021-ci ildə aldığı Polşa istehsalı olan açıq yaşıl rəngli taktik kişi gödəkçəsinin, 01 ədəd 2022-ci ildə aldığı qara rəngli içəri hissəsindəki etiketdə «Blossing» yazısı olan qadın şübasının və 01 ədəd 2011-ci ildə aldığı «Maurice Lacroic A Plus Class» markalı kişi qol saatının üzərindəki əlamətlərinə görə tanıyaraq ona məxsus olmalarını bildirmişdir (ll cild, i.v.44-45); - “Maddi sübut kimi tanınma və saxlanılması üçün verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Maurice Lacroic A Plus Class” markalı, dairəvi formalı, qara kəmərli kişi qol saatı, 01 ədəd “Blossing furs" markalı, qara qəhvəyi rənglə kombinə olunmuş, qısa biçimli, təbii xəzdən olan, qadın üst geyimi (şuba), 01 ədəd Polşa istehsalı olan, yaxalığı zəncirbəndlə bağlanan, islanmayan materaildan olan açıq yaşıl rəngli kişi gödəkçəsi, 01 ədəd “Cornellanı İD’' markalı, yaxalığı zəncirbəndlə bağlanan, sinə və arxa hissəsi təbil dəridən, qol hissəsi islanmayan materialdan olan, qara rəngli kişi gödəkçəsi, 01 ədəd “Gant” markalı, yaxalığı zəncirbəndlə bağlanan, tünd göy rəngli, kapuşonlu kişi idman üst geyimi, 01 ədəd üzərində ağ rəngli bəzəyi olan qara rəngli kişi idman kepkası, 01 ədəd üzərində birkada “Gabol” yazısı olan, qara rəngli, iki hissədən ibarət məktəbli çantası maddi sübut kimi tanınmış və saxlanılması üçün qanuni sahibi Zərərçəkmiş şəxs verilmişdir (İİ cild, i.v.47-48); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizanın 19 sentyabr 2024-cü tarixli 9/6554 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs yaşadığı evdən oğurlanmış və istintaq zamanı əldə olunaraq götürülmüş 01 ədəd 70 manat dəyərində Maurice Lacroic A Plus Class markalı, dairəvi formalı, qara kəmərli kişi qol saatı, 01 ədəd 2000 manat dəyərində “Blossing furs" markalı, qara qəhvəyi rənglə kombinə olunmuş, qısa biçimli, təbii xəzdən olan, qadın üst geyimi (şuba), 01 ədəd 120 manat dəyərində Polşa istehsalı olan, yaxalığı zəncirbəndlə bağlanan, islanmayan materaildan olan açıq yaşıl rəngli kişi gödəkçəsi, 01 ədəd 180 manat dəyərində “Cornellanı İD’' markalı, yaxalığı zəncirbəndlə bağlanan, sinə və arxa hissəsi təbil dəridən, qol hissəsi islanmayan materialdan olan, qara rəngli kişi gödəkçəsi, 01 ədəd 60 manat dəyərində “Gant” markalı, yaxalığı zəncirbəndlə bağlanan, tünd göy rəngli, kapuşonlu kişi idman üst geyimi, 01 ədəd 8 manat dəyərində üzərində ağ rəngli bəzəyi olan qara rəngli kişi idman kepkası, 01 ədəd 40 manat dəyərində üzərində birkada “Gabol” yazısı olan, qara rəngli, iki hissədən ibarət məktəbli çantası olmaqla 2478.00 manat müəyyən olunur; Zərərçəkmiş şəxs yaşadığı evdən oğurlanmış mobil telefonların 2024-cü il iyul ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə 01 ədəd 2019-cu ildə aldığı “Samsung S10” markalı mobil telefon 200 manat, 01 ədəd 2017-ci ildə aldığı “İphone 6S” markalı mobil telefon 60 manat, 01 ədəd 2019-cu ildə aldığı “Samsung A52” markalı mobil telefon 160 manat, 01 ədəd 2018-ci ildə aldığı İphone X markalı mobil telefon 250 manat, 01 ədəd “X16 Watch 4” markalı kişi qol saatı 200 manat, 01 ədəd 2021-ci ildə aldığı üzəri adi qaşlarla bəzədilmiş, qızıl məmulatının təmiz çəkisi 3,5 qram Türkiyə istehsalı olan 14K əyarlı qadın üzüyü (583 əyarlı) 315 manat olmaqla orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 1185,00 manat müəyyən olunur; Digər 03 adda olan 01 ədəd 2016-cı ildə aldığı “Samsung” markalı planşet (modeli məlum olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı), 01 ədəd 2019-cu ildə aldığı “Gartier” markalı qadın qol saatı (materialı, kütləsi, forması məlum olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı), 01 ədəd 2012-ci ildə aldığı “Fujifılm Professional X-S1” fotoaparatı (yerli internet saytlarında qiymətinə dair məlumat olmadığından, həmin fotoaparatın qiymətini müəyyən etmək mümkün olmadı) barədə kifayət qədər məlumat (markası, modeli, istismar müddəti, istehsal ili, istehsal yeri və digər texniki göstəriciləri) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir (ll cild, i.v.38-41); - “Şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024cü il tarixli protokoldan görünür ki, Süleymanov X5 RPİ-nin 16-cı PŞ-nə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan kiçik cibindən 01 ədəd ağ kağıza bükülmüş bükümün içərisindəki el arasında “şüşə” adlanan psixotrop maddə metamfetaminə bənzər maddənin aşkar edilərək götürülməsi faktı təsdiq edilir (l cild, i.v.194-195); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/2183 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №218» dairəvi möhür əksi olan, «Təqsirləndirilən şəxs» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,217 qran olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 65,0 (altmış beş) manat təşkil edir (l cild, i.v.202-206); - “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 22 aprel 2024-cü il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Elvin Cəfərov tərəfindən Təqsirləndirilən şəxs Mövlud oğlunun üzərinə aparılmış “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin nəticələrini özündə əks etdirən videogörüntülər olan 01 ədəd “DVD” diskə Təqsirləndirilən şəxs Mövlud oğlunun iştirakı ilə baxış aparılmış və “DVD” diskə aparılan baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan kiçik cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,217 qram olan ağ rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi faktı bir daha öz təsdiqini tapmışdır (İİ cild, i.v. 102); - İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 xx.xx.2024-cü il tarixli 6410 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Mövlud oğlunda opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq ediməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İİ cild, i.v.42-43); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 X18 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli 2987 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Mövlud oğlunda hal-hazırda hər hansı xroniki psixi xəstəlik müəyyən edilmir. Onda Emosional davamsız tipli şəxsiyyət pozuntusu əlamətləri aşkar olunur. Təqsirləndirilən şəxs Mövlud oğlunda aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs Mövlud oğlunda törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs Mövlud oğlu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs Mövlud oğlu törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs Mövlud oğlunun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs Mövlud oğlunun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur (İİ cild, i.v.88-91); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Mövlud oğlunun üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,217 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 0,167 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin saxlanması üçün Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlandığı kameraya təhvil verilmişdir. “Şəxsi axtarış və götürmə” istintaq hərəkətinin gedişatını əks etdirən görüntülər olan DVD disk iş üzrə sübut növü kimi tanınmış və iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Bundan başqa, iş üzrə 01 ədəd “Maurice Lacroic A Plus Class” markalı, dairəvi formalı, qara kəmərli kişi qol saatı, 01 ədəd “Blossing furs" markalı, qara qəhvəyi rənglə kombinə olunmuş, qısa biçimli, təbii xəzdən olan, qadın üst geyimi (şuba), 01 ədəd Polşa istehsalı olan, yaxalığı zəncirbəndlə bağlanan, islanmayan materaildan olan açıq yaşıl rəngli kişi gödəkçəsi, 01 ədəd “Cornellanı İD’' markalı, yaxalığı zəncirbəndlə bağlanan, sinə və arxa hissəsi təbil dəridən, qol hissəsi islanmayan materialdan olan, qara rəngli kişi gödəkçəsi, 01 ədəd “Gant” markalı, yaxalığı zəncirbəndlə bağlanan, tünd göy rəngli, kapuşonlu kişi idman üst geyimi, 01 ədəd üzərində ağ rəngli bəzəyi olan qara rəngli kişi idman kepkası, 01 ədəd üzərində birkada “Gabol” yazısı olan, qara rəngli, iki hissədən ibarət məktəbli çantasının maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs verilməsi nəzərə alınmışdır (İİ cild, i.v.92-106); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Süleymanov X14 Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək CM-nin 21.3-cü maddəsinə əsasən barəsində ixtisaslaşdırılmış psixiatrik stasionar tibbi xarakterli məcburi müalicə təyin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək CM-nin 21.3-cü maddəsinə əsasən barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə saxlanma müddəti nəzərə alınaraq üzərində qəti 04 il 07 ay 06 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə məcburi müalicə ləğv olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 22.1-ci maddəsinə əsasən barəsində ixtisaslaşmış psixiatrik stasionar məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə xx.xx.2011-ci il tarixli hökm dəyişdirilərək 05 il 07 ay 16 gün azadlıqdan məhrum etmə cəzası CM-nin 66.5-ci maddəsi ilə xx.xx.2011-ci il tarixli hökmlə təyin edilən qəti cəza müddətinə hesablanmaqla çəkilməsi üçün 04 il 04 ay 14 gün azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2011-ci il hesablanmış, xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası CM-nin 177.2.4-cü il maddəsindən CM-nin 185.1-ci maddəsinə tövsif olunmuş, AR CM-nin 177.2.2-ci maddəsi hökmdən xaric olunmuş və CMnin 66.2 və 69.3-cü maddələri ilə 02 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 02 ay 06 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü ildə cəza müddəti başa çatmışdır (İ cild, i.v.148-151); - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(006)-740/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Mövlud oğlu cəzasının çəkilməmiş hissəsindən qalan 02 ay 06 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (l cild, i.v.155-158); - "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş ********* mobil telefon nömrəsinin xx.xx.2024-cü il tarixində saat 22:00-dan 23:59-dək olan müddətdə mövcud olan əhatə dairəsinə dair məlumatdan görünür ki, qeyd olunan mobil telefon nömrəsinin əhatə dairəsinə dair məlumatlar xx.xx.2024-cü il tarixdə saat 22:03:03-dən 22:22:15-dək olan müddətə dairdir və həmin müddətdə telefon nömrəsinin əhatə dairəsi Nəsimi rayonu ərazisidir; - "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunan məktubdan görünür ki, ********** saylı mobil nömrə sorğulanan müddətdə Azerfon şəbəkəsində istifadə edilməmişdir; - Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Mövlud oğlunun xx.xx.2008-ci il və xx.xx.2016-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan iki uşağı vardır; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 11 saylı Tibbi Sosial Ekspert Komissiyasının arayışından görünür ki, Təqsirləndirilən şəxs Mövlud oğlunun ikinci dərəcəli əlilliyi vardır; - Məhkəmə iclasında şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Mövlud oğlunun üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üstündə, paltarlarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs Mövlud oğlu hər hansı təzyiq olmadan könüllü olaraq, əynində olan qara rəngli cins şalvarın sağ yan kiçik cibindən 01 ədəd kağıza bükülmüş bükülünü çıxarıb masanın üstünə qoyur, həmin bükümü tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manata aldığını, həmçinin saxlanılarkən və polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixi təsirə və ya təzyiqə məruz qalmadığını bildirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə, həmin Məcəllənin 177.2.4-cü maddəsi isə xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir (20-ci bənd); Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində «daxil olma» əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad giribçıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir (21-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə məsuliyyət yaradır. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları»nda ittiham aktında göstərilən psixotrop maddənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Bundan başqa, qeyd olunan qərarın 28-ci bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs Mövlud oğlunun məhkəmə istintaqı zamanı ittiham olunduğu 234.1-ci maddəsi üzrə özünü təqsirli bilməməsi, yəni saxlanılan zaman üzərində psixotrop maddə olmaması və ittiham aktında yazıldığı kimi Nərimanov rayonu ərazisində deyil, Nəsimi rayonu ərazisində saxlanılması, həmçinin Zərərçəkmiş şəxs yaşadığı evdən oğurladığı 01 ədəd açıq yaşıl rəngli kişi gödəkçəsinin cibində 4000 manat pulun olmaması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin ekspert rəyləri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə iclasında baxış keçirilmiş DVD diskində olan video görüntülərdə də müəyyən edilmişdir ki, polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncu üzərində hər hansı təzyiq olmadan könüllü olaraq, əynində olan qara rəngli cins şalvarın sağ yan kiçik cibindən ağ kağıza bükülmüş bükümü çıxarıb masanın üstünə qoyur, həmin maddənin “patı” olduğunu və onu tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid6 və X2 ifadələri ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin şahidlər təqsirləndirilən şəxsin yaxın qohumlarıdır, yəni Şahid6 təqsirləndirilən şəxsin anası, Elmdar Süleymanov isə qardaşıdır. Belə olan halda isə onların ifadəsi müdafiə xarakteri daşıyır, eləcə də iş üzrə digər sübutlarla təkzib edilir. Bundan başqa, müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid8 ifadəsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şahid8 məhkəmə iclasında yalnız Təqsirləndirilən şəxs mülki geyimdə olan şəxs ilə mağazanın içərisindən qol-qola çıxdığını gördüyünü bildirmiş, Pərvinin yanındakı şəxsin polis əməkdaşı olub-olmadığını bilməmiş, həmçinin həmin tarixi də dəqiq xatırlamamışdır. Məhkəmə hesab edir ki, dəqiq olmayan tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşı olub-olmadığı bilinməyən bir şəxslə mağazadan çıxması onun xx.xx.2024-cü il tarixində yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman küçəsi 2 ünvanının qarşısında yerləşən “Vəfa” marketdə tutulması kimi qəbul edilə bilməz. Bundan başqa, təqsirləndirilən şəxs və müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi şahidlər – Şahid6 və Elmdar Süleymanov Təqsirləndirilən şəxs Mövlud oğlunun Nəsimi rayonu, S.Rəhman küçəsi 2 ünvanında yerləşən mağazanın içərisindən aparıldığını bildirsələr də, hadisənin baş vermə saatını dəqiq xatırlamamış, "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilən Təqsirləndirilən şəxs məxsus mobil telefon nömrəsinin anten dairəsinə dair CD diskdə olan məlumatların məhkəmə iclasında tədqiqi zamanı isə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22:03:03 və 22:22:15 aralığında Nəsimi rayonu ərazisində olması müəyyən olunsa da, onun saxlanıldığı vaxt, yəni xx.xx.2024-cü il saat 23:10-da Nəsimi rayonu ərazisində olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Cinayət işinin materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərarda isə Təqsirləndirilən şəxs Mövlud oğlunun xx.xx.2024-cü il tarixdə saat 23:10 radələrində ünvan 17 ünvanın qarşısında saxlanılaraq 16-cı PŞ-nə gətirildiyi göstərilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22:03:03-dən 22:22:15-dək Nəsimi rayonu ərazisində olması onun xx.xx.2024-cü il tarixdə saat 23:10-da, yəni 48 dəqiqə sonra Nərimanov rayonu ərazisində ola bilməsini istisna etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Mövlud oğlunun məhkəmə iclasında üzərində psixotrop maddə olmaması və Nəsimi rayonu ərazisində saxlanılması ilə bağlı verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Eyni zamanda təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərər çəkmiş şəxsin və şahidlərin ifadələrinə, videgörüntülərə, ekspert rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Mövlud oğlunun hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs Mövlud oğlu tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Mövlud oğlunun himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını, oğurluq cinayətini törətməsini qismən etiraf etməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, vurulmuş ziyanı qismən ödəməsini, ikinci dərəcəli əlilliyinin olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs Mövlud oğlu əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq Təqsirləndirilən şəxs Mövlud oğluna Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar, habelə cəzanın fərdiləşməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Mövlud oğluna cinayətlərin məcmusu üzrə ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Mövlud oğlunun ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Mövlud oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs Mövlud oğlunun azadlığı faktiki olaraq xx.xx.2024-cü il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Mövlud oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsin Ambulator X3 Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli 6410 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs Mövlud oğlu ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Mövlud oğlundan aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,167 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Maurice Lacroic A Plus Class” markalı, dairəvi formalı, qara kəmərli kişi qol saatı, 01 ədəd “Blossing furs" markalı, qara qəhvəyi rənglə kombinə olunmuş, qısa biçimli, təbii xəzdən olan qadın üst geyimi (şuba), 01 ədəd Polşa istehsalı olan, yaxalığı zəncirbəndlə bağlanan, islanmayan materaildan olan açıq yaşıl rəngli kişi gödəkçəsi, 01 ədəd “Cornellanı İD’' markalı, yaxalığı zəncirbəndlə bağlanan, sinə və arxa hissəsi təbil dəridən, qol hissəsi islanmayan materialdan olan, qara rəngli kişi gödəkçəsi, 01 ədəd “Gant” markalı, yaxalığı zəncirbəndlə bağlanan, tünd göy rəngli, kapuşonlu kişi idman üst geyimi, 01 ədəd üzərində ağ rəngli bəzəyi olan qara rəngli kişi idman kepkası, 01 ədəd üzərində birkada “Gabol” yazısı olan, qara rəngli, iki hissədən ibarət məktəbli çantasının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 115,00 (yüz on beş) manat Təqsirləndirilən şəxs Mövlud oğlundan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Mövlud oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs Mövlud oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 28 aprel 2025-ci il tarixinə kimi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat, həmin tarixdən sonra məhkəmədə iştirak etdiyi 16 saata görə 176 (yüz yetmiş altı) manat olmaqla, ümumi 56 saata görə cəmi 416 (iki yüz dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Mövlud oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 177.2.3 və 177.2.4-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs Mövlud oğluna təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Mövlud oğlunun ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Mövlud oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Mövlud oğlu ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Maurice Lacroic A Plus Class” markalı, dairəvi formalı, qara kəmərli kişi qol saatı, 01 ədəd “Blossing furs" markalı, qara qəhvəyi rənglə kombinə olunmuş, qısa biçimli, təbii xəzdən olan, qadın üst geyimi (şuba), 01 ədəd Polşa istehsalı olan, yaxalığı zəncirbəndlə bağlanan, islanmayan materaildan olan açıq yaşıl rəngli kişi gödəkçəsi, 01 ədəd “Cornellanı İD’' markalı, yaxalığı zəncirbəndlə bağlanan, sinə və arxa hissəsi təbil dəridən, qol hissəsi islanmayan materialdan olan, qara rəngli kişi gödəkçəsi, 01 ədəd “Gant” markalı, yaxalığı zəncirbəndlə bağlanan, tünd göy rəngli, kapuşonlu kişi idman üst geyimi, 01 ədəd üzərində ağ rəngli bəzəyi olan qara rəngli kişi idman kepkası, 01 ədəd üzərində birkada “Gabol” yazısı olan, qara rəngli, iki hissədən ibarət məktəbli çantasının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,167 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci – 115,00 (yüz on beş) manat Təqsirləndirilən şəxs Mövlud oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Mövlud oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 56 saata görə cəmi 416 (iki yüz dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar