Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-1/2020 21.01.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, prokuror, Bakı şəhər prokurorluğunda dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin (Azərbaycan SSR-nin 08.12.1960-cı il tarixli qanunu ilə təsdiq edilmiş) 143-cü maddəsinin 3-cü hissəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin 29 sentyabr 1996-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 143-cü maddəsinin 3-cü hissəsi ilə 89981 nömrəli cinayət işi başlanmış, Təqsirləndirilən şəxs və X2 04 noyabr 1996-cı il tarixdə cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişlər. Həmin cinayət işi üzrə ittiham aktı 08 noyabr 1996-cı il tarixdə Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən təsdiq olunmuşdur. İttiham aktına əsasən, Gürcüstan Respublikasının vətəndaşı, yetkinlik yaşına çatmamış (xx xxxx 1979-cu il təvəllüdlü) Təqsirləndirilən şəxs vətəndaşların xüsusi mülkiyyətində olan əmlaklarını gizli talamaq barədə əvvəlcədən yetkinlik yaşına çatmamış X2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 27 sentyabr 1996-cı il tarixdə 8-ci km ərazisindəki mənzildə yaşayan X1 evdə olmamasından istifadə edərək, aynabəndin pəncərəsindən mənzilə girib sonuncunun xüsusi mülkiyyətində olan 3000 manat dəyərində, xarici istehsallı bir ədəd “Nina” markalı audio kasetini, məzənnəsi 4300 manat təşkil edən 215.000 manat məbləğində 50 ABŞ dollarını gizli yolla talayaraq zərərçəkmiş şəxsə cəmi 218.000 manat (AZM) dəyərində xeyli ziyan vurmuşdur. Cinayət işi 09 noyabr 1996-cı il tarixdə Bakı Şəhəri Nizami Rayon Xalq Məhkəməsinə daxil olmuş, 13 noyabr 1996-cı il tarixdə hazırlıq iclası keçirilərək Təqsirləndirilən şəxs və X2 eyni maddə ilə məhkəməyə verilmişlər, məhkəmə baxışı təyin edilmişdir. Təqsirləndirilən şəxs və X2 məhkəmə baxışına gəlmədiklərindən, 03 dekabr 1996-cı il tarixli qərarla barələrində həbs qətimkan tədbiri seçilərək axtarış elan olunmuş, icraat dayandırılmışdır. X2 17 dekabr 1996-cı il tarixdə tutulmuş, məhkəmənin 22 yanvar 1997-ci il tarixli hökmü ilə X2 Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinib, əmlakı müsadirə olunmamaqla 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 42-1-ci maddəsi tətbiq olunaraq hökmün icrası 01 il müddətinə təxirə salınmışdır. Bakı Şəhər Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 13 fevral 1997-ci il tarixli 2K-8/16 1997 nömrəli qərardadı ilə kassasiya protesti təmin edilməmiş, qeyd olunan hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 03 yanvar 2005-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan olunmuş, işin icraatı dayandırılmışdır. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 03 may 2011-ci il tarixli 9/21-4465 nömrəli məktubuna əsasən, Təqsirləndirilən şəxs Gürcüstan Respublikası, Bolnisi rayonu, Dzveli Kveşi kəndində qeydiyyatda olmaqla yaşayır və həmin dövlətin vətəndaşıdır. DİN-nin BCAİ-dən daxil olmuş materiala və DİN-nin 01 saylı əmrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin barəsindəki 18 yanvar 2011-ci il tarixli 8115 nömrəli axtarış işinə xitam verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli 1(007)-1/2019 nömrəli qərarı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 143-cü maddəsinin 3-cü hissəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında Bakı şəhər prokurorluğunda dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı hazırda sözügedən əməldə cinayət tərkibi olmadığından ittihamdan imtina etdiyini bildirdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 311.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda olan təqsirləndirilən şəxs məhkəməyə gəlməkdən qəsdən boyun qaçırdıqda; Təqsirləndirilən şəxsin iştirakı olmadan məhkəmə baxışına yol verilir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasından kənardadır və məhkəməyə gəlməkdən qəsadən boyun qaçırır. Belə olan halda məhkəmə hesab edir ki, işə təqsirləndirilən şəxsin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, dövlət ittihamçısını, təqsirləndirilən şəxsin müdafiəçisini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı vəcinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Gürcüstan Respublikasının vətəndaşı, yetkinlik yaşına çatmamış (xx xxxx 1979-cu il təvəllüdlü) Təqsirləndirilən şəxs vətəndaşların xüsusi mülkiyyətində olan əmlaklarını gizli talamaq barədə əvvəlcədən yetkinlik yaşına çatmamış X2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 27 sentyabr 1996-cı il tarixdə 8-ci km ərazisindəki mənzildə yaşayan X1 evdə olmamasından istifadə edərək, aynabəndin pəncərəsindən mənzilə girib sonuncunun xüsusi mülkiyyətində olan 3000 manat dəyərində, xarici istehsallı bir ədəd “Nina” markalı audio kasetini, məzənnəsi 4300 manat təşkil edən 215.000 manat məbləğində 50 ABŞ dollarını gizli yolla talayaraq zərərçəkmiş şəxsə cəmi 218.000 manat dəyərində xeyli ziyan vurmuş, həmin əməllərə görə, Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 143-cü maddəsinin 3-cü hissəsi ilə 89981 nömrəli cinayət işi başlanmış, Təqsirləndirilən şəxs və X2 04 noyabr 1996-cı il tarixdə cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişlər. Təqsirləndirilən şəxs əməli, həmin əməlin törədildiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddənin 3-cü hissəsi ilə tövsif edilmişdir.Həmin Cinayət Məcəlləsi 30 dekabr 1999-cu il tarixli 787-İQ nömrəli qanun ilə qüvvədən düşmüşdür. Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Cinayət Məcəlləsinə əsasən, təqsirləndirilən şəxsin yuxarıda qeyd olunan əməli Məcəllənin 177.2.1-ci maddəsi ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgə əmlakının gizli olaraq talama və 177.2.3-cü maddəsi ilə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama kimi tövsif edilmişdir. Hazırda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddəsinin tərkibi yoxdur. Belə ki, 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununun 1.61.7-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin Qanunun 2.7-ci bəndinə əsasən, bu Qanunun 1-ci maddəsinə əsasən cinayət hesab olunmayan əməllərə dair məhkəmələrin, ibtidai istintaq və ya təhqiqat orqanlarının icraatında olan cinayət işləri və materiallara əməlin cinayət olmasını aradan qaldıran yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam verilir və ya cinayət təqibinin başlanması rədd edilir və bu əməllərin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs vətəndaşların xüsusi mülkiyyətində olan əmlaklarını gizli talamaq barədə əvvəlcədən yetkinlik yaşına çatmamış X2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 27 sentyabr 1996-cı il tarixdə 8-ci km ərazisindəki mənzildə yaşayan X1 evdə olmamasından istifadə edərək, aynabəndin pəncərəsindən mənzilə girib sonuncunun xüsusi mülkiyyətində olan 3000 manat dəyərində, xarici istehsallı bir ədəd “Nina” markalı audio kasetini, məzənnəsi 4300 manat təşkil edən 215.000 manat məbləğində 50 ABŞ dollarını gizli yolla talayaraq zərərçəkmiş şəxsə cəmi 218.000 manat dəyərində xeyli ziyan vurması ilə bağlı əməllər 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununun 1.61.7-ci bəndinə əsasən, zərərçəkmiş şəxsə vurulmuş ziyanın məbləği 100 manatdan yuxarı olmadığından cinayət hesab olunmur. Belə ki, təqsirləndirilən şəxsin əməli nəticəsində zərərçəkmiş şəxsə cəmi 218.000 AZM maddi ziyan vurulmuşdur, hansı ki, hazırda həmin məbləğ 43.60 AZN (qırx üç manat altmış qəpik) təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki halda Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsinin tərkibi yaranmır. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə görə bu Məcəllənin 39.1.4, 39.1.6—39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin məcəllənin 39.1 və 39.1.2-ci maddələrinə əsasən, əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin məcəllənin 39.3-cü maddəsinə əsasən, bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Bundan başqa, iş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 03 yanvar 2005-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən, cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə məhkəmə hesab edir ki, cinayət işi üzrə icraata xitam verildiyinə görə, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa, 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli, 816-VQD saylı Qanununun 2.7-ci bəndinə əsasən əməlin cinayət olmasını aradan qaldıran yeni qanunun qüvvəyə minməsi ilə əlaqədarcinayət işlərinə xitam verilməsi ilə yanaşı, bu əməllərin inzibati məsuliyyətə səbəb olub-olmaması məsələsi araşdırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 38.5-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Belə olan halda məhkəmə qeyd edir ki, sözügedən əməl 27 sentyabr 1996-ci il tarixdə baş verdiyindən və həmin vaxtın üzərindən bir ildən çox müddət keçdiyindən bu əməl Təqsirləndirilən şəxs inzibati məsuliyyətinə səbəb olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, əməlində cinayət tərkibi olmadığına görə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələriilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №1(007)-1/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-1/2020
21.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver