Məhkəmə qərarları › İş №1(006)-95/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-95/2020

23.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-95/2020 23.07.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili x4 iştirakları ilə xx xxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 saylı ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamışdır. Belə ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində “Papanin” adlanan yaşayış massivində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 30 manat pul müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda, xalis çəkisi 0,185 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edərək üzərində saxlayıb daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində ünvan 2 saylı ünvanda yerləşən Qış parkında Nəsimi Rayon Polis İdarəsinin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin inzibati binasına gətirilib üzərinə videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın qabaq sol yan cibindən bir ədəd şüşə ampulada təmiz çəkisi - 0,185 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, belə ki, o, uzun müddətdir narkotik vasitələrdən istifadə edir və narkomaniya xəstəliyindən əziyyət çəkir. xx.xx.2020-ci il tarixdə saat təxminən 18 radələrində Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsi ev 45 saylı ünvanda yerləşən Qış parkında olan zaman ona iki nəfər polis əməkdaşı yaxınlaşaraq, özlərini təqdim etmiş və daha sonra onu Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin inzibati binasına dəvət etmişlər. O, həmin vaxt üzərində gəzdirdiyi narkotik vasitəni üzərindən çıxararaq tullamaq istəsə də, istəyinə nail ola bilməmişdir. Daha sonra həmin polis əməkdaşları ilə birlikdə Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinə gəlmişdir. Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsində olan zaman onu otaqlardan birinə dəvət etmişlər, hüquqlarının müdafiə edilməsi üçün vəkil və baxışda iştirak etmək üçün 2 nəfər şahid, video çəkiliş aparan bir nəfər mütəxəsis dəvət etmişlər. Ondan üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, o, da əynindəki göy rəngli şalvarın sol və sağ yan ciblərindən göy rəngli “Rothmans” markalı siqaret qutusunu çıxarmış və şalvarının sol yan cibindən çıxartdığı həmin siqaret qutusunun içərisində saxladığı şüşə ampulanı çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra isə həmin “Rothmans” markalı siqaret qutusunun içərisindən ağ salfetə bükülmüş kristal formalı bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sonra isə üzərindən aşkar edilmiş əşyaların bir-bir adlarını deməklə təqdim etməsi təklif olunmuş, o, əynində olan cins şalvarın sol yan cibindən çıxardığı göy rəngli “Rothmans” markalı siqaret qutusunu içərisindən çıxardığı şüşə ampulanın içərisində vasitənin el içində “kakos” deyilən narkotik vasitə olduğunu bildirmişdir, digər siqaret qutusunun, yəni əynində olan cins şalvarın sağ yan cibindən çıxardığı göy rəngli “Rothmans” markalı siqaret qutusunu içərisindən çıxardığı ağ salfetə bükülmüş bükülünün limon duzu olduğunu bildirmiş, ondan həmin ampulanın içərisində olan narkotik vasitənin haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual etdikdə uzun müddətdir narkotik vasitə istifadə etdiyini, həmin narkotik vasitəni tapdığını bildirmiş və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra iştirakçılara həmin şüşə ampulada olan narkotik vasitəyə bənzər maddənin və ağ salfetə bükülmüş kristal formalı maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Bundan sonra şüşə ampulada olan narkotik vasitəyə bənzər maddənin və ağ salfetə bükülmüş kristal formalı maddə zərflərə qoyularaq zərflərin ağzı Nəsimi Rayon Polis İdarəsinin 21 PB-nin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. Sonda törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və narkotik vasitələrdən istifadə etməklə yalnız özünə zərər verdiyini nəzərə alaraq, məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında Nəsimi Rayon Polis İdarəsinin 21-ci PB-nə Nəsimi Rayon Polis İdarəsinin PPXB-nin əməkdaşları şübhəli şəxs kimi bir nəfər şəxs gətirmişlər və həmin şübhəli şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Daha sonra Nəsimi Rayon Polis İdarəsinin PPXB-nin əməkdaşları 21-ci PB-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, saxlaması və istifadə etməsində şübhəli oduğu üçün gətirdiklərini bildirmişlər. Daha sonra Polis Bölməsində xidməti otaqların birində şübhəli şəxs kimi gətirilmiş Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edilmiş və həmin vəkilin, eləcə də, təyin edilmiş mütəxəssisin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməyə başlanılmışdır. Əvvəlcə şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilişdir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ və sol göy rəngli “Rothmans” markalı siqaret qutusunu və həmin qutunun içərsindən çıxardığı şüşə ampulanı və ağ salfetə bükülmüş kristal formalı bükümü, gödəkçənin sağ yan cibindən bir qutu tam dolu vəziyyətdə “Vinchester” markalı siqareti çıxarıb masanın üzərinə qoymuş, daha sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyaların bir-bir adlarını deməklə təqdim etməsi təklif olunmuş o, 1 ədəd siqaret qutusunun içərisindən çıxardığı şüşə ampulanın içərisində olan vasitənin “kakos” deyilən narkotik vasitə olduğunu bildirmiş, digər siqaret qutusunun içində olan ağ salfetə bükülmüş bükülünün isə limon duzu olduğunu bildirmişdir, ondan həmin ampulanın içərisində olan narkotik vasitənin haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual etdikdə həmin şəxs uzun müddətdir narkotik vasitə istifadə etdiyini, xatırlamadığı yerdən yolun kənarında yerdən tapdığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra iştirakçılara həmin şüşə ampulada olan narkotik vasitəyə bənzər maddənin və ağ salfetə bükülmüş kristal formalı maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Bundan sonra şüşə ampulada olan narkotik vasitəyə bənzər maddənin və ağ salfetə bükülmüş kristal formalı maddə zərflərə qoyularaq zərflərin ağzı Nəsimi Rayon Polis İdarəsinin 21-ci PB-nin zərflər üçün nəzərdə tutulmuş 189 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmış və sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru Şahid3 da Şahid4 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Nəsimi Rayon Polis İdarəsinin PPXB-nin polis serjantı xüsusi rütbəsini daşıyır və Nəsimi Rayon Polis İdarəsinin 21-ci PB-nin ərazisində müəyyən edilmiş postda xidmət aparır. xx xxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində Nəsimi Rayon Polis İdarəsinin 21-ci PB-nin inzibati ərazisindəki postlarında xidmət apararkən “Qış Parkı”nda bir nəfər şəxsin qeyri-müəyyən davranışları diqqətlərini cəlb etmiş və bu səbəbdən o və xidmət yoldaşı Şahid1 həmin şəxsə yaxınlaşaraq özlərini ona təqdim etmişlər. Daha sonra isə onun şəxsiyyətini müəyyənləşdirmək istədikləri zaman şəxsin şübhəli hərəkət və davranışları onlarda həmin şəxsin narkotik vasitənin təsiri altında olması şübhəsi yaratmışdır. Ona görə də, həmin şəxs onlarla birlikdə Nəsimi Rayon Polis İdarəsinin 21-ci PB-nə gəlmiş və bölmədə olan zaman onlar həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Daha sonra Polis Bölməsində xidməti otaqların birində şübhəli şəxs kimi gətirilmiş Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edilmiş və həmin vəkilin, eləcə də, təyin edilmiş mütəxəssisin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməyə başlanılmışdır. Əvvəlcə şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilişdir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ və sol göy rəngli “Rothmans” markalı siqaret qutusunu və həmin qutunun içərsindən çıxardığı şüşə ampulanı və ağ salfetə bükülmüş kristal formalı bükümü, gödəkçənin sağ yan cibindən bir qutu tam dolu vəziyyətdə “Vinchester” markalı siqareti çıxarıb masanın üzərinə qoymuş, daha sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyaların bir-bir adlarını deməklə təqdim etməsi təklif olunmuş o, 1 ədəd siqaret qutusunun içərisindən çıxardığı şüşə ampulanın içərisində olan vasitənin “kakos” deyilən narkotik vasitə olduğunu bildirmiş, digər siqaret qutusunun içiində olan ağ salfetə bükülmüş bükülünün isə limon duzu olduğunu bildirmişdir, ondan həmin ampulanın içərisində olan narkotik vasitənin haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual etdikdə həmin şəxs uzun müddətdir narkotik vasitə istifadə etdiyini, xatırlamadığı yerdən yolun kənarında yerdən tapdığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra iştirakçılara həmin şüşə ampulada olan narkotik vasitəyə bənzər maddənin və ağ salfetə bükülmüş kristal formalı maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Bundan sonra şüşə ampulada olan narkotik vasitəyə bənzər maddənin və ağ salfetə bükülmüş kristal formalı maddə zərflərə qoyularaq zərflərin ağzı Nəsimi Rayon Polis İdarəsinin 21-ci PB-nin zərflər üçün nəzərdə tutulmuş 189 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmış və sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi Rayon Polis İdarəsinin PPXB-nin polis serjantı Şahid1 da Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin təhqiqatçısı Məhəmməd Hüseynov tərəfindən tərtib edilmiş və həmin idarənin əməliyyat müvəkkili Şahid4, həmin idarənin sahə inspektoru Şahid3, mütəxəssis x3, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi x9 tərəfindən imzalanmış xx xxxxxx 2020-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman şübhəli şəxsə üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol və sağ yan ciblərindən göy rəngli Rothmans markalı siqaret qutusunu çıxarmış və şalvarının sol yan cibindən çıxartdığı həmin siqaret qutusundan siqaret qutusunun içərisində saxladığı şüşə ampulanı çıxartmışdır. Daha sonra isə əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən çıxartdığı göy rəngli “Rothmans” markalı siqaret qutusunun içərisindən ağ salfetə bükülmüş kristal formalı bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra isə əynindəki göy rəngli şalvarın sağ və sol göy rəngli “Rothmans” markalı siqaret qutusunu və həmin qutunun içərisindən çıxardığı şüşə ampulanı və ağ salfetə bükülmüş kristal formalı bükümü, gödəkçənin sağ yan cibindən bir qutu tam dolu vəziyyətdə “Vinchester” markalı siqareti çıxarıb masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır. İlk öncə onun geyindiyi qara rəngli gödəkçənin boynuna və sol, sağ yan ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra əynində olan göy rəngli köynəyin boyununa baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs şalvar kəmərini açması tələb olunmuş, o, şalvar kəmərini çıxaranda kəmərin içərisindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra isə Təqsirləndirilən şəxs ayaqqabılarını çıxarması tələb olunmuş o, ayaqqabılarını çıxarıb silkələmiş, sonra isə corablarını çıxarıb çevirməklə baxılmış, heç bir əşya aşkar edilməmiş və ona ayaqqabısını geyinməsini və üst-başını səliqəyə salması tələb edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyaların bir-bir adlarını deməklə təqdim etməsi təklif olunmuşdur. O, 1 ədəd siqaret qutusunun içərisindən çıxardığı şüşə ampulanın içərisində vasitənin el içində “kakos” deyilən narkotik vasitə olduğunu bildirmiş, digər siqaret qutusunun içiində olan ağ salfetə bükülmüş bükülünün limon duzu olduğunu demişdir. Ondan həmin ampulanın içərisində olan narkotik vasitənin haradan əldə etməsini və nə məqsədlə üzərində gəzdirməsini sual etdikdə, həmin şəxs uzun müddətdir narkotik vasitə istifadə etdiyini, 2 ay bundan əvvəl 5 mərtəbə deyilən yerdən yolun kənarında yerdən tapdığını öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra iştirakçılara həmin şüşə ampulada olan narkotik vasitəyə bənzər maddənin və ağ salfetə bükülmüş kristal formalı maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərflərin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra şüşə ampulada olan narkotik vasitəyə bənzər maddənin və ağ salfetə bükülmüş kristal formalı maddə zərflərə qoyularaq zərflərin ağzı Nəsimi Rayon Polis İdarəsinin 21 PB-nin zərflər üçün nəzərdə tutulmuş 189 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. (i/v 36-42). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 37 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “.....Şübhəli şəxs.....” sözləri və imzalar olan 01 ədəd şüşə ampulada təmiz çəkisi – 0,185 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 01 ədəd kağız salfet bükümündə təmiz çəkisi 0,099 qram olan ağ rəngli maddə limon duzudur. Limon duzu narkotik və psixotrop maddələrə aid deyildir (i/v 48- 51). İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və tədqiqata təqdim edilmiş 01 ədəd şüşə ampulada təmiz çəkisi – 0, 185 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış vasitə heroinin maddi sübut kimi tanınması və tədqiqatdan sonrakı qalıq hissəsi – 0, 135 qram heroinin saxlanması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilməsi, 1 ədəd CD diskin iş üzrə maddi sübut kimi tanınması qərara alınmışdır (i/v 126-131). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator x1 xx xxxxxx 2020-ci il tarixli, 56 saylı rəyin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan amfetamindən sui-istifadə edilməsi nəticəsində NARKOMANİYA xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi norkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 120-121). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və x2 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i/v 104). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və Nəsimi rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(006)-10/2020 saylı qərarı ilə onun barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 17- 18, 97-101). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan65 (altmış beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınan və Azərbaycan Respublikası DİN-in Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan ümumi qalıq çəkisi 0,135 qramolan narkotik vasitə heroin məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından x4 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına və x5 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, xx xxxxxx 2020-ci il tarixli “dövlət hesabına təyinatla müdafiəçi dəvət etmək haqqında” qərardan, ********* saylı cinayət işi üzrə tərtib edilmiş ittiham aktına əlavə edilmiş arayışdan və iş materiallarında olan “vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə” hesabatdan görünür ki, həmin cinayət işi üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili x9 tərəfindən hüquqi yardım göstərilmişdir. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-95/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərara əsasən xx xxxxxx 2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili x10 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından x6 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat və həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 22 (iyirmi iki) iş saatı həcmində hüquqi yardımla bağlı x4 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 132 (yüz otuz iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadiə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) aymüddətinə azadlıqdan məhrumetmə cəzasına məhukm edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri NəsimiRayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 0,185 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,135 qram olan narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökmün icrası Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından x4 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 132 (yüz otuz iki) manat məbləğində pul köçürülsün. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından x5 vəkil işlədiyi 14 saylı Vəkil bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəriNəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar