Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-88/2025 17.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Verilmiş ittihama görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,167 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 29 avqust 2024-cü il tarixdə saat 16:50-də Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 87 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,167 qram təşkil edən xeyli miqdarda kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Elan edilmiş ittihamın məzmunundan görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda ümumi təmiz çəkisi 0,167 qram narkotik vasitə heroini əldə edərək, özündə saxlayaraq daşımasını əsas tutaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirir. Qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin obyektiv cəhəti kimi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımanı nəzərdə tutur. Lakin cinayət işinin məhkəmə baxışı zamanı iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlar, o cümlədən, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmədə və ibtidai istintaq dövründə verdikləri ziddiyyətli ifadələri, istintaq hərəkətlərinin Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinə əməl edilmədən aparılması nəticəsində təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini xeyli miqdarda əldə edərək saxlaması və daşıması faktı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkomaniya xəstəliyindən müalicə olunmaq üçün metadon kursu keçir, arada da marixuana adlanan narkotik vasitədən istifadə edir. O, xx.xx.2024-cü il tarixdə ailəsi ilə evdə ad gününü keçirtmiş, səhəri gün, yəni 29 avqust 2024-cü il tarixdə isə dostu ilə görüşüb pivə içmək qərarına gəlmişdir. O, həmin gün günorta saat 14:00-dan sonra 1 sayli X23 metadon suyu içməyə getmiş, oradan da pivə içmək üçün Amerika səfirliyinin arxasında yerləşən kafeyə getmişdir. Kafedən çıxıb kartına pul yükləmək üçün “Araz” marketə girmiş, oradan çıxan zaman saat 16:12-də bir nəfər polis əməkdaşı ona yaxınlaşaraq “zakladkaya pul vurursan” deyərək telefonunu onun əlindən almış, onun arxasınca isə 4-5 nəfər polis əməkdaşı ona yaxınlaşmış, polis əməkdaşlarından biri onu söymüş, o, həmin əməkdaşdan nə üçün onu söydüyünü soruşduqda, həmin əməkdaş daha ağır söyüş işlətmiş, sonra isə onu döyədöyə Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına gətirmişlər. Polis idarəsində polis əməkdaşları onu yenidən döymüş, bədəninə elektroşok verməklə ona ağır işgəncələr vermiş və üzərində narkotik vasitə olmasını boynuna almasını tələb etmişlər. O, isə üzərində narkotik vasitə olmadığı halda nə üçün boynuna almasını bildirdikdə onu daha da bərk döyməyə başlamışlar, üzərinə çıxıb təpikləməyə başlamışlar. Onu təxminən 2 saata yaxın döymüşlər. Bir qədər sonra idarəyə dostu Şahid1 də gətirmişlər. Belə ki, o, həmin gün kafedə pivə içmək üçün Etibarla görüşməli idi. Lakin tutulduğu üçün görüşə bilməmiş, polis əməkdaşları onun telefonu ilə Etibara zəng etmiş, Etibar Amerika səfirliyinin arxasındakı kafedə onu gözlədiyini bildirmiş və polis əməkdaşları həmin yerə yaxınlaşaraq Etibarı tutmuş və idarəyə gətirmişlər. İdarəyə gətirildikdən sonra Etibarı da narkotik vasitəni boynuna götürməsi üçün döyməyə başlamışlar. Etibarı onu döydükləri qədər döyməsələr də, sonuncuya da işgəncə vermişlər, bədəninə elektroşok vermişlər. Onlar polis əməkdaşlarının işgəncələrinə artıq dözə bilməyərək polis əməkdaşlarının dedikləri ilə razılaşmış və polis əməkdaşlarının verdikləri narkotik vasitələri götürərək ciblərinə qoymuşlar. Daha sonra videoçəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarışda onlara dövlət hesabına vəkil təyin olunmuş vəkillər də iştirak etmiş, lakin həmin vəkillərdən hansının onun, hansının isə Etibarın vəkili olduğunu bilməmişdir. Şəxsi axtarış zamanı o və Şahid1 polis əməkdaşları tərəfindən onlara verilən bükümləri ciblərindən çıxararaq təqdim etmişlər və həmin bükümləri biri “Sovetski” adlanan ərazidən, digəri isə “Kubinka” adlanan ərazidən aldığını bildirmişdir. Daha sonra onu Nəsimi Rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerinə aparmışlar və orada əlini cibinə atanda görmüşdür ki, narkotik vasitənin çoxu cibinə tökülmüşdür. Belə ki, ona təqdim olunan narkotik vasitənin olduğu sellofan cırıq olmuşdur. O, şəxsi axtarışdan sonra ağrıları olduğu üçün X30 çağırılmasını xahiş etmiş, lakin polis əməkdaşları özləri ona iynə vuracaqlarını bildirmiş, lakin ona vurulan iynənin nə olduğunu bilməmişdir. Polis İdarəsində olan zaman onu çölə çıxartmışlar və bu zaman görmüşdür ki, rəisləri polis əməkdaşlarına qışqıraraq nə üçün ona verilən narkotik vasitənin miqdarının az olduğunu soruşmuş, polis əməkdaşları da 3 qramdan çox verdiklərini bildirmişlər. Rəis isə bükümlərdən birində 3 qramdan çox, digərində isə 0,167 qram narkotik vasitə olduğunu bildirmişdir. Bu zaman o, polis əməkdaşlarına ona verilən bükümün cırıq olduğunu və narkotik vasitənin cibinə töküldüyünü bildirmişdir. O, tutulduqdan sonra ailə üzvlərinə onun tutulması ilə bağlı hər hansı bir məlumat verilməmiş, yalnız bir gün sonra ailə üzvləri onun tutulmasından xəbərdar olmuşlar. Bundan sonra ailəsi onun üçün vəkil tutmuş və X17 adlı vəkil gecə vaxtı onun yanına gəlmişdir. O, vəkili ilə söhbət etmiş və bildirmişdir ki, saxlanılan zaman üzərində narkotik vasitə olmamış, həmçinin polis əməkdaşları tərəfindən işgəncələrə məruz qaldığı üçün cinayət əməlini boynuna götürməyə məcbur olmuşdur. Vəkil tərəfindən onun üzündə və bədənində olan xəsarətlərin şəkli çəkilmişdir. Səhəri gün onu rəisin yanına aparmışlar və rəis ondan özünə nə üçün vəkil tutduğunu soruşmuş, o isə cavabında vəkilin ailə üzvləri tərəfindən tutulduğunu bildirmişdir. Rəis ona “narkotik vasitəni cibinə tökmüsən deyə elə billirsən sənə heç nə edə bilməyəcəyik? 2-3 nəfər adam gətirərəm, üzünə durarlar ki, səndən narkotik vasitə alıblar, odur ki, öz vəkilindən imtina et” demişdir. O da daha ağır cinayətdə ittiham olunmasın deyə ailəsi tərəfindən tutulmuş vəkildən imtina etməsi ilə bağlı ərizə yazmış və ərizəsində istintaq müddətinin sonuna kimi yalnız dövlət tərəfindən təyin olunmuş vəkil tərəfindən hüquqlarının müdafiə olunmasını istədiyini qeyd etmişdir. Daha sonra onu Nəsimi rayon prokurorluğuna aparmışlar və prokurorluqda onu prokurorun müavini qəbul etmişdir. Prokurorun müavini ondan üzündəki xəsarətlərin haradan yarandığını soruşmuş, o isə cavabında pilləkənlərdən yıxıldığını bildirmişdir. Çünki polis əməkdaşları ondan elə deməsini tələb etmişlər. Müavin isə “heç yıxılana oxşamırsan” deyərək prokurorun gəlməsini gözləməklərini istəmişdir. Daha sonra isə o, prokurorluqdan azadlığa buraxılmışdır. O, barəsində olan cinayət işinə ümumiyyətlə xitam verildiyini düşünmüş, lakin sonradan bilmişdir ki, barəsində Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə cinayət işi açılmışdır. Həmçinin bildirmişdir ki, onu saxlayan polis əməkdaşlarından Şahid2 ona “Allaha dua elə ki, səni tutsunlar, tutmasalar evinə 3 kq narkotik vasitə qoyacam” deyərək ona hədə-qorxu gəlmiş, həmçinin onu narkoloji müayinədən keçmək üçün aparanda qandalı qoluna elə sıx vurmuşdur ki, qolları göyərmişdir. O, Şahid2 qandalı nə üçün bu qədər sıx bağladığını soruşduqda, sonuncu ona narkotik vasitəni cibinə tökdüyü üçün bunu etdiyini bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, 29 avqust 2024cü il tarixdə, saat 16:12-də “Araz” marketə axlanılmışdır. O, “Araz” marketdə yerləşən aparatda mobil nömrəsinə kontur yüklədikdən dərhal sonra saxlanıldığı üçün tutulma vaxtını tam dəqiq bilir. Onu saxlayan polis əməkdaşlarının sayı beş nəfər olmuş, lakin Polis İdarəsində aparılmış videoçəkilişdə həmin polis əməkdaşlarından 2-si iştirak etmişdir. O, azadlığa buraxıldıqdan dərhal sonra evə gemiş və ailə üzvləri onun üçün X30 dəvət etmişdir. O, həddindən çox döyüldüyü üçün azadlığa buraxıldıqdan sonra uzun müddət özün gələ bilməmiş, öz həyatı üçün qorxu hiss etdiyinə görə polis əməkdaşlarından heç bir orqana şikayət etməmiş, həmçinin özü də, Nəsimi rayonunun ərazisində yaşadığı üçün polis əməkdaşlarının hərəkətlərindən ərazi üzrə Nəsimi Rayon Polis İdarəsinə şikayət etməsinin mənasız olduğunu düşünmüş və qorxmuşdur. Bu səbəbdən də, bugünədək olanlar barədə hər hansı quruma məlumat verməmişdir. O, müstəntiq tərəfindən dindirilməmiş, sadəcə olaraq ona təqdiq edilmiş sənədlərə imza çəkməsi tələb edilmiş, o, da qorxduğu üçün təqdim edilmiş bütün sənədlərə imza çəkmiş, lakin həmin sənədlərdə nə yazılması barədə məlumatı olmamışdır. Belə ki, polis əməkdaşları tərəfindən ona çox ağır və təhqiredici formada elə işgəncələr verilmişdir ki, dözə bilmədiyi üçün qorxusundan ona hansı sənəd təqdim edilsə, imza çəkmiş nə tələb edilsə ona əməl etmişdir. Sonda Təqsirləndirilən şəxs göstərilənlərə əsasən məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 7-8 il olar ki, tanıyır. O, 29 avqust 2024-cü il tarixində səhər saatlarında Elşənə zəng edərək görüşmələrini və oturub pivə içməklərini təklif etmişdir. Belə ki, bir gün əvvəl Elşənin ad günü olduğu üçün onun ad gününü qeyd etmək istəmişdir. Elşən də onunla razılaşmışdır. Həmin gün günorta təxminən saat 16 radələrində o, Elşənə zəng etmiş və bildirmişdir ki, Amerika səfirliyinin yanında onu gözləyir, lakin həmin vaxt telefonu Elşənin, yoxsa polis əməkdaşının götürdüyünü bilməmişdir. Bu vaxt səfirliyin yanında qara rəngli maşın dayanmış, sonra Elşənin telefonundan ona zəng gəlmiş, o da telefonu götürərək səfirliyin yanında dayandığını bildirmiş və bunu deyən kimi 4-5 nəfər polis əməkdaşı ona yaxınlaşaraq onu Nəsimi Rayon Polis İdarəsinə aparmışlar. Həmin vaxt onun yanında bir nəfər xəstə yoldaşı da olmuş, lakin polis əməkdaşları onu tutmamışlar. İdarəyə çatdıqda Elşənin polis əməkdaşları tərəfindən döyüldüyünü, sonuncuya işgəncə verildiyini, hətta bədəninə elektroşok verildiyini görmüşdür. Polis əməkdaşları onun özünə də işgəncə vermiş və narkotik vasitəni boynuna almasını tələb etmişlər. Lakin Elşəni daha çox döymüşlər. Təxminən 2-3 saat sonra onlara videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmiş və onlara ayrı-ayrılıqda bir büküm narkotik vasitə heroin verərək şəxsi axtarış zamanı təqdim etmələrini, birinin həmin narkotik vasitəni “Sovetski” adlanan ərazidən, digərinin isə “Kubinka” adlanan ərazidən aldıqlarını bildirmələrini tələb etmişlər. Onlar da döyüldükləri üçün məcbur olub polis əməkdaşlarının dedikləri kimi etmişlər. Həmçinin o, ibtidai istintaq zamanı ifadə verərkən də polis əməkdaşlarının dediklərini bildirmişdir. Sonradan isə daha ağır cinayətdə ittiham olunmasından qorxduğu üçün polis əməkdaşlarının hərəkətlərindən heç bir yerə şikayət etməmişdir. O, əvvəllər məhkum olunmamış, həmçinin həmin gün polis əməkdaşları tərəfindən nə üçün tutulduğunu da bilməmişdir. Daha sonra onun barəsində cinayət işi açılmış və həmin iş hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 29 avqust 2024-cü il tarixində 2 nəfər şəxsin Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları ilə bağlı məlumat daxil olmuş, o, dərhal raportla rəhbərliyə məruzə etmişdir. Rəhbəri özü, üzvləri isə Nəsimi Rayon Polis İdarəsinin CAŞ-nin kiçik inspektorları Şahid4 və Şahid3 olmaqla əməliyyat qrupu yaratmış və məlumatda göstərilən Azadlıq prospekti ünvanına, yəni Nəsimi Rayon Polis İdarəsindən 2-3 döngə aşağıya gedərək orada öz mövqelərini qurmuş, bir müddət sonra iki nəfər şəxsin gəldiyini görərək onlara yaxınlaşmış, özlərini təqdim edərək Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmiş və üzərilərinə baxış keçirilməsi üçün Nəsimi Rayon Polis İdarəsinə dəvət etmişlər. İdarəyə gəldikdən sonra təhqiqatçının, vəkilin iştirakı ilə ekspert kriminalist tərəfindən videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmış və axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən telefon, qolundan saat, cibindən bir büküm heroin aşkar edilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, əməliyyat qrupunda üç nəfər olmuşlar, şübhəli şəxlər isə iki nəfər olmuşdur. O, əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə Nəsimi Rayon Prokurorluğuna müraciət etmiş, Nəsimi Rayon Prokurorluğu isə Nəsimi Rayon Məhkəməsinə təqdimatla müraciət etmiş və məhkəmə tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarı qanuni hesab edilmişdir. Belə ki, Nəsimi Rayon Məhkəməsi tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarı qanuni hesab edilməsəydi o, heç bir halda əməliyyat-axtarış tədbiri keçirə bilməzdi. Təqsirləndirilən şəxs və Şahid1 saxlayan zaman o və onunla birlikdə əməliyyat qrupunun üzvü olan polis əməkdaşlarından biri həmin şəxslərlə üz-üzə gəlmiş, digər polis əməkdaşı isə şübhəli şəxslər qaçdığı halda onların qaçmasının qarşısını almaq məqsədilə həmin şəxslərin arxa tərəfində olmuşdur. Onlar Təqsirləndirilən şəxs və Şahid1 saxlayan zaman sonuncular heç bir müqavimət göstərməmiş və onlarla birlikdə polis idarəsinə getmişlər. Həmçinin, polis idarəsində olan zaman da Təqsirləndirilən şəxs və Şahid1 qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixi təzyiq və ya təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs saxlayan zaman üzündə qaraltı olmuş, şəxsin özü də qara olduğu üçün o, xəsarətin olduğunu bilməmiş, bədənində xəsarətlərin olub-olmamasına isə ümumiyyətlə baxmamışdır. Təqsirləndirilən şəxs və Şahid1 saxlanılması zamanı Ali Məhkəmənin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarı ilə müəyyən edilmiş qaydalara, yəni əməliyyat-axtarış tədbirinin gedişində tutulmuş (yaxalanmış) şəxsin üstünün yoxlanılması və ondan bu və ya digər predmetlərin, o cümlədən sübut əhəmiyyəti ola biləcək materialların götürülməsi zamanı əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən bu hərəkətlərin fasiləsiz videoçəkilişinin aparılması tələbinə tərəflərindən riayət olunmamış, buna səbəb isə həmin qərarın hələ yeni qüvvəyə minməsi, qərarın tətbiqi ilə bağlı onlarda təcrübənin formalaşmadığı və bununla bağlı təlim keçmədikləri üçün həmin qaydalara əməl etmədən şəxsləri saxlayaraq polis idarəsinə gətirmişlər. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 29 avqust 2024-cü il tarixdə “Elşən” və “Etibar” adlı şəxslərin qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək Bakı şəhəri ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etmələri, özlərində saxlayaraq daşımaları və satışı ilə məşğul olmaları barədə Nəsimi Rayon Polis İdarəsinin CAŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat zamanı həmin şəxslərin 28 avqust 1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs və xx xxxxxxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş Şahid1 olması müəyyən edilmişdir. Bundan sonra həmin məlumat onun tərəfindən RPİ-nin rəhbərliyinə məruzə olunmuş, Təqsirləndirilən şəxs və Şahid1 cinayət əməlinin ifşa olunması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə onun tərəfindən müvafiq qərar qəbul olunmuş və rəhbəri o, üzvləri RPİ-nin CAŞ-nin kiçik inspektorları Şahid3 və Şahid4 olmaqla əməliyyat qrupu yaradılmışdır. Beləliklə, həmin tarixdə saat 16:50-də RPİ-nin CAŞ-nin kiçik inspektorları Şahid3 və Şahid4lə birlikdə tərəflərindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs və Şahid1 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 87 ünvanının qarşısında saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına gətirilmişlər. Bundan sonra Təqsirləndirilən şəxs və Şahid1 barələrində müvafiq tədbir görülməsi məqsədi ilə onun tərəfindən raportla RPİ-nin rəhbərliyinə məruzə olunmuşdur. Daha sonra RPİ-nin xidməti otaqlarının birində Təhqiqat şöbəsinin təhqiqatçısı polis polkovnik-leytenantı İlham Məmmədov tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi qismində Fərhad Əliyev, həmçinin, Şahid1 hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi qismində Elman Ağayev təyin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və Şahid1 təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq müdafiəçilərin və polis əməkdaşlarının iştirakları ilə üzərlərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxslərə hüquq və vəzifələri izah edilmiş, daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd bükümü, həmçinin şalvarının sol yan cibindən 01 ədəd “Redmi 7” markalı mobil telefonu, qolundakı “Tissot” markalı saatı, 7 manat pulu və qara rəngli pul qabının içərisindəki Bakıkartı, 01 ədəd plastik bank kartını, özünə məxsus sürücülük vəsiqəsini, 01 ədəd avtomobilə aid qeydiyyat şəhadətnaməsini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Ardınca şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin başqa hər hansı qanunsuz əşya və ya predmel aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümə baxış keçirildikdə içərisində tünd qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Sorğu-sual zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdəki narkotik vasitə heroinə bənzər maddəni polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl “Sovetski” adlanan yerdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 50 manata öz şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdəki narkotik vasitə heroinə bənzər kütlə 01 ədəd kağız zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bank kartı və 01 ədəd “Redmi 7” markalı mobil telefon da təhqiqatçı tərəfindən 01 ədəd zərfdə qablaşdırılıb götürülmüşdür. 01 ədəd “Tissot” markalı saat, 7 manat pul, 01 ədəd pul qabı, 01 ədəd Bakıkart, 01 ədəd sürücülük vəsiqəsi və 01 ədəd avtomobil qeydiyyat şəhadətnaməsi Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Bundan sonra, təhqiqatçı tərəfindən şübhəli şəxs Şahid1 üzərində narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, həmin vaxt Şahid1 əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən içərisində qəhvəyi rəngli, tozşəkilli kütlə olan 01 ədəd bükümü, həmçinin şalvarının sol yan cibindən 01 ədəd “Honor” markalı mobil telefonu, 01 ədəd siqaret qutusunu, 02 ədəd Bakıkartını və 4 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Ardınca şübhəli şəxs Şahid1 üzərində şəxsi axtarış keçirilmiş, lakin sonuncunun üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra şübhəli şəxs Şahid1 təqdim etdiyi əşya və maddələrə baxış keçirilmiş, 01 ədəd bükümə baxış keçirilən zaman içərisində tünd qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Sorğu-sual zamanı şübhəli şəxs Şahid1 təqdim etdiyi 01 ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər kütləni polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl Kubinka adlanan yerdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 50 manata öz şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bilidirmişdir. Bundan sonra Şahid1 üzərindən aşkar edilmiş 01 ədəd büküm təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış, üzəri möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Həmçinin, Şahid1 üzərindən aşkar edilmiş 01 ədəd “Honor” markalı mobil telefon təhqiqatçı tərəfindən 01 ədəd zərfə qoyulub qablaşdırılaraq götürülmüşdür. Şahid1 təqdim etdiyi 01 ədəd siqaret qutusu, 02 ədəd Bakıkartı və 4 manat pul özünə geri qaytarılmışdır. Sonda təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Dövlət ittihamçısının vəsatəti əsasında növbəti məhkəmə iclasında yenidən şahid qismində dindirilən zaman Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Əliyev X4 Rayon Polis İdarəsinə gətirilən zaman üzündə xəsarətin olması ilə bağlı akt tərtib olunmuş, aktda Təqsirləndirilən şəxs həmin xəsarəti bir gün əvvəl yıxılaraq aldığını bildirməsi qeyd olunmuş və həmin akt Təqsirləndirilən şəxs özü tərəfindən də imzalanmışdır. Təqsirləndirilən şəxs saxlayan zaman yerində üzərinə şəxsi axtarış keçirilməmiş, şəxsi axtarış idarəyə gətirildikdən sonra keçirilmişdir. Təqsirləndirilən şəxs və Şahid1 saxlanıldıqları yer polis idarəsinə yaxın məsafədə olmuş və onlar idarəyə təxminən 6-7 dəqiqəyə çatmışlar. Çatandan təxminən yarım saat sonra videoçəkiliş aparılmaqla şəxslərin üzərinə şəxsi axtarış keçirilmişdir. Lakin şəxsi axtarış idarəyə gələndən bir saat, bir saat yarım sonra da keçirilə bilərdi, dəqiq xatırlamır. Axtarış keçirilənə qədər onlar şübhəli şəxslərin yanında olmuşlar. Şəxsi axtarışdan sonra əməliyyat qrupunun üzvü olan polis əməkdaşlarından biri şübhəli şəxslərin üzərindən aşkar olunmuş narkotik vasitənin mənbəyini müəyyən etmək üçün idarəni tərk etmişdir. Lakin hansı əməkdaşın olduğunu xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin kiçik inspektoru, polis baş serjantı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində bildirmişdir ki, 29 avqust 2024-cü il tarixində “Elşən” və “Etibar” adlı şəxslərin külli miqdarda narkotik vasitə əldə etmələri, saxlamaları, daşımaları və satışı ilə məşğul olmaları ilə bağlı məlumat daxil olmuş, qeyd olunan məlumatın yoxlanılması ilə bağlı əməliyyat qrupu yaradılmış, həmin şəxslər Azadlıq prospekti 87 ünvanında saxlanılmış, Nəsimi Rayon Polis İdarəsinə gətirilmiş, idarədə üzərilərinə şəxsi axtarış keçirilməsi zamanı üzərilərindən narkotik vasitə aşkar olunmuş və özləri də etiraf etmişlər ki, həmin narkotik vasitələr onlara məxsusdur və şəxsi istifadələri üçün əldə etmişlər. Saxlanılan və polis idarəsinə gətirilən zaman polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs və Şahid1 qarşı hər hansı fiziki güc tətbiq olunmamışdur. Saxlanılan zaman Təqsirləndirilən şəxs üzərində xəsarətin olubolmamasını xatırlamır. Şahid3 ibtidai istintaq zamanı Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi Rayon Polis İdarəsinin CAŞ-nin kiçik inspektoru, polis kiçik serjantı Şahid4 bildirmişdir ki, 29 avqust 2024-cü il tarixində saat 16:50 radələrində Nəsimi Rayon Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 daxil olmuş əməliyyat məlumatına əsasən o, Şahid2 və Şahid3 ilə birlikdə Azadlıq prospekti ünvanında, Nəsimi Rayon Polis İdarəsindən aşağı düşən istiqamətdə 2 nəfər şəxsi saxlamışlar. Həmin şəxslər Təqsirləndirilən şəxs və Şahid1 adlı şəxslər olmuşlar. Onlar həmin şəxsləri Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına gətirmiş və orada üzərilərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ cibindən 01 ədəd büküm, sol cibindən “Bakı kart” kartı və pul, Şahid1 isə əynindəki şalvarın sol cibindən 01 ədəd büküm çıxardıb təqdim etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, daxil olan əməliyyat məlumatı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olmuş, Azadlıq prospekti 86 ünvanından üzü aşağı düşən zaman iki nəfər şəxsi görərək onlara yaxınlaşmış, həmin şəxslərə yaxınlaşan zaman özləri 3 nəfər olmuşlar. Onlar həmin iki nəfər şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onları polis idarəsinə dəvət etmişlər, həmin şəxslər də etiraz etmədən onlarla birlikdə polis idarəsinə gəlmişlər. Şübhəli şəxsləri polis idarəsinə gətirən zaman, həmçinin polis idarəsində olan zaman polis əməkdaşları tərəfindən onlara qarşı hər hansı bir fiziki güc tətbiq olunmamış, eyni zamanda şübhəli şəxslərin qaçmasının qarşısının alınması ilə bağlı tərəflərindən hər hansı bir tədbir görülməmişdir. Şahid4 ibtidai istintaq zamanı Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Dövlət ittihamçısının vəsatəti əsasında növbəti məhkəmə iclasında yenidən şahid qismində dindirilən zaman Şahid4 verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki güc tətbiq olunmamış, onun bu barədə dedikləri polisə qarşı böhtandır. Onlar Təqsirləndirilən şəxs saxlayan zaman onun üzərində xəsarəti olmamış, sonuncu onu saxlayan zaman, həmçinin polis idarəsində olan zaman özü-özünə xəsarət yetirməyə çalışmış, bununla bağlı akt da tərtib olunmuşdur. Təqsirləndirilən şəxs onun xidmət etdiyi inzibati binanın yaxınlığında saxlanıldığı üçün onunla Təqsirləndirilən şəxs anten dairəsi məlumatları üst-üstə düşə bilər. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs və Şahid1 saxladıqdan sonra idarəyə yaxın məsafədə olduqları üçün təxminən 5-10 dəqiqəyə idarəyə gəlmişlər və idarəyə daxil olan kimi dərhal videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilənə qədər o, polis idarəsini tərk etməmiş, şəxsi axtarışdan sonra şübhəli şəxslərin üzərindən aşkar olunmuş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi məqsədilə Təqsirləndirilən şəxs telefonunu götürərək idarədən çıxmışdır. Daha sonra bildirmişdir ki, şəxsi axtarış şübhəli şəxslər idarəyə gətirildikdən 1-2 saat sonra da keçirilə bilərdi, dəqiq xatırlamır. Bundan başqa, istifadəsində olan mobil telefonun anten dairəsinin şübhəli şəxslər polis idarəsinə gətirildikdən sonra şəxsi axtarışın keçirildiyi vaxta qədər müəyyən vaxtlarda Yasamal rayonu ərazisində göstərməsi ilə bağlı heç bir şey deyə bilməmişdir. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X17 ifadəsində bildirmişdir ki, o, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Universal” Vəkil Bürosunun vəkilidir. Təqsirləndirilən şəxs çoxdan tanıyır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaxın qohumları onunla əlaqə saxlayaraq bildirmişlər ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Polis İdarəsində saxlanılmış və ondan Təqsirləndirilən şəxs vəkili olmasını xahiş etmişlər. O, Təqsirləndirilən şəxs yaxın qohumları ilə elektron qaydada müqavilə bağlamış, xx.xx.2024-cü il tarixində saat 20:00-dan sonra Nəsimi Rayon Polis İdarəsinə yaxınlaşmış və müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi Rauf adlı müstəntiqin icraatındadır. Müstəntiq onu müdafiəçi kimi işə cəlb etmiş və o, müvəkkili ilə konfidensial görüş təşkil olunmasını xahiş etmişdir. Saat 20:30 radələrində konfidensial görüş üçün onlara bir otaq vermişlər və həmin otağa daxil olanda o, otaqda müşahidə kameralarının olduğunu aşkar etmişdir. O, müstəntiqə həmin otağın konfidensial görüş üçün uyğun olmadığını bildirdikdə müstəntiq başqa otaq olmadığını bildirmişdir. O, Təqsirləndirilən şəxslə həmin otaqda görüşmüş və Elşən ona polis əməkdaşları tərəfindən döyüldüyünü, işgəncələrə məruz qaldığını, ona qarşı şərəf və ləyaqətini alçaldan hərəkətlər edildiyini bildirmişdir. O, vizual baxış zamanı Elşənin sol gözünün altında, sol qulaqdan aşağı nahiyədə, sol çiynində kəskin qançırların olduğunu müşahidə etmiş və telefonla onun xəsarətlərinin şəklini çəkmişdir. Təqsirləndirilən şəxs konfidensial görüş zamanı həmçinin bildirmişdir ki, polis əməkdaşları onun bədəninə elektroşok da vermiş və narkotik vasitəni boynuna almasını tələb etmişlər. Bundan başqa, qabırğalarında ağrı olduğunu, nəfəs almaqda çətinlik çəkdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxslə təxminən bir saat söhbət etdikdən sonra polis idarəsini tərk etmiş və X30 stansiyasına zəng edərək müvəkkilinin Nəsimi RPİ-də saxlanıldığını və tibbi yardıma ehtiyacının olduğunu bildirmişdir. Bildiyi qədər heç X30 briqadası da idarəyə buraxılmamışdır. Həmin gün o, Təqsirləndirilən şəxs işgəncəyə məruz qalması ilə bağlı vəsatətlər hazırlamış və səhəri gün idarəyə yaxınlaşıb vəsatətləri təqdim etmək istədikdə ona bildirilmişdir ki, onun vəkil kimi iştirakına xitam verilmişdir. Belə ki, Təqsirləndirilən şəxs özü ərizə verərək ondan imtina etmiş və dövlət hesabına vəkil təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs azadlığa buraxıldıqdan sonra ona bildirmişdir ki, polis əməkdaşları onu təhdid edərək ondan imtina etməsə daha ağır cinayətdə ittiham edəcəkləri ilə hədələmişlər. O, polis idarəsindən çıxan zaman müstəntiqə şəxs döyüldüyü halda əməliyyatçıların izahatlarının alınmalı olduğunu bildirmiş, müstəntiq isə ekspertiza təyin etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs istintaq dövründə onunla müqavilə bağlamamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild l, i.v.4); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:50-də Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə, saat 16:50-dən tutulmuş hesab edilmişdir (cild l,i.v.22); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild l, i.v.136); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmiş və Əliyev X4 Rayon Polis İdarəsinin MSY-dən azad edilmişdir (cild l, i.v.170-172); - “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild İi.v.176-177); - “Cinayət işinin ayrılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələri ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır (cild ll, i.v.41-43); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur (cild ll, i.v.60); - “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 19:20 dəqiqədən saat 19:40 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və Şahid1 üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı ilk öncə şübhəli şəxs Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarla tanış edilmiş, aparılacaq söhbətlər və hərəkətlər zamanı videoçəkilişdən istifadə ediləcəyi izah edilmişdir. Şübhəli şəxs etiraz etmədikdən sonra ona təklif edilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb ilk olaraq əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli toz şəkilli maddəni çıxarıb masanın üzərinə qoymuş, daha sonra şalvarının sol yan cibindən “Redmi 7” markalı mobil telefonu, qolunda olan “Tissot” markalı saatı, 7 manat pulu və qara rəngli pul qabının içərisində olan Bakıkartı, **********212234 nömrəli bank kartını, özünə məxsus sürücülük vəsiqəsini, “Volkswagen” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid qeydiyyat şəhadətnaməsini masanın üzərinə qoymaqla təqdim etmişdir. Ardınca şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmış, lakin başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi əşya və maddələrə baxış keçirilmiş, 01 ədəd bükümə baxış keçirilən zaman içərisində tünd qəhvəyi rəngli, tozşəkilli, spesifik iyli narkotik vasitə olan heroinə bənzər maddə olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan heroinə bənzər maddəni polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl Sovetski adlanan yerdən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 50 manata özünün istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bilidirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd ağ şəffaf sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər maddə müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün 01 ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş **********212234 nömrəli bank kartı və “Redmi 7” markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüş, “Tissot” markalı saat, 7 manat pul və qara rəngli pul qabının içərisindəki Bakıkart, Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsi, “Volkswagen” markalı avtomobilə aid qeydiyyat şəhadətnaməsi onun özünə qaytarılmışdır (cild l, i.v.53-55); - “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi 7” markalı mobil telefona Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş və həmin mobil telefonda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir zəng, danışıq, səs mesajları, SMS mətnləri, fotoşəkillər, videofayllar və s. aşkar edilməmişdir (cild l, i.v.222); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/4383 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd şəffaf sellofana bükülmüş...(imza)..” yazıları və imzalar olan zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,167 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil edir (cild İ, i.v.84-87); - “Maddi sübutun tanınması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd bükümdə təmiz çəkisi 0,167 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 0,067 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan saxlanması üçün Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir (cild l, i.v.187); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X24 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 5961 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild l, i.v.205-206); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” X31 məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1189 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarət – sol gözaltı nahiyənin qançırı bərk küt əşyanın təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdir, müayinə olunan şəxsin qeyd etdiyi xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur (cild l, i.v.243-244); - Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis polkovnikleytenantı İlham Məmmədov tərəfindən tərtib olunmuş aktdan görünür ki, akt Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin kiçik inspektoru, polis serjantı Şahid3, Xəzər Konsaltinq vəkil bürosunun vəkili X11, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə ona görə tərtib olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən Nəsimi Rayon Polis İdarəsinə gətirilən zaman sol gözündə xəsarətlər olması müəyyən olunmuş, xəsarətləri hansı şəraitdə nə vaxt və necə alması barədə sual edilmiş, saxlanılan Təqsirləndirilən şəxs xəsarətləri bir gün əvvəl yıxılaraq aldığını, xəsarətləri ilə bağlı heç bir tibb müəssisəsinə müraciət etmədiyini, məhkəmə-tibbi ekspertizadan keçməyə ehtiyac olmadığını bildirmişdir. Akt Təqsirləndirilən şəxs, Şahid1, müdafiəçilər X18 və X21 və digər iştirakçılar Şahid2, Şahid3, Şahid4 və X14 tərəfindən imzalanmışdır (cild l, i.v.57); - “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin kimin adına olması, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə anten dairələri, həmin nömrəyə daxil olan və çıxan zənglərin, nömrələrin siyahısı, SMS-lərin mətni, kimlərə məxsus olması barədə məlumatları özündə əks etdirən və "xxxx" MMC-dən ələ keçirilərək götürülmüş 01 ədəd CD diskinə baxış keçirilən zaman 01 ədəd CD diskində iş üçün əhəmiyyət kəsb edəcək daxil olan və çıxan zəng, daxil olan və çıxan SMS mətni və ya digər başqa hər hansı məlumat aşkar edilməmişdir (cild ll, i.v.13); - “Sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymətin verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,167 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin xx.xx.2024-cü il tarixdə maddi sübut kimi tanınması, tədqiqatdan sonrakı qalıq çəkisi 0,067 qram olan narkotik vasitə heroinin saxlanması üçün Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış videoçəkilişin həkk olunduğu 01 ədəd DVD disk sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir (cild ll, i.v.46-57); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Əliyev X4 Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2003-cü il tarixdə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa, Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 77-ci maddəsinə əsasən cəzasının çəkilməmiş 11 ay 13 gün hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuşdur (cild ll, i.v.203); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ünvanlanmış 20 dekabr 2024-cü il tarixli, 430/2024 saylı məktubdan görünür ki, vəkilin sorğusuna cavab olaraq bildirilmişdir ki, “AZEMİS” X5 Sistemindən əldə olunmuş məlumata görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qəbul edilmiş 29 avqust 2024-cü il tarixli qərarın qanuniliyinin yoxlanılmasına dair müraciət daxil olmamışdır; - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X31 tərəfindən ünvan 10 ünvanlanmış 02 dekabr 2024-cü il tarixli, 18-1/2-11112/2024 saylı məktubdan görünür ki, “Respublika Təcili və X10 Mərkəzi” publik hüquqi şəxsdən alınan məlumata əsasən bildirilir ki, xx.xx.2024-cü il tarixdə saat 21:38-də ünvan 11 ünvanından vətəndaş Təqsirləndirilən şəxs (35 yaş) adına daxil olan çağırış icra edilməsi üçün Yasamal rayonu Təcili və X10 (TTTY) Stansiyasının 8 saylı bölməsinin TTTY briqadasına yönləndirilmişdir. Çağırışın icrası zamanı TTTY briqadasının həkimi (X7) xəstəni müayinə edərək “Baş beyin silkələnməsi? Döş qəfəsinin küt travması” diaqnozu qoymuş, ilkin tibbi yardım göstərmiş və hospitalizasiya təklif etsə də xəstə tərəfindən imtina edilmişdir. Hadisə barədə 20 saylı polis bölməsinin əməkdaşı Məmmədova və 5 saylı şəhər poliklinikasının əməkdaşı Fəxrəddinovaya məlumat verilmişdir. Əlavə olaraq vətəndaş Təqsirləndirilən şəxs adına açılmış müvafiq tibbi qeydiyyat sənədlərinin surəti təqdim edilmişdir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Təcili yardımın qeydiyyat vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixində edilmiş çağırışa əsasən xx.xx.1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs “Baş beyin silkələnməsi, Döş qəfəsinin küt travması” diaqnozu qoyulmuş, “Şikayətlər və anamnezə aid qeydlər” qrafasında “Xəstə baş gicəllənmə, ürək bulanma, qusmadan, tənəffüs zamanı döş qəfəsində ağrıdan şikayət edir. Dediyinə əsasən yıxılaraq travma alıb, təxminən 1 gün əvvəl hadisənin olduğunu qeyd edir” qeydləri, “Yardım” qrafasında isə “Xəstəxanaya getməkdən imtina etdi, 2 saat ərzində əlaqə saxladıq, TTY-dan imtina etdilər” qeydləri yazılmışdır; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(006)-88/2025 nömrəli qərarına əsasən məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 6847 saylı məktubuna əlavə olunmuş anten dairəsi barədə məlumatlara baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edən aşağıdakı məlumatlar müəyyən edilmişdir: Şahid2 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinin anten dairəsi xx.xx.2024-cü il tarixdə saat 16:10-dan saat Nəsimi rayonu ərazisi (M.Qasqay küç) olmuş, xx.xx.2024-cü il tarixdə saat 17:40-dan saat 17:58-dək və saat 19:36-dan saat 19:58-dək davamlı olaraq Nəsimi rayonu ərazisi (Azadlig pr, Buniatzadeh st, American Embassy, M.Kashkaya s, M.Qasqay küç, Ceyhunbey Hacibeyli küç “AFCOM PLAZA”(19:47) olmuş, xx.xx.2024-cü il tarixdə saat 18:08-dən 19:20-ə qədər davamlı olaraq Yasamal rayonu ərazisi (Bakı seh, Yasamal r-nu, ?zmir kuc 9; Yeni Yasamal qes., “Yasamal Ticaret” Merkezi; Bakı ş., Yasamal r-nu, Sherifzade kuc., 196; Bakı seh, Yasamal r-nu s.Mehdiyev kuc; Baki seh., Yasamal ray., Asad Ahmedov kuc; Baki, Yasamal r-nu, H.Zerdabi pr-ti, 3161-ci meh.; Baki seh, Yasamal r-nu, E.Elekberov kuc 1054-cu mehelle; Bakı Seh, Yasamal r-nu, Tbilisi kuc 3166, Aztelekom istehsalat Birliyi; Baki seh, Yasamal r-nu, X33 81k; Bak? seh, Yasamal r-nu, Abdulvahab Salamzade kuc 12; Baki seh, Yasamal r-nu, İsmayıl Talıblı kuc 4; X33 51; Baki seh, Yasamal ray. Shefayet Mehdiyev kuc. 269; Baki seh., Yasamal r-nu, Tbilisi pros., 1033-cu mehelle, 3; Baki seh, Yasamal r-nu, X29 kuc 79) olmuşdur; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(006)-88/2025 nömrəli qərarına əsasən məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, BKC/LGL-3288/25 saylı məktubuna əlavə olunmuş anten dairəsi barədə məlumatlara baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edən aşağıdakı məlumatlar müəyyən edilmişdir: Şahid4 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin anten dairəsi xx.xx.2024-cü il tarixdə saat 16:11-dən saat 16:21-dək Lift temir/Nesimi, xx.xx.2024-cü il tarixdə saat 17:19:01, 17:23:47, 17:23:55, 17:40:20, 17:56:09, 18:04:22, 18:04:56, 18:30:04-də Nərimanov rayonu, saat 17:31:03, 17:56:11, 18:06:16, 18:13:41, 18:13:42, 18:38:02, 18:52:11, 18:52:31-də Yasamal rayonu olmuşdur, xx.xx.2024-cü il tarixdə saat 19:00dan saat 19:50-dək Lift temir/Nesimi olmuşdur; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(006)-88/2025 nömrəli qərarına əsasən məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, BKC/LGL-3288/25 saylı məktubuna əlavə olunmuş anten dairəsi barədə məlumatlara baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edən aşağıdakı məlumatlar müəyyən edilmişdir: Şahid3 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin anten dairəsi xx.xx.2024-cü il tarixdə saat 16:11-dən saat 16:37-dək davamlı olaraq Nəsimi rayonunun ərazisi (Nesimi, Lift temir/Nesimi), saat 16:45 -16:46 Lift temir/Nesimi olmuşdur; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(006)-88/2025 nömrəli qərarına əsasən məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, BKC/LGL-5121/25 saylı məktubuna əlavə olunmuş anten dairəsi barədə məlumatlara baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edən aşağıdakı məlumatlar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin anten dairəsi: xx.xx.2024-cü il tarixdə saat 16:11:46, 16:11:48, 16:11:50, 16:11:52, 16:12:22, 16:36:01, 16:49 - 17:05 LBBK5069O5/LBBK5069 Lift temir/Bakı şəhəri, Mirəli Qaşqay 43/Nesimi,xx.xx.2024-cü il tarixdə saat 17:05:18, 17:06:27, 17:09:25, 17:11:56, 17:29:32, 17:30:38, 17:31:08, 17:31:46-da Nərimanov rayonu, saat 17:58:00, 17:58:03, 17:58:14, 17:58:28, 17:58:33, 18:04:14-də, 18:07:35-dən 18:36:49-dək, saat 18:55:03, 18:59:18, saat 19:01:53-dən 19:09:10-dək, saat 19:17:15, 19:17:16-da Yasamal rayonu olmuşdur. Şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü, şalvarın sol yan cibindən 01 ədəd “Redmi 7” markalı mobil telefonu, 7 manat pulu və içərisində ictimai nəqliyyat üçün nəzərdə tutulmuş 01 ədəd “Bakıkart” kartı, 01 ədəd üzərində 4098 5844 7821 2234 nömrələr həkk olunmuş plastik bank kartı, özünə məxsus sürücülük vəsiqəsi, “Volkswagen” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid qeydiyyat şəhadətnaməsi olan 01 ədəd qara rəngli pul qabını, həmçinin qolunda olan “Tissot” markalı saatı çıxarıb masanın üzərinə qoymaqla təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, lakin başqa qanunsuz əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümə baxış keçirilən zaman içərisində tünd qəhvəyi rəngli, tozşəkilli, spesifik iyli narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən edilir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki maddəni polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl “Sovetski" adlanan yerdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 50 manata öz istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bilidirir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd büküm ekspertiza tədqiqatına təqdim olunması üçün 01 ədəd kağız zərfə qoyularaq qablaşdırılır, zərfin üzəri möhürlənir və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd 4098 5844 7821 2234 nömrəli bank kartı və 01 ədəd “Redmi 7” markalı mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülür, 01 ədəd “Tissot” markalı saat, 7 manat pul, içərisində 01 ədəd “Bakıkart” kartı, Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsi və “Volkswagen” markalı avtomobilə aid qeydiyyat şəhadətnaməsi olan 01 ədəd qara rəngli pul qabı onun özünə qaytarılır. Daha sonra Şahid1 üzərinə şəxsi axtarış keçirilir. Həmin görüntülərdə Təqsirləndirilən şəxs üzündə olan xəsarətlər aşkar görünür. Təhqiqatçı tərəfindən həmin xəsarətlərin necə yarandığı barəsində sual edildikdə Təqsirləndirilən şəxs həmin gün səhər saatlarında yıxıldığını bildirir. Həmçinin baxış zamanı görünür ki, Təqsirləndirilən şəxs cibində olan pul vəsaitini masaya qoyan zaman təhqiqatçı pulu saymadan 7 (yeddi) manat olduğunu bildirir, baxmayaraq ki, Təqsirləndirilən şəxs pulu təqdim edən zaman məbləğini bildirmir. Məhkəmə ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutları, o cümlədən axtarış və götürmə haqqında protokolu, habelə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tam, hərtərəfli və obyektiv yoxlayıb, cinayət təqibi üzrə toplanmış sübutları təhlil və bir-biri ilə müqayisə edib, hər bir sübutun mənsubiyyətini, mümkünlüyünü, mötəbərliyini qiymətləndirib toplanmış bütün sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, cinayət təqibi üzrə toplanmış sübutların məcmusu Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda, 01 bükümdə 0,167 qram çəkidə narkotik vasitə olan herioni əldə edərək, daşımaqla üzərində saxlamasına dair irəli sürülmüş ittihamın təsdiq olunmasına kifayət etmir. Buna görə də məhkəmə hesab edir ki, ehtimallar əsasında şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, təqsirsizlik prezumpsiyası, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə ziddir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz elan edilməli və təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” “İnsan Hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Həmin Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs ona qarşı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə, işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-nin 1.2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın. Həmin Məcəllənin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Məhkəmə, cinayət işinin materiallarını hərtərəfli tədqiq edib, məhkəmə araşdırması zamanı ittiham tərəfindən irəli sürülmüş sübutların ayrı-ayrılıqda nəzərdən keçirilməsini zəruri hesab edərək, onların şəxsin təqsirli bilinərək məhkum olunması üçün kifayət qədər əsaslı, heç bir şübhə doğurmayan, tutarlı, qənaətbəxş olmaması kimi qiymətləndirir, sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar həcmi ilə bərabər, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsində nəzərə alınması zəruri olan müəyyən edilmiş ayrı-ayrı məqamları da qeyd etməyi zəruri hesab edir. Əvvəla, cinayət işinin materialları ilkin olaraq tədqiq edilərkən ittihamda göstərilən halların həqiqiliyinə dair məhkəmədə ciddi şübhələr yaranmışdır. Buna əsas olan ilkin məqam Bakı şəhəri Nəsimi RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 tərəfindən qəbul edilmiş 29 avqust 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs və Şahid1 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmış, qərarın müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində israrla tərəfindən qəbul edilmiş 29 avqust 2024-cü il tarixli qərarın qanuni hesab edilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Prokurorluğuna vəsatətlə müraciət etdiyini, Prokurorun təqdimatı əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarı ilə Təqsirləndirilən şəxs və Şahid1 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə 29 avqust 2024-cü il tarixli qərarının qanuni hesab edildiyini bildirsə də, lakin, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 430/2024 saylı məktubundan görünür ki, “AZEMİS” X5 Sistemindən əldə olunmuş məlumata görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qəbul edilmiş 29 avqust 2024-cü il tarixli qərarın qanuniliyinin yoxlanılmasına dair müraciət daxil olmamışdır. Azərbaycan Respublikasının CPM-nin 445.2-ci maddəsinə əsasən «Əməliyyataxtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10cu maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan: 1) şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər; 2) cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər. Göründüyü kimi, Təqsirləndirilən şəxs yaxalanması üçün onun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri qanunvericiliyin tələblərinə əməl edilmədən həyata keçirilmişdir. Azərbaycan Respublikasının CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 29 avqust 2024-cü il tarixli qərar əsasında həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində əldə olunmuş materiallar sübut kimi qəbul edilə bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması ilə bağlı ittiham verilmişdir ki, bununla bağlı ilk növbədə təqsirləndirilən şəxsin qanunuz olaraq narkotik vasitə əldə etməklə, daşıması və saxlaması sübuta yetirilməlidir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs xeyli miqdarda narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması sübuta yetirilmir. Məhkəmə istintaqında aparılan araşdırma zamanı da Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Məhkəmə, bununla bağlı mövqeyini aşağıdakılarla əsaslandırır: İlk növbədə, ittiham tərəfinin bütün sübutları (şahid ifadələri, “şübhəli şəxsin tutulması barədə” protokol, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, məhkəməkimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, maddi sübut kimi tanınmış 01 ədəd bükümdə narkotik vasitə heroin) Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması nəinki iş üzrə mötəbər sübutların məcmusu ilə təsdiq edilmir, buna dair ümumiyyətlə sübut mövcud deyil. Qeyd edilməlidir ki, sübutetmə predmeti ilə sübutetmə həddi bir-birilə sıx surətdə bağlıdır. Əgər sübuetmə predmeti tədqiqat obyektidirsə, sübutetmə həddi sübutemə predmetinə daxil olan halların tam əminliklə müəyyən edilməsi üçün zəruri olan sübut materiallarının məcmusudur. Lakin, hazırki halda şahidlərin ifadələri, ekspertiza rəyləri və videogörüntü sübutetmə predmetinə daxil olan bütün halları müəyyən etmədiyindən, verilmiş ittiham üzrə sübutetmə həddi tamamlanmır. Əksinə proses iştirakçılarının ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ziddiyətli ifadələri ilə təkzib olunur. Buna görə də məhkəmə, iş üzrə ittiham tərəfinin sübutlarını həm ayrı-ayrılıqda, həm də məcmu halda qiymətləndirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, məhkəmə, ittihama əsasən Təqsirləndirilən şəxs ünvan 12 ünvanın qarşısında saxlayaraq idarəyə gətirilməsində iştirak etmiş polis əməkdaşları olan Şahid2, Şahid3 və Şahid4 ifadələrini tədqiq edərək qeyd edir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşlarının həm sərbəst ifadələrində, həm də onlara ünvanlanan suallara verdikləri cavablar zamanı kifayət qədər uyğunsuzluq, ziddiyyətlər müəyyən edilmişdir. Xüsusilə, “təqsirləndirilən şəxs nə vaxt saxlanılmışdır?, saxlanılan vaxt təqsirləndirilən şəxsin yanında kim olumuşdur?, onun üzərinə nə vaxt şəxsi axtarış keçirilmişdir?” sualları üzrə şahidlərin verdikləri cavablar ilə iş materiallarında tədqiq olunmuş anten dairələrindən götürülmüş məlumatlar və Təqsirləndirilən şəxs, həmçinin iş üzrə dindirilmiş Şahid1 ifadələri ilə uyğunsuzluq təşkil etmişdir. Belə ki, ibtidai istintaq zamanı və məhkəmə iclasında şahidlər Şahid2, Şahid3 və Şahid4 ifadələrində Təqsirləndirilən şəxs 29 avqust 2024-cü il tarixdə saat 16:50 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 87 ünvanının qarşısında Şahid1 ilə birlikdə saxlanılaraq Polis İdarəsinə gətirildiklərini bildirsələr də, halbuki məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, o, 29 avqust 2024-cü il tarixdə, saat 16:12-də Amerika səfirliyinin arxasında yerləşən kafenin yaxınlığında olan “Araz” marketin qarşısında tək olmuş və həmin vaxt, yəni saat 16:12-də polis əməkdaşları tərəfindən saxlanılaraq Polis İdarəsinə gətirilmiş, Şahid1 isə ondan təxminən bir neçə saat sonra saxlanılaraq Polis İdarəsinə gətirilmişdir. Bu hal iş üzrə məhkəməyə təqdim edilmiş anten dairəsi barədə məlumatlarda da öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs, şahidlər Şahid2, Şahid4 və Şahid3 istifadələrində olan mobil telefonların anten dairələri barədə məlumatlar tədqiq olunan zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs, şahidlər Şahid2, Şahid4 və Şahid3 xx.xx.2024-cü il tarixdə saat 16:11-16:12 radələrində LBBK5069O5/LBBK5069 Lift temir/Bakı şəhəri, Mirəli Qaşqay 43/Nesimi ərazisində olmuşlar. Lakin, Şahid1 anten dairəsi barədə məlumatlara baxış keçirilən zaman sonuncunun xx.xx.2024-cü il tarixdə saat 16:11- 16:12 radələrində həmin ərazidə olması öz təsdiqini tapmamışdır. İş materiallarında isə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə birlikdə Şahid1 da saxlanılmış və birlikdə Nəsimi Rayon Polis İdarəsinə gətirilmişlər. Lakin məhkəmə istintaqı zamanı ifadə verərkən həm Təqsirləndirilən şəxs, həm də Şahid1 bildirmişlər ki, onlar bir yerdə saxlanılmamışlar. Belə ki, Təqsirləndirilən şəxs bildirmişdir ki, o saxlanılarkən tək olmuş, polis idarəsinə gətirildikdən bir müddət sonra Şahid1 gətirilmişdir. Şahid1 də ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs telefonuna zəng etmiş və onu Amerika Səfirliyinin yanında gözlədiyini bildirmiş, bir qədər sonra Təqsirləndirilən şəxs telefonundan zəng gəlmiş, o, telefona cavab verən zaman polis əməkdaşları onu tutmuş və Nəsimi Rayon Polis İdarəsinə gətirmişlər. İdarəyə gəldikdə isə Təqsirləndirilən şəxs idarədə olduğunu və polis əməkdaşları tərəfindən işgəncəyə məruz qaldığını görmüşdür. İş materiallarında olan Şahid1 tutulmasına dair “Şübhəli şəxsin tutulması haqqında” 29 avqust 2024-cü il tarixli protokoldan (cild l, i.v.41) görünür ki, protokol həmin tarixdə saat 19:00-da tərtib olunmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, necə olur ki, hər iki şəxs, yəni Təqsirləndirilən şəxs və Şahid1 eyni vaxtda tutulduğu halda, Təqsirləndirilən şəxs tutulması haqqında protokol saat 17:50-də, Şahid1 tutulması haqqında protokol isə ondan 01 saat 10 dəqiqə sonra, yəni saat 19:00-da tərtib olunmuşdur. Bu fakt isə şübhəli şəxslər Təqsirləndirilən şəxs və Şahid1 iş materiallarında qeyd olunduğu kimi eyni vaxtda saxlanılmasını şübhə altına almaqla, işin faktiki halları təkzib edilmişdir. Müdafiə tərəfinin vəsatətinə əsasən şahidlərin, həmçinin təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrələrin anten dairəsinə dair məlumatlardan görünür ki, Şahid4 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonun anten dairəsi xx.xx.2024-cü il tarixində saat 17:19:01-dən saat 18:52:31-dək Nərimanov, Nəsimi və Yasamal rayonu ərazisini göstərmiş, saat 19:00:30-dan sonra isə saat 22:15:49-dək davamlı olaraq Nəsimi rayonu ərazisini göstərmişdir. Şahid2 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonun anten dairəsi xx.xx.2024-cü il tarixdə saat 18:08-dən 19:20-ə qədər davamlı olaraq Yasamal rayonu ərazisini göstərmişdir. Həmçinin, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonun anten dairəsi xx.xx.2024-cü il tarixdə saat 18:07:35-dən saat 18:36:49-dək, saat 19:01:53-dən saat 19:09:10-dək Yasamal rayon ərazisini göstərmişdir. Beləliklə də, şahidlər Həsən Xudaverdiyev və Şahid4 təqsirləndirilən şəxsin saxlanıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixində saat 16:50-dən şəxsi axtarış aparılana qədər, yəni həmin gün saat 19:20-yə qədər Təqsirləndirilən şəxs yanında olduqlarını bildirsələr də, məhkəmə Təqsirləndirilən şəxs Polis İdarəsinə gətirildikdən sonra idarəni tərk edərək şahidlərə məxsus mobil telefonların anten məlumatlarında qeyd olunan ərazilərdə şahidlərlə birlikdə hərəkət etməsinin mümkün olmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, şahidlərin xx.xx.2024-cü il tarix saat 16:50-dən 19:20-yə qədər başqa rayonun ərazisində olmaları işin mübahisəsiz halıdır. Bununla da, şahidlər Şahid4 və Şahid2 Nəsimi Rayon Polis İdarəsinin inzibati binasında olmaları ilə bağlı verdikləri ifadələr öz mötəbərliyini itirməklə şübhə altına düşmüşdür. Həmçinin, anten dairəsi məlumatlarında Təqsirləndirilən şəxs ilə Şahid4 istifadəsində olan mobil telefon nömrələrinin anten dairəsi məlumatları onların Nəsimi Rayon Polis İdarəsinin inzibati binasında olmalı olduğu vaxtlarda eyni vaxt aralıqlarında Yasamal rayonu ərazisində olduqlarını göstərir. Halbuki, şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı diskə məhkəmə iclasında baxış zamanı müşahidə olunur ki, şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən verilən suala cavab olaraq Təqsirləndirilən şəxs bildirir ki, şəxsi axtarışa qədər onun üzərinə baxış keçirilməmişdir. Eyni zamanda, videoyazıdan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan mobil telefonu həmin vaxt təqdim edir. Beləliklə ibtidai istintaqın necə və hansı formada, hansı qanunsuz hərəkətlər nəticəsində aparılması aşkar formada büruzə verilmişdir. Bununla yanaşı iş üzrə şahid olan polis əməkdaşları isə yaranmış ziddiyyətlərə əsaslı cavablar verə bilməmişlər, sonuncuların cavabları ilə ibtidai istintaqın qanunsuz formada aparılması bir daha təsdiq edilmişdir. Məhkəmə, "xxxx" MMC və "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş həmin anten məlumatlarını sübut kimi mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, qeyd edilən anten məlumatları sübutetmə predmetinə daxil olan hallara aiddir, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi üsuluna dair şübhələr mövcud deyil, sübut kimi qəbulediləndir. Bundan başqa məhkəmə qeyd edir ki, iş üzrə Şahid3 məhkəmə iclasında ifadə verən zaman verilmiş suallara qeyri-dəqiq cavablar vermiş, bütün sözlərinin əvvəlində hadisəni dəqiq xatırlamadığını əsas gətirərək işin faktiki halları barədə danışmaqdan imtina etmişdir. Bununla belə məhkəmə tərəfindən qeyd olunan şahidə xəbərdarlıqlar edilmiş və sonuncunun ifadə verməsi və verilmiş suallara tam dəqiq cavab verməsinin onun vəzifəsi olduğu xatırladılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs tutulmasına dair “Şübhəli şəxsin tutulması haqqında” protokolda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:50də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə, saat 16:50-dən tutulmuş hesab edilmişdir. Halbuki, təqsirləndirilən şəxsin ifadələri və anten dairələri barədə məlumatlar tədqiq edilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 29 avqust 2024-cü il tarixdə saat 16:12-də Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 87 ünvanının qarşısında saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına gətirilmişdir. Protokol 29 avqust 2024-cü il tarixdə, saat 17:50-də, yəni şübhəli şəxsin saxlanılmasından 01 saat 38 dəqiqə sonra tərtib edilmişdir. Baxmayaraq ki, şübhəli şəxsin tutulduğu Nəsimi rayonu, Azadlıq prospekti 87 ünvanı ilə gətirildiyi Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanı arasında məsafə təxminən 10 dəqiqə olmuş, bunu məhkəmə iclasında ifadə verən şahidlər də təsdiq etmişlər. Həmçinin, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan isə görünür ki, protokol 29 avqust 2024-cü il tarixdə saat 19:20-də, yəni şübhəli şəxsin saxlanılmasından 03 saat 08 dəqiqə sonra tərtib olunmağa başlanmış və saat 19:40-da bitmişdir. Azərbaycan Respublikası CPM-nin 153.1-ci maddəsinə əsasən cinayət təqibi orqanı hər hansı şəxsin tutulduğu halda onun hüquqi statusundan asılı olaraq bu Məcəllədə, habelə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. Həmin Məcəllənin 153.2-ci maddəsinin tələblərindən görünür ki, tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerinin əməkdaşları tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək, tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirməli, tutulma faktını qeydə almalı, protokollaşdırmalı və onu tutulma protokolu ilə tanış etməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməli, habelə tutulma ilə bağlı digər vəzifələri yerinə yetirməlidir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətləri həyata keçirən polis əməkdaşı tutulmuş və ya həbsə alınmış şəxsi təxirə salınmadan polis orqanına gətirməli, tutulma və ya həbsə alma faktını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada protokollaşdırmalı, tutulmuş və ya həbsə alınmış şəxsi bu protokolla tanış etməli, hər bir tutulma və ya həbsə alma faktını müvafiq polis orqanında qeydiyyatdan keçirməlidir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndini şərh edən Avropa Məhkəməsi bildirir ki, “dərhal anlayışı” həftəsonu, istirahət günlərində və ya gecə yarısı, yaxud da bayram günlərində səlahiyyətli orqanlar tərəfindən iş üzrə araşdırmanın lazımı cəldliklə və müttəhimin hüquqları təmin edilməklə keçirilməsini nəzərdə tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, əməliyyat-axtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyat-axtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca CPM-in 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiq orqana gətirildikdən dərhal sonra əməliyyat-axtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. Azadlığının faktiki məhdudlaşdırıldığı yerdə şübhəli şəxsin üstünün yoxlanılması və ondan müəyyən əşyaların götürülməsi o, polis orqanına və ya digər hüquq mühafizə orqanına gətirildikdən sonra təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs tərəfindən CPM-in 246.2.1-ci maddəsinə müvafiq olaraq onun barəsində CPM-in tələblərinə və bu Qərarın müddəalarına uyğun olaraq şəxsi axtarış istintaq hərəkətinin aparılmasını və aşkarlanan digər əşyaların götürülməsini istisna etmir. Məhkəmə, baxılan işdə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən ibtidai araşdırma mərhələsində Təqsirləndirilən şəxs üstündə olan narkotik vasitənin polis əməkdaşları tərəfindən verilməsi, tutularkən üzərində heç bir narkotik vasitənin olmaması, polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması, sonradan prosessual qanunvericilik pozulmaqla üstündə axtarışın aparılması, bu zaman prosessual hüquqlarının pozulması və onların ittihamı üçün sübutlar bazasının məhz bu yolla, yəni qanunsuz yolla əldə edilməsi ilə əlaqələndirildiyindən, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin də bu məsələyə dair geniş presedent təcrübəsi olduğundan və işin mühüm əhəmiyyət kəsb edən halları baxımından Təqsirləndirilən şəxs barəsində olan cinayət işi ilə Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” və “Zayidov Azərbaycana qarşı” işləri arasında bənzərlik olduğundan həmin presedentin hazırki işə tətbiq edilməsini zəruri hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. “Layıcov Azərbaycana qarşı iş”. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, Layıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal və saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Layıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Layıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Anoloji mövqe Avropa İnsan Hüquqları Məhkəməsinin digər qərarlarında da formalaşdırılmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin gedişində tutulmuş (yaxalanmış) şəxsin üstünün yoxlanılması və ondan bu və ya digər predmetlərin, o cümlədən sübut əhəmiyyəti ola biləcək materialların götürülməsi zamanı əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən bu hərəkətlərin fasiləsiz videoçəkilişi aparılmalı və həmin videoyazı elektron daşıyıcıda əməliyyat-axtarış tədbirinin gedişini və nəticələrini əks etdirən raportun və yaxud protokolun tərkib hissəsi kimi sənədə əlavə edilməlidir. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üstünün yoxlanılması və ondan bu və ya digər predmetlərin, o cümlədən sübut əhəmiyyəti ola biləcək materialların götürülməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında müəyyən edildiyi kimi fasiləsiz videoçəkiliş aparılmaqla saxlanıldığı yerdə deyil, 03 saat 08 dəqiqə müddət keçdikdən sonra polis idarəsində xidməti otaqda keçirilmiş, tutma protokolu şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan 01 saat 38 dəqiqə sonra, yəni saat 17:50-də tərtib olunmuş və bununla da ittihamın əsası olan şübhəli şəxsin tutulması, şəxsi axtarış və götürmə haqqında protokollar cinayət prosesi prinsiplərinin və şərtlərinin pozulması ilə tərtib edildiklərindən və protokollarda göstərilən hallar yuxarıda qeyd edilən məhkəmə istintaqı zamanı obyektiv sübutlarla inkar edildiklərindən, həmin protokollar əsasında aparılan sonrakı istintaq hərəkətlərinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən sübutedici qüvvəsi yoxdur. Məhkəmə üçün anlaşılan deyildir ki, qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında ittiham olunan təqsirləndirilən şəxsin üstünün yoxlanılması nəyə görə videoçəkiliş aparılmaqla tutulduğu yerdə deyil, idarəyə gətirildikdən uzun müddət sonra həyata keçirilmişdir. Şəxsi axtarışı şəxsin tutulmasından birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur və ittiham tərəfindən belə dəlillər məhkəməyə təqdim edilməmişdir. Şübhəsiz ki, belə hallara tutulan şəxslərin ağır xəstəliyi, axtarışın həyata keçirilməsinə digər şəxslər tərəfindən yaradılacaq maneələr, texnogen qəzalar, sosial kataklizmlər (müharibə vəziyyəti, fövqəladə vəziyyət və s. bu kimi hallar), təbii kataklizimlər (zəlzələ, sel, daşqınlar) və s. aiddir Halbuki, CPM-in 148.2-ci maddəsi ilə yanaşı, 86.8-ci maddəsi də təhqiqat orqanının əməkdaşına “cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törədən şəxsləri və şübhəli şəxsləri” tutmaq səlahiyyəti verir (maddə 86.8.2), CPM-in 86.8.3-cü maddəsi isə təhqiqat orqanının əməkdaşının məhz tutduğu yerdə tutulan şəxsin üstünü yoxlamaq səlahiyyətini nəzərdə tutur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırılması ilə onun üzərinə həyata keçirilən şəxsi axtarış arasında uzun müddət (03 saat 08 dəqiqə müddət, nəzərə alınmalıdır ki, bu müddət təqsirləndirilən şəxsin İdarədə saxlanılmasının müəyyən edilə bilən dövrünü ifadə edir, şübhəsiz o, saxlanılaraq idarəyə gətirilməsi vaxtı da diqqətə alınmaqla bundan da artıq müddət polisin faktiki nəzarətində idi) keçmiş, yəni Təqsirləndirilən şəxs saxlanılması ilə onun şəxsi axtarışı arasında uzun vaxt boşluğu olmuşdur. Ona görə də saxlanılma ilə şəxsi axtarış arasında olan bu vaxt boşluğu sübutların (narkotik vasitənin) təqsirləndirilən şəxsin “üstünə qoyulması”nın mümkünlüyü ilə bağlı qanuni və əsaslı narahatlıqlar ortaya qoyur. Belə ki, həmin vaxt ərzində Təqsirləndirilən şəxs müdafiəçisiz və prosessual hüquqlarının həyata keçirilməsinə şarait yaradılmadan tamamilə polisin nəzarətində olmuşdur. Bundan əlavə, şəxsi axtarış və götürmə hərəkətinin ciddi prosessual pozuntular ilə aparıldığı müəyyən edilmişdir ki, bu hal həm də onun nəticələrini, yəni şəxsi axtarış və götürmə aparılması barədə protokolu və diskə baxış keçirilməsi haqqında protokolu etibarsız edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan istintaq zamanı Təqsirləndirilən şəxs üzərində “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokolda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 19:20 dəqiqədən saat 19:40 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və Şahid1 üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı ilk öncə şübhəli şəxs Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarla tanış edilmiş, aparılacaq söhbətlər və hərəkətlər zamanı videoçəkilişdən istifadə ediləcəyi izah edilmişdir. Şübhəli şəxs etiraz etmədikdən sonra ona təklif edilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb ilk olaraq əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli toz şəkilli maddəni çıxarıb masanın üzərinə qoymuş, daha sonra şalvarının sol yan cibindən “Redmi 7” markalı mobil telefonu, qolunda olan “Tissot” markalı saatı, 7 manat pulu və qara rəngli pul qabının içərisində olan Bakıkartı, **********212234 nömrəli bank kartını, özünə məxsus sürücülük vəsiqəsini, “Volkswagen” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid qeydiyyat şəhadətnaməsini masanın üzərinə qoymaqla təqdim etmişdir. Ardınca şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmış, lakin başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi əşya və maddələrə baxış keçirilmiş, 01 ədəd bükümə baxış keçirilən zaman içərisində tünd qəhvəyi rəngli, tozşəkilli, spesifik iyli narkotik vasitə olan heroinə bənzər maddə olduğu məlum olmuşdur. Bu məqamda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin bükülünü rahat şəkildə polis idarəsinə qədər gəzdirməsi və 3 saatdan artıq müddətdə polis idarəsində saxlaması inandırıcı deyil. Şəxsi axtarış və götürmə istintaq hərəkəti ilə bağlı məhkəmə bir məsələni də qeyd etməyi zəruri hesab edir ki, şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim edərkən, təhqiqatçı sonuncunun təqdim etdiyi pul vəsaitini masanın üzərinə qoyduqdan sonra həmin pulu saymadan, eyni zamanda Təqsirləndirilən şəxs pulu təqdim edərkən onun sayını demədiyi halda pulu əlinə alaraq orada 7 manat pul olduğunu bildirir. Göstərilən hallar onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Polis İdarəsinə gətirildikdən sonra şəxsi axtarışa qədər onun üzərinə baxış keçirilmiş, mobil telefonu götürülmüş, həmçinin onu saxlayan polis əməkdaşları şəxsi axtarış keçirilənə qədər Nəsimi Rayon Polis İdarəsinin inzibati binasını tərk etmişlər. Göründüyü kimi, iş üzrə dindirilmiş şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə iş materialları arasında uyğunsuzluq və ziddiyyətlər onun mötəbərliyini və sübuti əhəmiyyətini şübhə altına almışdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs özünü təqsirli bilməsi barədə ifadə versə də, məhkəmə iclasında özünü təqsirli bilmədiyini qeyd etməklə yanaşı, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəni Nəsimi Rayon Polis İdarəsinin polis əməkdaşları tərəfindən məruz qaldığı təzyiq altında verdiyini, ona işgəncə edildiyini və döyüldüyünü bildirmişdir. Cinayət işinin materiallarında olan aktdan (cild l, i.v.57) görünür ki, həmin akt Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı İlham Məmmədov tərəfindən ona görə tərtib olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən Nəsimi Rayon Polis İdarəsinə gətirilən zaman sol gözündə xəsarətlər olması müəyyən olunmuş, xəsarətləri hansı şəraitdə, nə vaxt və necə alması barədə sual edilmiş, saxlanılan Təqsirləndirilən şəxs xəsarətləri bir gün əvvəl yıxılaraq aldığını, xəsarətləri ilə bağlı heç bir tibb müəssisəsinə müraciət etmədiyini, məhkəmə-tibbi ekspertizadan keçməyə ehtiyac olmadığını bildirmişdir. Bununla bağlı təhqiqatçı İlham Məmmədov tərəfindən 29 avqust 2024-cü il tarixli qərarla məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” X31 məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1189 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarət – sol gözaltı nahiyənin qançırı bərk küt əşyanın təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdir, müayinə olunan şəxsin qeyd etdiyi xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Həmçinin, şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı diskə məhkəmə iclasında baxış zamanı Təqsirləndirilən şəxs üzündə və sol qulaq nahiyəsində xəsarətlərin olduğu aydın şəkildə görünür. Təhqiqatçı tərəfindən həmin xəsarətlərin yaranma şəraiti barədə sual edildikdə, Təqsirləndirilən şəxs bildirir ki, həmin gün səhər vaxtı yıxılmış və xəsarətlər ona görə yaranmışdır. Göründüyü kimi, təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı saxlanıldığı gün, yəni xx.xx.2024-cü il tarixində səhər saatlarında yıxıldığını bildirmiş, aktda isə onun saxlanılmamışdan bir gün əvvəl yıxıldığını bildirməsi qeyd olunmuşdur. Buradan da güman etməyə əsas vardır ki, qeyd olunan akt təqsirləndirilən şəxsə polis idarəsində işgəncə verilməsi faktını ört-basdır etməkdən ötrü tərtib edilərək iş materiallarına əlavə edilmişdir. Bununla belə istintaq orqanı nədənsə bu xüsusat üzrə susqunluq və hərəkətsizlik nümayiş etdirmiş, Təqsirləndirilən şəxs döyülməsi və işgəncələrə məruz qalması faktı üzrə vaxtında (yəni xəsarət izləri əhəmiyyətli dərəcədə bilinən zaman) lazımi qaydada araşdırmanı təmin etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs döyülməsi faktı ilə bağlı Azərbaycan Respublikası Xidməti araşdırmalar idarəsində tam və hərtərəfli araşdırma aparılmamış, polis əməkdaşlarının bu barədə izahatları alınmamış, ekspert rəyində xəsarətlərin olması müəyyən edilsə də, Təqsirləndirilən şəxs xəsarətlərinin hansı şəraitdə və hansı hadisə nəticəsində almasının təmin edilməsi məqsədi ilə material ayrılaraq araşdırılması üçün aidiyyatı üzrə göndərilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs polis tərəfindən pis rəftara məruz qoyulduğunu təsdiq etmək üçün kifayət qədər güclü sübutlar təqdim edə bilmişdir. İttiham tərəfi sözü gedən xəsarətin Təqsirləndirilən şəxs iddia etdiyi şəkildə deyil, digər səbəblərdən yaranması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Məhkəmə bir daha xatırladır ki, Təqsirləndirilən şəxs tutulması və ya onun üzərində axtarış aparılması ilə bağlı tərtib edilmiş protokollarda xəsarətlərin olması ilə bağlı hər hansı qeyd olmamışdır. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs polis tərəfindən saxlandığı zaman pis rəftara məruz qoyulduğu ilə bağlı iddialarında hər hansı ziddiyyət və ya uyğunsuzluq görmür. Həmçinin, məhkəmə istintaqı zamanı ifadə verən Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlayan zaman üzündə qaraltı olmuş, şəxsin özü də qara olduğu üçün o, xəsarətin olduğunu bilməmiş, bədənində xəsarətlərin olub-olmamasına isə ümumiyyətlə baxmamışdır. Halbuki şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı görüntünün məhkəmə iclasında nümayişi zamanı müşahidə olunur ki, Şahid2 də iştirak etdiyi şəxsi axtarışda təhqiqatçı Təqsirləndirilən şəxs üzündə olan xəsarətlə bağlı sual verir və Təqsirləndirilən şəxs həmin xəsarəti səhər vaxtı yıxılaraq aldığını bildirir. Dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə iclasında yenidən dindirilən zaman Şahid2 bildirmişdir ki, Əliyev X4 Rayon Polis İdarəsinə gətirilən zaman üzündə xəsarətin olması ilə bağlı akt tərtib olunmuş, aktda Təqsirləndirilən şəxs həmin xəsarəti bir gün əvvəl yıxılaraq aldığını bildirməsi qeyd olunmuş və həmin akt Təqsirləndirilən şəxs özü tərəfindən də imzalanmışdır. Digər Şahid4 isə bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlayan zaman onun üzərində xəsarəti olmamış, Təqsirləndirilən şəxs onu saxlayan zaman, həmçinin polis idarəsində olan zaman özü-özünə xəsarət yetirməyə çalışmış, bununla bağlı akt da tərtib olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ifadələrini yoxlayaraq, onun həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələri işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək onun məhkəmə baxışı zamanı vermiş olduğu ifadələrini mötəbər və iş materialları ilə tamamlanmış ifadələr kimi qiymətləndirir, onun təhqiqat və istintaq zamanı döyüldükdən sonra verdiyi ifadələri (29-31 avqust 2024-cü il tarixli) isə təsir və təzyiq nəticəsində verilmiş ifadələr olduğunu qeyd edərək sübut kimi qəbul etmir. Həmçinin, araşdırma zamanı müəyyən olunmuşdur ki, Əliyev X4 Rayon Polis İdarəsinə gətirildikdən bir gün sonra, yəni xx.xx.2025-ci il tarixində onun ailə üzvləri tərəfindən “Universal” Vəkil Bürosunun vəkili X17 ilə müqavilə bağlanmış və xx.xx.2024-cü il tarixli protokol ilə X17 müstəntiq Rauf Xalıqzadə tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim olunmuşdur (cild l, i.v.116). Məhkəmə iclasında şahid qismində dindirilən Rüstəm Rəhimov bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə konfidensial görüş zamanı sonuncu ona polis idarəsinə gətirilən zaman polis əməkdaşları tərəfindən işgəncələrə məruz qaldığını bildirmiş, o, özü də vizual baxış zamanı Təqsirləndirilən şəxs üzündə, sol qulaqdan aşağı nahiyədə və sol çiynində olan xəsarətləri görmüş və fotoşəkillərini çəkmişdir. Həmin fotoşəkillər təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən məhkəməyə təqdim olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirmişdir ki, ailəsi tərəfindən tutulmuş vəkili ilə söhbət etdikdən sonra səhəri gün onu rəisin yanına aparmışlar və rəis ona daha ağır cinayətdə ittiham olunacağı ilə bağlı hədə-qorxu gələrək həmin vəkildən imtina etməsini tələb etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixində Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, müqavilə əsasında hüquqlarını müdafiə edən vəkil X3 imtina etmiş və müdafiə olunması üçün dövlət hesabına başqa bir müdafiəçinin təyin edilməsini və həmin müdafiəçi tərəfindən istintaqın sonuna qədər hüquqlarının müdafiə edilməsinə şərait yaradılmasını xahiş etmişdir (cild l, i.v.122). Bundan sonra, müstəntiq Rauf Xalıqzadə tərəfindən xx.xx.2024-cü il tarixində qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən “Universal” vəkil bürosunun vəkili X8 iş üzrə iştirakına xitam verilmişdir (cild l, i.v.132). Göründüyü kimi, Təqsirləndirilən şəxs döyüldüyü və hədələndiyi üçün ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilmiş, həmçinin ailə üzvləri tərəfindən onun üçün tutulmuş vəkildən imtina etmək məcburiyyətində buraxılmışdır ki, bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlanma yerlərində işgəncə qurbanı xarici aləmdən təcrid edildiyi, zəruri sübutları təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi “etirafedici” ifadəsinə münasibətdə qeyd edir ki, həmin ifadəni polisin təsiri altında vermişdir. Beləliklə iş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar onun hüququ pozulmaqla və ona qarşı zor tədbiq olunaraq əldə edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında məhkəmə təkrar etdi ki, “polis təcridxanasına aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin təcridxanadan azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır” (bax: “Tomasi Fransaya qarşı” (Tomasi v. France, 27 August 1992, §§ 108-11, Series A no. 241-A) və yuxarıda qeyd edilmiş “Selmuni” işi, 87- ci bənd). Məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ)). Məhkəmə rolunun köməkçi xarakter daşımasına həssas yanaşır və konkret işin hallarına görə qaçılmaz olduğu vəziyyət istisna olmaqla birinci instansiya məhkəməsinin funksiyasını həyata keçirmək vəzifəsini üzərinə götürən zaman ehtiyatlı olmalıdır (misal üçün bax: “MakKer Birləşmiş Krallığa qarşı” (McKerr v. the United Kingdom (dec.), no. 28883/95, 4 April 2000)). Bununla belə, Konvensiyanın 3-cü maddəsi əsasında iddialar irəli sürülərsə, Məhkəmə ölkə daxili proseslərin və istintaq hərəkətlərinin artıq baş verdiyi hallarda xüsusi hərtərəfli yoxlama həyata keçirməlidir (bax: yuxarıda qeyd edilmiş “Avşar” işi, 283-284-cü bəndlər və “Muradova Azərbaycana qarşı” (Muradova v. Azerbaijan, no. 22684/05, § 99, 2 April 2009)). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən “Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2.3-cü maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X22rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Layıcov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır. Prosesin bütünlükdə ədalətli olub-olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünün şübhə altına alınıbalınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 247.1-ci maddəsinə əsasən axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair axtarış və ya götürmənin xüsusiyyətləri, axtarış, yaxud götürmənin aparılmasında foto, kino və video çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd əks etdirməklə protokol tərtib edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 247.3-cü maddəsinə əsasən axtarış və ya götürmə zamanı foto, kino və video çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq yazılar, fotoşəkillər, çəkiliş lentləri və ya başqa məlumat daşıyıcıları protokola əlavə edilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq tərəfindən sübut növü kimi qəbul edilən xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında protokol, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı fiziki təzyiq nəticəsində verdiyi etirafedici ifadəsi və şahid ifadələri sübut kimi qəbul edilə bilməz, onlar sübutlar siyahısından çıxarılmalı və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinin tələblərinə görə əhəmiyyətsiz hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.1 və 124.1.2.-ci maddələrinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2 və 124.2.1-ci maddələrinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri sübut kimi qəbul olunur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə görə, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması, istintaq və ya digər prosessual hərəkətlərin kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Konstitusiyanın 63.2-ci maddəsinə əsasən Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən, təmin edən məhkəmə hakimiyyəti aktı - bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün hallar tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Həmçinin, həmin Qərarda göstərilir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunvericiliyinin müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Belə bir vəziyyətdə məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin əməlinə qiymət verərkən sübutlara və sair materiallara qərəzli münasibət bəsləməni, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsini CPM-nin 33.4cü maddəsinə əsasən yolverilməz hesab edir. Beləliklə, məhkəmə qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətini digər hər hansı ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən bəraət hökmü bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyində ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Cinayətin törədildiyinə dair "əsaslı şübhə” obyektiv müşahidəçinin sözügedən şəxsin hüquq pozuntusu törətmiş ola biləcəyi qənaətinə gəlməsi üçün yetərli fakt və ya məlumatın mövcudluğunu nəzərdə tutur (Erdagöz Türkiyəyə qarşı, § 51; Foks, Kempbell və X9rşı, § 32). Sadalanan qanunvericilik normalarından da məlum olduğu kimi, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə edilə bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri cinayət işi üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə əsasən, “İnsan hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə görə cinayət törətmədə ittiham edilən hər kəs onun təqsiri qanun əsasında sübut olunanadək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin sübutların mümkünlüyü məsələsini müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatlar, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda, onlar sübut kimi qəbul edilə bilər. Həmin maddə məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilə bilməməsini yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edir. Azərbaycan Respublikası Cinayət Prosessüal Məcəlləsinin 21.1-ci maddəsinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3cü maddəsində deyilir ki, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcüd olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanununun həmin müddəasının məzmunundan görünür ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərinin hamısının, yəni cinayətin obyekti, obyektiv cəhəti, subyekti və subyektiv cəhətinin eyni vaxtda mövcud olduğu təqdirdə, törədilmiş əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən heç olmasa birinin mövcud olmaması əməlin cinayət kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Azərbaycan Respublikası CPM-nin 42.1.2 və 350.2-ci maddələrinə əsasən əməldə cinayət tərkibi olmadıqda, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Həmin Məcəllənin 55.1-ci maddəsinə görə isə məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə, məhkəmə ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil və bir-biri ilə müqayisə edib, hər bir sübutün mənsubiyyətini, mümkünlüyünü, mötəbərliyini qiymətləndirib, toplanmış bütün sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, cinayət təqibi üzrə toplanmış sübutların məcmusu Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda, 01 bükümdə, təmiz çəkisi 0,167 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlaması və daşımasına dair irəli sürülmüş ittihamın təsdiq olunmasına kifayət etmir və ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz hesab edildiyinə görə və bununla əlaqədar qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdığı üçün Azərbaycan Respublikası CPM-nin 36.2, 175.2 və 353.5.2-ci maddələrinə əsasən ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilməlidir. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 0,067 qram olan narkotik vasitə - heroin həmin narkotik vasitənin mənbəyinin müəyyən edilməsi ilə bağlı araşdırma tamamlananadək Nəsimi Rayon Polis İdarəsində saxlanılmalıdır. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesinin videogörüntülərini əks etdirən bir ədəd DVD disk və "xxxx" MMC və "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş anten məlumatlarını əks etdirən 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 80 manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabından ödənilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına məhkəmədə iştirak etdiyi 10 saata görə 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaqını aparan zaman Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X15 barəsində xüsusi qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış, Nəsimi Rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,067 qram təşkil edən narkotik vasitə heroin həmin narkotik vasitənin mənbəyinin müəyyən edilməsi ilə bağlı araşdırma tamamlananadək Nəsimi Rayon Polis İdarəsində saxlanılsın. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesinin videogörüntülərini əks etdirən bir ədəd DVD disk və "xxxx" MMC və "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş anten məlumatlarını əks etdirən 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaqını aparan zaman Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X15 barəsində xüsusi qərar çıxarılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-88/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-88/2025
17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver