Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-95/2021 25.01.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X12 qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Nümayəndə1, Zərərçəkmiş şəxs vəkili və nümayəndəsi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1984-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 5 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 17:22:35 radələrində etibarnamə əsasında idarə etdiyi, taksi fəaliyyəti ilə məşğul olan «xxxx» QSC-yə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai Accent" markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi ilə Puşkin küçəsinin kəsişməsindəki yolayrıcından saatda 15 km sürətlə sola Puşkin küçəsinə doğru dönüb hərəkətinə davam eldikdə «X18» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1 -ci hissəsinin, yəni sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped zolağı (yolu) ilə keçməkdə olan velosipedçiyə yol vermə tələblərə riayət etməklə yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu təqdirdə, bu tələblərə riayət etməmiş, hərəkəti istiqamətində avtomobil yolunun hərəkət hissəsini soldan sağa doğru piyada keçidi ilə keçən piyada Zərərçəkmiş şəxs avtomobilinin qabaq sağ tərəfi ilə ehtiyatsızlıqdan vuraraq sonuncuya sağ təpə, sol alın-gicgah-təpə paylarının subdural hematoması, sol təpə nahiyəsinin epidural hematoması, baş beyin madəciklərinə və beyin yarımkürələrinə qansızma, baş beyinin ağır dərəcəli əzilməsi, sağ təpə sümüyün sınığı, sol təpə nahiyəsinin dərialtı hematoması müşayiət olunan və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan xəsarətlər yetirərək yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxxxxx 2019-cu il tarixdə saat 16 radələrində telefonla gələn məlumat əsasında idarə etdiyi “Hyundai Accent” minik markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə «Nizami» kinoteatrının qarşısında iki nəfər müştərini «Yanardağ» turizm məkanına aparmışdır. Yanardağda bir neçə dəqiqə qalandan sonra müştəriləri yenidən Nəsimi rayonu, 28 May küçəsinə gətirmiş və onları yolun kənarında düşürmüşdür. Daha sonra yenidən avtomobili idarə edərək Nəsimi rayonu Nizami küçəsində yerləşən hazırlıq kursunda qonşusunun uşağını götürüb evlərinə aparmaq üçün həmin ünvana doğru hərəkət edərkən saat 17:20 radələrində saatda 15 km sürətlə idarə etdiyi “Hyundai Accent” minik markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nəsimi rayonu, 28 May küçəsi ilə hərəkətdə olub sola dönmə işığını yandıraraq, yəni sola Nəsimi rayonu Puşkin küçəsinə doğru döndükdə həmin vaxtı fikirli olduğu üçün və avtomobilin qabaq dayaqları görünüşü məhdudlaşdırdığı üçün yolu yaxşı görmədiyindən piyada keçidinin piyada zolağının üzəri ilə asta addımlayaraq keçən piyada əvvəllər tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs olduğu bildiyi şəxsi avtomobilin qabaq sağ tərəfi ilə, yəni qabaq sağ fara hissəsi ilə vurmuşdur. Zərərçəkmiş şəxs avtomobilin zərbəsindən yerə yıxılmış, o, onu ehtiyatsızlıqdan vuran kimi dərhal avtomobili saxlamış və avtomobildən düşərək Zərərçəkmiş şəxs yaxınlaşmışdır. Hadisə yerində yoldan keçən təsadüfi şəxslərin yardımı ilə Zərərçəkmiş şəxs yerdən götürüb öz avtomobilinin arxa oturacağına yerləşdirmiş və birbaşa X20 aparmışdır. Yolda Zərərçəkmiş şəxs onun kim olduğunu, özünə nə olduğunu və onu nə səbəbdən hara aparmaq istədiyini soruşduqda onu maşınla vurduğunu və bu səbəbdən də müayinə olunması üçün xəstəxanaya apardığını bildirmişdir. Zərərçəkmiş şəxs yaxşı olduğunu deyərək avtomobili saxlamasını tələb etsə də o, onu X20 aparmışdır. X14 çatdıqdan bir neçə dəqiqə sonra xəstəxanaya sonuncunun yaxınları və tanışları gəlmişlər. O, Zərərçəkmiş şəxs yaxınlarına özünü təqdim edərək baş vermiş hadisə barədə onlara məlumat vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşman olmasını, hadisənin ehtiyatsızlıqdan baş verməsini, himayəsində bir az yaşlı övladının olmasını, cinayətin törədilməsindən dərhal sonra zərərçəkmiş şəxsə ilkin tibbi yardım göstərməklə dərhal X14 aparılmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin qanuni nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyləri, CD disklərdə olan video görüntülərlə və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2019-cu il tarixdə saat 18 radələrində onun mobil telefonuna zəng gələrək əri O.Ə.X1ması barədə ona məlumat verilmişdir. O, dərhal həmin xəstaxanaya getmiş və orada ona məlum olmuşdur ki, ərini avtomobil vurmuşdur. Xəstəxanaya gəldikdən dərhal sonra ərinin yanına keçmiş və onlar bir müddət söhbət etmişlər. Bir müddət keçdikdən sonra xəstəxanaya ərinin tanışları Gültəkin Hacıyeva və daha bir neçə nəfər gələrək ərinin səhhəti ilə maraqlanmış, lakin əri reanimasiyada olduğu üçün xəstənin yanına buraxılmamışlar. Bundan sonra o, və Gültəkin Hacıyeva həkim Adil Qeybulla ilə bir yerdə söhbətlər aparsalar da, sonuncu xəstənin xəstaxanada qalmasını təkid etmiş, onlar isə City Hospitalla danışdıqlarını və ərinin oraya aparacaqlarını demişlər. Daha sonra o, iltizam yazaraq ərinin xəstəxanadan çıxarıb başqa xəstəxanaya aparacağını bildirmişdir. Həmin gün axşam saat 21:00 radələrində City Hospitala məxsus təcili yardım maşını ilə Zərərçəkmiş şəxs onlar City Hospitala aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2010cu ildə Şahid3 ilə ailə qurmuş, bu nikahdan 2011-ci il təvəllüdlü Ziya və 2016-cı il təvəllüdlü Kamal adlarında 2 övladları vardır. Oğlu Ziya Bakı şəhəri 189-190 saylı orta məktəbdə oxuyur və eyni zamanda Nəsimi rayonu, Nizami küçəsi, 131 saylı ünvanında yerləşən “Kinder Ville” uşaq tədris mərkəzində dərsdən əlavə məşğələ keçir. O və arvadı işlədiyi üçün vaxtları olmadığından Ziyanı məşğələyə aparılmasından ötrü qonşuları, taksi fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxslə 2019-cu ilin avqust ayından etibarən razılaşmışlar. Razılaşmaya görə Kənan Ziyanı səhər saat 08-də məktəbə və dərs bitəndən sonra arvadı Ziyanı dərsdən götürüb “Kinder Ville” uşaq tədris mərkəzinə aparmalı, 17-30da Ziyanı oradan götürərək evlərinə aparmalı idi. Bunun üçün Kənana hər ay 200 manat ödəyirmiş. xx.xx.2019-cu il tarixdə saat 17 radələrində Kənana zəng edərək arvadı Maya və oğlu Ziyanın onu gözlədiklərini demiş, Kənan isə yolda və artıq onları götürmək üçün getmək üzrə olduğunu bildirmişdir. Bundan bir neçə dəqiqə sonra təxminən saat 17-25 radələrində Kənan özü ona zəng edərək avtomobil ilə qəza törətdiyini və bir piyadanı vurduğunu ona bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ondan əvvəl ifadə vermiş şahid (əri) Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş “Kinder Ville” uşaq tədris mərkəzinin direktoru Şahid4 ifadəsində göstərmişdir ki, X9 təhsil aldığı 189 saylı məktəbdən dərsdən çıxdıqdan sonra onun direktor olduğu tədris mərkəzinə gələrək əlavə təhsil alırmış. Həmin şagirdi məktəbdən sonra mərkəzə öz anası gətirərək qoyub gedirmiş. Ziya tədris mərkəzinə məktəbdən sonrakı saatlarda təxminən günorta radələrində gəlirmiş, həmin günlər axşam saatlarında öz anası mərkəzə gələrək onu təhvil alırmış və bundan sonra çıxıb gedirmişlər. Ziyanın həmin tədris mərkəzinə anası ilə birlikdə sürücü vasitəsilə gəlməsindən xəbərsiz olmuş, mərkəzdən Ziyanı heç vaxt bilavasitə sürücü götürməmiş, Ziya həmişə anası ilə getdiyindən sonradan onların sürücü və yxxxx vasitəsilə orada uzaqlaşmalarından xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş tibb elmlər doktoru, professor, 1 saylı X11 həkim anestezioloq-reanimatoloqu Şahid5 ifadəsində bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 19:10-da xəstəxanada növbədə olarkən tibb bacıları Əmirəli doktoru qəbul şöbəsinə çağıraraq yol nəqliyyat hadisəsindən sonra bir xəstənin gətirildiyini bildirmişlər. Xəstə qəbul şöbəsinə qəbul edilib şok otağında çarpayıda uzadılmış, ona şok otağında baxıldıqdan sonra xəstə evə getmək istədiyini bildirməsinə baxmayaraq Əmirəli həkimin təkidindən sonra xəstə rentgen, ultrasəs, kompüter tomoqrafıya olunmuş, müayinələrdən sonra ona kəllə beyin travması diaqnozu qoyulmuşdur. Xəstənin rəngi avazımış, müayinələr nəticəsində onun kəllə sümüklərində sınıq və beynində qansızma aşkar edilmiş, xəstə müşahidə və müalicə üçün reanimasiya şöbəsinə yerləşdirilmiş, bundan sonra xəstəni qəbul etmişdir. Xəstə ona maşın vurduğunu demiş, ondan onu kimin vurduğunu soruşmamışdır. Xəstənin huşu aydın, amma yuxulu kimi olmuş, suallara cavab vermiş və baş ağrılarından şikayətlənmişdir. Reanimasiyada qansızmanın qarşısını almaq üçün xəstəyə sistem qoşularaq müvafiq müalicələrə başlanmış, müayinələr keçirildikdən sonra adını sonradan öyrəndiyi xəstə Zərərçəkmiş şəxs evə getmək istədiyini desə də, ona bu vəziyyətdə evə gedə bilməyəcəyini bildirmişdir. Amma Zərərçəkmiş şəxs Əmirəli həkimdən xahiş edərək onun mobil telefonu ilə öz arvadına zəng etməsini və xəstəxanada olduğunu bildirmiş, arvadı xəstəxanaya gəldikdən sonra xəstənin yanına keçmiş və onlar bir müddət söhbət etmiş, amma onların nə danışdıqları barədə məlumatı olmamışdır. Bir müddət keçdikdən sonra xəstənin yanına tanışları Gültəkin Hacıyeva və daha bir neçə nəfər gələrək onun səhhəti ilə maraqlanmış, lakin reanimasiyada olduğu üçün xəstənin yanına buraxılmamışlar. O və həkim X15 Hacıyeva və xəstənin arvadı ilə bir yerdə söhbətlər apararaq xəstənin xəstəxanada qalmalı olduğunu bildirsələr də, xəstənin arvadı və X16 Hospitalla danışdıqlarını və xəstəni oraya aparacaqlarını demişlər. Həkimlərin təkidlərinə baxmayaraq onlar xəstəni aparacaqlarını israr edərək və xəstənin arvadı Nümayəndə1 iltizam yazaraq əri Zərərçəkmiş şəxs xəstəxanadan çıxarıb başqa xəstəxanaya aparacağını bildirmişdir. Axşam saat 21:00 radələrində City Hospitala məxsus təcili yardım maşını ilə xəstəni City Hospitala aparmışlar. Belə ki, xəstə xəstəxanadan çıxanda vəziyyəti stabil olmuş, ayaq üstə getmək istədiyini bildirsə də, xəstəni xərəyə uzadaraq təcili tibbi yardım maşınına mindirmiş və xəstə maşınla City Hospitala aparılmışdır. Bununla yanaşı, Şahid5 ifadəsində Zərərçəkmiş şəxs xəstəxanaya kimlərlə gətirildiyini bilmədiyini, sonuncunu vuran şəxsi görmədiyini, ona Əli Kərimlinin orada olduğunu dediklərini, xəstənin KT müayinəsi olunduğunu, onda kəllə sümüklərində sınıq və beyində qansızma aşkar edildiyini, qarın boşluğunun ultrasəs müayinəsindən sonra xəstənin səhhəti ilə bağlı hər hansı narahatçılıq ortaya çıxmadığını, “KT“ və “USM" müayinələrindən sonra xəstə reanimasiya şöbəsinə yerləşdirildiyini, bu cür xəstələrin reanimasiya şöbəsində aktiv dinamiki müşahidə altında saxlanıldığını, reanimasiyada xəstəyə sistemlər qoşulduğunu və dərmanlar vurulduğunu, həmin vaxtı cərrahi müdaxiləyə ehtiyac olmadığını, çünki xəstədə hematomanın böyük və beyində sıxılmanın olmadığını, xəstənin beynində hematomanın qalınlığı 3 mm olduğunu, xəstədə hematomanın qalınlığı 8-9 mm-dən çox olduğu halda cərrahi müdaxilənin, yəni əməliyyatın zəruri olduğunu göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş 1 saylı KTM-nin həkim neyrocərrahı Şahid6 və həkim radioloqu Şahid7 onlardan əvvəl şahid qismində dindirilmiş Şahid5 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişlər. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində bildirmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə saat 16 radələrində Ərəb milliyyətindən olan Məhəmməd ilə Abşeron rayonunda yerləşən ‘‘Yanardağ Təbiət” qoruğuna getmək üçün “2111” taksi xidməti mərkəzinə zəng edərək taksi sifariş vermişdir. “Hyundai Accent” minik markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən eləcə də istifadəsində 055 *** ** ** saylı GSM nömrə olan sürücü Nəsimi rayonu, 28 May küçəsinə gəlib onları oradan götürüb “Yanardağ Təbiət” qoruğuna aparmış və orada 10-15 dəqiqə gözlədikdən sonra yenidən onları saat 17-15 radələrində geri gətirmişdir. O, sürücüdən onları Fəvvarələr bağına aparmasını xahiş etsə də, sürücü Təqsirləndirilən şəxs az yaşlı uşağın yaxınlıqda tədris mərkəzindən götürərək evlərinə aparmalı olduğunu deyib onları Nəsimi rayonu, 28 May küçəsi, 44 saylı ünvanın qarşısında düşürmüş və sonradan avtomobili idarə edərək oradan uzaqlaşmışdır. O, Məhəmmədlə oradan piyada Fəvvarələr bağına getmiş və həmin gecəni birgə Nərimanov rayonunda yerləşən “İnfinty” adlı gecə klubunda keçirdikdən sonra Məhəmməd təyyarə ilə öz ölkəsinə dönmüş, o, isə evinə qayıtmışdır. O, nə taksi sürücüsü Təqsirləndirilən şəxs nədə ki, Zərərçəkmiş şəxs tanımamışdir. Cinayət işinin 1-ci cild 68-69-cu vərəqələrində olan xx xxxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 85-86-cı vərəqələrində olan xx xxxxxxx 2019-cu il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 207-208-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 8-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ Yevlax RQİŞ-7 tərəfindən xx xxxxxx 2010-cu il tarixdə verilmiş AB seriyalı, 301028 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixədək qüvvədə olan “BC” dərəcəli sürücülük hüququ vardır. Cinayət işinin 1-ci cild 9-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş AD seriyalı, 359644 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2008-ci il, “Hyundai Accent” minik markalı, **-PZ-*** dövlət qeydiyat nişanlı avtomobilin mülkiyətçisi “xxxx” QSC-dir. Cinayət işinin 1-ci cild 10-cu vərəqəsində olan “xxxx” QSC tərəfindən verilmiş etibarnamədən görünür ki, “Hyundai Accent” minik markalı, **-PZ-*** dövlət qeydiyat nişanlı avtomobilin idarə edilməsi xx xxxxxxx 2019-cu il tarixdə sürücü Təqsirləndirilən şəxs etibar edilmişdir. Cinayət işinin 1-ci cild 24-cü vərəqəsində olan xx xxxxxxx 2019-cu il tarixli, 2/9069 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. Cinayət işinin 1-ci cild 97-100-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 27274 saylı rəyindən görünür ki, “Hyundai Accent” markalı, AZ ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə «X18» Azərbaycan Respublikasının Qanunun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu qeyd edilmişdir. Cinayət işinin 1-ci cild 98-ci vərəqəsində olan olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 109 (bir yüz doqquz) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 154-157-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X13 X8 sağlamlığa zərər vurmanın təyini ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 1093 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - sağ təpə, sol alın-gicgah-təpə paylarının subdural hematoması, sol təpə nahiyəsinin epidural hematoması, baş beyin madəciklərinə və beyin yarımkürələrinə qansızma, baş beyin ağır dərəcəli əzilməsi, sağ təpə sümüyün sınığı, sol təpə nahiyəsinin dərialtı hematoması bərk küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə əmələ gəlmişdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir və yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. Cinayət işinin 1-ci cild 149-152-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Ambulator Məhkəmə-Psixiatrik və Məhkəmə- Psixoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 2345 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs oğlu halhazırda öz hərəkətlərinin taktiki xarakterini və ictimai təhkükəliyini dərk elmək və onları idarə etmək iqtidarında olduğu üçün Azərbaycan respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür və məcburi müalicəyə ehtiyacı yoxdur. Həmin rəyin məhkəmə-psixoloji ekspertizası üzrə qeyd olunanlardan görünür ki, Təqsirləndirilən şəxs intellektual-mnestik imkanları normaya uyğundur. Fərdi - psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. Şəxsi keyfiyyətlərində və emosional-iradi sferasında, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Belə qənaətə gəlinir ki, Təqsirləndirilən şəxs ona ittiham edilən, qərarın təsviri hissəsində göstərilən əməli törədən zaman hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs intellektual imkanlarından, emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan) halında olmamışdır. Cinayət işinin 1-ci cild 143-ci vərəqəsinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin NHİX-nin TŞ-3-004 nömrəli videokamerasının qeydə aldığı video görüntülərə məhkəmə istintaqı zamanı baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Accent” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx xxxxxxx 2019-cu il tarixdə saat 17:19:16-da Nəsimi rayonu, Yusif Səfərov küçəsindən Nəsimi rayonu, 28 May küçəsinə dönərək hərəkətini davam etdirmiş, saat 17:21:48-də avtomobili 28 May küçəsində yerləşən “İpad usta” adlı iaşə obyektinin qarşısında saxlamış, həmin vaxt avtomobilin arxa sağ oturacağından bir nəfər şəxs və ön sağ oturacağından isə daha bir nəfər şəxs düşmüş, bundan sonra, sürücü saat 17:22:23-də avtomobili hərəkətə gətirib təxminən 15-20 metr getdikdən sonra işıqforun yaşıl işığında Puşkin küçəsi istiqamətində sola dönərkən saat 17:22:35-də avtomobilin ön sağ tərəfi ilə yolu soldan sağa doğru piyada keçidindən keçən Zərərçəkmiş şəxs piyada keçidinin üzərində vurmuş, bundan sonra dərhal avtomobili saxlayaraq sonuncuya yaxınlaşmış, ətrafdakı insanların köməyi ilə Zərərçəkmiş şəxs səkinin üzərinə qoymuş, bir neçə dəqiqədən sonra onu idarə etdiyi avtomobilə əyləşdirərək hadisə yerindən uzaqlaşmışdır. Cinayət işinin 1-ci cild 95-96-cı vərəqələrində olan xx xxxxxx 2019-cü il tarixli qərardan görünür ki, Nümayəndə1 Zərərçəkmiş şəxs qanuni nümayəndəsi kimi tanınmışdır. Cinayət işinin 2-ci cild 143-144-cü vərəqələrində olan xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 Zərərçəkmiş şəxs vəkili və nümayəndəsi kimi tanınmışdır. Cinayət işinin 1-ci cild 101-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 İdarəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cild 138-ci vərəqəsində olan maddi sübut kimi tanımaq haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, «Hyundai Accent» markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil məxsus olduğu “xxxx” QSC-nin nümayəndəsi X3 təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 40-cı vərəqəsində olan AZ-İİİ seriyalı, 774724 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxx 2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə Kurbanova Sabinadir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspertiza rəyləri, CD disklərində olan videogörüntülərlə və digər iş materialları ilə sonuncunun idarə etdiyi avtomaşınla yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır xəsarət yetirməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “X18” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinə əsasən, sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. «X18» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “X18 və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxxx 2004-cü il tarixli 2 №li Qərarının 10-cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.11-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması – cəzanı yüngünləşdirilən hallara aiddir. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, hadisənin ehtiyatsızlıqdan baş verməsini, himayəsində bir azyaşlı uşağının olmasını, cinayətin törədilməsindən dərhal sonra zərərçəkmiş şəxsə ilkin tibbi yardım göstərməklə dərhal X14 aparılmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri, həmçinin də Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, hadisənin ehtiyatsızlıqdan baş verməsini, himayəsində bir azyaşlı uşağının olmasını, cinayətin törədilməsindən dərhal sonra zərərçəkmiş şəxsə ilkin tibbi yardım göstərməklə dərhal X14 aparılmasını nəzərə alaraq məhkəmə hesab edir ki, sonuncu təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli və xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, 01 (bir) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış 05 ədəd CD diskləri cinayət işinin materiallarında saxlanılmalı, digər maddi sübut kimi tanınmış «Hyundai Accent» markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil məxsus olduğu xxxx QSC-nin nümayəndəsi X3 təhvil verilməsi nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 109 (bir yüz doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X7 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili F.F.Qurbanova məhkəməyədək istintaq dövründə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 31 saata görə 186 (bir yüz səksən altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin, barəsində 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək, yəni 01 (bir) gün müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 05 ədəd CD diskləri cinayət işinin materiallarında saxlanılsın, digər maddi sübut kimi tanınmış «Hyundai Accent» markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil məxsus olduğu “xxxx” QSC-nin nümayəndəsi X3 təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 109 (bir yüz doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X7 istintaq orqanında iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun Kapital Bank ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 31 saata görə 186 (bir yüz səksən altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-95/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-95/2021
25.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver