Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-9/2024 02.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə3, Zərər çəkmiş şəxs Gözəlova (Abdulova) Hakimə Salik qızının, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, Təqsirləndirilən şəxs3 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, Müdafiəçilər “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi4, 05 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Ermənistanın Əzizbəyov rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, xx.xx.1982-ci il tarixdə Masallı rayonu Yeddioymaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddələri ilə, xx.xx.2008-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, məktəbli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 silah qismində istifadə edilən əşyadan istifadə etməklə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 31 avqust 2022-ci il tarixdə saat 16 radələrində ictimai yer hesab edilən ünvan 3 ünvanının qarşısında əri Təqsirləndirilən şəxs2, övladları yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 və xx.xx.2008ci il təvəllüdlü Təqsirləndirilən şəxs4 ilə bir qrup şəxs halında yetkinlik yaşına çatmayan qonşusu xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşısını kəsib heç bir əsaslı səbəb olmadan sonuncuların barəsində nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydaların qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik etmiş, Təqsirləndirilən şəxs3 heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 zor təbiq edərək üz nahiyəsindən şillə vurduqdan sonra Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 zor tətbiq edib köynəyindən tutaraq ayağı ilə sonuncuya badalaq verməklə yerə yıxıb Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə birlikdə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə təpik zərbələri vuraraq ona sağ gicgah nahiyəsinin, sağ ayağın İ barmağının qançırları sağ ayağın sıyrıqları kimi dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirdikdən sonra Təqsirləndirilən şəxs4 həmin vaxt Zərərçəkmiş şəxs1 üzərindən yerə düşən sonuncuya məxsus 270 manat dəyərində “X14 10S” markalı “M2101K7BG” modelli mobil telefon aparatını ayağı ilə vuraraq zədələmiş, o isə Zərərçəkmiş şəxs1 yerdə uzanıqlı vəziyyətdə olmasından istifadə edərək sonuncuya zor tətbiq edib əli ilə saçından tutub başını yerə vurmaqla ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan başın sol gicgah nahiyəsinin iri ölçülü dərialtı hematoması, sol qulaqaltı-çeynəmə və sol yanaq nahiyələrinin qançır-şişkinlik halında əzilməsi, sol yanağın selikli qişasının əzilmiş-cırılmış yarası və üzərində o an istintaqa məlum olmayan silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrindən zərbələr vuraraq ona döş qəfəsinin arxa səthinin sağ yarısının 1 (bir) ədəd, sol yarısının 2 (iki) ədəd, bel nahiyəsinin sol yarısının 1 (bir) ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları kimi ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə yanaşı hadisəyə müdaxilə edən Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs3 ilə birlikdə zor tətbiq edib qolundan tutmaqla yerə yıxaraq təpik zərbələri ilə Zərərçəkmiş şəxs2 bədən nahiyəsinə zərbələr vurub ona hər iki bazunun, sağ saidin. bel nahiyəsinin, sağ baldırın qançırları, sol saidin, sağ əlin İİİ barmağının, sol aşıq-baldır oynağı nahiyəsinin sıyrıqları kimi dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirməklə bir qrup şəxs halında qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 31 avqust 2022-ci il tarixdə saat 16 radələrində ictimai yer hesab edilən ünvan 3 ünvanının qarşısında arvadı Təqsirləndirilən şəxs1, övladları yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 və xx.xx.2008ci il təvəllüdlü Təqsirləndirilən şəxs4 ilə bir qrup şəxs halında yetkinlik yaşına çatmayan qonşusu xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşısını kəsib heç bir əsaslı səbəb olmadan sonuncuların barəsində nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydaların qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik etmiş, Təqsirləndirilən şəxs3 heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 zor təbiq edərək üz nahiyəsindən şillə vurduqdan sonra o, Zərərçəkmiş şəxs1 zor tətbiq edib köynəyindən tutaraq ayağı ilə sonuncuya badalaq verməklə yerə yıxıb Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə birlikdə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə təpik zərbələri vuraraq ona sağ gicgah nahiyəsinin, sağ ayağın İ barmağının qançırları, sağ ayağın sıyrıqları kimi dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirdikdən sonra Təqsirləndirilən şəxs4 həmin vaxt Zərərçəkmiş şəxs1 üzərindən yerə düşən sonuncuya məxsus 270 manat dəyərində “X14 10S” markalı “M2101K7BG” modelli mobil telefon aparatını ayağı ilə vuraraq zədələmiş, Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs1 yerdə uzanıqlı vəziyyətdə olmasından istifadə edərək sonuncuya zor tətbiq edib əli ilə saçından tutub başını yerə vurmaqla ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan başın sol gicgah nahiyəsinin iri ölçülü dərialtı hematoması, sol qulaqaltı-çeynəmə və sol yanaq nahiyələrinin qançır-şişkinlik halında əzilməsi, sol yanağın selikli qişasının əzilmiş-cırılmış yarası və üzərində olan istintaqa məlum olmayan silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrindən zərbələr vuraraq ona döş qəfəsinin arxa səthinin sağ yarısının 1 (bir) ədəd, sol yarısının 2 (iki) ədəd, bel nahiyəsinin sol yarısının 1 (bir) ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları kimi ümumilikdə və ayrı- ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə yanaşı Təqsirləndirilən şəxs1 hadisəyə müdaxilə edən Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs3 ilə birlikdə zor tətbiq edib qolundan tutmaqla yerə yıxaraq təpik zərbələri ilə Zərərçəkmiş şəxs2 bədən nahiyəsinə zərbələr vurub ona hər iki bazunun, sağ saidin, bel nahiyəsinin, sağ baldırın qançırları, sol saidin, sağ əlin İİİ barmağının, sol aşıq-baldır oynağı nahiyəsinin sıyrıqları kimi dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirməklə bir qrup şəxs halında qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs3 Vüqar oğlu bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 31 avqust 2022-ci il tarixdə saat 16 radələrində ictimai yer hesab edilən ünvan 3 ünvanının qarşısında valideynləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü qardaşı Təqsirləndirilən şəxs4 ilə bir qrup şəxs halında yetkinlik yaşına çatmayan qonşusu xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşısını kəsib heç bir əsaslı səbəb olmadan sonuncuların barəsində nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydaların qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 zor təbiq edərək üz nahiyəsindən şillə vurduqdan sonra Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 zor tətbiq edib köynəyindən tutaraq ayağı ilə sonuncuya badalaq verməklə yerə yıxıb Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə birlikdə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə təpik zərbələri vuraraq ona sağ gicgah nahiyəsinin, sağ ayağın İ barmağının qançırları, sağ ayağın sıyrıqları kimi dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirdikdən sonra Təqsirləndirilən şəxs4 həmin vaxt Zərərçəkmiş şəxs1 üzərindən yerə düşən sonuncuya məxsus 270 manat dəyərində “X14 10S” markalı “M2101K7BG” modelli mobil telefon aparatını ayağı ilə vuraraq zədələmiş, Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs1 yerdə uzanıqlı vəziyyətdə olmasından istifadə edərək sonuncuya zor tətbiq edib əli ilə saçından tutub başını yerə vurmaqla ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan başın sol gicgah nahiyəsinin iri ölçülü dərialtı hematoması, sol qulaqaltı-çeynəmə və sol yanaq nahiyələrinin qançır-şişkinlik halında əzilməsi, sol yanağın selikli qişasının əzilmiş-cırılmış yarası və üzərində olan istintaqa məlum olmayan silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrindən zərbələr vuraraq ona döş qəfəsinin arxa səthinin sağ yarısının 1 (bir) ədəd, sol yarısının 2 (iki) ədəd, bel nahiyəsinin sol yarısının 1 (bir) ədəd daxilə nüfuz etməyən deşilmiş- kəsilmiş yaraları kimi ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə yanaşı hadisəyə müdaxilə edən Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs3 ilə birlikdə zor tətbiq edib qolundan tutmaqla yerə yıxaraq təpik zərbələri ilə Zərərçəkmiş şəxs2 bədən nahiyəsinə zərbələr vurub ona hər iki bazunun, sağ saidin, bel nahiyəsinin, sağ baldırın qançırları, sol saidin, sağ əlin İİİ barmağının, sol aşıq-baldır oynağı nahiyəsinin sıyrıqları kimi dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirməklə bir qrup şəxs halında qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs4 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs4 31 avqust 2022-ci il tarixdə saat 16 radələrində ictimai yer hesab edilən ünvan 3 ünvanının qarşısında valideynləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü qardaşı Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında yetkinlik yaşına çatmayan qonşusu xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşısını kəsib heç bir əsaslı səbəb olmadan sonuncuların barəsində nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydaların qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik etmiş, Təqsirləndirilən şəxs3 heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 zor təbiq edərək üz nahiyəsindən şillə vurduqdan sonra Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 zor tətbiq edib köynəyindən tutaraq ayağı ilə sonuncuya badalaq verməklə yerə yıxıb Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə birlikdə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə təpik zərbələri vuraraq ona sağ gicgah nahiyəsinin, sağ ayağın İ barmağının qançırları, sağ ayağın sıyrıqları kimi dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirdikdən sonra o, həmin vaxt Zərərçəkmiş şəxs1 üzərindən yerə düşən sonuncuya məxsus 270 manat dəyərində “X14 10S” markalı “M2101K7BG” modelli mobil telefon aparatını ayağı ilə vuraraq zədələmiş, Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs1 yerdə uzanıqlı vəziyyətdə olmasından istifadə edərək sonuncuya zor tətbiq edib əli ilə saçından tutub başını yerə vurmaqla ona qapalı kəlləbeyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan başın sol gicgah nahiyəsinin iri ölçülü dərialtı hematoması, sol qulaqaltı-çeynəmə və sol yanaq nahiyələrinin qançırşişkinlik halında əzilməsi, sol yanağın selikli qişasının əzilmiş-cırılmış yarası və üzərində olan istintaqa məlum olmayan silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrindən zərbələr vuraraq ona döş qəfəsinin arxa səthinin sağ yarısının 1 (bir) ədəd, sol yarısının 2 (iki) ədəd, bel nahiyəsinin sol yarısının 1 (bir) ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları kimi ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə yanaşı hadisəyə müdaxilə edən Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs3 ilə birlikdə zor tətbiq edib qolundan tutmaqla yerə yıxaraq təpik zərbələri ilə Zərərçəkmiş şəxs2 bədən nahiyəsinə zərbələr vurub ona hər iki bazunun, sağ saidin, bel nahiyəsinin, sağ baldırın qançırları, sol saidin, sağ əlin İİİ barmağının, sol aşıq-baldır oynağı nahiyəsinin sıyrıqları kimi dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirməklə bir qrup şəxs halında qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli biməyərək ifadəsində göstərmişdir ki, onlar Qanuni nümayəndə3 ilə təxminən 7 ildir ki, qonşudurlar. Onun ailəsi ilə Qanuni nümayəndə3 ailəsi arasında isti münasibətlər olmuş, hər zaman mehriban olmuşlar. Lakin 20 may 2020-ci il tarixdə həyat yoldaşı İlqarın telefonunda qonşusu Esmiranın onun həyat yoldaşına sevgi mesajları yazdığının şahidi olduqdan sonra iki ailə arasında münasibətlər pozulmuş və bütün əlaqələr kəsilmişdir. O, 31 avqust 2022-ci il tarixdə saat təxminən 16 radələrində xalça çırparkən oğlu Təqsirləndirilən şəxs3 da evdə olmuşdur. Bu zaman qonşuları Qanuni nümayəndə3 oğlu Zərərçəkmiş şəxs1 və gəlinləri Zərərçəkmiş şəxs2 məhəllədən keçərkən Zərərçəkmiş şəxs1 onun ünvanına nalayiq ifadələr işlətmiş, o, bunu eşitmiş və ondan bu sözləri ona ünvanladığını soruşmuş, o isə cavabında “bəli, sənə deyirəm” demiş və çıxıb getmişdir. Bu sözləri oğlu İslam da eşitmiş və məhəlləyə çıxıb anasına qeyri-etik ifadələr işlədən qonşularını gözləmişdir. Onlar geri qayıdan zaman Eminlə İslam mübahisə etməyə başlamışlar. Mübahisə əsnasında o və həyat yoldaşı İlqar onları ayırmaq üçün İslamın arxasınca çölə çıxmışlar. Emin İlqarın qolundan tutub “gedək, kənarda söhbət eləyək” demiş və bu zaman İslam Eminin ağız nahiyəsinə bir şillə vurmuşdur. Emin isə İlqara badalaq vermiş, sonuncu zərbənin təsirindən yerə yıxılmışdır. Balaca oğlu Vüqar da həyətdə futbol oynadığı zaman səs-küyü eşidib gəlmiş, atasını, qardaşını ayırmağa çalışmışdır. Bütün bunların baş verdiyi ərəfədə o, Hakimə və bir neçə qonşuları mübahisə edən şəxsləri ayırmağa çalışmışlar. Mübahisə təxminən 5 dəqiqə çəkmişdir. Mübahisə zamanı onun əlində bıçaq olmamış, o, heç kimi bıçaqlamamış, kimisə təhqir etməmişdir, deyilənlər şər və böhtandır. Əksinə, mübahisədən təxminən yarım saat-bir saat sonra Emin və ailəsi onların evlərinə hücum çəkmiş, avtomobillərini, soyuducularını sındırmış, Emin onun əlinə və ayağına xəsarət yetirmişdir. Lakin o, ekspertizaya getməkdən imtina etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 31 avqust 2022ci il tarixdə marketdən alış-veriş edib evə gələn zaman oğlu İslam və həyat yoldaşı Aynurə eyvanda dayanıb küçəyə baxmışlar. Evə qalxan zaman qonşuları Zərərçəkmiş şəxs1 və onun qardaşı arvadı Zərərçəkmiş şəxs2 küçədən keçdiyini görmüşdür. Evə daxil olan zaman isə oğlu İslamın həyat yoldaşı Aynurəyə “bu Emin nə deyir belə” dediyini eşitmişdir. Təxminən 5 dəqiqə sonra oğlu İslamın pilləkənlərdən qaça-qaça aşağı düşdüyünü görmüş və dərhal o da oğlunun ardınca aşağı düşmüşdür. X8 anasına niyə nalayiq ifadələr işlətdiyini soruşmuş, Emin isə cavabında “yaxşı eləyirəm” demişdir. Daha sonra o da Emindən təkrarən bunun səbəbini soruşduqda Emin onun üstünə cumaraq cavabında “kişisən gedək qıraqda söhbət edək” demişdir. Bu zaman o, Eminə “uşaqsan, çıx get evinə” demişdir. Mübahisə zamanı o, Eminin ağzından spirtli içki iyinin gəldiyini hiss etmişdir. Eminin ona dediyi sözdən qəzəblənən İslam onun ağız nahiyəsinə bir şillə vurmuş və onun dodağı partlamışdır. Bu zaman Emin onun üstünə cumub ona badalaq vermiş və o, zərbənin təsirindən Eminin üzərinə yıxılmışdır. Emin əlləri ilə onun boynundan tutub saxlamış və buraxmaq istəməmişdir. Həyat yoldaşı, oğlanları - İslam və Vüqar və qonşular onları ayırmağa çalışmışlar. Həmin vaxt Hakimə kənarda dayanmış və onları söymüşdür. Hadisə təxminən 5-6 dəqiqə davam etmiş, daha sonra hər kəs evinə getmişdir. Hadisədən bir müddət sonra Emin, qardaşı və anası Esmira onların evlərinə hücum çəkmiş, onun avtomobilini və evlərindəki soyuducunu sındırmışlar. Bu zaman o, DİN-nin 102 zəng xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bıçaqla xəsarət yetirmə məsələsi də məhz ondan sonra ortaya çıxmışdır. Halbuki dava zamanı Aynurənin əlində bıçaq olmamış, o, heç kimə bıçaqla xəsarət yetirməmişdir. Dava zamanı o özü də heç kimi vurmamış, kiməsə xəsarət yetirməmişdir. O, sadəcə Eminlə oğlu İslamı ayırmağa çalışmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə ifadə verən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Qanuni nümayəndə3 onların qonşusudur və onun Zərərçəkmiş şəxs1 və X7 adında 2 övladı var. İki ailə arasında münasibət həmişə yaxşı olmuşdur. Lakin bir müddət sonra bilmədiyi səbəb və ya səbəblərə görə aralarında soyuqluq yaranmışdır. 31 avqust 2022-ci il tarixdə anası Təqsirləndirilən şəxs1 xalçanı təmizləyən zaman qonşuları Zərərçəkmiş şəxs1 və qardaşının həyat yoldaşı Zərərçəkmiş şəxs2 küçədən keçərkən anasının ünvanına nalayiq sözlər işlətmişdir. O, bunu eşitmiş və anasından həmin təhqiramiz sözləri onun ünvanına işlətdiklərini soruşmuş, anası isə bunu təsdiq etmişdir. Daha sonra o, anasına nalayiq ifadələr işlədən qonşularının geri qayıtmasını gözləmişdir. Saat təxminən 16:00 radələrində Eminin Hakimə ilə geri qayıtdığını görmüşdür. Bu zaman evin pilləkənlərindən dərhal düşərək Eminin qarşısını kəsmiş, ardınca isə atası Təqsirləndirilən şəxs2 aşağı düşmüşdür. O, Emindən dediyi nalayiq ifadəni anasına ünvanladığını soruşmuş, o isə cavabında “hə, ona demişəm” demişdir. Atası da Emindən bunun səbəbini soruşduqda sonuncu cavabında “gəl keç qırağa, başa salacam” demişdir. Bu zaman o, Eminin ağız nahiyəsindən sağ əli ilə bir dəfə şillə vurmuş, nəticədə Eminin dodağı qanamışdır. Emin bunu görüb onun atasının üstünə cumaraq ona badalaq vermiş və atası zərbənin təsirindən Eminin üzərinə yıxılmışdır. Emin onun atasının boynundan bərk tutub sıxmış, o, anası Aynurə və qardaşı Vüqar onları ayırmağa çalışmışlar. Münaqişə zamanı heç kimin əlində bıçaq olmamış, heç kim Eminə bıçaqla xəsarət yetirməmiş, Zərərçəkmiş şəxs2 da heç kim vurmamışdır. Eminin ağzından spirtli içki qoxusu gəlirmiş və çox güman ki, o, hadisədən bir az əvvəl spirtli içki qəbul etmişdir. Hadisə baş verdiyi anda Zərərçəkmiş şəxs2 kənardan durub onlara baxmış və hətta ayırmağa belə çalışmamışdır. Əksinə onun və ailəsinin ünvanına təhqiramiz ifadələr səsləndirmişdir. Hadisə vaxtı Zərərçəkmiş şəxs1 məxsus telefonun necə sındığını da görməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə ifadə verən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs4 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman, yəni 31 avqust 2022-ci il tarixdə, saat təxminən 16:00 radələrində yaşadıqları evin yerləşdiyi məhəllədən aşağıda “türklər məhəlləsi” dedikləri məhəllədə futbol oynayırmış. Qəfildən onlar tərəfdən səs-küy, qışqırıq səslərinin gəldiyini eşidərək dərhal ora qaçmışdır. Gedib ora çatan zaman qonşuları Zərərçəkmiş şəxs1 atası Təqsirləndirilən şəxs2 yerdə boğduğunu görmüşdür. Bu zaman o, anası və qardaşı kimi onları ayırmağa çalışmışdır. Hadisə zamanı o, heç kimi vurmamış, kiminsə telefonunu sındırmamışdır, özünə də heç bir xəsarət dəyməmişdir. Zərərçəkmiş şəxs2 də kiminsə vurduğunu görməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Gözəlova (Abdulova) Hakimə Salik qızı ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə X7 ilə ailə həyatı qurmuşdur. 31 avqust 2022-ci il tarixdə saat 16 radələrində qaynı Zərərçəkmiş şəxs1 və sonuncunun dostu Şahid ilə birlikdə B.B.Məcidov küçəsi ilə “Ahəng" psixoloji mərkəzinə gedirmişlər. B.B.Məcidov küçəsi ev 96 saylı ünvanın qarşısında olduqları vaxt qonşuları Təqsirləndirilən şəxs1 yaşadığı mənzilin eyvanından heç bir səbəb olmadan qaynı Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələrlə söyüşlər söyməyə başlamışdır. Lakin onlar reaksiya verməyərək yollarına davam etmişlər. Onlar “Ahəng” psixologiya mərkəzinə gedən vaxt Eminin dostu Murad onlardan ayrılıb mağazaya getmişdir. Onlar “Ahəng” psixologiya mərkəzindən qayıdarkən Aynurə, onun əri İlqar, oğlanları İslam və Vüqar mənzildən küçəyə çıxaraq onların ikisinin də yolunu kəsmişlər. Onlar aşağı düşən zaman Təqsirləndirilən şəxs1 əlində bıçaq olmuşdur. Aynurə xanım onlara söyməyə başlamış, İslam Quliyev isə Eminin sifətinin sol nahiyəsinə sağ əli ilə bir dəfə şillə vurmuşdur. Emin İslamın üzərinə getmək istəyərkən İlqar Emini yerə yıxmışdır. Emin yerdə olduğu vaxt Təqsirləndirilən şəxs1 Eminin saçından tutaraq başını asfalta çırpmış, oğulları İslam və Vüqar isə dayanmadan Eminin baş nahiyəsini ayaqları ilə təpikləmişlər. Emin həmin vaxt zərbələrin təsirindən huşunu itirmişdir. Sonra Aynurənin sağ əlində olan sapı taxtadan olan mətbəx bıçağı ilə Eminin bel nahiyəsinə bir dəfə sağ tərəfdən, 3 dəfə isə sol tərəfdən zərbələr endirdiyini görmüşdür. O, həmin vaxtı onları ayırmaq istəyərkən onun ayağı Eminlə İlqarın arasında qaldığı üçün yerdən qalxa bilməmiş və ayağını onların arasından çıxartmağa çalışmış, bu zaman İslam dirsəyi ilə onun boyun nahiyəsinə, Vüqar isə təpiklə onun ayaqlarına zərbələr vurmuşdur. Hadisə qurtarana yaxın Eminin dostu Murad oraya gəlib çatmışdır. Sonra Aynurə xanım əlində olan bıçağı qarnında gizlədərək ailə üzvləri ilə birlikdə yuxarı qaçmışdır. Daha sonra onlar yaşadıqları mənzilə getmişlər. Evə çatdıqdan sonra o, qaynanası Qanuni nümayəndə3 və təcili tibbi yardıma zəng etmişdir. Mənzilə təcili tibbi yardım gəlmiş və onlara ilkin yardım etdikdən sonra onları təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışlar. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu bildirmiş və onlara ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə ifadə verən yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 31 avqust 2022-ci il tarixində qardaşının arvadı Hakimə xanım və dostu Şahid ilə evdən çıxıb “Ahəng” psixologiya mərkəzinə gedirmişlər. Yolda qonşuları Təqsirləndirilən şəxs1 yaşadığı mənzilin eyvanından onlara söz atmış, söyüş söymüşdür. O, Aynurə xanımdan dediyi sözləri onlara ünvanladığını soruşmuş, o da cavabında onlara dediyini təsdiqləmişdir. O, “nə isə” deyib çıxıb getmiş, hətta dostu Murad ona bir söz deməsini bildirmiş, o isə ehtiyac olmadığını deyərək yoluna davam etmişdir. O, Hakimə xanımla psixologiya mərkəzindən evə qayıdan zaman təqsirləndirilən şəxslərin dördü də evdən düşərək onların qabağını kəsmişlər. Bu zaman o, Təqsirləndirilən şəxs1 əlində mətbəx bıçağı olduğunu görmüşdür. Həyətə düşdükdən sonra İlqar onunla söhbət etməyə başlamış, Aynurə xanım isə söyüş söymüşdür. Camaat yığıldığı üçün o, İlqara “gedək, qıraqda söhbət edək” demiş və bu zaman İlqarın oğlu Təqsirləndirilən şəxs3 onu vurmuşdur. O, İslama cavab vermək istəyəndə İlqar onu yerə yıxmış və üstünə çıxmış, əlini-qolunu tutmuş, bu zaman İslamla Vüqar da onunla İlqarı ayırmağa çalışan Hakiməni vurmuşlar. O, yerdə olan zaman Aynurə xanım onun saçından tutub başını yerə çırpmış, sonra da İslamla Vüqar onun başına təpiklə vurmuşlar. Bu zaman onun huşu getmiş, huşu getməmişdən əvvəl Təqsirləndirilən şəxs1 sağ tərəfindən onu bir dəfə bıçaqla vurduğunu görmüş, ayılanda isə köynəyinin cırıldığını, üstünün qan olduğunu və təqsirəndirilən şəxslərin qaçıb evlərinə getdiklərini görmüşdür. Ayıldıqdan sonra Zərərçəkmiş şəxs2 onu evə aparmış, daha sonra isə anası Qanuni nümayəndə3, təcili tibbi yardım maşını və polislər gəlmişlər. Təcili tibbi yardım avtomobili onu xəstəxanaya aparmış, müayinə olunduqdan sonra həmin gün evə qayıtmış, təxminən 1-2 gün sonra isə ekspertizadan keçmişdir. Hadisə vaxtı Təqsirləndirilən şəxs1 bıçaqla ona 4 dəfə zərbə vurmuş, o, sağ tərəfdən vurulan ilk zərbəni görmüş, lakin sol tərəfdən vurulan 3 zərbəni isə huşu özündə olmadığı üçün görməmiş, bu barədə ona ayıldıqdan sonra Zərərçəkmiş şəxs2 məlumat vermişdir. Eyni zamanda huşu getməmişdən əvvəl Təqsirləndirilən şəxs4 ona məxsus “Redmi Note 10S” markalı mobil telefonu təpiklə vurduğunu da görmüşdür. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 xx.xx.2022-ci il tarixində saat 18:00 radələrində çəkilmiş görüntülərdə əynində olan köynəkdə qan izlərinin olmamasına dair vəsatətinə cavab olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixində saat 18:00 radələrində təqsirləndirilən şəxslərin yaşadığı mənzilə qardaşı Elmir Abdulovun arxasınca getmiş, həmin vaxt yaraları yeni olduğu üçün ağrıları hiss etməmiş, bıçaqla xəsarət aldıqdan sonra əynindəki qanlı köynəyi evdə dəyişib başqa köynək geyinmiş, təqsirləndirilən şəxslərin mənzilinə gedənə qədər təcili tibbi yardımın çağırıldığını və qardaşını onların mənzilindən düşürdükdən sonra təcili tibbi yardım avtomobili ilə xəstəxanaya getdiyini bildirmişdir. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu bildirmiş və onlara ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, təxminən 4 ilə yaxındır ki, Zərərçəkmiş şəxs1 və onun ailəsini tanıyır. Zərərçəkmiş şəxs1 ilə dost münasibətindədir. Zərərçəkmiş şəxs1 ilə demək olar ki, hər gün görüşür. 31 avqust 2022-ci il tarixdə Murad Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 4 ünvana getmişdir. Daha sonra o, Emin, qardaşının arvadı Zərərçəkmiş şəxs2 və sonuncunun qızı Xədicə ilə birlikdə “Ahəng” psixologiya mərkəzinə tərəf getməyə başlamışlar. Onlar küçə ilə gedərkən əvvəllər tanımadığı adı sonradan ona məlum olan Aynurə adlı xanım Eminin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman onun qulağında qulaqcıq olduğu üçün xanımın nə dediyini tam olaraq eşitməmiş və Emindən həmin xanımın nə dediyini soruşduqda Emin ona “fikir vermə, yolumuza davam edək” deyə bildirmişdir. Onlar “Ahəng” psixologiya mərkəzinə tərəf yenidən hərəkət etməyə başlamışlar. O, həmin mərkəzdən Emingildən təxminən 5 dəqiqə əvvəl çıxaraq siqaret almaq üçün Eminin yaşadığı mənzilin yaxınlığındakı marketə getmişdir. Marketdən çıxaraq aşağı doğru hərəkət edən zaman səs-küy olduğunu eşitmişdir. Nə baş verdiyini aydınlaşdırmaq üçün səsə tərəf getmiş, oraya çatan zaman Zərərçəkmiş şəxs1 yerdə huşsuz vəziyyətdə olduğunu, Təqsirləndirilən şəxs2 onun üstündə olduğunu və Aynurə xanımın əlindəki bıçaqla Eminin bel nahiyəsinə bir dəfə zərbə endirdiyini görmüşdür. Həmin vaxt Hakimə xanım qışqıraraq “Emini öldürdülər, Emin öldü” demişdir. Aynurə Emini bıçaqladıqdan sonra bıçağı qarın nahiyəsində gizlədərək yuxarı qaçmışdır. O, Hakimə xanımla birlikdə kömək edərək Emini yaşadığı mənzilə aparmışdır. Həmin vaxt Eminin köynəyi qan idi. Daha sonra olanlarla bağlı məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanmışdır (İ cild, i.v.1); - “Cinayət işi üzrə cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə istintaq edilən cinayət işi üzrə cinayət əməli həmin Məcəllənin 221.2.1 və 221.3-cü maddələrinə tövsif edilmişdir (İ cild, i.v.147); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.172-173); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v.24-25); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v.75-76); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs4 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v.124-125); - “Hadisə yerinin müayinə olunması haqqında" protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 5 ünvanın qarşısıdır (İ cild, i.v.11-13); - “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsi yerində yoxlanılarkən o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (İİ cild, i.v.141); - “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsi yerində yoxlanılarkən o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (İİ cild, i.v.142); - “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X3 təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsi yerində yoxlanılarkən o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (İİ cild, i.v.143-144); - “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X4 təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsi yerində yoxlanılarkən o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (İİ cild, i.v.145-146); - “Üzləşdirmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 ilə olan üzləşməsində də təsdiq etmişdir (İ cild, i.v.108-110); - “Üzləşdirmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs4 ilə olan üzləşməsində də təsdiq etmişdir (İ cild, i.v.111-113); - “Üzləşdirmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiklərini yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 ilə olan üzləşməsində də təsdiq etmişdir (İ cild, i.v.117-119); - “Üzləşdirmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs1 ilə olan üzləşməsində də təsdiq etmişdir (İ cild, i.v.98-100); - “Üzləşdirmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs2 ilə olan üzləşməsində də təsdiq etmişdir (İ cild, i.v.101-103); - “Üzləşdirmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs1 ilə olan üzləşməsində də təsdiq etmişdir (İ cild, i.v.114-116); - “Üzləşdirmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs1 ilə olan üzləşməsində də təsdiq etmişdir (İ cild, i.v.127-129); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X9 xx.xx.2022-ci il tarixli, 1150 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər - döş qəfəsinin arxa səthinin sağ yarısının 1 (bir) ədəd, döş qəfəsinin arxa səthinin sol yarısının 2 (iki) ədəd, bel nahiyəsinin sol yarısının 1 (bir) ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin (alətlərin), qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan başın sol gicgah nahiyəsinin iri ölçülü dərialtı hematoması, sol qulaqaltı-çeynəmə və sol yanaq nahiyələrinin qançır-şişkinlik halında əzilməsi və sol yanağın selikli qişasının əzilmiş-cırılmış yarası, sağ gicgah nahiyəsinin, sağ ayağın İ barmağının qançırları, sağ ayağın sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin arxa səthinin sağ yarısının 1 (bir) ədəd, sol yarısının 2 (iki) ədəd, bel nahiyəsinin sol yarısının 1 (bir) ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan başın sol gicgah nahiyəsinin iri ölçülü dərialtı hematoması, sol qulaqaltı-çeynəmə və sol yanaq nahiyələrinin qançır-şişkinlik halında əzilməsi və sol yanağın selikıi qişasının əzilmişcırılmış yarası ümumilikdə və ayrı-ayırılqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər; sağ gicgah nahiyəsinin, sağ ayağın İ barmağının qançırları, sağ ayağın sıyrıqları həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində qeyd olunan və zərərçəkən şəxsin göstərdiyi şəraitlərdə, yəni deşilmiş-kəsilmiş yaralar deşici-kəsici alətin (alətlərin), ola bilsin ki, bıçağın tiyəsinin deşici- kəsici təsirindən, digər xəsarətlər insan bədəninin hissələri (əl, ayaq və s.) ilə endirilmiş zərbələrin təsirindən əmələ gələ bilərdilər (İ cild, i.v.37-39); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X9 xx.xx.2022-ci il tarixli, 1151 №-li rəyindən görünür ki, H.S.Gözəlovanın bədən səthində aşkar olunmuş xəsarətlər - hər iki bazunun, sağ saidin, bel nahiyəsinin, sağ baldırın qançırları, sol saidin, sağ əlin İİİ barmağının, sol aşıq-baldır oynağı nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığla zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. H.S.Gözəlovanın bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində qeyd olunan və zərərçəkən şəxsin göstərdiyi şəraitdə, yəni insan bədəninin hissələri (əl, ayaq və və s.) ilə endirilmiş təsirindən əmələ gələ bilərdilər (İ cild, i.v.41-42); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X9 məhkəmə-tibbi kriminalistika ekspertizasının xx.xx.2022-ci il tarixli 508-MTKŞ/2022 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynəyin arxa səthində üç ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələrin forma, xarakteri və morfoloji əlamətlərinə görə demək olar ki, bu zədələr deşilmiş-kəsilmiş zədələr olub, küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynəyin ön hissəsində iki ədəd cırılma zədəsi aşkar olundu. Bu cırılmalar küt yaranma mexanizminə malikdir, ola bilsin, köynəyin müvafiq nahiyəsinin hər hansı bir predmetə ilişib dartılması nəticəsində əmələ gələ bilər. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər-döş qəfəsinin arxa səthinin sağ yarısının 1 (bir) ədəd, döş qəfəsinin arxa səthinin sol yarısının 2 (iki) ədəd yara, ekspertizaya təqdim edilmiş köynəyin arxa səthində üç ədəd dəlib-keçən zədələr ilə nisbi uyğun gəlir. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarət-bel nahiyəsinin sol yarısının 1 (bir) ədəd daxilə nüfuz etməyən deşilmişkəsilmiş yarası köynəkdə öz əksini tapmamışdır. Bu da köynəyin yerdəyişməsi ilə əlaqədar ola bilər (İ cild, i.v.104-107); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X9 məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 629/2022-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 AB0 sistemi üzrə qan qrupu: B-/İİİ/. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs1 məxsus kofta üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrupu AB sistemi üzrə təyin edildikdə yalnız B antigeni alındı. Bu qan ləkələri AB- sistemi üzrə B-(lll) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 məxsus ola bilər (İ cild, i.v.123-126); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/7017 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd istifadə olunmuş “X14 10S" markalı, “M2101K7BG" model telefonun zədələnməmişdən əvvəl, normal vəziyyətdə olması və satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 270,00 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İ cild, i.v.130-132); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 əynində olan üzərində qan ləkələri və kəsilmiş qısa qol ağ rəngli köynək maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsinə verilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd istifadə olunmuş “X14 10S" markalı, “M2101K7BG" model telefon maddi sübut kimi tanınmış və hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təhvil verilmişdir (İİ cild, i.v.167-183); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir (İ cild, i.v.142); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir (İ cild, i.v.141); “Azemis” informasiya sistemindən əldə olunmuş məlumata görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2007-ci il, xx.xx.2008-ci il və xx.xx.2020-ci il təvəllüdlü 3 yetkinlik yaşına çatmayan övladı vardır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə təqdim etdikləri CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskdə olan 1-ci fayldakı görüntüdə xx.xx.2022-ci il tarixdə saat 18:08-də zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qardaşı X7 əlində olan taxta parçası ilə əvvəlcə təqsirləndirilən şəxslərin evlərinin qarşısında dayanmış qara rəngli avtomobilin şüşəsini sındırır, daha sonra pilləkənlərlə təqsirləndirilən şəxslərin yaşadıqları evə qalxır. Onun arxasınca isə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və sonuncunun anası Qanuni nümayəndə3 gedir. Diskdə olan 2-ci fayldakı görüntüdə isə onlar evi tərk edirlər. Zərərçəkmiş şəxs1 əynində ağ köynək olması və səndələməsi görünür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə, həmin Məcəllənin 221.2.1-ci maddəsi bir qrup şəxs tərəfindən və ya təkrar törədilməsinə görə, həmin Məcəllənin 221.3-cü maddəsi bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda məsuliyyət yaradır. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür (2-ci bənd); Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilir ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərər çəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac qalmır (4-cü bənd); xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasdır (8-ci bənd); xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavod və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə, silah olmayan lakin, silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür (9-cu bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məhkəmə istintaqı zamanı onlara elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməmələri ilə bağlı verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onların bu məzmunda ifadə vermələri cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxslərin bu ifadələti iş materialları, zərər çəkmiş şəxslərin və şahidin ifadələri, həmçinin, ekspert rəyləri və digər sübutlarla təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla belə məhkəmə qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-9/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 88-ci maddəsinə əsasən barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilmiş və cinayət işi üzrə icraata xitam verilmiş, Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəllənin 88.2.2 və 88.2.4-cü maddələrinə əsasən müvafiq dövlət orqanının nəzarətinə vermək və asudə vaxtı məhdudlaşdırılmaqla davranışı ilə bağlı xüsusi tələblərin müəyyən edilməsi növündə tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilmiş, Azərbaycan Respublikası CM-nin 87.2-ci maddəsinə əsasən müvafiq dövlət orqanının üzərinə Təqsirləndirilən şəxs3 tərbiyəvi təsir göstərmək və onun davranışına nəzarət etmək; Təqsirləndirilən şəxs3 icbari orta təhsilini davam etdirməsinə nəzarət etmək; onun qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqları tam təmin edilməklə asudə vaxtı məhdudlaşdırılmaqla təhsili, tərbiyəsi, fiziki və əqli inkişafına müsbət təsir göstərə biləcək istiqamətlər üzrə X2 işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən müəyyən edilmiş könüllü fəaliyyətdə, sosial, ictimai faydalı işlərin görülməsi və s. kimi layihələrə cəlb edilməsinə köməklik göstərilməsi vəzifələri qoyulmuş, tərbiyəvi xarakterli məcburi tədbirlərin icrası Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı Aparatında fəaliyyət göstərən X2 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya həvalə edilmiş, Təqsirləndirilən şəxs3 barəsində tətbiq edilmiş tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiqi müddəti 1 (bir) il müəyyən edilmiş, müddətin əvvəli qərar qanuni qüvvəyə mindikdən sonra hesablanmış, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-9/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 88-ci maddəsinə əsasən barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilmiş və cinayət işi üzrə icraata xitam verilmiş, Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəllənin 88.2.2 və 88.2.4-cü maddələrinə əsasən müvafiq dövlət orqanının nəzarətinə vermək və asudə vaxtı məhdudlaşdırılmaqla davranışı ilə bağlı xüsusi tələblərin müəyyən edilməsi növündə tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilmiş, Azərbaycan Respublikası CM-nin 87.2ci maddəsinə əsasən müvafiq dövlət orqanının üzərinə Təqsirləndirilən şəxs4 tərbiyəvi təsir göstərmək və onun davranışına nəzarət etmək; Təqsirləndirilən şəxs4 icbari orta təhsilini davam etdirməsinə nəzarət etmək; onun qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqları tam təmin edilməklə asudə vaxtı məhdudlaşdırılmaqla təhsili, tərbiyəsi, fiziki və əqli inkişafına müsbət təsir göstərə biləcək istiqamətlər üzrə X2 işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən müəyyən edilmiş könüllü fəaliyyətdə, sosial, ictimai faydalı işlərin görülməsi və s. kimi layihələrə cəlb edilməsinə köməklik göstərilməsi vəzifələri qoyulmuş, tərbiyəvi xarakterli məcburi tədbirlərin icrası Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı Aparatında fəaliyyət göstərən X2 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya həvalə edilmiş, Təqsirləndirilən şəxs4 barəsində tətbiq edilmiş tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiqi müddəti 1 (bir) il müəyyən edilmiş, müddətin əvvəli qərar qanuni qüvvəyə mindikdən sonra hesablanmış, Təqsirləndirilən şəxs4 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsini və himayəsində üç yetkinlik yaşına çatmayan övladının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Lakin, məhkəmə Təqsirləndirilən şəxs1 şəxsiyyətini tədqiq edərək, habelə işin mühüm və diqqətəlayiq hallarını, ilk dəfə cinayət törətməsini və himayəsində üç yetkinlik yaşına çatmayan övladının olmasını təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alaraq, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkilməsinin məqsədə müvafiq olmamasını və onun cəza çəkmədən islah oluna biləcəyini mümkün sayaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunmasını əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 25-ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən əlavə cəzalar isə real icra olunduğundan hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə şərti məhkum etmə dövründə Bakı şəhəri Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifələri qoyulmalı və üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Təqsirləndirilən şəxs1 təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini və himayəsində üç yetkinlik yaşına çatmayan övladının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, ilk dəfə cinayət törətməsini və himayəsində üç yetkinlik yaşına çatmayan övladının olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus üzərində qan ləkələri və kəsilmiş qısa qol ağ rəngli köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi 04 saata görə 24 (iyirmi dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 76 saata görə 456 (dörd yüz əlli altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə şərti məhkum etmə dövründə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifələri qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd istifadə olunmuş “X14 10S" markalı, “M2101K7BG" model telefonun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 geri qaytarılması nəzərə alınsın. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus üzərində qan ləkələri olan və kəsilmiş qısa qol ağ rəngli köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi 04 saata görə 24 (iyirmi dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 76 saata görə 456 (dörd yüz əlli altı) Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-9/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-9/2024
02.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver