Məhkəmə qərarları › İş №1(006)-96/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-96/2021

05.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-96/2021 05.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 2000-ci ildə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, hər hansı bir ünvanda qeydiyyatı və daimi yaşayış yeri olmayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə binaya qanunsuz daxil olaraq özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxxx 2020-ci il tarixdə saat 03:26-da Zərərçəkmiş şəxs etibarnamə əsasında nəzarət etdiyi ünvan 1 ünvanında yerləşən «xxxx» MMC gözəllik salonunun şüşə materialdan ibarət giriş qapısını üzərində gəzdirdiyi vintaçanla açdıqdan sonra gözəllik salonuna qanunsuz daxil olub orada yerləşən kassa aparatından Zərərçəkmiş şəxs məxsus müxtəlif əskinazlardan ibarət 121 (yüz iyirmi bir) manat nəğd pulu, kassa aparatının yerləşdiyi masanın siyirməsindən müxtəlif əskinazlardan ibarət 1300 (min üç yüz) manat nağd pulu və həmin masanın üzərindən içərisində 5 (beş) manat dəyərində «xxxx» MMC-yə aid ***- ***-**-** saylı mobil nömrə olan 50 (əlli) manat dəyərində «Samsung Galaxy J1» markalı, SM-J105H/DS modelli mobil telefon aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1476 (min dörd yüz yetmiş altı) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər bir neçə dəfə cinayət törətdiyinə görə məhkəmə tərəfindən cəza almış, sonuncu cəzasını isə Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il, 03 ay müddətində azadlıqdan məhrum edilmiş, lakin xx xxxx 2020-ci il tarixdə cəzasının sonu ilə azadlığa çıxmış, lakin azadlıqda olduğu müddətdə heç bir yerdə işləməmiş və qeydiyyata düşməmişdir. Azadlığa çıxdıqdan sonra Bakı şəhərinin müxtəlif yerlərində küçələrdə gecələmiş, maddi vəziyyəti ağırlaşmış, fərdi fəaliyyətlə məşğul olaraq gündəlik tələbatını qarşılamışdır. xx xxxxxx 2020-ci il tarixdə, saat 04 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə Bül-Bül prospekti istiqamətində piyada hərəkətdə olan zaman pulu olmadığı üçün oğurluq etmək fikrinə düşmüş, buna görə də hər hansı yerin giriş qapısını açmaq üçün üzərində vintaçan gəzdirmişdir. Nəsimi rayonu, Səməd Vurğun küçəsi 17 ünvanında yerləşən «xxxx» gözəllik salonunun qarşısından keçərkən dayanmış və gözəllik salonunun kassasında pul ola biləcəyini fikirləşmişdir. «xxxx» gözəllik salonunun giriş qapısının qarşısına gəlib baxdıqda giriş qapısının şüşə materialdan ibarət olduğunu görmüşdür. Üzərində olan vintaçanı çıxarıb qapının açar yerinə salıb güc etməklə qapını açmış və gözəllik salonunun içərisinə keçmişdir. İçəri keçdikdən sonra sağa dönüb dəhlizlə hərəkət etmiş, hərəkət etdikdən sonra qarşısında olan otağa bənzər yerin sol tərəfində qəbul yeri olduğunu görmüşdür. Piştaxtanın yanından keçib kassa aparatı olan yerə gəlmiş və stola əyləşərək kassa aparatını və siyirmələri axtarmağa başlamışdır. Əvvəlcə siyirmələri açmış, onların birində bir neçə ədəd konvert kağız olduğunu görmüşdür. Konvertlərə baxdıqda 100 və 50 manatlıq əskinazlardan ibarət pullar olduğunu görmüşdür. Konverti masanın üzərinə qoyub kassanı, vintaçan vasitəsilə və daha sonra orada olan qayçının köməkliyi ilə açmışdır. Kassaya baxdıqda oradan 100 manat və müxtəlif əskinazlardan ibarət olan 21 manat pul olduğunu görmüşdür. Kassada olan 121 manat pulu götürmüşdür. Bundan sonra konvertdə olan pulları və masanın üzərində olan sarı rəngli «Samsung Galaxy J1» markalı, Samsung-J105H/DS modelli mobil telefonu özü ilə götürmüşdür. Daha sonra da gəldiyi kimi gözəllik salonunu tərk etmişdir. Oğurluq etdikdən sonra ərazini tərk edərək Nəsimi rayonu «Kubinka» deyilən yerə getmişdir. Orada sökülmüş bina taparaq içərisinə daxil olmuşdur. Pulları sayan zaman ümumilikdə 1421 manat pulun olduğunu bilmişdir. Ona konvertdə 1300 manat pulun olduğu aydın olmuşdur. Oğurladığı sarı rəngli «Samsung Galaxy J1» markalı, Samsung-J105H/DS modelli mobil telefonun üzərində olan bilmədiyi «xxxx» MMC-yə məxsus olan nömrəni çıxarıb xatırlamadığı əraziyə atmışdır. Lakin mobil telefonu saxlanılana qədər özü işlətmiş və və saxlanılan zaman mobil telefonu istintaqa təqdim etmişdir. Oğurladığı pulları isə öz ehtiyaclarına xərcləmişdir. Oğurluq edən zaman onu hər hansı bir şəxs və ya şəxslər görməmişdir. Törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır və onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. «xxxx» MMC-də mühəndis vəzifəsində işləyir və Bakı şəhərinin müxtəlif ərazilərində «xxxx» MMC-nin bir neçə şöbələri vardır. «xxxx» MMC-nin direktoru X3r və o, hazırda Türkiyə Respublikasında yaşayır. xx xxxx 2020-ci il tarixdən Elnarə Nəhmədova tərəfindən verilən etibarnamə əsasında «xxxx» MMC-nin iş fəaliyyətinə nəzarət edir. «xxxx» MMC-nin tərkibinə gözəllik salonları daxildir. «xxxx» MMC-yə məxsus digər gözəllik salonu ünvan 2 ünvanında yerləşir. Gözəllik salonunun fəaliyyəti hər gün 09:00-dan 20:00-a qədərdir. xx xxxxxx 2020-ci il tarixdə özünə məxsus 50 və 100 Azərbaycan manatına aid əskinazlardan ibarət ümumilikdə 1300 manat pulu ağ kağızdan ibarət konvertin içərisinə qoyaraq kassa aparatının yanında yerləşən siyirməyə qoyaraq səhər işə gələn zaman götürməyi planlaşdırmışdır. Bundan əlavə kassa aparatında ona məxsus 1 ədəd 100 Azərbaycan manatı və müxtəlif əskinazlardan ibarət olan 21 manat pul, yəni ümumilikdə 121 manat pul olmuşdur. Həmin pul da işdən çıxan zaman kassa aparatında qalmışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 20:00-da gözəllik salonunu bağlayaraq evə getmişdir. xx xxxxxx 2020-ci il tarixdə səhər saat 09 radələrində işə gələn zaman gözəllik salonunun giriş qapısının kənar müdaxilə nəticəsində açıldığını görmüşdür. İçəri daxil olub qəbul yerinə baxdıqda bilmişdir ki, kassa aparatında və dolabçanın siyirməsində saxlanılan ümumilikdə 1421 manat pul və kassa aparatının qarşısında yerləşən masanın üzərində olan ona məxsus içərisində «xxxx» MMC-yə məxsus ***-***-**-** saylı mobil nömrə və təxminən 80 manat dəyərində sarı rəngli «Samsung Galaxy J1» markalı, Samsung-J 105H/DS modelli mobil telefon oğurlanmışdır. Bundan sonra DİN-nin 102 xidmətinə zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermişdir. Bir qədər keçmiş polis əməkdaşları hadisə yerinə gələrək müayinə aparmışlar və bununla bağlı protokol tərtib edilmişdir. O, gözəllik salonunun inzibati binasında quraşdırılmış və hadisə vaxtını qeyd almış kamera görüntülərini könüllü olaraq təqdim etmişdir. Sonradan polis əməkdaşlarının məlumatı əsasında oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini bilmişdir. Hal-hazırda ona dəymiş ziyan ödənilmədiyindən Təqsirləndirilən şəxs qarşı şikayətçidir. İş materiallarında olan CD diskə məhkəmə iclası zamanı baxış keçirilən zaman müəyyən olunmuşdur ki, CD diskin içərisində 1 video fayl vardır. xx xxxxxx 2020-ci il tarixdə saat 03:26:24-dən 03:34:54-ə qədər olan müddəti əhatə edir. Saat 03:26:32-dən etibarən Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən “xxxx” MMC-nin inzibati binasına daxil olaraq qəbul yerinə yaxınlaşıb, kassa aparatı yerləşən masanın arxasına keçir. Təqsirləndirilən şəxs kassa aparatının yerləşdiyi masanın qarşısında olan oturacağa əyləşərək əlində olan vintaçanla əvvəlcə kassa aparatını açmaq istəyir, lakin çətinlik çəkdiyinə görə sol tərəfdə yerləşən siyirmələri açaraq oradan bir neçə kağız konvertlər çıxarıb masanın üzərinə qoyur. Daha sonra yenidən kassa aparatını açmağa çalışır, bir qədər sonra əlindəki görünən əşyaların köməkliyi ilə saat 03:33:30-da kassa aparatını açır və oradan müəyyən məbləğdə pul götürür. Daha sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu konvertlərin birindən pulları çıxarıb onlara baxdıqdan sonra ümumilikdə götürdüyü pulları əynində olan şalvarın sol cibinə və qarın nahiyyəsinə qoyur. Sonra da masanın üzərində olan mobil telefonu götürərək şalvarın sol arxa cibinə yerləşdirib 03:34:50-də həmin yeri tərk etməsi müşahidə edilir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə baxışı zamanı tədqiq olunmuş işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/3390 saylı rəyindən görünür ki, Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və işlənmiş