Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-93/2022 21.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, müdafiəçi “PRO BONO” Vəkil Bürosunun vəkili X3, təqsirləndirilən şəxs Müdafiəçi iştirakları ilə, xx xxxx 1999-cu il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Naftalan şəhəri, X11 11 saylı küçə, ev 15 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Müdafiəçi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Müdafiəçi Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş zəhərli maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli və ya yaxud bəyan etməməklə keçirmişdir. Təqsirləndiriləş şəxs Müdafiəçi Goranboy şəhərində istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 25,585 qram sink-fosfid zəhərli maddəsini iki bükümdə qablaşdıraraq malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə bir cüt qadın idman ayaqqabısının hər tayının içliyinin daban hissəsində ayrı-ayrılıqda bir büküm olmaqla gizlətmiş, həmin bir cüt ayaqqabını bir bağlamada qablaşdıraraq 15.09.2020-ci il tarixdə RR009814064AZ saylı beynəlxalq poçt göndərişi ilə Rusiya Federasiyasında yaşayan qohumu X8 çatdırılması üçün Naftalan Mərkəzi poçt şöbəsinə təhvil vermiş, 21.09.2020-ci il tarixdə Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Bakı şəhəri, Nəsimi rayonunun inzibati ərazisində yerləşən “Poçt Göndərişləri gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilərək göndərilməsinə nail olmuş, həmin bağlama alıcısı tərəfindən təhvil alınmadığı üçün Azərbaycan Respublikasına geri qaytarılmış və 22.12.2020-ci il tarixdə ‘Poçt Göndərişləri" gömrük postunda keçirilmiş yoxlama zamanı 25,585 qram sink-fosfid zəhərli maddəsi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs Müdafiəçi ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun dayısı qızı X15 Federasiyasının Tümen vilayətində yaşayır. Onunla uşaqlıqdan birlikdə böyüdüyü üçün çox mehriban olmuşdur. Nahidə uzun müddətdir ki, əri ilə problemlər yaşayır və onların faktiki olaraq ərarvad münasibətləri yoxdur. Nahidə ilə danışarkən o, həmişə bu məsələdən narazılığını və sıxıldığını deyirmiş. Qayınanası dinlə məşğul olan bir insandır. Təsadüfən o danışarkən eşitmişdir ki, ər-arvad münasibətlərində soyuqluq olan zaman arvad ayaqqabısının içərisinə zəhərli maddə qoyaraq gəzərsə onların münasibəti düzəlir. Ağlına gəlmişdir ki, zəhərli maddə(siçan zəhəri) alaraq ayaqqabıya yerləşdirsin və həmin ayaqqabını Nahidəyə göndərsin və beləliklə əri ilə barışsın. 14.09.2020-ci il tarixdə Goranboy şəhərində olarkən dəqiq ünvanını xatırlamadığı bitki və heyvan dərmanları satılan aptekə gedərək aptek işçisindən zəhərli maddə verməsini istəmişdir. Aptek işçisi nə üçün zəhər istədiyini soruşduqda siçovulları öldürmək üçün istədiyimi bildirmişdir. Sellofan paketdə 20- 30 qram çəkidə toz halında zəhərli maddəni aptekdən almış və bunun müqabilində 6 manat ödəmişdir. Daha sonra Nahidə ilə danışaraq ona hədiyyə göndərmək istədiyini və bunun üçün ünvanını göndərməsini xahiş etmişdir. 15.09.2020-ci il tarixində Naftalan şəhərində yerləşən "Naftalan Mail" Ticarət Mərkəzindən uşaq üçün papaq, üst geyimi və alt geyimi, eləcə də dayısı qızı üçün bir cüt idman ayaqqabası almışdır. Daha sonra toz halında olan zəhəri iki hissəyə bölüb kağıza bükərək ayaqqabıların alt hissəsində xüsusi deşik açaraq yerləşdirmişdir. Həmin gün Naftalan şəhərində yerləşən poçta getmiş və orada poçt əməkdaşı göndərmək istədiyi malları yoxlamaq istədiyini bildirmişdir. Aldığı əşyaları poçt işçisinə göstərmiş, poçt əməkdaşı isə əşyalara baxaraq onları poçt göndərişləri üçün nəzərdə tutulmuş qutuya yerləşdirmişdir. Həmin poçt bağlasının Rusiya Federasiyasına göndərilməsi üçün 12,65 manat pul ödəmişdir. Daha sonra poçtun qəbzini götürmüş və şəklini çəkərək whatsapp proqramı vasitəsilə Nahidəyə göndərmişdir. Təxminən 2 ay sonra Naftalan şəhərində yerləşən poçta gedərək bağlamanın Rusiya Federasiyasına gedib çatdığını öyrənmək istəmişdir. Poçt mərkəzindən həmin bağlamanın Rusiya Federasiyası Tümen vilayətinə çatdığını söyləmişlər. Nahidə ilə əlaqə saxlayaraq bağlamanın Rusiyaya çatdığını demişdir. Nahidə yaşadığı şəhərdə poçt mərkəzinə yaxınlaşmış, orada isə həmin bağlamanın geriyə, yenidən Azərbaycana qaytarıldığını öyrənmişdir. Nahidə whatsapp vasitəsilə əlaqə yaradaraq bağlamanı uzun müddət götürülmədiyi üçün yenidən Azərbaycana qaytarıldığını bildirmişdir. 26.01.2021-ci il tarixdə gömrükdən zəng gəlmiş və Bakıya dəvət edilmişdir. Ertəsi gün Bakıya gəldikdə gömrük idarəsində bildirilmişdir ki, göndərdiyi poçt bağlamasındakı ayaqqabının içərisindən 25,585 qram sink-fosfid zəhərli maddə aşkar olunmuşdur. Daha sonra özünü təqsirli bilərək əməlindən peşman olmasını, etdiyi əməli dərk etməməsini, evli olmaqla arvadının uşaqlıqdan əlil olmasını, məhkumluğunun olmamasını, barəsində verilmiş müsbət xasiyyətnaməni, cavan olmasını və bir daha belə hallara yol verməyəcəyinə dair söz verməsini nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs Müdafiəçinin təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, protokollar və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri gömrük postunun baş inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, 22 dekabr 2020-ci il tarixində X2 Nəzarət Bölməsinə daxil olmuş ümumi çəkisi 0,974kq, izləmə kodu RRQ09814064AZ olan, üzərində göndərici qismində "X12, ünvanı Naftalan şəhəri kimi göstərilmiş, alıcı qismində "X9, ünvanı Rusiya, Tumenskoe obl, Xantanmanski Ovtonamnıy okr, Savetski ray, qor Sovetski, ul. Makarenka 30 kimi göstərilmiş poçt bağlamasına rentgen qurğusundan keçirərkən şübhəli təsvirlərin görünməsi səbəbindən həmin bağlamaya yoxlama keçirilməsi üçün 2 nəfər hal şahidi dəvət etmiş və onların iştirakı ilə həmin bağlamaya yoxlama keçirmişdir. Yoxlama zamanı həmin poçt bağlamasının içində çəhrayı rəngli qadın idman ayaqqabısının hər iki tayının içliyinin daban hissəsində aşkar edilməni çətinləşdirən üsuldan istifadə etməklə xüsusi qaydada düzəldilmiş boşluqda, hər tayda bir ədəd olmaqla göy rəngli yapışqanla bağlanılmış iki kağız bükümünün içində gömrük nəzarətindən gizlədilmiş qara rəngli toz şəklində təqribi çəkisi 25 qram olan maddə aşkar olunaraq protokol əsasında götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 22 dekabr 2020-ci il tarixində gömrük əməkdaşı Şahid1 X2 Nəzarət Bölməsinə daxil olmuş ümumi çəkisi 0,974kq, izləmə kodu RR009814064AZ olan, üzərində göndərici qismində "X12, ünvanı Naftalan şəhəri kimi göstərilmiş, alıcı qismində "X9, ünvanı Rusiya, Tumenskoe obl, Xantanmanski Ovtonamnıy okr, Savetski ray, qor Sovetski, ul. Makarenka 30” kimi göstərilmiş poçt bağlamasına keçiriləcək gömrük yoxlaması zamanı hal şahidi kimi iştirak etməyi xahiş etmişdir. Razılaşdıqdan sonra keçirilmiş yoxlama zamanı həmin poçt bağlamasının içində çəhrayı rəngli qadın idman ayaqqabısının hər iki tayının içliyinin daban hissəsində aşkar edilməni çətinləşdirən üsuldan istifadə etməklə xüsusi qaydada düzəldilmiş boşluqda, hər tayda bir ədəd olmaqla göy rəngli yapışqanla bağlanılmış iki kağız bükümünün içində gömrük nəzarətindən gizlədilmiş qara rəngli toz şəklində maddə aşkar olunmuş və aşkar olunmuş maddə protokol əsasında götürülmüşdür. Məhkəmə iclasında iştirak etməyən və məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan olunmaqla tədqiqi edildi və müəyyən edildi ki, o, da məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir.. Cinayət işinin 152-154-cü vərəqələrində olan 30 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Müdafiəçi barəsində həmin tarixdə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Müdafiəçi barəsində seçilmiş olan başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 5-6-cı vərəqələrində olan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri gömrük postunun baş inspektoru Şahid1 tərəfindən tərtib edilmiş 22 dekabr 2020-ci il tarixli “yoxlama və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, yoxlama zamanı Rusiya Federasiyasından beynəlxalq poçt göndərişləri vasitəsi ilə daxil olmuş ümumi çəkisi 974kq, izləmə kodu RR009814064AZ olan, üzərində göndərici qismində "X13, ünvanı Naftalan şəhəri” kimi göstərilmiş, alıcı qismində "X9, ünvanı Rusiya, Tumenskoe obl, Xantanmanski Ovtonamnıy okr, Savetski ray, qor. Sovetski ul., Makarenka 30" kimi göstərilmş bağlamanın içərisində olan çəhrayı rəngli qadın idman ayaqqabasının hər iki tayının içliyinin daban hissəsində aşkar edilməni çətinləşdirən üsuldan istifadə etməklə xüsusi qaydada düzəldilmiş boşluqda, göy rəngli yapışqanla bağlanılmış hər tayda bir ədəd olmaqla iki kiçik kağız bükümünün içərisindən gömrük nəzarətindən gizlədilmiş təqribi çəkisi 25 qram olan qara rəngli toz şəklində maddə aşkar edilmiş və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99.3-cü maddəsinə əsasən götürülərək Əməliyyat və Təhqiqat İdarəsinə təqdim edilmişdir. Cinayət işinin 9-12-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2020-ci il tarixli, 6/2798 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində üzərində Azerbaijan Customs .. AA747957..” yazısı olan bir ədəd polietilen paktedə təmiz çəkisi 25,585 qram olan qara rəngli tozşəkilli kütlə sink-fosfid maddəsidir. Sink-fosfid 18.03.2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş zəhərli maddələrin siyahısına (2 nömrəli əlavə, Sıra №-si 41) daxildir Qeyd: maddənin çəkisi - 25,585 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 25,485 qram. Cinayət işinin 66-68-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2021-ci il tarixli, 6/455 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi №60" dairəvi möhür əksi olan Mərkəzə MEM-ə məxsus bir ədəd kağız paketin içərisində, üzərində "Azerbaijan Customs .. AA747957.." yazısı olan bir ədəd polietilen paktedə təmiz çəkisi 25,485 qram olan qara rəngli tozşəkilli kütlə sink-fosfid maddəsidir. Sink-fosfid 18.03.2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş zəhərli maddələrin siyahısına (2 nömrəli əlavə, Sıra №-si 41) daxildir Qeyd: maddənin çəkisi - 25,485 qr, tədqiqata sərf edildi - 0.1 qr, qalıq - 25,385 qr. Cinayət işinin 10 və 66A-ci vərəqələrində olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 109 (bir yüz doqquz) manat 90 (doxsan) qəpik və 65 (altmış beş manat) manat cəmi olaraq 174 (bir yüz yetmiş dörd) manat 90 (doxsan) qəpik müəyyən edilmişdir. Cinayət işinin 80-81-ci vərəqələrində olan 20 mart 2021-ci il tarixli maddi sübutun tanınması haqqında qərardan görünür ki, 25,585 qram sink fosfid zəhərli maddəsi cinayətin predmeti olduğundan habelə, həmin zəhərli maddənin aşkar edildiyi bir cüt ayaqqabı cinayətin törədilməsində vasitə olduğundan maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 25,385 qram sink-fosfid zəhərli maddəsi saxlanılması üçün DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlancı otağına, cinayətin törədilməsində vasitə olan bir cüt ayaqqabı isə Azərterminalkompleks Birliyinin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 121-123-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" X21 21.10.2021-ci il tarixli 2447 saylı ekspert rəyindən görünür ki, Müdafiəçi hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Müdafiəçi həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Müdafiəçi ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk emək və onları idarə etmək iqtidarındadır. Müdafiəçi məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 47-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 06 fevral 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Müdafiəçi əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 54-cü vərəqəsində olan 17 fevral 2021-ci il tarixli 135 saylı Naftalan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Müdafiəçi Naftalan şəhəri, X11 11 saylı küçəsi, ev 15 ünvanında qeydiyyatda olmaqla yaşayır. Ailə üzvləri – arvadı X10 03.06.2001-ci il təvəllüdlü. Cinayət işinə əlavə edilmiş AZ-İİ 284256 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, N.A.X1 ilə 08 avqust 2020-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Cinayət işinə əlavə edilmiş 02 may 2006-ci il tarixli 044406 nömrəli vəsiqənin surətindən görünür ki, X10 (Müdafiəçi arvadı) uşaqlıqdan əlildir. Cinayət işinin 55-ci vərəqəsində olan 17 fevral 2021-ci il tarixli 136 saylı Naftalan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Müdafiəçi müsbət qiymətləndirilir və onun barəsində nümayəndəliyə hər hansı şikayət daxil olmayıb. Beləliklə, Müdafiəçiın törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri, protokollar və digər iş materialları ilə onun Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş zəhərli maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli və ya yaxud bəyan etməməklə keçirilməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2 maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrinvə ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs Müdafiəçi cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Müdafiəçi özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, etdiyi əməli dərk etməməsini, evli olmaqla arvadının uşaqlıqdan əlil olmasını, evə qazanc gətirən yeganə şəxs olmasını, məhkumluğunun olmamasını, cavan olmasını, səhhətində xasiyyətinin psixopatik cizgiləri müəyyən edilməsini və barəsində verilmiş müsbət xassiyyətnaməni cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Müdafiəçi əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Müdafiəçi təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməlidir. Lakin, məhkəmə təqsirləndirilən şəxs Müdafiəçi şəxsiyyətini tədqiq edərək və işin mühüm və diqqətəlayiq hallarını, onun törətdiyi cinayəti etiraf etməsini, törətdiyi cinayətin ağırlığını, ictimai təhlükəlilik dərəcəsini və nəticələrinə dair məsuliyyətini dərk etməsini, habelə özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, etdiyi əməli dərk etməməsini, evli olmaqla arvadının uşaqlıqdan əlil olmasını, evə qazanc gətirən yeganə şəxs olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cavan olmasını, səhhətində xasiyyətinin psixopatik cizgiləri müəyyən edilməsini və qeydiyyat yeri üzrə müsbət xarakterizə edilməsini, bir daha belə hallara yol verməyəcəyinə dair söz verməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Müdafiəçi təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunması mümkündür. Ona görə də, məhkəmə sonuncunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 25-ci bəndinə əsasən şərti məhkum etmə, haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verilməlidir. Ona görə də, məhkəmələr, zəruri olduqda, işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq, məhkumun üzərinə Cinayət Məcəlləsinin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən, əlavə cəzalar isə real icra olunduğundan, hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən Müdafiəçi təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxs Müdafiəçi yaşayış yeri üzrə Naftalan rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs Müdafiəçi üzərinə şərti məhkum etmə dövründə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Müdafiəçi barəsində tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və hazırda Azərterminalkompleks Birliyinin saxlanc anbarında saxlanılan bir cüt ayaqqabı sahibinə qaytarılmalı, digər maddi sübut Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlancı otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 25,385 qram qara rəngli, toz şəkilli kütlə sink-fosfid maddəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi 174 (bir yüz yetmiş dörd) manat 90 (doxsan) qəpik Müdafiəçi tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Müdafiəçi məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “PRO BONO” Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Müdafiəçi göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili F.M.Dünyamalıyevin məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “PRO BONO” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirlən şəxs Müdafiəçi barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Müdafiəçi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Müdafiəçi barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hökmün icrasına nəzarət Müdafiəçi yaşayış yeri üzrə Naftalan rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Müdafiəçi üzərinə şərti məhkum etmə dövründə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış və Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlancı otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 25,385 qram qara rəngli, toz şəkilli kütlə sink-fosfid maddəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Azərterminalkompleks Birliyinin saxlanc anbarında saxlanılan bir cüt ayaqqabı sahibinə qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 174 (bir yüz yetmiş dörd) manat 90 (doxsan) qəpik Müdafiəçi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Müdafiəçi hüquqi xidmətə görə “Pro Bono” Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Pro Bono” Vəkil Bürosunun Bakı şəhəri, Azərbaycan Beynəlxalq Bankının Səbail filialındakı hesablaşma hesabına (hesab. AZ55İBAZ**********64********) (bank kodu – 805056, VÖEN **********, müxbir hesab AZ03NABZ013501**********1944) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Müdafiəçi barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-93/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-93/2022
21.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver