Məhkəmə qərarları › İş №1(006)-9/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-9/2025

01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-9/2025 01.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 15:00 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Universal” Vəkil Bürosunun vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1990-cı ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Soltanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 25 may 2023-cü il tarixdə saat 01:12-də “Massi" MMC-nə məxsus yol vərəqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “BMW 528i” markalı **- PU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küçəsi ilə “Beş mərtəbə” adlanan ərazi istiqamətində 30-40 km/saat sürətlə hərəkət edib Səməd Vurğun küçəsi ilə kəsişməyə daxil olaraq düzünə hərəkətini davam etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyərək onunla əks istiqamətdə hərəkət etməklə Fizuli və S.Vurğun küçələrinin kəsişməsinə daxil olub sağa dönmə əməliyyatı aparan “Tufan M50” markalı mopedlə toqquşması nəticəsində ehtiyatsızlıqdan mopedin sürücüsü Zərərçəkmiş şəxs sağ qamış sümüyü cisminin açıq, yerdəyişmiş sınığı, alının, sağ almacıq nahiyəsinin, sağ dirsək oynağı nahiyəsinin, sağ saidin, hər iki əlin, sağ əlin V barmağının, sol əlin V barmağının, sol qasıq nahiyəsinin, sol diz oynağı nahiyəsinin, sol badırın sıyrıqları, sağ dirsək oynağı nahiyəsinin, sol ayağın İ barmağının qançırlarından ibarət dərəcəsinə görə ümümilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittihamla təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o, 25 may 2023-cü il tarixdə təxminən saat 01:10 radələrində "xxxx" MMC-yə məxsus yol vərəqəsi əsasında idarə etdiyi “BMW 528İ” markalı 77- PU-536 dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi ilə “Mərkəzi Bank” istiqamətindən “5 Mərtəbə dairəsi” adlanan ərazi istiqamətinə dörd zolaqlı yolun sağdan ikinci zolağı ilə işıqforun yaşıl işığının yanıb sönən anında təxminən saatda 30-40 km surətlə hərəkət edərək Səməd Vurğun küçəsi ilə kəsişmədə yol ayrıcına daxil olmuşdur. Bu zaman Fizuli küçəsi ilə əks istiqamətdən hərəkət edərək S.Vurğun küçəsinə dönmə əməliyyatı edən Zərərçəkmiş şəxs idarə etdiyi “Tufan M50” markalı mopedlə onun avtomobilinin ön hissəsi toqquşmuşdur. Baş vermiş hadisə zamanı mopedin sürücüsü müvazinətini itirərək yerə yıxılmışdır. O, avtomobildən düşüb mopedin sürücüsünə yaxınlaşıb köməklik edərək təcili tibbi yardım çağırmış, hadisə yerinə gəlmiş həkimlər Zərərçəkmiş şəxs xəstəxanaya aparmışlar. O, qarşıdan əks istiqamətə hərəkətdə olan mopedi görən zaman aralarında təxminən 2-3 metr məsafə olmuş, moped yolun sağ tərəfindən qəflətən onun hərəkətdə olduğu zolağa keçmiş, moped təxminən 20-30 km/saat sürətlə hərəkət etmişdir. İfadəsinin sonunda özünü təqsirli hesab etmədiyi üçün barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o işıqforun yaşıl işığından keçmək istəyərkən moped qarşısına çıxmışdır. Moped onun qarşısına keçərkən dönmə işığını yandırmamışdır. O 30-40 km/saat sürətlə hərəkət edərkən işıqforun yaşıl işğının yanıb söndüyünü görüb sürəti artırmışdır. Onun hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. O işıqforun yaşıl işığından keçərkən ilkin olaraq mopedi görməmişdir. O Zərərçəkmiş şəxs xəstəxanaya apararkən sonuncu günahın məhz özündə olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımış, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O, may ayının əvvəllərində özünə 49 sm3 mühərrikli “Tufan M50” markalı moped almış və həmin mopedlə “Puşkin” restoranında kuryer işləmişdir. 25 may 2023-cü il tarixdə saat təxminən 01:10 radələrində idarə etdiyi “Tufan M50” markalı mopedlə Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi ilə “Beş Mərtəbə dairəsi” adlanan istiqamətindən üzü H.Əliyev adına sarayı istiqamətinə dörd zolaqlı yolun soldan birinci zolağı ilə hərəkətin əks istiqəməti ilə yəni, qadağan olunmuş istiqamətə hərəkət etmiş, hərəkət sürəti təxminən 20-30 km/saat olmuşdur. Səməd Vurğun küçəsi ilə kəsişməyə çatdıqda sağa doğru manevr edib H.Əliyev adına sarayın arxa küçəsinə dönmək istəyən zaman “Mərkəzi Bank” istiqamətindən Fizuli küçəsi ilə soldan ikinci zolaqda hərəkət edən Təqsirləndirilən şəxs idarə etdiyi “BMW 528İ” markalı **-PU-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı bədən xəsarəti almış, hadisə yerinə təcili tibbi yardım çağırılmış və xəstəxanaya aparılmışdır. İfadəsinin sonunda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmədiyinə görə şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun mopedi yolun qadağan olunmuş hissəsində hərəkət etdirməsinə səbəb yaxınlıqda olan obyektə tez çatmaq istəyi olmuşdur. O mopedi plastmasların arasından keçirmək istəmişdir. Hadisə vaxtı işıqfora baxıb-baxmadığını xatırlamır. Hadisə vaxtı ilkin olaraq yolda heç bir avtomobil olmadığını düşünmüşdür. Hadisə vaxtı son olaraq işıqforun sarı işığını gördükdən sonra yalnız xəstəxanada olmasını xatırlayır. İş materiallarında olan “Təqdim edilmiş diskə baxış keçirilməsi haqqında” 15 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyi X1 Xidmətindən daxil olmuş məktuba əlavə edilən bir ədəd diskdə beş ədəd videofayl vardır. Videofayllar açıldıqda müəyyən olunmuşdur ki, həmin videofayllarda Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində və həmin kəsişməyə yaxın küçələrdə quraşdırılmış təhlükəsizlik şəhər kameralarında olan görüntülər əks olunmuşdur, görüntülər 25 may 2023-cü il tarixdə saat 01 radələri olan müddəti əhatə edir. Videogörüntülərə baxış zamanı müəyyən olunmuşdur ki, 25 may 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində qara rəngli avtomobil Fizuli küçəsi ilə hərəkətdə olan zaman mopedlə toqquşur və mopedi bir neçə metr qarşıya doğru sürüyüb aparır, sonra sürücü avtomobil sağa çəkərək avtomobildən bir nəfər şəxs düşür və toqquşduğu mopedə tərəf yaxınlaşır, həmin vaxt orada kənar şəxslər də toplaşır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, qara rəngli avtomobil onun idarə etdiyi «BMVV 528i» markalı avtomobildir, avtomobili həmin vaxt o, özü idarə etmiş və toqquşduğu mopedin sürücüsü Zərərçəkmiş şəxsdur. (i/v 66). Məhkəmə baxışı zamanı da yol-nəqliyyat hadisəsinin videogörüntüsünü özündə əks etdirən diskə baxış keçirilmiş və “Təqdim edilmiş diskə baxış keçirilməsi haqqında” 15 oktyabr 2023-cü il tarixli protokolda göstərilənlər öz əksini tapmışdır. İş materiallarında olan DİN Baş X5i İdarəsinin rəis müavini Kamran Əliyev tərəfindən Nəsimi rayon Polis İdarəsinə ünvanlanmış 23 oktyabr 2023-cü il tarixli, 3-13-16/2- 144889/2023 saylı məktubun surətindən görünür ki, Baş X5i İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə (xx.xx.2028-ci il tarixədək etibarlı olan) AC 548201 nömrəli "BC" kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. (i/v 69). İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X2» X3 məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 702 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ qamış sümüyü cisminin açıq, yerdəyişmiş sınığı, alının, sağ almacıq nahiyəsinin, sağ dirsək oynağı nahiyəsinin, sağ saidin, hər iki əlin, sağ əlin V barmağının, sol əlin V barmağının, sol qasıq nahiyəsinin, sol diz oynağı nahiyəsinin, sol baldırın sıyrıqları sağ dirsək oynağı nahiyəsinin, sol ayağın İ barmağının qançırları bərk küt əşya (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardımüçün X4 PHŞ-nə müraciət etdiyi tarixdən bir qədər əvvəl, yəni qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. (i/v 37-38). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/1618 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “BMW 528” markalı 77-PU 536 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i/v 40-42). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/2613 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “BMW 528” markalı 77-PU 536 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Tufan M50” markalı mopedin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 66-cı maddəsinin 1-ci hissəsi (5.5 “birtrəfli yol” nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i/v 51-54). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i/v 68). İş materiallarında olan 30 dekabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, "xxxx" MMC-yə məxsus “BMW 528İ” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Tufan M50” markalı moped iş üzrə maddi sübut kimi tanınmış və avtomobilin Təqsirləndirilən şəxs, mopedin isə Zərərçəkmiş şəxs saxlanılması üçün qaytarılması nəzərə alınmışdır. (i/v 116-125). İş materiallarında olan “Qətimkan tədbiri seçmək haqqında” 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməsi qərara alınmışdır (i/v 105). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 4/599 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 1 ədəd “Verbatin” markalı diskə yazılmış “TŞ3-013 1-2023-05- 25_01h12min00s000ms” adlı videoyazıya görə “Tufan M50” markalı moped sağa dönmə əməliyyatına başlayandan “BMW 528İ” markalı avtomobillə toqquşma anına kimi t = 1,88 saat vaxt keçmişdir. Tədqiqata təqdim olunmuş 1 ədəd “Verbatin” markalı diskə yazılmış “TŞ3-013 1-2023-05-25_01h12min00s000ms” adlı videoyazıya görə “BMW 528İ” markalı avtomobil bərabərsürətli hərəkətdə olduğu və şəkil 3 və şəkil 4-də göstərilən S=7 m məsafəni t=0,36 san müddətində qət etmişdir və bu zaman avtomobilin orta sürəti v=70 km/saat olmuşdur. “BMW 528İ” markalı avtomobil yavaşıyansürətli hərəkətdə olduğu və şəkil 5 və şəkil 6-da göstərilən S=17,1 məsafəni t=1,44 san müddətində qət etmişdir və bu zaman avtomobilin orta sürəti v=57 km/saat olmuşdur. “BMW 528İ” markalı avtomobil hərəkətdə olduğu və şəkil 7-də göstərilən S=24,1 məsafəni t=1,44 san müddətində qət etmişdir və bu zaman avtomobilin orta sürəti v=60 km/saat olmuşdur. tədqiqata təqdim olunmuş videoyazılara görə “Tufan M50” markalı mopedin sağa dönmə əməliyyatı apardığı anda “BMW 528İ” markalı avtomobilin toqquşma yerindən hansı məsafədə olmasını hər iki vizual hadisəni (“Tufan M50” markalı mopedin sağa dönmə əməliyyatı apardığı və həmin anda “BMW 528İ” markalı avtomobilin göründüyü) özündə əks etdirən kadrların əks olunduğu eyni videoyazının olmaması səbəbindən müəyyən etmək mümkün olmamışdır. (i/v 189-194). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2025-ci il tarixli, 8/2767 saylı rəyindən görünür ki, "BMW 528" markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tədqiq olunan şəraitdə hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Tufan M50” markalı mopedin sürücüsü Zərərçəkmiş şəxs tədqiq olunan şəraitdə hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 66-cı maddəsinin 1-ci hissəsi (5.5 “birtrəfli yol” nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i/v 215- 218). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayət əməlini törətməsi özü tərəfindən inkar edilsə də, zərərçəkmiş şəxsin ifadəsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “BMW 528İ” markalı avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürətlə hərəkət etdirməsi şəraitində təhlükə yaranan anda tormozlama əməliyyatı aparmaqla idarə etdiyi “BMW 528İ” markalı avtomobili toqquşma yerinə çatmadan dayandırmağa texniki imkanı olmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 42-ci maddəsinin 13-cü hissəsinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. CPM-nin 106.6-cı maddəsində, CM-nin isə 59.1.9cu maddəsində zərər çəkmiş şəxsin hüquqi varisinin şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulmamasını nəzərə alaraq hətta belə barışıq əldə edildikdə bu hal təqsirləndirilən şəxsə cəza təyini zamanı onun barəsində CM-nin 60-cı maddəsinin tətbiqi üçün əsas ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin təqsirinin mövcudluğunu, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında təqsirləndirilən şəxsə əsas cəza kimi azadlığın məhdudlaşdırılması cəzası həmin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. Məhkəmə, həmçinin cinayətin avtomaşınla, yol hərəkəti qaydalarının laqeydlik motivi ilə pozulması nəticəsində törədildiyini, təqsirləndirilən şəxsin şəxsiyyətini və təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətə görə məsuliyyət müəyyən edən hüquq normasında, yəni Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı, hökmün icrası öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə həvalə edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 491 (dörd yüz doxsan bir) manat ekspertiza xərci tutulub dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-yə məxsus “BMW 528 i” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış “Tufan M50” markalı mopedin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Universal” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-133/2024 saylı xx.xx.2024-cü il tarixli qərara əsasən 30 yanvar 2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Universal” Vəkil Bürosunun hesabına 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası öz səlahiyyətləri daxilində Bakı şəhər Probasiya İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 491 (dörd yüz doxsan bir) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-yə məxsus “BMW 528İ” markalı **- PU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış “Tufan M50” markalı mopedin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Universal” Vəkil Bürosunun hesabına 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar