Məhkəmə qərarları › İş №1(006)-94/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-94/2025

24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-94/2025 24.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəlllər məhkum olunmamış, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Belə ki, o, 07 may 2024-cü il tarixdə saat 20 radələrində gəlir əldə etmək məqsədilə tanışları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ünvan 2 ünvanında yerləşən «Niaqara» restoranının qarşısında cinsi əlaqədə olmaq üçün oraya gəlmiş kişi müştəri olan Şahid2 və X2 ilə görüşdürüb, bunun müqabilində X4 Həsənovaya görə 100 manat, Zərərçəkmiş şəxs1 görə 100 manat və zəhmət haqqı kimi özü üçün 50 manat olmaqla ümumilikdə 250 manat pul alıb zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 fahişəliyə cəlb etmiş və həmin gün saat 20:00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnsan X5 Baş idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, İlqarı uzun müddət əvvəldən tanımış və normal münasibətləri olmuşdur. Həmçinin İlqarla arabir əlaqə saxlamışlar. xx.xx.2024-cü il tarixdə İlqar ona zəng vurmuş və otelə yeyib-içməyə dəvət etmişdir. Həmin vaxt otelə getmiş və orada İlqar dostu ilə birlikdə qadınla cinsi əlaqədə olmaq istədiyini və iki nəfər qadın “təşkil etməsini” xahiş etmişdir. O buna görə 250 manat pul lazım olduğunu bildirmişdir. Belə ki, həmin pulun 50 manatını qazanc olaraq özünə götürəcəyini, qalan 200 manatı isə hər biri 100 manat olmaqla qadınlara ödəyəcəyini bildirmişdir. İlqar onunla razılaşmışdır. O, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 adlı qadınlara zəng vuraraq müştərilərlə cinsi əlaqədə ola biləcəkləri təqdirdə hərəsinə 100 manat veriləcəyini bildirmiş və həmin şəxslər onunla razılaşmışdır. Sonra Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 otelə qeyd etdiyi otağa gəlmişlər. Həmin şəxslər otağa gələndən bir müddət sonra isə polis əməkdaşları hadisə yerinə gəlmişlər. Polis əməkdaşları xidməti vəsiqələrini və əməliyyat tədbiri keçirmələrinə dair qərarı təqdim edərək İnsan X5 Baş İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. İttiham aktında guya polis əməkdaşlarının onları “Niaqara” restoranının qarşısında tutması yazılsa da, onları otelin 5-ci mərtəbəsindəki 501 nömrəli otaqda tutmuşlar. İfadəsinin sonunda məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, İlqar onu otelə çağırmış, o da həmin yerə tək getmiş və otağın nömrəsi 501 olmuşdur. Otaqda İlqar, Samir və balacaboy kişi olmuşdur. İlqar ona zəng edib “gəl oturaq, yeyib-içək” demişdir. Həmin otaqda İlqar ona “bizə qız təşkil elə, gəlsinlər” demişdir. Qızlar birbaşa otelə gəlmişlər və 2 nəfər olmuşlar. Ona qarşı hər hansı təzyiq və zorakılıq olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, əvvəllər Tərlan tərəfindən ona hər hansı təkliflər olmamışdır. Bir dəfə o özü şəxsən Tərlandan kişi müştəri olarsa, ona məlumat verməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə Tərlan ona zəng vuraraq pul qarşılığında bir nəfər şəxsin görüşmək istədiyini bildirmişdir. O da Tərlanın dediyi ünvana gəlmişdir. O otağa girəndən bir müddət sonra polis əməkdaşları gəlmişlər. Əlavə olaraq bildirir ki, Tərlanın da dediyi kimi onları çöldə deyil, məhz otaqda tutmuşlar. Həmçinin bildirir ki, Tərlana qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Tərlanı 1 ildən çoxdur tanımışdır. Əvvəllər Tərlan ona pul qarşılığında kişilərlə görüşməyi təklif etməmiş, sadəcə o, Tərlana əvvəllər bir dəfə pul qarşılığında görüşmək istəyən kişi müştəri olarsa, ona zəng etməsini demişdir. Belə ki, pula ehtiyacı olmuşdur. Tərlan həmin gün ona zəng etmiş və belə bir hadisə olmuşdur. O, birbaşa otelə getmişdir. Otaqda Tərlan, 1 nəfər qız və 3 nəfər kişi olmuşdur. Həmin qızın adının Leyla olduğunu bilsə də, şəxsən tanımamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla 2023-cü ilin sentyabr ayında klubda tanış olmuşdur. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng vuraraq bir nəfər tanış kişi müştərisi olduğunu, pul müqabilində qadınla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Tərlan həmin gün saat 20.00-da onun otelə gəlməsini xahiş etmişdir. Tərlanın dediyi vaxtda ora getmiş və sonuncunun yanında iki nəfər oğlan və bir qadın olduğunu görmüşdür. Tərlan ona yanındakı şəxslərin Samir və İlqar adlı şəxslər olduğunu bildirmişdir. Tərlanın yanındakı qadın isə sonradan adını bildiyi Leyla adlı qadın olmuşdur. Bu zaman İlqar adlı şəxs Tərlana 250 manat pul vermiş, Tərlan da 100 manatı ona verərək cinsi əlaqədə olmaq məqsədilə həmin kişilərlə gedəcəyini bildirmişdir. Eyni zamanda Tərlan İlqardan aldığı puldan 100 manatı da Leylaya vermiş, 50 manat pulu isə özünə götürmüşdür. Bu zaman onları polis əməkdaşları saxlamış İnsan X5 Baş İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs hər şeyi etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onları İnsan X5 Baş İdarəsinə dəvət etmişlər. Etiraz etməyərək onlarla birlikdə qeyd olunan Baş İdarəyə gəlmişlər. Həmin idarədə polis əməkdaşları Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 və ona İlqarın onlara verdiyi pulu təqdim etməyi təklif etmişlər. Təqsirləndirilən şəxs özündə olan 50 manatı, Leyla və o isə Tərlanın onlara verdiyi 100 manatlıq pul əskinazlarını təqdim etmişlər. Təqdim olunmuş pullar hal şahidlərinin iştirakı ilə qablaşdınlaraq zərfə qoyulmuş və zərfin üzəri onlar tərəfindən imzalarla təsdiq olunmuşdur. Həmçinin bildirir ki, Tərlana qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 07 may 2024-cü il tarixdə Baş İdarəyə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşı olan qadınları zor tətbiq etməklə, hədələməklə, zəiflik vəziyyətindən sui-istifadə etməklə qadınları iradəsi əleyhinə kişilərə intim xidmətlər göstərməyə məcbur etməsi barədə məlumat daxil olmuşdur. Məlumata görə Təqsirləndirilən şəxs insan alverinə məruz qoyduğu qadınları ünvan 3 ünvanında yerləşən “Niaqara” şadlıq sarayının qarşısında kişilərə təqdim etməsi müəyyən olunmuşdur. Həmin məlumat onun tərəfindən raportla Baş İdarə rəisinə məruzə olunmuş və rəhbərliyin icazəsi ilə məlumatın yoxlanılmasına dair əməliyyat tədbiri keçirilməsi barədə qərar qəbul olunmuşdur. O və əməliyyat müvəkkili polis polkovnikleytenantı Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Baş idarəyə hal şahidi qismində iki nəfər şəxs dəvət olunaraq onlara hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra əməliyyat qrupunun üzvləri və hal şahidləri ilə birlikdə qeyd olunan ünvana yollanmışlar. 07 may 2024-cü il tarixdə saat 20 radələrində hal şahidlərinin iştirakı ilə əməliyyat qrupu ünvan 3 ünvanında yerləşən “Niaqara” şadlıq sarayının qarşısını nəzarətə götürmüşlər. Bir neçə dəqiqə sonra təxminən 20:00-da həmin ünvana bir nəfər kişinin, iki nəfər qadının, sonra daha iki nəfər kişinin gəldiyini, əvvəl gələn kişinin bir qədər mobil telefonla danışdıqdan sonra yaxınlıqda gözləyən iki nəfər kişiyə yaxınlaşdığını müşahidə etmişlər. Mobil telefonla danışan kişi digər kişilərin biri ilə bir qədər söhbət etdikdən sonra, onlardan birindən müəyyən məbləğdə pul alaraq yanında olan qadınlara vermiş və onları kişilərə təqdim edib həmin ünvandan kənarlaşmaq istəyərkən digər şəxslərlə birlikdə əməliyyat qrupu tərəfindən saxlanılmışdır. Həmin şəxslərə xidməti vəsiqələrini göstərərək DİN-in İAQMBİ-nin əməkdaşları olduqlarını və həmin ünvana gəlmələrinin səbəbini bildirib, daxil olmuş əməliyyat məlumatlarının yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair çıxarılmış qərar əsasında saxlanıldıqlarını bildirmişlər. Həmin şəxslərlə sorğu-sual aparılarkən kişilərin Təqsirləndirilən şəxs, X2, Şahid2, qadınların isə Zərərçəkmiş şəxs2 Sahib qızı, Zərərçəkmiş şəxs1 olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs hər şeyi etiraf edərək həmin gün, yəni 07 may 2024-cü il tarixdə günorta saatlarında İlqar adlı şəxsin mobil nömrə ilə onun istifadə etdiyi mobil nömrə ilə əlaqə saxlayaraq özünə və dostuna cinsi əlaqədə olmaq üçün iki nəfər qadın təşkil etməsini xahiş etdiyini, onun da İlqarı dinləyib fikrini başa düşəndən sonra İlqara 250 manat pul müqabilində cinsi əlaqədə olması üçün iki nəfər qadın təşkil edəcəyinə söz verərək saxlanıldıqları yerdə görüşmək barədə razılaşdığını, orada sonuncudan aldığı 250 manat pul müqabilində cinsi əlaqədə olması üçün Xanım və Leyla adlı qadınları İlqara və adını sonradan bildiyi Samirə təqdim etdiyini, həmin pulun 200 manatını Xanım və Leylanın hər birinə 100 manat olmaqla verdiyini, 50 manatını isə qazanc olaraq özünə götürdüyünü bildirmişdir. Digər şəxslər X2, Şahid2, Zərərçəkmiş şəxs2 Sahib qızı və Zərərçəkmiş şəxs1 da Təqsirləndirilən şəxs dediklərini təsdiq etmişlər. Qeyd olunan ünvanda müvafiq sənədləşdirmə aparılması üçün şəraitin olmamasını nəzərə alaraq adları qeyd olunan şəxsləri Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə hal şahidlərinin iştirakı ilə onun tərəfindən protokol tərtib olunmuşdur. Hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 təklif olunmuşdur ki, onlarda olan pulu təqdim etsinlər. Həmin vaxt Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hərəsi 01 ədəd 100 manatlıq, Təqsirləndirilən şəxs isə 01 ədəd 50 manatlıq pul əsginaslarını onlara təqdim etmişlər. Təqdim olunmuş pul əskinazları hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq zərfə qoyulub üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında Şahid6 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, saxlanılan şəxslərə “Niaqara” restoranının qarşısında yaxınlaşmışlar. Həmin şəxsləri oteldən yox, restoranın qarşısından götürmüşlər. Onlara əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyata rəhbərliyi o, gəyata keçirmişdir. Qeyd olunan ünvanda müşahidə aparmışlar. Videoçəkiliş olmasa da, hal şahidləri olmuşdur. Qeyd olunan şəxslər ibtidai istintaq zamanı ifadə veriblər və təsdiq ediblər, ona görə də hazırda yalan danışırlar. Saxlanılan qızları sorğu-sual etmişlər. Qızlar özlərinə hədə-qorxu gəlindiyini bildirmişlər. Şahidlər Şahid2 xx.xx.2024-cü il tarixdə və Şahid3 xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclaslarında iştirak edə bilmədiklərini, istintaq dövründə verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən şahidlər Şahid2 və Şahid3 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə dəfələrlə məlumatlandırılmış şahidlər X2, Şahid4 və Şahid5 məhkəmə iclaslarına gəlməmişlər, onların məhkəmə iclaslarında iştirakının təmin edilməsi mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317 və 329.1-ci maddələrinə əsasən şahidlər X2, Şahid4 və Şahid5 iştirakları olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə müdafiə tərəfi gəlməyən şahidlər X2, Şahid4 və Şahid5 məhkəmə baxışında iştiraklarını tələb etmədiyindən məhkəmə tərəfindən şahidlər X2, Şahid4 və Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış X1 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxsi uzun müddətdir tanıyır, onunla normal münasibəti vardır. Tərlanla arabir əlaqə saxlamışlar. Onun əxlaqsız həyat tərzi ilə məşğul olan qadınları fahişəliyə cəlb etdiyini bilmişdir. Tərlan ona bir neçə dəfə cinsi əlaqədə olmağı üçün pul qarşılığında qadın təşkil etmişdir. xx.xx.2024-cü il tarixdə qadınla cinsi əlaqədə olmaq qərarına gəlmiş və bu barədə dostu Şahid2la danışmışdır. Samir də onunla eyni fikirdə olduğunu bildirmişdir. Bu məqsədlə əvvəllər də ona cinsi əlaqədə olmaq üçün qadın təşkil edən Təqsirləndirilən şəxsla telefon vasitəsilə əlaqə saxlamışdır. Tərlana dostu ilə birlikdə olduğunu, cinsi əlaqədə olmaqları üçün iki nəfər qadın təşkil etməsini xahiş etmişdir. Tərlan buna görə 250 manat pul verəcəyini ona bildirmişdir. Həmçinin o, həmin pulun 50 manatını qazanc olaraq özünə götürəcəyini, qalan 200 manatı isə hər biri 100 manat olmaqla qadınlara verəcəyini demişdir. Belə olan halda o Tərlanla razılaşmış və həmin gün saat 20:00-da Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən "Niaqara” şadlıq sarayının yaxınlığında Tərlanla görüşmək qərarına gəlmişdir. Bundan sonra Samirlə birlikdə qeyd edilən saatda həmin ünvana getmişlər. Ora getdikdə artıq Tərlan yanında iki nəfər qadınla orada olmuşdur. Sonradan həmin qadınların adlarının Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 olduqlarını bilmişdir. Bundan sonra Tərlanla razılaşdıqları kimi ona 250 manat pul vermişdir. Tərlan da hər qadına 100 manat pul vermişdir. 50 manat isə qazanc olaraq Tərlan özünə götürmüşdür. O Xanım ilə, Samir isə Leyla ilə birlikdə cinsi əlaqədə olacaqları ünvana gedərkən onlara mülki geyimli şəxslər yaxınlaşmışlar. Onlar xidməti vəsiqələrini və əməliyyat tədbiri keçirmələrinə dair qərarı təqdim edərək İnsan X5 Baş İdarəsinin əməkdaşları olduqlarını bildirərək onları sorğu-sual etməyə başlamışlar. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs hər şeyi etiraf edərək həmin gün, yəni 07 may 2024-cü il tarixdə günorta saatlarında onun ***-***-**-** mobil nömrəsi ilə Tərlanın istifadə etdiyi ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayaraq özünə və dostuna cinsi əlaqədə olmaq üçün iki nəfər qadın təşkil etməsini xahiş etdiyini, Tərlan da onu dinləyib fikrini başa düşəndən sonra ona 250 manat pul müqabilində cinsi əlaqədə olmaq üçün iki nəfər qadın təşkil edəcəyinə söz verərək onunla saxlanıldıqları yerdə görüşmək barədə razılaşdığını bildirmişdir. Həmçinin orada ondan aldığı 250 manat pul müqabilində cinsi əlaqədə olmaqları üçün Xanım və Leyla adlı qadınları ona və adını sonradan bildiyi Samirə təqdim etdiyini, həmin pulun 200 manatını Xanım və Leylanın hər birinə 100 manat olmaqla verdiyini, 50 manatını isə qazanc olaraq özünə götürdüyünü demişdir. O da Təqsirləndirilən şəxs dediklərini təsdiq etmişdir. Bundan sonra polis əməkdaşları onları Baş İdarəyə dəvət etmişlər. Polislərə etiraz etməyib onlarla birlikdə Baş İdarəyə gəlmişlər. Baş İdarədə polis əməkdaşları tərəfindən protokol tərtib olunmuşdur. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onun tərəfindən verilmiş pulu təqdim etməyi təklif etmişlər. Təqsirləndirilən şəxs özündə olan 50 manatı, Xanım və Leyla isə hərəsi özlərində olan 100 manatı təqdim etmişlər. Təqdim olunmuş pullar hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq zərfə qoyularaq üzəri imzalarla təsdiq olunmuşdur. Tərtib olunmuş protokol ucadan oxunmuşdur. Hər hansı bir şikayət və irad olmadığı üçün protokol iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid4 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, 07 may 2024-cü il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Azadlıq prospektində yerləşən “Baku Electronics” mağazası ilə üzbəüz olan dayanacaqda dayanarkən bir nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqəsini göstərərək İnsan X5 Baş İdarəsinin əməkdaşı olduğunu bildirmişdir. Onu keçiriləcək əməliyyat tədbirində iştirak etməyi üçün hal şahidi qismində dəvət etmişdir. Razılıq verdikdən sonra Baş İdarəyə dəvət edilmişdir. Ondan başqa bir nəfər də hal şahidi kimi dəvət edilmişdir. Həmin şəxsin Şahid3 olduğunu Baş İdarədə bilmişdir. Polis əməkdaşları onlara izah etmişlər ki, qadınların insan alverinə məruz qalmaları barədə məlumat əldə etmişlər və həmin məlumatın yoxlanılması ilə bağlı əməliyyat tədbiri keçirəcəkdir. Polis əməkdaşları onlara hüquq və vəzifələriei izah etdikdən sonra onlarla birlikdə ünvan 3 ünvanında yerləşən “Niaqara” şadlıq sarayının qarşısına yollanmışlar. 07 may 2024-cü il tarixdə saat 20 radələrində digər hal şahidinin və onun iştirakı ilə əməliyyat qrupu qeyd olunan ünvanı nəzarətə götürmüşdür. Bir neçə dəqiqə sonra həmin ünvana bir nəfər kişinin, iki nəfər qadının, sonra isə daha iki nəfər kişinin gəldiyini, əvvəl gələn kişinin bir qədər mobil telefonla danışdıqdan sonra yaxınlıqda gözləyən iki nəfər kişiyə yaxınlaşdığını görmüşdür. Telefonla danışan kişi digər kişilərin biri ilə bir qədər söhbət etdikdən sonra, onlardan birindən müəyyən məbləğdə pul alaraq yanında olan qadınlara vermiş və həmin qadınları kişilərə təqdim etmişdir. Ünvandan getmək istəyərkən digər şəxslərlə birlikdə onlar polis əməkdaşları tərəfindən saxlanılmışlar. Həmin şəxslərə polis əməkdaşları xidməti vəsiqələrini göstərərək İnsan X5 Baş İdarəsinin əməkdaşları olduqlarını və həmin ünvana gəlməklərinin səbəbini bildirib, daxil olmuş əməliyyat məlumatlarının yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair çıxarılmış qərar əsasında saxlanıldıqlarını bildirmişlər. Həmin şəxslərlə sorğu-sual aparılarkən kişilərin Təqsirləndirilən şəxs, X2, Şahid2, qadınların isə Zərərçəkmiş şəxs2 Sahib qızı, Zərərçəkmiş şəxs1 olması polis əməkdaşları tərəfindən müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs hər şeyi etiraf etmişdir. Belə ki, o, yəni 07 may 2024-cü il tarixdə günorta saatlarında İlqar adlı şəxsin özünə məxsus mobil nömrə ilə onun istifadə etdiyi mobil nömrəsi ilə əlaqə saxlayaraq özünə və dostuna cinsi əlaqədə olmaq üçün iki nəfər qadın təşkil etməsini xahiş etdiyini, o da İlqarı dinləyib fikrini başa düşəndən sonra İlqara 250 manat pul müqabilində cinsi əlaqədə olması üçün iki nəfər qadın təşkil edəcəyinə söz verərək onunla saxlanıldıqları yerdə görüşmək barədə razılaşdığını bildirmişdir. Orada sonuncudan aldığı 250 manat pul müqabilində cinsi əlaqədə olması üçün Xanım və Leyla adlı qadınları İlqara və adını sonradan bildiyi Samirə təqdim etdiyini, həmin pulun 200 manatını Xanım və Leylanın hər birinə 100 manat olmaqla verdiyini, 50 manatını isə qazanc olaraq özünə götürdüyünü bildirmişdir. Digər şəxslər X2, Şahid2, Zərərçəkmiş şəxs2 Sahib qızı və Zərərçəkmiş şəxs1 da Təqsirləndirilən şəxs dediklərini təsdiq etmişlər. Qeyd olunan ünvanda müvafiq sənədləşdirmə aparılması üçün şəraitin olmamasını nəzərə alaraq adları qeyd olunan şəxsləri polis əməkdaşları Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə onun və Muradın iştirakı ilə polis əməkdaşı Şahid6 tərəfindən protokol tərtib olunmuşdur. Onun və Muradın iştirakı ilə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 polis əməkdaşları tərəfindən təklif olunmuşdur ki, onlarda olan pulu təqdim etsinlər. Həmin vaxt Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hərəsi 01 ədəd 100 manatlıq, Təqsirləndirilən şəxs isə 01 ədə 50 manatlıq pulu polis əməkdaşlarına təqdim etdilər. Təqdim olunmuş pul əskinasları onun və Muradın iştirakı ilə qablaşdırılaraq zərfə qoyulmuş və üzəri bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilərək protokola əlavə edilmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, hər hansı bir şikayət və iradım olmadığı üçün protokolun doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid5 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, Azərbaycan Respublikası DİN İnsan X5 Baş İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis polkovnikleytenantıdır. 07 may 2024-cü il tarixdə Baş İdarəyə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşı olan qadınları zor tətbiq etməklə, hədələməklə, zəiflik vəziyyətindən sui-istifadə etməklə qadınları iradəsi əleyhinə kişilərə intim xidmətlər göstərməyə məcbur etməsi barədə məlumat daxil olmuşdur. Məlumata görə Təqsirləndirilən şəxs insan alverinə məruz qoyduğu qadınları ünvan 3 ünvanında yerləşən “Niaqara” şadlıq sarayının qarşısında kişilərə təqdim etməsi müəyyən olunmuşdur. Həmin məlumat Azərbaycan Respublikası DİN İnsan X5 Baş İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid6 tərəfindən raportla Baş İdarə rəisinə məruzə olunmuş və rəhbərliyin icazəsi ilə məlumatın yoxlanılmasına dair əməliyyat tədbiri keçirilməsi barədə qərar qəbul olunmuşdur. O və əməliyyat müvəkkili, polis leytenantı Şahid6 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Bas idarəyə hal şahidi qismində iki nəfər şəxs dəvət olunaraq onlara hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra əməliyyat qrupunun üzvləri və hal şahidləri birlikdə qeyd olunan ünvana yollanmışlar. 07 may 2024-cü il tarixdə saat 20 radolərində hal şahidlərinin iştirakı ilə əməliyyat qrupu ünvan 3 ünvanında yerləşən ‘‘Niaqara” şadlıq sarayının qarşısını nəzarətə götürmüşlər. Bir neçə dəqiqə sonra təxminən 20:00-da həmin ünvana bir nəfər kişinin, iki nəfər qadının, sonra daha iki nəfər kişinin gəldiyini, əvvəl gələn kişinin bir qədəı mobil telefonla danışdıqdan sonra yaxınlıqda gözləyən iki nəfər kişiyə yaxınlaşdığını müşahidə etmişlər. Mobil telefonla danışan kişi digər kişilərin biri ilə bir qədər söhbət etdikdən sonra, onlardan birindən müəyyən məbləğdə pul alaraq yanında olan qadınlara vermiş və onları kişilərə təqdim edib həmin ünvandan kənarlaşmaq istəyərkən digər şəxslərlə birlikdə əməliyyat qrupu tərəfindən saxlanılmışlar. Həmin şəxslərə xidməti vəsiqələrini göstərərək DİN-in İAQMBİ-nin əməkdaşları olduqlarını və həmin ünvana gəlməyin səbəbini bildirib, daxil olmuş əməliyyat məlumatlarının yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair çıxarılmış qərar əsasında saxlanıldıqlarını bildirmişlər. Həmin şəxslərlə sorğu-sual aparılarkən kişilərin Təqsirləndirilən şəxs, X2, Şahid2, qadınların isə Zərərçəkmiş şəxs2 Sahib qızı, Zərərçəkmiş şəxs1 olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs hər şeyi etiraf edərək həmin gün, yəni 07 may 2024-cü il tarixdə günorta saatlarında İlqar adlı şəxsin ***-***-**-** mobil nömrə ilə onun istifadə etdiyi ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayaraq özünə və dostuna cinsi əlaqədə olmaq üçün iki nəfər qadın təşkil etməsini xahiş etdiyini, o da İlqarı dinləyib fikrini başa düşəndən sonra İlqara 250 manat pul müqabilində cinsi əlaqədə olması üçün iki nəfər qadın təşkil edəcəyinə söz verərək onunla saxlanıldıqları yerdə görüşmək barədə razılaşdığını, orada sonuncudan aldığı 250 manat pul müqabilində cinsi əlaqədə olması üçün Xanım və Leyla adlı qadınları İlqara və adını sonradan bildiyi Samirə təqdim etdiyini, həmin pulun 200 manatını Xanım və Leylanın hər birinə 100 manat olmaqla verdiyini, 50 manatını isə qazanc olaraq özünə götürdüyünü bildirmişdir. Digər şəxslər X2, Şahid2, Zərərçəkmiş şəxs2 Sahib qızı və Zərərçəkmiş şəxs1 da Təqsirləndirilən şəxs dediklərini təsdiq etmişlər. Qeyd olunan ünvanda müvafiq sənədləşdirmə aparılması üçün şəraitin olmamasını nəzərə alaraq adları qeyd olunan şəxsləri Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə hal şahidlərinin iştirakı ilə onun tərəfindən protokol tərtib olunmuşdur. Hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 təklif olunmuşdur ki, onlarda olan pulu təqdim etsinlər. Həmin vaxt Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hərəsi 01 ədəd 100 manatlıq, Təqsirləndirilən şəxs isə 01 ədəd 50 manatlıq pul əsginaslarını onlara təqdim etmişlər. Təqdim olunmuş pul əsginazları hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq zərfə qoyulub üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 25 iyun 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v.1); Azərbaycan Respublikası DİN-in İnsan X5 Baş İdarəsinin ƏTŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid6 tərəfindən 07 may 2024-cü il tarixdə tərtib olunmuş protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd 50 manatlıq, Zərərçəkmiş şəxs2 01 ədəd 100 manatlıq, Zərərçəkmiş şəxs1 01 ədəd 100 manatlıq pul əskinazını təqdim etmişdir. (i.v.7-12); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 17 avqust 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum olunmasına dair məlumat yoxdur. (i.v. 82); Şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 98). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 05 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 117); “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Nəsimi rayon prokuroru Həsən Hənifəyevin 05 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i.v. 131- 132). “Qətimkan tədbirinin seçilməsi haqqında” 05 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 133). “Mobil telefonun kart nömrəsinə baxış keçirilməsi haqqında” 08 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung” markalı mobil telefonun yaddaş kartına baxış keçirilən zaman ***-***-**-** saylı kart nömrəsinin olduğu aşkar olunmuşdur. Həmin nömrədən ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı nömrələrə giriş-çıxış zənglərinin olduğu müəyyən olunmuşdur (i.v. 138). “Pul əskinazlarına baxış keçirilməsi haqqında” 08 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd 100 manatlıq pul əskinazının üzərində C 29814578 seriya və rəqəmi, bir ədəd 100 manatlıq pul əskinazının üzərində C 38746532 seriya və rəqəmi və bir ədəd 50 manatlıq pul əskinazının üzərində B 37659654 seriya və rəqəminin olduğu müəyyən olunmuşdur (i.v. 139). “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” 12 sentyabr 2024-cü il tarixli, “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 12 sentyabr 2024-cü il tarixli qərardan, “axtarışda olan şəxsin tutulması barədə” 24 oktyabr 2024-cü il tarixli protokoldan və “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 24 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, 12 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilmiş və 24 oktyabr 2024cü il tarixdə Təqsirləndirilən şəxs Nəsimi RPİ-nə gətirildiyindən icraat təzələnərək müstəntiqin icraatına qəbul edilmişdir (i.v. 141-142, 143-144, 150, 151-152). “Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi haqqında” 24 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir (i.v. 155). “Sübutların qiymətləndirilməsi haqqında” 24 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd 50 manatlıq pul əskinazı, Zərərçəkmiş şəxs1 üzərindən aşkar olunmuş bir ədəd 100 manatlıq pul əskinazı və Zərərçəkmiş şəxs2 üzərindən aşkar olunmuş bir ədəd 100 manatlıq pul əskinazı maddi sübut kimi tanınmış və həmin əskinazların Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağına təhvil verilməsi qərara alınmışdır. (i.v. 159-168). Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmuş və onun barəsində axtarış elan edilməsi, tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi və Qərarın icrasının Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı İstintaq Təcridxanası tərəfindən məhkəməyə 28 aprel 2025-ci tarixdə təqdim olunmuş xx.xx.2025-ci il tarixli, 3-16-17/40/2-22959/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Nəsimi RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Hazırkı cinayət işinin materiallarına, habelə bu materiallardan irəli gələn və yuxarıda işin faktiki halları ilə bağlı gəlinən nəticəyə əsaslanan məhkəmə ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 243.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 243.1-ci maddəsi cinayətin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsinə əsasən gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 44.2-ci maddəsinə görə cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla müəyyən olunur. Məhkəmə cərimənin həddini müəyyən edərkən təqsirləndirilən şəxsin maddi vəziyyətini də nəzərə alır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs cərimə cəzası təyin edərkən onun məhkəməyədək icraat dövründə tutulduğu 03 (üç) gün və 20 aprel 2025-ci il tarixdən 24 iyul 2025-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 04 (dörd) gün, ümumilikdə 03 (üç) ay 07 (yeddi) gün müddəti də nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 20-ci bəndində göstərilir ki, CM-nin 69.4-cü maddəsinə görə məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə, yaxud müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Qanunun bu norması imperativ xarakter daşıyır və müvafiq hallarda mütləq tətbiq olunmalıdır. Belə hallarda cəzanın yüngülləşdirilməsi və ya cəzadan tamamilə azad olunma CM-nin 69.4-cü maddəsinə istinad etməklə hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 03 (üç) gün və 20 aprel 2025-ci il tarixdən 24 iyul 2025-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 04 (dörd) gün, ümumilikdə 03 (üç) ay 07 (yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən nəzərə alınmalı və ona təyin ediləcək cərimə cəzası yüngülləşdirilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan 250 (iki yüz əlli) manat məbləğində pul dövlət nəfinə keçirilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-565/2024 saylı, xx.xx.2024-cü il tarixli qərara əsasən xx.xx.2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 58 (əlli səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 423 (dörd yüz iyirmi üç) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 419-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3500 (üç min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 03 (üç) gün və 20 aprel 2025-ci il tarixdən 24 iyul 2025-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 04 (dörd) gün, ümumilikdə 03 (üç) ay 07 (yeddi) gün müddət nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin edilmiş 3500 (üç min beş yüz) manat miqdarında cərimə cəzası yüngülləşdirilsin və onun üzərində qəti olaraq 1000 (min) manat miqdarında cərimə cəzası saxlanılsın. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan 250 (iki yüz əlli) manat məbləğində pul dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 58 (əlli səkkiz) iş saatı üçün 423 (dörd yüz iyirmi üç) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar