Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-95/2022 29.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxxxx 1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmış şəxsə xeyli miqdarda ziyan vurmaqla, dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildikdən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzası 10 il müddətinə dəyişdirilməklə eyni məhkəmənin 27 sentyabr 2018-ci il tarixli qərarına əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdən sonra məhkumluğu qanunla ödənilmədiyi və götürülmədiyi halda qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 05 iyul 2021-ci il tarixdə Zərərçəkmiş şəxs İsmayıl oğlunun mülki sahibi olduğu ünvan 2 ünvanda yerləşən “Lotto” lombarda kredit götürmək adı ilə müraciət edib pulu vaxtında qaytaracağına inam yaratmaq üçün özünə aid olmayan, Şahid2 məxsus “Mercedes Benz E-200” markalı **- MO-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncudan xəbərsiz girov qoyub həmin günün məzənnəsi ilə 42500 manat təşkil edən 25000 ABŞ dolları pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o, əvvəllər Zərərçəkmiş şəxs İsmayıl oğlu və Şahid2 tanımamış, aralarında qohumluq, ədavət, düşmənçilik yoxdur, olmamışdır. Avtomobillərin satışı həyata keçirilən “Turbo.az” saytında “Mercedes Benz E-200” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobili görüb sahibisonradan adını bildiyi Şahid2 ilə əlaqə saxlayıb görüşmüşlər. O, həmin avtomobili almaq müqabilində 10000 ABŞ dolları və 4 hektar ölçüdə olan Quba rayonunda yerləşən torpaq sahəsini Şahid2 verməyi dedikdə, sonuncu razılaşmışdır. Lombard daha yuxarı məbləğdə pulu aşağı faizlə verdiyindən, lizinq müqaviləsi əvəzinə kredit (lombard) müqaviləsi bağlamaq qərarına gəlmişdir. O, heç vaxt lizinq müqaviləsi bağlamamış, lizinq müqaviləsi bağladığına dair Şahid2 heç nə deməmişdir. Daha sonra onlar birgə Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Lotto” Lombarda getmişlər. O, 25000 ABŞ dolları oradan götürmüş, 10000 ABŞ dollarını Şahid2 vermiş, qalan pul isə ona qalmışdır. Satmaq istədiyi torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən sənəd olmadığını bildikdən sonra Şahid2 avtomobilin satışına razılıq vermədiyindən, o, Şahid2 Bakı şəhəri Şıxov deyilən ərazidə “1001 gecə” restoranının yaxınlığında yerləşən torpaq sahəsini təklif etdiyi zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, “Turbo.az” saytında satılan avtomobilləri lizinq yolu ilə almaq adı ilə lombarda girov qoyub pul götürməsi qərarına gəldikdən sonra həmin saytda “Mercedes Benz E-200” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobili satdığına görə əvəllər tanımadığı Şahid2 ilə müştəri kimi tanış olmuş, söhbət zamanı avtomobili 52000 ABŞ dollarına almaq istədiyini, lakin ödənişin lizinq şərtləri ilə həyata keçiriləcəyini dedikdə sonuncu razılaşmışdır. Bundan əvvəl isə, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən Şahid1 rəhbəri olduğu “Lotto” lombardına müraciət edib Şahid2 məxsus avtomobili girov qoymaqla pul götürmək istədiyini bildirmişdir. Şahid1 və işçisi Şahid3 əvvəllər tanımamış, qeyd olunan lombarddan əvvəllər kredit götürməmişdir. 05 iyul 2021-ci il tarixdə Şahid2lə birgə “Lotto” lombarda gedərək orada “Mercedes Benz E-200” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobili girov qoymaqla 42500 manat pulun kredit kimi verilməsinə dair sənədləri imzalamış, Şahid2 isə həmin hərəkətlərin lizinq şirkətindən pul köçürülməsi ilə bağlı olmasını fikirləşmişdir. Bundan sonra, Şahid2lə birgə Baş Dövlət Yol Polis İdarəsinin “Meyvəli” bazarının yanındakı Qeydiyyat şöbəsinə gedərək Şahid2lə Şahid1 arasında avtomobilin alqı-satqısına dair müqavilə bağlanmış və avtomobil Süeyman Bağırovun adına rəsmiləşdirilmişdir. O, həmin gün lombarda qayıdıb 25000 ABŞ dolları götürmüş, inam yaratmaq üçün pulun 10000 ABŞ dollarını isə beh adı ilə Şahid2 verib qalan 42000 ABŞ dolları lizinq şirkətindən alıb verəcəyini demişdir. Özünə qalan 15000 ABŞ dolları məbləğində pulun hamısını borclarına paylamışdır. İstintaq zamanı dələduzluq etməsini səmimi olaraq etiraf etmiş, törətdiyi cinayət əməlindən peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs İsmayıl oğlu verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 2017-ci ildə tanışı Şahid1 kreditorgirov saxlayan kimi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 103F ünvanında fəaliyyət göstərən “Lotto" adlanan lombard açmış, həmin lombardın mülki sahibi isə özü olmuşdur. Həmin lombard hüquqi şəxs deyildir. Şahid1 lombarda faktiki rəhbərliyi həyata keçirir. Lombard açıldığı vaxtdan etibarən Şahid3 həmin lombardda mütəxəssis vəzifəsində işləyir. Lombardda girov kimi əsasən avtomobil qəbul edilir, müştəri şərtlərlə razılaşdıqda avtomobil alqı-satqı müqaviləsi ilə Şahid1 adına özgəninkiləşdirildikdən sonra lombard tərəfindən müştəriyə kredit verilir. Lombarda qoyulmuş avtomobil isə sürmək hüququ verən etibarnamə ilə müştəridə qalır. Müştəri 1 ay ərzində ödənişi həyata keçirməzsə, 10 gün ərzində avtomobil kreditor tərəfindən satılıb kreditin məbləği lombardın ödənişinə yönəlir, qalan pul isə kreditorda qalır. Təqsirləndirilən şəxs 05 iyul 2021-ci il tarixdə həmin lombarda müraciət edərək 2019-cu il istehsalı olan “Mercedes Benz” markalı, **-MO-*** qeydiyyat nişanlı avtomobili girov qoyub kredit götürmək istədiyini bildirdiyi zaman yanında həmin avtomobilin sahibi Şahid2 da olmuşdur. Lombardın işçisi Şahid3 həmin avtomobili qiymətləndirərək 25000 ABŞ dolları məbləğində kreditin verilə biləcəyini dedikdə, Təqsirləndirilən şəxs razılaşmışdır. Bundan sonra Şahid2lə Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində yerləşən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin qeydiyyat şöbəsinə gedib həmin avtomobili alqı-satqı müqaviləsi ilə Şahid1 adına rəsmiləşdirmişlər. Ardınca Təqsirləndirilən şəxsla Şahid3 arasında 05 iyul 2021-ci il tarixli, 05/07/21/06 nömrəli kredit və girov müqaviləsi bağlanaraq, Təqsirləndirilən şəxs 25000 ABŞ dolları kredit verilmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin avtomobilin sahibi Şahid2 aldadaraq guya lizinq şirkəti tərəfindən pul ödəniləcəyini bildirib cəmi 10000 ABŞ dolları sonuncuya verərək özünə aid olmayan avtomobili lombardda girov qoymaqla lombarda qarşı dələduzluq etmişdir. Şahid1 baş verənləri bildikdən sonra həmin avtomobilin Şahid2 adına yenidən sənədləşməsini təmin etmiş, Şahid2 də Təqsirləndirilən şəxs beh kimi aldığı 10000 ABŞ dolları Şahid1 vermişdir. Araşdıma dövründə Təqsirləndirilən şəxs ələ keçirdiyi puldan 7500 ABŞ dolları qaytarmış, qalan 7500 ABŞ dolları isə hazıradək ödəməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Zərərçəkmiş şəxs İsmayıl oğlunu isə uzun müddətdir ki, tanıyır. O, 2008-ci il tarixdən 2017-ci il tarixədək "xxxx" ASC-də müxtəlif vəzifələrdə işləmiş, son iş yeri həmin bankın Nərimanov filialının müdiri vəzifəsi olmuşdur. "xxxx" 2017-ci il tarixdə ləğv edildikdən sonra o, kreditor-girov saxlayan kimi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 103F ünvanında fəaliyyət göstərən “Lotto” adlanan lombard açmış, həmin yerin mülki sahibi Zərərçəkmiş şəxs İsmayıl oğlu olsa da, faktiki rəhbərliyi o həyata keçirmişdir. Lombard açıldığı vaxtdan etibarən Şahid3 həmin lombardda mütəxəssis vəzifəsində işləyir. Lombardda girov kimi əsasən avtomobil qəbul edilir, müştəri şərtlərlə razılaşdıqda avtomobil alqı-satqı müqaviləsi ilə Şahid1 adına özgəninkiləşdirildikdən sonra lombard tərəfindən müştəriyə kredit verilir. Lombarda qoyulmuş avtomobil isə sürmək hüququ verən etibarnamə ilə müştəridə qalır. Müştəri 1 ay ərzində ödənişi həyata keçirməzsə, 10 gün ərzində avtomobil kreditor tərəfindən satılıb kreditin məbləği lombardın ödənişinə yönəlir, qalan pul isə kreditorda qalır. Təqsirləndirilən şəxs 02 iyul 2021-ci il tarixdə 60000 ABŞ dolları məbləğində kredit götürmək üçün işlədiyi lombarda müraciət edərək 2018-ci il istehsalı olan “Range Rover” markalı avtomobili girov qoya biləcəyini dedikdə, istənilən məbləğ çox olduğundan o, razılıq verməmiş, Təqsirləndirilən şəxs da oradan getmişdir. 05 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən gələrək 34000 ABŞ dolları məbləğində kredit götürmək məqsədilə 2019-cu il istehsalı olan “Mercedes Benz” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobili girov qoymaq istədiyini bildirmiş, razılıq verdikdən sonra DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin qeydiyyat şöbəsində həmin avtomobil alqı-satqı yolu ilə onun adına rəsmiləşdirilmiş və Təqsirləndirilən şəxsla 48450 manat kreditin verilməsi barədə kredit müqaviləsi bağlanmış, komissiya və sair xərcləri çıxdıqdan sonra Təqsirləndirilən şəxs 42500 manat təşkil edən 25000 ABŞ dolları məbləğində pul verilmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin avtomobilin sahibi Şahid2 aldadaraq guya lizinq şirkəti tərəfindən pul ödəniləcəyini bildirib cəmi 10000 ABŞ dolları sonuncuya verib özünə aid olmayan avtomobili rəhbəri olduğu lombarda girov qoymaqla dələduzluq etmişdir. O, baş verənləri bildikdən sonra həmin avtomobilin Şahid2 adına yenidən sənədləşdirilməsini təmin etdirmiş, Şahid2 də Rəşid Məmmmədovdan beh kimi aldığı 10000 ABŞ dolları pulu ona qaytarmışdır. Araşdıma dövründə Təqsirləndirilən şəxs ələ keçirdiyi puldan 7500 ABŞ dolları qaytarmış, qalan 7500 ABŞ dolları isə bugünədək verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs İsmayıl oğlunu əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslə heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, 04 iyun 2020-ci il tarixdə 2019-cu il istehsalı olan “Mercedes Benz E-200” markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobili 52000 ABŞ dollarına almış, təxminən bir il istifadə etdikdən sonra pul lazım olduğundan həmin avtomobili satmaq qərarına gəlmişdir. Bu məqsədlə, həmin avtomobili “Turbo.az” saytına yerləşdirərək satış qiyməti kimi 52000 ABŞ dolları qoyduqdan bir müddət sonra ona tanımadığı, özünü Rəşid kimi təqdim edən şəxs zəng edib avtomobilə baxmaq istədiyini bildirmişdir. Sonradan tam adını bildiyi Təqsirləndirilən şəxs avtomobilə baxaraq bəyənmiş, kreditə sala biləcəyi təqdirdə avtomobili götürəcəyini ona söyləmişdir. 04 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edib lizinq şirkəti ilə razılıq əldə etdiyini, növbəti gün avtomobili lizinq şirkətinin əməkdaşına göstərməli olduğunu, hər şey yaxşı olduğu halda, avtomobili lizinqə salıb ona 52000 ABŞ dolları verəcəyini dedikdə razılaşmışdır. 05 iyul 2021-cı ıl tarixdə Təqsirləndirilən şəxsla görüşüb həmin avtomobilə əyləşərək sonuncunun lizinq şirkəti kimi təqdim etdiyi Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən bir ofisin qarşısına getmişlər. O, avtomobili lizinq yolu ilə ilk dəfə satdığından, Təqsirləndirilən şəxs dediklərinə inanmışdır. Təqsirləndirilən şəxs dediyi kimi “lizinq” şirkətinin əməkdaşı avtomobilə baxış keçirdikdən sonra birlikdə Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat şöbəsinə getmişlər. Təqsirləndirilən şəxs ona avtomobil BDYPİ-də alqı-satqı olunduqdan sonra lizinq şirkəti tərəfindən növbəti gün pulun ödəniləcəyini dedikdən sonra, ona məxsus “Mercedes Benz E-200” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid1 adlı şəxsin adına özgəninkiləşdirilmişdir. Təqsirləndirilən şəxs ona beh kimi 10000 ABŞ dolları verib qalan məbləği növbəti gün lizinq şirkəti tərəfindən ödəniləcəyini bir daha bildirmiş, avtomobil isə onda qalmışdır. O, şübhələnib “lizinq şirkətinin” əməkdaşına zəng edib Təqsirləndirilən şəxsla arasında olan məsələni aydınlaşdırdığı zaman özünü Emin kimi təqdim edən şəxs “lizinq şirkəti” olmadıqlarını, lombard fəaliyyəti ilə məşğul olduqlarını, ona məxsus avtomobili lombardda girov qoymaqla Təqsirləndirilən şəxs 42500 manat məbləğində pulu işlədiyi lombard yerindən kredit kimi götürdüyünü bildirmişdir. Bununla bağlı araşdırma aparıldıqda Şahid1 avtomobilin yenidən onun adına sənədləşdirilməsini təmin etmiş, o da Təqsirləndirilən şəxs beh kimi verdiyi 10000 ABŞ dolları Şahid1 vermişdir. Onun avtomobili özündə qaldığından, ona qarşı heç bir ziyan vurulmamışdır, bununla bağlı heç bir şikayəti və tələbi yoxdur. Şahid2 həmçinin ifadəsində Təqsirləndirilən şəxsla aralarında avtomobilin dəyərinin ödənilməsi ilə bağlı torpaq alqı-satqısı barədə razılaşma heç vaxt olmadığını, Təqsirləndirilən şəxs yalan ifadə verdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur, əvvəllər aralarında hər hansı əşyanın alqı-satqısı həyata keçirilməmişdir. Zərərçəkmiş şəxs İsmayıl oğlunu isə tanıyır, işlədiyi yerin mülki sahibidir. O, 2013-cü il tarixdən 2017-ci il tarixədək "xxxx" ASC-də kredit mütəxəssisi vəzifəsində işlədiyi vaxt həmin müəssisənin Nərimanov filialının müdiri Şahid1 ilə tanış olmuşdur. Daha sonra faktiki rəhbərliyi həyata keçirməklə Şahid1 kreditor-girov saxlayan kimi Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospekti 103 ünvanında yerləşən “Lotto” adlı lombard yerini açmış, həmin lombard yerinin mülki sahibi isə Zərərçəkmiş şəxs olmuşdur. O, həmin lombard yaradıldığı tarixdən orada mütəxəssis vəzifəsində işləyir. Onun vəzifəsi lombarda müraciət edən müştəriyə kreditin şərtlərini izah edib, razılaşdıqdan sonra girovun qiymətləndirilməklə qəbul olunması istiqamətində işləri həyata keçirməkdir. Lombardda girov kimi əsasən avtomobil qəbul edilir. Müştəri şərtlərlə razılaşdıqda avtomobil Şahid1 adına alqı-satqı ilə özgəninkiləşdirilir, sonra isə lombard tərəfindən müştəriyə kredit verilir. Avtomobil isə idarəetmə hüququ verən etibarnamə ilə mülkiyyətçidə qalır. Müştəri 1 ay ərzində ödənişi həyata keçirməzsə, 10 gün ərzində avtomobil kreditor tərəfindən satılıb kreditin məbləği lombardın ödənişinə yönəlir, qalan pul isə kreditorda qalır. Təqsirləndirilən şəxs 02 iyul 2021-ci il tarixdə işlədiyi lombarda gəlib 2018-ci il istehsalı olan “Range Rover” markalı avtomobili girov qoya biləcəyini bildirərək 60000 ABŞ dolları məbləğində pulu kredit götürmək istədikdə, istənilən məbləğ çox olduğundan Şahid1 razılıq verməmişdir. 05 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən lombarda gəlib 2019-cu il istehsalı olan “Mercedes Benz” markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobili girov qoyaraq 34000 ABŞ dolları kredit kimi götürmək istədiyini bildirmiş, həmin avtomobil Şahid2 adına olmuş, sonuncu da Təqsirləndirilən şəxsla birgə lombarda gəlmişdir. O, həmin avtomobili qiymətləndirib 25500 ABŞ dolları kredit verə biləcəyini dedikdə, Təqsirləndirilən şəxs razılıq vermiş, daha sonra hər üçü DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin qeydiyyat şöbəsinə gedərək avtomobili alqı-satqı yolu ilə Şahid1 adına rəsmiləşdirmişlər. Bundan sonra Təqsirləndirilən şəxsla onun arasında 05 iyul 2021-ci il tarixli, 05/07/21/06 nömrəli kredit və girov müqaviləsi bağlanılaraq manat ekvivalenti olaraq 42500 manat məbləğində kredit Təqsirləndirilən şəxs verilmişdir. Sonradan Şahid2 ona zəng edib pulu sabah götürə biləcəyini soruşduqda başa düşmüşdür ki, Rəşid oyun oynayaraq Şahid2 aldatmışdır. O, həmin danışıq zamanı Şahid2 aralarında lizinqlə bağlı razılaşma olmadığını, Təqsirləndirilən şəxs 42500 manat məbləğində kredit verildiyini demişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin avtomobilin sahibi Şahid2 aldadaraq guya lizinq şirkəti tərəfindən pul ödəniləcəyini bildirib cəmi 10000 ABŞ dolları sonuncuya verərək özünə aid olmayan avtomobili lombardda girov qoymaqla lombarda qarşı dələduzluq etmişdir. Şahid1 baş verənləri bildikdən sonra həmin avtomobilin Şahid2 adına yenidən sənədləşməsini təmin etmiş, Şahid2 də Təqsirləndirilən şəxs beh kimi aldığı 10000 ABŞ dolları Şahid1 vermişdir. Araşdıma dövründə Təqsirləndirilən şəxs ələ keçirdiyi puldan 7500 ABŞ dolları qaytarmış, qalan 7500 ABŞ dolları isə hazıradək ödəməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş “Lotto” Lombard (VÖEN: **********) ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 05.07.2021-ci il tarixli, 05/07/21/06 nömrəli Kredit (borc) və girov müqaviləsindən görünür ki, həmin lombard tərəfindən Təqsirləndirilən şəxs 12 ay müddətinə istehlak məqsədi ilə aylıq faiz dərəcəsi 4.6% olmaqla 48450 manat məbləğində pul vəsaiti kredit verilmişdir (i.v/ 9-10). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs tərəfindən “Lotto” Lombarda verilmiş 05.07.2021-ci il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs “Mercedes Benz E200” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobil girov qoyması müqabilində götürdüyü kredit məbləğini ödəmədiyi təqdirdə, həmin avtomobilin borcun əvəzinə yönəldilməsinə etiraz etməyəcəyini öhdəsinə götürmüşdür (i.v/ 11). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş “Ödəniş cədvəlindən” görünür ki, Təqsirləndirilən şəxs “Lotto” Lombarddan kredit kimi götürdüyü pul vəsaitinin aylar üzrə ödənilməsi qrafiki göstərilmiş, Təqsirləndirilən şəxs həmin cədvəllə tanış olaraq imzalamışdır (i.v/12). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 05.07.2021-ci il tarixli Xəzinə məxaric orderindən görünür ki, 48450 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tərəfindən məxaric edilmişdir (i.v/8). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 05.07.2021-ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən” görünür ki, Şahid2 “Mercedes Benz E 200 Minik” markalı, **-MO-*** dövlət qeydiyyat nömrəli avtomobili həmin tarixdə Şahid1 satmışdır (i.v/13). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 04.10.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhələnildiyinə görə tutulmuşdur (i.v/35). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” 05.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v/47-48). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-996/2021 nömrəli, 05.10.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbs etmənin əvvəli 04.10.2021-ci il tarixdən hesablanmaqla, 3 ay müddətinə barəsində həbs qətimkan tədbiri seçilmişdir (i.v/ 68-71). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 06.10.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Moskva şəhəri Tverd rayon Xalq Məhkəməsinin 25.10.1998-ci il tarixli hökmü ilə Rusiya Federasiyasının 146-cı maddəsinin 3-cü hissəsinə əsasən məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 19.05.2000-ci il tarixli, 339 nömrəli əfv fərmanına əsasən azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 20.11.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 178.3.2-ci maddəsi ilə əmlak müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18.01.2018-ci il tarixli qərarı ilə cəzası 10 ilə endirilmiş, həmin məhkəmənin 27.09.2018-ci il tarixli qərarı ilə çəkilməmiş 05 ay 09 gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur (i/v 75-77). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)-1267/2009 nömrəli, 20.11.2009-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 178.3.2-ci maddəsi ilə əmlakı müsadirə edilməklə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur (i.v/ 114-123). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-54/2018 nömrəli, 18.01.2018-ci il tarixli qərarından görünür ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” 20.10.2017-ci il tarixli qanunu tətbiq edilməklə, Təqsirləndirilən şəxs cəzası 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyən edilmişdir (i.v/ 124-125). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-1770/2018 nömrəli, 27.09.2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs çəkilməmiş 05 ay 09 gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (i.v/ 126-128). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. İş materiallarının 8-12 vərəqələrində olan kredit müqaviləsi, məxaric orderi, iltizam və ödəniş cədvəlində Təqsirləndirilən şəxs tərəfindən “Lotto” Lombarddan 48450 manat məbləğində kreditin götürülməsi göstərilmişdir. Lakin iş üzrə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlər ifadələrində Təqsirləndirilən şəxs həmin lombard yerindən 42500 manat məbləğində pulu məxaric etdiyi, həmin məbləğdə pulun götürüldüyü günə 25000 ABŞ dolları ekvivalentində olduğunu bildirmişlər. Habelə, Şahid1 ifadəsində müqavilədə rəsmiləşdirilən məbləğ kimi 48450 manat qeyd olunsa da, komissiya və sair xərclər çıxdıqdan sonra Təqsirləndirilən şəxs 42500 manat məbləğində pul vəsaitinin verildiyini qeyd etmişdir. Odur ki, Təqsirləndirilən şəxs götürdüyü pul vəsaitinin 42500 manatın ekvivalenti olan 25000 ABŞ dolları olması mübahisələndirilməyən haldır. Habelə, iş üzrə zərərçəkmiş şəxs və şahidlərin ifadələrinə əsasən, götürülmüş 42500 manat məbləğində puldan 10000 ABŞ dolların, yəni həmin tarixə ekvivalenti olan 17000 manat məbləğində pulun Şahid2 tərəfindən, 7500 ABŞ dolların, yəni həmin tarixə ekvivalenti olan 12750 manat məbləğində pulun Təqsirləndirilən şəxs tərəfindən Şahid1 qaytarılması mübahisələndirilməyən haldır. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan əməlləri törətməsi özü tərəfindən inkar edilsə də, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Göstərilənlərə əsasən təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs İsmayıl oğlundan 42500 manat pulu alaraq ələ keçirdiyi inkar etsə də, iş materialları və proses iştirakçılarının ifadəsi ilə sonuncudan 42500 manat məbləğində pulun ekvivalenti olan 25000 ABŞ dolları məbləğində pulu aldığı sübut olunmuşdur. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs İsmayıl oğlunun 42500 manat pulun ekvivalenti olan 25000 ABŞ dolları məbləğində pulu dələduzluq yolu ilə ələ keçirməsində özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşır və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11.06.2015-ci il tarixli, 7 nömrəli qərarına əsasən, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin Qərara əsasən, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli pul vəsaitinə sərəncam vermək hüququna malik olduğuna görə başa çatmış hesab edilir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dələduzluq etmədiyini, müvafiq avtomobili torpaqla və müəyyən məbləğdə pula alacağını bildirməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, Təqsirləndirilən şəxs 10000 ABŞ dolları və torpaq sahəsi müqabilində Şahid2 “Mercedes-Benz E200” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq istədiyini desə də, Təqsirləndirilən şəxs hansı torpaq sahəsinin satması ilə bağlı istintaq dövründə, eləcə də məhkəmə baxışı zamanı hər hansı sənəd təqdim etməmişdir. Eləcə də Şahid2 məhkəmə baxışı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxsla aralarında hər hansı torpaq sahəsinin alqı-satqısı ilə bağlı razılaşma olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilin alışına görə hər hansı torpaq sahəsini təqdim etməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Bu səbəbdən, Təqsirləndirilən şəxs həmin məzmunda ifadəsi özünü müdafiə xarakterli hesab edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkun edilmiş şəxs cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluqları ödənilmiş hesab edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, vəziyyətini yüngülləşdirən halları, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 04 oktyabr 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-617/2021 saylı, 17.12.2021-ci il tarixli qərara əsasən 28.12.2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunmalı əmlak, mülki iddia, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 04 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-95/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-95/2022
29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver