Məhkəmə qərarları › İş №1(006)-86/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-86/2021

30.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-86/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, 27.06.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə zərərçəkmiş şəxslərin üzərindən, cibindən və çantasından əmlakını çıxarmaqla talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 26 fevral 2019-cu il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mehbalıyev küçəsində “Uşaq” parkının qarşısı ilə hərəkətdə olan 55 nömrəli marşurut avtobusunda olan zaman avtobusun sərnişini Zərərçəkmiş şəxs1 məxsus gödəkçəsinin sağ cibindən üzərində 7 manat dəyərində “Azercell” mobil operatoruna aid 050 *** ** ** mobil sim nömrəsi olan 247 manat dəyərində “Xiaomi Redmi 5A” markalı mobil telefon aparatını gizli olaraq çıxarıb talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 254 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 02 mart 2019-cu il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, Qara Qarayev metrostansiyasının yanında 214 nömrəli marşurut avtobusunda olan zaman avtobusun sərnişini Zərərçəkmiş şəxs8 Xaliq qızının əl çantasından içərisində 900 manat pul və sonuncuya məxsus şəxsiyyət vəsiqəsi olan 20 manat dəyərində “Lionel” markalanma nişanı olan pul qabını gizli olaraq çıxarıb talamaqla Zərərçəkmiş şəxs8 ümumilikdə 920 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 06 mart 2019-cu il tarixdə saat 17 radələrində ünvan 2 ünvanında yerləşən “Saipa” avtomobil təmiri servisinin qarşısında 113 nömrəli marşurut avtobusunda olan zaman avtobusun sərnişini Zərərçəkmiş şəxs2 əl çantasından üzərində 5 manat dəyərində “Bakcell” mobil operatoruna aid 055 *** ** ** mobil cin nömrəsi olan 250 manat dəyərində “Xiaomi Redmi 4 X” markalı mobil telefon aparatını gizli olaraq çıxarıb talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 255 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 7 mart 2019-cuil tarixdə saat 14.30 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən metronun “Koroğlu” stansiyasının üst keçidinin yaxınlığında olan zaman Zərərçəkmiş şəxs9 çiynində olan əl çantasından içərisində 175 manat pul, həmin dövrün milli manat məzənnəsi ilə 3 manat 40 qəpik təşkil edən 2 ABŞ dolları, şəxsiyyət vəsiqəsi, “Kapital Banka”, “Beynəlxalq Banka” aid və sığorta kartları olan 10 manat dəyərində markalanma nişanı olmayan qadın pul qabını gizli olaraq çıxarıb talamaqla Zərərçəkmiş şəxs9 ümumilikdə 188 manat 40 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 13 mart 2019-cu il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Romana qəsəbəsində 106 nömrəli marşurut avtobusunda olan zaman avtobusun sərnişini Zərərçəkmiş şəxs5 əlində olan sellofan paketdən içərisində 140 manat nağd pul olan 10 manat dəyərində markalanma nişanı olmayan qadın pul qabını gizli olaraq çıxarmaqla talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 150 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 08 aprel 2019-cu il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən metronun “Koroğlu” stansiyasının yaxınlığında 136 nömrəli marşurut avtobusunda olan zaman avtobusun sərnişini Zərərçəkmiş şəxs4 əynindəki pencəyinin cibindən 840 manat dəyərində “Samsung Galaxy A3” markalı mobil telefon aparatını gizli olaraq çıxarıb talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 17 iyun 2019-cu il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən metronun “Koroğlu” stansiyasının qarşısında 136 nömrəli marşurut avtobusunda olan zaman avtobusun sərnişini Zərərçəkmiş şəxs23 əl çantasından üzərində 10 manat dəyərində “Bakcell” mobil operatoruna aid 055 *** ** ** mobil cin nömrəsi olan 385 manat dəyərində “Redmi 7” markalı mobil telefon aparatını gizli olaraq çıxarıb talamaqla Zərərçəkmiş şəxs23 ümumilkdə 395 manat maddi ziyan vurararq oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədilə 21 iyun 2019-cu il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerəlşən metronun “Koroğlu” stansiyasından Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi istiqamətinə tərəf hərəkət edən 136 nömrəli marşurut avtobusunda olan zaman avtobusun sərnişini Zərərçəkmiş şəxs10 əynində olan şalvarın sol yan cibindən 310 manat pulu gizli olaraq çıxarıb talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 08 iyul 2019-cu il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində metronun “Neftçilər” stansiyasının yaxınlığında hərəkətdə olan 81 nömrəlli marşurut avtobusunda olan zaman Zərərçəkmiş şəxs13 məxsus əl çantasından içərisində 430 manat pul olan 10 manat dəyərində markalanma nişanı olmayan qadın pul qabını gizli olaraq çıxartmaqla talayıb Zərərçəkmiş şəxs13 ümumilikdə 440 manat maddi ziyan vurmaqla oğurluq elmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 10 sentyabr 2019-cu il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən metronun “Koroğlu” stansiyasının yaxınlığında hərəkətdə olan 62 nömrəli marşrut avtobusunda olan zaman avtobusun sərnişini Zərərçəkmiş şəxs11 çantasından içərisində 225 manat nağd pul, bir ədəd maaş kartı və şəxsiyyət vəsiqəsi olan 10 manat dəyərində markalanma nişanı olmayan pul qabını gizli olaraq çıxarıb talayaraq zərəçəkmiş Zərərçəkmiş şəxs11 ümumilikdə 235 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 12 sentyabr 2019-cu il tarixdə saat 21 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən metronun “Koroğlu” stansiyasının üst keçidinin yaxınlığında olan zaman Zərərçəkmiş şəxs21 şalvarının arxa cibindən içərisində 300 manat pul, “VTB” banka aid pul kartı və şəxsiyyət vəsiqəsi olan markalanma nişanı olmayan 10 manat dəyərində pul qabını gizli olaraq çıxarıb talayaraq zərəçəkmiş Zərərçəkmiş şəxs21 ümumilikdə 310 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 17 sentyabr 2019-cu il tarixdə saat 18 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində 136 nömrəli sərnişin avtobusunda olan zaman avtobusun sərnişini Zərərçəkmiş şəxs18 cibindən 500 manat pulu gizli olaraq talayıb çıxartmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 04 oktyabr 2019-cu il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində hərəkətdə olan 66 nömrəli marşurut avtobusunda olan zaman avtobusun sərnişini Zərərçəkmiş şəxs3 məxsus üzərində 10 manat dəyərində “Azercell” mobil operatoruna aid 050 *** ** ** mobil sim nömrəsi olan 400 manat dəyərində “Samsung Galaxy J-6” markalı və üzərində 10 manat dəyərində “Bakcell” mobil operatoruna aid 055 *** ** ** və 10 manat dəyərində 055 *** ** ** cin nömrələri olan 720 manat dəyərində “Huawei” markalı mobil telefon aparatlarını əl çantasından gizli olaraq çıxarıb talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 1150 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 12 oktyabr 2019-cu il tarixdə saat 09 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ilə metronun «Koroğlu» stansiyası istiqamətində hərəkət edən 160 nömrəli marşurut avtobusunda olan zaman avtobusun sərnişini Zərərçəkmiş şəxs24 Calal qızının əl çantasından içərisində 222 manat pul, 2 manat dəyərində “Bakı Bus” kartı və şəxsiyyət vəsiqəsi olan markalanma nişanı olmayan 50 manat dəyərində pul qabını gizli olaraq çıxarıb talayaraq Zərərçəkmiş şəxs24 ümumilikdə 274 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 14 oktyabr 2019-cu il tarixdə saat 18 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində 136 nömrəli sərnişin avtobusunda olan zaman avtobusun sərnişini Zərərçəkmiş şəxs15 şalvarının cibindən içərisində 315 manat pul, şəxsiyyət vəsiqəsi, təqaüd kartları olan 15 manat dəyərində pul kisəsini gizli olaraq çıxarıb talayaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs15 ümumilikdə 330 manat ziyan vurmaqla oğurluq elmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 16 oktyabr 2019-cu il tarixdə saat 16:30 radələrində Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan 160 nömrəli marşurut avtobusunda olan zaman avtobusun sərnişini Zərərçəkmiş şəxs17 qıznın çantasından içərisində X11, X3 və X10 məxsus şəxsiyyət vəsiqələri və 100 manat pul olan 8 manat dəyərində markalanma nişanı olmayan qadın pul qabını gizli olaraq çıxarıb talayaraq Zərərçəkmiş şəxs17 ümumilikə 108 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 21 oktyabr 2019-cu il tarixdə saat 14 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 160 nömrəli marşurut avtobusunda olan zaman avtobusun sərnişini Zərərçəkmiş şəxs20 cibindən içərisində 585 əyarlı 200 manat dəyərində qızıl boyunbağı, tələbə bileti, maaş kartları və 15 manat pul olan 15 manat dəyərində üzərində markalanma nişanı olmayan qadın pul qabını gizli olaraq çıxarıb talayaraq Zərərçəkmiş şəxs20 230 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 oktyabr 2019-cu il tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə hərəkətdə olan 189 nömrəli marşurut avtobusunda olan zaman avtobusun sərnişini X5 əynində olan gödəkçəsinin sol yan cibindən 200 manat dəyərində “Redmi Note 4” markalı mobil telefon aparatını gizli olaraq çıxarıb talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 22 oktyabr 2019-cu il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ilə metronun «Qara Qarayev» stansiyası istiqamətində hərəkətdə olan 36 nömrəli marşrut avtobusunda olan zaman avtobusun sərnişini Zərərçəkmiş şəxs6 çantasından içərisində 105 manat pul, tələbə bileti və şəxsiyyət vəsiqəsi olan 10 manat dəyərində markalanma nişanı olmayan pul qabını gizli olaraq çıxarıb talayaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 115 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 29 oktyabr 2019-cu il tarixdə saat 18:40 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində hərəkətdə olan 160 nömrəli avtobusda olan zaman avtobusun sənrnişini Zərərçəkmiş şəxs14 cibindən 10 manat dəyərində üzərində “Azerfon” mobil operatoruna aid 077 *** ** ** mobil nar nömrəsi olan 180 manat dəyərində “Xiomi Redmi” markalı mobil telefon aparatını gizli olaraq çıxarıb talamaqla Zərərçəkmiş şəxs14 ümumilikdə 190 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 02 noyabr 2019-cu il tarixdə saat 09 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən metronun “Q.Qarayev” stansiyasından metronun “Koroğlu” stansiyası istiqamətində hərəkətdə olan 62 nömrəli marşurut avtobusunda olan zaman avtobsun sərnişini Zərərçəkmiş şəxs22 əl çantasından içərisində 455 manat nəğd pul və üzərində “Bakcell” mobil operatoruna aid 10 manat dəyərində 055 *** ** ** mobil cin nömrəsi olan 350 manat dəyərində “Samsung A7" markalı mobil telefon aparatı olan 10 manat dəyərində markalanma nişanı olmayan qadın pul qabını gizli olaraq çıxarıb talayaraq Zərərçəkmiş şəxs22 ümumilikdə 825 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 05 noyabr 2019-cu il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən metronun “Koroğlu” stansiyasından Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi istiqamətində hərəkətdə olan 150 nömrəli marşurut avtobusunda olan zaman Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Hərbi şəhərciyin qarşısında Zərərçəkmiş şəxs19 məxsus əl-çantasından içərisində 279 manat pul olan 15 manat dəyərində markalanma nişanı olmayan qadın pul qabını gizli olaraq çıxarıb talayaraq zərərçəkmiş şsxs Zərərçəkmiş şəxs19 ümumilikdə 294 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 noyabr 2019-cu il tarixdə saat 20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində hərəkətdə olan 104 nömrəli marşrut avtobusunda olan zaman avtobusun sərnişini Zərərçəkmiş şəxs16 əynində olan gödəkçəsinin sağ yan cibindən üzərində hər birinin dəyəri 10 manat olan “Bakcell” mobil operatoruna aid ***-***-**-**, “Azercell” mobil operatoruna aid ***-***-**-** mobil nömrələr və 5 manat dəyərində üzlüyü olan 700 manat dəyərində «Samsung A8» markalı mobil telefon aparatını gizli olaraq çıxarıb talayaraq Zərərçəkmiş şəxs16 ümumilikdə 725 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 noyabr 2019-cu il tarixdə saat 13 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisindən Bakı şəhəri, Nəsimi rayonu əraizisində yerləşən metronun “28 May” stansiyası istiqamətinə tərəf hərəkət edən 46 nömrəli marşrut avtobusu metronun “28 May” stansiyasına çatdıqda avtobusun sərnişini Zərərçəkmiş şəxs12 qızna məxsus əl çantasından içərisində 400 manat nəğd pul, DSMF tərəfindən verilmiş sosial kart, torpaq əkini üçün subsidiya kartı və şəxsiyyət vəsiqəsi olan 20 manat dəyərində “İnci” markalanma nişanı olan qadın pul qabını gizli olaraq çıxarıb talayaraq Zərərçəkmiş şəxs12 ümumilikdə 420 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, subaydır və həbs edilənə kimi heç-bir yerdə işləməmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Yeni Mədən küçəsində bacısı Samirənin evində yaşamışdır. Oğurluq etdiyinə görə və narkotik vasitənin istifadəçisi olduğu üçün əvvələr məhkum olunmuşdur. Sonuncu dəfə o, 20 fevral 2019-cu ildə 12 nömrəli Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılmışdır. Həbsdən çıxdıqdan sonra maddi imkanı olmadığından avtobuslarda sərnişinlərin ciblərindən və əl-çantalarından oğurluq etmək qərarına gəlmişdir. Ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.5-ci maddələri ilə elan olunmuş ittihamlarla özünü qismən təqsirli bilir. Belə ki, istintaq orqanı tərəfindən istintaq qərəzli aparılmış, ona təzyiqlər olunmuş, narkotik vasitənin aludəçisi olduğundan və narkotik vasitənin təsirində olduğundan ona qarşı saxta ittihamlar irəli sürülmüş, aparılmış istintaqa öz narazılığını bildirsə də heç bir təsiri olmamışdır. Törədilmiş oğurluqlarla bağlı onu bildirmək istəyir ki, yalnız Xəzər rayonu ərazisində marşurut avtobusunda dörd nəfər şəxsdən oğurluq etmiş, digər rayonlarda baş vermiş oğurluqlardan məlumatı olmamış və onun tərəfindən törədilməmişdir. Əlavə olaraq bildirir ki, oğurluqları kişi cinsindən olan şəxslərdən etmiş, qadınlardan oğurluq etməmişdir. Hal-hazırda səhhətində ciddi problemləri olduğunu, məhkəmədən yalnız onun törətdiyi oğurluq cinayətləri üzrə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş edir. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O, hal-hazırda Azərbaycan Milli Elmlər Akadmiyasında Torpaqşünaslıq və Aqrokimya İnstitutunda aparıcı elmi işçi kimi işləyir. 04 oktyabr 2019-cu il tarixdə axşam tərəfi təxminən saat 19 radələrində Bakı şəhəri, Nizami rayonunda metronun “Neftçilər” stansiyasının yanında yaşadığı Qaraçuxur qəsəbəsində yerləşən evinə getmək üçün həmin istiqamətə tərəf işləyən 66 nömrəli marşurut avtobusuna minmişdir. Axşam saatları olduğundan avtobusda sərnişinlər çox olmuşdur. 20-25 dəqiqədən sonra o, yaşadığı ünvan 3 ünvana gəlmişdir. Evdə olan zaman əl çantasına baxdıqda çantanın içərisində “Samsung Galaxy J-6” və “Huawei” markalı mobil telefonların olmadığını aşkar etmişdir. Bundan sonra o, 66 nömrəli avtobusda telefonlarının oğurlandığını düşünüb DİN-in 102 ximdətinə zəng edib məlumat vermişdir. Onun əl çantasından üzərində 10 manat dəyərində “Azercell” mobil operatoruna aid 050 *** ** ** mobil sim nömrəsi olan 400 manat dəyərində “Samsung Galaxy J-6” markalı və üzərində 10 manat dəyərində “Bakcell” mobil operatoruna aid 055 *** ** ** və 10 manat dəyərində 055 *** ** ** cin nömrələri olan 720 manat dəyərində “Huawei” markalı mobil telefon aparatları oğurlanmış və nəticədə ona 1150 manat maddi ziyan dəymişdir. Mobil telefonların balansında pul olmamışdır. Hal-hazırda ona dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. Ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Əliyev küçəsi ev 15/2-də yaşayır və hazırda “Kaspian” Tibb Mərkəzində həkimin qeydiyyatçısı işləyir. 08 iyul 2019-cu il tarixdə saat 17 radələrində işdən çıxıb yaşadığı evə getmək üçün o, “Neftçilər” metrosunun yanında 81 saylı marşurut avtobusuna minmişdir. Onun qara rəngli əl çantası vardır və o, həmin çantada özünə məxsus əşyaları və pul kisəsini saxlayır. Avtobusa mindikdən təxminən 35-40 dəqiqə sonra yaşadığı evə çatmışdır. Təxminən saat 17:30 radələrində o, evə çatdıqdan sonra pul kisəsinin çantasında olmadığını aşkar etmişdir. Bununla da pul kisəsinin avtobusda olan zaman oğurlandığını yəqin etmişdir. Pul kisəsində 430 manat pul olmuşdur. Pul kisəsinin qiyməti 10 manatdır. Ona ümumilikdə 440 manat maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. Ailəsi ilə birlikdə yaşayır və Qaraçuxur qəsəbəsində yerləşən “Tamerlan” marektdə satıcı işləyir. 14 oktyabr 2019-cu il tarixdə marketdə iş bitidiyinə görə saat 17:10 radələrində Qaraçuxur qəsəbəsində 104 saylı marşurut avtobusuna minərək ünvan 4 ünvana gəlmək istəyərkən Mərdəkan qəsəbəsində “Stansiya” deyilən yerdə “Zəfəran” aptekin qarşısında avtobus dayandıqda növbəti dayanacaqda düşmək üçün o, ayağa qalxmışdır. Gediş haqqını ödəmək üçün pul kisəsini cibindən götürmək istədikdə içərisində 350 manat pul, atasına və anasına məxsus təqaüd kartları, özünə məxsus şəxsiyyət vəsiqəsi olan pul kisəsinin oğurlandığını aşkar etmişdir. Ona ümumilikdə 350 manat maddi ziyan dəymişdir. Halhazırda ona dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs24 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. Ailəsi ilə birlikdə yaşayır. 12 oktyabr 2019-cu ıl tarixdə səhər saat 10 radərində yaşadığı Yeni Romana qəsəbəsindən Koroğlu metrosu istiqamətində hərəkətdə olan 136 saylı sərnişin avtobusna minmiş, avtobusda yer olmadığından o, avtobusda sürücü tərəfdən ayaq üstdə dayanmışdır. Həmin vaxt onun yanında balaca boylu bir kişi sərnişin olmuş, əlində qara rəngdə gödəkçəsi olmuşdur. Həmin şəxs onun yanından keçəndə ona dəymiş və getmişdir, bu zaman onun çantasından nəsə götürüldüyünü hiss etmişdir. “Koroğlu” metrosunda avtobusa 1 manatlıq ödəyib avtobusdan düşmüş və metroya tərəf gedəndə əl çantasına baxmış, çantada pul qabının olmadığını görmüşdür. Pul qabı 50 manatlıq pul qabı olmuşdur. Pul qabının içində 1 ədəd 100 manatlıq, 6 ədəd 20 manatlıq, 2 ədəd 2 manatlıq olmaqla ümumilikdə 222 manat, ona məxsus şəxsiyyət vəsiqəsi, müxtəlif alışveriş və vizit kartlar, avtobus kartı olan “Bakıkart” olmuşdur. Həmin vaxt o, xəstə olduğuna görə bu barədə ərizə ilə polisə müraciət etməmişdir. Ancaq sonradan 2019-cu ilin noyabr ayında onun istifadəsində olan mobil nömrəsinə zəng gəlmiş və ona polisdən olduğunu deyən şəxs ona şəxsiyyət vəsiqəsinin bir nəfərin evində tapıldığını və həmin şəxsin də tutulduğunu demişdir. Ona oğurluq zamanı 274 manat ziyan dəymişdir. Hal-hazırda ona dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs23 qızı verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. Ailəsi ilə birlikdə yaşayır. 17 iyun 2019-cu il tarixdə Neftçala rayonundan 385 manata “Xiaomi Redmi 7” markalı mobil telefon almış və həmin gün o, ünvan 5 ünvanından Şüvəlan qəsəbəsinə getmək üçün metro ilə “Koroğlu” metrosuna gəlmişdir. O, metroda qatardan çıxdıqda telefonunu çantasına qoymuşdur. Həmin günü saat 18:30 radələrində Şüvəlan qəsəbəsinə getmək üçün “Koroğlu” metrosunun yaxılığında olan dayanacaqda 136 nömrəli avtobusa minmişdir. Avtobus dayancaqdan Şüvəlan qəsəbəsi istiqamətində hərəkətə başladıqdan sonra telefonunu götürmək üçün çantasını açmış və həmin vaxt mobil telefonunun çantada olmadığını aşkar etmişdir. Telefonun üstündə 10 manat dəyərində 055 *** ** ** nömrəsi olmuşdur. Baş vermiş hadisə nəticəsində ona 395 manat maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs21 Müşfiq oğlu verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. Ailəsi ilə birlikdə yaşayır. 12 sentyabr 2020-ci il tarixdə ailəsi ilə birlikdə Gürcüstan Rspublikasından Bakı şəhərinə avtobusla “Koroğlu” metrostansiyasına gəlmişdir. O, “Koroğlu” metrosunun yaxınlığında olan piramidanın yanında avtobusdan düşüb qohumları ilə birlikdə taksi dayanacağına yaxınlaşmışdır. Həmin vaxt orada əhali sıx olmuşdur. O, valideynlərini taksi ilə yola salmaq üçün əlini cibinə salıb cibində olan pul kisəsini götürmək istədikdə pul kisəsinin cibində olmadığını aşkar etmişdir. Həmin pul kisəsində 300 manat pul, şəxsiyyət vəsiqəsi və “VTB” banka aid kartı və xırda pullar olmuşdur. Pul qabı 10 manat təşkil edir. Ona 310 manat maddi ziyan dəymişdir. Bank kartında isə pul olmamışdır. Hal-hazırda ona dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. Ailəsi ilə birlikdə yaşayır. 21 oktyabr 2019-cu il tarixdə istirahət günü olduğu üçün evdə olmuşdur. Həmin günü saat 11:50 radələrində 8 yaşlı oğlu X7 Nizami rayonunun ərazisində yerləşən təshil aldığı 210 nömrəli orta məktəbə aparmaq üçün Mehti ilə birlikdə evdən çıxmışdır. 15 dəqiqə sonra onlar dayanacağa gəlib 189 nömrəli avtobusa minmişlər və saat 12:30 radələrində Nizami rayonu, Qara Qarayev prospektində yerləşən Yeni Azərbaycan Partiyasının inzibati binasının qarşısında avtobusdan düşüb yolun digər tərəfinə keçmişlər. Bir neçə metr getdikdən sonra oğlunun əynində olan göy rəngli gödəkçəsinin cibinə baxdıqda “Xiaomi Redmi 4” markalı telefonun olmadığını və oğurlandığını aşkar etmişlər. Bundan sonra o, oğlunu məktəbə aparmışdır. Evə qayıtdıqdan sonra yenidən oğlunu məktəbdən götürməyə getmiş və məktəbdən çıxdıqdan sonra DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Telefona görə ona 200 manat maddi ziyan dəymişdir. Lakin telefonu 2018-ci ilin mart ayında 460 manata almışlar. Hal-hazırda ona dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. Ailəsi ilə birlikdə yaşayır, üç övladı var. 08 aprel 2019-cu il tarixdə saat 18:30 radələrində metronun “Koroğlu” stansiyasının qarşısında 136 saylı sərnişin avtobusunda olan zaman naməlum şəxsin onun cibindən “Samsung A3” markalı mobil telefonunu oğruladığını aşkar etmişdir. Bundan dərhal sonra o, avtobusun sürücüsünə yaxınlaşıb telefonunun oğurlandığını demişdir. Sürücü isə ona demişdir ki, bu barədə onun xəbəri yoxdur. O, 25-ci PŞ-nə gələrək telefonunun oğurlanması barədə məlumat vermişdir. Mobil telefonun qiyməti 840 manat olmuşdur. Hal-hazırda ona dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 Xaliq qızı verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. Ailəsi ilə birlikdə yaşayır. 02 mart 2019-cu il tarixdə saat 17 radələrində o, yaşadığı ünvana getmək üçün Bakı şəhəri, Nizami rayonu, “Qara Qarayev” metrostansiyasının yaxınlığında 214 saylı marşurut avtobusuna minmiş və həmin vaxt marşurut avtobusunda çoxlu sayda sərnişinlər olduğuna görə ayaq üstdə dayanmışdır. Təxminən saat 18 radələrində ünvan 7 ünvanında yerləşən “Halal” mərasim evinin qarşısında avtobusdan düşən zaman gediş haqqını ödəmək üçün pul kisəsini çantasından götürmək istədikdə içərisində 900 manat pul və şəxsiyyət vəsiqəsi olan pul kisəsinin çantada olmadığını görmüşdür. Bundan sonra o, baş vermiş hadisə barədə DİN-in 102 zəng mərkəzinə zəng edərək məlumat vermiş və ərizə ilə Suraxanı RPİ-nin 31-ci PB-nə müracət etmişdir. 05 mart 2019-cu il tarixdə onu 31-ci PB-nə dəvət etdikdə o, 31-ci PB-nə getmiş və orada olan zaman X4 ona məxsus olan pul kisəsini və şəxsiyyət vəsiqəsini tapması barədə məlumat vermişlər. Lakin pul kisəsində 900 manat olmamışdır. 31-ci PB-də olan zaman qəhvəyi rəngli dəridən olan “Lionel” markalı pul kisəsi və şəxsiyyət vəsiqəsi ona təhvil verilmişdir. Pul kisəsini o, 20 manata almışdır. Oğruluq zamanı ona 920 manat maddi ziyan dəymişdir. Hal-hazırda təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, cəza təyini məsələsini məhkəmənin mülahizəsinə buraxır. Zərərçəkmiş şəxs14 10.06.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs10 16.09.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı etiraz və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs14 və Zərərçəkmiş şəxs10 iştirakları olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumatlandırılmış zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs20 və zərərçəkmiş şəxsin hüquqi varisi X8 məhkəmə iclaslarına gəlməmişlər, onların məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamışdır. Müdafiə tərəfi zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs20 və zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəmə baxışında iştiraklarını tələb etmədiyindən məhkəmə tərəfindən onların ibtidai istintaq zamanı vermiş olduqları ifadələri elan edilmişdir. Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Tələbə olduğuna görə o, həftənin beş günü səhər saat 08 radələrində evdən çıxır və saat 15 radələrində evə qayıdır. 26 fevral 2019-cu il tarixdə səhər saat 08 radələrində həmişə olduğu kimi o, evdən çıxıb təhsil aldığı Akademiyaya getmiş və dərs saatı bitdiyi üçün həmin günü saat təxminən 14 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisindən 107 nömrəli avtobusa əyləşərək Sabunçu rayonu, Sabunçu dairəsi adlanan yerə, yəni 3 saylı ŞKX-na gedən yolda olan dayanacağa gəlmiş, avtobusdan düşüb yaşadığı evə getmək üçün 55 nömrəli avtobusa minmişdir. Saat təxminən 14:20 radələri olardı, o, avtobusa minən zaman atvtobusda sıxlıq olmaqla içəridə 30-40 nəfərə yaxın sərnişin olmuşdur. Avtobusa o, avtobusun orta qapısından mindikdən sonra sağ tərəfdə ayaq üstdə dayanmışdır. Özündə olan “Xiomi Redmi 5 A” markalı mobil telefonunda olan oyunlarla oynamağa başlamışdır. Təxminən bir neçə dəqiqə sonra saat təxminən 15:20 radələrində hərəkətdə olduğu 55 nömrəli avtobus yaşadığı yerə yaxınlaşdığı üçün o, avtobusun qabaq hissəsinə yaxınlaşıb sürücünün yaxınlığında dayanmışdır. Həmin vaxt avtobusun içərisində olan konduktor onun yanında idi və konduktor onun telefonunu qoyduğu gödəçəsinin sağ cibinə yaxın yerdə dayanmışdır. O, yaşadığı evə yaxınlaşıdığı üçün Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində Ə.Mehbalıyev küçəsində yerləşən “Uşaq” parkının yaxınlığında olan avtobus dayanacağında avtobusdan düşmüşdür. Avtobusdan düşdükdən bir dəqiqə sonra o, telefonunu cibindən götürmək istədikdə 247 manata aldığı, hesabında pul olmayan, üzərində 7 manata almış olduğu 050 *** ** ** nömrə olan “Xiomi Redmi 5A” markalı və **********30745, **********30752 imei kodlu mobil telefonunun cibində olmadığını və oğurlandığını aşkar etmişdir. Bundan sonra o, Suraxanı RPİ-nin 32-ci PB-nə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs5 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Özü təqaüdçüdür və həmin təqaüdlə dolanır. 13 mart 2019-cu il tarixdə təxminən saat 17 radələrində təqaüdünü çıxarıb yaşadığı evə getmək məqsədilə 140 nömrəli avtobusa əyləşmişdir. Həmin vaxt 140 manat pul olan pul kisəsini əlində olan sellofan paketə qoymuşdur. Bundan sonra o, avtobusla yaşadığı evə tərəf gəlmiş və evinin yaxınlığında avtobusdan düşüb evə getmişdir. Evə çatdıqdan sonra o, sellofan paketi açdıqda pul kisəsinin olmadığını aşkar etmişdir. Pul kisəsinin oğurlandığını başa düşüb dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. O, məlumat verən zaman sənədlərinin də pul kisəsində olduğunu düşünmüşdür. 102 xidmətinə zəng edən zaman elə buna görə də sənədlərinin oğrulandığını demişdir. Lakin o sonradan sənədlərini cibində tapmışdır. Pul kisəsinin qiyməti 10 manat olmuşdur. Ona 150 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır və 3 nömrəli internat məktəbində tərbiyəçi işləyir. 06 mart 2019-cu il tarixdə saat 17 radələrində Bakı şəhəri, Qara Qarayev metrostansiyasının yaxınlığında işdən çıxıb metronun qarşısında 113 saylı marşurut xətti ilə hərəkətdə olan nömrəsini bilmədiyi “Daewoo” markalı avtobusa minmiş və orta hissədə qapının əks istiqamətində ayaq üstdə dayanmışdır. Avtobusda ondan sağ və sol tərəfində iki cavan qız, arxa tərəfində isə 30 yaşlarında hündür boylu oğlan dayanmış və bir əlini onun başının üstündən avtobusun dəmir tutacağından tutmuşdur. Avtobusda sərnişin sıxlığı olduğuna görə basabas olmuş və arxadan oğlan ona toxunduğu üçün o, hər dəfə çevrilərək oğlanın üzünə baxmışdır, lakin sifətinə fikir verməmişdir. Oğlanın başında idman papağı olmuşdur. Oğlan arxadan tutacaqdan tutarkən avtobus Razin qəsəbəsində “Akkordun” binalarının yanında olmuşdur. Avtobus Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsində olan “Bül-Bülə” şadlıq evinin qarşısını keçdikdən sonra avtobusda yer boşaldığına görə o, oturmuş və oturan zaman oğlanı görməmişdir və ola bilsin ki, oğlan artıq avtobusdan düşmüşdür. O, oturan zaman sol tərəfində olan qız artıq əyləmişdir və o, qızın yanında oturmuşdur. Avtobus bir qədər hərəkət etdikdən sonra o, çantasına baxdıqda çantasında kitablar olmuşdur. Çantasının qabaq gözlüyündə isə “Redmi 4X” modelli telefonu qoymuşdur. O, çantaya baxan zamanı telefonun həmin yerdə olmadığını görmüşdür. Yanında oturan qıza telefonunun çantasında olmadığını dedikdə qız ona ola bilsin arxa tərəfdən duran oğlanın götürdüyünü və oğlanın özünü şübhəli apardığını demişdir. Telefonunun oğrulanması barədə o, avtobusda olanlara və sürücüyə heç nə deməmişdir. Yanında oturan qızdan zəng etmək üçün telefonu isəməsinə baxmayaraq qız ona telefonunu verməmişdir. Səttar Bəhlulzadə küçəsində o, univermağın qarşısında avtobusdan düşmüş və bir nəfərdən zəng etmək üçün telefonu ona verməsini xahiş etmişdir və o, həmin telefonla oğurluq barədə DİN-nin 102 ximdətinə zəng edib məlumat vermişdir. Mobil telefonun qiyməti 250 manat, üzərində olan 055 *** ** ** GSM nömrəsinin qiyməti isə 5 manatdır və ona 255 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs12 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. 13 noyabr 2019-cu il tarixdə saat 13 radələrində evdən çıxaraq “Gənclik Mall” ticarət mərkəzinə getmək üçün yaxınlıqdakı dayancaqda 46 nömrəli marşurut avtobusuna minmişdir. Metronun “28 May” stansiyasının yaxınığında avtobusdan düşüb yoluna davam etmişdir. “Gənclik Mall” ticarət mərkəzinə çatmış və alış-veriş etmək istədikdə pul kisəsisinin olmadığını aşkar etmişdir. Əvvəlcə o, pul kisəsini evdə unutduğunu düşünmüşdür. Lakin həmin günü evdə olan zaman pul kisəsinin evdə olmadığını görüb oğurlandığını dəqiqləşdirmişdir. Həmin pul kisəsi qəhvəyi rəngdə olmaqla “İnci” markalı idi. Pul kisəsinin içərisində DSM-yə aid sosial kartı, 400 manat nağd pul, torpaq əkini üçün subsidiya kartı olmuşdur. Baş vermiş oğurluq hadisəsi barədə o, polisə müraciət etməmişdir. 21 noyabr 2019-cu il tarixdə DİN-nin əməkdaşı ona zəng edərək belə bir hadisənin olub-olmadığını ondan soruşduqda o, həmin əməkdaşa pul kisəsinin oğurlandığını demişdir. Ona məlumat verilmişdir ki, oğurluq etdiyinə görə tutulmuş Bünyat adlı şəxsin evindən ona məxsus olan şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülüb. Bundan sonra baş vermiş oğurluq barədə 22 noyabr 2019-cu il tarixdə DİN-nin Baş Cinayət Axtarış İdarəsinə müraciət etmişdir. Daha sonra toplanmış material Nərimanov RPİ-nin 18-ci PŞ-nə, oradan isə Suraxanı RPİ-nin İŞ-nə göndərilmişdir. Oğurluq zamanı oğurlanmış pul kisəsinin qiyməti 20 manat olmuş və ona ümumlikdə 420 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs17 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. 16 oktyabr 2019-cu il tarixdə saat 11 radələrində azyaşlı uşağı ilə birlikdə evdən çıxıb şəxsi işi ilə əlaqədar olaraq getmişdir. Həmin günü saat 17 radələrində Binə qəsəbəsindən 160 nömrəli marşurut avtobusu ilə yaşadığı evə qayıtmışdır. Avtobus sürücüsünə yol pulu verib evinə gəlmişdir. Evdə olan zaman çantasında saxladığı pul kisəsinə baxanda pul kisəsinin çantasında olmadığını görmüşdür. Pul kisəsində ona, həyat yoldaşına, azyaşlı uşaqlarına məxsus şəxiyyət vəsiqələri və 100 manat pul olmuşdur. Bunu aşkar edən kimi bu barədə DİN-nin 102 xdmətinə zəng edib məlumat vermişdir. Daha sonra polis əməkdaşları gəlmiş və o, ərizə yazaraq oğurluq barədə məlumat vermişdir. Oğurlanmış pul kisəsinin qiyməti 5 manatdır. Pul kisəsinin markası olmasa da üzərində qız şəkili vardır. Oğurluq zamanı ona 105 manat maddi ziyan dəymişdir. Məkəmə əmtəəşünaslıq ekspertizasının 12 may 2020-ci il tarixli 9/180 nömrəli rəyi ilə razı deyil. Çünki ona məxsus olan və rəydə göstərilmiş pul qabının qiyməti 8 manatdır və pul kisəsinin qiymətinin 8 manat olaraq hesablanmasını xahiş etimşdir. Zərərçəkmiş şəxs19 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. 05 noyabr 2019-cu il tarixdə saat 15 radələrində o, Qala qəbəsində yerləşən hərbi şəhərciyə getmiş və 150 nömrəli dayancaqda avtobusdan düşmüşdür. Onun əl çantasında pul kisəsi var idi və pul kisəsinin içində 279 manat pul olmuşdur. Çantasına baxan zaman pul kisəsinin çantada olmadığını görmüşdür. Ona məlum olmuşdur ki, avtobusda olan zaman pul kisəsi əl çantasından oğurlanıb. Bundan sonra o, bu barədə şikayət etmişdir. Oğurlanmış pul kisəsinin qiyməti 15 manatdır. Ona ümumilkdə 294 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs18 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. 17 sentyabr 2019-cu il tarixdə saat 18 radələrində 7”B” marşurut avtobusu “Ayna Sulatanova” deyilən yerdən “Koroğlu” metrostansiyasına, orada isə 136 saylı marşurut avtobusu ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsinə gəlmişdir. “Şüvəlan Parkın” qarşısında avtobusdan düşərkən cibində 500 manat pulun yerində olmadığını və oğurlandığını aşkar etmişdir. Bununla bağlı o, dərhal polisə şikayət etmişdir. Ona 500 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs22 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. 02 noyabr 2019-cu il tarixdə səhər saatlarında həyat yoldaşı Yaşar ilə evdən çıxaraq taksi ilə həyat yoldaşının işlədiyi Nizami rayonunda '‘Qara Qarayev” metrosunun yaxınlığına getmişdir. Orada Yaşarla sağollaşıb o, işə getmək üçün yaxınlıqda yerləşən mağazalardan birinə daxil olmuş, alış-veriş etdikdən sonra əlində olan pul kisəsini əl çantasına qoymuş, əl çantasını isə çiyinindən asmış və dayanacağa yaxınlaşaraq 62 nömrəli avtobusa minmişdir. Həmin avtobusda sərnişin sıxlığı olmasa da oturacaqlar dolu olmuşdur. “Koroğlu” metrosunda düşməli olduğundan o, oturmayıb ayaq üstdə dayanmışdır. Metronun “Koroğlu” stansiyası istiqamətində çataçatda o, dayandığı yerdən bir qədər qabağa keçib sürücünün arxa tərəfində dayanmışdır. Bu zaman tanımadığı bir nəfər 165-170 sm boyunda olan, arıq bədən quruluşlu, əynində qara rəngli gödəkçə olan şəxsin də yanında dayandığını gördükdə həmin şəxsi qolu ilə itələmişdir. Həmin şəxs də ayaq üstdə dayanaraq sol əli ilə tutacaqdan tutmuş və üzünü ondan gizlətmiş və onun üzünə baxa bilməmişdir. Avtobus metronun “Koroğlu” stansiyasına çatdıqda həmin şəxs avtobusdan düşmüşdür. Onun özü də cibindən pul çıxarıb avtobusun pulunu verib avtobusdan düşmüşdür. Əl çantasına baxdıqda ona məxsus olan içərisində 455 manat pul, dəyərləri olmayan kommunal ödəniş kartları, 350 manat dəyərində “Samsung A7” markalı mobil telefon aparatı olan 10 manat dəyərində pul qabının oğurlandığını aşkar etmişdir. Mobil telefonun üzərində olan 055 *** ** ** 01 mobil nömrənin qiyməti isə 10 manat idi. Ona 825 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs6 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Xaçmaz rayonu, Hacıəhmədoba kəndində qeydiyyatda olsa da Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsi, Daş karxanası ev 198-də ailəsi ilə birlikdə yaşayır. 22 oktybar 2019-cu il tarixdə saat 18 radələrində o, Bakı şəhəri, Ziya Bünyadov prospektində yerləşən “Socar” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən avtobus dayanacağında 36 nömrəli avtobusa minmiş və Bakı şəhəri, Qara Qarayev prospektində olan “Sevinc” kinoteatrı ilə üzbəüz daynancaqda avtobusdan düşmüşdür. Çantasından pul qabını götürmək istədikdə pul qabının çantasında olmadığını görmüşdür. Pul qabında 105 manat pul, şəxsiyyət vəsiqəsi, tələbi bileti və kartlar olmuşdur. Pul qabının qiyməti 10 manatdır. Evə gəldikdən sonra o, DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Zərərçəkmiş şəxs9 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. 07 mart 2020-ci il tarixdə saat 14:30 radələrində işlədiyi Milli Aviasiya Akademiyasından çıxıb “Koroğlu” metrosuna getmək üçün aeroport yolundan 171 nömrəli avtobusa minmişdir. Avtobus “Koroğlu” metrosuna çatıdıqda o, avtobusdan düşüb metroya tərəf getmişdir. Metronun keçidinə çatmağa az qalmış ondan qarşı tərəfdə gedən 50-55 yaşlarında üz cizgiləri yadında qalmayan bir qadın bir anlıq onun qarşısında dayanmışdır. Bu vaxt arxadan gələn üzünü görmədiyi başqa bir qadın is onu arxadan sıxmağa başlamış və onun sağ əlində olan çantanı geri dartmışdır. Həmin çantasına kiminsə müdaxilə etdiyini hiss etsə də onun ətrafında qadınlar olduğundan o, qadınların ona qarşı oğurluq edəcəyini düşünməmişdir. Həmin qadınların arasında o, təxminən 10-15 saniyə bu vəziyyətdə qaldıqdan sonra qarşısındakı qadının ona yol vermədiyini görüb o, həmin qadının yan tərəfindən keçib getmişdir. Daha sonra həmin qadının kənarda dayandığını və üzünü ondan gizlətdiyini görmüşdür. O, yoluna davam edib “Koroğlu” metrosuna düşmüş və pul kisəsini götürmək üçün çantasına baxdıqda pul kisəsinin çantasında olmadığını görmüşdür. Pul kisəsində 175 manat pul, iki ədəd 1 ABŞ dolları əskinası olmaqla cəmi 2 ABŞ dolları, şəxsiyyət vəsiqəsi, sığorta kartı, “Kapital Banka” aid birkart kartı və “Beynəlxalq Banka” aid maaş kartı olmuşdur. Kartların hesabında pul olmayıb. Pul kisəsi isə 10 manatdır. Zərərçəkmiş şəxs11 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanında ailəsi ilə birlikdə yaşayır. 10 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonunda “Neftçilər” metrostansiyasının yaxınlığında “Koroğlu” metrosuna getmək məqsədilə 62 nömrəli avtobusa minmişdir. “Koroğlu” metrosuna çatıdıqda avtobusdan düşmək üçün çantasından pul qabını çıxarıb gediş haqqını ödəmək istədikdə pul qabının çantada olamdığını görmüşdür. Pul kisəsinin içində 225 manat pul, şəxsiyyət vəsiqəsi və maaş kartı olmuşdur. Pul kisəsinin qiyməti 10 manatdır. Zərərçəkmiş şəxs20 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Bir neçə günlük o, Bakı şəhəri, Binə qəsəbəsində yaşayan qohumlarının evinə qonaq getmişdir. 21 oktyabr 2019-cu il tarixdə qohumlarının yaşadığı Binə qəsəbəsinə getmək üçün “Koroğlu” qəsəbəsindən Binə qəsəbəsi istiqamətinə gedən 160 nömrəli avtobusa minmişdir. Avtobusda yer olmadığından o, ayaq üstdə dayanmışdır və avtobusda adamlar çox olmuşdur. Binə qəsəbəsində avtobusdan düşmək istədikdə gediş haqqını ödəmək üçün pul kisəsini götürmək istədikdə pul kisəsinin üstündə olmadığını görmüşdür. Bundan sonra o, dərhal polisə məlumat vermişdir. Ona məxsus pul kisəsinin içində şəxiyyət vəsiqəsi, 200 manat dəyərində 585 əyarlı qızıl sep, tələbə bileti, maaş kartı, bir kart və 15 manat olmuşdur. Pul kisəsinin qiyməti isə 15 manatdır. Ona 230 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs16 hüquqi varisi X8 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs16 onun doğma qızıdır və Kəmalə hadisə baş verən günə qədər Lənkəran şəhərində yaşamışdır. Onun qızı Kəmalə 10 noyabr 2019-cu il tarixdə Bakı şəhərində olan zaman 104 nömrəli marşurut avtobusda özünə məxsus “Samsung A8” markalı mobil telefonu oğurlanmış və hadisə nəticəsində qızına 725 manat maddi ziyan dəymişdir. Bununla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi başlanmış və onun qızı zərərçəkmiş şəxs qismində tanınmışdır. Sonrada həmin cinayət işinin ibtidai istintaqının davam etdirilməsi Nəsimi rayon Polis İdarəsinə həvalə edilmişdir. Onu qızı Zərərçəkmiş şəxs16 02 aprel 2020-ci il tarixdə Lənkəran şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən vəfat etmişdir. İş materiallarında olan “baxış-axtarış və əşyanın götürülməsi istintaq hərəkətlərinin keçirilməsi barədə” 15 noyabr 2019-cu il tarixli protokoldan görünür ki, Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi Nizami Məhərrəmov tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Surxanı qəsəbəsi, 1-ci Mədən küçəsindəki evinə 15.11.2019-cu il tarixdə baxış aparılmış, baxış zamanı həmin evdə markalanma nişanı olmayan və üzərində qız fotoşəkli olan qadın pul qabı, Zərərçəkmiş şəxs17 məxsus şəxsiyyət vəsiqəsi, X11 məxsus şəxsiyyət vəsiqəsi, Dövlət Sığorta Şəhadətnaməsi, X10 məxsus şəxsiyyət vəsiqəsi, X3 məxsus şəxsiyyət vəsiqəsi, Zərərçəkmiş şəxs24 Calal qızına məxsus şəxsiyyət vəsiqəsi və Zərərçəkmiş şəxs12 məxsus şəsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür (cild 1, i/v 113-115). İş materiallarında olan 15.11.2019-cu il tarixli “şəxsin tanınması haqqında” protokoldan görünür ki, 15.11.2019-cu il tarixdə Suraxanı RPİ-nin İŞ-nin baş müstəntiqi Müşfiq Əliməmmədov tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 tanınamaya təqdim edilmiş və şəxsin tanınmaya təqdim edilməsi barədə protokoldan göründüyü kimi Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tanıyaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 06.03.2019-cu il tarixdə o, avtobusda olan zaman onun arxa tərəfində dayanan şəxsdir. Tanınma zamanı Təqsirləndirilən şəxs bildirdi ki, Zərərçəkmiş şəxs2 tanıyır və Zərərçəkmiş şəxs2 çantasında mobil telefonu avtobusda olan zaman o, oğurlamışdır (cild 3, i/v 75-77). İş materiallarında olan 28 dekabr 2019-cu il tarixli qəbzdən görünür ki, X17 arvadı Zərərçəkmiş şəxs12 məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsini Suraxanı RPİnin İstintaq Şöbəsinin müstəntiqi X1 təhvil almışdır (cild 3, i/v 132). İş materiallarında olan 16 yanvar 2020-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs17 16 oktyabr 2019-cu il tarixdə 160 saylı marşurut avtobusunda pul kisəsinin içində oğurlanmış ona məxsus şəxsiyyət vəsiqəsi, həyat yoldaşı X11 məxsus şəxsiyyət vəsiqəsi, onun adına sığorta kartı, qızı X3 məxsus şəxsiyyət vəsiqəsi və oğlu X10 məxsus şəxsiyyət vəsiqəsini müstəntiq X1 təhvil almışdır (cild 3, i/v 171). İş materiallarında olan 18 dekabr 2019-cu il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, “CD” diskdə 2 qovluqda eyni məzmunlu video və 10 qovluqda fotoşəkil vardır. Fotoşəkillər videogörüntülərdən qeydə alınmışdır. Bütün qovluqlarda avtobusun salonu görünür. Salonda sərnişinlər vardır, salonda sıxlığın olmadığı və oturacaqların hamısının sərnişinlər tərəfindən tutulduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs diskə baxan zaman bildirmişdir ki, görüntülər 02 noyabr 2019-cu il tarixdə saat 09 radələrində 62 nömrəli avtobusun salonunda olan görüntülərdir. Sürücünün arxa tərəfində olan və kamera ilə qeydə alınmış şəxs həmin günü çantasından oğruluq ediyi və adını sonradan bildiyi Zərərçəkmiş şəxs22dır. Həmin qadının arxa tərəfində və eyni zamanda kamera görüntülərində sağ əlində sellofan paket və əynində qara rəngli gödəkçə olan şəxs onun özüdür. Bundan sonra videokamera ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs22 sağ yan tərəfində dayanır, sol əli ilə dəmir tutcaqdan tutur, sağ qoluna isə sellofan paketi dolamışdır və sonra Təqsirləndirilən şəxs sellefon paket olan sağ əli ilə Zərərçəkmiş şəxs22 sağ çiynindən asılmış çantanı açır və içərisindən nəsə götürür. Təqsirləndirilən şəxs onun qolunda olan əli ilə tutub saxladığı sellofan paketin arasında Zərərçəkmiş şəxs22 əl çantasından oğruladığı və içərisində “Samsung A7” markalı mobil telefon olan pul qabıdır. Daha sonra avtobus dayanır və Təqsirləndirilən şəxs, ondan sonra isə Zərərçəkmiş şəxs22 avtobusdan düşür. Həmin görüntülərdən müəyyən fraqmentlər printer vasitəsilə protokola əlavə edilmiş və xüsusi qrafik işarələrlə protokola əlavə edilmiş fotoşəkillərdə müəyyən qeydlər aparılmışdır. Məhkəmə iclasında oğurluq hadisəsini özündə əks etdirən videogörüntülərə baxış keçirilmiş və baxış zamanı protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2020-ci il tarixli 9/1180 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olmasını nəzərə alaraq orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 55,30 manat müəyyən olunur (cild 8, i/v 189- 192). İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15.11.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 16 noyabr 2019-cu il tarixli, 4(010)-150/2019 saylı qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 165-169). İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 16 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs17 məxsus markalanma nişanı olmayan və üzərində qız fotşəkili olan qadın pul qabı, Zərərçəkmiş şəxs17 məxsus şəxsiyyət vəsiqəsi, onun əri X11 məxsus şəxsiyyət vəsiqəsi, Dövlət Sığorta Şəhadətnaməsi, oğlu X10 və qızı X3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs24 Calal qızına və Zərərçəkmiş şəxs12 məxsus şəsiyyət vəsiqələri “sübutların qiymətləndirilməsi haqqında” 14.05.2020-ci il tarixli qərarla maddi sübut kimi tanınması nəzərə alınmış, Zərərçəkmiş şəxs17 məxsus markalanma nişanı olmayan və üzərində qız fotşəkili olan qadın pul qabı, Zərərçəkmiş şəxs24 Calal qızına məxsus şəxsiyyət vəsiqəsinin saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilməsi nəzərə alınmış, Zərərçəkmiş şəxs17, X11 məxsus şəxsiyyət vəsiqələrinin və Dövlət Sığorta Şəhadətnaməsinin, X10, X3, Zərərçəkmiş şəxs24 Calal qızına və Zərərçəkmiş şəxs12 məxsus şəsiyyət vəsiqələrinin sahiblərinə qaytarıldığı nəzərə alınmışdır (cild 10, i/v 23-65). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22.01.2020-ci il tarixli tələbnamədən və Sabunçu rayon məhkəməsinin 14.03.2017-ci il tarixli, 1(008)-118/2017 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş və sonuncu dəfə Sabunçu rayon məhkəməsinin 14.03.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 20.02.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 3, 249-252, cild 8, i/v 166-171). Bakı İstintaq Təcridxanasından Nəsimi rayon məhkəməsinə məhkəməyə ünvanlanmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddət ərzində təcridxananın daxili-rejim qaydalarına riayət edərək əməkdaşların qanuni tələblərinə əməl etmiş, bu müddət ərzində barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. Onunla bir yerdə saxlanılan şəxslərlə rəftarı qənaətbəxşdir. Saxlandığı müddət ərzində ona rəhbərlik tərəfindən iki dəfə “Təşəkkür” elan olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün digər epizodlar üzrə oğurluq cinayətlərini törətməməsinə dair gətirmiş olduğu dəlillər məhkəmə istintaqı zamanı yoxlanılaraq öz təsdiqini tapmamışdır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 15 noyabr 2019-cu il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş Zərərçəkmiş şəxs17 məxsus markalanma nişanı olmayan və üzərində qız fotşəkili olan qadın pul qabı sahibinə qaytarılmalı, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs17, X10, X3, Zərərçəkmiş şəxs24 Calal qızına və Zərərçəkmiş şəxs12 və X11 məxsus şəxsiyyət vəsiqələrinin sahiblərinə qaytarılması, həmçinin X11 məxsus Dövlət Sığorta Şəhadətnaməsinin sahibinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X6 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-340/2020 saylı, 08 oktyabr 2020-ci il tarixli qərara əsasən 19 oktyabr 2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 70 (yetmiş) iş saatı həcmində hüquqi yardımla bağlı X6 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 15 noyabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş Zərərçəkmiş şəxs17 məxsus markalanma nişanı olmayan və üzərində qız fotşəkili olan qadın pul qabı sahibinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş Zərərçəkmiş şəxs17, X10, X3, Zərərçəkmiş şəxs24 Calal qızına və Zərərçəkmiş şəxs12 və X11 məxsus şəxsiyyət vəsiqələrinin sahiblərinə, Dövlət Sığorta Şəhadətnaməsinin isə sahibi X11 qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X6 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar