Məhkəmə qərarları › İş №1(006)-9/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-9/2023

08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-9/2023 08.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs21, X1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10 Vəliqulla oğlunun, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs28, Zərərçəkmiş şəxs34, Zərərçəkmiş şəxs30, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs32 və Zərərçəkmiş şəxs11, Müdafiəçi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qeyriləri ilə birlikdə qabaqcadan əlbir olmaqla, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən istifadə etməklə, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli, S.Vurğun və M.Əliyev küçələrinin kəsişməsi, “Heydər Əliyev” sarayının arxası, “Qış” parkının ərazisi ünvanda yerləşən "xxxx" restoranının fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirərək, işəgötürən kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda, yəni 34 nəfəri müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qeyriləri ilə birlikdə qabaqcadan əlbir olmaqla, əmək müqaviləsi bağlamadan haqqı ödənilməklə, "xxxx" restoranında Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs29, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs31, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs27, Zərərçəkmiş şəxs21, X2, Zərərçəkmiş şəxs6, X3, Zərərçəkmiş şəxs28, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs34, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs30, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs32, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs33, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs10 Vəliqulla oğlu və Zərərçəkmiş şəxs26, yəni cəmi 34 (otuz dörd) nəfəri Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, "xxxx" restoranlar brendinin yaradıcısıdır. Bakı şəhərində müxtəlif ünvanlarda özünə məxsus "xxxx" adlı 8 restoranı olmuşdur. Təqribən 2019-cu ilin qış aylarında onun rəhbərlik etdiyi "xxxx" adlı bütün restoranlarda xronometraj metodu ilə müşahidə keçirilmiş, tədbir zamanı vergi əməkdaşları ilə mübahisəsi yarandığından onu Nəsimi rayonunda yerləşən 20-ci Polis Bölməsinə aparmışlar. Polis Bölməsindən vergi əməkdaşı onu Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində işləyən Zaur Quliyevin yanına gətirmişdir. Orada iş onun xeyrinə həll olunmuş və onu buraxmışlar. Həmin hadisədən təxminən iki ay sonra tanışı ona işlə bağlı görüşmək istəyənlərin olduğunu bildirmişdir. O da Nərimanov rayonu ərazisində yerləşən "xxxx" restoranında görüş təyin etmiş, görüşə Zaur Quliyev, onun qardaşı Mahir, onların atası Zakir, Şamil, Polad, Hacı Şahin, Hacı Zülfüqar və Hacı Elşad gəlmişdilər. Onlarla birgə işləməyi təklif etmişlər, o da təkliflərini qəbul etmişdir. Belə ki, o, restoran işi ilə bağlı idarəçiliyi həyata keçirəcəkmiş, vergi, polis və qida təhlükəsizliyi ilə bağlı yaranan məsələləri isə onlar həll edəcəkmişlər. Səhəri gün o, Şamil və Polad restoran üçün sərfəli olan yerin seçilməsi üçün onlara məxsus bəzi obyektlərə baxmışlar. Birinci 8-ci kilometr bazarı adlanan yerə getmişlər, oradakı obyekt restoran üçün uyğun olmamış, sonra Lökbatan qəsəbəsində yerləşən obyektə getmişlər və o, həmin yerin uyğun olduğunu bildirmişdir. O, həmin obyekti icarəyə götürüb işlətməyə başlamış və həmin obyekt üzrə hər ay onlara 40.000 manat icarə haqqı ödəmişdir. Daha sonra Biləcəri qəsəbəsində yerləşən başqa bir obyekti də onlardan subicarəyə götürmüş və həmin obyekt üzrə isə hər ay 20.000 manat icarə haqqı ödəmişdir. Təxminən 2020-ci ilin qış aylarından 2021-ci ilin fevral və ya mart aylarınadək “Heydər Əliyev” sarayının arxası, “Qış” parkının ərazisində yerləşən obyekti onlardan subicarəyə götürərək işlətməyə başlamış və onlarla onun üzərinə heç kimin müdir təyin olunmayacağı barədə əhdləri olmuşdur. Lakin Şahid1 “Qış” parkında yerləşən restoranda direktor olduğunu bildikdən sonra o, bu şərtlərlə onlarla işləməyəcəyini bildirmişdir. Ona görə də icarə müqaviləsinə qol çəkməmiş və obyekti gəlib təhvil almalarını bildirmişdir. Lakin onlar operativ vergi nəzarəti tədbiri keçirilənədək ondan obyekti təhvil almamışlar. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, o, təxminən 2-3 gün idi ki, “Qış” parkında yerləşən "xxxx" adlı restoranda ofisiant işləyirmiş. Onu işə Renat adlı administrator qəbul etmişdir. O işə düzələrkən yay ayı olmuşdur. Əmək müqaviləsi haqqında ona heç bir söz bildirilməmişdir. Onun əmək haqqı 12-15 manat arasında olmuş və maaşını gündəlik almışdır. O, işə qəbul olandan 2-3 gün sonra vergi orqanının əməkdaşları obyektə gəlib baxış keçirmişlər və onlara izahat yazdırmışlar. Onlar nəyə görə izahat yazmalarını soruşduqda, onlara “narahat olmayın, sizlik bir şey yoxdur, yazın ki, sizi işə Şahid1 götürmüşdür” demişdir. Təqsirləndirilən şəxs isə yaxlndan tanımamış, lakin adını eşitmişdir. Digər işçilər ona Təqsirləndirilən şəxs həmin restoranın administratoru olduğunu bildirmişlər və o, arada bir obyektə gəlib-getmişdir. İbtidai istintaq zamanı ifadəsini özü yazmamış, ifadəsini oxumadan imzalamışdır. Daha sonra təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş, göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, pandemiya vaxtı işsiz olduğu üçün iş axtarmış, tanışları ilə əlaqə saxlamış və onlar “Qış” parkında yerləşən "xxxx" restoranında iş olduğunu bildirmişlər. İşlə bağlı həmin restorana getmiş və Təqsirləndirilən şəxslə görüşdükdən sonra, Təqsirləndirilən şəxs onu işə qəbul etmişdir. Lakin onunla əmək müqaviləsi bağlanmamışdır. Təqsirləndirilən şəxs restorana səhər gəlirmiş, axşam gedirmiş. Obyekti Təqsirləndirilən şəxs işlətmişdir. Təxminən iki ay orada işləmişdir. xx.xx.2021-ci il tarixdə vergi orqanının əməkdaşları restorana gələrək orada operativ vergi nəzarəti tədbiri keçirmişlər və bütün işçilərin adlarını yazmışlar və ərizələrini almışlar. İşçilər ərizə yazmaq istəməmişlər, lakin vergi orqanının əməkdaşları narahat olmamalarını, sizlik bir şey yoxdur, direktor kimi də Şahid1 adını yazmalarını bildirmişlər. Daha sonra təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş, göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 Vəliqulla oğlu ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin may ayında Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, S.Vurğun küçəsi və M.Əliyev küçələrinin kəsişməsi, “Heydər Əliyev” sarayının arxası, “Qış” parkının ərazisində yerləşən "xxxx" restoranına yaxınlaşmış və işçiyə ehtiyaclarının olub-olmamasını soruşmuşdur. Restoranın administratoru Cavidan onu qəbul etmiş və onunla işin şərtləri barəsində danışdıqdan sonra onu ofisiant kimi işə götürmüşdür. Tələbə olduğu üçün iş saatı saat 18:00-dan 24:00-a kimi olmuşdur. Qısa müddət, yəni təxminən 10-15 gün həmin restoranda işləmişdir. Daha sonra vergi orqanının əməkdaşları tərəfindən yoxlama keçirilmişdir. Restoranın müdirini şəxsən tanımamışdır. İbtidai istintaq zamanı ifadəsini özü yazmamış, ifadəsini oxumadan imzalamışdır. Daha sonra təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş, göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs19 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, “Heydər Əliyev” sarayının arxası, “Qış” parkının ərazisində yerləşən "xxxx" restoranında şirniyyatçı kimi işə düzəlmişdir. Belə ki, tanıdığı bir nəfər qadın "xxxx" restoranında işləyirmiş, həmin vaxt o da iş axtarırmış, həmin xanım ona restoranda işləməsini təklif etmiş, o da qəbul etmiş, sonra restorana gedərək işin şərtləri ilə bağlı administrator Cavidanla danışmış və işə başlamışdır. Əmək haqqını hər axşam administratordan almışdır. Təxminən 15 gün işləmiş və daha sonra vergi orqanının əməkdaşları tərəfindən yoxlama aparılmış və işçilərin izahatı alınmışdır. O, işlədiyi müddət ərzində Təqsirləndirilən şəxs restoranın müdiri kimi tanımamışdır. Təqsirləndirilən şəxs restoranda bir-iki dəfə görmüşdür. İbtidai istintaq zamanı ifadəsini özü yazmamış, ifadəsini oxumadan imzalamışdır. Daha sonra təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş, göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin yay vaxtı Xətai rayonu ərazisində bir oğlanla birlikdə kirayədə qalırmış, həmin oğlan "xxxx" restoranında işləyirmiş, o da həmin vaxt işsiz olduğu üçün onun vasitəsilə həmin restorana ofisiant kimi işə düzəlmişdir. Onu Renat işə qəbul etmişdir. Təxminən 3-4 gün orada işlədikdən sonra vergi orqanının əməkdaşları gəlib orada yoxlama keçirmişlər. Bundan sonra da işdən çıxmışdır. O, Təqsirləndirilən şəxs restoranın müdiri olaraq tanımamışdır. Təqsirləndirilən şəxs onlara heç vaxt göstəriş verməmiş, lakin tapşırıqları Renat vermişdir. Onunla heç bir əmək müqaviləsi bağlanmamışdır. İbtidai istintaq zamanı ifadəsini özü yazmamış, ifadəsini oxumadan imzalamışdır. Daha sonra təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş, göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs24 ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin dekabr ayından “Heydər Əliyev” sarayının arxası, “Qış” parkının ərazisində yerləşən "xxxx" restoranında işə düzəlmiş və 2021-ci ilin iyun ayının 1nə kimi işləmişdir. O, işə qəbul olmaq üçün gələrkən Şahid1 da, Təqsirləndirilən şəxs də orada olmuşlar. O, işə qəbul olmaq istədiyini və iş stajının da olduğunu bildirmiş, onlarda onu bəyənmişlər və işə götürmüşlər. Onun işi ofisiantlara nəzarət etməkdən, qonaqları qarşılamaqdan, təmizliyə nəzarət etməkdən ibarət olmuşdur. Onunla birlikdə restoranda işləyən Cavidan adlı şəxs işçiləri işə götürmüş, həmçinin, haqq-hesab məsələlərinə baxmışdır. İşə qəbul olarkən şəxsiyyət vəsiqəsini Zərərçəkmiş şəxs2 təqdim etmiş, lakin onlarla əmək müqaviləsi bağlanmamışdır. O, düşünmüşdür ki, onunla əmək müqaviləsini bağlayacaqlar. Onun işinə Zərərçəkmiş şəxs2 rəhbərlik etmiş, lakin göstərişləri Şahid1 vermişdir. Təqsirləndirilən şəxs də restoranda avadanlıqları olmuş və tez-tez gəlib onlara baxıb getmişdir. İbtidai istintaq zamanı ifadəsini özü yazmamış, ifadəsini oxumadan imzalamışdır. Daha sonra təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş, göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, “Heydər Əliyev” sarayının arxası, “Qış” parkının ərazisində yerləşən "xxxx" restoranına Cavidan adlı şəxsə işlə bağlı müraciət etmiş, o da onu ofisiant kimi işə götürmüş, lakin onunla əmək müqaviləsi bağlanılmamışdır. İşin şərtlərini Cavidanla danışmış və gün ərzində 8-9 saat işləyəcəyi təqdirdə ona 10-12 manat əmək haqqı veriləcəyi bildirilmişdir. Onun Təqsirləndirilən şəxslə heç bir münasibəti olmamış, Təqsirləndirilən şəxs “Qış” parkındakı "xxxx" restoranında görməmiş, lakin 28 May metrostansiyası yaxınlığında olan "xxxx" restoranına qonaq kimi gəlib-gedərkən personaldan Təqsirləndirilən şəxs həmin restoranı işlətdiyini eşitmişdir. İbtidai istintaq zamanı ifadəsini özü yazmamış, ifadəsini oxumadan imzalamışdır. Daha sonra təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş, göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin aprel ayında işsiz olduğu üçün iş axtarmış və “Heydər Əliyev” sarayının arxası, “Qış” parkının ərazisində yerləşən "xxxx" restoranına yaxınlaşmışdır. Orada Təqsirləndirilən şəxs yaxınlaşaraq işçi lazım olub-olmadığını olduğunu soruşmuş, lakin sonuncu ona içəridə olan Cavidan adlı şəxsə yaxınlaşmasını bildirmişdir. O da içəriyə tərəf gedib Cavidana yaxınlaşaraq işçi lazım olub-olmadığını soruşmuş, restoranın əməkdaşı onunla əlaqə saxlayacaqlarını bildirmişdir. Daha sonra onu çağırmışlar, o da gedib orada işləmiş, lakin onunla əmək müqaviləsi bağlanılmamışdır. Restoranda müdirin Hacı adlı şəxs Bəhruz müəllimin isə onun yardımçısı olduğunu eşitmişdir. Restoranda işlədiyi müddətdə Təqsirləndirilən şəxs ona heç bir göstəriş verməmişdir. Tapşırıqları və göstərişləri Cavidan vermişdir. Rəhbər şəxs kimi bir neçə nəfər olmuş, lakin heç birinin adını bilməmiş, adlarını ibtidai istintaq zamanı bilmişdir. İbtidai istintaq zamanı ifadəsini özü yazmamış, ifadəsini oxumadan imzalamışdır. Daha sonra təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş, göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs25 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin yay vaxtı nəvəsini parka aparmışdır. “Heydər Əliyev” sarayının arxası, “Qış” parkının ərazisində yerləşən "xxxx" restoranında Zərərçəkmiş şəxs6 adlı tanışı işləmişdir. O da həmin gün onun yanına getmişdir. O, "xxxx" restoranında heç vaxt işləməmişdir. 2010-cu ildən məktəbdə xadimə işləmişdir. O, Təqsirləndirilən şəxs tanışı Raziyyənin qohumu kimi tanımış və həmin restoranı onun işlətdiyini bilmişdir. İbtidai istintaq zamanı ifadəsini özü yazmamış, ifadəsini oxumadan imzalamışdır. Daha sonra təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş, göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, o, “Heydər Əliyev” sarayının arxası, “Qış” parkının ərazisində yerləşən "xxxx" restoranına yaxınlaşaraq iş axtardığını bildirmiş, ona içəridə olan Cavidan adlı şəxsə yaxınlaşmasını bildirmişlər. O da içəriyə tərəf gedib Cavidana yaxınlaşaraq işçi lazım olduğunu soruşmuş, restoranın əməkdaşı ona xadiməyə ehtiyaclarının olub-olmadığını bildirmiş, o da həmin işi qəbul etmişdir. Orada 3-4 ay mətbəxdə xadimə kimi işləmişdir. İşlədiyi vaxtda o gecə növbəsində işlədiyindən çox adamları görə bilməmişdir. Onun qonşusunun qızı Təqsirləndirilən şəxs qohumlarının gəlini olduğundan Təqsirləndirilən şəxs oradan tanımışdır. Təqsirləndirilən şəxs kassadan maaş alan zaman bir-iki dəfə görmüşdür. Maaşı ona Cavidan vermişdir. İşlədiyi dövrdə Təqsirləndirilən şəxs ona heç bir göstəriş verməmişdir. İbtidai istintaq zamanı ifadəsini özü yazmamış, ifadəsini oxumadan imzalamışdır. Daha sonra təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş, göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 2021-ci il may ayının 23-də “Heydər Əliyev” sarayının arxası, “Qış” parkının ərazisində yerləşən "xxxx" restoranında işə qəbul olmuşdur. Onu işə Renat adlı şəxs işə qəbul etmişdir. Orada 7 gün işləmişdir. 01 iyun 2021-ci il tarixdə vergi orqanının əməkdaşları həmin restoranda tədbir keçirmişlər, onlara isə izahat yazdırmışlar, izahatda restoranın direktoru kimi Şahid1 adını yazdırmışlar, həmçinin, müstəntiq Coşqun müəllim isə direktor kimi Təqsirləndirilən şəxs adını yazdırmışdır. İbtidai istintaq zamanı ifadəsini özü yazmamış, ifadəsini oxumadan imzalamışdır. Daha sonra təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş, göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs30 ifadəsində göstərmişdir ki, onun "xxxx" restoranında işləyən Şəmmədov Ziya adlı tanışı, ona restoranda işçiyə ehtiyac olduğunu və gəlib orada işləməsini bildirmişdir. O da işlə bağlı Zərərçəkmiş şəxs24 yaxınlaşmış, sonuncu isə onu ofisiant kimi qəbul etmiş və o dərhal işə başlamışdır. Bir müddət işlədikdən sonra vergi orqanının əməkdaşları resatoranda tədbir keçirmişlər və onlara izahat yazdırmışlar. Həmin izahatı yazarkən onu işdən çıxarılmaları barədə təzyiq göstərmişlər, o da məcbur qalıb nə demişlərsə onu da yazmışdır. O, restoranda Təqsirləndirilən şəxs görməmiş, adını da eşitməmişdir. İbtidai istintaq zamanı ifadəsini özü yazmamış, ifadəsini oxumadan imzalamışdır. Daha sonra təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş, göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, o, iş axtardığı üçün “Qış” parkının ərazisində yerləşən "xxxx" restoranın administratoru Cavidana yaxınlaşmış və işçiyə ehtiyaclarının olub-olmamasını soruşmuş, sonuncu da işçiyə ehtiyacları olduğunu bildirmiş və onu günü 20 manata qabyuyan kimi işə götürmüşdür. Restoranda bir ay işləmiş və həmin müddət ərzində onunla əmək müqaviləsi bağlanmamışdır. Həmin restoranın müdirinin Təqsirləndirilən şəxs olduğunu eşitmişdir, lakin göstərişləri onlara Cavidan vermişdir. Əvvəllər də Suraxanı rayonu ərazisində yerləşən "xxxx" restoranında xadimə işləmişdir. İşlədiyi müddət ərzində onu heç kim incitməmiş, maaşını isə vaxtlı-vaxtında almışdır. İbtidai istintaq zamanı ifadəsini özü yazmamış, ifadəsini oxumadan imzalamışdır. Daha sonra təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş, göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onu ilk dəfə məhkəmədə görmüşdür. Onun bacısı Zərərçəkmiş şəxs15 “Qış” parkı ərazisində yerləşən "xxxx" adlı restoranda işlədiyindən onu da həmin restoranda günü 15 manata işə qəbul etmişlər. O, həmin restoranda bir gün işləmişdir, səhəri gün vergi orqanından yoxlama gəlmişdir. İşə yeni başladığı üçün əmək müqaviləsi barədə heç nə soruşmamışdır. İbtidai istintaq zamanı ifadəsini özü yazmamış, ifadəsini oxumadan imzalamışdır. Daha sonra təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş, göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs28 ifadəsində göstərmişdir ki, o, işə düzəlmək üçün “Qış” parkı ərazisində yerləşən "xxxx" adlı restorana getmişdir. Orada Renat adlı şəxsə yaxınlaşaraq işə ehtiyacının olduğunu bildirmiş, o da onu ofisiant kimi işə götürmüşdür. O, restoranda bir ay yarım işləmiş və sadəcə olaraq administrator Renatı tanımış, lakin müdirin kim olduğunu bilməmişdir. İbtidai istintaq zamanı ifadəsini özü yazmamış, ifadəsini oxumadan imzalamışdır. Daha sonra təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş, göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs20 ifadəsində göstərmişdir ki, ona həmkəndlisi olan bir nəfər yaxın tanışı “Heydər Əliyev” sarayının arxası, “Qış” parkının ərazisində yerləşən "xxxx" restoranında işləməsini təklif etmiş, o da restorana gəlib Renat adlı şəxsə yaxınlaşaraq işə ehtiyacının olduğunu bildirmiş, Renat onu da işə götürmüşdür. O, restoranda dəzgahda işləmişdir. Restoranın müdiri Şahid1 olmuş və hər axşam gələrək pulu götürüb getmişdir. Təqsirləndirilən şəxs isə administrator olmuş, restorana 10-15 gündən bir gəlib-getmişdir. İbtidai istintaq zamanı ifadəsini özü yazmamış, ifadəsini oxumadan imzalamışdır. Daha sonra təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş, göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs21 ifadəsində göstərmişdir ki, o, “Qış” parkında yerləşən "xxxx" restoranında cəmi iki gün işləmişdir. Belə ki, tanışı olan Səidə adlı bir xanım iki gün işə çıxa bilməyəcəyi üçün ondan onu əvəz etməsini xahiş etmiş, o da təklifi qəbul edərək işə çıxmışdır. İşlədiyi gün üçün ona 15-20 manat pul vermişlər. Təqsirləndirilən şəxs tanımır, işlədiyi vaxt ərzində restoranda görməmişdir. Vergi orqanının əməkdaşları gələrkən restoranda olmuşdur. İbtidai istintaq zamanı ifadəsini özü yazmamış, ifadəsini oxumadan imzalamışdır. Daha sonra təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş, göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, işsiz olduğu üçün iş axtarmış və “Qış” parkının ərazisində yerləşən "xxxx" restoranına yaxınlaşaraq işçiyə ehtiyaclarının olub-olmamasını soruşmuşdur. Orada bir nəfər şəxs ona səhər gəlib ofisiant kimi günü 15 manata işləməsini bildirmiş və 10 gündən sonra həmin oğlan işdən çıxmış, lakin o isə işləməyə davam etmişdir. İş vaxtı səhər saat 9:00-dan axşam saat 9:00-a kimi olmuşdur. İşlədiyi vaxt Təqsirləndirilən şəxs adlı şəxsi tanımamış və həmin şəxs ona heç bir göstəriş verməmişdir. İbtidai istintaq zamanı ifadəsini özü yazmamış, ifadəsini oxumadan imzalamışdır. Daha sonra təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş, göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, o, işə ehtiyacı olduğu üçün “Heydər Əliyev” sarayının arxası, “Qış” parkının ərazisində yerləşən "xxxx" restoranına yaxınlaşaraq iş istəmiş, onlar da onu xadimə kimi işə götürmüşlər. Əvvəl xadimə, sonra isə aşpaz kimi işləmişdir. Təxminən 6-7 ay işlədikdən sonra isə çıxıb rayona getmişdir. O, işlədiyi müddətdə restoranda Təqsirləndirilən şəxs görməmiş, onun tərəfindən ona heç bir göstəriş verilməmişdir. İbtidai istintaq zamanı ifadəsini özü yazmamış, ifadəsini oxumadan imzalamışdır. Daha sonra təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş, göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs23 ifadəsində göstərmişdir ki, o, “Qış” parkının ərazisində yerləşən "xxxx" restoranına yaxınlaşaraq işçiyə ehtiyaclarının olub-olmamasını soruşmuşdur. Orada kassada oturan bir nəfər şəxs onu qabyuyan kimi işə götürmüşdür. Onun işlədiyi yer yuxarıda yerləşdiyindən orada tək olmuşdur. Ona görə də restoranda olan digər işçiləri görməmişdir. Onun iş vaxtı saat 11:00dan 23:00-a kimi olmuşdur. İşlədiyi müddətdə maaşını vaxtında almışdır. Ona restoranda göstərişi nəzarətçi oğlan vermişdir. Təqsirləndirilən şəxs adlı şəxsi tanımır. İbtidai istintaq zamanı ifadəsini özü yazmamış, ifadəsini oxumadan imzalamışdır. Daha sonra təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş, göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs22 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır və "xxxx" restoranında da heç vaxt işləməmişdir. O, tarixini dəqiq bilmədiy günsı cəmi bir dəfə “Qış park”ında gəzən zaman orada yerləşən "xxxx" restoranında çay içmişdir. Həmin vaxt restoranda olan zaman insanlar ora-bura qaçmağa başlamışlar, onun isə nə baş verdiyindən xəbəri olmamışdır. Restoranda olan vaxt ondan heç kim şəxsiyyət vəsiqəni istəməmiş, həmçinin, heç kim ondan izahat almamışdır. İbtidai istintaq zamanı ifadəsini özü yazmamış, ifadəsini oxumadan imzalamışdır. Daha sonra təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş, göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, o, əvvəl Xətai rayonu ərazisində yerləşən "xxxx" restoranında işləmiş, lakin həmin restoran bağlandığı üçün 2021-ci ilin aprel ayında Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, S.Vurğun küçəsi və M.Əliyev küçələrinin kəsişməsi, “Heydər Əliyev” sarayının arxası, “Qış” parkının ərazisində yerləşən "xxxx" restoranında günü 30 manata çörək bişirən olaraq işə düzəlmişdir. Təxminən bir ay işlədikdən sonra rayonda evindən oğurluq edildiyi üçün işdən çıxmış və rayona getmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onu ilk dəfə məhkəmədə görmüşdür. İbtidai istintaq zamanı ifadəsini özü yazmamış, ifadəsini oxumadan imzalamışdır. Daha sonra təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş, göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs32 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu “Heydər Əliyev” sarayının arxası, “Qış” parkının ərazisində yerləşən "xxxx" restoranına yaxınlaşaraq işçiyə ehtiyaclarının olubolmamasını soruşmuşdur. Orada kassada oturan bir nəfər şəxs onu günü 20 manata qabyuyan kimi işə götürmüşdür. Onunla əmək müqaviləsi bağlanılmamışdır. Xəstəliyi ilə əlaqədar təxminən bir ay yarım sonra işdən çıxmışdır. İşlədiyi müddətdə Təqsirləndirilən şəxs restoranda görməmişdir. O, vergi orqanından gələn şəxsləri görməmişdir. İbtidai istintaq zamanı ifadəsini özü yazmamış, ifadəsini oxumadan imzalamışdır. Daha sonra təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş, göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs34 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin may ayında “Heydər Əliyev” sarayının arxası, “Qış” parkının ərazisində yerləşən "xxxx" restoranında günü 15 manata ofisiant kimi işə düzəlmişdir. İşlədiyi vaxt onunla əmək müqaviləsi bağlanılmamışdır. İş zamanı onlara administrtor Cavidan nəzarət etmişdir. Təxminən 10-15 gün orada işlədikdən sonra vergi orqanının əməkdaşları gəlib orada yoxlama keçirmişlər. Sonra da işdən çıxmışdır. O, işlədiyi vaxt restoranda Təqsirləndirilən şəxs görməmişdir. İbtidai istintaq zamanı ifadəsini özü yazmamış, ifadəsini oxumadan imzalamışdır. Daha sonra təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş, göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs X2 ifadəsində göstərmişdir ki, o, pandemiya vaxtı işsiz olduğu üçün iş axtarmaq üçün İmişli rayonundan Bakı şəhərinə gəlmişdir. “Heydər Əliyev” sarayının arxası, “Qış” parkının ərazisində yerləşən "xxxx" restoranında iş elanı görmüş və restorana daxil olmuşdur. Orada Cavidan adlı administratora yaxınlaşaraq işə düzəlmək istədiyini bildirmiş və onlar gündəlik 15 manat maaş olmaq şərtilə razılaşmışlar. Onunla əmək müqaviləsi bağlanılmamışdır. Təxminən 7- 10 gün işlədikdən sonra vergi yoxlaması gəlmişdir. Həmin vaxt onlara izahat yazdırmışlar. Təqsirləndirilən şəxs kəndilərinin sakini kimi tanımış, sonuncunun əmisi oğlu ilə tanışlığı olmuşdur. Lakin Təqsirləndirilən şəxs iş adamı kimi fəaliyyət göstərməsi barədə eşitməmişdir. İşlədiyi müddətdə Təqsirləndirilən şəxs restoranda görməmişdir. İbtidai istintaq zamanı ifadəsini özü yazmamış, ifadəsini oxumadan imzalamışdır. Daha sonra təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş, göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs17 ifadəsində göstərmişdir ki, onun xalası oğlu “Heydər Əliyev” sarayının arxası, “Qış” parkının ərazisində yerləşən "xxxx" restoranı ilə üzbəüz aptekdə işləyir. Nahar etmək üçün həmin restorana gedən zaman orada işçi axtarıldığını görmüş və bu barədə ona bildirmişdir. O da iş üçün həmin restorana müraciət etmiş və restoranın administratoru olan Cavidan adlı şəxs onu ofisiant kimi işə götürmüşdür. Təqsirləndirilən şəxs "xxxx" restoranında 4-5 dəfə görmüş, lakin onun restoranın sahibi olduğunu bilməmiş, bəzi işçilər sonuncunun restoranda pay sahibi olduğunu bildirmişlər. İşlədiyi müddətdə Təqsirləndirilən şəxs ona heç bir göstəriş verməmişdir. Vergi yoxlaması zamanı vergi orqanının əməkdaşları restorana hazır sənədlərlə gəlmişlər, ona izahat yazdırarkən Şahid1 adını yazdırmışlar. O, Şahid1 kim olduğunu soruşarkən ona həmin şəxsin restoranın qanuni sahibi olduğunu bildirmişlər. İzahata imza edərkən Cavidan ona imza etməsini bildirmişdir. İbtidai istintaq zamanı ifadəsini özü yazmamış, ifadəsini oxumadan imzalamışdır. Daha sonra təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş, göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs18 ifadəsində göstərmişdir ki, onun dostları “Qış Parkı” ərazisində yerləşən "xxxx" adlı restoranda işləyərkən onu da həmin restoranda ofisiant kimi işləməyə çağırmışlar. Orada Cavidan adlı administratora yaxınlaşaraq işə düzəlmək istədiyini bildirmiş və Cavidan onu ofisiant kimi işə qəbul etmiş, lakin onunla əmək müqaviləsi bağlanılmamışdır. 2-3 ay restoranda işlədikdən sonra vergi orqanının əməkdaşları gəlib onların izahatlarını almışdır. Daha sonra işdən çıxmışdır. İşlədiyi müddət ərzində Təqsirləndirilən şəxs "xxxx" restoranının müdiri kimi tanımış, lakin Təqsirləndirilən şəxs ona heç bir göstəriş verməmişdir. İşlə bağlı tapşırıqları administrator vermişdir. Daha sonra təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş, göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 Əlibaba qızının ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə tanışı Arzu adlı xanımın təklifi ilə həmin restorana işə düzəlmək üçün getmişdir. Orada olarkən vergi əməkdaşları restorana daxil olmuş, onunla birlikdə işçilərin hamısının şəxsiyyətlərini müəyyən etmək üçün şəxsiyyət vəsiqələrini istəməklə, şəxsiyyətlərini müəyyən etmişlər. O, həmin vaxt işçilərin orada əmək müqaviləsiz işləmələrindən məlumatlı olmuşdur. O, vergi orqanının əməkdaşlarına işə düzəlmək üçün gəldiyini, orada işləmədiyini desə də, onlar ona inanmamışlar və bu barədə ondan izahat verməyi tələb etmişlər. Lakin o, orada işləmədiyini, tanışı Arzu adlı xanımın həmin restoranda mətbəxdə işlədiyini və ona da restoranda işə ehtiyac olduğundan iş görüşməsi İlə əlaqədar restorana gəlməsini bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 Əlibaba qızı məhkəməyə teleqram ünvanlayaraq istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs29 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdən həmin restoranda günü 20 manata lavaşçı işləmişdir. Əmək haqqını kassadan restoranda inzibatçı işləyən Cavidan adlı şəxsdən götürmüşdür. İş vaxtı səhər saat 8-dən axşam saat 8 kimi olmuşdur. Onu işə həmin restorana rəhbərlik edən Təqsirləndirilən şəxs götürmüşdür. Təqsirləndirilən şəxsla xidməti və ya əmək müqaviləsi bağlamamışdır. Şahid1 isə tanımadığını və görmədiyini bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs29 məhkəməyə teleqram ünvanlayaraq istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs27 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, 30 may 2021-ci il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, S.Vurğun küçəsi və M.Əliyev küçələrinin kəsişməsi, “Heydər Əliyev” sarayının arxası, “Qış” parkının ərazisində yerləşən "xxxx" restoranında ofisinat kimi işləmişdir. Onu işə həmin vaxt kafeyə rəhbərlik edən Təqsirləndirilən şəxs qəbul etmişdir. O, işə başlamazdan əvvəl ona gündəlik 15 manat əmək haqqı verilməsi barədə Təqsirləndirilən şəxs ilə razılığa gəlmişlər. Əmək fəaliyyətinə başlamasına baxmayaraq onunla əmək müqaviləsi bağlanmamışdır. xx.xx.2021-ci il tarixdə "xxxx" restoranına İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları daxil olmuş, onlar tərəfindən keçirilən tədbir zamanı kafedə 34 nəfər əmək müqaviləsi olmadan müxtəlif işlərə cəlb edilən işçilər aşkar edilmişdir. Vergi əməkdaşları tərəfindən aşkar edilən işçilərdən və ondan izahatlar alınmışdır. Vergi əməkdaşları tərəfindən tədbir keçirilən zamanı Təqsirləndirilən şəxs və administrator işləyən soyadını və atasının adını bilmədiyi Cavidan izahat verdiyi zaman onu işə Şahid1 tərəfindən götürülməsini qeyd etməsini tələb etmişlər və o da onlara qulaq asaraq bu qaydada izahatında yazmışdır. O, ümumiyyətlə Şahid1 kim olduğunu bilməmiş, onu tanımamış və görməmişdir. Tədbirdən sonra İmişli rayonuna getmiş və bir ay sonra, yəni avqust ayında yenidən "xxxx" restoranına işə qəbul edilmişdir. Hazırda kafeni Zaur adlı şəxs işlədir və onunla əmək müqaviləsi bağlanmışdır. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin mart ayında "xxxx" MMC-nin adına vergi orqanında qeydiyyata alınmış Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, S.Vurğun küçəsi və M.Əliyev küçələrinin kəsişməsi, “Heydər Əliyev” sarayının arxası, “Qış” parkının ərazisində yerləşən eyni adlı restoranda satıcı-dəzgahdar, kassir kimi işə düzəlmişdir. Onun qardaşı oğlu Təqsirləndirilən şəxs "xxxx" adlı restoranlar şəbəkəsinin işlətməcisi olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs metronun 28 may, Xətai, Nərimanov stansiyalarında "xxxx" adı altında restoranların işlətməcisi olmuşdur. O, bildiyi qədərilə həmin restoranları birbaşa olaraq icarəyə götürməklə, ya da kiminsə obyektini işlətməklə restoranların fəaliyyətinə rəhbərlik etmişdir. 2021-ci ilin mart ayında qardaşı oğlu Təqsirləndirilən şəxs təklifi ilə onun işlətdiyi “Qış” Parkında yerləşən "xxxx" restoranında ona satışda və kassada köməklik etmişdir. Obyektin işinə ümumi nəzarəti Təqsirləndirilən şəxs həyata keçirmişdir. Onun tərəfindən ona gündəlik 100-150 manat məbləğində pul ödənilmişdir. Hər axşam kassadan 100-150 manat olan maaşını götürmüşdür. Həmin obyektdə Təqsirləndirilən şəxs özünə məxsus avadanlıqlar, soba və sair olmuşdur. Təqsirləndirilən şəxslə arasında olan söhbətlərdə ona obyektin fəaliyyətinə ümumi nəzarət etdiyini, "xxxx" MMC-nin direktorunun Şahid1 olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onu işə götürdükdə ona vəzifəsinin kassaya ümümi nəzarət etməkdən ibarət olduğunu bildirmiş və obyektin ümumi işinə nəzarət edən şəxs kimi gündəlik Təqsirləndirilən şəxs restorana gələrək, restoranda işçilərə nəzarət etmiş, malların alınması, hər gün kassanın yoxlanışı Təqsirləndirilən şəxslə Cavidan adlı işçi tərəfindən həyata keçirilmişdir. Təqsirləndirilən şəxs ona icarə və ya hər hansısa qaydada restoranın fəaliyyət göstərdiyini bildirməmişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, S.Vurğun küçəsi və M.Əliyev küçələrinin kəsişməsi, “Heydər Əliyev” sarayının arxası, “Qış” parkının ərazisində yerləşən restoranda operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş və orada işçilərin izahatı vergi əməkdaşı tərəfindən alınmışdır və həmin tarixdən sonra restoranda işləməmişdir. O, Şahid1 tanıdığını, onun ümumi direktor olduğunu ona Təqsirləndirilən şəxs demişdir. Lakin onun restorandakı fəaliyyətinin nədən ibarət olmasından məlumatsız olmuşdur. Bir neçə dəfə onu Təqsirləndirilən şəxs yanında restoranda görmüşdür. O, işə müqaviləsiz götürüldüyündən məlumatsız olmuşdur. Belə ki, o, işə götürülərkən şəxsiyyət vəsiqənin sürətini sənədləşmə üçün təqdim etdiyini və müqavilənin elektron tərtib edildiyini düşünmüşdür. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs33 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, S.Vurğun küçəsi və M.Əliyev küçələrinin kəsişməsi, Heydər Əliyev sarayının arxası, “Qış” parkının ərazisində yerləşən "xxxx" kafesində çayçı vəzifəsində işləyir. Onu işə həmin zaman kafeyə rəhbərlik edən Təqsirləndirilən şəxs qəbul etmişdir. O, işə başlamazdan əvvəl ona gündəlik 20 manat əmək haqqı verilməsi barədə Təqsirləndirilən şəxs ilə razılığa gəlmişlər. Əmək fəaliyyətinə başlamasına baxmayaraq onunla əmək müqaviləsi bağlanmamışdır. xx.xx.2021-ci il tarixdə "xxxx" kafesinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları daxil olmuş, onlar tərəfindən keçirilən tədbir zamanı kafedə 34 nəfər əmək müqaviləsi olmadan müxtəlif işlərə cəlb edilən işçilər aşkar edilmişdir. Tədbirdən 3-4 gün sonra, yəni 4-5 iyun 2021-ci il tarixdə ona Zaur adlı şəxs zəng edərək "xxxx" kafesinin onun tərəfindən icarəyə götürüldüyünü bildirmiş və ona iş təklif etmiş, o da sonuncu ilə razılaşaraq iyun ayından kafedə əmək müqaviləsinə əsasən işləyir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs31 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həmin restoranda günü 20 manata lavaşçı işləmişdir. Onu işə Təqsirləndirilən şəxs götürmüşdür. İş vaxtı həftənin 7 günü səhər saat 8-dən axşam saat 8-ə kimi olmuşdur. Təqsirləndirilən şəxs onunla xidməti və ya əmək müqaviləsi bağlamamışdır. Tədbir zamanı Cavidan ona restorana rəhbərliyi Şahid1 etdiyini deməsini tapşırmışdır. Cavidan isə orada inzibatçı işləmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs31 məhkəməyə teleqram ünvanlayaraq istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, o, Şahid4 və Şahid3 ilə birlikdə təsisçidirlər və fəaliyyətiləri qeyri-yaşayış sahələrini idarə etməkdən ibarət olmuşdur. Direktor isə Şahid1 olmuşdur. Təqsirləndirilən şəxs də onlardan üç obyekt icarəyə götürmüşdür. Həmin obyektləri Təqsirləndirilən şəxs restoran kimi işlətmişdir. İki obyektlə bağlı aralarında heç bir problem olmamış, lakin “Qış” parkının ərazisində yerləşən obyektlə bağlı aralarında problem yaranmışdır. Həmin obyekti subicarəyə vermişdir. Digər obyektlərin biri Lökbatan qəsəbəsində digəri isə Biləcəri qəsəbəsində yerləşir. Onların restoranda işçilərlə əmək müqaviləsi bağlanmadan işləmələri barədə xəbəri olmamışdır. Təqsirləndirilən şəxslə icarə müqaviləsi bağlanılması üçün ona müddət qoyulmuşdur ki, ya müqavilə bağlasın, ya da obyektdən çıxsın. Təqsirləndirilən şəxs isə vaxtı uzatmağa çalışmışdır. Hazır müqavilə olmasına baxmayaraq, hətta notariusda tərəflərin şəkilləri belə çəkilmiş, lakin son anda Təqsirləndirilən şəxs müqaviləni imzalamaqdan imtina etmişdir. 2021-ci ilin yanvar-fevral ayında obyekti təhvil-təslim etmək üçün işlər görülmüşdür. Belə ki, onlar avadanlıqlar üçün investisiya qoymuşlar. Lökbatandakı obyektə 300.000 manat investisiya, “Qış” parkındakı obyektə görə isə 100.000 manat investisiya qoyulmuşdur. Təhvil-təslim aktına qol çəkilmiş, sonra müqavilə imzalanmalı idi, lakin müqavilənin imzalanmağı uzandığından, bu məsələ ilə vəkil məşğul olmağa başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs artıq obyektdə işə başlamış və obyektdən çıxmayacağını bildirmişdir. Buna görə də aralarında konflikt yaranmışdır. Onlar onun obyekti tərk etməsi ilə bağlı üç dəfə polisə müraciət etmişlər. Təqsirləndirilən şəxs faktiki olaraq həmin obyektdə fəaliyyət göstərmiş, lakin icarə müqaviləsi bağlanmamışdır. Müqaviləni imzalamaması barədə heç bir fikri olmamışdır. MMC-nin direktoru Şahid1 təhdid etmişdir ki, çıxacağı təqdirdə obyekti yandıracaqdır. Təqsirləndirilən şəxs vergi orqanı tərəfindən tədbir keçiriləndən sonra çıxıb getmişdir. Şahid1 2021-ci ilin yanvar ayından "xxxx" MMC-nin direktoru təyin olunmuşdur. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin fevral ayının əvvəlində "xxxx" MMC-yə direktor təyin olunmuşdur. Vergi orqanının əməkdaşları ondan soruşmuşlar ki, Təqsirləndirilən şəxs haradan tanıyır, o da sonuncunun onun icarədarı olduğunu bildirmişdir. “Qış” parkında yerləşən "xxxx" MMC-yə məxsus obyektdə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı müəyyən etmişlər ki, həmin obyektdə kassa aparatı olmamış, həmçinin, işçilər əmək müqaviləsi olmadan işləmişlər, o da restoran biznesi ilə məşğul olmadıqlarını, sadəcə olaraq mülkləri icarəyə, subicarəyə verdiklərini bildirmişdir. Həmin obyektdə də icarədar Təqsirləndirilən şəxs olmuşdur. Vergi orqanının əməkdaşları “Qış” parkında yerləşən "xxxx" MMC-yə məxsus restoranda tədbir keçirən zaman Təqsirləndirilən şəxs telefonundan ona zəng gəlmiş, Bəhruz telefonu vergi orqanının işçilərinə vermişdir ki, onlarla danışsın. O, həmin obyektə getmiş və ora çatan kimi Təqsirləndirilən şəxs çıxıb getmişdir. Vergi orqanının əməkdaşları özlərinin məlumat bazalarına baxan zaman "xxxx" MMC-nin direktorunun onun olduğunu gördükləri üçün onu çağırmışlar. Vergi orqanının işçisi ondan nəyə görə icarə müqaviləsi bağlamamasını soruşmuş, o da cavabında onun, vəkilləri Şahid5b, Təqsirləndirilən şəxs və onun vəkilinin iştirakı ilə müqavilənin tərtib edildiyini, lakin Təqsirləndirilən şəxs müqaviləni hər dəfə müxtəlif bəhanələrlə imzalamaqdan imtina etdiyini bildirmişdir. Hətta bir dəfə notariusda şəklləri də çəkilmişdir. Bəhruz həmin vaxt Anar adlı tanışı ilə gəlmiş, müqaviləyə imza çəkən zaman dava salmışlar və Bəhruz qələmi atıb getmişdir. Belə-belə müqaviləni imzalamaqdan imtina etmişdir. Hətta obyektdən çıxması ilə bağlı polisə şikayət də etmişlər. Hüquqşünaslarını Bəhruzun yanına göndərmişlər ki, onunla danışsın, lakin Təqsirləndirilən şəxs obyektdən çıxmayacağını, ora pul qoyduğunu bildirmişdir. Onlar həmin obyekti özləri icarəyə götürüb Təqsirləndirilən şəxs subicarəyə vermişlər. Həmin obyekti icarəyə götürən zaman sahibkarla müqavilə bağlayaraq öhdəlik götürmüşlər ki, obyektdə heç bir konstruksiya dəyişikliyi etməyəclər. Təqsirləndirilən şəxs isə onlardan xəbərsiz bir ədəd sanitar qovşağını sökmüşdür. Onlar hətta ona görə sahibkara 10.000 manat cərimə ödəmişlər. Onların Təqsirləndirilən şəxslə münasibətiləri normal olmuş, sadəcə Bəhruz icarə müqaviləsini imzalamadığı üçün aralarında konfliktiləri yaranmışdır. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs “Keşlə” bazarının yanında yerləşən "xxxx" adlı kafedə ailə üzvləri və iş birliyi apardığı tanışları ilə birlikdə yığıncaq keçirən zaman tanımışdır. Həmin kafenin iş prinsipi onun xoşuna gəlmişdir. Kafenin rəhbərinin Təqsirləndirilən şəxs olduğunu öyrənmiş və Təqsirləndirilən şəxs bu sahədə işini uğurla həyata keçirdiyi üçün onunla işləmək istəmişdir. Bunun üçün o, Şahid2 və Şahid3la birlikdə Bəhruzla görüşmüş və ona təklif etmişdir ki, onların obyektlərini də bu konsept üzrə işlətsin. Onlar razılaşıb şərtləri danışmışlar, əvvəlcə Lökbatan qəsəbəsində bir obyektə baxmışlar və bəyənmişlər. Sonra müqavilə bağlayıb fəaliyyətə başlamışlar. Daha sonra Biləcəri qəsəbəsində yerləşən obyektdə fəaliyyətlərini davam etdirmişlər. Sonuncu dəfə “Heydər Əliyev” sarayının arxası, “Qış” parkının ərazisində yerləşən obyekti subicarəyə götürməyi Bəhruza təklif etmişlər, lakin həmin obyektlə bağlı problem yaranmışdır. Bəhruz icarə müqaviləsini bağlamaqdan boyun qaçırmış, telefonlarına cavab verməmişdir. Notariusda müqavilə bağlayan zaman son anda qələmi atıb getmiş, müqaviləni isə imzalamamışdır. “Qış” parkında yerləşən restoranın fəaliyyəti və işçilərin işə götürülməsi ilə əlaqələri olmamışdır. Təqsirləndirilən şəxs ilk gündən onun işinə heç kimin qarışmasını istəməmişdir. Onlar icarə müqaviləsi bağlayıb icarə haqqı almalı idi. Təqsirləndirilən şəxs Lökbatan qəsəbəsində və Biləcəri qəsəbəsində yerləşən obyektlərdə necə icarədar kimi fəaliyyət göstərirdisə, “Qış” parkındakı obyektdə də eyni qaydada fəaliyyət göstərməli idi. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərmişdir ki, o, 2021-ci ildən "xxxx" MMC-nin hüquqşünası olmuşdur. Təqsirləndirilən şəxs də həmin vaxtı tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin özünə məxsus və icarəyə götürdüyü qeyri-yaşayış sahələrini icarəyə və subicarəyə götürüb orada restoran fəaliyyəti ilə məşğul olmuşdur. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli icarə müqavilələrinə əsasən "xxxx" MMC-nin mülkiyyətində olan 2255,70 kv.m qeyriyaşayış sahəsindən “Qış” parkında yerləşən 160 kv.m sahə restoran fəaliyyəti kimi istifadə edilməsi üçün "xxxx" MMC-yə icarəyə verilmişdir. Həmin obyekt də fiziki şəxs kimi vergi orqanında qeydiyyatda olan Təqsirləndirilən şəxs subicarəyə verilmiş, lakin obyekt onun tərəfindən 2021-ci ilin yanvar ayından iyun ayınadək subicarə müqaviləsi bağlanılmadan işlədilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs obyektə kassa aparatı da qoymamışdır. O, Təqsirləndirilən şəxs kassa aparatı qoymasını, icarə müqaviləsi bağlamasını, əks halda yüksək məbləğdə cərimə olunacağını bildirmişdir. Onlar "xxxx" MMC olaraq icarə müqaviləsini hazırlamış, tanış olması üçün Təqsirləndirilən şəxs və onun vəkilinə təqdim etmişlər, müqavilə şərtləri ilə razılığa gələrək müqavilənin imzalanması üçün 38 saylı notariat kontorunda görüşmək qərarına gəlmişlər, lakin Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək müqaviləni imzalamaq üçün notariusa gəlməkdən boyun qaçırmışdır. Onların tələblərinə baxmayaraq Təqsirləndirilən şəxs nə müqavilə bağlamış, nə də obyektdən çıxmışdır. Buna görə hətta o bir dəfə Nəsimi RPİ-nə və dəfələrlə 102 xidmətinə şikayət etmişdir. Daha sonra "xxxx" MMC-nin direktoru Şahid1 da bir neçə dəfə polisə şikayət etmişdir. Lakin buna baxmayaraq Təqsirləndirilən şəxs icarə müqaviləsi bağlamadan obyektdə fəaliyyətini davam etdirmişdir. "xxxx" MMC-nin direktoru Şahid1 olsa da, restoranı faktiki olaraq Təqsirləndirilən şəxs işlətmişdir. Restoranda işləyən işçilərin heç biri Şahid1 tanımamış, hamısı Təqsirləndirilən şəxs tanımışdır. Əksəriyyəti də Təqsirləndirilən şəxs həmyerliləri olmuşdur. Təqsirləndirilən şəxs işçilərlə əmək müqaviləsi bağlamamış, sadəcə olaraq bir nəfər işçi ilə əmək müqaviləsi bağlamışdır. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o, ifadəsində göstərmişdir ki, o, müxtəlif dövlət layihələrinin həyata keçirilməsində iştirak etmişdir. Hal-hazırda işləri ilə əlaqədar BƏƏ-nin Dubay şəhərində yaşayır. Onun Şahid4 və Şahid2 ilə 2012-ci ildən iş birlikləri var. Belə ki, o, onlarla birlikdə "xxxx" MMC-də işləmiş və onlarla dostluq münasibətləri olmuşdur. Cəmiyyətin fəaliyyəti Lökbatan şossesində müxtəlif qeyri-yaşayış sahələri və torpaq sahələrinin idarə edilməsindən ibarət olmuşdur. Həmin qeyri-yaşayış sahələrindən biri, 1000 kvadrat metrə yaxın qeyri-yaşayış sahəsi ona, Şahid4 və Şahid2 məxsus olmuşdur. Həmin obyektin icarəyə verilməsi ilə bağlı onlar 2020-ci ildə müxtəlif şəxslərlə görüşmüşlər. Həmin vaxtlar o, Şahid4lə birlikdə “Keşlə” bazarının yanında yerləşən "xxxx" kafesində olmuş, həmin kafenin iş prinsipi xoşuna gəlmiş, kafeyə Bəhruz adlı şəxs rəhbərlik etdiyi üçün onlara məxsus olan Lökbatan şossesində yerləşən obyektin işlədilməsi üçün Təqsirləndirilən şəxslə görüşüb danışmağı Mahirlə birlikdə Şamilə təklif etmişdir. Bir müddətdən sonra o, “Keşlə”də yerləşən həmin kafedə Şahid4 və Şahid2 ilə birlikdə Bəhruzla görüşmüşlər. Bəhruz bu sahədə işini uğurla həyata keçirdiyi üçün onunla işləmək istəmişlər. Belə ki, Lokbatan qəsəbəsi, “Binə Ticarət Mərkəzi” ilə üzbəüz yerləşən “Aqro Terminal”da olan boş sahəni ona icarəyə vermək üçün "xxxx" MMC-ni təsis etmişlər və cəmiyyətə direktor kimi Təqsirləndirilən şəxs təyin etmişlər. Cəmiyyətin təsisçiləri o, Şahid2 və Şahid4 olmuşdur. Sonradan icarə müqaviləsi bağlandıqda Təqsirləndirilən şəxs direktorluqdan çıxarılmış və direktor kimi cəmiyyətə Şahid1 təyin edilmişdir. Bunun səbəbi Təqsirləndirilən şəxslə icarə müqaviləsi bağlanması olmuşdur. Çünki Təqsirləndirilən şəxs məxsus VÖEN olduğundan və onunla icarə müqaviləsi bağlandığından o, cəmiyyətin direktoru kimi çıxış edə bilməz. Müəssisənin fəaliyyəti yalnız özünə məxsus olan və istifadəsində olan əmlakların idarə edilməsindən ibarət olmuşdur. Həmin sahədə kafenin inşa edilməsi üçün 300000,0 manat məbləğində vəsaiti hərəsi yüz min manat olmaqla, Bəhruza ödəmişlər, Təqsirləndirilən şəxslə icarə müqaviləsi bağlamışlar. O, həmin kafeni uğurla işlətmiş, həmin obyektə “NKA” quraşdırmış, işçilərlə əmək müqaviləsi bağlamış və vergi ilə bağlı bütün məsələləri qanun çərçivəsində həll etmişdir. Sonradan ona “Qış” parkında yerləşən obyekti subicarəyə götürməyi təklif etmişlər, o da onlarla razılaşmışdır. Həmin obyekt cəmiyyət tərəfindən "xxxx" MMC-dən icarəyə götürülmüşdür. Həmin obyektdə "xxxx" MMC-nin adından Təqsirləndirilən şəxs 2021-ci ilin əvvəlindən fəaliyyət göstərməyə başlamışdır. Danışıqlarına əsasən Təqsirləndirilən şəxs ilə cəmiyyətin direktoru Şahid1 arasında subicarə müqaviləsi bağlanmalı idi, lakin o, müqaviləni bağlamaqdan boyun qaçırmış, hətta obyekti onlara icarəyə verən "xxxx" MMC-dən götürdükləri avadanlıqların pulunu da Təqsirləndirilən şəxs ödəməli olduğu halda, onlar ödəmişlər, faktiki olaraq həmin obyekti işlətsə də, onlarla müqavilə bağlamamışdır. Dəfələrlə onun orada qanunsuz fəaliyyət göstərməsi İlə bağlı polisə müraciət etmişlər, lakin Bəhruz oradan çıxmamış, hətta həmin obyekti yandıracağı İlə bağlı onları hədələmişdir. Həmin obyektdən yalnız xx.xx.2021-ci il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbirindən sonra çıxmış, ondan əvvəl həmin obyektdən qəti surətdə çıxmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v.167-168); - “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC-yə məxsus olan obyektdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halları aşkar edilmişdir (İ cild, i.v.9-10); - “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən olan xx.xx.2022-ci il tarixli, KY211583119 saylı çıxarışdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "xxxx" MMC-yə məxsus olan obyektdə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi ilə bağlı Operativ vergi nəzarəti plandankənar (növbədənkənar) yoxlama təyin edilmişdir (İ cild, i.v.11-13); - “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC-dən “Nəzarət kitabçası”, əmək müqaviləsi bildirişlərinin Əmək və Əhalinin Sosial Müdafəsi Mazirliyinin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar, fiziki şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri, bütün elektron daşıyıcılar və elektron daşıyıcı vasitələrindəki bütün zəruri sənədlər, məlumatlar və digər zəruri sənədlərin götürülməsinin həyata keçirilməsi qərara alınmışdır. (İ cild, i.v.14-15); - “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 15:30-da "xxxx" MMC-yə məxsus obyektdə bir manat nağd qaydada ödəniləcək reyhan sirkəsi alınmış, əvəzində NKA çeki təqdim edilməmişdir. Obyektdə NKA tətbiq olunmadığından məbləği bərpa etmək mümkün olmamışdır. (İ cild, i.v.19-21); - “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli, S.Vurğun və M.Əliyev küçələrinin kəsişməsində yerləşən "xxxx" MMC-yə məxsus obyektdə xx.xx.2021-ci il tarixdə saat 15:45-də işlərin yerinə yetirilməsinə cəlb edilmiş 36 fiziki şəxsdən 34 nəfəri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə, həmçinin Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər: İşçilərin siyahısı aşağıdakı kimidir: Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs31, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs27, Zərərçəkmiş şəxs21, X2, Zərərçəkmiş şəxs6, X3, Zərərçəkmiş şəxs28, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs10 Vəliqulla oğlu, Zərərçəkmiş şəxs34, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs30, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs32, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs33, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs26 (İ cild, i.v.26-29); - Audit şöbəsinin rəisi, baş ədliyyə müşaviri X4 Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis müavini, baş ədliyyə müşaviri Toğrul Quliyevə “Məlumatların təqdim edilməsi haqqında” xidməti məruzəsindən görünür ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırılan material üzrə "xxxx" MMC-nin (VÖEN: **********) əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 34 (otuz dörd) nəfər şəxsin müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi nəticəsində cəmi 5229,74 manat yayındırılmış muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, işsizlikdən sığorta, məcburi dövlət sosial sığorta haqları və icbari tibbi sığorta hesablanmışdır. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (İİ cild, i.v.108-109). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162-1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, işçilərlə əmək müqaviləsi bağlanmamasının onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri işlədiyi dövrdə olmadığı ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri və digər sübutlarla təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Bundan əlavə, məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırkı cinayət hadisəsi 01 iyun 2021-ci il tarixdə baş vermiş, bununla da cinayətin törədildiyi gündən iki ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsində nəzərdə tutulan əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Bununla belə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə baxmayaraq müdafiə tərəfi bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsinə razılıq verməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə ittiham hökmü çıxarılmalı, lakin təqsirləndirilən şəxsə cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd olunan Məcəllənin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Bundan əlavə həmin Məcəllənin 44.2.1-ci maddəsinə görə bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 iyul 2008-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət və cinayət prosessual qanunvericiliyi məhkəmə tərəfindən ittiham hökmünə əsasən cəzadan azad etmənin iki şərtsiz halını nəzərdə tutur: cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi və amnistiya aktının mövcud olması. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 44, 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 162-1.1-ci maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikası CM-nin 75-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar