Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-94/2021 04.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, subay, məhkumluğu ödənilməyən, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 16, mənzil 44-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxx 2020-ci il tarixdə, saat 23:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quluyev küçəsi, 41 saylı ünvanda yerləşən yaşayış binasının 11-ci mərtəbəsinin ümumi dəhlizində Zərərçəkmiş şəxs3 məxsus 650 manat dəyərində bir ədəd 5 sürət ötürücülü, mexanikalı, 26 ölçülü, qara rəngli velosipedi oğurlamışdır. Bundan başqa o: - xx xxxx 2020-ci il tarixdə, saat 09:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi, 29 saylı ünvanda yerləşən binanın 14-cü mərtəbəsinin ümumi dəhlizində Zərərçəkmiş şəxs2 məxsus 6.500 manat dəyərində bir ədəd göy rəngli, üzərində “Giant Propel” sözləri yazılmış velosipedi gizli olaraq talayıb zərər çəkmiş şəxsə xeyli miqdarda; - xx xxxxxx 2020-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, 07 saylı ünvanda yerləşən yaşayış binasının 14-cü mərtəbəsinin ümumi dəhlizində X5 məxsus 350 manat dəyərində bir ədəd 5 sürət ötürücülü, mexanikalı, 26 ölçülü, “Rally” markalı velosipedi gizli olaraq talayıb zərər çəkmiş şəxsə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə, saat 23.30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quluyev küçəsi, 41 saylı ünvanda yerləşən yaşayış binasının 11-ci mərtəbəsinin ümümi dəhlizində divara söykədilmiş vəziyyətdə olan 26 ölçülü, ağ-qara rəngli velosipedi görmüş və onu oğurlayıb binanın lifti ilə həyətə düşürmüşdür. Daha sonra həmin velosipedi özü sürərək evinə aparmış, xx.xx.2020-ci il tarixdə, saat 20 radələrində yaşadığı ünvanın yaxınlığında tanımadığı şəxsə 110 manata sataraq əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə, saat 09.30 radələrində yenidən velosiped oğurlamaq məqsədi ilə Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi, 29 saylı ünvanda yerləşən binaya daxil olub pilləkənlərlə yuxarı mərtəbələrə qalxmışdır. Bu zaman 14-cü mərtəbənin dəhlizində divara söykədilmiş vəziyyətdə olan göy rəngli velosipedi görmüşdür. Velosipedi götürüb binanın lifti ilə həyətə düşürmüş və sürərək oraya yaxın ünvanda yaşayan xalasıgilə aparıb onların evinin həyətində gizlətmişdir. Həmin günü, saat 20 radələrində atası ona zəng edərək oğurladığı velosipedi sahibinə qaytarmasını tələb etdiyindən onu polisə təhvil vermişdir. Bundan əlavə o, xx.xx.2020-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, 07 saylı ünvanda yerləşən yaşayış binasının piləkənləri ilə yuxarı qalxdıqda 14-cü mərtəbədəki ümimi dəhlizdə 26 ölçülü, “Rally” markalı velosipedi görmüşdür. Onu götürüb binanın lifti ilə aşağı düşürərək evinə aparmışdır. xx.xx.2020-ci il tarixdə, saat 16 radələrində yaşadığı ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra bu velosipedi gizlətdiyi yeri atasına demişdir. Bundan sonra atası həmin velosipedi sahibinə qaytarmışdır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə, saat 22 radələrində özünə məxsus, Türkiyə istehsalı, 5 sürət ötürücülü, mexanikalı, 26 ölçülü, qara rəngli velosipedi yaşadığı Nəsimi rayonu, Q.Quliyev küçəsi, 41 saylı ünvanda yerləşən binanın 11-ci mərtəbəsindəki ümümi dəhlizdə divara söykəyərək saxlamışdır. Növbəti günü saat 10 radələrində dəhlizə çıxdıqda velospedin yerində olmadığını aşkar etsə də, onu qonşusunun sürmək üçün götürdüyünü güman etmişdir. Lakin sonradan 20-ci polis bölməsinin əməkdaşları Ayhan adlı şəxsin törətdiyi əməl barədə ona məlumat verdikdə, o, velosipedinin oğurlanmasını bilmişdir. Velosipedinin dəyəri təxminən 650 manat idi. Hazırda ona vurulmuş zərər ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2018-ci ilin sentyabr ayında Türkiyədə olarkən özünə 4.000 ABŞ dollarına “Giant” markalı velosiped alaraq Bakıya gətirmişdir. Velosipedi yaşadığı Bakı şəhəri Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi, 29 saylı evin 14-cü mərtəbəsində yerləşən mənzilin qapısının qarşısında, dəhlizdə saxlayırdı. xx xxxx 2020-ci il tarixdə, saat 11 radələrində evdən çıxarkən velosipedin oğurlandığını aşkar etmişdir. Sonradan velosipedi qaytarılsa da, onun bahalı olan əyləc mexanizmi qırılmış, bununla bağlı ona vurulmuş zərər ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2020-ci ilin iyul ayının əvvəllərində nəvəsi üçün Türkiyə istehsalı, 26 ölçülü, 05 ötürücü sürətə malik “Rally” markalı velosiped almış və onu yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, 07 saylı ünvanda yerləşən yaşayış binasının 14-cü mərtəbəsindəki ümumi dəhlizdə saxlamışdır. xx.xx.2020-ci il tarixdə, saat 07 radələrində evdən çıxdıqda velosipedin oğurlandığını aşkar etmiş və baş vermiş hadisə barədə “102” xidmətinə məlumat vermişdir. Bir müddət sonra velosiped tapılaraq qaytarılmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin: - xx xxxxxx 2020-ci il tarixli, 9/2866 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd göy rəngli, üzərində sarı rənglə “Giant Propel” və qara rənglə “made in Netherlands fabrique Aupays-bas İso 4210-2” sözləri yazılmış, böyüklər üçün nəzərdə tutulmuş velosipedin istifadədə olması nəzərə alınmaqla normal vəziyyətdə 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən 6.500,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manatdır (İ cild, i.v.202-203); - xx xxxxxxxx 2020-ci il tarixli, 9/3189 saylı rəyinə görə ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd istifadə olmuş, Çin istehsalı, 5 sürət ötürücülü, mexanikalı, 26 ölçülü “Rally” markalı velosipedin orta bazar qiyməti 350,00 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manatdır (İ cild, i.v.227-230); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin gün tutulmuş, Bakı şəhəri Nərimanov rayon prokuroru vəzifəsini icra edən E.Qənizadənin xx.xx.2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən imtina edilmişdir (İ cild, i.v.142-144, 172-174); - xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli qərarlarla 01 ədəd DVD disk, 01 ədəd “Giant” markalı və 01 ədəd “Rally” markalı velosipedlər iş üzrə maddi sübut kimi tanınmış, “Giant” markalı velosiped sahibi Zərərçəkmiş şəxs2, “Rally” markalı velosiped isə sahibi Zərərçəkmiş şəxs1 təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işi materiallarına əlavə edilmişdir (İ cild, i.v.86, 210, 243-244); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(006)- 470/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.96-99); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixli arayışı, məhkəmə hökmü və qərarının surətlərindən aydın olur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 1.500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə ona təyin olunmuş bu cəza 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə onun əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.180-181, 184-196, 222-225). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinə müvafiq olaraq oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin “təkrarlıq” əlamətləri üzrə tövsif edilməsi üçün həmin Məcəllənin 177, 178, 180, 181-ci maddələri ilə, habelə 179, 182, 183, 184 və 185-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsi (hər hansı ardıcıllıqla) əsas ola bilər (15-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar İsayev X6 Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməklə ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 vurulmuş zərərin aradan qaldırılmasını Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmədə onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, eyni zamanda onun əvvəllər talama cinayətinə görə məhkum olunaraq təyin olunmuş cəzasını çəkmədiyindən hazırda da azadlıqdan məhrum etmə cəzasının çəkməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 01 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Cinayət Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin bu tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə ona Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzasının çəkilməmiş hissəsinin əvəz edildiyi 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının hazırda çəkilməmiş hissəsi – 01 ay 11 gün müddət Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməli və ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan - xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Giant” markalı velosiped sahibi Zərərçəkmiş şəxs2, 01 ədəd “Rally” markalı velosiped isə sahibi Zərərçəkmiş şəxs1 istifadəsində, 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri 100 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə ona Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzasının çəkilməmiş hissəsinin əvəz edildiyi 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi – 01 (bir) ay 11 (on bir) gün müddət Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilsin və ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat pul tutularaq dövlət büdcəsinə keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Giant” markalı velosiped sahibi Zərərçəkmiş şəxs2, 01 ədəd “Rally” markalı velosiped isə sahibi Zərərçəkmiş şəxs1 istifadəsində, 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-94/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-94/2021
04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver