Məhkəmə qərarları › İş №1(006)-93/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-93/2021

04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-93/2021 04.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X4 qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1992-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən və tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə, saat təxminən 20 radələrində Zərərçəkmiş şəxs MMC-nin Nəsimi rayonu, ünvan 3 ünvanında yerləşən vaqon konteynerinin qapısında olan asma qıfılı özü ilə gətirdiyi dəmir parçası ilə sındıraraq saxlanc yeri hesab edilən həmin vaqon konteynerə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs MMC-yə məxsus bir ədədinin dəyəri 160 manat olan dörd ədəd “Boch 230” markalı laqondanı, bır ədəd 120 manat dəyərində “Boch 115” markalı laqondanı, bir ədəd 100 manat dəyərində “Makita 230” markalı laqondanı, bir metri bir manat olan 3 X 2.5 mm ölçüdə olan 400 metr uzunluğunda kabel xəttini, bir ədədinin dəyəri 5 manat olan 28 ədəd 6 X 260 mm-lik sverlonu, bir ədədinin dəyəri 4 manat olan 25 ədəd 6 X 210 mmlik sverlonu, bir ədədinin dəyəri dörd manat əlli qəpik olan 2 ədəd 12 X 210 mm-lik sverlonu, bir ədədinin dəyəri beş manat on qəpik olan 10 ədəd 12 X 300 mm-lik sverlonu, bir ədədinin dəyəri altı manat olan 12 ədəd 14 X 300 mm-lik sverlonu, bir ədədinin dəyəri beş manat əlli qəpik olan 11 ədəd 14 X 260 mm-lik sverlonu, bir ədədinin dəyəri üç manat iyirmi qəpik olan 24 ədəd 7X210 mm-lik sverlonu, bir ədədinin dəyəri üç manat əlli qəpik olan 26 ədəd 7 X 260 mm-lik sverlonu, bir ədədinin dəyəri dörd manat əlli qəpik olan 18 ədəd 8X210 mm-lik sverlonu, zərərçəkmişin qiymətləndirməsinə görə bir ədədinin dəyəri 240 manat olan iki ədəd “Boch” markalı preforatoru, bir ədədinin dəyəri 160 manat olan iki ədəd “Total” markalı preforatoru, bir ədədinin dəyəri 140 manat olan üç ədəd “Hammer Drill” markalı preforatoru, dəyəri 270 manat olan bir ədəd “KZUBR” markalı preforatoru, 1 ədəd 350 manat dəyərin də “Pusello” markalı qaynaq aparatını, bir ədədi 10 manat olan 10 ədəd keçid patronunu, bir ədəd 25 manat dəyərində elektrik çaynikini, bir ədədi bir manat əlli qəpik olan 9 ədəd nasadka qaykasını, bir ədədi dörd manat əlli qəpik olan 10 ədəd rozetka yuvasını, gizli olaraq talayıb ümumilikdə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 4009,80 manat maddi ziyan vurmaqla oğruluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 20 radələrində, “Qış” parkının ətrafında məhəllələrdə əlində olan böyük kisəyə tullantıları yığmş, həmin vaxt Nəsimi rayonu, Füzuli küçəsində yerləşən məhəllələrin birində təmir işləri getdiyini görüb oraya getmiş, orada tullantı yığdığı zaman iki ədəd vaqonun olduğunu görmüşdür. O, vaqonun qapısında qıfıl olduğunu görüb həmin qıfılı özündə olan dəmir parçası ilə qırıb vaqona daxil olduqda orada müxtəlif təmir alətlərinin olduğunu görmüş, vaqondan bir neçə ədəd preforatoru, 5-6 ədəd laqondanı, bir ədəd qaynaq aparatını, elektrik kabel xəttini, bir ədəd elektrik çaynikini, bir neçə ədəd sverlonu özü ilə götürdüyü iki ədəd böyük kisəyə yığıb vaqondan çıxaraq bir qədər getmişdir. Oğurladığı əşyalara gücünün çatmadığını görüb taksi ilə həmin əşyaları metal qəbulu ilə məşğul olan Aslan adlı şəxsə aparıb satmağı fikirləşmişdir. O, bu məqsədlə Topçubaşov küçəsi ilə S.Rəhimov küçəsinin kəsişməsində **-TH-*** dövlət nömrə nişanlı “London” markalı taksinin keçdiyini görüb taksiyə əli ilə saxlamasını xahiş etmiş, həmin avtomobil saxladıqdan sonra o, avtomobilə əyləşib sürücüdən onu “Təzə” bazarın arxasında yerləşən metal qəbulu sexinə aparmasını xahiş etmiş və sürücü onu 3 manata aparmağa razılaşmışdır. Oğurladığı əşyaları həmin taksiyə qoyub, “Təzə” bazarın arxasında metal qəbulu ilə məşğul olan Şahid1 işlətdiyi metal qəbulu məntəqəsinin yaxınlığında düşmüş, həmin vaxt Şahid1 işlətdiyi metal qəbulu məntəqəsinin qapısının bağlı olduğundan qaranlıqda kənara çəkilib çantanı və torbanı açıb oğurladığı əşyalara baxmış, çantanı və torbanın içərisində olan laqondaları və prefaratorları çantadan çıxarmışdır. Onların bəzilərinin xarab olduğunu gördükdə prefaratorun və laqondaların hamısının xarab olduğunu düşünmüşdür. Ona görə də prelarator və laqondaları sökərək içərisində olan detalları və misi çıxarmış, bundan başqa çantaca olan elektrik razetkaları çıxarıb arxasını sökmüşdür. Laqondanı, qaynaq aparatını, prefaratorun özünü Aslana satmağı təklif etsə Aslanın əşyaları ondan almayacağını fikirləşib həmin əşyaları söküb içərisindən metal, mis hissələri çıxarmışdır. Elektrik çayniki, kabel və sökdüyü əşyaların qırıntıları ona lazım olmadığı üçün sonradan prelaratorun, laqondanın sökdüyü hissələrini həmçinin elektrik çaynikini, kabeli və digər əşyları zibilliyə atmışdır. Bundan sonra sökdüyü hissələri metal qəbulu yerinə yaxın bir yerə gizlədib səhər, yəni xx xxxx 2020-ci il tarixdə günorta vaxtı gecədən oğurladığı əşyaları gizlətdiyi yerdən götürüb metal qəbulu məntəqəsinə getmişdir. Həmin detalları Aslana verdikdə sonuncu onun satdığı metalları tərəzidə çəkib qiymətini 70 manata razılaşmışdır. Satdığı detalların oğurluq oldunu Aslana deməmiş, pulunu alıb sağollaşıb getmişdir. xx.xx.2020-ci il tarixdə, saat 18 radələrində B.B.Məcidov küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşıb Zərərçəkmiş şəxs MMC-nin həyətindən oğurluq etməkdə şübhəli olduğunu demiş, o, oradan oğurluq etdiyini etiraf etmiş və onu buna görə Nəsimi RPİ-nə gətirmişlər. Daha sonra, o, xx xxxx 2020-ci il tarixdə, saat 20 radələrində Nəsimi rayonu, ünvan 3 saylı ünvanda yerləşən vaqon konteynerdən pula ehtiyacı olduğuna görə oğurluq etdiyini, həmin əməli tək törətdiyini, ona heç kimin kömək etmədiyini, hadisələrin şahidi olmadığını, oğurladığı əşyaları sökdükdən sonra sökülmüş hissələri atdığı yeri xatırlamadığını, Aslana satdığı metalların oğurluq olmasını bildirməmiş, törətdiyi cinayət əməlindin peşman olduğunu bildirmişdir. Daha sonra özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, himayəsində yaşlı anasının olmasını, qardaşının Vətən Müharibəsində döyüşlərdə iştirak edərək qazi olmasını, ailəsinin yeganə qazanc gətirən şəxsi olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ona qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını və onun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyi, DVD diskində olan video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin yanvar ayından Zərərçəkmiş şəxs MMC-nin icraçı direktoru vəzifəsin işləyir. Şirkətin işi binaların üzlədilməsindən ibarətdir. Şirkət hazırda Nəsimi rayonu, Füzuli küpəsi 39 ünvanında yerləşən binanın üzlədilməsi işi ilə məşğul olduğu üçün onlar həmin binanın həyətninə iki ədəd konteyner qoymuşlar. Həmin konteynerin birini ofis kimi istifadə edirlər, digərində təmir alətləri saxlanılır. Tikinti alətlərini saxladıqları konteynerin qapısı qıfıl ilə bağlanır. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində onun özü həmin konteynerin qapısını bağlayıb yaşadığı evə getmişdir. Daha sonra, xx.xx.2020-ci il tarixdə işə gəldiyi zaman təmir alətlərinin saxlandığı konteynerin qapısının kilidinin qırılıb qapısının açıq vəziyyətdə olduğunu görmüş, konteynerə daxil olub baxanda oradan Zərərçəkmiş şəxs MMC-yə məxsus olan bir ədədinin dəyəri 240 manat olan iki ədəd “Boch” markalı prelaratorun, bir ədədinin dəyəri 160 manat olan iki ədəd “Total” markalı preforatorun, bir ədədinin dəyəri 140 manat olan üç ədəd “Hammer Drill” markalı preforatorun, dəyəri 270 manat olan bir ədəd “KZUBR” markalı preforatorun, bir ədədinin dəyəri 275 manat olan dörd ədəd “Boch 230” markalı laqondanın, bir ədəd 60 manat dəyərində “Boch 115” markalı laqondanın, bir ədəd 180 manat dəyərində “Makita 230” markalı laqondanın, 1 ədəd 350 manat dəyərində “Pusello” markalı qaynaq aparatının, bir metri bir manat olan 3 X 2,5 min kabel xəttinin, bir ədədi 10 manat olan 10 ədəd keçid patronu, bir ədəd 25 manat dəyərində elektrik çaynikinin, bir ədədi bir manat əlli qəpik olan 9 ədəd nasadka qaykasının, bir ədədi dörd manat əlli qəpik olan 10 ədəd rozetka yuvasının, bir ədədinin dəyəri 5 manat olan 28 ədəd 6 X 260 mm sverlonun, bir ədədinin dəyəri 4 manat olan 25 ədəd 6 X 210 mm sverlonun, bir ədədinin dəyəri dörd manat əlli qəpik olan 12 ədəd 12 X 210 mm sverlonun, bir ədədinin dəyəri beş manat on qəpik olan 10 ədəd 12 X 300 min sverlonun, bir ədədinin dəyəri altı manat olan 12 ədəd 14 X 300 mm sverlonun, bir ədədinin dəyəri beş manat əlli qəpik olan 11 ədəd 14 X 260 mm sverlonun, bir ədədinin dəyəri üç manat iyirmi qəpik olan 24 ədəd 7X210 mm sverlonun, bir ədədinin dəyəri üç manat əlli qəpik olan 26 ədəd 7 X 260 mm sverlonun, bir ədədinin dəyəri dörd manat əlli qəpik olan 18 ədəd 8 X 210 mm sverlonun oğurlandığını aşkar etmişdir. Bununla da MMC-yə ümumilikdə 4489 manat maddi ziyan vurulmuşdur. Həmin əşyaları o, 2020-ci ilin iyun ayının əvvələrində almış, sverlolardan başqa qalan əşyalar işlənmiş vəziyyətdə olmuşdur. O, ekspertizanın qiymətləndirdiyi əşyaların qiyməti ilə razı olduğunu, lakin qiymətləndirilməyən əşyaların dəyərinin onun təqdim etdiyi qiymətlərlə hesablanmasını xahiş etmiş və şirkətə baş verən oğurluq nəticəsində 4009 manat maddi ziyan dəydiyini bildirmişdir. Bundan başqa, o, Təqsirləndirilən şəxs tanısa da sonuncunun ümumiyyətlə konteynerə giriş-çıxışına icazəsi olmadığını və onun oğurlıq edərkən konteynerin qıfılını sındıraraq konteynerə qanunsuz daxil olduğunu bildirmişdir. Bundan başqa, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur və sonuncunun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, təxminən 2020-ci ilin iyun ayından Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Təzə” bazarın arxasında icarəyə götürdüyü obyektdə əlvan metal qəbulu ilə məşğul olur. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, bir neçə dəfə sonuncu ona müxtəlif metallar gətirib satmışdır. Dağların ona gətirdiyi metalı qəbul edib qiymətini hesabladıqdan sonra o, pulunu Dağlara verir. xx.xx.2020- ci il tarixdə də Dağlar ona laqondanın və preforatorun içərisində olan dəmir aləti və içərisində olan mis metalı, müxtəlif ölçüdə sverlolar və müxtəlif metal əşyalar satmışdır. Dağlar laqonda aparatının və prefarator aparatının özünü ona satmamış, ümumiyyətlə onun əlində bir neçə ədəd prefarator və bir neçə ədəd laqonda aparatı görməmişdir. Təqsirləndirilən şəxs ona həmin alətlərin içərisində olan detalları satmış və o, həmin əşyaları Dağlardan 70 manata almışdır. Bundan başqa, o bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən satılan əşyaların cinayət yolu ilə əldə edildiyindən məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, “London” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobi taksi fəaliyyəti ilə məşğul olur. xx xxxx 2020 tarixdə saat 21:14-də “Vinter Park” otelinin yaxınlığında olan zaman onlayn sifariş qbəul etmiş və avtomobillə müştərinin qeyd etdiyi Salatın Əsgərova küçəsinə doğru hərəkət etməyə başlamışdır. Sifarişdə qeyd edilən ünvana çatmadan yolun kənarında dayanan bir nəfər cavan oğlanın onun avtomobilinə əli ilə saxla işarəsi verdiyini görüb ona sərf etdiyi halda həmin müştərini də yol üstü aparacağını düşünüb avtomobilini saxlamışdır. Həmin şəxs ondan onu yaxınlıqda olan ünvana aparmasını xahiş etdikdə o, yolunun yaxın olduğunu görüb həmin oğlanı da müştəri kimi taskiyə götürmüşdür. Həmin şəxs maşına iki ədəd iri və ağır olduğu hiss olunan çantalarını da qoymuşdur. Beləliklə də o, yoldan maşına təsadüfən götürdüyü müştərini təxminən 2-3 küçə irəli apardıqdan sonra müştəri olan oğlan maşını yolun kənarında saxlamasını demişdir. Həmin yerdə “Qazel” markalı avtomobil də dayanmış, həmçinin orada göy rəngli çadırla çəpərə alınmış metal qəbulu məntəqəsi olmuş və məntəqənin qarşısında isə 3-4 nəfər şəxs dayanmışdır. Müştəri olan cavan oğlan onun maşınından düşüb yüklərini də boşaltmış və yol haqqı olaraq ona 3 manat da vermişdir. Daha sonra isə o, onlayn taksi sifariş vermiş şəxsi götürmək üçün getmişdir. Cinayət işinin 1-ci cild 53-cü vərəqəsində olan xx xxxx 2020-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 84-85-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxx 2020ci il tarixdən hesablanmaqla xx xxxxxxx 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 15-16-cı vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 97-101-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 9/2645 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 13 adda malların 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1587,30 manat müəyyən edilir. Digər 9 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, istehsal yeri və s) olmadığı üçün həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Cinayət işinin 1-ci cild 98-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 135-142-ci vərəqələrində olan xx xxxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin Növbətçi Hissələrin İdarəetmə Xidmətindən daxil olmuş video görüntülər olan DVD disk iş üzrə maddi sübut növü kimi tanınmışdır. Cinayət işinin 1-ci cild 102-103-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cild 21-ci vərəqəsində olan xx xxxx 2020-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs MMC zərərçəkmiş şəxs qismində Nümayəndə isə həmin MMC-nin nümayəndəsi qismində tanınmışdır. Cinayət işinin 1-ci cild 111-ci vərəqəsində olan DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər xx xxxx 2020-ci il tarixdə 20 radələrində Nəsimi rayonu, ünvan 3 ünvanında qeydə alınmış, 04 dəqiqə 18 saniyəlik video görüntüdə əynində boz şalvar, qara rəngli köynək, başında papaq çiynində bir ədəd torba və 1 ədəd çanta olan bir nəfər cavan oğlan küçə ilə hərəkət edir, həmin cavan oğlan çiynindəki torba və çantanı yerə qoyur, daha sonra taksi avtomobilini saxladaraq sürücü ilə danışır, həmin cavan oğlan bir ədəd torba və bir ədəd çantanı avtomobilə yüklədikdən sonra özüdə avtomobilə əyləşir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 762 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs qardaşı X3 “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası qanunlarının müvafiq maddələrinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada hərbi xidmətə cəlb edilmiş və xx xxxxxxxx 2020-ci il tarixdə aidiyyəti hərbi hissəyə təhvil verilmişdir. Cinayət işinə əlavə edilmiş AZ-İİ seriyalı, 097798 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X2 xx xxxxxx 2020-ci il tarixdə baş beynin ocaqlı travması səbəbindən ölmüşdür. Cinayət işinə əlavə edilmiş zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur və sonuncunun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskində olan video görüntülər və digər iş materialları ilə onun saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2005-ci il tarixli qərarının 20ci bəndinin 3-cü abzasına əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, himayəsində yaşlı anasının olmasını, qardaşının Vətən Müharibəsində döyüşlərdə iştirak edərək qazi olmasını, ailəsinin yeganə qazanc gətirən şəxsi olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ona qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını və onun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, himayəsində yaşlı anasının olmasını, qardaşının Vətən Müharibəsində döyüşlərdə iştirak edərək qazi olmasını, ailəsinin yeganə qazanc gətirən şəxsi olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ona qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını və onun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etməsini eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək həbsdə saxlanıldığı 06 (altı) ay 18 (on səkkiz) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 01 (bir) il 01 (bir) ay 06 (altı) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri, «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut növü kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. R.R.Hüseynovun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək, yəni 06 (altı) ay 18 (on səkkiz) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 01 (bir) il 01 (ay) ay 06 (altı) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut – 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar