Məhkəmə qərarları › İş №1(006)-97/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-97/2022

18.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-97/2022 18.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3 və Quliyev Ceyhun Əvəz oğlunun, təqsirləndirilən şəxslər X1, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1975-ci il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, məhkum olunmayan, Quba rayonu, 1-ci Nügədi kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev 56 ünvanında kirayədə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29,177.2.2 və 29, 177.2.3-cü maddələri ilə, 25 avqust 1964-cü il tarixdə Bərdə rayonu, Şatırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, Bərdə rayonu, Nazırlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Mikrorayon, Dövlət ittihamçısı küçəsi, 4 saylı uşaq baxçasının binasında kirayə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29,177.2.2 və 29, 177.2.3-cü maddələri ilə, xx xxxxxx 1985-ci il tarixdə İsmayıllı rayonu, Qubaxəlilli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, məhkumluğu olan, İsmayıllı rayonu, Talıstan kəndində qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29,177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs N.H.Ağayev özgənin əmlakını gizli olaraq talama məqsəddə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 11 iyul 2021-ci il tarixdə saat 20 radələrində ünvan 4 ünvanda yerləşən “Ford Servis”-də fəaliyyət göstərən Zərərçəkmiş şəxs işlətdiyi kondisioner təmiri sexinin qarşısına gəlib orada aralarında apardıqları vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək məqsədilə müşahidə mövqeyi tutaraq ətrafa nəzarət etmiş, o isə sexin ikinci mərtəbəsində yerləşən giriş qapısına fiziki güc tətbiq edib açdıqdan sonra oraya qanunsuz daxil olub sexin dəhlizinə qoyulmuş Zərərçəkmiş şəxs məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 300 manat dəyərində “LG" markalı kondisioner motorunu və 01 ədəd 700 manat dəyərində "Bosch" markalı preparatoru gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1000 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişlər. Bunda başaqa N.H.Ağayev təkrarən özgənin əmlakım cizlı olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 13 iyul 2021-ci il tarixdə saat 01 radələrində ünvan 5 ünvanda yerləşən “Ford Servis”-də fəaliyyət göstərən Zərərçəkmiş şəxs işlətdiyi kondisioner təmiri sexinin qarşısına gəlib Təqsirləndirilən şəxs1la birlikdə sexin pəncərəsinin üzərində olan dəmir barmaqlığı istintaqa məlum olmayan dəmir alətlə sındırdıqdan sonra aralarında apardıqları vəzilə bölgüsünə əsasən o, kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək məqsədilə müşahidə mövqeyi tutaraq ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə həmin hissədən oraya qanunsuz daxil olaraq sexin içərisindən Zərərçəkmiş şəxs məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd ümumi dəyəri 500 manat olan "TCL" markalı kondisioneri və həmin kondisionerin komplekt hissəsi olan motorunu, 01 ədədinin üımımi qiyməti 400 manat olmaqla, ümumilikdə 800 manat dəyərində 02 ədəd “Panasonic” markalı kondisioneri və həmin kondisionerlərin komplekt hissəsi olan 02 ədəd motorunu, 273 manat dəyərində 21 metr ölçüdə kondisionerin mis borusunu, 01 ədəd 500 manat dəyərində qaynaq aparatını, 01 ədəd 100 manat dəyərində “Bosch” markalı drelı, 01 ədəd 300 manat dəyərində “Gree” markalı kondisioner motorunu, 01 ədəd 300 manat dəyərində "Orvica“ markalı kondisioner matorunu, 01 ədədinin qiyməti 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində 02 ədəd aliminium qapı çərçivəsini və 01 ədəd 50 manat dəyərində aliminium pəncərə çərçivəsini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 2923 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundaı başqa N.H.Ağayev təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 14 iyul 2021-ci il tarixdə saat 01 radələıində ünvan 5 ünvanda yerəsən “Ford Servis”-də fəaliyyət göstərən Zərərçəkmiş şəxs işlətdiyi kondisioner təmiri sexinin qarşısına gəlib orada aralarında apardıqları vəzifə bölgüsünə əsasən N.H.Ağayev və Təqsirləndirilən şəxs2 kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək məqsədilə müşahidə mövqeyi tutaraq ətrafa nəzarət etmiş. Təqsirləndirilən şəxs1 isə sexin pəncərəsindən oraya qanunsuz daxil olaraq sexin içərisində olan Zərərçəkmiş şəxs məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədədinin qiyməti 300 manat olmaqla ümumilikdə 600 manat dəyərində 02 ədəd “LG" markalı kondisioneri komplekt hissəsi olan motorları ilə birlikdə gizli olaraq talamaq istəyərkən sexin sahibi Zərərçəkmiş şəxs tərəfindən aşkar olunub saxlanılaraq polis əməkdaşlarına təhvil verildiyindən bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək oğurluq etməyə cəhd etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs N.H.Ağayev ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 10 ildən artıq olar ki tanıyır və münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs2la 6-7 il olar ki, tanıyır Həbib ilə bir yerdə bir neçə dəfə fəhləlik edərək pul qazanmışlar. 11 iyul 2021-ci il tarixdə saat 13 radələıində Həbib ilə birlikdə baxçanın həyətində yeyib içdikdən sonra sonuncu ona köhnə kondisionerlərin olduğu sexdən oğurluq etməyi təklif etmişdir. Birlikdə həmin sexin yanına gəlmiş lakin arxa tərəfdə bir neçə fəhlənin çörək yediyini görüb oradan uzaqlaşaraq getmişlər. Həmin günü təkrar piyvə içdikdən sonra saat 20 radələrində həmin sexin qabaq tərəfinə gələrək sexin girəcəyində sol tərəfdən pilləkən ilə yuxan qalxmışdır. Həbib isə gəlib gedən olduğu zaman ona xəbər etməsi üçün çöldə dayanmışdır. O sexin ikinci mərtəbəsinə qalxaraq qapını açıb içəri keçmiş və sexin ikinci qapısını açmayaraq dəhlizdən 01 ədəd "LG" markalı kondisioner matorunu və 01 ədəd perepurator götürüb dayanacağa tərəf aparıb orda saxlamışdır. Daha sonra Həbib ilə birlikdə kondisioner matorunu Yasamal ərazisinə aparıb orada 80 manata sataraq pulu Həbiblə aralarıdna bölmüşlər. Pereparatoru isə Həbibin qaldığı baxçanın həyətinə gətirmişdir. 12 iyul 2021-ci il tarixdə Həbib həmin oğurladıqları perepuratoru özü ilə aparıb bazarda satmış və ona 25 manata saldığını deyərək ona 11 manat pul vermişdir. Həmin günü o, Sumqayıt şəhərində fəhləlik edən zaman uzun müddətdir ki, tanıdığı Söhbəti görmüş və onunla bir qədər söhbət eldikdən sonra ona oğurluq elməyi təklif etmişdir. Söhbət onunla razılaşdıqdan sonra həmin günü saat 23 radələrimlə Söhbət ilə Memar Əcəmı metrosunun yaxınlığında görüşüb onunla birlikdə Həbibin qaldığı yerə baxçanın həyətinə getmiş, Həbib ilə Söhbəti orada bir-biriləri ilə tanış etdikdən sonra baxçanın həyətində yeyib içmişlər. Yeyib içdikdən sonra 13 iyul 2021-ci il tarixə keçən gecə saat 01 radələrində Həbib və Söhbət ilə birlikdə sexin yanına getmiş və o, Söhbət ilə birlikdə sexin arxa tərəfindən pəncərədə olan dəmir barmaqlıqları orada olan dəmir armatur ilə araladıqdan sonra Söhbət oradan içəriyə daxil olmuşdur. O, da Həbibə köməklik edərək onu da taxtanın üstünə çıxartmış və Həbib sexin içinə daxil olmuşdur. O isə çöldə dayanaraq Həbib ilə Nəbinin sexdən oğurladıqları əşyaları çölə yığımışdır. Sexdən 01 ədəd “TCİ” markalı kandisioner matoru ilə birlikdə, 02 ədəd işlənmiş halda olan "Panasonik" markalı matoru ilə birlikdə kondisioner, 21 metr uzunluğunda kondisionerin mis boruları, 01 ədəd qaynaq aparatı, 01 ədəd “Bosh" markalı drel, 02 ədəd ’’Gree" və "Orvica” markalı kandisioner matoru, 02 ədəd aliminium qapı çərçivəsi və 01 ədəd aliminium pəncərə çərçivəsini oğurlamış həmin gün drel və laqondadan başqa oğurladıqları əşyaları Yasamal ərazisində ümumilikdə 310 manata sataraq 20 manat avtomobilə pul verdikdən sonra hərəyə 97 manat pul bölmüşdür. Direl və laqondanı isə usta işlədiyi üçün özündə saxlayıb biraz istifadə eldikdən sonra tullamışdır. 15 iyul 2021-ci il tarixdə axşam saatlarında təkrar olaraq Həbib və Söhbətlə baxçanın həyətində bir qədər yeyib içdikdən sonra həmin sexin içərisində qalan digər əşyaları da oğurlamaq qərarına gəlmişlər. 14 iyul 2021-ci il tarixə keçən gecə saat 01 radələrində üçü birlikdə həmin sexin pəncərəsinin qarşısına gəlmiş, Söhbət pəncərədən sexin içinə daxil olduqdan sonra Həbibə sexin içinə daxıl olmasını desədə o, içəri keçmək istəmədiyini çöldə dayanmağı ona dediyi üçün aralarında sözlə mübahisə yaranmış və Həbib oradan çıxıb getmişdir Həbibin uzaqlaşmasından təxminən 1-2 dəqiqədən soınra Söhbətin olduğu sexdən səsküy gəldiyini eşidərək onun kiminsə tərəfindən saxlanıldığını başa düşüb qorxaraq oradan uzaqlaşmışdır. Daha sonra ona Söhbətin sexin sahibi Məmməd tərəfindən saxlanılması məlum olmuşdur. 17 iyul 2021-ci il tarixdən 18 iyul 2021-ciil tarixədək olan müddtə ərzində o həmin sexdən oğurluq etməmiş. Söhbət tutulduqdan sonra da o, həmin sexə oğurluğa getməmişdir. Oğurladığı əşyaların 02 ədəd kondisioneri metal qəbulu sexinə, qalan əşyaları isə Yasamal rayonunda tanımadığı şəxsə satmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs N.H.Ağayev verilmiş suallara cavab olaraq bildirmişdir ki, DVD diskdə olan videogörüntülərdə olan şəxs özüdür. Törətdiyi əməli səmimi etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və ailəli olmaqla himayəsində 2 övladının birinin azyaşlı olmasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, İ il olar kı həbsdən çıxmış və Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Mikrarayon, Dövlət ittihamçısı küçəsində yerləşən 4 saylı uşaq baxçasında kirayədə qalaraq fəhləlik edərək çörək pulu qazanır. N.H.Ağayevi 5-6 ildir kı tanıyır. Nəbi usta olduğu üçün onun yanında fəhləlik etmişdir. Azadlığa çıxdıqdan bır neçə ay əvvəl Nəbi ilə 3-cü Mikraryon dairəsinin yanında görüşmüş, Təqsirləndirilən şəxs1 əvvələr tanımasada Nəbi vasitəsi ilə Söhbət ilə tanış olmuşdur. 11 iyul 2021-ci il tarixdə saat 13 radələrində Nəbi ilə birlikdə baxçanın həyətində yeyib içdikdən sonra təxminən saat 20 radələrində Nəsimi rayonu, 3-cü Mikrarayon dairəsinin yaxınlığında yerləşən sexdən oğurluq etməyə getmişlər. Həmin vaxtı sexin qabaq tərəfinə gəldikdən sonra Nəbi sexin girəcəyinin sol tərəfdən pilləkən ilə yuxarı qalxmış, o isə gəlib-gedən olanda Nəbiyə xəbər etsin deyə çöldə dayanmışdır. Nəbi həmin vaxtı sexdən 01 ədəd ”LG" markalı kondisioner matorunu və 01 ədəd pereparator götürüb dayanacağa tərəf aparıb orda saxladıqdan sonra birlikdə kondisioner matorunu Yasamal ərazisinə aparıb orada 80 manala sataraq pulu Nəbi ilə aralarında bolmuşlər. Pereparatoru isə Nəbi ilə birlikdə onun qaldığı baxçaya aparıb təkrar olaraq yeyib içmişlər. 12 iyul 2021-ci il tarixdə pereparatorı aparıb bazarda 25 manata satmış Nəbiyə isə 11 manat pul vermişdir. 12 iyul 2021-ci il tarixdə saat 23 radələrində Nəbi bir nəfər ilə baxçanın həyətinə gəlmiş və onu Söhbət ilə tanış edərək birlikdə orada yeyib içmişlər. 13 iyul 2021-ci il tarixdə saat 01 radələrində Nəbi və Söhbət ilə birlikdə həmin sexdən oğurluq etməyə getmiş, sexin arxa tərəfinə keçərək Nəbi ilə Söhbət arxa olan pəncərənin dəmir barmaqlıqlarını orada olan dəmir armatur ilə araladıqdan sonra Söhbət sexin içinə daxil olmuşdur. Daha sonra Nəbi ona köməklik edərək onu taxtanın üstünə çıxararaq sexin içinə daxil olmuşdur. Nəbi isə çöldə taxtanın üstündə qalmışdır. Söhbətilə birlikdə sexin içindən oğurladıqları 01 ədəd "TCL" markalı matoru ilə birlikdə kondisioneri, 02 ədəd işlənmiş halda olan “Panasonik" markalı matoru ilə birlikdə kondisioneri, 21 metr uzunluğunda kondisionerin mis borularını, 01 ədəd qaynaq aparatını, 01 ədəd “Bosh” markalı dreli, 02 ədəd "Gree* və “Orvica” markalı kondisioner matorunu, 02 ədəd aliminium qapı çərçivəsini və 01 ədəd alıminium pəncərə çərçivəsini Nəbiyə verərək o, həmin əşyaları aşağıda kənara yığmışdır. Oğurladıqları drel və laqondadan başqa digər əşyaları Yasamal ərazisində ümumilikdə 310 manata sataraq 20 manat avtomobilə pul verdikdən sonra hərəyə 97 manat pul bölmüşlər. Drel və laqondanı isə Nəbi özündə saxlamışdır. 13 iyul 2021-ci ıl tarixdə axşam saatlarında yenidən Həbi və Söhbətlə baxçanın həyətində bir qədər yeyib içdikdən sonra həmin sexin içərisində qalan digər əşvaları da oğurlamaq qərarına gəlmişlər. 14 iyul 2021-ci il tarixdə gecə saat 01 radələrində Nəbi və Söhbət ilə birlikdə həmin sexin pəncərəsinin qarşısına gəldikdən sonra Söhbət sexin içinə daxil olmuşdur. Nəbi onunda taxtanın üstünə qalxaraq içəri keçməsini dediyi uçun o, razılaşmayaraq aşağıda dayanacağını demiş və Nəbi ilə aralarında mübahisə baş vermişdir. Buna görədə oradan çıxıb getmişdir. Daha sonra ona məlum olmuşdur ki. Söhbət sexin sahibi tərəfindən tutularaq polisə təhvil verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs N Təqsirləndirilən şəxs2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, DVD diskdə olan videogörüntülərdə olan şəxs özüdür. Törətdiyi əməli səmimi etiraf etməsini nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 12 ilə yaxındır ki, N.H.Ağayevi tanıyır. Təxminən bir həftə əvvəl sonuncunun Sumqayıtda daş bazarında görmüş və söhbət zamanı Nəbi ona fəhlə lazım olsa onu çağıracağını demişdir. 12.07.2021-ci ıl tarixdə Nəbi ilə Sumqayıt daşbazarında görüşmüş və Nəbi ona oğurluq etməyi təklif etmişdir. Oda Nəbinin təklifi ilə razılaşmışdır. Həmin günü axşam Nəsimi rayonu Memar Əcəmi netrosunun yanında görüşərək birlikdə Həbibin qaldığı yerə getmiş sonuncunu həmin vaxtı orada tanımışdır. Nəbi və Həbib ilə birlikdə yeyib içdikdən sonra 13 iyul 2021-ci il tarixdə keçən gecə saat 01 radələrində Həbib və Nəbi ilə birlikdə Nəsimi rayonu 3-cü Mikrarayon dairəsinin yaxınlığında yerləşən sexdən 02 ədəd işlənmiş halda olan matoru ilə birlikdə kondisioner, təxminən 21 metr uzunluğunda kondisionerin mis boruları, 01 ədəd qaynaq aparatı, 01 ədəd drel, 01 ədəd “LG” markalı kondisiorin matoru, 02 ədəd kandisioner matoru, 02 ədəd aliminium qapı çərçivəsi və 01 ədəd aliminiıım pəncərə çərçivəsi oğurlamışlar. Həmin gün drel və laqondadan başqa oğurladıqları əşyaları Yasamal rayonu ərazisisində cəmi olaraq 310 manata satdıqdan sonra Nəbi ona 97 manat pul vermiş. 13 iyul 2021-ci il tarixdə baxçanın həyətində yeyib içdikdən sonra sexdə qalan əşyalarıda oğurlamaq qərarına gəldikdən sonra 14 iyul 2021-ci ıl tarixdə gecə saat 01 radələrində Nəbi və Həbib ilə yenidən həmin sexdən oğuruluq elməyə getmiş, o sexin içinə daxil olaraq Nəbi Həbiblə çöldə dayanmışlar. Sexin içində olan zaman içəridə kiminsə olduğunu görmüş və həmin şəxs ona sexin sahibi olduğunu dedikdən sonra onu saxlayıb polisə təhvil vermişdir. Nəbi ilə Həbib isə çöldə olduqları üçün qaçıb getdiklərinə gorə onlardan xəbəri olmamışdır. Sexin sahibi tərəfindən tutulduğu üçün sexdən heç bir əşya oğurlaya bilməmişdir. Törətdiyi əməli səmimi etiraf etməsini və ailəsi tərəfindən vurulmuş zərərin 600 manatını ödədiyini bildirərək cəza verilərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər N.H.Ağayevin, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli olmaları özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, DVD diskdə olan videogörüntülərlə və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 16 ünvanda yerləşən, “Ford Servis”-də kondisioner təmiri yerini icarəyə götürmüşdür 11 iyul 2021-ci il tarixdən 13 iyul 2021-cı İl tarixədək icarəyə götürdüyü sexdən oğurluq olan zaman konkret olaraq sexdən hansı əşyaların oğurlanmasını tam olaraq bilməmiş, lakin oğurluq zamanı sexin pəncərəsində olan dəmir barmaqlıqların divardan söküldüyu uçun o, təkrar olaraq 13 iyul 2021-cı il tarixdə sexə gedib həmin dəmir barmaqlıqları düzləldmək istəyərkən sexdən əlavə olaraq 02 ədəd kandisioner matorunun, 02 ədəd aliminium qapı çərçivəsinin, 01 ədəd aliminium pəncərə çərçivəsinin olmadığını görüb sexdən təkrar olaraq oğurluq olduğunu görmüş və yenidən bu barədə polisə şikayət etmişdir. Lakin sonradan ona bəlli olmuşdur ki, həmin qeyd etdiyi əşyalarda 11 iyul 2021-ci il tarixdən 13 iyul 2021-ci il tarixədək olan müddətdə sexdə baş vermiş oğurluq hadisəsi zananı oğurlanmışdır. Sexdən 500 manat dəyərində 01 ədəd “TCL” markalı kandisioner matoru ilə birlikdə, hər birisi 400 manat ümumilikdə 800 manat olan 02 ədəd işlənmiş halda olan “Panasonik” markalı matoru ilə birlikdə kondisioner, 273 manat dəyərində 21 metr uzunluğunda kondisionerin mis boruları, 700 manat dəyərində 01 ədəd “Bosh" markalı pereparator, 500 manat dəyərində 01 ədəd qaynaq aparatı, 100 manat dəyərində 01 ədəd "Bosh” markalı drel, 300 manat dəyərində 01 ədəd “LG” markalı kondisionerin matoru, hər birisi 300 manat ümumilikdə 600 manat dəyərində 02 ədəd “Grce” və "Orvica" markalı kandisioner matoru, hər birisi 50 manat ümumilikdə isə 100 manat olan 02 ədəd aliminium qapı çərçivəsi və 50 manat dəyərində 01 ədəd aliminium pəncərə çərçivəsi oğurlanaraq ümumilikdə ona 3923 manat maddi ziyan dəymişdir. 14 iyul 2021-ci il tarixdə sexindən oğurluq edən şəxsi tutub polisə təhvil verən zaman hər birisinin dəyəri 300 manat olmaqla ümumi dəyəri 600 manat olan 02 ədəd matorları ilə birlikdə “LG" markalı kondisionerlərin komplekt hissəsi olmuşdur. Həmçinin Zərərçəkmiş şəxs məhkəmədə yalnız Təqsirləndirilən şəxs1 ailəsi tərəfindən ona vurulmuş ümumi zərərin 600 manatını ödədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Yasamal rayonu ərazisində metal qəbulu sexi işlədir. Həmin metal qəbulu sexinə müxtəlif vətəndaşlar köhnə atılası, istifadəyə yarasız mallar gətirərək satırlar. O da həmin malları həmin müştərilərdən alır. O, müştərilərdən satdıqları malın onlara aid olub-olmamasını bilməsə də, onlardan şəxsiyyət vəsiqələrini və ya şəxsiyyətlərini təstiq edən hər hansı bir sənədlərin surətlərini alıb telefonuna çəkərək özündə saxlayır. Təxminən 12 iyul 2021-ci il tarixdə günorta vaxtlarında bir nəfər şəxs sexə gələrək, usta olduğunu bildirərək onda işlək vəziyyətdə olan 2 ədəd köhnə kondisioner olduğunu və gətirdiyini, kondisionerlərin ona məxsus olduğunu dedikdən sonra ondan şəxsiyyətini təstiq edən sənədin olub-olmamasını soruşmuşdur. Həmin şəxs də ona şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra o, hər kondisionerə görə 100 manat olmaqla ona 200 manat pul vermişdir. Həmin günün səhərisi, yəni 13 iyul 2021-ci il tarixdə həmin şəxs bu dəfə bir nəfər başqa şəxslə yenə onun metal qəbulu sexinə gəlmiş və özü ilə bir ədəd yeni kondisioner və bir ədəd qaynaq aparatı gətirərək satdığım bildirmişdir. O, həmin şəxsdən şübhələnmiş və bunları hardan almasını soruşanda o, bildirmişdir ki, hansısa şirkətdə təmizlik işlən görüb və pul əvəzi ona bunları vermişlər. Lakin o, həmin şəxsdən şübhələndiyi üçün onlardan gətirdiyi kondisioneri və qaynaq aparatını almamışdır. Həmin şəxslər daha sonra oradan çıxıb getmişlər. Cinayət işinin İ cild 210-cu vərəqələrində olan 11 oktyabr 2021-ci il tarixli axtarışda olan şəxsin tutlmasına dair protokolundan görünür ki, N.H.Ağayev həmin tarixdə tutulmuşdur. Cinayət işinin İ cild 225-ci vərəqəsində olan 11 oktyabr 2021-ci il tarixli şübhəli şəxsin tutma haqqında protokolundan görünür ki, N.H.Ağayev həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin İİ cild 16-22-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, N.H.Ağayev barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və sonuncu məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cinayət işinin İİ cild 23-25-ci vərəqələrində olan 12 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, N.H.Ağayev barəsində polisin nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İ cild 131-ci vərəqəsində olan 10 sentyabr 2021-ci il tarixli şübhəli şəxsin tutma haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin İ cild 172-175-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 11 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 10 sentyabr 2021-ci il tarixdən hesablanmaqla 15 oktyabr 2021-ci il tarixədək müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İİ cild 33-37-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 15 dekabr 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinin İİ cild 223-227-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 04 yanvar 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin İİ cild 244-245-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İ cild 58-ci vərəqəsində olan 15 iyul 2021-ci il tarixli şübhəli şəxsin tutma haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin İ cild 99-103-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 15 iyul 2021-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İİ cild 27-31-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 15 dekabr 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinin İİ cild 171-173-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 27 dekabr 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinin İİ cild 228-231-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 16 yanvar 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin İİ cild 252-253-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, təqsirləndirilən şəxslər N.H.Ağayev barəsində seçilmiş polisin nəzarət altına vermə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirləri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İİ cild 73-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 31 iyul 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, N.H.Ağayev əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İ cild 181-183-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 20 sentyabr 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 1) Bərdə Rayon Xalq Məhkəməsinin 17 yanvar 1989-cu il tarixli hökmü ilə Azərbaycan SSR-nin CM-nin 208.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il sürücülük hüququndan məhrum edilməklə, 20% dövlət nəfinə tutulmaqla 02 il müddətinə islah işlərinə məhkum edilmiş, 2) Saatlı Rayon Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 29,177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhrum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli Qərarı ilə 02 ay 27 gün vaxtından əvvəl şərti azad olunmuş və 16 noyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin İ cild 106-108-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 22 iyul 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 1) Bakı Hərbi Məhkəməsinin 01 fevral 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 34.1, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 177.2.3, 333.4, 128 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhrum edilmiş və 16 mart 2009cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, 2) Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.3, 181.2.5, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhrum edilmiş və Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli Qərarı ilə 10 ay 17 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işinin İİ cild 38-67-ci vərəqələrində olan hökmdən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.3, 181.2.5, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin İİ cild 89-cu vərəqəsində olan DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə 3 ədəd fayl olması müşahidə edilir. Həmin fayllara nəzər yetirdikdə, birinci faylda 11 saniyə həcmində olan gorüntüdə xarici görünüşcə N.H.Ağayev və onun arxasınca isə Təqsirləndirilən şəxs2 normal yerişlə 3-cü MKR dairəsi istiqamətindən “Ford Servis”-in qarşısından keçdikləri, ikinci faylda 19 saniyə həcmində olan videogörüntüdə xarici görünüşcə N.H.Ağayevin sağ əlində prefaratorla piyada 3-cü MKR daisəri istiqamətində hərəkət etməsi, üçüncü faylda isə 8 saniyə həcmində olan videogörüntüdə N.H.Ağayev əlində kondisionerin matoru olan halda 3-cü MKR dairəsi istiqamətində hərəkət edir. Cinayət işinin İİ cildinə əlavə edilmiş 04 fevral 2022-ci il tarixli bildirişdən görünür ki, Zərərçəkmiş şəxs adına 600 manat məbləğində pul köçürülmüşdür. Beləliklə, təqsirləndirilən şəxslər N.H.Ağayevin, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özlərinin, zərərçəkmiş şəxsin, şahidin məhkəmə iclasında verdikləri ifadələri, DVD diskdə olan video görüntülərlə və digər iş materialları ilə N.H.Ağayevin və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmələri və bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməyə cəhd etmələri, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməsi və bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməyə cəhd etmə cinayətlərini törətmələri tamamilə sübuta yetirildi. N.H.Ağayevin və Təqsirləndirilən şəxs2 əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29,177.2.2 və 29, 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 isə əməlləri məhkəmə tərəfindən həmin Məcəllənin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29,177.2.2 və 29, 177.2.3-cü maddələri ilə tövsif edilməli və onlar, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri əsasən özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə təqsirləndirilən şəxs N.H.Ağayevə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla N.H.Ağayevə cəza təyin edərkən törətdiyi əməli səmimi etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və ailəli olmaqla himayəsində 2 övladının, birinin azyaşlı olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən N.H.Ağayevin barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi N.H.Ağayevin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs N.H.Ağayevə təqsirli bilindiyi həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu 11 oktyabr 2021-ci il tarixdən 12 oktyabr 2021-ci il tarixədək, yəni 01 (bir) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalı və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, N.H.Ağayev barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Konvoy Toboruna həvalə edilməlidir. Həmçinin N.H.Ağayevin azadlığı faktiki olaraq hökmün çıxarıldığı 18 fevral 2021-ci il tarixdən, saat 12:55-dən məhdudlaşdırıldığından, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdiyi əməli səmimi etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən üç il, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs2 Saatlı Rayon Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 29,177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhrum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli Qərarı ilə 02 ay 27 gün vaxtından əvvəl şərti və 16 noyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, lakin 2 il keçmədən 11 iyul 2021-cı il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 10 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə digər Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törətdiyi əməli səmimi etiraf etməsini və zərərçəkmiş şəxsə ailəsi tərəfindən vurulmuş zərərin 600 manatını ödəməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən üç il, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.3, 181.2.5, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4, 66.3-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhrum edilmiş və Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli Qərarı ilə 10 ay 17 gün vaxtından əvvəl şərti azad olunmuş, lakin 6 il keçmədən 13 iyul 2021-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının CMnin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 15 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, iş üzrə Zərərçəkmiş şəxs hazırkı iş üzrə bu və ya digər tələblə bağlı mülki iddia verməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia verməmiş həmin zərərçəkmiş şəxsə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlı olması izah edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər N.H.Ağayevə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər N.H.Ağayevin, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri, Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxslər N.H.Ağayevin, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29,177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X1 şübhəli şəxs qismində tutulduğu 11 oktyabr 2021-ci il tarixdən 12 oktyabr 2021-ci il tarixədək, yəni 01 (bir) gün müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 18 fevral 2022-ci il tarixdən, saat 12:55-dən hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Konvoy Toboruna həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29,177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 10 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 15 iyul 2021-ci il tarixdən hesablansın. Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verməklə ona vurulmuş ziyanı tələb etmək hüququ izah edilsin. X2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 saata görə 130 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 25 saata görə 130 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Quliyev Ceyhun Əvəz oğluna məhkəmədə iştirak etdiyi 25 saata görə 130 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. X1, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar