Məhkəmə qərarları › İş №1(006)-98/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-98/2024

09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-98/2024 09.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəx: Zərərçəkmiş şəxs hüquqi varisi Qanuni nümayəndə Müdafiəçilər: Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 24 fevral 2022-ci il tarixdə, saat 23:06da etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Ziya Bünyadov prospekti istiqamətindən “Qələbə” dairəsi istiqamətində 93,6 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinin (Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir) və İİ hissəsinin 1-ci bəndinin (Nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər) riayət etməməklə ünvan 1 ünvana tərəf avtomobili həmin sürətlə idarə etməyi davam etdirib istintaqa məlum olmayan “Kamaz” markalı yük avtomobilini ötməyə çalışarkən, həmin yolu “Kamaz” markalı avtomobilinin önündən sağdan sola keçən - xx xxx 2005-ci il təvəllüdlü piyada Zərərçəkmiş şəxs avtomobilin sol yan hissəsi ilə vurmuş və nəticədə ehtiyatsızlıqdan sonuncunun koma halı və travmatik şoku ilə müşayiət olunan baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar, baş beyinin sağ təpə payının subdural hematoması, burun sümüyünün sınıqları, hər iki baldır sümüklərinin qapalı, yerdəyişmiş sınıqları, sağ təpə-ənsə nahiyəsinin qançır-şişkinliyi, alın, burun nahiyələrinin, sağ əlin ovuc səthinin, sağ diz oynağı nahiyəsinin sıyrıqları və hər iki baldırın qançırları kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər almasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. İş üzrə məhkəmə istintaqı başlanılaraq şəxslərin ifadələri alınmış, digər sübutlar tədqiq edilmiş, videoyazıya görə (videoyazıların və yol-nəqliyyat hadisələrinin) məhkəmə ekspertizası təyin olunaraq müvafiq rəy alınmışdır. Eyni zamanda, məhkəməyə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon prokurorluğundan daxil olmuş ərizə və izahatda qeyd olunur ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ittiham aktında qeyd olunan yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlər nəticəsində uzun müddət koma vəziyyətindən sonra xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs daha ağır ittihamın verilməsi üçün cinayət işinin istintaqa qaytarılması xahiş olunur. Bununla bağlı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi olmuş Qanuni nümayəndə məhkəməyə dəvət edilərək ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış və məsələyə dair onun münasibəti öyrənilmişdir. Qanuni nümayəndə qızı Zərərçəkmiş şəxs 24 fevral 2022-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən 2 ildən artıq müddətdə koma vəziyyətində olaraq özünə gəlməyib xx.xx.2024-cü il tarixdə vəfat etdiyini, bu zaman hər-hansı tibb müəssisəsinə müraciət olunmadığını və onu Yevlax rayonununda dəfn etdiyini bildirdi. Habelə vurğuladı ki, qızının ölümünün səbəbkarı Təqsirləndirilən şəxsdur, sonuncu heç vaxt qızının vəziyyəti ilə maraqlanmamış, onun sağalması üçün maddi yardım göstərməmişdir. Təqsirləndirilən şəxs daha ağır ittihamın verilməsi ilə bağlı müraciət onun istəyi ilə yazılıb, həmin müraciətin təmin olunmasını xahiş edir, həmçinin qızının meyitinin çıxarılaraq tədqiq olunmasına etiraz etmir. Məhkəmədə dövlət ittihamçısı zərər çəkmiş şəxsin ölümünün səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizasının təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqında müdafiə tərəfi ölmüş şəxsin qəbirinin açılmasına lüzum olmadığını, eyni zamanda məhkəmə tərəfindən veriləcək istənilən qərara etiraz etmədiklərini bildirdilər. Məhkəmə tərəfləri dinləyərək və cinayət işinin materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iş üzrə zərər çəkmiş şəxsin ölümü ilə bağlı məlumat daxil olduğundan və bunun səbəbi kimi baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlər nəticəsində uzun müddət koma vəziyyətindən sonra olması göstərildiyindən və bununla da Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin hüquqi varisinin vəsatəti olduğundan, cinayət işinin baxılmasına xitam verilməli və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, zərər çəkmiş şəxsin ölümünün səbəbini bilavasitə baş vermiş yol-nəqliiyat hadisəsi ilə bağlı olub-olmamasını müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizasının keçirilməsi barədə dövlət ittihamçısının qaldırdığı məsələyə də ibtidai araşdırma orqanı tərəfindən baxılması, bununla əlaqədar zərurət yaranacağı təqdirdə meyitin qəbirdən çıxarılaraq müvafiq tədqiqatın aparılması və qanunvericiliklə nəzərdə tutulmuş digər prosessual hərəkətlərin keçirilməsi prosessual səmərəlilik baxımından daha məqsədəmüvafiq və əsaslıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 140.0.1-ci maddəsinə görə cinayət prosesi gedişində ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri - tibb sahəsində ekspertin rəyi ilə müəyyən edilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Həmin Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175 və 318-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar