Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-88/2021 16.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1983-cü ildə Saatlı rayonu, Qarayevkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Saatlı rayonu, Orta Muğan kəndində qeydiyyatda olmaqla, Xırdalan şəhəri, Z.Əliyeva küçəsində nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, tanışı X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyəti ilə, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə X1 etibarından sui-istifadə edib, özünü Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən cinayətə heç bir aidiyyəti olmayan qardaşı X5 məxsus heç bir hüquq müəyyənedici sənədi olmayan fərdi yaşayış evinin sahibi kimi təqdim edərək pulunu hissəhissə ödəmək şərti ilə Zərərçəkmiş şəxs2 satacağına dair yalan vəd verib özünə inandırdıqdan sonra üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan aldadaraq 2019-cu ilin iyun ayının ortalarından avqust ayının ortalarına kimi olan müddət ərzində bir neçə dəfəyə ünvan 1 ünvanında ümumilikdə 9100 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs X2 xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tanışı X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib, cinayətə heç bir aidiyyəti olmayan Şahid3 məxsus Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi 217C ünvanında yerləşən heç bir hüquq müəyyənedici sənədi olmayan fərdi yaşayış evinin sahibi kimi özünü təqdim edib həmin evi Zərərçəkmiş şəxs1 15500 manata satacağına dair yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan aldadaraq xx xxxxxxxx 2019-cu il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində 500 manat, xx xxxxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 58 ünvanında yerləşən 14 saylı notariat ofisində «ilkin alqı-satqı» müqaviləsi bağlamaqla 10000 manat olmaqla ümumilikdə 10500 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu ilin may ayında əslən Gürcüstanlı olan Taleh İsmayılovla tanış olmuşdur. Həmin ərəfələrdə maddi imkanı çox zəif imiş. Özü üçün iş tapa bilmirmiş. Taleh İsmayılovla tez-tez görüşürmüşlər və onunla necə rahat pul qazanmağın yolları barədə müzakirələr aparırmışlar. Söhbətlərin birində Taleh İsmayılovla belə qərara gəlmişlər ki, qardaşı Cavid Quliyevə məxsus Masazır qəsəbəsi, «Briliant» şadlıq evinin arxasında yerləşən 3 otaqlı, kürsülü, bir mərtəbədən ibarət həyət evini satmaq adı ilə hər hansı bir avam müştərini aldadıb pul qazansınlar. Çünki, bilirmiş ki, hər müştəri onlara inanmaz, ən azından ona görə ki, evin sənədi yox imiş, olsaydı belə qardaşı ona verməzdi. Taleh və o, ev alqı-satqısı ilə bağlı elanlar hazırladaraq metro stansiyalarının yaxınlığına və insanların çox olduğu digər yerlərə yapışdırmışlar. Həmin elanlarda o, və Taleh istifadələrində olan mobil telefon nömrələrini yerləşdirmişlər. Təxminən 2019-cu ilin iyun ayında Zərərçəkmiş şəxs2 ona zəng edərək satışda olan evlərlə maraqlanmışdır. O, danışıq zamanı Zenfiraya bildirmişdir ki, gəlib evlərə baxmaq lazımdır. Növbəti gün, o, Zərərçəkmiş şəxs2 zəng etmişdir ki, gedək Masazırda satılan evlərə baxaq. Talehlə birgə icarəyə götürdüyü «KİA» markalı nömrəsini xatırlamadığı avtomobillə Biləcəri qəsəbəsinə Zenfiranın yaşadığı evə gedib onu götürmüşlər. Həmin avtomobili ona görə əldə etmişlər ki, görüntü yaratsınlar ki, onlar əmlak sahibidirlər, yəni normal maddi imkanları var. Zenfiraya özlərini belə təqdim etmişlər ki, guya fərdi evlərin tikintisi və satışı ilə məşğuldurlar. Zenfiranın yanında qızı Roza da var imiş. O və Taleh onları onun qardaşına məxsus Masazır qəsbəsində yerləşən 3 otaqlı evə aparmışlar. Evdə təmir işlərinin bir çox hissəsi görülmüşdür, təmirlə bağlı cuzi işlər qalmışdır. Zenfira və qızı Roza Masazır qəsəbəsində, «Briliant» şadlıq evinin yaxınlığında yerləşən, ona və Talehə məxsus ev kimi təqdim etdiyi 3 otaqlı həyət evini bəyənmişlər və almağa razılıq vermişlər. O, evi 28000 manata təklif etmiş, sonda qiyməti 20000 manata endirmişdir. Razılıq belə olmuşdur ki, evin pulu hissə-hissə ödənəcəkdir. Pulun bir hissəsi əvvəlcədən bir hissəsi evin sənədi hazır olandan sonra ödənilməli imiş. O və X10 söz vermişlər ki, evin sənədlərini qaydasına salacaqlar və Zenfiranın qızının adına çıxarış hazır edəcəklər. 2019-cu ilin avqust ayında Zərərçəkmiş şəxs2 və qızı Roza ondan və Talehdən evin sənədlərini tələb edirmişlər. Buna görə də Taleh belə bir plan qurmuşdur ki, onun qeyri-rəsmi yaşadığı Rəqsanə adlı qadın zəng edib özünü «Asan» xidmətin əməkdaşı kimi təqdim etsin. Talehin tapşırığı ilə Rəqsanə Rozaya zəng edib yalandan demişdir ki, guya «Asan» xidmətdə çalışır, evin sənədləri hazırdır, gəlib götürmək lazımdır. Rəqsanənin Rozaya bu zəngindən sonra, Roza ona zəng etmiş və bu barədə bildirmişdir. O, Rəqsanənin bu hərəkətindən əsəbiləşib ona zəng etmək istəmişdir ki, iradını bildirsin. Lakin səhvən Rəqsanənin nömrəsi əvəzinə Rozanı yığmışdır. Zenfiranı aldadıb pulunu ələ keçirmək üçün belə bir oyun qurmuşlar. Lakin sonradan Zenfira aldadıldığını başa düşdüyünə görə pulun qalan hissəsini ödəməmişdir. 2019-cu ilin iyul-avqust ayları ərzində hissə-hissə olmaqla Zenfiradan aldadaraq cəmi 9100 manat pul almışlar. Həmin 9100 manatın 4000 manatı ona çatmış, qalan 5100 manat isə Taleh İsmayılova çatmışdır. X11 bütün bu olanlardan xəbəri olmamışdır. Cavid bilməmişdir ki, o, Cavidə məxsus olan evi satmaq adı ilə müştərini aldadıb pulunu ələ keçirib. O, 2 ay Şahid3 evinin tikintisi ilə məşğul olmuşdur. Evin tikintisi zamanı Çingiz ondan 1600 manat əlbəəl borc pul almışdır. Bundan əlavə tikintini başa çatdırmağına baxmayaraq Şahid3 ona ödəməli olduğu 2800 manat zəhmət haqqımı ödəməkdən yayınmışdır. Borc pul və zəhmət haqqı ilə birlikdə 4400 manat pul ödəməli imiş. Lakin həmin məbləği Çingiz ona ödəməkdən yayınırmış. Buna görə də Çingiz ona demişdir ki, ona məxsus kürsülü olan, 2 otaqlı, bir mərtəbəli həmin evi satıb ona çatmalı olan pulu götürsün, qalan pul isə Çingizə qalsın. O, da, razılaşmışdır. Taleh İsmayılovla birlikdə evin 17000 manata satılması ilə bağlı 2019-cu ilin sentyabr ayında elan paylaşmışlar. O və Taleh belə qərara gəlmişlər ki, evi satıb pulunu xərcləsinlər, Çingizə isə heç bir ödəniş etməsinlər. Çingiz evin açarını ona vermişdir ki, müştəri çıxarsa gətirib göstərsin. xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 ona zəng etmiş və satışa çıxardığı evlə maraqlanmışdır. O, Gülnarə ilə görüşmüş, Gülnarə görüşə adını xatırlamadığı rəfiqəsi ilə birgə gəlmişdir. Gülnarə və rəfiqəsi evə baxan zaman Taleh İsmayılov və onun yanında olan Rəqsanə evə gəlmişdir. Söhbət zamanı Rəqsanə özünü onun həyat yoldaşı kimi təqdim etmiş və onlar elə görüntü yaratmışlar ki, guya onlar ailədirlər, Taleh isə onların qonşusudur. Söhbət zamanı demişdir ki, atası metronun «Koroğlu» stansiyasının yaxınlığında avtomobillə piyadanı vurduğuna görə həbs edilib, xərcləri olduğuna görə evi təcili satır. Bundan əlavə Gülnarədə etibar yaransın deyə demişdir ki, evi almaq istəyən adam çoxdur, lakin həmin adamlara deyil, evi məhz ona satacaq. Evin satılmasında beh kimi 500 manat pul istəmiş, lakin Gülnarə bildirmişdir ki, hazırda üzərində beh vermək üçün həmin miqdarda pul yoxdur, lakin gün ərzində görüşüb tələb olunan miqdarda behi verə bilər. Onlar razılaşmışlar və bu məqsədlə Masazır qəsəbəsində saat 22:00 radələrində Gülnarə ilə yaşadığı küçənin başında, yolda görüşmüş və 500 manat pulu beh kimi almış və yekun olaraq evi 16000 manata satmağa razı olmuşdur. Çingizə məxsus olan onun satdığı evdə təmir işləri tam başa çatmamışdır, evdə təmirlə bağlı görüləsi işlər qalmışdır. Zərərçəkmiş şəxs1 ilə belə razılaşmışlar ki, Gülnarə ona 10000 manatı da verdikdən sonra o, evdə yarımçıq qalmış təmir işlərini başa çatdıracaq və evi ona təhvil verəcəkdir. Təmir işləri bitdikdən sonra yerdə qalan 5500 manatı Gülnarə ona verməli imiş. Behi aldığı vaxt Zərərçəkmiş şəxs1 «Whatsapp» vasitəsi ilə şəxsiyyət vəsiqəsinin şəklini göndərmişdir. O, ondan vəsiqəsini istəmişdir ki, onun adına qiymətləndirmə rəyi hazır etsin. xx.xx.2019-cu il tarixdə səhər saatlarında o, Zərərçəkmiş şəxs1 inandırmaq üçün qiymətləndirmə rəyi hazırlatmışdır. Həmin qiymətləndirmə rəyini Taleh İsmayılovun tanışı Cavanşirin vasitəsi ilə hazırlamışdır. Şahid4 Talehin vasitəsi ilə 150 manat ödəmiş və Gülnarənin adına qiymətləndirmə rəyi hazır etmişdir. O, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında Zərərçəkmiş şəxs1 ilə görüşmüş, görüş zamanı Taleh İsmayılov da yanında imiş. O, Gülnarəyə onun adına olan evin sənədini, yəni qiymətləndirmə rəyini təqdim etmişdir. Həmin rəylə tanış olan Zərərçəkmiş şəxs1 narazılıq etmişdir ki, qiymətləndirmə rəyi onun adına olmalıdır. O, da Gülnarə əldən çıxmasın deyə onunla razılaşmış və təklif etmişdir ki, birlikdə gedək rəyi dəyişək. Taleh yolda olan zaman Cavanşirə zəng edib rəyi onun adına dəyişmək lazım olduğunu bildirmiş və həmin gün Cavanşir qiymətləndirmə rəyini Zərərçəkmiş şəxs1 adından onun adına dəyişmişdir. Cavanşirdən soruşmuşdur ki, hansı notarius qiymətləndirmə rəyi əsasında alqı-satqı edir. Çünki o, bilirmiş ki, hər notarius qiymətləndirmə rəyi ilə alqı-satqı müqaviləsini rəsmiləşdirmir. Buna görə də ona elə bir notarius lazım imiş ki, alqı-satqı zamanı problem yaratmasın. Cavanşir də ona demişdir ki, «Şamaxinka» deyilən ərazidə 14 saylı notariusda Elmar müəllimə yaxınlaşsınlar, həmin notarius qiymətləndirmə rəyi ilə alqı-satqı həyata keçirir. Həmin gün saat 14:00 radələrində Gülnarə ilə birgə notarius ofisinə getmişlər. Taleh də razılaşmaya əsasən onun arxasınca notariusa gəlməli imiş, lakin yolda nədənsə arxalarında gələndə onları itirmişlər. 14 saylı notariusda bank vasitəsi ilə Zərərçəkmiş şəxs1 ona 10000 manat ödəmiş və o, həmin pulu qəbul etmişdir. O, 10.000 manatı aldıqdan sonra Gülnarəyə demişdir ki, atasının problemi ilə məşğul olacaq, növbəti gün görüşüb sayğacları onun adına keçirəcək. Gülnarə də bununla razılaşmış və onlar ayrılmışlar. Növbəti gün o telefonu söndürüb telefon nömrəsini dəyişmiş və yeni nömrə istifadə etməyə başlamışdır. 10000 manat pulu əldə etdikdən sonra Talehlə iki hissəyə bölüb, əldə etdikləri pulla xx xxxxxxxx 2019-cu il tarixdə Taleh İsmayılovla birlikdə Gürcüstan Respublikasına, Rustavi şəhərinə yollanmışlar. Orada 3 gün istirahət edib cinayət yolu ilə əldə etdikləri pulları əyləncəyə xərcləmişlər. Sonda törətdiyi cinayət əməllərindən səmimi peşiman olduğunu bildirərək məhkəmədən barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, 30 ilə yaxındır ki, Biləcəri qəsəbəsində yerləşən yataqxanada yaşıyır. Uzun müddətdir ki, ev almaq arzusunda imiş və bu məqsədlə əziyyət çəkib pul yığmışdır. xx.xx.2019-cu il tarixdə işdən evə qayıdan zaman Biləcəri qəsəbəsində, «Ağsaray» restoranının yaxınlığındakı dayanacaqda divara yapışdırılmış Masazır qəsəbəsində evlərin satılması haqda elan diqqətini cəlb etmişdir. Elanda iki nömrə qeyd olunmuşdur: ***-***-**-**; ***-***-**-** və evi satan kimi Ramil adı yazılmışdır. O, həmin nömrələrə zəng etmiş, telefona cavab verən Təqsirləndirilən şəxs olmuşdur. O, danışıq zamanı satışda olan evləri soruşmuş və razılığa gəlmişlər ki, evlərə baxdıqdan sonra bu haqda ətraflı danışsınlar. Növbəti gün, yəni xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs özü ona zəng etmiş və demişdir ki, «hardasansa gəlim səni maşınla götürüm gedək Masazırda satılan evlərə baxaq». O, razılıq vermiş və o, onu Biləcəri qəsəbəsində yaşadığı evdən götürmüşdür. Onu evdən götürəndə Təqsirləndirilən şəxs tək deyilmiş, onun yanında Taleh İsmayılov da var imiş. Təqsirləndirilən şəxs ona demişdir ki, onun qardaşı sahibkardır evləri o tikir, satışı ilə isə özü məşğul olur. Taleh İsmayılov isə özünü belə təqdim etmişdir ki, o özü də, ev tikib satmaqla məşğuldur, Təqsirləndirilən şəxslə şərikdir və evlərin sənədləşmə işlərində ona köməklik edir. O, qızı Şahid1 ilə birlikdə Masazır qəsəbəsində yerləşən təxminən 20 həyət evinə baxmışlar. Evlərin qapısını bütün hallarda Təqsirləndirilən şəxs açırmış və bildirirmiş ki, evlər ona və sahibkar olan qardaşına məxsusdur. Evlərə baxan zaman da, Taleh İsmayılov həmişə onun yanında olmuşdur. 20 evin içərisindən Masazır qəsəbəsində, Ə.Vahid küçəsində yerləşən «Briliant» şadlıq evinin yaxınlığında yerləşən 3 otaqlı həyət evini bəyənmişlər. Həmin evdə tikinti yarımçıq qalmışdır. Evdə görüləsi işlər var imiş. Təqsirləndirilən şəxs evi 28000 manata satmağa razı olmuşdur. Belə razılığa gəlmişlər ki, ilkin olaraq o, Təqsirləndirilən şəxs həmin məbləğin bir hissəsini ödəyəcək, evin sənədləşməsi onun qızı Şahid1 adına keçdikdən sonra isə pulu tam həcmdə ödəməli imiş. Təqsirləndirilən şəxs və Taleh İsmayılov onunla çox səmimi danışırmışlar, deyirmişlər ki, kasıb olduqlarına görə onlara kömək edəcəklər ki, ev alsınlar. Hətta deyirmişlər ki, pulun çatmasa banklarda əlaqələri vardır və ona ipoteka krediti təşkil edə bilər. Təqsirləndirilən şəxs də təxminən 20-30 evin açarı var imiş, o, özü şahidi olmuşdur ki, evlərin qapısını o, özü açır və özünü mülkiyyətin sahibi kimi təqdim edir. Buna görə də, onda etibar formalaşmışdır ki, o, həqiqətən də, düzgün adamlarla iş görür, sonunda onun da, bir evi olacaqdır. Təxminən bir həftə sonra xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs və Taleh İsmayılov onunla yaşadığı ünvanda görüşmüşlər və bəyəndiyi evə görə ondan 300 manat beh qismində pul almışlar. Beh verdiyi gündən 3 gün sonra, yəni xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs və Taleh İsmayılov onunla görüşmüş və bildirmişlər ki, artıq sənədləşmə işlərinə başlayıblar və sənədləşmə birbaşa qızının adına həyata keçiriləcəkdir. Sənədləşməni əmlak komitəsi və Sumqayıt şəhərində yerləşən «Asan Xidmət» vasitəsi ilə düzəldəcəklər. X15 demişdir ki, o, ev tikib-satmaqla məşğul olduğuna görə bu sahədə böyük təcrübəsi var və evinin qısa müddətdə sənədləşməsində ona kömək edəcəkdir. Alacağı evin sənədləşdirilməsi üçün Ramil və Taleh ondan 2000 manat pul istəmiş, o, həmin pulu Təqsirləndirilən şəxs və Taleh İsmayılova təxminən xx.xx.2019-cu il tarixdə saat 18:00 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlikaslanov küçəsində 36 saylı yaşayış binasının qarşısında görüşüb vermişdir. Pulu ondan əlbəəl Təqsirləndirilən şəxs götürmüş, bu zaman Taleh İsmayılov da onun yanında olmuşdur. Həmin ərəfədə Təqsirləndirilən şəxs və Taleh İsmayılov mütəmadi olaraq onunla və onun qızı Şahid1 ilə evin sənədləşməsi və təmirin gedişatı ilə bağlı danışıqlar aparırmış. 2019-cu ilin iyun ayının ortalarından başlayaraq Təqsirləndirilən şəxs və Taleh İsmayılov bildirmişdir ki, evə qaz, su, elektrik sayğacları qoşdurmaq lazımdır və həmin sayğacları onun qızının adına rəsmiləşdirəcəkdir. Bu məqsədlə o, iyun ayının sonlarında yaşadığı binanın qarşısında 1100 manatı Təqsirləndirilən şəxs vermiş, Taleh İsmayılov isə onun yanında imiş. İyul ayının əvvəllərində isə Təqsirləndirilən şəxs ondan evə dair çıxarış almaq adı ilə 2200 manat, torpaq sahəsinə sənəd almaq adı ilə isə 700 manat pul almışdır. Həmin pulu verəndə X16 Quliyevin yanında imiş və pulu yaşadığı ünvanın qarşısında vermişdir. Bu ərəfələrdə o, qızı ilə birgə alacağı evə tez-tez gedib baş çəkirmişlər və evdə bir nəfər usta tərəfindən təmir işlərinin aparılmasının şahidi olurmuşlar. Bu da onda əminlik yaradırmış ki, ev ona məxsus olacaqdır. Taleh və Ramil ilə bu mövzuda mütəmadi olaraq danışırmışlar. Ondan mətbəx mebeli yığdırmaq üçün mətbəxin sahəsini soruşmuşlar və onlara bildirmişlər ki, sahəsi 12 kv metrdir. Ramil onları əmin edirmiş ki, onun yaxşı ustası var, tələsməsinlər, mətbəx mebelini həmin usta ucuz qiymətə və keyfiyyətli hazır edəcəkdir. Bundan əlavə Təqsirləndirilən şəxs onu əmin edirmiş ki, «mən kişiyəm, sözümün ağasıyam, əgər işimiz alınmasa sənin pulunu ikiqat qaytaracam». Onun bu sözləri və Taleh İsmayılovun canfəşanlığı onu arxayın salırmış və o, inanırmış ki. onlar evi ona satacaqlar. 2019-cu ilin iyul ayının sonlarında və avqust ayında isə alacağı evə görə təyin edilmiş məbləğdən o, Təqsirləndirilən şəxs və Taleh İsmayılova hissə-hissə olmaqla cəmi 2800 manat vermişdir. Ramil və Taleh ona deyirmişlər ki, onlar özlərində ödədiyi pulların qeydiyyatını aparırlar və verdiyi pullar sonunda ümumi məbləğdən, yəni 28.000 manatdan çıxılacaqdır. Təqsirləndirilən şəxs hər dəfə ona pul verəndə əlində bir kitabça göstərirdi ki, həmin məbləğlərin guya qəpiyinə kimi qeydiyyatını aparır. Bundan əlavə Ramil və Taleh özlərini maddi imkanı çox olan sahibkar kimi təqdim edirdilər və o, inanmazmış ki, onlar onun pulunu mənimsəyəcəklər. 2019-cu ilin avqust ayında Taleh İsmayılov onlara zəng edib demişdir ki, evinin çıxarışı hazırdır. Təqsirləndirilən şəxs rayonda olduğuna görə çıxarışı «Asan» Xidmətdən götürmək mümkün deyil. Ramil qayıdan kimi çıxarışı gedib götürəcəkdir. 2019-cu ilin avqust ayında o və qızı Ramil və Talehdən evə dair sənədləri tələb etməyə başlamışlar. Ramil və Taleh onları əmin etməyə çalışırmışlar ki, sənədlər qısa müddətə hazır olacaqdır. Bu ərəfədə özünü Gülər xanım kimi təqdim edən şəxs qızı Şahid1 zəng etmişdir. Telefon danışığı zamanı Gülər adlı qadın özünü Rozaya «Asan» Xidmətin Sumqayıt şəhərində yerləşən filialının işçisi kimi təqdim edərək Masazır qəsəbəsində aldığı evin çıxarışının hazır olmasını və Asan» Xidmətin Sumqayıt şəhərində yerləşən filialında 2-ci mərtəbəsində 19 saylı otağa yaxınlaşmalı olduğunu bildirmişdir. Bu zəngin növbəti günü qızı Şahid1 Sumqayıt şəhərindəki «Asan» xidmətə getmiş və məlum olmuşdur ki, evin heç bir sənədi hazır deyil. Orada Gülər adlı qadın işləmir və onlara heç bir rəsmi zəng olunmamışdır. Qızı ona zəng edərək aldadıldıqları barədə məlumat vermişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs zəng vurmuş və sonuncuya aldadıldığına görə onun barəsində şikayət edəcəyini demişdir. Ramil söz vermişdir ki, qısa müddətə pulu geri qaytaracaq. Lakin daha sonra telefonlarını söndürdüklərinə görə o, Təqsirləndirilən şəxslə və Taleh İsmayılovla əlaqə qura bilməmişdir. Artıq o, Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını anlayaraq hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək ələ keçirdiyi pulu geri qaytarmadığı üçün ondan şikayətçidir. Onun barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, evi olmadığına görə özünə ev almaq üçün bir qədər pul toplamışdır. xx.xx.2019-cu il tarixdə metronun «Əcəmi» stansiyasının yaxınlığında şüşə üzərində 17000 manata 2 otaqlı evin təcili satılması ilə bağlı elan yerləşdirildiyini görmüşdür. O, elanda qeyd olunmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng vurmuşdur. Sonradan Təqsirləndirilən şəxs kimi tanıdığı şəxslə telefonla danışıb saat 16:00 radələrində evə baxmaq məqsədi ilə rəfiqəsi Şahid2 ilə birgə Xırdalan şəhərində yerləşən «Mahir» marketin qarşısına yollanmışdır. Təqsirləndirilən şəxs onu qarşılayaraq Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən satışa çıxarılmış 217C saylı evə aparmışdır. Evin qapısını Ramil özü açmış və onlar həyət evinə daxil olmuşlar. Rəfiqəsi ilə evə baxan zaman Leyla adlı əvvəllər tanımadığı bir qadın gəlmiş və Ramil onu onlara öz arvadı kimi təqdim etmişdir. Ramil ona demişdir ki, bu evi valideynlərindən kənar arvadı ilə birgə yaşamaq üçün tikmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs bildirmişdir ki, əsl adı Ramil olsa da, hamı onu Tərlan adı ilə çağırır. Bundan əlavə həmin həyət evinə Təqsirləndirilən şəxs qonşusu kimi özünü təqdim etmiş, Taleh İsmayılov da gəlmişdir. O, 19-cu PŞ-də verdiyi izahatda onun adını səhvən Ruslan kimi göstərmiş, lakin artıq ona məlumdur ki, həmin şəxs Taleh İsmayılovdur. Söhbət zamanı Ramil ona bildirmişdir ki, “Taleh sənə yaxşı qonşu olacaq və yaxınlıqdakı yerləşən «Mahir» marketin sahibidir” Söhbət zamanı Təqsirləndirilən şəxs özünü evin sahibi kimi təqdim edirmiş və o, ondan nəyə görə evi ucuz satdığını soruşanda atasının metronun «Koroğlu» stansiyasının yaxınlığında avtomaşınla piyadanı vurduğuna görə həbs edildiyini, xərcləri çox olduğuna görə evi təcili satdığını bildirmişdir. Bundan əlavə Ramil guya tez-tez telefon zənglərinə cavab verməsi görüntüsünü yaradırmış və zəng edən şəxslərə artıq gec olduğunu, evi satması cavabını verirmiş. Ramil ona demişdir ki, evi almaq istəyən adam çoxdur, lakin həmin adamlara deyil, evi məhz ona satmaq fikrindədir. Bu sözləri ilə Ramil onu inandırmış və o, Ramilə etibar etməyə başlamışdır, çünki fikirləşmişdir ki, o evi həqiqətən ona satacaqdır. O, Ramilə evi almaq istəyini deyəndə Ramil ondan 500 manat beh istəmiş, lakin o, Ramilə bildirmişdir ki, bura hazırlıqsız gəlmiş və pulu yoxdur. Ramil təkid etdiyindən evə baxdıqdan sonra qərara gəlmişdir ki, üzərində nə qədər pul varsa onu beh kimi versin. Çünki Ramil ona deyirmiş ki, ona hazırda evə görə 1000 manat beh verən var, behin pulunu az verərsə, ev əldən çıxacaq və evi beh məbləğini çox verən şəxsə satacaqdır. O, xx.xx.2019-cu il tarixdə saat 18:00 radələrində rəfiqəsindən 150 manat borc alıb, özündə olan 150 manatla birlikdə cəmi 300 manatı beh qismində Ramilə təklif etmişdir. Lakin Ramil pulun az olduğunu deyib razılaşmamış, 300 manatı götürüb əlavə 200 manat da istəmişdir. O, Rəfiqəsi Sədaqətdən borc aldığı 150 manatı da sonra qaytarmışdır. xx.xx.2019-cu il tarixdə saat 22:00 radələrində Təqsirləndirilən şəxs Masazır qəsəbəsində kirayə yaşadığı evin qarşısına gəlmiş və o, ona 200 manat vermiş, cəmi ona 500 manat pul vermiş olmuşdur. Bundan əlavə danışıq zamanı Təqsirləndirilən şəxs ona 1000 manat endirim edəcəyini söz vermiş və evi yekun olaraq 16.000 manata satmağa razı olmuşdur. Təqsirləndirilən şəxs ona satacağı evdə təmir işləri tam başa çatmamış, evdə təmirlə bağlı görüləsi iş qalmışdır. Belə ki, evdə elektrik, su, qaz xəttləri çəkilməli imiş, divar kağızı yox imiş. Razılaşmışlar ki, o, Ramilə 10.000 manatı da verdikdən sonra evdə yarımçıq qalmış təmir işləri başa çatdırılacaqdır. Təmir işləri bitdikdən sonra yerdə qalan 5500 manatı ona verəcəkdir. Ramil ondan 10.000 manatı təcili verməsini tələb etmiş və bunu onunla izah etmişdir ki, evdə yarımçıq qalan təmir işlərini başa çatdıracaq, eləcə də atasının işi ilə əlaqədar xərclərinə sərf edəcəkdir. Onlar əvvəlcədən görüşmək barədə razılığa gələrək növbəti gün xx.xx.2019-cu il tarixdə saat 10:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında Təqsirləndirilən şəxslə görüşmüşlər. Görüş zamanı Təqsirləndirilən şəxs yanında qoşusu kimi təqdim etdiyi Taleh İsmayılov da var imiş, Taleh İsmayılov onunla söhbət zamanı Ramilin evini almaqda düzgün hərəkət etdiyinə inandırmağa yönəlmiş söhbətlər edirmiş. Bundan əlavə Ramilin başına atası ilə bağlı xoşagəlməz hadisə gəldiyinə görə evi ucuz satmasını Taleh ona dəfələrlə bildirirmişdir. Görüş zamanı o, Ramildən alacağı evə dair sənəd tələb etmişdir. Ramil ona «Daşınmaz əmlakın qiymətləndirmə rəyi»ni vermiş və həmin rəydə onun adı yazılmışdır. Onun hüquqi savadı yoxdur, lakin məntiqi olaraq fikirləşmişdir ki, əgər ev Ramilin adınadırsa nəyə görə rəydə onun adı yazılıb, buna etiraz etmişdir və evin onun adına olmasını təsdiq edən sənəd təqdim etməsini istəmişdir. Lakin o, həmin vaxtı sənəd təqdim etməmiş, mobil telefonla kiminləsə danışdıqdan sonra ona demişdir ki, Xırdalan şəhər bələdiyyəsində çalışan Cavanşir müəllimin yanına getməlidir. Telefon danışığı zamanı Ramil izah etmişdir ki, sənədlərdə qeyd olunmuş onun adı dəyişilməli və Ramilin adı yazılmalıdır. Xırdalan şəhərində Cavanşirlə görüşmüşlər, Cavanşirin yanında Şamil adlı şəxs var imiş. Cavanşir Ramilə evə dair yeni sənədləri vermişdir, yəni sənədlərdə artıq onun adı deyil, Təqsirləndirilən şəxs adı var imiş. Həmin sənədlərdə onun alacağı mənzilin ünvanı, peyk vasitəsi ilə çəkilmiş evin yerləşdiyi ərazinin fotoşəkli, evin ölçüsü və planı qeyd olunmuşdur. Cavanşir Ramilə demişdir ki, sənədlərlə birgə 14 saylı notariusda Elmar müəllimə yaxınlaşsın. Xırdalanda olan zaman Ramilə təklif etmişdir ki, bu ərazidə yerləşən notariusların birinə gedək rəsmiləşdirmə aparaq, lakin Ramil razı olmamış və təkidlə demişdir ki, onlar Nəsimi rayonunda olan 14 saylı notariusa getməlidirlər. Həmin gün saat 14:00 radələrində notarius ofisinə getmişlər və orada çalışan Rəna adlı qadına yaxınlaşmışlar. Ramil Rənaya sənədləri təqdim etmiş, Rəna sənədlərə baxıb pulu köçürmək üçün notarius ofisinin yanında olan «Muğan bank»ın müvafiq filialına yaxınlaşmaqlarını bildirmişdir. Təqsirləndirilən şəxs xahiş etmişdir ki, pulu ona əlbəəl versin bank xidmətindən istifadə etməyək, lakin Rəna xanım buna razı olmamışdır. Buna görə onlar notariusun yanında olan bank filialına yaxınlaşmışlar və o, gətirdiyi 10000 manatı bankın xəzinəsinə təqdim etmişdir. Bundan sonra notarius olan Elmarın xidməti otağına getmişlər, o, Elmara bildirmişdir ki, savadı kifayət qədər deyil, ona görə də sənədlərə özü baxsın, saxta sənəd olub-olmadığını yoxlasın. Elmar da ona bildirmişdir ki, «saxta sənəd yoxdur, arxayın ol, bir həftədən sonra evin pulunu tam ödəyib, gələrsən, evin sənədlərini və kupçanı sənin adına keçirərik». O, da, Elmarın dediklərinə inanmış və arxayın olmuşdur ki, bağladığı müqavilə əsaslıdır, səhv olan sənədi notarius təsdiq etməz. Lakin aldadıldıqdan sonra başa düşmüşdür ki, 14 saylı notariusda bağladığı «ilkin alqı-satqı» müqaviləsi ev üzərində sərəncam verməyə dair ona hər hansı bir hüquq və ya səlahiyyət vermir. Notariusda sənədləşmə işləri başa çatdıqdan sonra Ramil banka düşüb onun verdiyi 10000 manatı onun yanındaca qəbul etmişdir. Həmin vaxtı Taleh onların yanlarında yox imiş, notariusda sənədləşmə zamanı o və Təqsirləndirilən şəxs olmuşlar. Notariusdan sonra Ramil ona demişdir ki, atası ilə bağlı olan işlərlə məşğul olacaqdır, növbəti gün, yəni xx.xx.2019-cu il tarixdə isə onunla görüşəcək və işıq-qaz sayğaclarını onun adına keçirəcəkdir. Bundan əlavə razılaşmışlar ki, Sədərək TM-nə gedib divar kağızı seçəcəklər, divar kağızının qiyməti 12 manatdan yuxarı olmasa pulu özü ödəyəcək və evdə olan yarımçıq təmiri başa çatdıracağını bildirmişdir. O, da, Təqsirləndirilən şəxslə razılaşmışdır. Lakin xx.xx.2019- cu il tarixdə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil telefon nömrəsinə öz istifadəsində olan ***-***-**-** nömrəsindən zəng vurmuş, lakin telefona zəng çatmamışdır. Sonradan ona məlum olmuşdur ki, almaq istədiyi evin sahibi Təqsirləndirilən şəxs deyil, evin sahibi Şahid3dur. Belə ki, aldadıldığını başa düşüb Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən satışa çıxarılmış 217C saylı evə getmiş, evin divarında yazılmış ***-***-**-** nömrəsinə zəng etmiş və Çingizlə danışıq zamanı ona bildirmişdir ki, Ramil ona məxsus evin tikintisində fəhlə kimi çalışıb və dələduzluqla məşğuldur. Bundan əlavə Çingiz Ramilin anasının yaşadığı Masazır qəsəbəsindəki ev ünvanını da ona göstərmişdir. O, ev alqı-satqısı ilə bağlı olan sənədləri 19-cu PŞ-də aparılan araşdrmaya təqdim etmişdir. Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək ələ keçirdiyi pulu geri qaytarmadığı üçün ondan şikayətçidir. Onun barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 anası Zərərçəkmiş şəxs2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2011-ci ildən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvüdür. Fəaliyyəti «Qiymətləndirmə haqqında» qanunla tənzimlənir və fəaliyyəti zamanı həmin qanunu rəhbər tutmuşdur. Sifarişçi ona əmlaka qiymət verilməsi ilə bağlı müraciət edir və şifahi şəkildə razılaşmaya əsasən o, xidmət göstərib onun əvəzində gəlir əldə edir. Qiymətləndirmə vaxtı o, bazar qiymətlərinə əsaslanıb rəy verir. Qiymətlədirmə ilə bağlı hər hansı konkret metodika yoxdur, sərbəst şəkildə bazar qiymətlərinə, digər ictimai iaşə obyektlərinə yaxınlığı nəzərə alaraq əmlaka dair qiymətləndirmə rəyi hazırlayır. O, ali məktəbdə kimya-texnologiya fakültəsində təhsil almışdır. Qiymətləndirmə rəyində evin ölçüləri, təmirə və tikintiyə sərf olunmuş materiallar, təmirin ümumi vəziyyəti, həyətin ölçüsü qeyd olunur və internet vasitəsi ilə evin yerləşdiyi ərazinin peykdən çəkilmiş fotoşəkli əlavə olunur. 2019-cu ilin sentyabr ayında xatırlamadığı gündə Xırdalan bələdiyyəsində müfəttiş işləyən Şamil müəllim ona zəng edib Xırdalan şəhərində H.Z.Tağıyev küçəsində fərdi yaşayış evinə qiymətləndirmə rəyinin verilməsini xahiş etmişdir. O, qeyd olunan ünvana yollamışdır. Sifarişçi Təqsirləndirilən şəxs H.Z.Tağıyev küçəsində 217C nömrəli evin qapısını açarla açmışdır və o, evə baxış keçirmişdir. O, özündə qeydiyyat aparıb yaşadığı evdə kompüter vasitəsi ilə qiymətləndirmə rəyini hazırlamışdır. Təqsirləndirilən şəxs ona demişdir ki, evin sahibi Zərərçəkmiş şəxs1dır və rəyi onun adma hazırla. O, da, ilkin rəyi Zərərçəkmiş şəxs1 adma hazırlamış və Təqsirləndirilən şəxs təqdim etmişdir. Göstərdiyi xidmət müqabilində Təqsirləndirilən şəxs ona pul ödəmiş, lakin həmin pulun məbləğini xatırlamır, həmin ödənişə dair qəbzi istintaqa qısa müddət ərzində təqdim edəcək. Rəyi Təqsirləndirilən şəxs təqdim etdiyi gün bir neçə saat sonra Ramil ona yenidən zəng edib görüşmək istədiyini bildirmişdir. Ramil görüşə Zərərçəkmiş şəxs1 ilə birgə gəlmişdir. Xırdalan şəhərində «Heydər Əliyev» parkında baş tutmuş görüş zamanı Ramil ona demişdir ki, Gülnarənin evə görə borcu qalıb buna görə də rəyi dəyişib Təqsirləndirilən şəxs adma rəsmiləşdirmək lazımdır. O, rəyi həmin gün bir neçə dəqiqə ərzində evə gedib ad və soyadı dəyişməklə Təqsirləndirilən şəxs adma rəsmiləşdirmiş və möhürü ilə təsdiq etmişdir. Yeni rəyi, yəni Təqsirləndirilən şəxs adma olan Xırdalan şəhəri H.Z.Tağıyev küçəsi 217C ünvanında yerləşən evə dair qiymətləndirmə rəyini Ramilin özünə Gülnarənin iştirakı ilə təqdim təqdim etmişdir. Söhbət zamanı o, Zərərçəkmiş şəxs1 izah etmişdir ki, hazırladığı rəyin hüquqi əsası yoxdur, yəni evə dair hər hansı rəsmi mülkiyyəti sənədi sayılmır. Təqsirləndirilən şəxs ondan xahiş etmişdir ki, onunla birgə notariusa gedim alqı-satqıda iştirak etsin. Lakin o, bundan imtina etmişdir. Daha sonra baş verənlərdən məlumatın yoxdur. Nəsimi RPİ-də aparılan araşdırma zamanı ona məlum olmuşdur ki, Ramil Gülnarəni dələduzluq yolu ilə aldadıb pulunu ələ keçirib. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumatlandırılmış şahidlər Şahid3 və Şahid2 məhkəmə iclaslarına gəlməmiş, onların məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317 və 329.1ci maddələrinə əsasən şahidlər Şahid3 və Şahid2 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs1 onun rəfiqəsidir. Aralarında normal münasibətlər vardır. Gülnarənin evi olmadığına görə uzun müddətdir ki, ucuz qiymətə ev almaq fikrində imiş. xx.xx.2019-cu il tarixdə rəfiqəsi Zərərçəkmiş şəxs1 ilə metronun «Əcəmi» stansiyasının yaxınlığında olan zaman şüşə üzərində 17000 manata 2 otaqlı evin təcili satılması ilə bağlı elan yerləşdirilməsini görmüşlər. Həmin elan Gülnarənin diqqətini çəkmişdir. Həmin gün saat 16:00 radələrində Zərərçəkmiş şəxs1 elanda qeyd olunmuş mobil telefon nömrəsinə zəng vurmuş və Təqsirləndirilən şəxs telefon danışığı zamanı evə baxmaq məqsədi ilə onlara Xırdalan şəhərində yerləşən «Mahir» marketin qarşısına gəlmələrini təklif etmişdir. Gülnarə Sədaqətdən onunla birgə evə baxmağa getməsini xahiş etmiş, o, isə razı olmuşdur. Onları Təqsirləndirilən şəxs qarşılamış və Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən satışa çıxarılmış 217C saylı evə aparmışdır. Ramil açarla evin qapısını özü açmışdır. Evə baxan zaman Leyla adlı bir qadın gəlmiş və Ramil onu onlara öz arvadı kimi təqdim etmişdir. O, təccüb etmişdir ki, torpaq sahəsi geniş olan belə bir evi Ramil niyə belə ucuz satır. Ramil onlara izah etmişdir ki, atası metronun «Koroğlu» stansiyasının yaxınlığında avtomaşınla piyadanı vurduğuna görə həbs edilmiş, xərcləri çox olduğuna görə evi təcili və ucuz satır. Söhbət zamanı Təqsirləndirilən şəxs özünü evin sahibi kimi təqdim edirmiş. Onlar orada olan zaman evə Təqsirləndirilən şəxs qonşusu kimi özünü təqdim edən Taleh İsmayılov gəlmiş və söhbət zamanı Ramil onlara bildirmişdir ki, Taleh yaxınlıqdakı yerləşən «Mahir» marketin sahibidir və rəfiqəsinə yaxşı qonşu olacaqdır. Bundan əlavə Ramil tez-tez telefon zənglərinə cavab verirmiş və zəng edən şəxslərə artıq gec olduğunu, evi satması cavabını verirmiş. Ramil Zərərçəkmiş şəxs1 demişdir ki, evi almaq istəyən adam çoxdur, hətta 1.000 manat beh verən də var. Lakin beh pulunu çox versə evi, rəfiqəsinə satacaqdır. Ramil 1.000 manat beh istəmiş, lakin o, buna etiraz etmiş və rəfiqəsinə demişdir ki, tez qərar qəbul etməsin, tələsməsin. Ramil təkid etdiyindən beh verməli olmuşlar. Çünki Ramil deyirmiş ki, ona hazırda evə görə 1.000 manat beh verən var. Behin pulunu Gülnarə az versə evi beh məbləğini çox verən alıcıya satacaqdır. Onun üzərində 180 manat pul var imiş, həmin puldan o, Gülnarəyə 150 manat borc vermiş və Gülnarə özü də çantasından 150 manat çıxarmışdır. Beləcə də, xx.xx.2019-cu il tarixdə saat 18:00 radələrində Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən satışa çıxarılmış 217C saylı evdə cəmi 300 manatı Zərərçəkmiş şəxs1 beh qismində Təqsirləndirilən şəxs vermişdir. Ramil demişdir ki, qalan 200 manatı da, gəlib Gülnarənin yaşadığı ünvandan götürəcəkdir. Bundan əlavə Ramil belə razılığa gəlmişdir ki, növbəti gün Gülnarə ilə birgə notariusa gedib evi onun adına sənədləşdirəcəkdir. Söhbət zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 1.000 manat endirim edəcəyinə söz vermiş və evi yekun olaraq 16.000 manata satmağa razı olmuşdur. Təqsirləndirilən şəxs satacağı evdə təmir işləri tam başa çatmamışdır. Təqsirləndirilən şəxs demişdir ki, Gülnarə ona 10.000 manatı da verdikdən sonra o, evdə yarımçıq qalmış təmir işlərini başa çatdıracaqdır. Söhbət zamanı şahidi olmuşdur ki. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 10.000 manatı təcili verməyi tələb edir və bunu onunla izah edirmiş ki, evdə yarımçıq qalan təmir işlərini tez başa çatdıracaq və atasının işi ilə əlaqədar xərclərinə sərf edəcək. xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 ona zəng edib notariusa getdiklərini bildirmiş, lakin işləri olduğuna görə gedə bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən aldadılıb və 10.500 manat pulu ələ keçirilib. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid3 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, Şahid3 2000-ci ildən Xırdalan şəhərində yaşayır. 2014-cü ildə Xırdalan şəhərində H.Z.Tağıyev küçəsində özünə 2,5 sot boş torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində fərdi ev tikib satmaq məqsədi ilə 2019-cu ilin iyun ayında tikinti işlərinə başlamışdır. Bir mərtəbədən ibarət kürsü üzərində 2 otaqlı ev tikmişdir. Tikinti işlərində fəhlə kimi Təqsirləndirilən şəxs və Taleh İsmayılovun «Qara» kimi tanıdığı atası Mahir çalışmışdır. İki ay ərzində tikinti işləri başa çatmış, lakin evdə görüləsi bir sıra işlər qalmışdır. 2019-cu ilin avqust ayında həmin ərazidə ev alqısatqı ilə məşğul olan Elçin Cabbarova 25.000 manata evi satmaq istədiyini bildirmiş, evə alıcı tapmasını istəmişdir. Alıcılara evi göstərməsi üçün açarları əvvəldən dəllal Elçin Cabbarova vermişdir. Təxminən xx xxxxxxxx 2019-cu il tarixdə Elçin ona zəng etmişdir ki, Təqsirləndirilən şəxs evə müştəri tapıb və buna görə də açarları istəyir. O, Elçin Cavabbarovdan tələb etmişdir ki, açarı Təqsirləndirilən şəxs verməsin, lakin Ramilə şərait yaratsın ki, müştəri evə baxsın. Çünki bilirmiş ki, Təqsirləndirilən şəxs salamat adam deyil, yalançıdır. Buna görə də, Elçinə tapşırmışdır ki, açarı vermə, özün yanında ol evi aç müştəri baxsın, sonra evi bağla açarı özündə saxla. Növbəti gün o, Elçin Cabbarova zəng edib müştərinin evi bəyənib- bəyənmədiyini soruşmuşdur. Elçin demişdir ki, müştəri qadın evi bəyənib, açar da qalıb Təqsirləndirilən şəxs. O, buna iradını bildirmişdir ki, nəyə görə açarı Ramilə vermişdir. Elçinin cavabı onun xoşuna gəlməmiş və belə zənn edir ki, o, hansısa maddi maraq müqabilində Təqsirləndirilən şəxs şərait yaradıb ki, ondan xəbərsiz evi satsın. Evin açarını Elçin Cabbarovdan geri tələb etsə də, açar Ramildə olduğuna görə qaytara bilməmişdir. Buna görə də o, evin qıfılını dəyişmiş və yeni açarı özündə saxlamışdır.Təxminən 23-xx xxxxxxxx 2019-cu il tarixdə bilmişdir ki, Təqsirləndirilən şəxs özünü ona məxsus evin sahibi kimi təqdim etmiş və Zərərçəkmiş şəxs1 aldadıb pulunu ələ keçirmişdir. O, Zərərçəkmiş şəxs1 ilə görüşmüş və birlikdə Təqsirləndirilən şəxs atasının yaşadığı evə getmişlər, lakin atası Norzəli demişdir ki, Ramili oğulluqdan çıxartmış, onun etdiyi əmələ görə pul qaytarmaq fikri yoxdur. Daha sonra o, Zərərçəkmiş şəxs1 məsləhət görmüşdür ki, polisə şikayət etsin. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilərək cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 şikayət ərizələri ilə bağlı toplanmış materiallar əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanmışdır. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə xx.xx.2020-ci il tarixli protokoldan və Bakı şəhəri Nəsimi RPİ-nin xx.xx.2020-ci il tarixli, 082-31113-1221 nömrəli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixli 70486 nömrəli axtarış işi üzrə axtarışda olan xx.xx.1983-cü il təvəllüdlü X8 xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri 119-cu məhəllə yeni yaşayış massivində saxlanılaraq Nəsimi RPİ-nin 19-cu PŞ-yə gətirilmiş, istintaqın qərarına əsasən Nərimanov RPİ-nin MSY-yə təhvil verilmişdir (i/v 280- 283). İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i/v 303-304). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(011)-503/2020 saylı qərarına əsasən, X4 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin təqsirləndirilən şəxsin tutulduğu vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablanması qərara alınmışdır (i/v 325-327). Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif olunmuş, Təqsirləndirilən şəxs həmin maddələrlə yenidən ittiham elan olunmuş; cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs, Taleh İsmayılov və Rəqsanə adlı qadının səs və Whatsaap yazışmaları bir ədəd CD-də, ilkin alqı-satqı müqaviləsinin surəti, “xxxx” ASC-nin alqı-satqı üzrə mədaxil qəbzi və Daşınmaz əmlakın qiymətləndirmə rəyi maddi sübut qismində tanınmışdır (i.v 348-361). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Abşeron rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il, 04 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qərarı ilə 06 ay 14 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Məhkumluğu ödənilmişdir (i/v 117- 119). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, həmçinin işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, vəziyyətini yüngülləşdirən halları, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış səs və Whatsapp yazışmaları olan bir ədəd CD disk, ilkin alqı-satqı müqaviləsinin surəti, “xxxx” ASC-nin alqı-satqı üzrə mədaxil qəbzi və Daşınmaz əmlakın qiymətləndirmə rəyinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-342/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış səs və VVhatspp yazışmaları olan bir ədəd CD disk, ilkin alqı-satqı müqaviləsinin surəti, “xxxx” ASC-nin alqı-satqı üzrə mədaxil qəbzi və Daşınmaz əmlakın qiymətləndirmə rəyinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-88/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-88/2021
16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver