Məhkəmə qərarları › İş №1(006)-91/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-91/2025

08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-91/2025 08.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,410 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, idarə etdiyi “Toyota Prıus” markalı **- GL-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 03 may 2024-cü il tarixdə saat 22:00-da ünvan 4 ünvanının qarşısında saxlanılaraq ünvan 5 yerləşən Nərimanov Rayon Polis İdarəsinin inzibati binasının həyətinə aparılmış və orada idarə etdiyi "Toyota Prıus” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin qoltuq altı hissəsindən satış məqsədilə qanunsuz olaraq əldə etdiyi 01 bükümdə təmiz çəkisi 0,410 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin və psixotrop maddələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı üzərində psixotrop maddə metamfetamin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə edib saxlamaqla daşıması sübuta yetirilməsə də, onun tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşıma cinayətinin törədilməsi təsdiq olunmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, etibarnamə əsasında idarə etdiyi “Toyota Prius" markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Həmin avtomobili Orxan adlı tanışı ilə şərikli sürur. O, təxminən bir il yarımdır ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. 03 may 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Sovetski adlanan yerdən şəxsi istifadəsi üçün 20 manat pul müqabilində 01 ədəd bükümdə 0,3 qram çəkidə psixotrop maddə metamfetamin almış, bir hissəsini istifadə etdikdən sonra qalanını idarə etdiyi “Toyota Prius” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qoltuq altı hissəsinə qoymuşdur ki, lazım olan zaman istifadə etsin. Həmin gün axşam radələrində Orxan ona telefonda yazaraq görüşməyi təklif etmiş və onu Nərimanov rayonu ərazisinə çağırmış, o isə tıxac olduğunu bildirərək ona “Şamaxinka” adlanan əraziyə gəlməsini bildirmişdir. Bir müddət sonra Orxan ona həmin əraziyə gəlib çatdığını bildirmiş və bu zaman polis əməkdaşları yaxınlaşaraq onu Nərimanov Rayon Polis İdarəsinə dəvət etmişlər. Həmin vaxt yanında Şahid1 adlı tanışı da olmuş və polis əməkdaşları Daşqını da onunla birlikdə Nərimanov RPİ-nə aparmışlar. Polis idarəsində onlara narkotik vasitələrin dövriyyəsində şübhəli olduqları və üzərlərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Daşdın Babayevlə birlikdə üzərlərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsi bildirilmişdir. O da əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən üzərində ***-***- **-** saylı mobil nömrə olan 01 ədəd "Samsung A14" markalı mobil telefonu və sol yan cibindən idarə etdiyi avtomobilin açarını çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən başqa heç bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Bundan sonra Şahid1 üzərinə şəxsi axtarışı keçirilmiş və axtarış zamanı Daşqına üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsini bildirmişlər. Daşqın da əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd göy rəngli "Sobrani'’ markalı siqaret qutusunu, sol yan cibindən "Honor S8“ markalı mobil telefonu və 1 ədəd 50 manat pul əskinasını çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Şahid1 təqdim etdiyi "Sobrani" markalı siqaret qutusuna baxış keçirilən zaman içərisindən 11 ədəd siqaret dənəsi və 01 ədəd qəbz kağızına bükülmüş bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Bundan sonra onun idarə etdiyi "Toyota Prius” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobildə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin ön hissəsində olan qoltuq altının içərisindən 01 ədəd bükümdə psixotrop maddə metamfetmin və 01 ədəd elektron tərəzi aşkar olundu. Həmin psixotrop maddə ona məxsus olsa da, elektron tərəzi onun olmamışdır. Belə ki, avtomobili Orxanla şərikli idarə etmiş və həmin tərəzi Orxana məxsus olmuşdur. Bundan sonra aşkar olunmuş maddə və elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri o və iştirakçılar tərəfindən imzalanmışdır. O, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, həmişə özü qəbul etmək üçün almışdır. Həmçinin aldığı psixotrop maddənin miqdarı 0,3 qram olmuş, üzərindən az miqdarda istifadə etmiş və qalan maddənin çəkisi polis əməkdaşları tərəfindən tərəzidə çəkildikdə çəkisinin 0,27 qram olması məlum olmuşdur. Lakin ittiham aktında avtomobildən aşkar olunan maddənin miqdarının 0,410 qram olduğu qeyd edilmişdir. Özünü Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilmir. Bu səbəbdən də məhkəmədən ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi tətbiq edilməklə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-cı PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru X3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri ərazisində «Anar» və «Daşqın» adlı şəxslərin mütəmadi olaraq qanunsuz narkotik vasitələri əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması barədə Nərimanov rayon Polis idarəsinin NMB-nə daxıl olmuş əməliyyat məlumatını yoxlamaq və «Anar» və «Daşqın» adlı şəxsləri cinayət başında ifşa etmək məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində əməliyyat tədbirləri keçirilməsi üçün Bakı şəhər BPİ-nin rəhbərliynə məruzə olunduqdan sonra 03 may 2024-cü il tarixdə ondan, Nərimanov RPİ-nin NMB-nin rəisi, polispolkovnik-leytenantı Şahid2 və Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 22:00 radələrində ünvan 4 ünvanının qarşısında zahiri əlamətlərinə uyğun «Anar» və «Daşqın» adlı şəxslərə yaxınlaşıb özlərini təqdim etmiş və anket məlumatları barədə sual verilmişdir. Həmin şəxslər özlərini Şahid1 və Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə dəvət etmişlər. Həmin vaxtı Şahid1 və Təqsirləndirilən şəxs razılaşaraq birlikdə Polis İdarəsinə gəlmiş və idarənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə ilk Təqsirləndirilən şəxs və Şahid1 üstünə şəxsi axtarış aparılması bildirilmişdir. Şəxsi axtarışa aparılmazdan əvvəl Təqsirləndirilən şəxs və Şahid1 hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyriqanuni və ya qanuni nə varsa, təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən üzərində ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd "Samsung A14" markalı mobil telefonu və həmin şalvarın sol yan cibindən avtomobil açarını çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı üzərində başqə heç bir əşya və qeyri qanuni maddə aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs 3 ildir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini, təqdim etdiyi avtomobil açarının idarə etdiyi “Toyota Prius” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarı olduğunu, avtomobilin qoltuq altı hissəsində psixotrop maddə metamfetamin və elektron tərəzi saxladığını, həmin maddəni təqdim edə biləcəyini, avtomobilə baxış keçirilməsinə etirazının olmadığını, xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində ünvan 4 ünvanının qarşısında tanışı Şahid1 ilə birlikdə idarə etdiyi "Toyota Prius" markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nə gətirildiyini, saxlanılan zaman onlara qarşı heç bir zor tətbiq olunmadığını bildirmişdir. Bundan sonra Şahid1 təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa, təqdim etsin. Şahid1 əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd göy rəngli içərisində siqaret dənələri olan "Sobrani" markalı siqaret qutusunu, sol yan cibindən üzərində ***-***-**-** saylı mobil nömrə olan "Honor S8” markalı mobil telefonu və 1 ədəd 50 manat pul əskinasını çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Şahid1 təqdim etdiyi "Sobrani" markalı siqaret qutusuna baxış keçirilən zaman içərisindən 11 ədəd siqaret dənəsi və 01 ədəd qəbz kağızına bükülmüş bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Şahid1 qeyd olunan psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Sovetski adlanan yerdə tanımadığı şəxsdən 10 manata şəxsi istifadə məqsədi ilə əldə etdiyini, 05 aydır ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini, xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində ünvan 4 ünvanının qarşısında tanışı Təqsirləndirilən şəxs ilə birlikdə "Toyota Prius" markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nə gətirildiyini, saxlanılan zaman onlara qarşı heç bir zor tətbiq olunmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Şahid1 üzərindən aşkar olunmuş 50 manat pul sübut əhəmiyyəti kəsb etmədiyindən özünə qaytarılmış, “Honor S8” markalı mobil telefon və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung A14” markalı mobil telefonlar sübut əhəmiyyəti kəsb etdiyindən Şahid1 və Təqsirləndirilən şəxs izah edilməklə götürülmüş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi "Toyota Prius" markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobildə baxış keçirilmişdir. Baxış və götürmə aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs ola biləcək qanunsuz əşyaları öz razılığı ilə göstərməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs bundan sonra avtomobilin qabaq sağ yan qapısını açaraq qoltuq altı hissəsindən 01 ədəd elektron tərəzini və 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümü təqdim etmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilən zaman içərisində ağ rəngli kristallik şəkilli, spesifik qoxuya malik psıxotrop maddə metamfetmınə bənzər maddə olması aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin psıxotrop maddə metamfetamın olmasını, idarəyə gətirilən zaman avtomobili özü idarə etdiyini, aşkar edilmiş elektron tərəzini narkotik vasitələrin çəkisini müəyyən etmək üçün istifadə etdiyini bildirmişdir. Sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş və qeyri-qanuni heç bir maddə və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş büküm və tərəzi təhqiqatçı tərəfindən zərfdə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin NMB-nin rəisi, polis polkovnik-leytenantı Şahid2 və Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 şahid X3 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən 5 aydır ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmiş, narkotik vasitəni istifadə etməyə başlayanda Bakı şəhəri, Yasamal rayonu, Sovetski adlanan ərazidə adını bilmədiyi, lakin üzdən tanıdığı bır şəxslə tanış olmuş və həmin şəxs ona bildirmişdi ki, narkotik vasitə və ya psixotrop maddə lazım olanda bura gəlb ondan ala bilər. O da narkotik vasitə və psixotrop maddə lazım olanda Bakı şəhəri, Yasamal rayonu, Sovetski adlanan əraziyə gedərək həmin şəxsi tapıb almışdır. Narkotik vasitəni aldıqdan sonra münasib yer taparaq orada istifadə etmişdir. Təqsirləndirilən şəxs onun tanışıdır. Anar “Toyota Prius” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. 03 may 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Sovetski adlanan yerə gedərək həmin şəxsi taparaq onunla görüşmüşdür. Orada həmin şəxsə 10 manat pul verib ona psixotrop maddə metamfetamin gətirməsini istəmişdir. Təxminən 10 dəqiqə sonra həmin şəxs ona 01 ədəd bükümdə psixotrop maddə metamfetamini gətirib vermişdir. O da metamfetamini əynində olan boz rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur ki, lazım olan zaman istifadə edər. 03 may 2024-cü il tarixdə saat 21 radələrində tanışı Təqsirləndirilən şəxs ilə görüşüb bir qədər avtomobil ilə şəhərdə gəzmişlər. Həmin gün saat 22 radələrində Anarla birlikdə ünvan 4 ünvanının qarşısında Anarın idarə etdiyi “Toyota Prius” markalı, **-GL-*** dövlət qeydyyat nişanlı avtomobilin içərisində olan zaman mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib Nərimanov RPİ-nə dəvət etmişlər. Onlar də heç bir etiraz etmədən birlikdə Anarın idarə etdiyi "Toyota Prius" markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobillə polis idarəsinə gəlmişlər. Polis idarəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını və üzərilərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs ilə birlikdə üzərlərinə şəxsi axtarış keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsini bildirmişər. Anar da əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən üzərində ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd "Samsung A14" markalı mobil telefonu və sol yan cibindən idarə etdiyi avtomobilin açarını çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bır qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini, təqdim etdiyi avtomobil açarının idarə etdiyi "Toyota Prius" markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarı olduğunu, avtomobilin qoltuq altı hissəsində psixotrop maddə metamfetamın və elektron tərəzi saxladığını, həmin maddəni təqdim edə biləcəyini, avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsini bildirmişlər. O da əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd göy rəngli “Sobrani” markalı siqaret qutusunu, sol yan cibindən üzərində ***-***-**-** saylı mobil nömrə olan “Honor S8" markalı mobil telefonu və 1 ədəd 50 manat pul əskinasını çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqdim etdiyi "Sobrani" markalı siqaret qutusuna baxış keçirilən zaman içərisindən 11 ədəd siqaret dənəsi və 01 ədəd qəbz kağızına bükülmüş bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Soğrıı zamanı o, qeyd olunan psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Sovetski adlanan yerdə tanımadığı şəxsdən 10 manata şəxsi istifadə məqsədi ilə əldə etdiyini, 05 aydır ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışqdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun, Anarın və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş və imzalarla protokolun doğruluğunu təsdiq etmişlər. Bundan sonra o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs iradə etdiyi "Toyota Prius" markalı, **-GL- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs avtomobildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs avtomobilin ön hissəsində olan qoltuq altının içərisində saxladığı 01 ədəd elektron tərəzini və 01 ədəd bükümü təqdim edərək həmin bükümün içərisində psıxotrop maddə metamfetamın olmasını bildirmişdir. Sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Polis əməkdaşları həmin maddəni harada aldığını soruşan zaman Təqsirləndirilən şəxs aşkar olunmuş maddənin və elektron tərəzinin özünə məxsus olduğunu, tərəzi ilə avtomobildən aşkar olunmuş maddəni çəkdiyini, həmin maddəni Bakı şəhəri, Yasamal rayonu, Sovetski adlanan yerdə tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra aşkar olunmuş maddə və elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri o, Anar və iştirakçılar tərəfindən imzalanmışdır. Bütün hərəkətlər protokollaşdırılmış və imzalarla protokolun doğruluğunu təsdiq etmişlər. O, Anarın narkotik vasitələrdən istifadə etdiyini bilsə də, onun üzərində psixotrop maddə metamfetamin olması barədə məlumatı olmamışdır. Həmçinin Anarın idarə etdiyi avtomobildə psixotrop maddə metamfetamin olması barədə məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlamaq və icraata götürmək barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır (i.v.1); - “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.21-22); - “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham ona elan edilmişdir (i.v.116-117); - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 05 may 2024-cü il tarixli qərardan görünür ki, Nərimanov rayon prokuroru, ədliyyə müşaviri Hidayət Nurəlibəyov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir (i.v.166-168); - “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi barədə” 05 may 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin Müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir (i.v.169- 170); - “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi materiallarından təqsirləndirilən şəxs Şahid1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır (i.v.230-231); - “Cinayət işinin icraatının dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır (i.v.233); - “Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (i.v.243); - “Cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Nərimanov RPİ-nin İŞ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi ərazi aidiyyəti üzrə Bakı şəhər prokurorluğu vasitəsilə Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (i.v.249-250); - “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat həmin tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (i.v.256- 257); - “Cinayət işi üzrə dayandırılmış icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəldiyindən iş üzrə icraat təzələnmişdir (i.v.259-260); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-560/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyindən barəsində “həbs” qətimkan tədbiri seçilmiş və onun axtarışı elan edilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Nəsimi RPİ-nin əməkdaşları tətəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(006)-91/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir; - “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üzərində qanunla istifadəsi qadağan olunmuş əşya, predmet və ya başqa nə varsa təqdim etməsini təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən üzərində ***-***-**-** saylı nömrə olan 01 ədəd “Samsung A14” markalı mobil telefonu və həmin şalvarın sol yan cibindən avtomobil açarını çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə səxsi axtarış keçirilmiş və axtarış zamanı üzərində başqa heç bir əşya və qeyri qanuni maddə aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs 3 ildir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini, təqdim etdiyi avtomobil açarının idarə etdiyi “Toyota Prius” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarı olduğunu, avtomobilin qoltuq altı hissəsində psixotrop maddə metamfetamin və elektron tərəzi saxladığını, həmin maddəni təqdim edə biləcəyini və avtomobilə baxış keçirilməsinə etirazının olmadığını, xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində ünvan 4 ünvanının qarşısında tanışı Şahid1 ilə birlikdə idarə etdiyi “Toyota Prius” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nə gətirildiyini, saxlanılan zaman onlara qarşı heç bir zor tətbiq olunmadığını bildirmişdir. Daha sonra şübhəli şəxs Şahid1 üzərində şəxsi axtarış və götürmə başlanmazdan əvvəl ona üzərində olan qeyri qanuni əşyaları könüllü təqdim etməsi təklif olunmuş, Şahid1 əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd göy rəngli içərisində siqaret dənələri olan “Sobrani” markalı siqaret qutusunu, sol yan cibindən üzərində ***-***- **-** saylı mobil nömrə olan “Honor S8” markalı mobil telefonu və 1 ədəd 50 manat pul əskinasmı çıxarıb masanın üzərinə qoyaraq təqdim etmiş, Şahid1 təqdim etdiyi "Sobrani" markalı siqaret qutusuna baxış keçirilən zaman içərisindən 11 ədəd siqaret dənəsi və 01 ədəd qəbz kağızına bükülmüş bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Şahid1 qeyd olunan psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Sovetski adlanan yerdə tanımadığı şəxsdən 10 manata şəxsi istifadə məqsədi ilə əldə etdiyini, 05 aydır ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini, xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində ünvan 4 ünvanının qarşısında tanışı Təqsirləndirilən şəxs ilə birlikdə "Toyota Prius" markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nə gətirildiyini, saxlanılan zaman onlara qarşı heç bir zor tətbiq olunmadığını bildirmişdir. Şahid1 üzərindən aşkar olunmuş 50 manat pul sübut əhəmiyyəti kəsb etmədiyindən özünə qaytarılmış, üzərində ***-***-**-** saylı mobil nömrə olan “Honor S8” markalı mobil telefon və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş üzərində ***-***-**-** saylı mobil nömrə olan “Samsung A14” markalı mobil telefonlar sübut əhəmiyyəti kəsb etdiyindən Şahid1 və Təqsirləndirilən şəxs izah edilməklə götürülmüş və bu barədə müvafiq protokol tərtib edilmişdir (i.v.53-55); - “Avtomobilə baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin qoltuq altı hissəsindən 01 (bir) ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümdə psixotrop maddəyə oxşar kütlə və 01 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür (i.v.60-61); - “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus üzərində ***-***-**-** möbil nömrə istifadə olunan “Samsung A14” markalı mobil telefona baxış zamanı istintaq üçün əhəmiyyətli ola biləcək heç bir hal aşkar edilməmişdir (i.v.201); - “Telefon məlumatlarına baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixdə Nərimanov RPİ-nə daxil olmuş xx.xx.2024-cü il tarixli BAKC/LGL-9906/24 nömrəli məktuba əlavə edilmiş telefon danışıqlarının və əhatə dairəsinin qeyd olunduğu bir ədəd diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil telefon X4 istifadəsində olmuşdur. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, X4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi müxtəlif vaxtlarda müxtəlif antenlər vasitəsi ilə fərqli müddətlərdə danışıqlar və sms yazışmaları aparılması olsa da, iş üzrə əhəmiyyət kəsb edən sms yazışmaları və danışıqların aparılması müəyyən edilməmişdir. "Bakcell” MMC-dən daxil olmuş diskdən sms yazışmalarına dair çıxarışlar protokola əlavə olunmuşdur (i.v.222-228); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/2467 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №218” dairəvi möhür əksi olan soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,410 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Bir ədəd elektron tərəzidə psixotrop maddə metamfetaminə məxsus izlər vardır. Metamfetamin iz şəkilində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparılması mümkün deyildir. Aparılmış tədqiqatın dəyəri 65 manat təşkil edir (i.v.87-92); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik X10 X1 məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3008 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.239-240); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 X10 məhkəməpsixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 1279 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə eyhtiyac yoxdur (i.v.241-242); - “Sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş 0,410 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,360 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi saxlanması üçün Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına verilmişdir (i.v.278-287); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir (i.v.289-290); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına məhkum olunmuş, xx.xx.2017-ci ildə cəriməni tam ödəmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən hökm dəyişdirilmiş, Azərbaycan Respublikası CM-nin 127.1 və 62-ci maddəsinə əsasən 04 ay 06 gün azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Aministiya qərarının 4-cü bəndinə əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, xx.xx.2023-cü il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 09 ay 04 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır (i.v.204-206); - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan bir övladı var; - Məhkəmə iclasında şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üzərində qanunla istifadəsi qadağan olunmuş əşya, predmet və ya başqa nə varsa təqdim etməsini təklif edilir, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd “Samsung A14” markalı mobil telefonu və həmin şalvarın sol yan cibindən avtomobil açarını çıxarıb masanın üzərinə qoyaraq təqdim edir. Təqsirləndirilən şəxs üzərinə səxsi axtarış keçirilir və axtarış zamanı üzərində başqa heç bir əşya və qeyri qanuni maddə aşkar edilmir. Sorğu zamanı Təqsirləndirilən şəxs 3 ildir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini, təqdim etdiyi avtomobil açarının idarə etdiyi “Toyota Prius” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarı olduğunu, avtomobilin qoltuq altı hissəsində psixotrop maddə metamfetamin saxladığını, həmin maddəni təqdim edə biləcəyini və avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirir. - Məhkəmə iclasında avtomobilə baxış keçirilməsi və maddi sübutun götürülməsi istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi ‘Toyota Prius” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs avtomobildə ola biləcək qanunsuz əşyaları öz razılığı ilə göstərmək təklif olunur. Təqsirləndirilən şəxs avtomobilin qoltuq altı hissəsindən 01 ədəd elektron tərəzini və 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilən zaman içərisində ağ rəngli kristallik şəkilli, spesifik qoxuya malik psixotrop maddə metamfetaminə bənzər maddə olması aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin olmasını, idarəyə gətirilən zaman avtomobili özü idarə etdiyini, aşkar edilmiş elektron tərəzinin narkotik vasitələrin çəkisini müəyyən etmək üçün istifadə etdiyini bildirir. Sonra “Toyota Prius” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilsə də, qeyri qanuni heç bir maddə və ya predmet aşkar edilmir. Aşkar olunmuş büküm və tərəzi təhqiqatçı tərəfindən zərfdə qablaşdırılaraq götürülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 138.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Qeyd olunan Məcəllənin 21.3-cü maddəsinə müvafiq olaraq cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin redaksiyası satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə, həmin Məcəllənin 234.2-ci maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham olunmasına, yəni satış məqsədi ilə 01 bükümdə təmiz çəkisi 0,410 qram psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə edib saxlaması barədə ibtidai istintaq orqanının nəticəyə gəlməsində həlledici şəkildə onun idarə etdiyi avtomobildən tərəzinin aşkar edilməsi səbəb olmuşdur. Lakin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (9-cu bənd). Bu izaha görə şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin və tərəzinin olması psixotrop maddənin məhz satış üçün əldə edilib saxlanılmasına dair nəticəni əvvəlcədən müəyyən edən, satış məqsədinin mövcudluğunu sübuta yetirmək vəzifəsini ittiham tərəfinin üzərindən qaldıran hallar kimi şərh edilə bilməz. Təqsirləndirilən şəxs satış məqsədi ilə hərəkət etməsi və onun əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibinin olması ibtidai istintaq orqanının istinad etdiyi sübutlarla da uzlaşmır. Belə ki, Təqsirləndirilən şəxs istər məhkəmə istintaqı zamanı, istərsə də məhkəməyədək icraat dövründə verdiyi ifadələrində idarə etdiyi avtomobildən aşkar olunan psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyini, heç vaxt onun satışı ilə məşğul olmadığını bildirmişdir. “Avtomobilə baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə” protokola əsasən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən 01 bükümdə psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi aşkar edilmiş olsa da, o, həmin vəziyyətdə psixotrop maddəni şəxsi istehlakı üçün əldə etdiyini, elektron tərəzini isə aldığı psixotrop maddənin çəkisini müəyyən etmək üçün gəzdirdiyini söyləmişdir. Habelə, Təqsirləndirilən şəxs ambulator X1nın xx.xx.2024-cü il tarixli, 3008 saylı rəyinə görə kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranmış narkomaniya xəstəliyinin aşkar olunması bir daha ona dəlalət edir ki, o, belə maddələrin istifadəçisidir. Göründüyü kimi, Təqsirləndirilən şəxsin satış məqsədinin olmasına dair ibtidai istintaq orqanının qənaəti onda tərəzinin aşkar edilməsi, həmçinin, həmin elektron tərəzinin üzərində psixotrop maddə olan metamfetaminin izlərinin olması kimi xüsusatlardan irəli gələn ehtimal üzərində qurulmuş subyektiv xarakterli mülahizədir. Bununla bağlı məhkəmə vurğulayır ki, təqsirləndirilən şəxsin cinayətkar məqsədi və əməlin hüquqi tövsifi barədə nəticələr ehtimal üzərində qurula bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsi də məhkəmənin ittiham hökmünün ehtimallara əsaslanmasına yol vermir və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda belə hökmün çıxarılmasını şərtləndirir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib üzərində saxlaması məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən olunmur. Bundan başqa məhkəmə qeyd edir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin xeyli miqdarı 0,15 qram təşkil edir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən 0,410 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Beləliklə məhkəmə istintaqında Təqsirləndirilən şəxsin qanunsuz olaraq 0,410 qram çəkidə psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib saxlaması faktı öz təsdiqini tapır. Göstərilənlərə əsasən məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları təhlil edib və bir-biri ilə müqayisə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsin əməli satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə edib saxlaması kimi deyil, onun tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, daşıma kimi qiymətləndirilməli və bununla bağlı onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək əməlini səmimi etiraf etməsini və himayəsində yetkinlik yaşına çatmayan bir övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək əməlini səmimi etiraf etməsini və himayəsində yetkinlik yaşına çatmayan bir övladının olmasını, o cümlədən təqsirləndirilən şəxsin kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 02 (iki) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq xx.xx.2024-cü il tarixdən məhdudlaşdırıldığı müəyyən edildiyindən, məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3008 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,360 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 28 aprel 2025-ci il tarixinə kimi məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (yüz qırx dörd) manat, həmin tarixdən sonra məhkəmədə iştirak etdiyi 08 saata görə 88 (səksən səkkiz) manat olmaqla, ümumi 32 saata görə cəmi 232 (iki yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə sübut növü kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,360 qram psixotrop maddə metamfetamin və 01 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 32 saata görə 232 (iki yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar