Məhkəmə qərarları › İş №1(006)-92/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-92/2021

04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-92/2021 04.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1990-cı ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməyən, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, inz/bina 127-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2020-ci il tarixdə, saat 06 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 186, mənzil 10-nun qapısının açıq olmasından istifadə edib içəriyə qanunsuz daxil olaraq dəhlizdə qoyulmuş çamadanın içərisindən sonuncuya məxsus 880 manat dəyərində bir ədəd 11 qram çəkidə 750 əyarlı qızıl qolbağı, 240 manat dəyərində bir ədəd 4 qram çəkidə 585 əyarlı qızıl qolbağı, 180 manat dəyərində bir ədəd 03 qram çəkidə 585 əyarlı qızıl qolbağı, 269 manat dəyərində bir ədəd 4,15 qram çəkidə 583/585 əyarlı, üzərində rəngsiz şəffaf qaşları olan qırmızımtıl sarı rəngli üzüyü, 226 manat dəyərində bir ədəd 3,49 qram çəkidə 583/585 əyarlı, içəri tərəfində “İTALY 14 K” damğası olan sarı rəngli üzüyü, 135 manat dəyərində bir ədəd 2,09 qram çəkidə 583/585 əyarlı, üzərində bir ədəd yaşıl rəngli və on ədəd rəngsiz şəffaf qaşları olan sarı rəngli kulonu, 151 manat dəyərində bir ədəd 2,33 qram çəkidə 583/585 əyarlı, asılqan hissəsində 585 damğası olan kulonu, 64 manat dəyərində bir ədəd 0,99 qram çəkidə 583/585 əyarlı, üzərində 585 damğası olan aypara formalı kulonu, 35 manat dəyərində bir ədəd 0,54 qram çəkidə 583/585 əyarlı, asılqan hissəsində 585 damğası olan sarı rəngli kulonu, 572 manat dəyərində bir cüt 8,80 qram çəkidə 583/585 əyarlı, üzərində yaşıl rəngli və rəngsiz qaşları olan sırğanı, 91 manat dəyərində bir cüt 1,40 qram çəkidə 583/585 əyarlı, üzərində çəhrayı rəngli qaşı olan qırmızımtıl sarı rəngli sırğanı, 157 manat dəyərində bir ədəd 2,42 qram çəkidə 583/585 əyarlı, üzərində göz muncuğu elementi və “Həsən” yazısı olan qolbağı, 170 manat dəyərində bir ədəd 2,62 qram çəkidə 583/585 əyarlı, qulaqcığında “14 K” və “Midas” damğaları olan sarı rəngli boyunbağı, 91 manat dəyərində bir ədəd 1,41 qram çəkidə 583/585 əyarlı, kilidində 585, qulaqcığında isə “14 K” və “Midas” damğaları olan sarı rəngli boyunbağı və 319 manat dəyərində bir ədəd 4,92 qram çəkidə 583/585 əyarlı, üzərində “Həsən” yazısı kulon olan qırmızımtıl sarı rəngli boyunbağı oğurlayaraq zərər çəkmiş şəxsə ümumilikdə 3.580 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, cəzaçəkmə müəssisəsindən azadlığa çıxdıqdan sonra dəmir tullantıları yığıb metal qəbulu məntəqələrinə təhvil verməklə məşğul olmuş, Bakı şəhərində müxtəlif parklarda gecələmişdir. Zərərçəkmiş şəxs çoxdan tanıyır, onunla Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində eyni məhəllədə qonşu olmuşlar. xx.xx.2020-ci il tarixdə səhər yuxudan oyanıb piyada Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığına kimi gəlmiş, orada yerləşən mənzillərdən birinə daxil olaraq qızıl-zinət əşyaları oğurlayıb satmaq qərarına gəlmişdir. Zərərçəkmiş şəxs yaşadığı məhəlləyə daxil olanda onun mənzilinin qarşısında olan qapının yarımçıq dəmir barmaqlıq qoyulduğunu görmüşdür. Dəmir barmaqlığın üzərindən keçib mənzilə daxil olmuş, bu zaman dəhlizdəki çamadan diqqətini çəkmişdir. Çamadanı açdıqda içərisində bir ədəd sellofan torbada müxtəlif zinət əşyalarını görüb onu əynindəki şalvarın cibinə qoymuşdur. Mənzildən çıxmaq istəyərkən mətbəx tərəfdə Mərziyyənin oğlu Zaurla qarşılaşmışdır. Zaur ona burada nə etdiyini soruşanda, o, başqa evə girəcəyini, lakin səhvən bura daxil olduğunu demişdir. Bu zaman Zaur ondan evdən hər-hansı bir əşyanın götürüb-götürmədiyini soruşanda o, heç nə götürmədiyini bildirmiş və evdən çıxaraq oradan uzaqlaşmışdır. Yolda olarkən “Qış parkı” deyilən ərazidə cibindən çıxardığı sellofan torba yerə düşmüş, o da tələsik olaraq onu götürüb taksi ilə Xocasən qəsəbəsinə gəlmiş və bu əşyaları satmaq istəmişdir. Lakin orada olarkən bacısı Gülnar ona zəng edib Mərziyyənin evindən qızıl-zinət əşyalarının oğurlayıboğurlamadığını soruşanda, o, əməlini etiraf etmiş və bacısının təkidindən sonra onları satmaq fikrindən daşınaraq qaytarmaq istəmişdir. Zaurla telefonla danışdıqdan sonra oğurladığı əşyaları taksi sürücüsünə verib onları metronun “28 May” stansiyasının yaxınlığına aparılmasını xahiş etmiş, 15-20 dəqiqə sonra isə Zaur ona zəng edərək əşyaları aldığını, lakin onların içərisində üç ədəd qızıl qolbağın olmadığını bildirmişdir. Lakin o, Zaura, götürdüyü bütün əşyaları qaytardığını demişdir. Eyni zamanda düşünmüşdür ki, bəlkəm bu əşyalar torbanı əlindən saldığı yerdə düşüb. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 186, mənzil 10-da oğlu Zaur və onun ailəsi ilə birlikdə yaşayır. Özü həmin evin dəhlizində qalır. Orada qoyduğu çamadının içərisində özünə məxsus, bir ədəd 11 qram çəkidə 750 əyarlı qızıl qolbağı, bir ədəd 4 qram çəkidə 585 əyarlı qızıl qolbağı, bir ədəd 03 qram çəkidə 585 əyarlı qızıl qolbağı, bir ədəd 4,15 qram çəkidə 583/585 əyarlı, üzərində rəngsiz şəffaf qaşları olan qırmızımtıl sarı rəngli üzüyü, bir ədəd 3,49 qram çəkidə 583/585 əyarlı, içəri tərəfində “İTALY 14 K” damğası olan sarı rəngli üzüyü, bir ədəd 2,09 qram çəkidə 583/585 əyarlı, üzərində bir ədəd yaşıl rəngli və on ədəd rəngsiz şəffaf qaşları olan sarı rəngli kulonu, bir ədəd 2,33 qram çəkidə 583/585 əyarlı, asılqan hissəsində 585 damğası olan kulonu, bir ədəd 0,99 qram çəkidə 583/585 əyarlı, üzərində 585 damğası olan aypara formalı kulonu, bir ədəd 0,54 qram çəkidə 583/585 əyarlı, asılqan hissəsində 585 damğası olan sarı rəngli kulonu, bir cüt 8,80 qram çəkidə 583/585 əyarlı, üzərində yaşıl rəngli və rəngsiz qaşları olan sırğanı, bir cüt 1,40 qram çəkidə 583/585 əyarlı, üzərində çəhrayı rəngli qaşı olan qırmızımtıl sarı rəngli sırğanı, bir ədəd 2,42 qram çəkidə 583/585 əyarlı, üzərində göz muncuğu elementi və “Həsən” yazısı olan qolbağı, bir ədəd 2,62 qram çəkidə 583/585 əyarlı, qulaqcığında “14 K” və “Midas” damğaları olan sarı rəngli boyunbağı, bir ədəd 1,41 qram çəkidə 583/585 əyarlı, kilidində 585, qulaqcığında isə “14 K” və “Midas” damğaları olan sarı rəngli boyunbağı və bir ədəd 4,92 qram çəkidə 583/585 əyarlı, üzərində “Həsən” yazısı kulon olan qırmızımtıl sarı rəngli boyunbağı saxlamışdır. 48 saylı Mənzil-Kommunal İstismar Sahəsində süpürgəçi işləyidiyi üçün hər gün səhər saat 04:30-da evdən çıxıb işə gedir. xx.xx.2020-ci il tarixdə də eyni vaxtda evdən çıxıb işə getmiş, saat 07 radələrində evinin yaxınlığında iş gördüyü zaman oğlu Zaur ona yaxınlaşıb demişdir ki, keçmiş qonşuları olan Anarın evdə tutmuş və ondan nəsə oğurlayıb-oğurlamadığını soruşmuş, lakin Anar evi səhv saldığını və heç nə götürmədyini deyib getdiyini bildirmişdir. Zaur birlikdə evə gedib oradakı əşyalara baxanda dəhlizdəki çamadanın içərisində saxladığı həmin qızıl-zinət əşyalarının oğurlandığını aşkar etmişdir. Hadisə barədə dərhal “102” xidmətinə məlumat vermişdir. Bundan sonra Anar Zaura zəng edərək oğurladığı əşyaları qaytarmaq üçün taksi sürücüsü ilə yolladığını bildirmişdir. Taksi sürücüsü sellofan torbanı onlara gətirdikdə, onun içərisində oğurlanmış əşyalardan bir ədəd dəd 11 qram çəkiddə 750 əyarlı qızıl qolbağın, bir ədəd 4 qram çəkidə 585 əyarlı qızıl qolbağın və bir ədəd 03 qram çəkidə 585 əyarlı qızıl qolbağın olmadığını aşkar etmişdir. Hazırda onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin: - xx.xx.2020-ci il tarixli, 9/2950 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd 11 qram çəkidə 750 əyarlı qızıl qolbağın 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti 880 manat, bir ədəd 04 qram çəkidə 585 əyarlı qızıl qolbağın qiyməti - 240 manat, bir ədəd 03 qram çəkidə 585 əyarlı qızıl qolbağın qiyməti isə 180 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manatdır (İ cild, i.v.41-42); - xx.xx.2020-ci il tarixli, 6/1545-9/3062 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, bir ədəd 4,15 qram çəkidə 583/585 əyarlı, üzərində rəngsiz şəffaf qaşları olan qırmızımtıl sarı rəngli üzüyün xx.xx.2020-ci il tarixə olan orta bazar qiyməti 269 manat, bir ədəd 3,49 qram çəkidə 583/585 əyarlı, içəri tərəfində “İTALY 14 K” damğası olan sarı rəngli üzüyün qiyməti 226 manat, bir ədəd 2,09 qram çəkidə 583/585 əyarlı, üzərində bir ədəd yaşıl rəngli və on ədəd rəngsiz şəffaf qaşları olan sarı rəngli kulonun qiyməti 135 manat, bir ədəd 2,33 qram çəkidə 583/585 əyarlı, asılqan hissəsində 585 damğası olan kulonun qiyməti 151 manat, bir ədəd 0,99 qram çəkidə 583/585 əyarlı, üzərində 585 damğası olan aypara formalı kulonun qiyməti 64 manat, bir ədəd 0,54 qram çəkidə 583/585 əyarlı, asılqan hissəsində 585 damğası olan sarı rəngli kulonun qiyməti 35 manat, bir cüt 8,80 qram çəkidə 583/585 əyarlı, üzərində yaşıl rəngli və rəngsiz qaşları olan sırğanın qiyməti 572 manat, bir cüt 1,40 qram çəkidə 583/585 əyarlı, üzərində çəhrayı rəngli qaşı olan qırmızımtıl sarı rəngli sırğanın qiyməti 91 manat, bir ədəd 2,42 qram çəkidə 583/585 əyarlı, üzərində göz muncuğu elementi və “Həsən” yazısı olan qolbağın qiyməti 157 manat, bir ədəd 2,62 qram çəkidə 583/585 əyarlı, qulaqcığında “14 K” və “Midas” damğaları olan sarı rəngli boyunbağın qiyməti 170 manat, bir ədəd 1,41 qram çəkidə 583/585 əyarlı, kilidində 585, qulaqcığında isə “14 K” və “Midas” damğaları olan sarı rəngli boyunbağın qiyməti 91 manat, bir ədəd 4,92 qram çəkidə 583/585 əyarlı, üzərində “Həsən” yazısı kulon olan qırmızımtıl sarı rəngli boyunbağın qiyməti isə 319 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 90 manatdır (İ cild, i.v.44-48); - “Əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarla bir ədəd 11 qram çəkidə 750 əyarlı qızıl qolbaq, bir ədəd 4 qram çəkidə 585 əyarlı qızıl qolbaq, bir ədəd 03 qram çəkidə 585 əyarlı qızıl qolbaq, bir ədəd 4,15 qram çəkidə 583/585 əyarlı, üzərində rəngsiz şəffaf qaşları olan qırmızımtıl sarı rəngli üzük, bir ədəd 3,49 qram çəkidə 583/585 əyarlı, içəri tərəfində “İTALY 14 K” damğası olan sarı rəngli üzük, bir ədəd 2,09 qram çəkidə 583/585 əyarlı, üzərində bir ədəd yaşıl rəngli və on ədəd rəngsiz şəffaf qaşları olan sarı rəngli kulon, bir ədəd 2,33 qram çəkidə 583/585 əyarlı, asılqan hissəsində 585 damğası olan kulon, bir ədəd 0,99 qram çəkidə 583/585 əyarlı, üzərində 585 damğası olan aypara formalı kulon, bir ədəd 0,54 qram çəkidə 583/585 əyarlı, asılqan hissəsində 585 damğası olan sarı rəngli kulon, bir cüt 8,80 qram çəkidə 583/585 əyarlı, üzərində yaşıl rəngli və rəngsiz qaşları olan sırğa, bir cüt 1,40 qram çəkidə 583/585 əyarlı, üzərində çəhrayı rəngli qaşı olan qırmızımtıl sarı rəngli sırğa, bir ədəd 2,42 qram çəkidə 583/585 əyarlı, üzərində göz muncuğu elementi və “Həsən” yazısı olan qolbaq, bir ədəd 2,62 qram çəkidə 583/585 əyarlı, qulaqcığında “14 K” və “Midas” damğaları olan sarı rəngli boyunbaq, bir ədəd 1,41 qram çəkidə 583/585 əyarlı, kilidində 585, qulaqcığında isə “14 K” və “Midas” damğaları olan sarı rəngli boyunbaq və bir ədəd 4,92 qram çəkidə 583/585 əyarlı, üzərində “Həsən” yazısı kulon olan qırmızımtıl sarı rəngli boyunbaq iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir (İ cild, i.v.49); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(006)-575/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.115- 117); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixli arayış və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs X8 işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2, 221.2.1 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli əfv sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə o, Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29, 177.2.2, 29, 177.2.3 və 29, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə isə Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi üzrə təqsirli bilinərək 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş 01 il 09 ay 25 gün hissəsi Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin hökmlə birləşdirilərək onun üzərində qəti olaraq 02 il 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (İ cild, i.v.119-121, 123-126). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs Cinayət Məcəlləsinin 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır (4-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs oğlu Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş zərərin aradan qaldırılmasını Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs qəsdən ağır və az ağır cinayətlər törətdiyinə görə əvvəlki iki hökm üzrə təyin olunmuş azadlıqdan məhrum etmə cəzalarına görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı az ağır cinayəti törətmişdir ki, bu da cinayətlərin təhlükəli residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır (18.2.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il (83.3.3-cü maddə), ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində isə onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.4-cü maddə). Qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı X8 işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2009-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq, eyni zamanda onun məhkumluqları ödənilmədən yenidən qəsdən cinayətin törətməsini, sabit kriminal meylliliyini və bununla da nəticə etibarilə yüksək ictimai təhlükəli şəxs olaraq qalması nəticəsinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs oğlu cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsdə alındığı andan – xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd 11 qram çəkidə 750 əyarlı qızıl qolbaq, bir ədəd 4 qram çəkidə 585 əyarlı qızıl qolbaq, bir ədəd 03 qram çəkidə 585 əyarlı qızıl qolbaq, bir ədəd 4,15 qram çəkidə 583/585 əyarlı, üzərində rəngsiz şəffaf qaşları olan qırmızımtıl sarı rəngli üzük, bir ədəd 3,49 qram çəkidə 583/585 əyarlı, içəri tərəfində “İTALY 14 K” damğası olan sarı rəngli üzük, bir ədəd 2,09 qram çəkidə 583/585 əyarlı, üzərində bir ədəd yaşıl rəngli və on ədəd rəngsiz şəffaf qaşları olan sarı rəngli kulon, bir ədəd 2,33 qram çəkidə 583/585 əyarlı, asılqan hissəsində 585 damğası olan kulon, bir ədəd 0,99 qram çəkidə 583/585 əyarlı, üzərində 585 damğası olan aypara formalı kulon, bir ədəd 0,54 qram çəkidə 583/585 əyarlı, asılqan hissəsində 585 damğası olan sarı rəngli kulon, bir cüt 8,80 qram çəkidə 583/585 əyarlı, üzərində yaşıl rəngli və rəngsiz qaşları olan sırğa, bir cüt 1,40 qram çəkidə 583/585 əyarlı, üzərində çəhrayı rəngli qaşı olan qırmızımtıl sarı rəngli sırğa, bir ədəd 2,42 qram çəkidə 583/585 əyarlı, üzərində göz muncuğu elementi və “Həsən” yazısı olan qolbaq, bir ədəd 2,62 qram çəkidə 583/585 əyarlı, qulaqcığında “14 K” və “Midas” damğaları olan sarı rəngli boyunbaq, bir ədəd 1,41 qram çəkidə 583/585 əyarlı, kilidində 585, qulaqcığında isə “14 K” və “Midas” damğaları olan sarı rəngli boyunbaq və bir ədəd 4,92 qram çəkidə 583/585 əyarlı, üzərində “Həsən” yazısı kulon olan qırmızımtıl sarı rəngli boyunbaq sahibi Zərərçəkmiş şəxs istifadəsində saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəyi 140 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd 11 qram çəkidə 750 əyarlı qızıl qolbaq, bir ədəd 4 qram çəkidə 585 əyarlı qızıl qolbaq, bir ədəd 03 qram çəkidə 585 əyarlı qızıl qolbaq, bir ədəd 4,15 qram çəkidə 583/585 əyarlı, üzərində rəngsiz şəffaf qaşları olan qırmızımtıl sarı rəngli üzük, bir ədəd 3,49 qram çəkidə 583/585 əyarlı, içəri tərəfində “İTALY 14 K” damğası olan sarı rəngli üzük, bir ədəd 2,09 qram çəkidə 583/585 əyarlı, üzərində bir ədəd yaşıl rəngli və on ədəd rəngsiz şəffaf qaşları olan sarı rəngli kulon, bir ədəd 2,33 qram çəkidə 583/585 əyarlı, asılqan hissəsində 585 damğası olan kulon, bir ədəd 0,99 qram çəkidə 583/585 əyarlı, üzərində 585 damğası olan aypara formalı kulon, bir ədəd 0,54 qram çəkidə 583/585 əyarlı, asılqan hissəsində 585 damğası olan sarı rəngli kulon, bir cüt 8,80 qram çəkidə 583/585 əyarlı, üzərində yaşıl rəngli və rəngsiz qaşları olan sırğa, bir cüt 1,40 qram çəkidə 583/585 əyarlı, üzərində çəhrayı rəngli qaşı olan qırmızımtıl sarı rəngli sırğa, bir ədəd 2,42 qram çəkidə 583/585 əyarlı, üzərində göz muncuğu elementi və “Həsən” yazısı olan qolbaq, bir ədəd 2,62 qram çəkidə 583/585 əyarlı, qulaqcığında “14 K” və “Midas” damğaları olan sarı rəngli boyunbaq, bir ədəd 1,41 qram çəkidə 583/585 əyarlı, kilidində 585, qulaqcığında isə “14 K” və “Midas” damğaları olan sarı rəngli boyunbaq və bir ədəd 4,92 qram çəkidə 583/585 əyarlı, üzərində “Həsən” yazısı kulon olan qırmızımtıl sarı rəngli boyunbaq sahibi Zərərçəkmiş şəxs istifadəsində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri 140 (yüz qırx) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar