Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-85/2025 24.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X1, müdafiəçi – Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi, tərcüməçi – X2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olan, Sumayıt şəhəri, 2ci mikroraryon ev 24/61 mənzil 22 ünvanında qeydiyyatda olmaqla ünvan 1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM-in) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 iyul 2024-cü il tarixdə saat 10:53-də ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs işlətdiyi “X9” avtotəmir sexinə işçilərin olmadığı təqdirdə kənar şəxslərin sərbəst daxil olmasına icazə olmadığı halda giriş qapısından qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 900 manat dəyərində üzərində “Rupes” yazısı olan kiçik ölçülü cilalama avadanlığını və 01 ədəd 1800 manat dəyərində üzərində “Rupes” yazısı olan böyük ölçülü cilalama avadanlığını gizli olaraq talayıb, hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs ümumilikdə 2700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi alınmış Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək verilmiş suallara cavab olaraq bildirmişdir ki, “X9” avtotəmir sexinə işi ilə bağlı (avtomobillərə plonka-üzlük çəkir) gedib gəlmiş, sonuncu dəfə Xaqani adlı admnistratorla arasında görüdüy iş müqabilində pul problemi yaranmış, sonuncunun ona 50 manat borcu qalmışdır. Hadisə baş verdiyi gündən 2-3 gün əvvəl yene iş görülməsi üçün çağrılmış işi gördükdən sonra ona veriləsi qalıq 50 manat pul qalmış, danışıqlara görə 06 iyul tarixdə pul ona verilməli idi. 07 iyul tarixdə adminsitratora məxsus mobil nömrəyə zənglər etmiş, lakin sonuncu onun zənglərinə məhəl qoymamışdır. Hadisə baş verən günü səhər saatlarında qeyd olunan sexə daxil olmuş, daxil olarkən sexin qapıları açıq olmuş, orada işləyən işçilər onu görmüş, gözətçi ilə görüşmüş, sexə gəlməkdə məqsədi qalıq pulun admnistrator tərəfindən ona verilməsi, sexdə özünə məxsus alətləri götürməsi, yarımçıq qalan işi yekunlaşdırması olmuş, gözləyərkən də admnistratora dəfələrlə yığmış o yenə onun zənglərinə cavab verməmiş, 1-2 saat gözlədikdən sonra heç kimin ona pulun qaytarılması üçün yaxınlaşmadığını görmüş bundan əsəbləşərək sexdə kameranın altında 01 ədəd aləti götürüb getmişdir. Qeyd olunan sexdə əvvəllər də (2024cü il ərzində) işlər görülməsi üçün admnistrator tərəfindən dəvət edilmişdir. Lakin məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və iş materiallarında olan ilkin ifadəsində, ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2010-2011-ci illərdən avtomobillin şüşəsinə vinil çəkməklə məşğul olur. Bu işi Əli adlı tanışı ilə birlikdə görür. Belə ki, Əli sosial şəbəkələr vasitəsi ilə reklamlar edir və sifarişlər verir. Sifariş aldıqda Əli onun kimi müxtəlif ustalara ünvanı qeyd edir, o, və onun kimi ustalar da həmin ünvana gedib avtomobilə ödəniş qarşılığında vinil çəkirlər. Sonuncu dəfə də belə olmuşdur. Əli 2024-cü ilin əvvəllərində onunla əlaqə saxlayaraq “Royce Detailing” adlı avtotəmir yerində avtomobilə vinil çəkilməsi ilə bağlı sifariş vermişdir. O, 2 gün sonra yəni, 06 iyul 2024-cü il tarixdə həmin obyektə, yəni Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsində yerləşən “Royce Detailing” adlı təmir yerinə getmişdir. Orada onu Xəqani adlı şəxs qarşılamışdır. Xəqani markasını unutduğu avtomobilə vinil çəkməyini istəmiş və onlar 50 manata razılaşmışlar. Bundan sonra o, vinil çəkdikdən sonra Xəqani 20 manat pul vermişdir. O qalan pulu soruşduqda Xəqani “narahat olma bugün axşam pulunu kartına göndərəcəm” demişdir. Bundan sonra o, axşamçağı Xəqaniyə zəng vurmuş və pulunu geri istəmişdir. Xəqani “bu gün yadımdan çıxdı, sabah ataram” demişdir. Növbəti gün o, Xəqani ilə əlaqə saxladıqda sonuncu müəyyən bəhanələr gətirərək onun pulunu verməmişdir. Bundan bir gün sonra, yəni 08 iyul 2024-cü il tarixdə yenidən Xəqaniyə zəng etsə də sonuncu onun zənglərinə cavab verməmişdir. O da həmin gün qeyd olunan obyektə gedərək Xəqanini gözləməyə başlamışdır. Lakin təxminən bir saat gözləsə də Xəqani gəlmədiyindən o, obyektdə ətrafda onu kiminsə görmədiyini görüb, divarda asılı vəziyyətdə olan 02 ədəd cilalama aparatını götürmüş və oradan uzaqlaşmışdır. Daha sonra həmin aparatları “Sumqayıt əşya bazarı” adlanan yerdə tanımadığı şəxsə 300 manat müqabilində satmışdır. Əldə etdiyi pulu isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. O, ifadəsində həmçinin göstərmişdir ki, o, əsəbi halda cinayət hadisəsini törətdikdən sonra həmin 300 manatın hamısını «Kontakt Home» adlı mağazaya olan borcundan ödəmişdir. O, oğurluq etdiyini dərk edir. Əməlindən də peşmandır. Əsəbi olduğu üçün və pulu verilmədiyi üçün oğurluq etmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, həmin yerə oğurluq etmək niyyəti ilə getmədiyini, sadəcə pulunu almaq istədiyini, həmçinin həmin günü onu pulunun verilməsi və yarımçıq qalan işin görülməsi üçün çağırdıqlarını, onu gözlətdiklərinə görə telefona zəng çatmadığından əsəbləşərək bu əməli törətdiyini bildirərək, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, ailəli olmağını, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadəsi alınmış Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə baş vermiş cilalama sexi ona məxsus olmuş, maşınlara plonka (ppf) vurulması üçün adminsitrator Xəqani tərəfindən internet vasitəsi ilə təqsirləndirilən şəxsi və Əli adlı şəxsi tapmış, işlər görülməsi üçün lazım olduqda qeyd olunan iki nəfəri 2-3 dəfə sexə dəvət etmiş, hadisə baş verən günü səhər tezdən qapı açıq olmuş, sexdə digər işçilər olmuş, təqsirləndirilən şəxs alətlər olan yerə gələrək oradan özünəməxsus alətləri və ittiham aktında qeyd olunan alətləri götürmüşdür. Əlavə olaraq bildirmişdir ki, hadisədən 2-3 gün əvvəl təqsirləndirilən şəxs orada 50 manat müqabilində iş göürmüş, görülmüş işə görə ona 30 manat verilmiş, qalıq 20 manatı isə işi yekunlaşdırdıqdan sonra veriləcəyi barədə razılığa gəlinmiş, şəxsən təqsirləndirilən şəxslə əlaqə saxlamadığını, onunla əlaqəni administratorun saxladığını, hadisənin məhz cilalama otağında baş verdiyini, təqsirləndirilən şəxsə məxsus alətlərin də orada olduğunu, kənar şəxslərin cilalama otağına daxil olmalarının qadağan olunduğunu, gözətçinin isə təqsirləndirilən şəxsi görüb içəri keçməsinə mane olmamasının səbəbi kimi təqsirləndirilən şəxsi işçi kimi dəfələrlə orada görməsi olmuşdur. Lakin məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən (qismən) fərqli olaraq Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, “X8” avtotəmir sexi ona məxsusdur. Orada avtomobillərin yuyulması, cilalanması xidmətləri göstərilir. Təxminən 1 ay əvvəl işçisi olan Şahid avtomobilə vinil çəkilməsi üçün «İnstagram» sosial şəbəkəsindən tanıdığı Əli adlı şəxsə vinil çəkməsi üçün usta lazım olduğunu bildirmişdir. Əli adlı şəxs də 07 iyul 2024-cü il tarixdə Aleksandr adlı bir ustanı göndərmişdir. Həmin usta “Changan” markalı avtomobilə arxa şüşəsinə plyonka çəkən zaman alt hissəsindən hava dolduğundan avtomobilin sürücüsü həmin avtomobili qəbul etmədiyindən Xəqani Aleksandr adlı şəxsə bildirmişdir ki, «sənə verməli olduğumuz 50 manat puldan 20 manatı götür get evinə sabah gəlib bu problemi düzəldərsən pulunu tam verərik». Həmin vaxt Aleksandr adlı usta onunla razılaşmışdır. Həmin günün səhərisi Aleksandr obyektə gələrək, obyektdə heç kimin olmamasından istifadə edib divardan asılı vəziyyətdə olan 01 ədəd kiçik həcmli cilalama aparatını və böyük həcmli cilalama aparatını oğurlayaraq oradan uzaqlaşmışdır. Hadisədən sonra Aleksandr adlı şəxslə əlaqə saxlamışlar və Aleksandra malları gətirib qaytaracağı təqdirdə şikayət etməyəcəyini bildirsələr də, sonuncu buna məhəl qoymadığını və onu aldatmağa davam etdiyindən 2 həftə sonra şikayət etməli olmuşdur. Hadisə nəticəsində ona ümumilikdə 2700 manat ziyan dəymişdir. Belə ki, 01 ədəd kiçik həcmli cilalama aparatı 900 manat, böyük həcmli cilalama aparatı isə 1800 manat dəyərində olmuşdur. Oğurlanmış cilalama avadanlıqlarının üzərində «Rupes» yazılmış onların istehsal yeri, istehsal ili və digər göstəriciləri barədə məlumatı yoxdur. Sexə işçilər içəridə olmadığı təqdirdə kənar şəxsin daxil olması qadağan olmuşdur. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmədiyini, lakin buna baxmayaraq onunla barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi alınmış Şahid verilmiş suallara cavab olaraq bildirmişdir ki, əvvəllər təqsirləndirilən şəxsi tanımamış, ilk olaraq Aleksandrın usta yoldaşı Əli adlı şəxsi tanımış, Əli ilə instaqram sosial şəbəkəsi vasitəsi ilə tanış olmuş, hər ikisi plonka işi ilə məşğul olmuş, özü sexdə administrator kimi işləmiş, ustaları işə cəlb olunmaları üçün çağırmış, hadisə baş verən günü sexdə olmamış, hadisə baş verdikdən bir gün sonra alətləri axtaran zaman tapmamış, video görüntüyə baxarkən Aleksandr tərəfidnən götürüldüyünü müəyyən etmiş, hadisə baş verən gündən öncə Aleksandr orada iş görmüş, işi gördükdən sonra plonkada vizual boşluqlar olduğuna görə səhər gəlib düzəltməsi, alətlərini götürməsi və qalıq pulu alması üçün onunla danışmış, Aleksandr alətlərini cilalama otağında qoyub getmiş, hadisə baş verən günün səhərsi (saat 9-11 radələrində) Aleksandr ona məxsus mobil telefona zəng etmiş o isə yatdığı üçün cavab verə bilməmiş, işçilər Aleksandrı usta kimi tanıdıqları üçün içəriyə buraxmışlar. Lakin məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən (qismən) fərqli olaraq Şahid ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən 2 aydır ki, «Royce Detailıng» avtotəmir sexində mexanik işləyir. Hadisə baş verməmişdən təxminən 2 gün əvvəl «İnstaqram» sosial şəbəkəsindəki səhifəsində qarşılaşdığı və nömrəsini götürdüyü Əli adlı şəxslə əlaqə saxlamışdır. Səbəb isə avtotəmir sexində olan avtomobilə qoruyucu vinil vurulmalı olmuşdur. Həmin Əli adlı şəxslə danışdıqda sonuncu bu işlə məşğul olduqlarını və lazımi ustalarının olduğunu bildirmişdir. Əli adlı şəxslə danışdıqdan sonra sonuncu Aleksandr adlı şəxsi sexə göndərəcəyini demişdir. 07 iyul 2024-cü il tarixdə sexə Aleksandr adlı şəxs gələrək sonuncuya göstərdiyi avtomobilə vinil vurmağa başlamışdır. Həmin gün Aleksandr ona işi təhvil verən zaman sonuncunun gördüyü işi bəyənməmiş və Aleksandra danışdıqları 50 manat puldan 20 manat verib, bildirmişdir ki, işi düzgün gördükdən və problemi aradan qaldırdıqdan sonra qalan pulu verəcək. Həmin vaxt Aleksandr 1 günə həmin problemi aradan qaldıracağını demişdir. Avtotəmir sexi dayanacağın içərisində girişdən sağ tərəfdə yerləşir və şüşə qapısı vardır ki, həmin qapı daima açıq olur, lakin oraya sexdə adam olmadığı vaxt kənar şəxslərin girişi qadağandır. 08 iyul 2024-cü il tarixdə saat 11 radələrində sexə gəldikdə sexdə bir ədəd balaca və bir ədəd böyük cilalama avadanlıqlarının yerində olmadığını aşkar etmişlər və müşahidə kameralarındakı görüntülərə baxdıqda Aleksandr adlı şəxsin saat 10:53-də onlar olmayan vaxt sexə gələrək sexdəki cilalama avadanlıqlarını götürüb çantasına qoymaqla sexdən uzaqlaşmasını görmüşlər. Bundan sonra onlar dəfələrlə Aleksandr adlı şəxslə əlaqə saxlamağa çalışmışlar, lakin sonuncunu tapa bilməmişlər. Bu səbəbdən də 24 iyul 2024-cü il tarixdə obyektin sahibi Zərərçəkmiş şəxs bu barədə DİN «102» xidmətinə məlumat vermişdir. Sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və hadisə yerinə baxış keçirib müşahidə kameralarındakı görüntüləri götürmüşlər. Avtotəmir sexindən oğurlanmış cilalama avadanlıqlarının biri balaca olmuş, biri isə böyük olmuşdur. Balaca cilalama avadanlığının dəyəri 900 manat, böyük cilalama avadanlığının dəyəri isə 1800 manatdır. Cilalama avadanlığı avtomobillərin üzərindəki kraskanı hamar olunmasında istifadə olunur. Oğurlanmış cilalama avadanlıqlarının üzərində «Rupes» yazılmış, onların istehsal yeri, istehsal ili və digər göstəriciləri barədə məlumatı yoxdur. Aleksandr yalan göstərmişdir. O, Aleksandrın pulunu işi düzgün görmədiyi üçün tam verməmiş, özünə də bildirmişdir ki, gördüyü işdəki nasazlıqları aradan qaldırdıqdan sonra qalan pulunu verəcək. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin 01 vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 29 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CMin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir; cinayət işinin 37-ci vərəqində olan şübhəli şəxsin tutulması haqqında 29 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:00-da CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; cinayət işinin 51-ci vərəqində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 31 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir; cinayət işinin 67-68-ci vərəqlərində olan Bakı şəhəri Nəsimi rayon prokuroru Həsən Hənifəyevin vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Süleyman Qəşəmlinin Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina olunması və onun X6 azad olunması qərara alınmışdır; cinayət işinin 69-70-ci vərəqlərində olan “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin azad edilməsi barədə” 31 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır; cinayət işinin 73-cü vərəqində olan “zərərçəkmiş şəxs qismində tanınma” haqqında 01 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; cinayət işinin 84-85 və 101-108-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-437/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 02 (iki) il 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir; cinayət işinin 86-87-ci vərəqlərində olan Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Süleyman Qəşəmlinin təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında 15 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir; cinayət işinin 94-cü vərəqində olan Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Süleyman Qəşəmlinin axtarışda olan şəxsin könüllü istintaqa gəlməsi haqqında 15 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə könüllü olaraq istintaq orqanına gəlmişdir; cinayət işinin 109-116-cı vərəqlərində olan “Sübutların qiymətləndirilməsi haqqında” 18 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, cinayət işi üzrə əməl AR CM-in 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3cü maddəsinə tövsif edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı AR CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək ona AR CM-nin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində AR CM-nin 177.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş və bu barədə material ayrılaraq Nəsimi rayon prokurorluğuna göndərilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində AR CM-nin 180-cı maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş və bu barədə material ayrılaraq Nəsimi rayon prokurorluğuna göndərilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində AR CM-nin 322.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş və bu barədə material ayrılaraq Nəsimi rayon prokurorluğuna göndərilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən naməlum şəxs barəsində AR CM-nin 194.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş və bu barədə material ayrılaraq Nəsimi rayon prokurorluğuna göndərilmiş, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət əməli törətməsi AR CM-nin 18.4.4-cü maddəsinə əsasən residiv kimi qiymətləndirilməmiş, Təqsirləndirilən şəxs tərəfindən talanmış zərərçəkmiş şəxsə məxsus əmlakların dəyəri zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi qiymətlərə istinad edilməklə ittihama daxil edilmiş, iş üzrə içərisində hadisəni özündə əks etdirən videogörüntü olan 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılması nəzərə alınmışdır; cinayət işinin 118-ci vərəqində olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 19 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə yenidən yeni məzmunda ittiham elan edilmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 08 iyul 2024-cü il tarixdə saat 10:53-də baş vermiş hadisənin təhlilini aparmaqla, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, binaya daxil olmanın qanunsuz olubolmamasını, habelə əməli törətmiş şəxsin həmin yerdə hansı məqsədlə olmasını, talama niyyətinin hansı anda meydana gəlməsini iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai araşdırma, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm ibtidai istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, 08 iyul 2024-cü il tarixdə saat 10:53-də ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs işlətdiyi “X9” avtotəmir sexində Zərərçəkmiş şəxs məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 900 manat dəyərində üzərində “Rupes” yazısı olan kiçik ölçülü cilalama avadanlığını və 01 ədəd 1800 manat dəyərində üzərində “Rupes” yazısı olan böyük ölçülü cilalama avadanlığını gizli olaraq talayıb, hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs ümumilikdə 2700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə ilkin olaraq verilmiş ititham üzrə tövsifedici əlamət olan və cinayət qanunvericiliyinin 177.2.3-cü maddəsində təsbit olunan normaya münasibətdə qeyd edir ki, oğurluq etmiş şəxsin əməlində yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olma halları araşdırılarkən aşağıdakı xüsusatlar müəyyən edilməlidir:
1. daxil olmanın qanunsuz olması,
2. təqsirli şəxsin hansı məqsədlə yaşayış sahəsində və s. olması,
3. onda özgə əmlakının ələ keçirilməsi niyyətinin hansı anda yaranması. Məhkəmə ilkin olaraq qeyd edir ki, daxil olma qanunsuz olduğu, yaşayış sahəsinə, binaya və s. saxlanc yerlərinə daxil olmanın qanunvericiliklə müəyyən edilmiş qaydalarını pozmaqla, habelə belə yerlərin mülkiyyətçisinin və ya sahibinin iradəsindən kənar və ya onun iradəsi ziddinə olduğu zaman qeyd olunan əməl CM-in 177.2.3-cü maddəsi ilə tövsif edilməli, əksinə şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə tanışlığa, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olduğu halda isə qeyd edilən tövsifedici əlamətlərin mövcudluğu istisna edilməlidir. Hazırkı cinayət işi üzrə isə təqsirləndirilən şəxs əvvəllərdə dəfələrlə qeyd olunan sexə iş görülməsi üçün gedib-gəlmiş, hadisə baş verən gündən öncə (proses iştirakçılarının məhkəmə istintaqı zamanı verdiyi ifadələrə əsasən) orada işləmiş və sexin administratoru olan Şahidla səhər yenə sexə gələcəyi barədə şifahi razılığa gəlmiş, hadisə baş verən günü sexə daxil olarkən qapılar açıq olmuş, orada işləyən və onu tanıyan ustalar onu görmüş və o qapısı daima açıq olan cilalama otağına daxil olmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, əməlin təhlil edilən əlamət üzrə tövsif edilməsi üçün talama niyyətinin yaşayış sahəsinə, binaya və sair saxlanc yerinə daxil olmadan əvvəl yaranmalı, daxil olmuş təqsirkarda talama niyyəti artıq həmin yerdə olarkən yarandıqda əməl təhlil edilən əlamət üzrə tövsif edilməməlidir. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara yəni, – həm təqsirləndirilən şəxsin həm də zərərçəkmiş şəxs və şahidin ifadələrinə, qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yerləşən “X9” avtotəmir sexinə oğurluq etmək niyyəti ilə gəlməmiş, qeyd olunan tarixdə sexə daxil olmasına səbəb görüdüyü işi yekunlaşdırmaq, görülmüş işə münasibətdə qalıq pulunu əldə etmək və cilalam sexində qoyub getdiyi özünəməxsus çantada olan alətlərini götürmək olmuş, ora gəlməsi ilə bağlı bir gün öncədən sexin rəhbərliyinə məlumat vermiş, hətta hadisə baş verən zaman administrator Şahid məxsus mobil nömrəyə zəng etsə də (məhkəmə istintaqı zamanı şahid də ifadəsində bu xüsusatı qeyd etmişdir.) sonuncu onun zənginə cavab verməmiş, yalnız bundan sonra Təqsirləndirilən şəxs əsəbləşərək cilalama otağında özünə aid olmayan sexə məxsus alətləri də özünə məxsus çantaya qoyub hadisə yerini tərk etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin Qərarda qeyd olunur ki, oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Məhkəmə yuxarıda sadalanan xüsusatları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə əməli həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilməli və Azərbaycan Respublikası CPM-in 44.1-ci maddəsinin tələblərinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-437/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixə ona təyin olunmuş cəzanın 01 il 07 ay 26 gününü çəkmiş, çəkilməmiş qalan cəzası 05 ay təşkil edir. Bununla da hazırkı iş üzrə CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməli olduğundan və Təqsirləndirilən şəxs çəkilməmiş cəzası 05 ay olduğundan, çəkilməmiş həmin cəza hazırkı iş üzrə əhəmiyyət kəsb edir. Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Həmçinin Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş materiallarında olan AZEMİS elektron informasiya sistemindən çıxarışa əsasən Təqsirləndirilən şəxs Valeriyeviçin xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 adlı uşaqları vardır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, lakin ona dəymiş ziyan ödənilməmişdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alır və cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə əməli həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilməli, ona Azərbaycan Respublikası CM-in onun təqsirli bilindiyi 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-437/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 05 ay müddətinə çəkilməmiş qalan hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə uyğun olaraq hazırkı hökmə təyin edilən cəza ilə qismən birləşdirilərək ona qəti olaraq 01 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, ibtidai istintaq zamanı saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində 01 il 08 ay 26 gün müddətinə cəza saxlanılmalı, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan – 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Sumqayıt şəhəri, 9-cu məhəllə ev 10 mənzil 12 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə əməli həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-437/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 05 (beş) ay müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə uyğun olaraq hazırki hökmə təyin edilən cəza ilə qismən birləşdirilərək ona qəti olaraq 01 (il) 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, 9-cu məhəllə ev 10 mənzil 12 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Hakim Anar İbadzadə