mobil telefon alqı-satqı məntəqələrində mövcud olan qiymətlərə əsasən ekspertizaya təqdim edilmiş istismarda olmuş «Samsung Galaxy J1» markalı, SM- J105 H/DS modelli mobil telefonun hazırki işlənmiş vəziyyətdə, 2020-ci ilin avqust ayına, istismar müddətini, təyinatı üzrə istifadəyə yararlığını, hadisə vaxtı üstündə satış üçün telefonun komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və fiziki köhnəlməsini, eləcə də Mərkəzin sənədlərin texniki ekspertiza şöbəsinin kompüter-texniki ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 5/618 nömrəli ekspert rəyinin nəticələrini nəzərə alaraq respublika daxili orta bazar pərakəndə satış qiyməti təxminən 50.00 manat «xxxx» MMC-yə məxsus ***-***-**-** mobil nömrə kartının qiyməti 5,00 manat müəyyən edilmişdir (i/v 141-144). İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli, “Götürmə aparılması və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi Samsung-J105H/DS mobil telefon sübut əhəmiyyətinə malik olduğundan Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Sübhan Zeynalov tərəfindən götürülmüş və Təqsirləndirilən şəxs və hal şahidləri Emil Məmmədov və Həsən Əliyev tərəfindən protokol imzalanmışdır (i/v 63). İş materiallarında olan “Maddi sübut kimi tanınma haqqında” xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə, ünvan 2 ünvanında yerləşən “xxxx” MMC-nin inzibati binasında yerləşən müşahidə kameralarında hadisənin baş vermə anını özündə əks etdirən 1 ədəd CD disk cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinin istintaq materiallarına əlavə edilmişdir (i/v 131-132). İş materiallarında olan “Maddi sübut kimi tanınma haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Samsung Gakaxy J1” markalı, SM-105 H/DS modelli mobil telefon iş üçün əhəmiyyətə malik olduğundan maddi sübut kimi tanınmışdır (i/v 147-148). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan, Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən və Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən 01 il müddətinə azadlıın məhdudlaşdırılması cəzası verilmiş və CMnin 66.2 və 66.5-ci maddələrinə əsasən üzərində qəti olaraq 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və xx xxxx 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (i/v 152-154, 158-166, 168-182). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(006)-521/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilmişdir (i/v 83-84, 125-130). İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs “Samsung Galaxy J1” markalı, SM-105 H/DS modelli mobil telefonu müstəntiq Sübhan Zeynalovdan təhvil almışdır (i/v 216). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 75 (yetmiş beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış “Samsung Galaxy J1” markalı, SM-J105 H/DS modelli mobil telefonun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına və X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, xx xxxxxxxx 2020-ci il tarixli “dövlət hesabına təyinatla müdafiəçi dəvət etmək haqqında” qərardan, ********* saylı cinayət işi üzrə tərtib edilmiş ittiham aktına əlavə edilmiş arayışdan və iş materiallarında olan “vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə” hesabatdan görünür ki, həmin cinayət işi üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən hüquqi yardım göstərilmişdir. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-353/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərara əsasən xx xxxxxx 2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 24 (iyirmi dörd) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat və həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 18 (on səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsn. Təqsirləndirilən şəxs ekspertiza xərci olan 75 (yetmiş beş) manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış “Samsung Galaxy J1” markalı, SM-J105 H/DS modelli mobil telefonun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi oğlunun vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat və X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar