Məhkəmə qərarları › İş №1(006)-88/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-88/2024

06.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-88/2024 06.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X10 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 Zərər çəkmiş şəxsin Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi: Mənzil-Kommunal Təsərrüfat Birliyinin nümayəndəsi Nümayəndə Müdafiəçi: “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1967-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, "xxxx" MTK-da menecer vəzifəsində işləyən, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Oqtay Əliyev küçəsi, ev 12, mənzil 14də qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 31/23, mənzil 16/18-də yaşayan, məhkumluğu olmayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İrəli sürülmüş ittihama əsasən "xxxx" Mənzil-Tikinti Kooperativində menecer vəzifəsində işləmiş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə "xxxx" MTK-nın sədri Şahid4 tərəfindən təsdiq edilmiş "xxxx"nda nəzərdə tutulmuş xidməti vəzifələrinin icrası ilə əlaqədar MTK üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək 07 yanvar 2023cü il tarixdə, gecə saatlarında Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, 34 saylı ünvanda yerləşən və əvvəlcədən sakinlər tərəfindən söküntüsünə razılığı alınmış evlərin sökülməsini həyata keçirən traktorçu Şahid3 həmin ünvanda yerləşən, Bakı şəhəri Nəsimi Rayonu İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 891 nömrəli sərəncamına əsasən Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olan, sahəsi 17 m2-lik, 36.000 manat dəyərində olan və yaşamaq üçün sığınacaq kimi Zərərçəkmiş şəxs1 istifadəsinə verilmiş bir otaqlı mənzilin sonuncunun razılığı olmadığı halda sökülməsinə göstəriş verib ümumi təhlükəli üsulla, yəni ağır texnikadan istifadə etməklə həmin mənzildə yaşamaq hüququ olan Zərərçəkmiş şəxs1 və mənzilin mülkiyyətçisi Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə 36.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla qəsdən özgə əmlakını məhv etmiş və sonuncuların hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla həmin mənzilin Zərərçəkmiş şəxs1 yeganə yaşayış yeri olması səbəbindən ağır nəticələrə səbəb olmuşdur. Bundan əlavə o, xx.xx.2022-ci il tarixdə "xxxx" MTK-nın sədri Şahid4 tərəfindən təsdiq edilmiş "xxxx"nda nəzərdə tutulmuş xidməti vəzifələrinin icrası ilə əlaqədar MTK üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək 07 yanvar 2023-cü il tarixdə, gecə saatlarında Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, 34 saylı ünvanda yerləşən və əvvəlcədən sakinlər tərəfindən söküntüsünə razılığı alınmış evlərin sökülməsini həyata keçirən traktorçu Şahid3 həmin ünvanda yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX ******* saylı hüquqların qeydiyyata dair çıxarışa əsasən ümumi sahəsi 18 m2 təşkil edən Zərərçəkmiş şəxs2 xüsusi mülkiyyətindəki 38.000 manat dəyərində olan bir otaqlı mənzilin sonuncunun razılığı olmadığı halda sökülməsinə göstəriş verib ümumi təhlükəli üsulla, yəni ağır texnikadan istifadə etməklə Zərərçəkmiş şəxs2 38.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla qəsdən özgə əmlakını məhv etmiş və sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla həmin evin Zərərçəkmiş şəxs2 yeganə yaşayış yeri olması səbəbindən ağır nəticələrə səbəb olmuşdur. Bununla bağlı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2 və 308.2ci maddələri üzrə ittiham irəli sürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2022-ci ilin dekabr ayından "xxxx" MTK-da menecer vəzifəsində işləyir. Bakı şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 183 saylı sərəncama əsasən Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli, Mərdanov Qardaşları, A.Səhhət və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi 977-ci məhəllədə yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün "xxxx" MTK-ya icazə verilmişdir. Qeyd edilən ərazidə tikinti aparılmasına dair müvafiq dövlət qurumları tərəfindən müəyyən edilmiş prosedurlar qanunamüvafiq qaydada həll edildikdən və müvafiq işlərin aparılması üçün razılıqlar alındıqdan sonra "xxxx" MTK tərəfindən sakinlərə söküləcək evlərin əvəzinə daha əlverişli xüsusiyyətlərə malik təmirli mənzillər təklif edilmiş, eyni zamanda mənzillərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilərək yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları təklif olunmuşdur. Həmin torpaq sahəsindəki daşınmaz əmlak mülkiyyətçiləri ilə mülki münasibətlərin tənzimlənməsi məqsədi ilə danışıqlar aparılmış, demək olar ki, 45-ə yaxın sakinlə razılıq əldə edildikdən sonra müqavilələr bağlanaraq onların razılığı əsasında evləri sökülmüş və yeni tikiləcək binanın özülü qazılmışdır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 da Bakı şəhəri, ünvan 2 ünvanda yaşayan digər sakinlərlə müəyyən şərtlər müqabilində razılıq əldə edilərək onların köçürülməsi prosesi tamamlanmışdır. Zərərçəkmiş şəxs2 mülkiyyətçisi olduğu evin ümumi sahəsi 18.0 kv.m, onun anası Zərərçəkmiş şəxs1 yaşadığı və Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən ona sığınacaq kimi verilmiş evin sahəsi 17 kv.m-dən ibarət olmuşdur. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 köhnə, qəzalı vəziyyətdə olan 2 mərtəbəli evin evin birinci mərtəbəsində yaşamışlar. Zərərçəkmiş şəxs1 mənzilinə giriş evin həyət hisəsindən, Zərərçəkmiş şəxs2 mənzilinə giriş isə yol tərəfdən olmuşdur. Danışıq prosesləri zamanı nə Zərərçəkmiş şəxs2, nə də Zərərçəkmiş şəxs1 yaşadıqları mənzillərin ölçülməsinə icazə verməmiş, buna baxmayaraq onlara faktiki yaşayış sahələrindən artıq ölçüdə mənzillər təklif edilmişdir. Təkliflərin həqiqətən də sakinlərin rifahına xidmət etməsini elə Zərərçəkmiş şəxs1 razılıq əldə etdiyi digər oğlu X4 yaşadığı 32,25 kv.m evinə görə sonuncuya 136 kv.m mənzilin verilməsi təsdiq edir. Rüfət Əliyev də həmin təklifi qəbul edərək şirkətlə müqavilə imzalamağa razılıq vermişdir. Meneceri olduğu MTK notariat qaydada müqavilə bağlayaraq razılaşdığı sakinlərin evlərinin köçürülməsi, həmin evlər sökülərkən müxtəlif yerlərdən ekskavator, traktor və sair texnika sürücülərini, fəhlələri tapıb günəmuzd şəkildə işlədilməsi, həmin gün üçün pullarının ödənilməsi ona həvalə olunmuş və bunları o, həyata keçirmişdir. Söküntü aparılmamışdan əvvəl həmin şəxslər şirkətə dəvət edilərək onlara söküləcək evlərin yerləri həm şəkillər vasitəsilə, həm də əyani olaraq onun tərəfindən göstərilmişdir. O, hər gün görülmüş işlərin yekunu olaraq ərazidə işləyən şəxsləri yenidən ofisə dəvət edib ümumi vəziyyətlə maraqlanmışdır. Artıq həmin ərazidə Ədalət və Səbuhinin evləri istisna olmaqla digər sakinlərin evlərinin sökülməsi prosesi 03 yanvar 2023-cü il tarixdən başlanmışdır. xx.xx.2023-cü il tarixdə o, ofisdə olarkən MTK-nın direktoru Şahid4 ona Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə şifahi razılığa gəlindiyini, yəni Zərərçəkmiş şəxs1 mənzilinə görə 100 kv.m ölçüdə, Səbuhinin mənzilinə görə isə 65 kv.m təmirsiz mənzilin və 50.000 manat pulun verilməsində razılıq əldə olunduğunu bildirmişdir. Həmin günü axşam vaxtı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xahişi ilə şirkət tərəfindən "xxxx" yük daşıma xidmətinə zəng edilərək sifariş verilmiş, bu xidmətdən 4 yük maşını gəlmiş, əşyaların daşınması barədə Zərərçəkmiş şəxs2 ilə müqavilə bağlanmış, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 evində olan bütün əşyalar daşınaraq ev boşaldılmışdır. Mənzildə olan əşyaların bir hissəsi həmin şirkətə məxsus anbara, bir hissəsi isə Sulutəpə qəsəbəsində Səbuhinin tanışının evinə aparılmışdır. Həmin günü axşam vaxtı şirkətin icraçı direktoru Şahid4 ona bildirmişdir ki, məhəllədə bütün sakinlərlə evlərinin sökülməsi razılaşdırılıb notariat qaydada sənədləşdirilmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə də evlərinin sökülməsi barədə razılıq əldə edilsə də, onlarla sənədləşmə işlərinin aparılması artıq gec olduğundan növbəti günə saxlanılmışdır. Buna görə də söküntü işi aparılarkən bu halı nəzərə almağı söyləmişdir. Ancaq o, bunu tam düzgün başa düşməmiş və elə hesab etmişdir ki, artıq razılıq əldə olunduğu üçün bu şəxslərin d evləri sökülməlidir. Bu səbəbdən də gecə növbəsində işləyən traktorçuya məhəllədə olan bütün evlərin, o cümlədən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 evinin uçurulmasına göstəriş vermişdir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 oğlu Rüfət şirkətin ofisinə gəlib müqavilə bağlasa da, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 həmin günü gəlməmiş, bir gündən sonra gələrək isə əldə olunmuş razılaşmanı pozmuş, Zərərçəkmiş şəxs1 yaşadığı mənzilin əvəzinə 136 kv.m ölçüdə, Zərərçəkmiş şəxs2 isə 84 kv.m ölçüdə mənzillər, habelə digər oğlu Şahid1 və Rövşən Əliyevin hər birinə 30.000 manat pul tələb etmişdir. Halbuki, belə razılaşma olmamışdır. Bundan sonra onlar səs-küy salıb müvafiq orqanlara şikayət etmiş və günü-gündən də tələblərini daha da artırmağa başlamışlar. Hətta, bu şəxslərlə dəfələrlə Rayon İcra Hakimiyyətində və digər orqanlarda birgə qəbullarda olarkən onlarla heç bir razılaşma əldə olunması mümkün olmamış, hər zaman oralarda da səs-küy salıb yarımçıq çıxıb getmişlər. Habelə, şirkət tərəfindən də bu şəxslər dəfələrlə dəvət olunaraq məsələnin həllinin müzakirəsi təklif olunmuş, lakin onlar gəlməyə söz versələr də, heç vaxt gəlməmiş, əldə olunmuş razılaşmadan kənar çıxaraq ümumi 35 kv.m. metr qəzalı vəziyyətdə olan və yaşayış üçün yararsız mənzillərə görə ümumilikdə 1 milyon manatdan artıq yaşayış və qeyri-yaşayış sahəsi istəyirlər. Eyni zamanda onu da qeyd edir ki, həmin ərazidə razılığa gələn şəxslərin evlərinin söküntüsü zamanı şirkətin işçiləri toz olmasına görə maskalardan istifadə etmiş, həmçinin əməkdaşlar aparılan söküntüdə kənar şəxslərin oraya yaxınlaşmamasını, yəni təhlükəsizlik qaydalarını həyata keçirmişlər. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, X14, Zərərçəkmiş şəxs2, X11, Şahid1 və X15 onun övladlarıdır. Ailə olaraq hamısı ünvan 5-də qeydiyyatdadırlar. Bu ev oğlu Səbuhinin xüsusi mülkiyyətindədir. Dölət reyestrindən olan çıxarışda evin ümumi sahə 18 kv.m qeyd olunsa da, faktiki olaraq yaşayış sahəsi 39 kv.m olmuşdur. Bakı şəhəri Nəsimi Rayonu İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 891 nömrəli sərəncamında 06 nəfər ailə tərkibi göstərilməklə ünvan 3 ünvanda bir otaqlı yaşayış sahəsi 17 kv.m qeyd olunmaqla yaşamaq üçün sığınacaq kimi ona verilmişdir. Bu ev üç otaq, bir mətbəxdən ibarət olmuş, orada o, oğlu Rizvan və onun ailəsi ilə yaşamışlar. Həmin evin faktiki olaraq yaşayış sahəsi 68 kv.m olmuşdur. Oğlu Səbuhi isə özünə məxsus evdə tək yaşamışdır. Yaşadıqları bina iki mərtəbədən və zirzəmidən ibarət olmuşdur. O, qeyd edilən ailə üzvləri ilə birlikdə və oğlu Səbuhi binanın birinci mərtəbəsində yaşamış, lakin girişləri ayrı olmuşdur. Digər oğlu Rüfət isə onun yaşadığı binanın 2-ci mərtəbəsində yaşamışdır. Rüfətin yaşadığı mənzilin ümumi sahəsi 55 kv.m olmuşdur. Təxminən 2019-cu ilin əvvəllərindən "xxxx" MTK tərəfindən onların evlərinin yaxınlığında olan bir neçə həyət evləri alınaraq yerində hüdürmərtəbəli yaşayış binaları tikilmişdir. xx.xx.2022-ci tarixdə yaşadıqları binanın həyətinə şirkətin bir qrup əməkdaşı anidən gəlib qonşuları evdən küçəyə çıxarıb qonşuluqda olan evləri və onlara məxsus evləri sökməyə başlamışlar. Həmin əməkdaşlar qonşuluqda yaşayan şəxsləri məcburi şəkildə evdən çıxarmışlar. Bu vaxt onun oğlu Rüfətin mənzilinə də ziyan dəymişdir. Onun mənzilinə isə qismən ziyan dəymişdir. Bu söhbətdən bir neçə gün sonra xx.xx.2023-cü il tarixdə "xxxx" MTK-nın əməkdaşları maska geyinib həyətə hücum edərək eyni hərəkətləri etmiş, qonşulara hücum edib adamları döymüş, evləri buldozer texnikası ilə vurub yararsız hala salmışlar. xx.xx.2023-cü il tarixdə onu Nəsimi Rayon İcra Hakimiyyətinə dəvət etmişlər. O, oğulları Səbuhi və Rizvan ilə birlikdə Nəsimi Rayon İcra Hakimiyyətinə getmiş və orada başçının müavini Ramiz müəllim onları qəbul etmişdir. Otaqda baş memar Ələsgər, "xxxx" MTK-nın sahibi Novruz da olmuşdur. O Ramiz müəllimə “bizim yaşadığımız binanı uçurdurlar, bunun qarşısını almaq lazımdır” demişdir. Ramiz müəllim isə ona “bizim bunun qarşısını almağa imkanımız yoxdur, bizi məhkəməyə verərlər” demişdir. Həmin vaxt onlar hər hansı bir razılığa gələ bilməmiş və onlara xəbər vermişlər ki, yaşadıqları binanı buldozer ilə uçurdurlar, buna görə də dərhal yaşadıqları binanın qarşısına qayıtmışlar. Yaşadıqları binanın qarşısına çatanda binanın bir hissəsinin uçduğunu görmüşlər. 2-ci mərtəbədə yaşayan oğlu Rüfətin uşaqları yuxarıda qalmış və böyük çətinliklə də olsa Rüfətin ailəsini evindən aşağı düşürtmüşlər. Onun da yaşadığı ev yarasız vəziyyətə düşmüşdür. Bir az keçdikdən sonra Nəsimi Rayon İcra Hakimiyyətinin memarı Ələsgər binanın qarşısına gəlmiş, o, Ələsgərə “nə üçün binanı bu vəziyyətə salıblar” demiş, Ələsgər də ona “tapşırığımı verəcəm, onlarla danışacağam” demişdir. Həmin günü təxminən saat 16 radələrində Ələsgər Bakı Şəhər İcra Hakimiyətində işləyən Zülfəli və "xxxx" MTK-nın təsisçisinin oğlu Vüsal yaşadıqları evə gəlmiş və onlarla ev barədə söhbət etmişlər. Vüsal onunla söhbət zamanı bildirmişdir ki, ona məxsus 68 kv.m evinə və zirzəmiyə görə yeni tikilən evdə 136 kv.m ölçüdə ev verəcək, oğlu Səbuhiyə obyekt, Rövşən və Rizvana isə ev verib onları da razı salacaqdır. Vüsal ona sabah onun üçün kirayə ev tutacağını, əşyaları daşımağa da avtomobil və fəhlə verəcəyini bildirmişdir. O da Vüsal ilə bu şərtlə razılaşmışdır ki, razılıqları hər hansı sənədlə rəsmiləşdirilsin. Vüsal növbəti gün saat 11-də notariusda həmin razılaşmanı rəsmiləşdirəcəyini bildirmişdir. O, Vüsal ilə söhbət edə-edə küçəyə çıxmış və evinin giriş qapısından çöldə olan plastmas qapılar, bellər, xırda əşyalar, plastmas borularının Vüsalın adamları tərəfindən daşınıb həyətin digər tərəfinə yığıldığını görmüşdür. O, küçəyə çıxandan sonra Vüsal ona demişdir ki, iki günlük bir yerdə qalın, sabah müqavilə bağlanıb bütün işlər həllini tapacaqdır. Həmin gün "xxxx" MTK-nın əməkdaşları oğlu Səbuhinin mənzilində olan əşyaların daşınması üçün "xxxx" yük daşıma xidmətinə zəng edib sifariş etmiş, gecə Səbuhinin evinin əşyaları yük maşınlarına yüklənib daşınmışdır. Həmin vaxt ora 20-ci polis bölməsinin əməkdaşları da gəlmişlər. Onları evə daxil olmağa qoymamış və binanın işığını da kəsmişlər. Eyni zamanda, şirkətin apardığı söküntülər nəticəsində onların evlərinə ziyan dəymiş və yaşamaq üçün yararsız vəziyyətə gəlmişdir. Onlar da bütün bunlara görə məcbur olub həmin gecəni oğlu Səbuhinin tanışının evində qalmışlar. xx.xx.2023-cü il tarixdə, səhər 11 radələrində oğlu Zərərçəkmiş şəxs2lə birlikdə yaşadıqları ünvana gəldikdə evlərin uçurulduğunu görmüşlər. Hansı ki, onun yaşadığı 03 otaqlı evdə və zirzəmisində ona və ailə üzvlərinə məxsus əşyalar, qızı Lalənin cehizlik əşyaları olmuş, bina uçurdulanda hamısı məhv edilmişdir. Onlar Vüsal və Ələsgəri nə qədər axtarıb mobil nömrələrinə zəng etsələr də, onlar zəngə cavab verməmişlər. Bundan sonra evlərinin sökülməyi ilə bağlı razılığa gələ bilməyəcəklərini başa düşüb müvafiq orqanlara şikayət etmişlər. Buna baxmayaraq tez-tez qeyd olunan ünvana gedib evlərini tələb etmişlər. Həmin vaxtlarda Nəsimi Rayon İcra Hakimiyyətinin baş memarı olan Ələsgər adlı şəxs Nəsimi rayon prokurorluğunda onun evinin sökülməsinə görə ona 100 kv.m təmirsiz mənzil, Səbuhinin evinə görə isə 65 kv.m təmirsiz mənzil və 50.000 manat pul təklif etmişlər. Onlar da bu deyilənlərlə razı olmamışlar. Ona məxsus mənzilin sökülməsinə görə direktor Kamil, təsisçi Novruz və oğlu Vüsal göstəriş vermişlər. Şirkətin ofisi söküntü aparılan yerdə olmuşdur. Ona görə də Kamil, Novruz və Vüsal həmişə orada olmuşlar. "xxxx" daşıma xidmətinin işçiləri oğlu Səbuhi və evin 2-ci mərtəbəsində yaşayan oğlu Rüfətin evinin əşyalarını daşıyıb yük avtomobilinə yükləmişlər. Lakin onun, oğlu Rizvanın, oğlu Rövşən və qızı Lalənin əşyaları evdə qalmış və məhv olmuşdur. Hal-hazıradək onların evlərinin sökülməsi ilə bağlı "xxxx" MTK razılığa gəlmir. Onlara dəymiş maddi, mənəvi zərər və kirayə pulunu ödəmək istəmirlər. Cinayət məsuliyyətinə bu göstərişi vermiş MTK-nın sədri Kamil, təsisçisi Novruz və onun oğlu Vüsal cəlb olunmalıdır. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun anası, X14 bacısı, Şahid1, X11 və X15 isə qardaşlarıdır. Ailə olaraq hamısı ünvan 5 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystrı Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX ******* saylı hüquqlarının qeydiyyatına dair çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, 34 saylı ünvanda yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. Həmin çıxarışda mənzilin ümumi sahəsi 18 kv.m qeyd olunsa da, faktiki olaraq yaşayış sahəsi 39 kv.m idi. Bakı şəhəri Nəsimi Rayonu İcra hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 891 nömrəli sərəncamında anası Zərərçəkmiş şəxs1 06 nəfər ailə tərkibi göstərilməklə ünvan 6 ünvanda bir otaqlı yaşayış sahəsi 17 kv.m qeyd olunmaqla yaşamaq üçün sığınacaq kimi verilmişdir. Həmin mənzilin faktiki olaraq yaşayış sahəsi 68 kv.m idi. Yaşadığı ünvanda yerləşən evin avtomobil yoluna tərəf olan hissəsi iki mərtəbəli olmuş, binanın orta hissəsindən həyətə daxil olduqda sol tərəfdə birmərtəbəli evlər olmuşlar. Yaşadıqları evin iki mərtəbəli olan hissəsinin 1-ci mərtəbəsində anası Zərərçəkmiş şəxs1 ilə birlikdə bacısı X14, qardaşları Şahid1 və X11 yaşamışlar. Digər qardaşı X15 isə ünvan 5, mənzil 13-də ailə ilə yaşamışdır. Həmin mənzilin ümumi sahəsi 55 kv.m olmuşdur. Onun yaşdığı mənzil evin birinci mərtəbəsində yerləşmişdir. Anası Zərərçəkmiş şəxs1 mənzilinə giriş evin həyət hissəsindən olmuş, onun mənzilinə giriş isə yol tərəfdən olmuşdur. Anası Ədalətin mənzili üç otaqdan ibarət olmuş, hamam, tualet və mətbəx otağı evin giriş qapısından çöldə sağ tərəfdə yerləşmiş, lakin həmin hissəni plastik material ilə bağlamışlar. Onun mənzili iki otaqlı olmuş, hamam, tualet və mətbəx otağı da evin giriş qapısından çöldə yerləşmişdir. Təxminən 2019-cu ilin əvvəllərindən "xxxx" MTK tərəfindən onların evinin yaxınlığında olan bir neçə həyət evləri alınaraq yerində hündürmərtəbəli yaşayış binaları tikilmişdir. "xxxx" MTK-nın direktoru Kamil, sahibkarın oğlu Vüsal və Nəsimi Rayon İcra Hakimiyyətinin baş memarı Ələsgər adlı şəxslərlə o və anası ilə mənzildə söhbət edən zaman Vüsal onlara anasının mənzilinə görə 136 kv.m və 84 kv.m təmirli mənzil, onun mənzilinə görə isə 65 kv.m obyekt və kirayə pulunun ödənilməsi şərti ilə veriləcəyini bildirmişlər. Bundan başqa, Vüsal anasının yanında yaşayan qardaşları Rizvan və Rövşənin ev məsələsinə baxacaqlarını demişdir. Onlar Vüsalın dedikləri ilə razılaşmışdır. Bundan sonra "xxxx" MTK-nın əməkdaşları mənzildə olan əşyaların daşınması üçün "xxxx" yük daşıma xidmətinə zəng edib sifariş etmişlər. Həmin gecə onun və yük daşıma xidmətinin əməkdaşlarının köməyi ilə evin yarısından çox əşyaları yük maşınlarına yüklənmiş və saxlanılması üçün yük daşıma xidmətinin anbarına yola salınmışdır. Yerdə qalan digər əşyalar isə mənzilin zirzəmisində saxlanılmışdır. Həmin əşyaları səhəri günü gəlib müqaviləyə imza atdıqdan sonra götürəcəklərini bildirmişlər. xx.xx.2023-cü il tarixdə, səhər 11 radələrində o, anası Zərərçəkmiş şəxs1 ilə birlikdə yaşadıqları ünvana gəldikdə evin uçurulduğunu görmüşlər. Bununla bağlı "xxxx" MTK-nın ofisinə yaxınlaşıb nə baş verdiyini soruşanda, Vüsal adlı şəxs dəymiş ziyanın ödəniləcəyini bildirmişdir. Bundan sonra evlərinin sökülməsi ilə bağlı razılığa gələ bilməyəcəklərini başa düşüb müvafiq orqanlara şikayət etmişlər. Həmin vaxtlarda Nəsimi Rayon İcra Hakimiyyətinin baş memarı olan Ələsgər adlı şəxs anası Zərərçəkmiş şəxs1 mənzilinə görə 100 kv.m təmirsiz mənzil, onun mənzilinə görə isə 65 kv.m təmirsiz mənzil və 50.000 manat pul təklif etmiş, o da bu deyilənlərlə razı olmamışdır. İstintaqın gedişindən narazı olaraq onlar məsələ ilə bağlı dəfələrlə Baş prokurorluqda olmuş, sonuncu dəfə Bakı şəhər prokurorluğunda qəbulda olarkən bir mənzilə görə 85 kv.m, digərinə görə isə 143 kv.m və üzərində 100 min manat pul təklif edildiyi söylənilmiş, lakin onlar bununla razılaşmamış, çünki ona söz verilən 65 kv.m qeyri-yaşayış sahəsinin ayrılmasından boyun qaçırmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələrinə oxşar məzmunda ifadə verdi. Məhkəmədə zərər çəkmiş şəxs Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Birliyinin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, 34 saylı ünvanda yerləşən 17 kv.m-lik mənzil Birliyin balansında olmaqla Bakı şəhəri Nəsimi Rayonu İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 891 nömrəli sərəncamı ilə Zərərçəkmiş şəxs1 sığınacaq kimi verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 183 nömrəli sərəncamı ilə "xxxx" MTK-ya Nəsimi rayonu, Mərdanov Qardaşları, A.Səhhət və Novruzov Qardaşları küçəslərinin əhatə etdiyi 997-ci məhəllədə yerləşən torpaq sahəsində həmin ərazidə yaşayan sakinləri qarşılıqlı razılaşma yolu ilə köçürdükdən sonra müvafiq söküntü və tikinti işlərinin aparılmasına icazə verilmişdir. Buna görə də "xxxx" MTK tərəfindən həmin mənzillər 2022 və 2023-cü il tarixlərdə sökülmüşdür. Birliyin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında Şahid4 ifadəsində bildirdi ki, onun "xxxx" MTK-nın icraçı direktoru kimi vəzifəsi şirkət tərəfindən aparılan söküntü və söküntülərin yerində tikilən binalarda gedən ümumi iş prosesinə nəzarət etməkdən ibarətdir. MTK-nın meneceri Təqsirləndirilən şəxs vəzifələri söküləcək evlərin sakinlərinin köçürülməsinə, evlərinin sökülməsinə razılaşdığı sakinlərin evləri sökülərkən müxtəlif yerlərdən ekskavator, traktor və sair texnika sürücüləri, fəhlələr tapmaqdan, ərazidə söküləcək evlərin yerini göstərib söküntü işlərinin aparılmasına nəzarət etməkdən ibarət olmuşdur. Şirkətin müraciətinə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş yaşayış binalarının tikintisinin layihələndirilməsi haqqında xx.xx.2014-cü il tarixli, 183 saylı sərəncama əsasən Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli, Mərdanov Qardaşları, A.Səhhət və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi 977-ci məhəllədə yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün icazə verilmişdir. Şirkət ilə Bakı Şəhəri İcra Hakimiyyəti arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 1053 saylı müqaviləyə əsasən Nəsimi rayonu, N.Yusifbəyli, Mərdanov Qardaşları, A.Səhhət və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi 977-ci məhəllədə ayrılmış torpaq sahəsi 49 il müddətinə "xxxx" MTK-nın istifadəsinə verilmişdir. 2018-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən verilən aktda qeyd olunan ünvanlarda yaşayış binalarının tikilməsi üçün 1,4748 hektar torpaq sahəsi ayrıldığı qeyd olunmuşdur. Həmçinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyi “Azərdövləttikintilayihə” İnstitutu tərəfindən həmin küçələrin əhatə etdiyi 977-ci məhəllədə yerləşən yaşayış evlərinin mövcud vəziyyəti haqqında təsdiq edilmiş xx.xx.2018-ci il tarixli rəyi də mövcuddur. Bu rəyə əsasən qeyd edilən ünvanda yerləşən yaşayış evləri hal-hazırda istismar olunur, uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmaya məruz qalmış, evlər texniki məhdud işlək vəziyyətdədir. Qeyd edilən ərazidə tikinti aparılmasına dair müvafiq dövlət qurumları tərəfindən müəyyən edilmiş prosedurlar qanunamüvafiq qaydada həll edildikdən və müvafiq işlərin aparılması üçün razılıqlar alındıqdan sonra "xxxx" MTK tərəfindən sakinlərə söküləcək evlərin əvəzinə daha əlverişli xüsusiyyətlərə malik təmirli mənzillər təklif edilmiş, eyni zamanda mənzillərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilərək yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları təklif olunmuşdur. Həmin torpaq sahəsindəki daşınmaz əmlak mülkiyyətçiləri ilə mülki münasibətlərin tənzimlənməsi məqsədi ilə danışıqlar aparılmış, 45ə yaxın sakinlə razılıq əldə edildikdən sonra müqavilələr bağlanaraq onların razılığı əsasında evləri sökülmüş və yeni tikiləcək binanın özülü qazılmışdır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 da Bakı şəhəri, ünvan 2 ünvanda yaşayan digər sakinlərlə müəyyən şərtlər müqabilində razılıq əldə edilərək onların köçürülməsi prosesi tamamlanmışdır. Dövlət reyestrindən çıxarışa əsasən Zərərçəkmiş şəxs2 mülkiyyətçisi olduğu evin ümumi sahəsi 18.0 kv.m qeyd olmuşdur. Zərərçəkmiş şəxs2 anası Zərərçəkmiş şəxs1 yaşadığı və Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən ona sığınacaq kimi verilmiş ev əldə etdikləri məlumata əsasən 17 kv.m-dən ibarət olmuşdur. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 evin birinci mərtəbəsində yaşamışlar. Zərərçəkmiş şəxs1 mənzilinə giriş evin həyət hissəsindən olmuş, Zərərçəkmiş şəxs2 mənzilinə giriş isə yol tərəfdən olmuşdur. Zərərçəkmiş şəxs1 məxsus mənzildə oğlu Şahid1 və Rizvanın ailəsi yaşamamış, həmin evdə Zərərçəkmiş şəxs1 qızı Lalə ilə birlikdə yaşamışdır. Danışıq prosesləri zamanı nə Zərərçəkmiş şəxs2, nə də Zərərçəkmiş şəxs1 yaşadıqları mənzillərin ölçülməsinə icazə verməmiş, buna baxmayaraq onlara faktiki yaşayış sahələrindən artıq ölçüdə mənzillər təklif edilmişdir. Hər iki şəxs yaşadıqları evin sahələrinin kiçik olmasına baxmayaraq şirkət tərəfindən dəfələrlə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 daha böyük ölçülərdə mənzillər və əlavə pul təklif olunsa da, onlar hər dəfəsində müxtəlif yeni şərtlər irəli sürmüşlər. Müqavilə bağlanmış şəxslərin evlərinin köçürülməsinə, ərazidə işləyən fəhlələrə, traktorçulara və ekskavatorçulara, evlərin sökülməsinə MTK-da mencer işləyən Təqsirləndirilən şəxs nəzarət etmişdir. Təqsirləndirilən şəxs hər gün görülmüş işlərin yekunu olaraq ərazidə işləyən şəxsləri yenidən ofisə dəvət edib ümumi vəziyyətlə maraqlanmışdır. Artıq həmin ərazidə Ədalət və Səbuhinin evləri istisna olmaqla digər sakinlərin evlərinin sökülməsi prosesi 03 yanvar 2023-cü il tarixdən başlanmışdır. xx.xx.2023-cü il tarixdə o, şirkətin ofisində olarkən təsisçi Şahid6 və Nəsimi İayon İcra Hakimiyyətinin baş memarı Ələsgər adlı şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə şifahi razılığa gəldiklərini, yəni Zərərçəkmiş şəxs1 mənzilinə görə 100 kv.m, Səbuhinin mənzilinə görə isə 65 kv.m təmirsiz yeni mənzil və 50.000 manat pulun verilməsində razılıq əldə olunduğunu bildirmişlər. Həmin günü Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 da ofisə gələrək Şahid6 bildirdiyi təkliflə razılaşdıqlarını söyləyərək evdə olan əşyalarının köçürülməsi üçün "xxxx" yük daşıma xidmətinə sifariş verilməsini xahiş etmişlər. Bundan sonra şirkət tərəfindən yük daşıma xidmətinə zəng edilərək sifariş verilmiş və 4 yük maşını gəlmiş, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 evində olan bütün əşyalar yük daşıma xidmətinin və ev sahiblərinin köməyi ilə yük maşınlarına daşınmış, ev bütünlüklə boşaldılmışdır. Hətta o, həmin gün Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yaşadıqları məhəlləyə gələndə özü də şahid olmuşdur ki, onların yaşadıqları evdə olan əşyalar tamamilə boşaldılıb yük avtomobilinə yüklənib. Əşyaların bir hissəsi həmin şirkətə məxsus anbara, bir hissəsi isə Sulutəpə qəsəbəsində Səbuhinin tanışının evinə yığılmışdır. Beləliklə, Ədalət və Səbuhinin də razılıqları alındıqdan sonra qeyd edilən ünvanda razılaşdırılmamış sakin qalmamışdır. Sadəcə olaraq Ədalət və Səbuhi ilə razılaşmanın rəsmiyyətə keçirilməsi, yəni müqavilə bağlanma mərhələsi növbəti günə qalmışdır. Həmin günü axşam vaxtı o, Təqsirləndirilən şəxs bildirmişdir ki, məhəllədə bütün sakinlərlə evlərin sökülməsi razılaşdırılıb notariat qaydada sənədləşdirilib, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə də evlərinin sökülməsi barədə razılıq əldə olunub, lakin müqavilənin bağlanılması sabaha qaldığı üçün ərazidə işləyən ekskavatorçuya və ya traktorçuya evlərin sökülməsini göstəriş verərkən Ədalət və Səbuhinin evlərini uçurmasın. Səhəri günü, yəni xx.xx.2023-cü il tarixdə işdə olarkən ona məlum olmuşdur ki, Bəxtiyar onun dediklərini düzgün başa düşməyərək Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 da evinin uçurulmasına göstəriş vermişdir. Daha sonra Zərərçəkmiş şəxs1 digər oğlu Rüfət ofisə gələrək onun 32,25 kv.m mənzilinə görə 136 kv.m təmirsiz 3 otaqlı mənzil və ev tikintisi müəyyən edilən vaxtadək tikilib təhvil verilməsə ona aylıq 700 manat kirayə haqqının verilməsinə dair notariat qaydasında müqavilə bağlanılmışdır. Zərərçəkmiş şəxs1 və oğlu Səbuhi isə daha bir gün sonra gələrək evin uçurulmasında istifadə edib əlavə tələblər irəli sürmüş, Zərərçəkmiş şəxs1 öz mənzilinə görə 136 kv.m ölçüdə, Zərərçəkmiş şəxs2 isə 84 kv.m ölçüdə mənzillər, habelə digər oğlu Şahid1 və Rövşən Əliyevin hər birinə 30.000 manat pul tələb etmişdir. Lakin, o, belə bir razılaşmanın olmadığını bildirəndə, bu şəxslər səs-küy salıb çıxıb getmiş və müxtəlif yerlərə şikayət etməyə başlamışlar. Daha sonra onlar tələblərini daha da artırmış, Səbuhi əlavə olaraq 65 kv.m qeyri-yaşayış sahəsi də istəmişdir. Qeyd edir ki, bu şəxslərlə aparılan bütün danışıqlarda özü də iştirak etmiş və onların söylədikləri uydurmadır. Söküntü işlərinə başlamamışdan əvvəl ərazidəki sakinlərlə tanışlıq zamanı Zərərçəkmiş şəxs1 qızı ilə yaşaması onlara məlum olmuşdur. Ədalət digər oğlu Rizvan və Rövşənin onunla birlikdə yaşadıqlarını yalandan bəhanə etmişdir ki, onlar üçün də müəyyən məbləğdə pul ala bilsin. Onun bu oğulları başqa yerdə yaşayırlar. Zərərçəkmiş şəxs2 mənzilinin 39 kv.m, Zərərçəkmiş şəxs1 evinin 68 kv.metrdən ibarət olması yalnız onların şifahi formada qeyd etdikləri ölçülərdir. Onlar heç vaxt şirkət tərəfindən evlərinin ölçülməsinə icazə verməmişlər. Müvafiq rəsmi sənədlərə əsasən isə onların yaşadıqları mənzillər 17 və 18 kv.metrdən ibarət olmuşdur. Buna baxmayaraq şirkət olaraq həmin şəxslərə də qeyd edilən ölçüdən dəfələrlə artıq ölçüdə mənzil təklif edilmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 3 il tikinti layihəsinin həyata keçirilməsinə mane olduqları üçün şirkət tikinti işlərini başlaya bilməmiş və uzun müddət aparılan danışıqlar nəticəsində razılıq əldə olunsa da, sonradan bu şəxslər cığallıq etmişlər. Bununla belə, şirkətin rəhbəri olaraq o, onları dəfələrlə dəvət edib məsələni müsbət qaydada həll etməyə çalışmış, lakin onlar hər dəfə söz verib gələcəklərini desələr də, buna əməl etməmiş, müxtəlif orqanlara şikayət etməyi üstün tutmuşlar. Həmin orqanların müvafiq vəzifəli şəxslərin iştirakları ilə keçirilmiş birgə görüşlərdə də bu şəxslər səs-küy salmaqdan başqa digər hərəkət etməmiş, səsləndirdiyi fikirlərdə isə onlar ümumilikdə 35 kv.m olan, yaşayış üçün demək olar ki uyğun hesab edilməyən mənzillərə görə 1 milyon manatdan artıq dəyərdə olan əmlaklar istəyirlər ki, bu da qeyri-mümkündür. Məhkəmədə Şahid6 ifadəsində bildirdi ki, o və atası Novruz Həsənov "xxxx" MTKnın təsisçiləridir, Şahid4dur isə icraçı direktor işləyir. 2018-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən verilən aktda Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli, Mərdanov Qardaşları, A.Səhhət və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi 977-ci məhəllədə yaşayış binalarının tikilməsi üçün "xxxx" MTK-ya 1,4748 ha torpaq sahəsinin ayrıldığı qeyd olunmuşdur. MTK Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 18 aprel 2014-ci il tarixli, 183 saylı sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirmiş, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürmüş, evləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşmışdır. "xxxx" MTK tərəfindən həmin sərəncamın tələblərinə uyğun olaraq qeyd edilən torpaq sahəsindəki daşınmaz əmlak mülkiyyətçiləri ilə mülki münasibətlərin tənzimlənməsi məqsədi ilə danışıqlar aparılmışdır. Həmin vaxtı o da atasının işlərində köməklik etmiş, sakinlərin köçürülməsində iştirak edib onlarla danışıqlar aparmış, həmin ərazidə 45-ə yaxın mülkiyyətçi ilə müqavilələr bağlanmışdır. Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, 34 saylı evdə çoxsaylı ailələr yaşamışlar. Həmin məhəllədə yaşayan digər ailələr köçürülmüş, təkcə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qalmışdır. Zərərçəkmiş şəxs2 və X15 həmin ünvanda tək yaşamışlar. Belə ki, Rüfət evin 2-ci mərtəbəsində, Səbuhi, Zərərçəkmiş şəxs1 və qızı evin birinci mərtəbəsində yaşamışlar. Zərərçəkmiş şəxs2 dövlət reyestrindən olan çıxarışda mənzilinin ümumi sahəsi 18.0 kv.m qeyd olunmuş, lakin evin faktiki sahəsini ölçmək üçün sonuncu tərəfindən icazə verilməmişdir. Zərərçəkmiş şəxs1 yaşadığı ev sonuncuya Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən sığınacaq kimi verilmiş və həmin evin ümumi sahəsi 17.0 kv.m olmuşdur. Amma evin faktiki sahəsini müəyyən etmək üçün ev sahibi tərəfindən evə daxil olmağa icazə verilməmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə danışıqlar aparmaq istəyən zaman onlar vaxtı uzadaraq söküntü işlərinin aparılmasına çətinlik yaratmışlar. Buna görə də onlarla danışıqlar aparmaq istəyən zaman 05 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 ofisə gəlmiş və o, Səbuhiyə anası Zərərçəkmiş şəxs1 mənzilinə görə 100 kv.m, onun öz mənzilinə görə isə 65 kv.m təmirsiz mənzillər və 50.000 manat pul, habelə kirayə haqqını və bununla bağlı notariat qaydasında müqavilə bağlamağı təklif etmişdir. Lakin Zərərçəkmiş şəxs2 əvvəlcə bununla razılaşmasa da, sonradan həmin günü Nəsimi Rayon İcra Hakimiyyətinin baş memarı Ələsgər adlı şəxslə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə birlikdə sonuncunun mənzilində olarkən onlar bu təklifi qəbul etmişlər. Eyni zamanda, Zərərçəkmiş şəxs2 həmin ərazini bir az da artırmağın mümkün olub-olmadığını soruşanda, o bunun gələcəkdə mümkün olduğu təqdirdə edəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə ofisdə olarkən MTK-nın direktoru Şahid4 Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə şifahi razılığa gəlindiyini bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 da ofisə gəlmişlər. Onlar da deyilənlərlə şifahi razılığa gəldiklərini bir daha təsdiq etmiş və evdə olan əşyalarının köçürülməsi üçün "xxxx" yük daşıma xidmətinə sifariş vermələrini xahiş etmişlər. MTK tərəfindən "xxxx" yük daşıma xidmətinə zəng olunub sifariş verilmiş, bundan sonra Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 evində olan bütün əşyalar yük daşıma xidmətinin və ev sahiblərinin köməyi ilə 04 ədəd yük maşınına yığılmış, mənzillər bütünlüklə boşaldılaraq əşyaların bir hissəsi həmin şirkətə məxsus anbara, bir hissəsi isə Sulutəpə qəsəbəsində Səbuhinin tanışının evinə aparılmışdır. Bundan sonra MTK-da menecer işləyən Təqsirləndirilən şəxs isə artıq məsələnin həll olunduğunu zənn edib həmin gücə məhəllədə olan bütün evlərin, həmçinin Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 da evlərinin sökülməsini həyata keçirmişdir. Halbuki, ona bu şəxslərin evinin sökülməsinə tapşırıq verilməmişdir. Sonradan Ədalət və Səbuhi də bu vəziyyətdən istifadə edib əldə olunmuş razılığı pozaraq ağlasığmayan ölçüdə yaşayış və qeyri-yaşayış sahələri və pul tələb etməyə başlamışlar. Eyni zamanda, həmin evdə mənzili olan X15 ilə isə daha əvvəl əldə olunmuş razılaşmaya uyğun olaraq 32,25 kv.m mənzilə görə yeni tikilən binada 136 kv.m mənzilin, habelə ev müəyyən edilmiş vaxta hazır olmadığı təqdirdə aylıq 700 manat kirayə haqqının verilməsinə dair xx.xx.2024-cü il tarixdə notariat qaydasında müqavilə imzalanmışdır. Bu da ona dəlalət edir ki, Zərərçəkmiş şəxs1 və onun iki oğlu ilə məsələ barədə daha öncədən razılaşma olmuş, onlar könüllü olaraq öz evlərini boşaltmağa icazə verərək növbəti günü müqavilə bağlayacağına söz vermiş, lakin buna yalnız Rüfət əməl etmiş, digər iki şəxs isə razılaşmadan boyun qaçıraraq əsassız tələblər irəli sürmüşlər. Bununla belə, MTK-da məsələnin həllində maraqlıdır, bu şəxsləri evsiz qoymaq niyyətində deyil və onlarla danışıqlara hazırdır. Lakin, bu şəxslər danışıqlara gəlmir, müxtəlif yerlərə şikayət etməklə məşğuldurlar. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərdi ki, o, 2021-ci il tarixdən Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyətində baş memar vəzifəsində işləyir. Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli, Mərdanov Qardaşları, A.Səhhət və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə yerləşən torpaq sahəsində yaşayış binalarının tikilməsi üçün "xxxx" MMC-yə 1,4748 ha torpaq sahəsi ayrılmışdır. "xxxx" MMC Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 18 aprel 2014-ci il tarixli, 183 nömrəli sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirmiş, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürmüş, evləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşmışdır. MMC tərəfindən həmin sərəncamın tələblərinə uyğun olaraq qeyd edilən torpaq sahəsindəki daşınmaz əmlak mülkiyyətçiləri ilə mülki münasibətlərin tənzimlənməsi məqsədi ilə onun iştirakı ilə danışıqlar aparılmış və demək olar ki, 40-dan çox sakinlərlə müqavilələr bağlanmışdır. Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, 34 saylı ünvanda çoxsaylı ailələr yaşamışdır. Həmin məhəllədə yaşayan digər ailələr isə köçürülmüşdür. X2, Zərərçəkmiş şəxs2 və X12 qalmışdır. Onların ümumi 03 yaşayış mənzili olmuşdur. Zərərçəkmiş şəxs2 dövlət reyestrindən olan çıxarışda evinin ümumi sahəsi 18.0 kv.m, Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən Zərərçəkmiş şəxs1 sığınacaq kimi verilmiş mənzilin sahəsi isə 16 kv.m. olmuşdur. Lakin evin faktiki sahəsini ölçmək üçün onlar tərəfindən icazə verilməmişdir. X4 isə mənzili 32,25 kv.m olmuş və buna görə "xxxx" MTK tərəfindən ona yeni tikilən binadan 136 kv.m mənzil verilmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə danışıqlar aparmaq istəyən zaman onlar vaxtı uzadaraq söküntü işlərinin aparılmasına çətinlik yaratmışlar. Danışıqlar zamanı "xxxx" MMC-nin direktoru Şahid4 ona Zərərçəkmiş şəxs1 evinə görə 100 kv.m, Zərərçəkmiş şəxs2 mənzilinə görə isə 65 kv.m təmirsiz və kirayəsiz yeni mənzillərin, habelə 50.000 manat pulun verilməsini və müqavilə bağlamaq üçün notariusa getməyi təklif etdiyini bildirmişdir. Lakin Zərərçəkmiş şəxs2 deyilənlərlə razı olmamışdır. xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin təsisçisi Şahid6, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə birlikdə sonuncunun mənzilində olan zaman Vüsal tərəfindən yenidən Zərərçəkmiş şəxs1 evinə görə 100 kv.m və 50.000 pul vəsaiti, Zərərçəkmiş şəxs2 evinə görə isə 65 kv.m təmirsiz və kirayəsiz yeni mənzillərin verilməsi təklif olunmuşdur. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əvvəlcə razı olmasalar da, sonra razılaşmışlar. Zərərçəkmiş şəxs2 həmin ərazinin bir az da artırmaq mümkün olub-olmadığını soruşmuş, Şahid6 da bunun gələcəkdə mümkün olduğu təqdirdə kömək edəcəyini bildirmişdir. Həmin söhbət zamanı şifahi olaraq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onlara edilən təkliflə razılaşmışlar. Bundan sonra yük daşıma xidmətinə məlumat verilmiş və onların yanında Ədalət və Səbuhinin evində olan bütün əşyalar özləri tərəfindən daşınmış və özləri də evdən çıxıb getmişlər. Bundan sonrakı günlərdə Ədalət və Səbuhi Nəsimi Rayon İcra Hakimiyyətinə gələrək MTK-nın qanunsuz olaraq onların evlərini sökdüklərini bildirmişlər. O da onlara demişdir ki, axı özləri şirkətlə onlar xx.xx.2023-cü il tarixdə razılaşıblar və yüklərini də evdən boşaldıb gediblər, indi nəyə görə evlərini qanunsuz söküldüyünü iddia edirlər. Onlar da bildimişlər ki, “dünən razılaşmışdıq ki, təklifdə nəzərdə tutulandan daha artıq mənzil versinlər. Lakin indi artıq mənzil verməyəcəklərini bildirdilər”. Əslində isə danışıq belə olmuşdur ki, Zərərçəkmiş şəxs1 evinə görə 100 kv.m və 50.000 pul vəsaiti, Zərərçəkmiş şəxs2 evinə görə isə 65 kv.m təmirsiz və kirayəsiz yeni mənzillər verilsin, imkan olarsa gələcəkdə əlavə sahəyə malik mənzil verilməsi məsələsinə baxılacaqdır. Bundan sonra Ədalət və Səbuhi razılaşmada nəzərdə tutulandan daha artıq sahəyə malik mənzil istəməklə guya ki, mənzillərinin qanunsuz söküldüyünü bildirmiş və hüquq mühafizə orqanlarına şikayət etmişlər. O, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus evin "xxxx" MMC tərəfindən sökülərkən orada iştirak etməmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs1 oğulları Rizvan və Rövşənə hər birinə 30.000 manat pul veriləcəyi barədə söhbət edilməmişdir. Məhkəmədə Şahid3 ifadəsində bildirdi ki, o, müxtəlif tikinti obyektlərində traktor və ekskavator sürücüsü işləmişdir. Mütəmadi iş tapmadığına görə “Elit” ticarət mərkəzinin yaxınlığında ekskavator və traktorlar dayanan yerdə dayanıb orada özünə iş axtarır. xx.xx.2023-cü il tarixdə günortadan sonra özünü "xxxx" MTK-nin əməkdaşı kimi təqdim edən Bəxtiyar adlı şəxs ona yaxınlaşıb tikinti obyektində söküntü işi olduğunu bildirib ondan ekskavator sürə bilib-bilmədiyini soruşmuş, o da onu idarə etməyi bacardığını bildirmişdir. Bu zaman həmin şəxs tikintidə ekskavatorun olduğunu, amma gecə növbəsində söküntü işi aparmaq üçün onu idarə edə biləcək şəxsin lazım olduğunu və bunun müqabilində ona 100 manat zəhmət haqqı verəcəyini demişdir. Həmin vaxt iş olmadığından o, həmin şəxslə razılaşmış, sonuncu ilə birlikdə 1 saylı X24 yaxınlığında yerləşən tikinti obyektinə getmişdir. Orada Bəxtiyar onu söküntü aparılacaq yerə aparıb söküləcək evləri göstərmiş, həmin evlərin hamısının sökülməsini ona tapşırıb çıxıb getmişdir. O da həmin gecə səhərə qədər “Hidromek 300” markalı ekskavatorla işləyib orada olan bütün evləri sökmüşdür. Evlərin hamısı boş olmuş, içərisində heç bir əşya olmamışdır. Məhkəmə istintaqında Şahid5 ifadəsində bildirdi ki, o, 2020-ci ildən etibarən "xxxx" yük daşıma şirkətində fəhlə işləyir. xx.xx.2023-cü il tarixdə şirkətin çağrı mərkəzinə yük daşınması ilə əlaqədar sifariş daxil olmuş, müvafiq yüklərin ünvan 7 ünvanda yerləşən mənzildən daşınaraq şirkətin anbarına yerləşdirilməsi bildirilmişdir. Çağrı mərkəzindən zəng gəldikdən sonra sifariş qeydə alınmış, həmin ünvanda sirafişi icra etmək barədə rəhbərlik tərəfindən qrup rəhbəri olaraq Qalib Zeynalova müvafiq göstəriş verilmişdir. Onunla birlikdə 05 nəfər, yəni **-JP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X13, qrup rəhbəri X16, işçi qrupunun üzvləri X5, X17 və o, həmin ünvana getmişlər. Həmin ünvanda ikimərtəbəli evin birinci mərtəbəsinə daxil olmuşlar. Həmin mənzildə Səbuhi adlı şəxs onları qarşılamış, mənzil sahibi kimi özünü təqdim etmiş və daşınmalı olan mənzildəki yükləri onlara göstərmişdir. Mənzil 01 qonaq otağı və mətbəxdən ibarət olmuş, mətbəxdə və qonaq otağında olan bütün əşyaları yük maşınına yerləşdirmişlər. Daha sonra həmin əşyaları Abşeron rayonu, Xırdalan şəhərində yerləşən anbara təhvil vermişlər. Onlar mənzilə daxil olanda mənzildə olan bütün əşyaları yük maşınına daşıyıb yerləşdirmişlər. Məhkəmədə Şahid9 ifadəsində bildirdi ki, o, 2022-ci ildən etibarən "xxxx" yük daşıma şirkətində fəhlə işləyir. xx.xx.2023-cü il tarixdə işlədiyi şirkətin çağrı mərkəzinə yük daşınması ilə əlaqədar sifariş daxil olmuş, müvafiq yüklərin ünvan 7 ünvanda yerləşən mənzildən daşınaraq şirkətin anbarına yerləşdirilməsi bildirilmişdir. Çağrı mərkəzindən zəng gəldikdən sonra sifariş qeydə alınmış, həmin ünvanda sirafişi icra etmək üçün şirkətin rəhbərliyindən Elməddin Məmmədov həmin ünvana gəlib əşyaların daşınacağı evə və həmçinin əşylara baxış keçirmişdir. Həmin ünvana gələndə təxminən saat 18 radələri olmuşdur. Ondan başqa təxminən 7-8 nəfər yük daşıyan fəhlə olmuşdur. Bu ünvanda ikimərtəbəli ev olmuşdur. Onlar həmin evin birinci mərtəbəsindəki mənzilə daxil olmuşlar. Mənzil üç otaq otaqdan və mətbəxdən ibarət olmuş, lakin otaqlar kiçik ölçüdə idilər. Mənzildə olan əşyalar köhnə əşyalar olmuş, mənzildə yaşlı, kök bədən quruluşlu qadın onları qarşılamışdır. Həmin mənzildə bu qadından başqa iki nəfər də tanımadığı xanım olmuş, yaşlı qadın kresloda əyləmiş, iki nəfər xanım mənzildə olan əşyaları qablaşdırıb karton qutulara yığıb fəhlələrə vermiş, onlar da bu əşyaları yük avtomobilinə daşıyıb yığmışlar. Daha sonra mənzildə olan əşyaları mənzilin qapısından çıxartmaq çətinlik yaratdığından tikinti şirkətinin işçiləri mənzilin yola baxan hissəsindən pəncərənin hörülmüş hissəsini sökmüş, həmin hissədən mənzildə olan divan, kreslo, çarpayı, televizor, soyuducu, yorğan, döşək və digər əşyaları daşınıb yük avtomobilinə yığılmışdır. Əşyaları daşıyarkən hətta orada polis əməkdaşları, icra hakimiyətinin işçisi, tikinti şirkətinin əməkdaşları da olmuşlar. Həmin mənzildə olan bütün əşyaları yük maşınına yerləşdirmişlər. Ümumilikdə yüklərin daşınması üçün şirkətin 4 avtomobili gəlmişdir. Evin birinici mərtəbəsində yaşlı qadının mənzilindən bütün əşyalar daşındıqdan sonra evin ikinici mərtəbəsində olan mənzildən də əşyalar daşınmışdır. Daha sonra 2 yük maşınında olan əşyalar Abşeron rayonu, Xırdalan şəhərində yerləşən şirkətin anbarına aparılmış, digər 2 maşında olan əşyalar isə ev sahiblərinin qohumlarının evlərinə boşaldılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 Şahid9 ifadəsinə oxşar məzmunda izahat verdi. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Yaşayış binalarının tikintisinin layihələndirilməsi haqqında” Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2014-cü il tarixli, 183 saylı sərəncama əsasən Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli, Mərdanov Qardaşları, A.Səhhət və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə yerləşən torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə icazə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi müvafiq qanunvericiliyə uyğun həll edilməsi göstərilmişdir (İ cild, i.v.147); • Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli, Mərdanov Qardaşları, A.Səhhət və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə yerləşən torpaq sahəsində yaşayış binalarının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi “Azərdövlətlayihə” DBLİ tərəfindən işlənilmiş şəhərsalma əsaslandırılması razılaşdırılır (İ cild, i.v.148); • “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2015-ci il tarixli, 1053 saylı müqaviləyə əsasən Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli, Mərdanov Qardaşları, A.Səhhət və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi 977-ci məhəllədə ayrılmış torpaq sahəsi 49 il müddətinə "xxxx" MMC-nin istifadəsinə verilir (İ cild, i.v.149-152); • Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi “Azərdövlətlayihə” DBLİ-nin “Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli, Mərdanov Qardaşları, A.Səhhət və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə yerləşən yaşayış evlərinin mövcud vəziyyəti haqqında” 28 mart 2018-ci il tarixli texniki rəyində qeyd olunur ki, yaşayış evləri halhazırda istismar olunur, onlar kürsüsüz, pərakəndə şəkildə, heç bir tikinti norma və qaydalarının tələblərinə əməl olunmadan inşa edilmiş, yaşayış evləri uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmaya məruz qalmışdır. Yaşayış evləri texniki məhdud işlək vəziyyətdədir (İ cild, i.v.171-176); • 27.12.2017-ci il tarixli, 81 saylı “Obyektin tikintisinə icazə”yə əsasən Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli, Mərdanov Qardaşları, A.Səhhət və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi 977-ci məhəllədə "xxxx" MMC-yə yaşayış binalarının tikintisinə icazə verilmişdir (İ cild, i.v.177-178); • "xxxx" MTK ilə X15 arasında bağlanılmış və notariat qaydasında təsdiq olunmuş 07 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən ünvan 5-də yerləşən, yaşayış üçün qəzalı və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan mülkiyyətçi Rüfət Əliyevə məxsus (Çıxarış Seriya RX No0168911), ümumi sahəsi 32,25 kv.m. olan 13 saylı mənzil 155.000 manat dəyərində qiymətləndirilir. Qeyd olunan mənzilin əvəzinə "xxxx" MTK onun tərəfindən növbəti inşa edilən “C” bloku 6-cı mərtəbəsində tikinti sahəsi 136 kv.m. (çöl ölçülər, divarlar daxil) təmirsiz üç otaqlı 02 saylı mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür. xx.xx.2025-ci il tarixədək qeyd olunan mənzil təhvil verilməsə, "xxxx" MTK mülkiyyətçiyə həmin mənzil təhvil verilənə qədər aylıq 700 manat kirayə pulu ödəməyi öhdəsinə götürür (İ cild, i.v.185- 186); • Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX ******* saylı hüquqlarının qeydiyyatına dair çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 18 m2 təşkil edən mənzil Zərərçəkmiş şəxs2 xüsusi mülkiyyətindədir (İ cild, i.v.211); • Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli, 891 nömrəli sərəncamdan görünür ki, Nəsimi rayonu, Leninqrad prospekti, 34 nömrəli evin 01 otaqlı, yaşayış sahəsi 17 kvadrat metr olan mənzil Zərərçəkmiş şəxs1 Məhəməd qızına 06 nəfər ailə tərkibi ilə sığınacaq kimi verilmişdir (İ cild, i.v.212); • "xxxx" MMC tərəfindən verilmiş sorğuya cavablardan görünür ki, xx.xx.2023cü il tarixdə 055 ***-**-** saylı mobil telefon nömrəsindən Cəmiyyətin çağrı mərkəzinə “yük daşınması” ilə əlaqədar sifariş daxil olmuş və müvafiq yüklərin ünvan 5 ünvanının yaxınlığından daşınaraq Xırdalan ünvanında yerləşən şirkətin anbarına yerləşdirilməsi sifariş edilmişdir. Belə ki, müştəri tərəfindən çağrı mərkəzinə edilən sifariş Cəmiyyətin qanuni sahibliyində olan **-JP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X13 və işçi qrupunun üzvləri X16, Şahid5, X5 və X8 iştirakı ilə müvəffəqiyyətlə icra olunaraq Şirkətə məxsus anbara yerləşdirilmişdir. Sifarişçiyə məxsus mallar Xırdalan anbarına gətirildikdən sonra Zərərçəkmiş şəxs2 ilə xx.xx.2023-cü il tarixli “Malların anbarda saxlama” müqaviləsi bağlanmış, “Tapşıran”ın tələbi ilə anbar ərazisində müvəqqəti istifadəsi üçün boş konteyner ayrılmış və əraziyə gətirilmiş mallar Zərərçəkmiş şəxs2 tərəfindən konteynerə yerləşdirilmişdir (İ cild, i.v.214, İİ cild, i.v.44, 164); • Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2023-cü il tarixli, 5-15/2-3-294/2023 saylı məktubunda qeyd olunur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 183 saylı Sərəncamı ilə Nəsimi rayonu, N.Yusifbəyli, Mərdanov Qardaşları, A.Səhhət və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə icazə verilmişdir. Həmin sərəncamın 1.1-ci maddəsinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi müvafiq qanunvericiliyə uyğun olaraq "xxxx" MMC-yə həvalə edilmişdir. Sözügedən ünvanda yerləşən və kəskin qəzalı vəziyyətdə olan evlərdə yaşayan mülkiyyətçilərdən 37-si ilə qarşılıqlı razılıq əsasında evlərin sökülməsi və yeni mənzilin tikilərək təhvil verilməsi barədə müqavilələr bağlanmış, MTK evlərin sökülməsi əvəzində müasir standartlara və şəhərin memarlıq üslubuna cavab verən yeni binanın inşa edilərək sakinlərə təmirli mənzillərin və bu dövr ərzində aylıq kirayə haqlarının verilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Hazırda şirkət tərəfindən sakinlərə söküləcək evlərin əvəzinə daha əlverişli xüsusiyyətlərə malik, sahələrindən daha artıq olmaqla təmirli mənzillər təklif edilir, eyni zamanda evlərdən köçməsi üçün onlara yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzilfer onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları təklif olunur. Lakin N.B.Yusifbəyli küçəsi, 34 saylı ünvanda yaşayan bir neçə sakin onlara edilən ədalətli təkliflərə uyğun şirkətlə ilkin razılıq əldə olunmasına baxmayaraq müqavilə bağlamaqdan imtina etmişlər. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyindən Rayon İcra Hakimiyyətinə ünvanlanmış 3- 18-2/2-78/2023 saylı, xx.xx.2023-cü il qeydiyyat tarixli telefonoqramda Nəsimi rayonu, N.B.Yusifbəyli küçəsi, 34 saylı ünvanda yaşayan sakinlər tam köçürülmədən "xxxx" MMC tərəfindən evin bir hissəsində söküntü işlərinin aparıldığı bildirilmiş, binada yaşayan sakinlərin təhlükəsizliyi və təxliyə olunması məqsədi ilə müvafiq tədbirlərin görülməsi barədə aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq, sözügedən evdə yaşayan sakinlərə yaşadıqları evin təhlükəli vəziyyətdə olması barədə müvafiq izahatlar verilmiş, aparılmış zəruri söhbətlər nəticəsində sakinlər müvəqqəti yaşayış yerlərinə köçürülmüş və həmin yaşayış evi sökülərək yarana biləcək təhlükənin qarşısı alınmışdır. Hazırda N.B.Yusifbəyli küçəsi, 34 saylı ünvanda şirkətlə razılaşma əldə olunmamış 02 ailə ilə qarşılıqlı razılaşma əldə olunması istiqamətində danışıqlar davam etdirilir (İİ cild, i.v.28-29); • xx.xx.2023-cü il tarixli arayışdan aydın olur ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 istifadəsində olan 055 ***-**-** saylı telefon -nömrəsi ilə əlaqə saxlanılmış və "xxxx" MTK-dən dəqiq olaraq hansı ölçüdə ev istədikləri soruşulmuş, sonuncu telefonda "xxxx" MTK-dən anası Zərərçəkmiş şəxs1 136 m2 ev, təmir pulu və kirayə pulu, özünə isə 84 m2 ev, təmir pulu və kirayə pulunun ödənilməsini istədiyini bildirmişdir (İİ cild, i.v.28); • Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2024-cü il tarixli, 5-15/2-4-486/2023 saylı məktubunda qeyd olunur ki, Nəsimi rayonu, Leninqrad prospekti, 34 saylı ünvanda yaşayış sahəsi 17 m2 olan 01 otaqlı mənzil Nəsimi Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansındadır və mənzilin vətəndaş Zərərçəkmiş şəxs1 sığınacaq kimi verilməsi barədə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci tarixli, 891 nömrəli sərəncamının verilməsinə əsas olmuş sənədlər (BŞİH-nin mənzil məsələləri üzrə ictimai komissiyasının təsdiq sənədi və s) “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən Nəsimi rayon İcra Hakimiyyətində saxlanılmır (İİ cild, i.v.75); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin: • 16.05.2023-cü il tarixli, 10/2505 saylı rəyinə əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyi “Azərdövləttikintilayihə” DLİ-nin xx.xx.2018-ci il tarixli rəyinə əsasən uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmaya məruz qalmış, texniki məhdud işlək vəziyyətdə olan Zərərçəkmiş şəxs1 sığınacaq kimi verilmiş Leninqrad prospekti, 34 saylı ünvanda yerləşən 17 kv.m-dən ibarət 01 otaqlı yaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş ziyanın dəyəri 34.000 manat, Zərərçəkmiş şəxs2 məxsus ünvan 5-də yerləşən fərdi yaşayış evinin sökülməsi nəticəsində dəymiş ziyanın dəyəri 32.000 manat məbləğində müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir (İİ cild, i.v.86-92); • 21.09.2023-cü il tarixli, 10/6423 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs1 sığınacaq kimi verilmiş Leninqrad prospekti, 34 ünvanında yerləşən 17 kv.m-dən ibarət 1 otaqlı yaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş ziyanın dəyəri 36.000 manat, Zərərçəkmiş şəxs2 məxsus ünvan 5 ünvanında yerləşən 18 kv.m fərdi yaşayış evinin sökülməsi nəticəsində dəymiş ziyanın dəyəri isə 38.000 manat məbləğində müəyyən edilmişdir. İlkin ekspertiza rəyi ilə təkrar ekspertiza rəyi arasında yaranmış fərq, daşınmaz əmlak bazarında yaranan qiymət dəyişikliyi ilə əlaqədardır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İİİ cild, i.v.79-85); • "xxxx" MTK tərəfindən verilmiş sorğuya cavabdan görünür ki, xx.xx.2023-cü il tarixdə, 055 ***-**-** saylı mobil nömrəsindən daxil olmuş sifariş əsasında ünvan 7 ünvandan daha 03 nəqliyyat vasitəsilə daşıma həyata keçirilmişdir. Belə ki, sürücü X1 (işdən çıxıb, mobil nömrəsi yoxdur) idarə etdiyi **-CZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Xırdalan şəhərinə, sürücü X9 idarə etdiyi **-JG-*** və sürücü X6 idarə etdiyi **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Sulutəpə qəsəbəsinə yük daşınması həyata keçirilmişdir (İİ cild, i.v.161-162); • xx.xx.2022-ci il tarixdə "xxxx" MTK-nın sədri Şahid4 tərəfindən təsdiq edilmiş "xxxx"na əsasən menecerə müəssisənin fəaliyyət sahəsi üzrə işlərin, rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi üzrə işlərin təşkili, işlərin görülməsi məqsədilə tabeliyində olan struktur bölmələrə və işçilərə rəhbərlik edilməsi, onlar arasında iş bölgüsü aparılması, bölmələrin rəhbərləri ilə birgə sahənin fəaliyyət dairəsinə aid olan məsələlərin müzakirəsi və həlli üçün tapşırıqlar verilməsi, bölmələrin işinə nəzarət və tapşırıqların vaxtında yerinə yetirilməsinə nəzarət edilməsi səlahiyyətləri həvalə edilmişdir (İİ cild, i.v.216); • “Baxış keçirilməsi barədə” 07 avqust 2023-cü il tarixli protokola və fotoşəkillərə əsasən hadisə ünvan 10 ünvanda hündürmərtəbəli bina inşa edilir. Zərərçəkmiş şəxs2 ona məxsus sökülmüş mənzilin yerini göstərmişdir. Belə ki, Zərərçəkmiş şəxs2 tikinti aparılan ərazinin kənarında olan kafelli sökülmüş yeri göstərib onun mənzilinin hamam və tualeti olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 mənzilinin yerləşdiyi yerdə hər hansı bir mənzil yoxdur, mənzil sökülmüşdür. Daha sonra Zərərçəkmiş şəxs1 sökülmüş mənzilinin yerini göstərmiş və bildirmişdir ki, onun mənzilinin yerində hündürmərtəbəli bina tikilib. Tikinti aparılan ərazinin uzunluğu 34 metr, eni isə 20 metrdir (İİİ cild, i.v.15-18); • "xxxx" MTK-nın baş direktoru Şahid4 ilə Təqsirləndirilən şəxs arasında bağlanılmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən sonuncu müddətsiz olaraq hər ay 500 manat məbləğində əmək haqqı müqabilində menecer vəzifəsinə işə qəbul edilmişdir (İİİ cild, i.v.55-62); • "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2023-cü il tarixli bildirişindən və xx.xx.2023-cü il tarixli, İB**********_182125_231124 nömrəli və İB**********_182125_231124 nömrəli ödəniş tapşırıqlarından görünür ki, "xxxx" MTK tərəfindən 36.000 və 38.000 manat pul vəsaiti vurulmuş zərərin əvəzi kimi Baş Prokurorluğun depozit hesabına köçürülmüşdür (İİİ cild, i.v.225-227); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur (İİİ cild, i.v.35-36); • “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata görə Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixli azyaşlı uşağı var (cild Vİ); • “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərara əsasən Şahid4, X21 və Şahid6 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186 və 308-ci maddələrinin tərkib əlamətləri olmadığından, onlar barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Eyni zamanda bu qərarda göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 baş vermiş hadisə nəticəsində mənzildə hər hansı əmlakının olması və onlara zərər dəyməsi müəyyən edilməmişdir (İİİ cild, i.v.232-262); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(006)- 69/2024 saylı qərarına əsasən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 şikayəti təmin olunmuş, Bakı şəhəri Nəsimi rayon prokurorluğunun müstəntiqi X18 tərəfindən qəbul edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 27 noyabr 2023-cü il tarixli qərar “Şahid4, X21 və Şahid6 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186 və 308-ci maddələrinin tərkib əlamətləri olmadığından sonuncular barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilməsi və materialın ayrılaraq rayon prokurorluğunun arxivinə verilməsi” hissəsində qanunsuz hesab olunaraq ləğv edilmişdir; • Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(103)-303/2024 saylı qərarı ilə həmin qərardan verilmiş apellyasiya protesti və Şahid4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(006)-69/2024 saylı qərarı ləğv edilmiş və “Sübutların qiymətləndirilməsi haqqında” 27 noyabr 2023-cü il tarixli qərar həmin hissədə qanuni hesab edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Bu Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 138.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Qeyd olunan Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsinə görə özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə, bu Məcəllənin 186.2.2-ci maddəsi isə eyni əməlləri yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda cinayət məsuliyyəti yaranır. Həmin Məcəllənin 308.1-ci maddəsi vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmağa, 308.2-ci maddəsi isə bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədilməsinə görə cinayət məsuliyyətini müəyyən edir. Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinə müvafiq olaraq bu fəslin maddələrində “vəzifəli şəxs” anlayışına, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri; xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər də aiddirlər. Məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilmişdir ki, "xxxx" MTK-da vəzifəli şəxs kimi menecer vəzifəsində işləyən Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar MTK üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək 07 yanvar 2023-cü il tarixdə, gecə saatlarında Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, 34 saylı ünvanda yerləşən və əvvəlcədən sakinlər tərəfindən boşaldılaraq söküntüsünə razılığı alınmış evlərin sökülməsi zamanı traktorçu Şahid3 həmin ünvanda yerləşən, Bakı şəhəri Nəsimi Rayonu İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 891 nömrəli sərəncamına əsasən Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olan, sahəsi 17 kv.m-lik 36.000 manat dəyərində olan və yaşamaq üçün sığınacaq kimi Zərərçəkmiş şəxs1 istifadəsinə verilmiş mənzili və ümumi sahəsi 18 kv.m. təşkil edən Zərərçəkmiş şəxs2 xüsusi mülkiyyətindəki 38.000 manat dəyərində olan mənzili bu şəxslərlə müvafiq qaydada rəsmiləşdirmə olmadan sökülməsinə göstəriş verib bu sahələri məhv etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməsi öz təsdiqini tapsa da, ibtidai istintaq orqanı tərəfindən onun digər əməlini - özgənin əmlakını ümumi təhlükəli üsulla, yəni ağır texnikadan istifadə etməklə məhv etməsi kimi tövsif edilməsi düzgün olmamışdır. Məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin 186-ci maddəsində təhlil edilən cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını məhv etməklə və ya zədələməklə mülkiyyət münasibətlərinə qəsd edir, ona ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Digər tərəfdən, bu əməllərin ümumi təhlükəli üsullarla törədilməsi insanların sağlamlığını, həyatını və qanunla qorunan digər dəyərləri də təhlükə altına alır. Əmlakı qəsdən məhv etmə və ya zədələmə cinayətinin obyekti mülkiyyət münasibətləridir. Bu cinayətin obyektiv cəhəti aşağıdakıları əhatə edir: a) özgənin əmlakını məhv etmə və ya zədələmədən ibarət əməl; b) zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmasından ibarət ictimai təhlükəli nəticə; c) törədilmiş əməllə vurulmuş ziyan arasında səbəbli əlaqə. Məhv etmə dedikdə, əmlakın xassələrinin elə dəyişməsi başa düşülür ki, bu zaman əmlak təsərrüfat dəyərini itirir, məqsədli təyinatı üzrə istifadə edilə bilmir, başqa sözlə, tam yararsız vəziyyətə salınır. Əmlakı məhv etmə onun dağıdılmasında, parçalanmasında, ümumiyyətlə maddi dəyərin tamamilə təsərrüfat dövriyyəsindən çıxmasında ifadə olunur. Bu zaman həmin əmlakı təmirlə və ya başqa üsulla bərpa etmək mümkünsüz olur. Cinayət zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurma növündə ictimai təhlükəli nəticənin baş verdiyi andan başa çatmış hesab edilir. Hər bir halda törədilmiş əməllə vurulmuş ziyan arasında səbəbli əlaqə müəyyən edilməlidir. Cinayət Məcəlləsinin 186.2-ci maddəsində təhlil edilən cinayətin aşağıdakı ağırlaşdırıcı tərkib əlamətləri kimi nəzərdə tutulmuşdur: 1) eyni əməllərin zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədilməsi; 2) yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədilməsi və ya ağır nəticələrə səbəb olması. Başqa ümumi təhlükəli üsul dedikdə, yandırma və partlatmadan başqa, su altında qoyma, ağır texnikadan istifadə etmə və insanların həyat və sağlamlığı üçün təhlükəli olan, habelə geniş miqyaslı dağıntılara gətirib çıxara bilən digər üsullar başa düşülür. İttiham tərəfi hazırki iş üzrə qeyd olunan evlərin ağır texnikadan istifadə etməklə sökülməsinə ümumi təhlükəli üsul kimi hüquqi qiymət versə də, məhkəmə hesab edir ki, traktorla əmlakın sökülməsi o halda təhlükəli üsul hesab oluna bilər ki, əmlak sökülən zaman orada insanlar yaşamış olsun və bunun nəticəsində insanların həyat və sağlamlığına, əşyalarına zərər vurulsun, yaxud belə zərərin vurulma ehtimalı olsun. Lakin məhkəmədə müəyyən olunmuşdur ki, zərər çəkmiş şəxslərə aid mənzillər sökülən zaman bütün təhlükəsizlik qaydalarına əməl olunmuş, orada heç kim yaşamamış, onların içərisində də heç bir əşya olmamış, ətrafda da kimsə olaraq sağlamlığına zərər vurulmamışdır. O da nəzərə alınmalıdır ki, tikinti sahəsində mövcud olan qaydalara əsasən tikililərin sökülməsinin üsullarından biri də mexanikləşdirilmiş üsuldur. Bu üsul müxtəlif maşınlardan istifadəyə əsaslanır (traktorlar, kranlar, ekskavatorlar, buldozerlər və s.) və yüksək sürət, səmərəlilik, optimallığa görə söküntü işlərində ən sərfəli hesab olunur. Beləliklə, məhkəmə toplanılmış sübutlara hərtərəfli, tam və obyektiv baxıb onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2 və 308.2-ci maddələri ilə irəli sürülmüş ittiham həmin Məcəllənin 186.1 və 308.2-ci maddələrinə tövsif edilməli və ona bu maddələr üzrə cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsi üçün Baş prokurorluğun depozit hesabına yerləşdirilməsini və himayəsində azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.13-cü maddələrinə uyğun olaraq cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda, ittiham tərəfi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulmuş hərəkətini bir neçə epizod üzrə törətməsini cinayətin təkrar törədilməsi kimi qəbul edərək onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alsa da, məhkəmə bu mövqe ilə razılaşmır. Çünki, Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə görə bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Hazırki işin hallarından da görünür ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərin bir binada olan mənzillərinin sökülməsinə göstəriş verərkən bu bir əməl və vahid hərəkətlə əhatə olunmuş, söküntü də eyni vaxtda baş verən proses olaraq bitmişdir. Beləliklə, məhkəmə cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın və həmin Məcəllənin 308.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətlidir. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz (66.4-cü maddə). Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və ona əsas cəza kimi təyin olunacaq azadlıqdan məhrum etmə cəzaları qismən və əlavə cəza tam toplanılmaqla qəti cəza təyin edilməli, bu cəzalar da müstəqil icra olunmalıdır. Bununla belə, məhkəmə Təqsirləndirilən şəxs ailə vəziyyətini, o cümlədən himayəsində azyaşlı uşağının olmasını, vurulmuş zərərin ödənilməsini, habelə hadisənin faktiki hallarını və baş vermiş nəticə ilə bağlı zərər çəkmiş şəxslərlə məsələnin həllində göstərdiyi cəhdləri nəzərə alaraq hesab edir ki, o, ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən, ailəsi və yaxınlarından, habelə uyğunlaşdığı mühitdən ayrılmadan da islah oluna və bununla da cəzanın məqsədləri təmin edilə bilər. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunacaq bu cəza şərti hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunan cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və məhkumun islah olunmasının mümkünlüyünü, cəza təyin edilərkən hümanizm, ədalətlilik, cəzanın fərdliyini və törədilmiş cinayətin ağırlığına uyğunluğunu nəzərə alır. Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə müvafiq olaraq cəza təyin edən məhkəmə, şəxsin cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Bu Məcəllənin 70.3-cü maddəsinin tələbinə görə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur və bu müddətin həddi altı aydan beş ilədəkdir. Qeyd olunan Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru həyata keçirir. Həmin Məcəllənin 181.1-ci maddəsinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatlarının dəyəri 150 manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməli, Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilmiş 38.000 manat pul zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, 36.000 manat pul isə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2 və 308.2-ci maddələrindən həmin Məcəllənin 186.1 və 308.2-ci maddələrinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə, həmin Məcəllənin 308.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə tikinti sahəsində fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəzanı tam, əsas cəzaları isə qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il müddətinə tikinti sahəsində fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən bu cəzalar müstəqil icra olunsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə uyğun olaraq 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatlarının dəyəri 150 (yüz əlli) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilmiş 38.000 manat pul zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, 36.000 manat pul isə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 verilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar