Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-87/2024 24.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, R.Məmmədov küçəsi, ev 32 ünvanında qeydiyyatda olan, ünvan 1nında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 manat məbləğində borcu olan qonşusu Zərərçəkmiş şəxs həmin məsələni onun arvadı X3ma bildirməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanın qarşısında aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsədn iki dəfə yumruqla zərbə vuraraq ona - başın alın nahiyəsinin iri ölçülü əzilmiş-cırılmış yarası, alm və sol qaşüstü nahiyələrin qançır-şişkinliyi, sol üst göz qapağının qançırları ilə müşayiət olunan, sağlamlığm qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2008-ci ildən Nəsimi rayonu, Xətai prospekti 38, mənzil 219-da yaşayır. Zərərçəkmiş şəxs da onun yaşadığı binada yaşayır və taksi fəaliyyəti ilə məşğuldur. İşi çox olanda qonşuluqda yaşayan Nərbala taksi ilə məşğul olduğu üçün ondan ailəsində olan şəxsləri bəzi yerlərə aparması üçün xahiş etmişdir. O da ailəsini aparıb gətiribdir və o da taksi pulunu vermişdir. 10 noyabr 2023-cü il tarixdə Nərbala taksi ilə həyat yoldaşı Afəti lazımı ünvana apararkən yolda Nərbala demişdir ki, yoldaşının ona 30 manat borcu var və guya zənglərinə cavab vermir. xx.xx.2023-cü il tarixdə, saat 18:00 radələrində evdə olan zaman evə nəsə almaq lazım olduqda o demişdir ki, Nərbalaya desinlər alıb gətirsin. Həyat yoldaşı Afət həmin vaxt ona dedi ki, Nərbalaya deməsin, ona 30 manat borcu var və guya telefona cavab vermir. O da demişdir ki, Nərbala ona zəng edib bu haqda məlumat verməmişdir. O da bu sözdən əsəbləşmiş və Zərərçəkmiş şəxs zəng edib yaşadığı binanın qarşısında görüşmüşlər. Nərbalaya olan 30 manat borcumu vermiş, sonra kənara çəkilmişlər. Zərərçəkmiş şəxs demişdir ki, yekə kişisən mənim borcum varsa mənə niyə demir, gedib ailəmə deyirsən. Bu sözündən Nərbala gülümsəmiş, o da əsəbləşib Nərbalanın baş nahiyyəsindən yumruqla bir dəfə vurmuşdur. Nərbala alın nalıiyyəsindən xəsarət almış, 2-ci dəfə yumruq vuranda Nərbala yerə yıxılmışdır, həmin zaman dostu Elsevər gəlib onu saxlayaraq kənara çəkmiş və o da hadisə yerindən uzaqlaşmışdır. Nərbala aralarındada olan 30 manat borcu ailəsinə demişdir ki, bu da onu əsəbləşdirmişdir. Həm də ona iradını bildirəndə onun üzünə gülümsəyirdi. Hadisədən sonra Nərbalagilə anası getmiş, lakin Nərbala barışmamışdır. 300 manat maddi yardım etmişlər. Həmin pulu Nərbalaya atası veribdir. Barışıq üçün cəhdlər valideynləri tərəfindən edilmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxsla həm bir rayondandırlar, həm də Bakı şəhərində bir binada yaşayırlar, o, ailəlikcə onları tanıyır, o da onun ailəsini tanıyır, onunla arasında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. Ailəsini dolandırmaq üçün taksi fəaliyyəti ilə məşğul olur. Yaşadığı binada olan sakinlərin çoxusu ona etibar etdiyindən onların ailəsini və uşaqlarını lazımi ünvana aparıb gətirib pulunu alırmış və Təqsirləndirilən şəxs da ailəsini lazimi ünvanlara aparıb gətirib yol pulunu alırmış. Lakin, son zamanlar isə İlqar yol pulunu verməmiş, borclu qalır, hətta bəzən borca pul alır gec qaytarır və pulunu istəmək üçün ona zəng edir zənglərinə cavab verməmişdir. Qonşuluqda yaşayan İlqarın həyat yoldaşını həyətdə gördükdə həmin şəxsin harasa getdiyini deyib avtomobilə əyləşmişdir, istədiyi ünvana apararkən yolda İlqarın həyat yoldaşına demişdir ki, İlqarın ona borcu var pulunu vaxtında vermir, zəng etdikdə zənglərə də cavab vermir. Ona görədə bundan sonra İlqarın özünü və ailəsini taksi ilə lazımi ünvana aparmayacağını demişdir. xx.xx.2023-cü il tarixdə. saat 18:00 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək görüşmək istədiyini demiş, yaşadıqları binanın qarşısında görüşmüşlər. İlqarla görüşən zaman onun ailəsinə niyə borcu olmasını deməsini irad bildirmiş, borcu varsa bu söhbəti ailəsi niyə bilməlidir deyib 30 manat borcunu qaytarmışdır. Bundan sonra onlar kənara çəkilmiş aralarında mübahisə yaranmış və Təqsirləndirilən şəxs yumruqla onun baş nahiyyəsindən iki dəfə vuraraq xəsarət yetirmiş və o da yerə yıxılmışdır. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, Nərbala və İlqar adlı şəxsləri tanıyır. Hər iki şəxs İmişli rayon sakinidir. İlqar onun dostu, Nərbala isə İlqarın ailəvi sürücüsüdür. Onlarla hər hansı bir düşmənçiliyi və ədavəti yoxdur. 17 noyabr 2023-cü il tarixdə saat 18:00 radələrində İlqarla birlikdə Nəsimi rayonu, Xətai prospekti 38 ünvanın qarşısında olarkən İlqar Nərbalaya zəng edərək, yanına çağıdı. İlqarın Nərbalaya 30 manat borcu olmuş, həmin pulu vermək üçün Nərbalanı yanına çağırmışdı. Nərbala gəldikdən sonra İlqar ona 30 manat pul vermiş və irad bildirmişdir. X4 borclu olduğunu kiməsə demişdi. Bundan sonra onlar kənara çəkilmiş və söhbətləşməyə başlamışdılar. Həmin zaman telefonda ona zəng gəldiyi üçün kənara çəkilib telefonla danışmağa başlamışdır. Sonra səs eşidib onlar tərəfə baxdıqda Nərbalanın yerə yıxıldığını görmüş və İlqarın Nərbalanı vurması ona məlum olmuşdur. Nərbala ilə İlqar arasında olan hadisə təxminən 1-2 dəqiqə davam etmişdir. Həmin zaman ətrafda heç kim olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 18-19-cu vərəqlərində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 19 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında hadisə yerinə baxış keçirildi. Baxış zamanı məlum oldu ki, hadisə yeri ünvan 3 ünvanın qarşısıdır.Hadisə yerinin sağ tərəfində hündürmərtəbəli yaşayış binası, sol tərəfində isə park, avtomobil yolu və piyada səkisi vardır. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 34-35-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya X2” X8 xx.xx.2023-cü il tarixli, 1642 saylı rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - başın alın nahiyəsinin iri ölçülü əzilmiş-cırılmış yarası, alın və sol qaşüstü nahiyələrin qançır-şişkinliyi, sağ üst və sol üst göz qapaqlarmın qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində söstərilən müddətdə və şəraitdə yəni. xx.xx.2023-cü il tarixdə vetirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 70-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-13-12-1/2-M- 2439xx/xx/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd edilən cinayətin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə. həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-87/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-87/2024
24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver