Məhkəmə qərarları › İş №1(007)-10/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-10/2023

11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-10/2023 11.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxx 1970-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu küçəsində nömrəsiz fərdi evdə qeydiyyatda olmaqla yaşayan, 28 oktyabr 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 özünün və övladı X1 adına bankdan ümumilikdə 150000 manat kredit götürmək istədiyini öyrənərək, sonuncuya özünün banklarda işləyən şəxslərlə tanışlıq münasibətləri olması barədə yalan məlumat verərək inandırıb, əlaqələrindən istifadə edərək kredit götürməsində köməklik göstərəcəyini vəd verib ilk dəfə 10 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 54 ünvanında yerləşən “Nirvana” restoranında 2000 manat, 29 oktyabr 2019-cu il tarixdə həmin ünvanda 3000 manat, bundan başqa, Zərərçəkmiş şəxs3 etibarından suiistifadə edib əmlakını ələ keçirməyə yönəldilmiş hərəkətlərini davam etdirərək sonuncuya övladı X1 adına sosial ev almaqda köməklik edə biləcəyi barədə yalan vəd verməklə aldadaraq, Əlisurət Quliyevin adına saxta hazırlanmasını bilə-bilə, guya Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş “nikah haqqında aktın qeydinin aşkar olunmaması” barədə 28 yanvar 2020-ci il tarixli arayışı və X1 yanacaq doldurma məntəqəsində işləməsi və əmək haqqının 700 manat olmasına dair “əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”nin şəkillərini Zərərçəkmiş şəxs3 istifadəsində olan mobil telefona “watsapp” proqramı vasitəsilə göndərdikdən sonra yaranmış etibarından sui-istifadə edərək 05 fevral 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 54 ünvanında yerləşən “Nirvana” restoranında həmin dövrün rəsmi məzənnəsi ilə 4250 manat təşkil edən 2500 ABŞ dolları, 10 fevral 2020-ci il tarixdə həmin ünvanda 1000 manat, bundan başqa, Zərərçəkmiş şəxs3 ərinin qohumunun inşaat materialları mağazası olması, həmin biznesin genişləndirməsi üçün pul vəsaitinə ehtiyacı olduğunu və Zərərçəkmiş şəxs3 həmin biznes üçün pul xərcləyəcəyi təqdirdə yaxşı gəlir əldə edəcəyi barədə yalan vəd verərək inandırıb etibarından sui-istifadə edərək əmlakını ələ keçirməyə yönəldilmiş hərəkətlərini davam etdirərək 01 fevral 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 54 ünvanında yerləşən “Nirvana” adlı restoranda həmin dövrün rəsmi məzənnəsi ilə 4250 manat təşkil edən 2500 ABŞ dolları, 08 fevral 2020-ci il tarixdə eyni ünvanda həmin dövrün rəsmi məzənnəsi ilə 3400 manat təşkil edən 2000 ABŞ dolları, 10 aprel 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 106 ünvanında yerləşən yerləşən metronun “Neftçilər” stasiyanının yaxınlığında 4800 manat nağd pulunu alıb ələ keçirməklə, vahid niyyətlə əhatə olunan qəsdlə etibarından sui-istifadə edərək aldatmaqla ümumilikdə Zərərçəkmiş şəxs3 22700 manat məbləğində nağd pul vəsaitini ələ keçirməklə Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs eyni zamanda, Zərərçəkmiş şəxs3 verilmiş ittihamda qeyd olunan qaydada bilə-bilə saxta sənəddən istifadə etməyə görə Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə ittiham verilmişdir. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə verilmiş ittihama görə, o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 tanışı Zərərçəkmiş şəxs2 öz adına bankdan ümumilikdə 50000 manat kredit götürmək istədiyini öyrənərək sonuncu üçün də kredit götürməsində köməklik göstərəcəyini vəd verib Zərərçəkmiş şəxs2 bank vasitəsilə Zərərçəkmiş şəxs3 adına göndərdiyi 3500 manat məbləğində nağd pul vəsaitini 22 noyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 115/9 ünvanında yerləşən “Kapital Bank”ın Qara Qarayev filialında Zərərçəkmiş şəxs3 alıb ələ keçirməklə etibarından sui-istifadə edərək aldatmaqla Zərərçəkmiş şəxs2 qarşı; təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 tanışı Zərərçəkmiş şəxs1 öz adına bankdan ümumilikdə 50000 manat kredit götürmək istədiyini öyrənərək sonuncu üçün də kredit götürməsində köməklik göstərəcəyini vəd verib Zərərçəkmiş şəxs1 bank vasitəsilə Zərərçəkmiş şəxs3 adına göndərdiyi 1000 manat məbləğində nağd pul vəsaitini 22 noyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 115/9 ünvanında yerləşən “Kapital bank”ın Qara Qarayev filialında Zərərçəkmiş şəxs3 alıb ələ keçirməklə etibarından sui-istifadə edərək aldatmaqla Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 1(007)-10/2023 nömrəli qərarı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, lakin cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilmiş, bundan başqa dövlət ittihamçısı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət təqibindən imtina etdiyindən, cinayət işi üzrə icraata hər iki hissədə xitam verilmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilin əvvəllərində Yasamal rayonu ərazisində yerləşən təbii məhsullar satılan “Oqansiya” şirkətində Zərərçəkmiş şəxs3 ilə tanış olmuşdur. Həmin vaxtdan Mehribanla rəfiqəlik etməyə başlamışlar. Söhbətlərinin birində Mehriban ona 50000 manat pul lazım olduğunu və banklardan kredit götürmək istədiyini bildirmişdir. Onun da pula ehtiyacı olduğundan Mehribana yalandan banklarda tanışı olduğunu bildirmiş və ona köməklik edəcəyini demişdir. Həmin görüşdən bir müddət sonra o, Mehribanla “Oqansiya” şirkətinin Yasamaldakı ofisində görüşmüş, Mehribana demişdir ki, qeyd edilən məbləği bankdan götürmək üçün 2000 manat əvvəlcədən pul vermək lazımdır, 100000 manat oğlunun adına pul götürmək üçün isə 3000 manat pul verilməlidir. Mehriban ona inanıb ilkin olaraq 05 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri “Neftçilər” metrostansiyasının yaxınlığında, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 54 ünvanında yerləşən “Nirvana” restoranında 2000 manat, daha sonra isə 29 oktyabr 2019cu il tarixdə yenə eyni yerdə 3000 manat pul vermişdir. Əslində isə o, Mehribana bankdan heç bir kredit düzəltməmişdir, sadəcə olaraq pula ehtiyacı olduğundan bu əmələ yol vermişdir. Həmin pul vəsaitini o, heç kəsə verməyərək öz ehtiyacları üçün xərcləmişdir. Sonra Mehribanı aldatdığına görə, vaxt qazanmaq məqsədi ilə krediti 7-8 ay müddətinə bankdan çıxara biləcəyini demiş, Mehriban da onunla razılaşmışdır. Bundan sonra Mehriban ona tanışları Xaliq, Abdulla və Rauf adlı şəxslərin də kredit götürmək istədiklərini bildirmiş, o, həmin şəxlsərlə telefonda danışaraq razılaşmış və kredit düzəldəcəyini deyərək aldadıb Xaliqdən 3000 manat, Abdulladan 1000 manat, Raufdan isə 3500 manat pul almışdır. Zərərçəkmiş şəxs1 pulun 2500 manatını krediti aldıqdan sonra verəcəyini bildirmişdir. O, Xaliq, Abdulla və Rauf adlı şəxslərin hər birindən 3500 manat pul istəmiş, pulu aldıqdan sonra vaxt qazanmaq üçün həmin şəxslərə də kreditin 7-8 ay ərzində düzələcəyini bildirmişdir. Həmin pul vəsaitlərini də o, heç kəsə verməyərək öz ehtiyacları üçün xərcləmişdir. Bir müddət sonra kredit düzəlmədiyindən Xaliq, Abdulla və Rauf adlı şəxslər ondan pullarını geri istəmişlər. Xaliq ona 2019-cu ilin sonlarında onun adına bank vasitəsilə göndərmiş, sonradan o, Xaliqin pulunu hissə-hissə, yəni hər dəfə 1000 manat olmaqla ödəmiş, Xaliqə heç bir borcu qalmamışdır. Lakin Rauf və Abdullanı müəyyən müddət gözlətmişdir. Rauf və Abdullanın pulu Zərərçəkmiş şəxs2 adından Zərərçəkmiş şəxs3 adına bank vasitəsilə göndərilmiş, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 115/9 ünvanında yerləşən “Kapital Bank”ın Qara Qarayev filialından götürmüşlər. Mehriban həmin 4500 manat pulu ona vermiş, o da puldan əvvəlcə 2500 manat qaytarmışdır. Bundan başqa, sonradan ona yenə pul lazım olduğundan Mehribana bildirmişdir ki, sosial evlər var, əgər istəsə onun üçün həmin sosial evlərdən düzəldə bilər. Mehriban ona oğlu X1 adına sosial ev almaq istədiyini bildirmiş, o da bu evlərin ilkin ödənişi üçün 6000 manat pul lazım olmasını, ev hazır olduqdan sonra isə ayda 320 manat pul ödəyəcəyini demişdir. Həmin sosial evlərin də düzəldilməsi üçün Mehribanla razılaşmış və Mehriban ona Bakı şəhəri, Nizami rayonu ərazisində, “Neftçilər” metrosunun yanında 2500 dollar, yəni 4250 manat, təxminən 3-5 gün sonra yenə həmin yerdə 1000 manat pul vermişdir. O, verdiyi vədin inandırıcı olması üçün Mehribanın oğlu X1 adına tanışı Elşən vasitəsi ilə onun yanacaq doldurma məntəqəsində işləməsi ilə bağlı saxta arayışı düzəltdirmiş və Mehribanın mobil telefonuna göndərmişdir. Həmin pul vəsaitini o, heç kəsə verməyərək öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, həmin ərəfələrdə Mehriban ona 4000 manat məbləğində pulu olduğunu və biznesə qoymaq istədiyini bildirmişdir. Özünün pula ehtiyacı olduğundan o, Mehribanı yenə aldadaraq ərinin qohumunun kiçik bizneslə məşğul olduğunu söyləyərək biznesini artırmaq üçün pul axtardığını bildirmişdir. O, Mehribana istəyirsə 4000 manat pul verməsini, hər ay həmin şəxsin ona ***-**** manat məbləğində pul verəcəyini bildirmiş, Mehriban da onunla razılaşaraq bir müddət sonra “Neftçilər” metrosunun yanında görüşərək 2500 dollar, yəni 4250 manat, daha sonra isə biznes fəaliyyəti üçün yenidən 2000 dollar, yəni 3400 manat və 4800 manat pulu ona vermişdir. O, həmin pul vəsaitlərini də heç kəsə verməyərək və Mehribanın pulunu hər hansı kiçik biznes sahəsinə qoymayaraq öz ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxslərin pullarını qaytara bilmədiyi üçün ondan şikayət etmişlər. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, qızı onkoloji xəstə olduğuna, bununla əlaqədar pula ehtiyacı olduğuna görə zərərçəkmiş şəxslərin pullarını alıb ələ keçirmişdir. Hazırda aldığı həmin pulları tamamilə qaytarmış və zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir. Əməlindən səmimi peşmandır. Qeyd etdiklərini, özünün qadın olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, təxminən 2020-ci ilin fevral ayında Kürdəmir rayonunda maldarlıq təsərüfatını inkişaf etdirmək üçün bankdan 50000 manat məbləğində kredit götürmək qərarına gəlmişdir. Bu barədə tələbə yoldaşı Zərərçəkmiş şəxs3 ilə məsləhətləşmişdir. Bu zaman Mehriban tək şəxsiyyət vəsiqəsi ilə bankdan kredit götürməsinə köməklik göstərə biləcək İlhamə adlı tanışı olduğunu bildirmişdir. O, Mehribandan xahiş etmişdir ki, İlhamə adlı şəxslə danışsın, görsün ona köməklik edə bilərmi. Bu danışıqdan bir müddət sonra Mehriban ona zəng edərək tanışı olan Təqsirləndirilən şəxs ilə danışdığını və ona bankdan pul götürməsinə köməklik göstərəcəyini bildirmiş, amma bunun qarşılığında 3500 manat pul (şapqa) istədiyini demişdir. O, həm də kreditin 2 ay müddətinə veriləcəyini bildirmişdir. O, 3500 manata gücü çatmadığını, hazırda 1000 manat verə biləcəyini, qalan 2500 manatını isə bankdan krediti götürdükdən sonra verəcəyini bildirmişdir. Mehriban İlhamə ilə danışacağını və ona zamin duracağını demişdir. Bir müddət sonra Mehriban ona zəng edərək İlhamə ilə danışdığını və İlhamənin onun dediyi şərtlə razılaşdığını demişdir. O, bu barədə müəllim yoldaşı Zərərçəkmiş şəxs2 yanında danışmışdır. Rauf müəllim də özünə kredit lazım olduğunu söyləyərək ona da kredit düzəltməsini ondan xahiş etmişdir. O, yenə Mehribana zəng edərək müəllim yoldaşının da kredit götürmək istədiyini bildirmişdir. Mehriban da öz növbəsində razılıq verərək Rauf müəllimin də şəxsiyyət vəsiqəsinin surətini və 3500 manat pul göndərməsini istəmişdir. Beləliklə, 2020-ci ilin mart ayında o, 1000 manat pulu Rauf müəllimə vermiş, o da özünün 3500 manatı ilə birlikdə 4500 manat pulu Kürdəmir rayonunda yerləşən “Kapital Bank” vasitəsi ilə Zərərçəkmiş şəxs3 hesabına göndərmişdir. Həmin vaxtdan 2-3 ay keçməsinə baxmayaraq onlar bankdan pulu götürə bilməmişlər. O, dəfələrlə Mehribana zəng etmiş, Mehriban da İlhamə ilə danşaraq yaxın zamanda işin düzələcəyini bildirmişdir. Bir gün yenə o, Mehribana zəng edərək krediti istəmədiyini bildirmiş və pullarını geri qaytarmasını tələb etmişdir. Mehriban ona İlhamənin ***-***-**-** telefon nömrəsini verərək onunla danışmasını xahiş etmişdir. O, İlhaməyə zəng edərək özünü təqdim etmiş və bu işi düzəldə bilməyəcəyini ona deyərək müəllim yoldaşı Raufla birgə verdikləri 4500 manat pulu geri istəmişdir. Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək pulu qaytarmamış, o isə İlhamədən pulu israrla tələb etmişdir. Təqsirləndirilən şəxs hissə-hissə ümumi məbləğin 2000 manatını ona geri ödəmişdir. O da həmin məbləği Rauf müəllimə vermişdir. Dəfələrlə zəng etmələrinə baxmayaraq Təqsirləndirilən şəxs pulun qalanını vermədiyi üçün ondan şikayət etmişlər. Hazırda Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tamamilə ödəmişdir, ona görə onunla barışmışdır, şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 2018-ci ildə yaşadığı kənddə özü üçün ev tikməyə başlamış, lakin tikintini tamamlamaq üçün maddi imkanı çatmamışdır. Bunun üçün banklardan kredit götürmək qərarına gəlmişdir. Bu barədə müəllim yoldaşı Zərərçəkmiş şəxs1 ilə məsləhətləşmişdir. Bir müddət sonra Abdulla müəllim ona yaxınlaşaraq özünün də bankdan kredit götürmək istədiyini və onlara Bakı şəhərində yaşayan Mehriban adlı tələbə yoldaşının İlhamə adlı tanışının bankdan hər birinə 50000 manat civarında kredit götürmələrinə köməklik edə biləcəyini, həmin məbləği iki ay müddətinə bankdan götürə biləcəklərini bildirmişdir. O, bunun qarşılığında qabaqcadan hər birinin İlhaməyə 3500 manat məbləğində pul vermələrinin lazım olacağını demişdir. O da bu şərtlə bağlı Abdulla müəllimlə razılaşmışdır. 2020-ci ilin mart ayında Abdulla müəllimlə birlikdə Kürdəmir rayonunda yerləşən “Kapital Bank” vasitəsi ilə onun tələbə yoldaşı olan Zərərçəkmiş şəxs3 adına ümumilikdə 4500 manat pul vəsaiti göndərmişlər. Zərərçəkmiş şəxs3 da həmin məbləğləri tanışı Təqsirləndirilən şəxs verməli olmuşdur. Qeyd edilən məbləğin 3500 manatı ona, 1000 manatı isə Abdulla müəllimə məxsus olmuşdur. Bu məsələnin üzərindən 2-3 ay keçdikdən sonra o, Abdulla müəllimə yaxınlaşaraq işin nə yerdə olduğunu soruşduqda o, Zərərçəkmiş şəxs3 ilə əlaqə saxladığını, Mehruban Həsənovanın da pulu verdiyi Təqsirləndirilən şəxs ilə danışdığını bildirmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ***-***-**-** mobil telefon nömrəsini onlara vermişdir ki, özləri də İlhamə ilə danışsınlar və işin nə yerdə olduğu ilə maraqlansınlar. Onlar İlhamə ilə dəfələrlə telefon vasitəsi ilə danışmışlar, İlhamə hər dəfə müxtəlif bəhanələr gətirərək işin yaxın vaxtlarda düzələcəyini bildirmiş, lakin bu işi həll etməmişdir. Onlar sonda görmüşlər ki, İlhamə onları aldadır, ona krediti istəmədiklərini söyləmiş və Mehribanın vasitəsi ilə verdikləri 4500 manat pulu geri istəmişlər. Çox danışıqlardan sonra onun verdiyi 3500 manat pulun 2000 manatını İlhamə hissə-hissə qaytarmışdır. Dəfələrlə zəng etmələrinə baxmayaraq Təqsirləndirilən şəxs pulun qalan hissəsini qaytarmadığı üçün ondan şikayət etmişlər. Hazırda Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tamamilə ödəmişdir, ona görə onunla barışmışdır, şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, təxminən 2019-cu ilin əvvəllərində Yasamal rayonu ərazisində yerləşən təbii məhsullar satan “Oqansiya” şirkətinin icarəyə götürdüyü ofisində Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Belə ki, bir gün həmin şirkətin ofisinə məhsul almaq üçün gedəndə görmüşdür ki, İlhamə də oradadır, əlində toplu sənədlərlə bir neçə tanımadığı şəxslərlə banklardan yüksək məbləğlərdə kredit götürməkdən və Bakı şəhərində tikilən sosial evlərin alınmasından söhbət edir. Onun da pula ehtiyacı olduğu üçün həmin söhbət ona maraqlı gəlmiş və İlhaməyə yaxınlaşaraq ondan, onun və oğlu X1 adına bankdan ümumilikdə 150000 manat məbləğində kredit götürməsi üçün köməklik göstərməsini xahiş etmişdir. İlhamə də bunun qarşılığında ondan əlavə (şapqa) pul vəsaiti istəmiş, krediti 7-8 ay ərzində götürə biləcəyini demişdir. İlhamə ona bankdan oğlu Əlisurətin adına kredit düzəldəcəyi adı ilə 10 oktyabr 2019-cu il tarixdə “Neftçilər” metrosunun yanında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 54 ünvanında yerləşən “Nirvana” adlı restoranda oğlunun adına 50000 manat kredit düzəldəcəyi adı ilə 2000 manat, 29 oktyabr 2019-cu il tarixdə “Neftçilər” metrosunun yanında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 54 ünvanında “Nirvana” adlı restoranda onun üçün isə bankdan 100000 manatlıq kredit düzəldəcəyi adı ilə 3000 manat pul almışdır. Bundan başqa, İlhamə sosial evlərin də alqı-satqısına əlinin girdiyini və həll etdiyini bildirmişdir. Sosial evlərin hansı qaydada və kimlərə verilməsini ilə bağlı söhbətləri zamanı demişdir ki, onun bildiyinə görə həmin sosial evlər şəhid ailələri üçün nəzərdə tutulmuşdur, İlhamə də öz növbəsində onun bu fikrini təsdiqləyərək bildirmişdir ki, artıq qalan boş mənzilləri ucuz qiymətə satırlar, o, həmin evləri təşkil edə bilər. Qeyd edilən evlərin ünvanı ilə maraqlandıqda İlhamə bu evlərin Yasamal rayonunda yerləşən “ASAN” xidmətin arxasında olduğunu demişdir. Görüşlərindən birində İlhamə oğluna Yasamal rayonunda yerləşən sosial evlərdən mənzil aldığını bildirmiş, ona da təklif etmişdir ki, oğlu üçün həmin evlərdən üç otaqlı mənzil alsınlar. O, mənzilin qiymətini soruşduqda İlhamə ona ilkin ödəniş olaraq 6000 manat, ev hazır olduqdan sonra isə on il müddətinə ayda 320 manat ödəməli olduğunu demişdir. O, İlhaməyə demişdir ki, onun oğlu uzun müddətdir xaricdə yaşayır və qeyd edilən mənzil hansı qaydada alınacaq. İlhamə ona bu işlərin onun əlində olduğunu söyləyərək sənədləşməsini özü edəcəyini bildirmiş, o da İlhamə ilə razılaşmışdır. Sosial evlərin alınması üçün iş yeri lazım olduğundan İlhamə onun oğlu Əlisurətin guya Azərbaycan Respublikasında yaşadığını və Bakı şəhərində yerləşən yanacaq doldurma məntəqələrinin birində işləməsi, aylıq əmək haqqının 700 manat təşkil etməsi barədə arayış düzəltdiyini bildirmiş və telefon vasitəsi ilə həmin arayışın şəkilini ona göndərmişdir. O, İlhaməyə bu işdən ehtiyyat etdiyini söyləmiş, İlhamə isə qeyd edilən arayışın tam qanuni olduğunu bildirmişdir. 05 fevral 2020-ci il tarixində İlhamə “Neftçilər” metrosunun yanında, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 54 ünvanında yerləşən “Nirvana” adlı restoranda sosial evlərin düzəldiməsi adı ilə ondan 2500 dollar, yəni həmin dovrün məzənəsi ilə 4250 manat pul almışdır. 10 fevral 2020-ci il tarixdə isə yenə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Neftçilər” metrosunun yanında sosial evin düzəldilməsinə görə ondan 1000 manat pul almışdır. O, İlhaməyə hər dəfə demişdir ki, gedib aldıqları mənzilə baxsınlar, lakin İlhamə hər dəfə müxtəlif bəhanələr gətirərək onu yayındırmışdır. Bir gün İlhamə onlarda olarkən ərinin qohumunun inşaat materialları mağazası olduğunu, həmin biznesin genişləndirilməsi üçün pul vəsaitinə ehtiyacı olduğunu və onun biznesə pul yatıracağı təqdirdə gəlir əldə edəcəyini söyləmişdir. İlhamə həm də demişdir ki, özü də həmin biznesə pul vəsaiti qoymuş və gəlir əldə etmişdir. O, İlhaməyə ümumilikdə 12450 manat manat pul vəsaiti vermişdir, İlhamə isə ona bildirmişdir ki, hər ay həmin pulun müqabilində ***-**** manat gəliri olacaqdır. Buna görə İlhamə ona 3-5 ay ərzində cəmi 3000 manat pul vermiş, lakin sonradan müxtəlif bəhanələr gətirərək pulu verməkdən imtina etmişdir. İlhamənin dediyi ticarət sahəsinə yatırılması məqsədi ilə ondan 01 fevral 2020-cu il tarixdə “Neftçilər” metrosunun yanında, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 54 ünvanında yerləşən “Nirvana” adlı restoranda 2500 dollar, yəni həmin dövrün məzənnəsi ilə 4250 manat, 08 fevral 2020-ci il tarixdə yenə həmin ünvanda 2000 dollar, yəni həmin dövrün məzənnəi ilə 3400 manat pul almışdır. 10 aprel 2020-ci il tarixdə “Neftçilər” metrosunun yanında İlhamə gəlir əldə etmək üçün qohumunun ticarətinə yatırmaq məqsədilə ondan 4800 manat pul almışdır. Bundan başqa o, qrup yoldaşı Zərərçəkmiş şəxs1 ilə söhbətində bankdan pul çıxardığını, böyük məbləğdə kredit götürəcəyini bildirdiyindən Abdulla da böyük məbləğdə kredit götürmək istədiyini demişdir. Abdulla İlhamə ilə özü danışmış və razılaşmışlar. Abdullanın tanışı olan Zərərçəkmiş şəxs2 da İlhamə ilə danışmış və özləri razılaşmışlar. Hər biri ayrılıqda 50000 manat kredit götürmək üçün Abdulla 1000 manat, Rauf isə 3500 manat pul olmaqla Zərərçəkmiş şəxs2 adından 4500 manat pulu onun adına 22 noyabr 2019-cu il tarixdə göndərmişlər və o, pulu Nizami rayonu, Qara Qarayev prospekti, 115/9 ünvanında yerləşən “Kapital Bank”ın Qara Qarayev filialında götürüb elə bankın içərisində İlhaməyə vermişdir. X9 ilə Raufun da işlərini həll etməmiş, çox təkid etdikdən sonra pulun bir hissəsini qaytarmış, qalan hissəsini qaytarmadığı üçün həmin şəxslər ondan şikayət etmişlər. İlhamə onun da işlərini həll etmədiyi və pulunu qaytarmadığı üçün onun barəsində özü də şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tamamilə ödəmişdir, ona görə onunla barışmışdır, şikayət və tələbi yoxdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 23 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 müraciətləri əsasında araşdırılmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 22 oktyabr 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs3 və hal şahidlərinin iştirakları ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 54 ünvanında yerləşən “Nirvana” adlı restoranın olduğu yerə və Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 106 ünvanında yerləşən “Neftçilər” metrostansiyasının yanına baxış keçirilmişdir. (i.v. 124-126) - 28 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə toplanmış materiallar Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.2.2, 178.2.4 və 320.2-ci maddələrinə tövsif edilmişdir. (i.v. 162) - 10 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, 25 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 götürülmüş 01 ədəd CD diskdə olan audio səs yazısına müstəntiq tərəfindən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı diskdə 16 ədəd səs yazısının olması, həmin səs yazılarına qulaq asılaraq mətnlərinin aşağıdakılardan ibarət olması müəyyən edilmişdir: 1-ci səs yazısı: Sən o söhbətə qayıtma e özündən danış, həll edəcəm yoluna qoyacam mən, mən özümə arxayınam, heç vecimə də deyil, bilərəm ki, qoyacam yoluna, mən neynirəmsə onların xeyirinə edirəm, onlar pul buraxsınlar həll eləyək, çıxsın getsin yəni, aşağı faizlə aşağı qiymətlə, eybi yox insandı da fikirləşir ki, mənim pulumu alıblar, görəsən nə edirlər. İnsanlar hərəsi bir şey fikirləşir. Amma həll olandan sonra görəcəksən necə olacaq insallah. Vecinə alma eybi yox, indi 5 manat 3 manat pul veriblər, onları da başa düşmək olur ki, hardan tapırlar, neynirlər, nağarırlar. ona görə narahatdırlar. Fikir vermə helə şeylərə qayıtma əsəbləşdirmə özünü, boş ver, düzələcək insallah. Narahat olma mən deyərəm özünə ürəknən, mən özümə arxayınam ki deyirəm. Narahat olma yubanmağına baxma, hərdən olur helə bir il bundan qabaqda yubandı bir altı ay, amma yaxşılıq olurda narahat olma, o elə bir işdir ki, bir də görürsən saxlayırlar, təzdən başdayırlar, yenədə saxlayırlar. İnsallah başlayırlar, həll edəcəm, narahat olma yəni güvən güvənlidir. 2-ci səs yazısı: Mehi o dediyin bu günkü var idi 4 dənə ondan bir şey eləyə bilirsən səhərə. 3-cü səs yazısı: Ya istəyirsən bir dənəni gətir sən xərcləməmisənsə. 4-cü səs yazısı: Pula görə kişiyə zəng elədim, 2-3 dəfə götürmədi, hardayıdısa götürməmişdi. Sonra zəng elədi mənə ki ilhamə bacı olar mən onsuzda dedi istəyirsən 200 göndərim dedim yox da qırıq qırıq olmasın. Dedi bax işdəməmişdim, indi indi başlamışıq, xoda düşmüşük, onda deyir biraz səbr eləyin ayın 18 ikisinidə bir yerdə göndərərəm. Verim sizədə bu ayınkınıda 20 olanıda, o köhnədən qalan 500 manatıda, hamısını bir yerdə verim mən də razılaşdım, 4 gün qalıbda. Onu gözlə “dajı” 3 gün. 18 günü götürüm elə təzə ayınkınıda verim köhnə ayınkınıda. Alım verim sənə, sən işlərini görgünən. 5-ci səs yazısı: Yox e bu gün gəlib çıxmadı Mehi, gözdəyirəm, sabaha deyib deyir onu xanım sabah düzəldib verəcəm. Da bilmirəm, sabah axşamüstü düzəldib verəcəm. Onu gözdəyirəm bu gün xəbər çıxmadı ondan. Zəng eləmişdim bayaqları, dedi sabah axşamüstünə düzəldəcəm. Bugünlükdə bir gündə döz qadanalım. görüm alım ondan verim sənə. Bilirəm pulunda yoxdu sıxılmısan, qoy sabah axşam versin görüm gec olsa birsigün səhər görüşək. Sərbəst oturaq. Heç kim mane olmasın oturaq söhbət edək. Çörər yeyək danışaq. Pulunuda verim. 6-cı səs yazısı: Hə Mehi getdim bu gün danışdım. Dedilər ki, allah qoysa allahın köməkliyi ilə 4-cü 5-ci gün allah qoysa başlanılır pulların verilməyi. Başlanılır, onlarıda qabağa salmışam. Xaliqgilidə, Əlisürətidə, yəni səni və Əlisürəti və başqa adamın adını vermişəmdə yəni elə deyirəm ki, sənnən Əlisürəti, sizidə opşim o, kişinin adı nə idi onlarıda. Hamısın hamısın salmışam da indi partiya partiya indi birinci əlisürətlə salaram Xaliqi, sonrada kişinin adı yadımdan çıxdı, onlada səni salaram. Belə belə qurtararam gedər də allah qoysa 4-cü və ya 5-ci gündən başlayacaq. Hanı e günə bir qərar çıxardırlar, imkan vermirlər ki, qələt elədim allaha and olsun. camahat bu qədər yubanır, bu qədər baxmagınan adam etibarsız çıxır. 7-ci səs yazısı: Bacı salam mən sənə birazdan zəng edərəm. Onların yanındayam söbət aparırıq, danışıramda birazdan yıqacam səni. 8-ci səs yazısı: Yox təyin eləyiblər demirəm həftənin axırı, dedi ya 4 ya 5 gündən başlayacaq allah qoysa, onuda birincigün salmışamda, iki nəfər iki nəfər çıxacaq, birini sizdən, biridə Xaliqi salmışam. İkisindən birini, beşinci gün başlayacaqlar, 4-5 həmin gündən başlayacaqlar, inşallah, elədə deginən Xaliqə. 9-cu səs yazısı: Hə sabah danış gör nə deyirlər. Dəqiq o sözləri da uzatsalar alacam verəcəm pullarını, yenə də adları qalsın, mən neyləyim ondan artıq başına dönərəm sənin. Pis vəziyətə qaldım, yalançı yerinə çıxdım. 10-cu səs yazısı: Bacı axşamın xeyir olsun, necəsən neynirsən, zəng elədim soruşdum, oğlan mənə dedi ki, İlhamə xanım onlara denən gözləsinlər. Biz zəng vuranda gəlsinlər. Yəni bu həftənin ya 3-cü günü ya 2-ci günü ya dördüncü gün, deyir saat 6-da olsa 7-də olsa, adamın adı çıxırsa, onu deyir bir dənə rəsmiləşdiririk, bir dənə gəlir müqavilə bağlayır oxuyub qol çəkir çıxıb gedəcək. müqaviləni oxuyub qol çəkib gedəcək. Yəni tam şəkildə sənədləri hazır eləyəcəyik. Yəni o gec gəlməklərindən narahat olmasınlar, deyir sabaha bilmir e bu həftənin içində 3-cü günmü, 2-ci günmü, 4-cü günmü bu həftə Abdullanın dostu ilə Əlisürətin adına yazdırdığımız adam, ikisi çıxacaq, ikisi bu həftə çıxacaq. İndi hazır olsunlar deyir mən zəng eləyəndə 5 saata gəlsinlər, 4 saata gəlsinlər, gələrlər müqavilələrinə qol çəkərlər pullarını götürüb gedərlər. Çox yox yarım saat deyir vaxt lazımdı orda artıq lazım deyil. Zəng gözdəyin cavab gözdəyin bu həfdə mütləq həll edəcəyik. 11-ci səs yazısı: Bacı sənə o kişinin pulunu dedim o kişiyə dediki birincigünü verəcəm bütöv verəcəm. Sabah biri günü nəqliyyat işləmir. Bunlardanda hələ zəng edirəm cavab gözdəyirəm, görüm nə deyirlər. Qoy görüm nə xəbər deyirlər. 12-ci səs yazısı: Abdulla məllim salam necəsiz nə var nə yox Abdulla məllim mənim deməli o mən Mehriban xanımla danışmışam ayın deməli ikisinə demişəmdə, 31,1,2 bayrama düşür, 3 demişəm o adamın işini 3 qədər səbr eləyin yəni ayın axırına iş yox güc yox 31, 1, 2 bayramdır. 3 səbr edin allah qoysa 3-5 arası olasıdı. Olmasa yubansa qaytarıb verərəm məllimin pulunu və işdəriidə həll edərikdə bu karonaya görə vallah mən sizin yanınızda xəcalətli qaldım. Yubandıda iş istməməzdim. Bilsəydim elə işlər baş verəcək belə vəziyyət belə gəlib çıxacaq mən heç vaxt onu deyərdim ki, qalsın vəziyyət düzələndən sonra eləyərik. İlişib qalmışıq. nə deyirlər ona əməl edirikdə. Bizdə qul sahibiyik gözdürürük görək inşallah da işlərdə hamısı yazılıb polzulubdu bir dənə pulların verilməsi qalıbdırda onları gözdəyirik. Hamı səbrsizliklə gözdəyir. Vəziyyət belə olubda mənlik deyil. 13-cü səs yazısı: Hə mən getdim oqlan demirəm onun atasına bankdan pul çıxartmışdım. İlhamə xanım deyəndə bildim ki, mənim heç vaxt adımı demir axı bu, sənə dedim e mənim adımı hardan bilir bu, oturmuşam necesiz İlhamə xanım nə var nə yox nətərsiz məni tanıdız. Elşənəm atamı gətirmişdim e banka adınızı qeyd eləmişəm o vaxtdı qalıb məndə apardı saqolsun qəbrüstə məni ordan gül aldım yoldan qəbrüstə getdim. Ordan gəldim seyə indi bacım gildəyəmdə atam evinə yaxındılarda bir birinə qonşudurlar. Hə qoğal zad aldım elədim gəldim. 14-cü səs yazısı: X4. 15-ci səs yazısı: Bacı mən gəlib oturmuşam burda Nivranadayam hardasan. 16-ci səs yazısı: Dilağız eləi dedi vallah bacı alacağım var onu gözdəyirəm. Deyir sabaha bu günə söz vermişdilər sabah səhər səhər versinlər. Onda deyir sabah axşama edərəm. Mən də dedim eybi yox bir gündə gözdəyərik. Yəni dedi ki yox qaytarmağa qaytarmayacam prostu çatdıra bilmirdim ona görə deyir helə deyirdimdə sıxılıram sizdə sizədə lazımdı xanımada lazımdı o da ona görə verib ki nəsə 5 manat qazansın. Ona görə deyir bəlkə götürüb kiməsə verəsiz dedim yox day sən vaxtdında verdin əvvəl əvvəl sonra da vermədin də deyir valah vəziyyətlə əlaqəli oldu da indi xoda düşmüşük deyir indi alacağlarım var paylamışam mallarımı sabah verməlidirlər səhər səhər qaldı sabah axşama. Mən də dedim eybi yox sabah axşamda gözdəyərik sabah axşam ya birsigün görüşərəm. Alaram verərəm sənə onu bütöv şəkildə verərəm. 17-ci səs yazısı: Axşamın xeyir olsun qardaşımın yanındayam ona görə də telefonu söndürmüşdüm. Qonaqların var nə qədər, evi danışmışdım, danışmışam deyəndə zəng elədim götürmədi indi bu gün danışacam. Sabah danışaram sənlə arxayın. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin səs yazılarının ona məxsus olduğunu, həmin səsləri mobil telefonunun “watsapp” proqramı vasitəsilə Zərərçəkmiş şəxs3 göndərdiyini, 1-ci səs yazısını Zərərçəkmiş şəxs3 etibarını qazanmaq üçün, 2-ci və 3-cü səs yazılarını Zərərçəkmiş şəxs3 əlavə pul istəmək üçün, 4-cü səs yazısını isə biznes sahəsinə sərf edəcəyi adı ilə Zərərçəkmiş şəxs3 aldığı pulun üzərindən qazanc verəcəyi adı ilə sanki kiminləsə danışıb və puldan verəcək bəhanəsi ilə vaxt qazanmaq üçün, 5-ci səs yazısını Zərərçəkmiş şəxs3 biznesdən götürəcəyi qazanc adı ilə verməli olduğu pulun verilməməsi ilə bağlı vaxt qazanmaq üçün, 6-cı səs yazısını Zərərçəkmiş şəxs3 bankdan onun, oğlunun, qohumu Xaliq, Abdulla və Rauf adlı şəxslərin adlarına kreditin 4, 5-ci gün düzələcəyi adı ilə aldadaraq vaxt qazanmaq üçün, 7-ci səs yazısını onun kreditlə bağlı söhbət apardığını Zərərçəkmiş şəxs3 inandırmaq üçün, 8-ci səs yazısını Zərərçəkmiş şəxs3 kreditin düzəldiyini yalandan bildirdiyi üçün, 9-cu səs yazısını kredit qısa zaman ərzində düzəlməsə pullarını qaytaracağı adı ilə vaxt qazanmaq üçün, 10-cu səs yazısını yalandan vədlər verərək guya həmin gün ərzində kreditin düzələcəyinə inandırmaq üçün, 11-ci səs yazısını biznes üçün Zərərçəkmiş şəxs3 verdiyi puldan götürməli olduğu qazancın pulunu verəcəyi adı ilə aldatmaq üçün göndəridiyini, 12-ci səs yazısını Zərərçəkmiş şəxs1 ona və Zərərçəkmiş şəxs2 kredit düzəldəcəyi adı ilə yalandan verdiyi vədlə bağlı müddət qazanmaq üçün göndərdiyini, 13-cü səs yazısını Zərərçəkmiş şəxs3 sonuncunun yanında etibar qazanmaq və onun həqiqətən də bankdan pul çıxara bildiyinə inandırmaq üçün göndərdiyini, 14-cü səs yazısını Zərərçəkmiş şəxs3 ilə “Neftçilər” metrosunun yanında görüşmək üçün gedərkən göndərdiyini, 15-ci səs yazısını Zərərçəkmiş şəxs3 sonuncunu “Neftçilər” metrosunun yanında yerləşən “Nirvana” restoranında görüşmək üçün gözlədiyi bildirmək üçün, 16-ci səs yazısını əvvəlcədən yalan vəd verməklə aldatdığı yalançı biznes fəaliyyətindən götürəcəyi gəlirlə bağlı pulun gətirib verəcəyi ilə bağlı, 17-ci səs yazısını sosial evin düzəldilməsi adı ilə bağlı guya həmin şəxslərlə evlə bağlı əlaqə saxladığını, lakin telefonu açmadıqlarını bildirməsi ilə bağlı göndərmişdir. (i.v. 207-211) - 10 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, 25 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 götürülmüş 67 vərəqdən ibarət “watsapp” proqramı vasitəsilə aparılan danışıqların mətnlərinin A4 formatında olan şəkillərinə və Təqsirləndirilən şəxs tərəfindən göndərilmiş sənədlərin şəkillərinə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə baxış keçirilmiş və baxış zamanı həmin yazıların mətnlərinin aşağıdakılardan ibarət olması müəyyən edilmiş, təqdim edilmiş sənədlər foto şəkildən A4 formatlı kağıza çıxarılmışdır. Sənədlər isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 “watsapp” sosial şəbəkəsi vasitəsi ilə şəkilini çəkib göndərdiyi şəkillər olmuşdur. Həmin şəkillər A4 formatlı kağızda çap edilmiş və istintaqa təqdim edilmişdir. Təqsirləndirilən şəxs ona təqdim edilən yazılmalarının onunla Zərərçəkmiş şəxs3 arasında ona məxsus olan ***-***-**-** mobil nömrəsi ilə Zərərçəkmiş şəxs3 məxsus olan ***-***-**-** mobil nömrəsi ilə arasında olan yazışmaların foto şəkillərindən A4 formatında çap edilmiş nüsxələri olmasını bildirmişdir. Həmçinin də onun tərəfindən Zərərçəkmiş şəxs3 etibarını qazanmaq üçün watsap sosial şəbəkəsi vasitəsi ilə göndərilmiş olan bank kreditin ödəniş cədvəli, onun tərəfindən saxta formada hazırlanaraq Zərərçəkmiş şəxs3 göndərilmiş arayış və əmək müqaviləsi olduğunu bildirmişdir. 1-4 vərəqlərdə kredit müqaviləsinə əlavə edilən cədvəldir və həmin cədvəl X5 məxsusdur. Həmin cədvəldə 45000 manat kreditin ödəniş cədvəlidir. (Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin cədvəli sadəcə olaraq tapmışdır və həmin cədvəl sahibini tanımır). 5ci vərəqdə X3 məxsus barəsində nigah haqqında akt qeydi aşkar olmaması göstərilmişdir. (Təqsirləndirilən şəxs bildirmişdir ki, aktı saxta olaraq tanımadığı şəxsə düzəltdirtmişdir.). “Kapital Bank”a məxsus olan Zərərçəkmiş şəxs2 tərəfindən 4500 manat məbləğində pulun göndərilməsi bərədə köçürmə haqqında bildirişdir. X2 adına əmək müqaviləsi bağlanması ilə bağlı əmək müqaviləsi haqqında bildirişdir. (Təqsirləndirilən şəxs bildirmişdir ki, aktı saxta olaraq tanımadığı şəxsə düzəltdirtmişdir.). “Watsapp” sosail şəbəkəsi ilə “İlhamə Bank” deyə adı qeyd edilmiş profillə olan yazışmaların çəkilmiş şəkilinin A4 formatında çap edilərək kağızda çıxarılmış 60 vərəqdən ibarətdir. Həmin yazışmalarda “İlhamə Bank” profilindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 sosial evlərin noyabr ayının 21 tarixində paylanacağını, hər ikisinin də orada evinin olacağını, kreditin tezliklə həll ediləcəyini, biznes faəliyəti üçün aldığı pulu götürüb qaytaracağını bildirir. Zərərçəkmiş şəxs3 isə ondan pulları tez bir zamanda qaytarmasını, nə özü, nə də Abdulla və qeyrilərinə kredit düzəldəcəyinə inanmadığını, sosial ev məsələsinə inanmadığı, pulları geri qaytarmasını tələb etməsi, Təqsirləndirilən şəxs biznes adı ilə aldadaraq aldığı pulların müqabilində hər ay ödəməli olduğu qazanc pulunu isə verməklə bağlı kiminləsə danışdığını və müxtəlif vaxtlar istəyərək həmin pul vəsaitini, o cümlədən də ev və kredit üçün ona verilmiş pulları da qısa zaman ərzində qaytaracağını bildirmələri öz əksini tapmışdır. Təqsirləndirilən şəxs protokol tərtib edilən zaman bildirmişdir ki, ona təqdim edilən və baxış keçirilən bank ödəniş cədvəli, ipoteka üçün nəzərdə tutulan cədvəldir və həmin cədvəli Zərərçəkmiş şəxs3 atmışdır ki, onu inandırsın ki, o, Mehribana, oğluna kredit düzəldəcəkdir və aylıq ödənişi bu qədərdir. Həmçinin təqdim edilən X1 adına olan arayış və əmək müqaviləsini onun saxta olaraq düzəltdiyini, “watsapp”da Zərərçəkmiş şəxs3 atdığını, lakin həmin arayışlardan heç bir zaman istifadə etmədiyini, sadəcə olaraq Zərərçəkmiş şəxs3 sosial evlərin düzəldilməsi adı ilə inandıraraq pul alması üçün istifadə etdiyini bildirmişdir. Həmin sənədlərin hal-hazırda onda olmadığını, sənədlərin şəklini Zərərçəkmiş şəxs3 atdıqdan sonra məhv etdiyini bildirmişdir. Təqdim edilmiş yazışmalarda isə onunla Zərərçəkmiş şəxs3 arasında olan yazışmaların olmasını, orada smslərdə olan yazışmaları olmasını, həmin yazışmalarla Zərərçəkmiş şəxs3 inandırmağını, ondan və onun vasitəsi ilə tanıdığı digər şəxslərdən kredit düzəltmək adı ilə, Zərərçəkmiş şəxs3 sosial evin alınması adı ilə, o cümlədən də biznes sahəsinə yatıraraq pul qazanacağına aldadaraq aldığı pulların qaytarmaq məqsədi ilə vaxt qazanmaq üçün yazışmasını bildirmişdir. (i.v. 212-213) - 19 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 320.2-ci maddələri elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 310, 32.4,312 və 320.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 barələrində Azərbaycan Respublikası CM-nin 29,312-ci maddəsi ilə cinayət təqibi üzrə icraatın başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 pulunu ələ keçirəcəyindən məlumatı olmadığı üçün Zərərçəkmiş şəxs3 əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsinin tərkibi olmadığından fakt üzrə cinayət işinin başlanması rədd edilmiş, ********* nömrəli cinayət işindən saxta sənədi hazırlamış şəxsiyyəti istintaqla araşdırılan şəxsə dair material ayrılmış və aidiyyəti üzrə Nizami RPİ-nin 25-ci polis şöbəsinə göndərilmiş, 22 oktyabr 2021-ci il tarixli protokol əsasında götürülmüş 01 ədəd disk, 67 vərəqdən ibarət “watsapp” proqramı vasitəsilə aparılan danışığın mətnləri, bank kredit ödənişi cədvəli, X1 adına Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş “nikah haqqında aktın qeydə aşkar olunmaması” barədə xx.xx.2020-ci il tarixli arayış və X1 yanacaq doldurma məntəqəsində işləməsi və əmək haqqının 700 manat olmasına dair “əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 255-268) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün səmimi etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan Zərərçəkmiş şəxs3 Səıim qızı da öz əmlakını (pulunu) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişdir, Təqsirləndirilən şəxs niyyəti əmlakı (pulu) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxsin pulunun əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, həmin zərərçəkmiş şəxsə münasibətdə bu məqsəd və niyyətinə çatmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi dələduzluq əməli nəticəsində zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etsə də, bundan irəli gələrək sonrakı hərəkət qismində cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 73- 1.2-ci maddəsində müəyyən edilən qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 28 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 176-178) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 10 noyabr 2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 29 noyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 32.4,312.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən 4500 manat cərimə cəzasına məhkum edilmiş, CM-nin 69.4-cü maddəsinə əsasən üzərində qəti olaraq 3800 manat məbləğində cərimə cəzası saxlanılmışdır. (i.v. 185-186, 220-253) -Məhkəmənin sorğusuna Bakı şəhər probasiya idarəsinin 28 aprel 2022-ci il tarixli 21-1/3-5843 nömrəli cavab məktubundan və ona əlavə edilən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidməti və Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi ilə razılaşdırılmış 23 dekabr 2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Hərbi Məhkəməsinin 29 noyabr 2016-cı il tarixli hökmü ilə qəti olaraq 3800 manat cərimə cəzasına məhkum edilmiş və həmin cərimə məbləğinin 2000 manat hissəsini ödəməmiş Təqsirləndirilən şəxs “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən cəzadan azad edilmişdir. -Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə ayrılıqda təqdim etdikləri 08 iyun 2022-ci il tarixli ərizələrdən, Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi 07 aprel 2023-cü il tarixli ərizədən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar, onlara vurulmuş ziyan tam ödənilmişdir, ondan heç bir şikayəti və tələbləri yoxdur. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci hissəsinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Məhkəmə həmin Amnistiya Qərarı ilə müəyyən edilənlər, habelə Azərbaycan Respublikası CM-nin 18 və 83-cü maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı şübhəli şəxs qismində tutulmamış, həbsdə saxlanılmamışdır, ona görə cəza təyini və müddətlərin hesablanması zamanı CM-nin 69-cu maddəsində nəzərdə tutulan qaydada hesablama aparılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmiş və təqsirləndirilən şəxs onunla barışıq əldə etmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 01 ədəd disk, 67 vərəqdən ibarət “watsapp” yazışması və sənədlərin surəti cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza isə iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün müqavilə əsasında vəkili iştirak etmişdir, ona görə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış 01 ədəd CD disk, 67 vərəqdən ibarət “watsapp” yazışması və sənədlərin surəti cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar