Məhkəmə qərarları › İş №1(006)-86/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-86/2024

31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-86/2024 31.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Babaəli oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Lənkəran rayon Köhnəgəgir kənd orta məktəbində müəllim işləyən, məhkumluğu olmayan, Lənkəran rayon Göyşaban ərazi dairəsi Ürgə kəndində qeydiyyatda olmaqla, Lənkəran rayon Köhnəgəgir kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin aprel ayında tanışı Zərərçəkmiş şəxs, sonuncuya məxsus Lənkəran rayonu, Köhnəgəgir kəndində yerləşən istifadəsiz qalan fermada heyvandarlıq təsərrüfatı ilə məşğul olub, yaxşı qazanc əldə edəcəklərinə dair yalan vədlər verib etibarından sui-istifadə etməklə aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 51 baş xırda buynuzlu heyvanın alınması adı ilə 08 aprel 2022-ci il tarixdə saat 12 radələrində ünvan 1 ünvanında yerləşən ofisdə Zərərçəkmiş şəxs 12.000 manat, 49 baş xırda buynuzlu heyvanın alınması adı ilə 14 aprel 2022-ci il tarixdə eyni ünvanda 13000 manat, eyni adla 21 aprel 2022-ci il tarixdə həmin ünvanda 1000 manat, eyni adla 22 aprel 2022-ci il tarixdə həmin ünvanda 1000 manat, eyni adla Zərərçəkmiş şəxs sürücüsü Şahid1 vasitəsilə Bakı şəhəri Nəsimi rayonu Bakıxanov prospekti 22 ünvanında yerləşən "Viola" marketdə quraşdırılmış "E-manat" ödəmə terminalından onun özündə olan qohumu Həmid Hüseynovun adına verilmiş 6768- 6771-7057-5348 saylı bank kartına göndərdiyi 1000 manat, fermada müəyyən təmir işlərinin görülməsi adı ilə 10 may 2022-ci il tarixdə 200 manat, eyni adla 19 may 2022-ci il tarixdə 200 manat, 08 iyun 2022-ci il tarixdə 150 manat, 14 iyun 2022-ci il tarixdə 200 manat olmaqla Zərərçəkmiş şəxs sürücüsü Şahid1 vasitəsilə Bakı şəhəri Nəsimi rayonu Bakıxanov prospekti 22 ünvanında yerləşən "Viola" marketdə quraşdırılmış "E-manat" ödəmə terminalından qeyd olunan bank kartına göndərdiyi ümumilikdə 750 manat pulu ələ keçirib verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs cəmi 28750 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 2005-ci ildən etibarən tanıyır. Belə ki, həmin dövrdə atası özünə məxsus olan Lənkəran rayonu. Köhnəgəgir kəndində yerləşən fermanı işlədib heyvandarlıqla məşğul olduğu dövrdə atasının yeznəsi Allahverdi adlı «Şıxı» ləqəbli şəxsin vasitəsi ilə Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Həmin tanışlıq sonradan şərikliyə çevrilmiş və atamgilin aralarında olan qarşılıqlı razılaşmaya əsasən yuxarıda qeyd etdiyi ferma Zərərçəkmiş şəxs satılmış və bildiyi qədəri ilə hər iki şəxsin qoyduğu pul əsasında həmin fermaya heyvanlar alınıb yığılmışdır. Təxminən 4 il davam edən bu şəriklik sonradan hər iki tərəfin razılığı ilə ləğv olunmuş və tərəflər qoyduqları pulu geri götürərək fermanı fəaliyyətini dayandırmışlar. Buna baxmayaraq həmin ferma Zərərçəkmiş şəxs mülkiyyətində qalmışdır. Həmin şəriklik dövründə o, mütəmadi olaraq Zərərçəkmiş şəxs yanına gəlib getmiş atamın göndərdiyi əmanəti və ya payları Zərərçəkmiş şəxs çatdırmış, istər həmin dövrdə, istərsə də sonradan Zərərçəkmiş şəxs ilə aralarında daim səmimi münasibət olmuşdur. 2022-ci ilin təxminən aprel ayı ərəfəsində o, Zərərçəkmiş şəxs Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən ofisinə gəlib bir böyük kimi ondan xahiş etmişdir ki, rayon yerində yalnız müəllimlik maaşı ilə ailəni dolandırmaq və 4 uşağa baxmağın çətin olması səbəbindən həmin fermanı ona müvəqqəti istifadəyə versin. Bankdan kredit götürərək fermanı təmir etdirərək orada xırdabuynuzlu heyvan saxlamaq fikrinin olmasını bildirmişdir. Söhbət zamanı Zərərçəkmiş şəxs xırdabuynuzlu heyvanların alınması, həmçinin fermanın dirçəldilməsi üçün lazım olan madiyyatı ona verməyə hazır olmasını bildirmiş və onlar şəriklik barədə razılaşmışdır. Belə olan halda təxmini hesablamalarına görə 100 baş xırdabuynuzlu heyvanın almmasından ötrü lazım olacaq məbləğin bir hissəsini yəni 12.000 manat məbləğində pulu, sonraki gəlişlərində isə müvafiq olaraq 13.000 manat, 1000 manat, 1 000 manat məbləğlərində pulu nağd şəkildə həmin ofisdə Zərərçəkmiş şəxs alıb getmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs onun göndərdiyi bank kartına müxtəlif tarixlərdə, birinci dəfə 1.000 manat məbləğində, sonradan isə 200, 200, 200 və 150 manat olmaqla ümumilikdə 1.750 manat məbləğində pul köçürtmüşdür. Həmin pulların 750 manat hissəsi fermada müəyyən işlərin görülməsindən ötrü olmuşdur. Zərərçəkmiş şəxs aldığı pullarla 197 baş xırdabuynuzlu heyvan və 600 manat məbləğində dəmir setka, su nasosu və ot bağlamaları almışdır. Sonradan şəxsi problemləri və çətinlikləri səbəbi ilə həmin fermanı qurub yarada bilməmiş, aldığı heyvanları isə satıb adını çəkmək istəmədiyi şəxslərə olan borclarını qaytarmışdır. Əslində məqsədi Zərərçəkmiş şəxs aldatmaq olmamış, həqiqətən də fermanı yaradıb oradan ailəsi üçün qazanc əldə etmək olubdur, lakin maddi sıxıntıları səbəbindən bunu edə bilməmiş və nəticədə Zərərçəkmiş şəxs aldığı ümumilikdə 28.750 manat məbləğində pulu geri qaytara bilməmişdir. Sözügedən qəbzi öz xətti ilə özünün yazmasını və həmin qəbzin yazılmasının Şahid1 tərəfindən vıdeoçəkilişlə lentə alınmasına razılıq vermişdir. Zərərçəkmiş şəxs yazdığı ərizədə qeyd olunanlarla razıydır, heç bir şikayəti yoxdur. Hal hazırda Rövşən müəllimlə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini və zərərçəkmiş şəxslə barışmasını bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 23 ilə yaxın müddətdir ki, «X1»-ni təsis etmişdir və həmin təşkilatın rəhbəridir. Qeyd olunan şirkətin ofisi ünvan 3 ünvanında yerləşir. Təqsirləndirilən şəxs təxminən 2005-ci il ərəfəsindən tanıyır. Belə ki, o, 2012-ci ildə Lənkəran rayonu, Köhnəgəgir kəndində yerləşən Təqsirləndirilən şəxs atası Şahid2 məxsus tövləni satın alıb orada fermer təsərrüfatına başlamışdır. Həmin təsərrüfata nəzarəti isə Şahid2 tapşırmışdır. Bununla yanaşı həmin illərdə təxminən 67.000 manat deyərində iri və xırda buynuzlu heyvanlar alıb həmin fermaya yerləşdirməyinə baxmayaraq Şahid2 tərəfindən aldadılaraq qeyd olunan miqdarda maddi ziyana məruz qaldığına görə həmin təsərrüfatı dayandırıb fermanı isə bağlamışdır. Ona vurulmuş maddi ziyanlara baxmayaraq həmin dövrdə o, Şahid2 barəsində polis orqanlarına şikayət etməmiş və sonuncu ilə bütün əlaqələrini kəsmişdir. Bundan xeyli müddət sonra yəni 2022-ci ilin aprel ayında Şahid2 oğlu Təqsirləndirilən şəxs işlədiyi yuxarıda qeyd edilən Bakı şəhəri, Nəsimi rayonu Bakıxanov küçəsində yerləşən ofisinə gələrək Lənkəran rayonu, Köhnəgəgir kəndində yerləşən ona məxsus həmin fermada yenidən heyvandarlıq təsərrüfatı qurmaq planını təklif etmişdir. O, Rövşənin yalan vədlərinə inanıb, orta məktəbdə müəllim işləməsini nəzərə alıb atası kimi dələduzluq yollarına əl atmayacağını düşünüb onunla razılaşmışdır. Ümumi plana əsasən alınacaq 100 baş xırdabuynuzlu heyvanın bir hissəsinin alnmasından ötrü Təqsirləndirilən şəxs təxmini hesablamalarına əsasən 2022-ci ilin 08 aprel tarixində qeyd olunan ünvanda yerləşən ofisdə Şahid1 yanında Təqsirləndirilən şəxs 12.000 manat, 14 aprel 2022-ci il tarixdə eyni məkanda Şahid1 iştirakı ilə 13.000 manat, 21 aprel 2022-cı il tarixdə eyni məkanda 1.000 manat, 22 aprel 2022-ci il tarixdə eyni məkanda 1.000 manat məbləğində pulları Təqsirləndirilən şəxs vermişdir. Bundan başqa Təqsirləndirilən şəxs göndərdiyi Həmid Hüseynovun adına olan bank kartına Şahid1 vasitəsi ilə 25 aprel 2022-cı il tarixdə 1.000 manat, 10 may 2022-ci il tarixdə 200 manat, 19 may 2022-ci il tarixdə 200 manat, 08 iyun 2022-ci il tarixdə 150 manat, 14 iyun 2022-ci il tarixdə isə 200 manat, ümumilikdə 1.750 manat məbləğində pul köçürməsini və həmin məbləğlərin ünvan 4 ünvanda e-manat ödəmə terminalından ödənmişdir. Təqsirləndirilən şəxs həmin pulları almasını və nə məqsədlə almasını təsdiq etməkdən ötrü o, Rövşənə qəbz yazmağı və həmin qəbzin tam sərbəst şəkildə tərtib olunmasını təsdiq etməkdən ötrü videoçəkilişin aparılmasını təklif etmiş və Təqsirləndirilən şəxs razılaşdığı üçün Şahid1 həmin qəbzin tərtib olunmasını videoya çəkmişdir. Çəkiliş zamanı Təqsirləndirilən şəxs həmin dövrdə heyvanların alınması və fermanın qurulmasından ötrü ondan pul almasını məbləğləri ilə birgə qeyd edib bundan başqa heyvanları alıb fermaya yığmasını və fermanın fəaliyyətə başlamasını bildirib yazmışdır. Bundan sonra 2022-ci ilin yay ayları ərəfəsində o, Şahid1 Lənkəran rayonu, Köhnəgəgir kəndində yerləşən ona məxsus fermaya göndərib orada həqiqətən də heyvanların olubolmamasını dəqiqləşdirib ona bildirməsini tapşırmışdır. Şahid1 ona oradan zəng vurub fermada xeyli sayda xırdabuynuzlu heyvanların olmasını bildirdiyi üçün o, həmin işin fəaliyyətdə olmasından arxayın olmuşdur. Bundan bir neçə ay sonra Təqsirləndirilən şəxs ofisinə gələrək maddi çətinlikləri və problemlərinin olmasını bildirib ondan 8.500 manat məbləğində borc istəyərkən Təqsirləndirilən şəxs ofisimdə gözləməsini təklif etmiş və yenidən Şahid1 Lənkəran rayonu, Köhnəgəgir kəndində yerləşən ona məxsus fermaya göndərib oradakı vəziyyətlə tanış olmasını tapşırmışdır. Həmin ərəfədə isə 5.000 ABŞ dollarını sayıb masanın üzərinə qoymuş və fermadan xəbər gözləməyə başlamışdır. Şahid1 Lənkəran rayonu, Köhnəgəgir kəndində yerləşən fermadan ona zəng vuraraq həmin fermanın boş olmasını, orada yalnız Təqsirləndirilən şəxs qardaşına məxsus 3-4 baş xırdabuynuzlu heyvan olmasını bildirmişdir. Belə olan halda o, Şahid1 və şəxsi əlaqələri sayəsində kənddən maraqlanıb Təqsirləndirilən şəxs heç bir heyvan və ya qoyun-quzu almadığını, orada həmin vaxtı olan bir neçə ədəd axsaq heyvanların Təqsirləndirilən şəxs qardaşına məxsus olmasını, həmçinin Şahid1 ilk getdiyində gördüyü heyvanların isə Təqsirləndirilən şəxs ferma qurmaq üçün aldığını deyil ümumilikdə kənd camaatına məxsus heyvanlar olmasını aşkara çıxartmışdır. Qeyd olunanları ofisində kabinetdə oturan Təqsirləndirilən şəxs bildirdikdə isə sonuncu bunları tamamilə təkzib edərək heyvanların otlaqda olmasını bildirdikdə o, tam olaraq aldadıldığını başa düşüb Şahid1la ofisinin başqa otağında telefonla danışa-danışa, 102 xidmətinə zəng vuraraq Təqsirləndirilən şəxs şikayət edəcəyini və onu ofisdən buraxmayacağını bildirib onunla sağollaşmışdır. Geriyə kabinetinə qayıtdıqda Təqsirləndirilən şəxs otaqda olmamasını, qaçmasını görmüşdür. Bu hadisədən sonra Təqsirləndirilən şəxs onunla görüşməyə gəlməmiş, yalnız telefonda pulları mənimsədiyini etiraf edərək qısa zamanda geri qaytaracağına dair yalan vədlər verərək möhlət istəmişdir. Bundan başqa yalandan Bakı şəhərində, «Port Baku» ticarət mərkəzinin yaxınlığında mənzilini satıb ondan dələduzluq yolu ilə ələ keçirdiyi 28.750 manat məbləğində pulu geri qaytaracağına söz versə də həmin puldan heç bir məbləğ geri qaytarmamışdır. Təqsirləndirilən şəxs özü onun yanına gələrək belə bir təklif irəli sürmüşdür. Hətta ilk əvvəl onu yoxlamaq niyyəti ilə kredit götürüb ferma qurmaq məqsədinin olmasını bildirib sonradan ona birlikdə ferma qurmağı təklif etmişdir. Sonda Zərərçəkmiş şəxs hazırda təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, artıq neçə illərdir ki, Zərərçəkmiş şəxs yanında işləyir. Rövşən müəllimlə təqsirləndirlən şəxsin atası Mirzə kişi əvvəllər birgə iş görüblər. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs da həmin vaxtlardan tanıyır. Mənfəəti xeyrinə alınan heyvanların sayında Zərərçəkmiş şəxs aldatmış və bu səbəbdən də mən Zərərçəkmiş şəxs tapşırığı əsasında gedib fermadan yerdə qalan bir neçə heyvanı Bakı şəhərinə gətirmişəm və nəticədə Zərərçəkmiş şəxs dəqiq məbləğini bilmədiyim xeyli miqdarda maddi ziyan dəymişdir. Yuxarıda qeyd etdiklərinə baxmayaraq həmin dövrdə Zərərçəkmiş şəxs Şahid2 barəsində polis orqanlarına şikayət etməmiş və sonuncu ilə bütün əlaqələrini kəsmişdir. Bundan xeyli müddət sonra yəni 2022-ci ilin aprel ayında Şahid2 oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən ofisinə gələrək Lənkəran rayonu, Köhnəgəgir kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus həmin fermada yenidən heyvandarlıq təsərrüfatı qurmaq planını təklif etmişdir. Zərərçəkmiş şəxs onunla razılaşmış və ilk dəfə 2022-cı ilin 08 aprel tarixində qeyd olunan ünvanda yerləşən ofisdə onun yanında X2 Novruzova Lənkəran rayonu, Köhnəgəgir kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fermaya iri və xırda buynuzlu heyvanların alınması məqsədi ilə 12.000 manat, 14 aprel 2022-ci il tarixdə eyni məkanda onun yanında 13.000 manat, 21 aprel 2022-ci il tarixdə eyni məkanda 1.000 manat məbləğində pulları Təqsirləndirilən şəxs vermişdir. Bundan başqa Zərərçəkmiş şəxs tapşırığı əsasında ünvan 4 ünvanda yerləşən «Viola» marketdə quraşdırılmış e-manat ödəmə terminalından Mirhəmid Hüseynovun adına olan hesab nömrəsinə 25 aprel 2022-ci il tarixdə 1.000 manat, 10 may 2022-ci il tarixdə 200 manat,19 may 2022-ci il tarixdə 200 manat, 08 iyun 2022-ci il tarixdə 150 manat, 14 iyun 2022-ci il tarixdə isə 200 manat ümumilikdə 1.750 manat məbləğində pul köçürmüşdür. Həmin hesab nömrəsini Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs göndərmişdir. Bundan başqa bildiyi qədəri ilə həmin məbləğlərin 750 manat hissəsi fermada təmir işlərinin görülməsi məqsədi ilə alınmaqla Təqsirləndirilən şəxs ümumilikdə 28.750 manat məbləğində pul verilməsini bildirmişdir. Təqsirləndirilən şəxs həmin pulları almasını və nə məqsədlə almasını təsdiq etməkdən ötrü Zərərçəkmiş şəxs qəbz yazmağı və həmin qəbzin tam sərbəst şəkildə tərtib olunmasını təsdiq etməkdən ötrü videoçəkilişin aparılmasını Təqsirləndirilən şəxs təklif etmiş və o, razılaşdığı üçün o, həmin qəbzin tərtib olunmasını videoya çəkmişdir. Beləliklə də Təqsirləndirilən şəxs həmin dövrdə heyvanları alıb fermaya yığmasını və fermanın fəaliyyətə başlamasını bildirmişdir. Bundan sonra 2022-ci ilin yay ayları ərəfəsində o, Zərərçəkmiş şəxs tapşırığı ilə Lənkəran rayonu, Köhnəgəgir kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fermaya getmişdir və orada dəqiq sayını bilmədiyi xeyli sayda xırdabuynuzlu heyvanların olmasını görmüşdür. Gördüklərini Zərərçəkmiş şəxs bildirmiş və həmin işin fəaliyyətdə olmasından arxayın olmuşdur və o, geriyə Bakı şəhərinə qayıtmışdır. Bundan bir neçə ay sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ofisinə gələrək maddi sıxıntılarının olmasını bildirib 8.500 manat məbləğində borc istəyərkən Zərərçəkmiş şəxs ona zəng vuraraq belə bir halın olmasını bildirib ona Lənkəran rayonu, Köhnəgəgir kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fermaya gedib oradakı vəziyyətlə tanış olmağı tapşırmışdır. O, Lənkəran rayonu, Köhnəgəgir kəndində yerləşən fermaya gəlmiş və gəldikdə gördüyü mənzərə onu çaşdırmışdır. Belə ki, həmin fermanın boş olmasını, orada yalnız qardaşına məxsus 3-4 baş xırdabuynuzlu heyvan olmasını görmüşdür. Sonradan həmin heyvanların qardaşına məxsus olmasını, həmçinin ilk gəldiyində gördüyüm heyvanların isə Təqsirləndirilən şəxs ferma qurmaq üçün aldığını deyil ümumilikdə kənd camaatına məxsus heyvanlar olmasını və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldatmaq məqsədi ilə belə etdiyini müəyyən etmişdir. Qeyd olunanları Zərərçəkmiş şəxs telefonla bildirmiş və Zərərçəkmiş şəxs 102 xidmətinə zəng vuraraq Təqsirləndirilən şəxs şikayət edəcəyini və Təqsirləndirilən şəxs ofisdən buraxmayacağını bildirib onunla sağollaşmışdır. Beləliklə, o, Bakı şəhərinə qayıtmış və gəldikdən sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ofisindən qaçmışdır. Bu hadisədən sonra Təqsirləndirilən şəxs görüşməyə gəlməmiş, yalnız telefonda pulları mənimsədiyini etiraf edərək qısa zamanda geri qaytaracağına dair yalan vədlər verərək möhlət istəsə də hal-hazıradək həmin puldan heç bir məbləğin geri qaytarılmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, istintaqda verdiyi ifadəni təsdiq etmir. Əsəbləşib belə ifadə vermişdir. Təqsirləndirilən şəxs onun 4-cü övladıdır. O, oğluna vaxtında dedi ki, ziyanın yarısından geri qayıtmaq özü də xeyirdir. Lakin o, sözünə qulaq asmamışdır. Onun hal hazırda uşaqlarının yeməyini icra başçısı verir. O, yalan ifadə verib özünə də ziyan vurmuşdur. Həmin ifadəni bir gecədə Rövşən müəllimə əsəbləşib yazmışdır. Rövşən müəllim yenə də sağ olsun. Oğlunu bağışladı. Onun oğlu təqsirlidir. Cinayət işinin 9-10-cu vərəqlərində olan “Hadisə yerinin müayinə olunması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə ünvan 6 ünvanında qeydə alınmışdır. Cinayət işinin 19-cu vərəqində olan xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş qəbzdən görünür ki, o, tanışı Zərərçəkmiş şəxs onun Lənkəran rayonu, Köhnəgir kəndində yerləşən fermer təsərrüfatına məxsus tövlədə təsərrüfatla məşğul olmaq məqsədilə xx.xx.2022-ci il tarixdə 12.000, xx.xx.2022-ci ilk tarixdə 13.000, 2022-ci ilin aprel ayında iki dəfə olmaqla 2.000 manat həmin ayın 25-i kartla 1.750 manat pul almışdır. Cinayət işinin 46-cı vərəqində olan “Götürmə aparılması və baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd diskə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs təqdim etdiyi diskin içərisində bir ədəd videofayl vardır və həmin videofayl açıldıqda 15 dəqiqə 41 saniyə müddətində videogörüntünün olması müşahidə olunur. Videogörüntüdə bir nəfər tünd göy rəngli gödəkçədə olan şəxs ofisdə kresloda oturmaqla qarşısında masanın üzərində ağ vərəqdə qeydlər aparması müşahidə olunur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs tünd göy rəngli gödəkcədə olan şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Videogörüntü izlənildikdə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə məxsus ofisdə əlyazma ilə vərəqə Zərərçəkmiş şəxs ferma təsərrüfatı ilə məşğul olmaq üçün ayrı-ayrı tarixlərdə pul almasını qeyd etməsi müşahidə edilir. Cinayət işinin 52-ci vərəqində olan Sahib Məhərəmmov tərəfinən təqdim edilmiş 01 ədəd 24795 nömrəli, xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, həmin qəbzdə göstərilən bank kartına 1.000.00 manat məbləğində pul köçürülmüşdür. Cinayət işinin 73-74-cü vərəqlərində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, Lerik rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 259.3 və 315.2-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cəza 02 il şərti sınaq müddəti ilə əvəz edilmiş, xx.xx.2020-ci il tarixdə təyin edilmiş sınaq müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin 113-116-cı vərəqlərində olan Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-447/2023 saylı qərarından görünür ki, vəsatətin təmin edilməsi. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinində istintaq edilən ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin 26 noyabr 2023-cü il tarixədək müəyyən edilməsi, həbsetmənin əvvəlinin 12 sentyabr 2023-cü il tarixdən, saat 11:25-dən hesablanması qərara alınmışdır. Cinayət işinin 142-149-cu vərəqlərində olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi əlyazma olan qəbzin, içərisində videogörüntü olan bir ədəd diskin və Şahid1 təqdim etdiyi bir ədəd ödəmə qəbzinin maddi sübut kimi tanınması və iş materiallarına əlavə edilməsinin nəzərə alınması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı olan etdiyi şikayəti geri götürür. Ona qarşı heç bir iddia, tələbi və şikayəti yoxdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-447/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 26 noyabr 2023-cü il tarixdək müəyyən edilmiş, həbsetmənin əvvəli 12 sentyabr 2023-cü il tarix, saat 11:25-dən hesablanmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş “Axtarışda olan şəxsin tutulmasına dair” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə axtarışda olan şəxs qismində tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 4 (dörd) ay 19 (on doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut olan 01 ədəd əlyazma formasında qəbz, 01 ədəd disk və 01 ədəd ödəmə qəbzi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 4 (dörd) ay 19 (on doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə (09 ay 08 gün) çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Lənkəran rayonu, Köhnəgəgir kəndinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar