Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-89/2023 24.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5 və X1, müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1988-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ında kirayə yaşamış, barəsində “həbs“ qətimkan tədbiri seçilmiş saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən, binaya və saxlanc yerinə qanunsuz daxil olaraq özgə əmlaklarını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 04 iyun 2022-ci il tarixdə saat 20:41-də ünvan 3 ünvanında yerləşən, vətəndaşların azad girib-çıxa biləcəyi binanın həyətinə daxil olub orada saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus 1.000 manat dəyərində “Nama” markalı mopedi gizli olaraq talamaqla hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs3 maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 27 iyun 2022-ci il tarixdə saat 03:19-da ünvan 4 ünvanda yerləşən "xxxx" MMC-yə məxsus emalatxananın pəncərəsini fiziki güc tətbiq edib açmaqla oraya qanunsuz daxil olub emalatxananın içərisindən "xxxx" MMC-yə məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə hər biri 20 manat olmaqla ümumilikdə 40 manat dəyərində 02 ədəd “Huavci” markalı mobil telefonları, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 700 manat dəyərində “HP” markalı notbuku və 01 ədəd 80 manat dəyərində “Huavei” markalı mobil telefonu, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 350 manat dəyərində “Lenovo” markalı notbuku və 01 ədəd 50 manat dəyərində “Huavei” markalı mobil telefonu, ümumilikdə 1220 manat dəyərində özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxslər "xxxx" MMC-yə ümumilikdə 40 manat, Zərərçəkmiş şəxs1 ümumilikdə 780 manat və Zərərçəkmiş şəxs2 ümumilikdə 400 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən 03 iyul 2022-ci il tarixdə saat 04:39-da Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 66 saylı binanın xüsusi kodlaşdırma ilə təchiz edilmiş giriş qapısını müxtəlif rəqəmlərdən istifadə etməklə açıb binaya qanunsuz daxil olaraq birinci mərtəbənin dəhlizinə qoyulmuş Zərərçəkmiş şəxs4 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 1500 manat dəyərində “Nama” markalı, 49CC həcmli mopedi gizli olaraq talamaqla hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs4 maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən 03 iyul 2022-ci il tarixdə saat 11:00-da ünvan 5 ünvanda yerləşən, vətəndaşların azad girib-çıxa biləcəyi binanın həyətinə daxil olub orada saxlanılmış Zərərçəkmiş şəxs5 məxsus 1250 manat dəyərində “Tufan m50” markalı mopedi gizli olaraq talamaqla hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs5 maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04 iyun 2022-ci il tarixdə saat 21:40 radələrində 3-cü Mikrorayon dairəsi yaxınlığında ünvan 6 ünvanının həyətində gəzərkən “Nama” markalı moped görmüşdür. Əlverişli şərait yarandığı zaman həmin mopedi heç kəs görmədən oğurlamış və anlayışı olduğu üçün mopedi işlək vəziyyətə gətirib sürüb getmişdir. Ətrafda olan bəzi şəxslər olsa da, həmin şəxslərin onun mopedi oğurladığını zənn etmədiklərinə əmin olmuşdur, çünki bu barədə heç kəs ona söz deməmişdir. Səhəri gün, yəni ki, 05 iyun 2022-ci il tarixdə həmin mopedi qiyabi tanıdığı Fərid adlı şəxslə 370 manata razılaşmaqla samışdır, həmin şəxs ona pulu sonradan verməli idi. Lakin buna baxmayaraq Fərid adlı şəxs pulu mənimsəmiş, bu günə kimi ona pulunu verməmişdir. Fərid adlı şəxs onun mopedi oğurlamağından məlumatsız olmuşdur. Bundan başqa yenədə oğurluq etmək qərarına gələrək, 03 iyul 2022-ci il tarixdə saat 04:00 radələrində Nəsimi rayonu, Moskva prospekti 60 ünvanının yanında həyətdə gəzərkən blokun girişində “Nama” markalı mopedi görmüşdür. Yenə də əlverişli şərait yaranan kimi mopedi oğurlamışdır. Mopedin açarı üzərində olmasa da, onda moped üçün açar olmuşdur. Həmin açarla mopedi işlək vəziyyətə gətirib sürüb çıxıb getmişdir. Həmin gün yaxınlıqda A.Məhərrəmov küçəsində kilidi olan blokun birində gəlib götürəcəklərini düşünüb moped saxlayıb çıxıb getmişdir ki. Bundan başqa, oradan çıxdıqdan sonra saat 11:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi 16 ünvanının həyətinə gəldikdə iki ədəd “Tufan” markalı moped görmüş, mopedlərdən birini oğurlamış, özündə olan açarla mopedi işlək vəziyyətə gətirib həmin yerdən uzaqlaşmışdır. 03 iyul 2022-ci il tarixdə oğurlayaraq blokda saxladığı mopedi götürmək üçün həmin yerə yaxınlaşdıqda mopedin orada olmadığını görmüşdür. Özündə olan sonuncu dəfə oğurladığı mopedlə rayona gedərkən isə Qaradağ rayonu ərazisində yolda moped xarab olmuşdur. Mopedi düzəltməyə çalışsa da, bu mümkün olmamışdır. Bu zaman tanımadığı bir avtomaşın həmin yerdə dəmir yığımı ilə məşğul olurdu. O dəmir yığan həmin şəxslərə yaxınlaşmışdır. Dəmir yığan həmin şəxslər ikisi yaşlı biri cavan olmaqla 3 nəfər olmuşdurlar. O həmin şəxsləri əvvəlcədən tanımırdı. Həmin şəxslərə mopedi satmaq istədiyini demişdir. Həmin şəxslər ondan sənəd tələb etmişdirlər, lakin onun şəxsiyyətini təsdiq edən sənədi olsa da, həmin yerdə sürətini çıxarmağa imkan olmamışdır. O həmin dəmir yığan şəxslərə mopedin özünə məxsus olmasını, pula ehtiyacı olduğunu demişdir. O mopedi satmaqda 200 manat qiymət bildirmişdir. Həmin şəxslər ona 180 manat pul verəcəklərini demişdirlər və razılaşmışdırlar. O pulu öz məsrəfləri üçün xərcləmişdir. Bundan başqa, 27 iyun 2022-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 54 ünvanında yerləşən emalatxanaya oğurluq etmək məqsədilə daxil olmuşdur. Həmin vaxt içəriyə pəncərədən daxil olmuşdur. Həmin emalatxanada bir qədər axtarış etmiş və 2 ədəd notebook və 4 ədəd mobil telefon tapmışdır. Həmin 2 ədəd notebooku və 4 ədəd mobil telefonu oğurlayaraq oradan uzaqlaşmışdır. Sonradan isə həmin əşyaları saxlaması üçün adını unutduğu tanışına vermişdir ki, sonradan götürüb sataraq pul əldə etsin, lakin sonradan həmin tanışı ilə əlaqə saxlaya bilməmişdir. xx.xx.2022-ci il tarixdə Papanin qəsəbəsində evə gedərkən mülki geyimdə iki nəfər ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirərək onu polis şöbəsinə dəvət etmişdirlər. Törətdiyi oğurluq cinayətləri barədə ailə üzvlərinin və yaxud da hər hansı bir şəxslərin məlumatları olmamışdır, oğurluq cinayətlərini törədən zamanlarda ona hər hansı bir şəxs kömək etməmişdir və o, qeyd olunan oğurluq cinayətlərni tək törətmişdir, törətdiyi cinayət hadisələrini səmimi olaraq etiraf etmiş, etiraf edən zaman ona hər hansı bir fiziki zor və ya güc tətbiq edilməmişdir, başqa hər hansı cinayət törətməmişdir, həm fərid adlı şəxs, həm də, dəmir yığan 3 nəfər şəxs satılan mopedlərin oğurluq olduğunu bilməmişdirlər, notbuk və mobil telefonları saxlamaq üçün verdiyi şəxs həmin əşyaların oğurluq olduğunu bilməmişdir, mopediləri işə saldığı açarı itirmişdir, oğurluq yolu ilə əldə etdiyi mopedləri sataraq pulunu öz şəxs maddi təlabatı üçün xərcləmişdir, ona qarşı polis bölməsində və ya polis idarəsində hər hansı qanunsuz hərəkətə yol verilməmişdir. Daha sonra özünü təqsirli bilməsini, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ona qarşı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyi, CD disklərdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs KonvenMMC-nin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, havalandırma sisteminin satışı və quraşdırılması ilə məşğul olan Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 54 ünvanında yerləşən “Konven' MMC-də informasiya texnologiyaları üzrə mütəxəssis işləyir. İşlədiyi "xxxx" MMC-də işləri ilə bağlı olaraq təxminən 1 il bundan əvvəl “HP” markalı notebooku 1200 manata almışdır, həmin notebooku iş yerində saxlayırdı və iş ilə bağlı istifadə etmişdir. Həmçinin, 1 il bundan əvvəl “1 Huavei” markalı mobil telefonu da 200 manata işləri ilə bağlı almışdır, həmin mobil telefonu da iş yerində saxlayırdı və iş ilə bağlı istifadə etmişdir. Qeyd etdiyi şirkətin ofisi Bakı şəhəri, Nəsimi ayonu, Tbilisi prospekti 54 ünvanında yerləşir. Sözügedən ofisin arxa hissəsində, girişi ayrı olan emalatxana fəaliyyət göstərməkdədir və həmin emalatxanada havalandırma sistemləri təmir olunmaqdadır. 27 iyun 2022-ci il tarixdə saat 17 radələrində onunla birlikdə işləyən Şahid2 emalatxanaya daxil olduqda 2 ədəd notebook və 4 ədəd mobil telefonun oğurlanmasını müəyyən etmişdir və bu barədə ona da bildirmişdir. Belə ki, həmin notebooklardan yuxarıda göstərdiyi “HP” markalı notebook ona, digəri isə digər iş yoldaşı Zərərçəkmiş şəxs2 məxsus olmuşdur. Mobil tefonlardan da yuxarıda göstərdiyi Huavei markalı ona, biri Zərərçəkmiş şəxs2 məxsus olmuşdur, digər 2 ədəd Huavei markalı mobil telefonlar isə nasaz olmuşdur və həmin 2 ədəd mobil telefon Konven MMC-yə məxsus olmuşdur. Həmçinin o, verilən suallara cavab olaraq bildirmişdir ki, ona məxsus olan notebook “HPmarkalıdır, lakin, digər parametrlərini xatırlamır, ona məxsus olan mobil telefon “Huavei” markalıdır, lakin mobil nömrə olmamışdır, eləcə də, digər maddi dəyəri olan hər hansı qurğu olmamışdır, notebooku 1 il bundan əvvəl 1200 manata almışdır, mobil telefonu da 1 il əvvəl 200 manata almışdır, buna görə də ona 1400 manat maddi ziyan dəymişdir, Konven MMC-yə məxsus mobil telefonlar Huavei markalıdır, digər parametrlərini bilmir, nasaz vəziyyətdə olduqlarını bilir, mobil telefonlarda mobil nömrə olmamışdır, eləcə də, digər maddi dəyəri olan hər hansı qurğu olmamışdır, Konven MMCyə məxsus mobil telefonlar nasaz vəziyyətdə olduğundan hər mobil telefona görə 20 manat, birlikdə isə 40 manat maddi ziyan dəymişdir, işlədiyi şirkət həmin notbukun pulunun yarısını alarkən köməklik olsun deyə ödəmişdir, notbuk heç bir şəkildə "xxxx" MMC-nin mülkiyyətində deyil, həmin notbuk tamamilə onun mülkiyyətindədir. Bundan başqa o, bildirmişdir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən qiymət ilə razıdır, heç bir etirazı yoxdur. Bundan başqa Zərərçəkmiş şəxs1 məhkəmə iclasında ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərər ödənilməsə də, Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını və ərizəsinin məhkəmə çıxışı kimi nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, havalandımıa sisteminin satışı və quraşdırılması ilə məşğul olan Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 54 ünvanında yerləşən "xxxx" MMC-də anbardar işləyir. İşlədiyi "xxxx" MMC-də işləri ilə bağlı olaraq təxminən 3 il bundan əvvəl “Lenovo” markalı notebooku 1150 manata almışdır, həmin notebooku iş yerində saxlayırdı və iş ilə bağlı istifadə etmişdir. Həmçinin, 3 il bundan əvvəl “Huavei” markalı mobil telefonu da təxminən 3 il bundan əvvəl 220 manata işləri ilə bağlı almışdır, həmin mobil telefonu da iş yerində saxlayırdı və iş ilə bağlı istifadə etmişdir. Qeyd etdiyi şirkətin ofisi Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 54 ünvanında yerləşir. Sözügedən ofisin arxa hissəsində, girişi ayrı olan emalatxana fəaliyyət göstərməkdədir və həmin emalatxanada havalandırma sistemləri təmir olunmaqdadır. 27 iyun 2022-ci il tarixdə saat 17 radələrində onunla birlikdə işləyən Şahid2 emalatxanaya dıxil olduqda 2 ədəd notcbook və 4 ədəd mobil telefonun oğurlanmasını müəyyən etmişdir və bu barədə ona da bildirmişdir. Belə ki, həmin notebooklardan yuxarıda göstərdiyi “Lenovo” markalı notebook ona, digəri isə digər iş yoldaşı Zərərçəkmiş şəxs1 məxsus olmuşdur. Mobil telefonlardan da yuxanda göstərdiyi Huavei markalı ona, biri Zərərçəkmiş şəxs1 məxsus olmuşdur, digər 2 ədəd “Huavei” markalı mobil telefonlar isə nasaz olmuşdur və həmin 2 ədəd mobil telefon "xxxx" MMC-yə məxsus olmuşcur. Sonradan emalatxanada olan videogörüntüləro baxdıqda 1 nəfər şəxsin həmin əşyaları oğurlamasını müəyyən etmişdirlər. Həmçinin, o verilən suallara cavab olaraq bildirmişdir ki, ona məxsus olan notcbook Lenovo markalıdır, lakin, digər parametrlərini xatırlamır, ona məxsus olan mobil telefon Huavei markalıdır, lakin mobil nömrə olmamışdır, eləcə də, digər maddi dəyəri olan hər hansı qurğu olmamışdır, notebooku 3 il bundan əvvəl 1150 manata almışdır, mobil telefonu da 3 il əvvəl 220 manata almışdır, buna görə də ona 1370 manat maddi ziyan dəymişdir, işlədiyi şirkət həmin notbukun pulu ödəməklə köməklik etmişdir, lakin, notbuk heç bir şəkildə Konven MMC-nin mülkiyyətində deyil, həmin notbuk tamamilə onun mülkiyyətindədir. Bundan başqa o, bildirmişdir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən qiymət ilə razıdır, heç bir etirazı yoxdur. Bundan başqa, Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona qarşı dəyən zərər ödənilməsə də, Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını və ərizəsinin məhkəmə çıxışı kimi nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin aprel-may aylarında Gəncə şəhərində tanımadığı şəxsdən 1300 manat məbləğində özü istifadə etmək üçün Tufan m50 markalı moped almışdır. Həmin mopedin akkumlyatoru nasaz olduğundan yenisi ilə əvəz etmişdir, eləcə də, moped üzərində bəzi təmir işləri görmüşdür. Buna görə də mopedi aldıqdan sonra istifadə etmək üçün təxminən 200 manat da xərc çəkmişdir. Mopedi aldıqdan təxminən 1 ay sonra kuryer kimi işləməyə başlamışdır. Həmin mopedi hər gün kuryer kimi işlədikdən sonra axşam saat təxminən 23 radələrində gündəlik olaraq yaşadığı ünvanın həyətində yəni ki, ünvan 92 iyul 2022-ci il tarixdə saat 23 radələrində yaşadığı ünvana getdikdə, həmin mopedi ənənəvi olaraq yenidən yaşadığı ünvanın həyətində saxlamışdır. Sabahısı gün yəni ki, 03 iyul 2022-ci il tarixdə saat 12 radələrində işə getmək üçün həyətə düşdükdə özünə məxsus olan mopedin orada olmadığını, yəni ki, oğurlandığını aşkar etmişdir. Bu barədə dərhal DİN-in 102 xidmətinə məlumat vermişdir. Həmçinin, o, verilən suallara cavab olaraq bildirmişdir ki, özünə məxsus olan mopedi 1300 manata alsa da, əlavə olaraq 200 manat da xərc çəkdiyi üçün ona 1500 manata başa gəlmişdir, lakin bir müddət də sürdüyü üçün ona 1350 manat maddi ziyan dəymişdir, həmin həyətə kənar şəxslərin giriş-çıxışına icazə verilir, giriş-çıxış üçün hər hansı məhdudiyyət yoxdur, moped “Tufan M50” markalıdır, 49cc ölçülüdür, buraxılış ili 2020-ci ildir. Bundan başqa o, bildirmişdir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən qiymət ilə razıdır, heç bir etirazı yoxdur. Məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş X1 ifadəsi məhkəmə iclasında elan olunmaqla, tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, “Nama” markalı, 49cc həcmli, buraxılış ili 2018 olan moped özünə məxsusdur və 2022-ci ilin mart ayında 1.300 manata almışdır. Həmçinin, mopedin üzərinə təxminən 200 manat məbləğdə əlavə xərclər də qoymuşdur. Həmin moped ilə o, kuryer işləyirdi. Mütəmadi olaraq həmin mopedi işdən evə gəldikdən sonra yaşadığı binanın blokunun girişində saxlayırdı. 23 may 2022-ci il tarixdə həmin mopedi yaşadığı binanın blokunun girişində saxlayıb Türkiyə Cümhuriyyətinə getmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır və təxminən saat 23:50 radələrində yaşadığı evə çatmışdır. Yaşadığı evə çatdıqda həmin moped qoyduğu yerdə olmuşdur. Evdə olarkən saat 00:30 radələrində yenidən mopedə nəzarət etmək üçün baxdıqda mopedin orada olduğunu görmüşdür. Sabahısı gün yəni ki, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində evdən çıxdıqda mopedin blokun girişində özünün saxladığı yerdə olmadığını, yəni ki, naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra isə DİN-in 102 xidmətinə və Nəsimi RPİ-in 19-cu PŞ-nə müraciət edərək bu barədə məlumat vermişdir. Həmin mopedi 2022-ci ilin mart ayında 1300 manata almışdır və üzərinə əlavə olaraq 200 manat xərc qoymuşdur, ona görə də ona 1500 manat maddi ziyan dəymişdir, yaşadığı binanın blokun qapısında kod olan kilid vardır, gecə vaxtlarında qapını sakinlər bağlayır ki, həmin bloka heç kim girməsin, özünə məxsus olan moped “Nama” markalıdır, 49cc həcmlidir, buraxılış ili 2018-dir. Bundan başqa o, , məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən qiymət ilə razı olmadığını bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs4 məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, cinayət işi üzrə baş verən hadisə nəticəsində ona məxsus 1500 manat dəyərində olan “Nama” markalı 2018-ci il buraxılışılı mopedi oğurlanmış, ona dəymiş zərər bugünədək ödənilməmişdir. Təqsirləndirilən şəxsdan şikayətçidir. Hal-hazırda SDU-nin tələbəsidir və məhkəmə iclasının təyin olunduğu vaxt dərsləri olduğu üçün məhkəmə iclasında iştirak edə bilməmişdir. Ərizəsinin məhkəmə çıxışı olaraq nəzərə alınmasını xahiş etmişdir. Məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Rasim qızının ifadəsi məhkəmə iclasında elan olunmaqla, tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, təxminən 2 ildir ki, ünvan 10 ünvanında yerləşən “Kitabçı” adlı mağazanı icarə əsasında işlədir. Həmin mağazanın iş rejimi gündəlik olaraq saat 09:00-dan 21:00-dir. Mağazanın müəyyən işlərində istifadə etdiyi “Nama” markalı moped özünə məxsus olmuşdur. Həmin mopedi təxminən 2 il bundan əvvəl 3.800 manata almışdır. Əvvəllər həmin mopedi gün ərzində istifadə etdikdən sonra saat 21:00-dan sonra mağazanın daxilində saxlayırdı. Lakin, son 6 aydır ki, həmin mopedi mağazanın arxasında binanın həyətində saxlayır. xx.xx.2022- ci il tarixdə, saat təxminən 20:30 radələrində həmişəki kimi mağazanı bağladıqdan sonra qeyd olunan mopedi mağazanın arxasındakı binanın həyətində saxlamışdır və yaşadığı evə getmişdir. Sabahısı gün yəni ki, xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində işə gəldikdə mopedin saxladığı yerdə olmadığını, yəni ki, naməlum şəxs (lər) tərəfindən oğurlandığını müəyyən etmişdir. Daha sonra bu barədə DİN-in 102 xidmətinə və Nəsimi RFİ-in 19-cu PŞ-nə müraciət edərək bu barədə məlumat vermişdir. Həmçinin, o verilən suallara cavab olaraq bildirmişdir ki, həmin mopedi satın aldığı zaman nəğd qiymətini xatırlamır, lakin, kreditlə aldığı üçün nəğd qiymətindən bir qədər baha yəni ki, 3.800 manata aldığından ona 3.800 manat maddi ziyan dəymişdir, “Kitabçı” mağazasının arxasındakı mopedi saxladığı binanın həyətinin ətrafının kənarları hər hansı maneə ilə bağlı deyil, ümumiyyətlə həmin həyətə giriş-çıxış üçün məhdudiyyət yoxdur, moped “Nama” markalıdır, lakin, ölçüsü barədə məlumatı yoxdur. Bundan başqa o, bildirmişdir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən qiymət ilə razıdır, heç bir etirazı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 5 aydır ki, tanıyır. Aralarında olan münasibət yaxşı olmuşdur və heç bir ədavətləri olmamışdır. Təxminən 1 ay öncə Təqsirləndirilən şəxs işlədiyi ünvana gələrək deməsinə görə özünə məxsus olan “Nama” markalı mopedi satmaq istədiyini ona bildirmiş və aralarında olan razılaşmaya əsasən o, Salehdən həmin mopedi 600 manata almışdır. Əvvəlcədən Salehin ona 230 manat borcu olmasına görə isə Salehə 370 manat pul vermişdir. Mopedin rəngi ağ-qırmızı olmuşdur. Əsasən qırmızı rəngin olmasına görə mopedi qara rəngə boyamışdır. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları ona yaxınlaşaraq həmin mopedin oğurluq olmasını bildirmişdirlər, eləcə də, narkotik vasitələri saxlamaqda şübhəli olduğu üçün onu PŞ-nə dəvət etmişdirlər. PŞ-də olarkən o könüllü surətdə mopedi təhvil vermişdir. O həmin mopedin oğurluq olmasından məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, havalandırma sisteminin satışı və quraşdırılması ilə məşğul olan Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 54 ünvanında yerləşən "xxxx" MMC-də servis rəhbəri işləyir. Qeyd etdiyi şirkətin ofisi Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 54 ünvanında yerləşir. Sözügedən ofisin arxa hissəsində, girişi ayrı olan emalatxana fəaliyyət göstərməkdədir və həmin emalatxanada havalandırma sistemləri təmir olunmaqdadır. 27 iyun 2022-ci il tarixdə saat 17 radələrində emalatxanaya daxil olduqda 2 ədəd notebook və 4 ədəd mobil telefonun oğurlanmasını müəyyən etmişdir və bu barədə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məlumat vermişdir. Belə ki, həmin 2 ədəd notbuklar qeyd etdiyi şəxslərə məxsus olmuşdur. Həmçinin emalatxanadan 4 ədəd mobil telefon da oğurlanmışdır ki, həmin telefonlardan ikisi Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 məxsus olmuş, digər ikisi isə işlədiyi MMC-yə məxsus olmuşdur. Qeyd olunan oğurluq hadisəsini törədən şəxsi görməmişdir, eləcə də, iş yoldaşlarından heç kim görməmişdir, emalatxanada yerləşdirilmiş kameranın videogörüntülərinə baxdıqda oğurluq hadisəsinin gecə vaxtı törədilməsini görmüşdür, eləcə də, həmin şəxsi tanımamışdır. Cinayət işinin 1-ci cild 178-179-cu vərəqələrində olan 18 iyul 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 2-ci cild 56-57-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 18 iyul 2022-ci il tarixdən hesablanmaqla 13 oktyabr 2022-ci il tarinədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 92-94-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 03 dekabr 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cild 126-128-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 03 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 13 dekabr 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cild 136-141-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 03 yanvar 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cild 232-234-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 23 yanvar 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 3-cü cild 11-12-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 23 yanvar 2023-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti hazırlıq iclası keçirilənədək uzadılmışdır. Cinayət işinin 3-cü cild 19-20-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 2-ci cild 66-69-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertizasının 16 avqust 2022-ci il tarixli, 9/5752 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Nama” markalı mopedin istifadədə olduğunu nəzərə alaraq 2022-ci ilin iyun ayına orta bazar qiyməti təxminən 1000,0 manat, təqdim edilməmiş 2018-ci il buraxılışlı “Nama” markalı, 49cc həcmli mopedin 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti 1000,0 manat və təqdim edilməmiş 2020-ci il buraxılışlı ‘Tufan m50” markalı, 49cc həcmli mopedin 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti 2250,0 manat müəyyən edilir. Cinayət işinin 2-ci cild 67-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 142-144-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertizasının 08 dekabr 2022-ci il tarixli, 9/8827 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümümi dəyəri nəzəri qaydada təxminən 1180,00 manat müəyyən olunur. Qərarda gödtərilən 2 ədəd “Huawei” markalı mobil telefonların hansı səbəbdən nasaz vəziyyətdə olduğu məlum olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Cinayət işinin 2-ci cild 143-cü vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 58-59-cu vərəqələrində olan 28 iyul 2022-ci il tarixli maddi subutların tanınması haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd “Nama” markalı moped maddi sübut kimi tanınmışdır. Cinayət işinin 2-ci cild 73-cü vərəqəsində olan qəbzdən görünür ki, 04 oktyabr 2022ci il tarixdə saat 12:40-da təhqiqat zamanı götürülmüş Zərərçəkmiş şəxs3 məxsus olan 01 ədəd “Nama” markalı moped sonuncuya təhvil verilmişdir. Cinayət işinin 2-ci cild 74-cü vərəqəsində olan zərərçəkmiş şəxs Ç.N. Məhəmmədli tərəfindən verilmiş ərizədən görünür ki, ona məxsus olan moped geri qaytarılmış, yəni ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Cinayət işinin 2-ci cild 100-101-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 21 noyabr 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək, 17 aprel 2021-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Cinayət işinin 2-ci cild 103-110-cu vərəqələrində olan Binəqədi Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 1(001)-420/2020 hökmünün surətindən görünür ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 2-ci cild 176-193-cü vərəqələrində olan 17 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd “Nama” markalı moped və özündə hadisənin videogörüntülərini əks etdirən 03 ədəd CD disk maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs 2 ədəd notbuku və 4 ədəd mobil telefonu oğurlandığı hadisənin yerinin Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 54-də yerləşən "xxxx" MMC-yə məxsus emalatxana olması və Zərərçəkmiş şəxs5 məxsus mopedin oğurlanması yeri ünvan 5 ünvanında yerləşən binanın həyəti olması iş üzrə nəzərə alınmışdır. Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd “Nama” markalı moped markası və maddi dəyəri, Zərərçəkmiş şəxs5 məxsus olan “Tufan m50” markalı moped markası və maddi dəyəri ekspertiza rəyində göstərilən markası və maddi dəyər ilə və Zərərçəkmiş şəxs4 ekspertiza tədqiqatında göstərilən qiymət ilə razı olmadığı üçün ona məxsus olan mopedin dəyəri ifadəsində göstərdiyi markası və maddi dəyər ilə əsas götürülmüşdür. Zərərçəkmiş şəxs1 məxsus olan 01 ədəd “HP” markali notbuk və 01 ədəd “Huavei” markalı mobil telefonun, Zərərçəkmiş şəxs2 məxsus olan 01 ədəd “Lenovo” markalı notbuk 0101 ədəd “Huavei” markalı mobil telefonun markası və maddi dəyəri ekspertiza rəyində göstərilən markası və maddi dəyər ilə və ekspertiza rəyində göstərildiyi kimi Konven” MMC-yə 02 ədəd “Huavei” markalı mobil telefonun maddi dəyəri müəyyən olunmadığı üçün həmin mobil telefonların markası və maddi dəyəri Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi markası və maddi dəyər ilə əsas götürülmüşdür Cinayət işinin 1-ci cild 79-cu vərəqəsində olan Konven” MMC-də oğurluq hadisəsinin videogörüntüləri əks etdirən 01 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs A.Təqsirləndirilən şəxs "xxxx" MMC-yə məxsus olan emalatxanada notbuklar və mobil telefonları oğurlayır, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 03:19-dan saat 03:25-dək videogörüntüdə hərəkətləri öz əksini tapır. Cinayət işinin 1-ci cild 116-cı vərəqəsində olan Zərərçəkmiş şəxs3 mopedinin oğurlanması hadisəsini əks etdirən 01 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs A.Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20:41-də ünvan 11 ünvanda yerləşən “Kitabçı” mağazasının arxasından 01 ədəd “Nama” markalı mopedi oğurlayır və mopedi işə salmağa çalışır. Bir müddət gözlədikdən sənra isə mopedi götürərək oradan uzaqlaşır. Kənarda dayanan bir nəfər qadın olsa da, Təqsirləndirilən şəxs yaxınlaşmır, ümumiyyətlə onun hərəkətlərinə fikir vermir. Cinayət işinin 1-ci cild 206-cı vərəqəsində olan Zərərçəkmiş şəxs4 mopedinin oğurlanması hadisəsini əks etdirən 01 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs A.Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 04:39-da ünvan 12 ünvanın blokunun girişində 01 ədəd “Nama” markalı mopedi oğurlamağa çalışır. Həmçinin, saat 04:32-də isə binanın yuxarı mərtəbələrindən pilləkənlər vasitəsilə aşağı mərtəbəyə əlində ayaqqabıları ilə düşməsi də öz oksini tapır. Cinayət işinin 1-ci cild 31-32-ci vərəqələrində olan 03 oktyabr 2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində və "xxxx" MMC-nin, yəni zərərçəkmişin nümayəndəsi qismində tanınmışdır. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını nəzərə alaraq sonuncunun barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını nəzərə alaraq sonuncunun barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri, cinayət işinə əlavə edilmiş CD disklərinə baxış keçirilməsi haqqında protokollarla və digər iş materialları ilə onun təkrarən, binaya və saxlanc yerinə qanunsuz daxil olaraq özgə əmlaklarını gizli olaraq talayıb oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-ci maddələrinə əsasən, oğurluq, yəni təkrarən özgənin əmlakını gizli olaraq talamaqla yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ona qarşı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündənikiil keçdikdə məhkumluğu olmayan hesab edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 16 noyabr 2020-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 17 aprel 2021-ci il tarixdə cəzanın sonu ilə azad edilməsinə baxmayaraq, iki il keçmədən, yəni 04 iyun, 27 iyun və 03 iyul 2022-ci il tarixlərdə yenidən qəsdən az ağır cinayətlər törətmişdir. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 18 iyul 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış üç ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd “Nama” markalı moped sonuncuya qaytarıldığından onun istifadəsinə verilmiş hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi olaraq – 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili S.N.Fərzəliyevaya dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 18 iyul 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd “Nama” markalı moped sonuncuya qaytarıldığından onun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-89/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-89/2023
24.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver