Məhkəmə qərarları › İş №1(007)-10/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-10/2024

14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-10/2024 14.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxslərin müdafiəçisi: Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi4 və Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1976-cı ildə ünvan 1ində anadan olmuş, evli, əvvəllər məhkum edilməmiş, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs: xx.xx.1987-ci il Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs: xx xxx 1969-cu ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Zeyvə kəndində anadan olmuş, evli, əvvəllər məhkum edilmiş, işsiz, Naxçıvan Muxtar Respublikası, ünvan 4i ünvanında qeydiyyatda olan və ünvan 5anında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, X5, Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqla araşdırılan digər şəxslərlə birlikdə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2019-cu ilin iyul ayında tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma, yəni dələduzluq yolu ilə ələ keçirmək, hüquq verən rəsmi sənədi saxtalaşdırıb istifadə etmək və satmaq məqsədilə birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs3 "xxxx" MMCnin təsisçisi Zərərçəkmiş şəxs mülkiyyətində olan 10 may 2019-cu il tarixdə 36 ay müddətində aylıq ödənişi 1220 manat olmaq şərtilə kredit müqaviləsi əsasında Şahid2 satılmış və notarial qaydada təsdiq edilmiş avtomobili idarə etmək hüququ verən etibarnamə ilə istifadəsində olan 40000 manat dəyərində 2012-ci il buraxılışlı, ağ rəngli, ** TH *** dövlət qeydiyyat nişanlı “X24-Prado” markalı avtomobili almaq istədiyini, aylıq ödənişlərini vaxtında və tam olaraq ödəyəcəyini, Zərərçəkmiş şəxs şəxsən tanıdığını, sonuncu ilə avtomobilin kreditlə alışına dair müqavilə bağlayacağını Şahid2 yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə öz cinayətkar niyyətini gizlətmək üçün sonuncuya 11000 manat pul verib heç bir sənədləşmə aparılmadan 25 iyul 2019-cu il tarixdə ünvan 6 ünvanında yerləşən Şahid2 məxsus “evlərin alqı-satqısı” ofisinin qarşısında ** TH *** dövlət qeydiyyat nişanlı “X24-Prado” markalı avtomobili aldıqdan sonra əvvəlcədən razılaşdıqları kimi avtomobili cinayətkar qrupun digər üzvləri Təqsirləndirilən şəxs1 və Dövran Məmmədova təhvil vermiş, bundan sonra Təqsirləndirilən şəxs1, Dövran Məmmədov, Təqsirləndirilən şəxs2 şəxsiyyəti istintaqla araşdırılan digər şəxslərlə birlikdə avtomobili alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirməkdən ötrü istifadəyə yararsız və nasaz avtomobillərin alqı-satqısı ilə məşğul olan X6 2012-ci il buraxılışlı, ağ rəngli, istifadəyə yararsız “X24-Prado” markalı avtomobilin ban nömrəsini və avtomobilin qeydiyyat şəhadətnaməsini almaq istədiklərini bildirərək cinayəti başa çatdırmaq üçün İlham Mustafayev, Təqsirləndirilən şəxs2, Dövran Məmmədov və şəxsiyyəti istintaqla araşdırılan digər şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra onlarla vahid niyyətlə hərəkət edən İlham Mustafayev 01 avqust 2019-cu il tarixdə “nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” etibarnamə əsasında satın aldığı yol-nəqliyyat hadisəsi nəticəsində yanaraq istifadəyə yararsız hala düşmüş ** RP *** dövlət qeydiyyat nişanlı “X24-Prado” markalı avtomobilin JTEBX3FJ70K102076 ban nömrəsini, qeydiyyat nişanlarını, avtomobilin qeydiyyat şəhadətnaməsini və mühərrikini pul müqabilində Təqsirləndirilən şəxs1 və Dövran Məmmədova qanunsuz istifadə etmələri üçün vermiş, Təqsirləndirilən şəxs1, Dövran Məmmədov, Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə birlikdə ** RP *** dövlət qeydiyyat nişanlı “X24-Prado” markalı avtomobilin JTEBX3FJ70K102076 ban nömrəsini 2019-cu ilin avqust ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan şəraitdə və yerdə kəsərək ** TH *** dövlət qeydiyyat nişanlı “X24- Prado” markalı avtomobilin JTEBX9FJ4C5023082 nömrəli ban hissəsində qaynaq üsulu ilə həkk etmək və yanmış avtomobilin mühərrikini, dövlət qeydiyyat nişanını qeyd edilmiş avtomobilə quraşdırmaqla hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdıraraq istifadə etmiş, bundan sonra 18 avqust 2019-cu il tarixdə ünvan 7 ünvanında yerləşən 15 saylı notariat ofisində avtomobilə dair Təqsirləndirilən şəxs2 adma notarial qaydada təsdiq edilmiş “nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” etibarnamə alaraq avtomobili ələ keçirməklə Zərərçəkmiş şəxs 40000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Təqsirləndirilən şəxs3 onun dostu olmaqla avtomobil ticarətində vasitəçilik etməklə məşğul olur. 2019-cu ilin iyul ayında Elxan ona zəng vuraraq “Okean” avtosalonuna məxsus daxili kreditdə olan “Toyota Prado” markalı avtomobilin olduğunu, avtomobilə yararsız avtomobilin nömrəsini qoymağın mümkün olduğunu və almaq istəyirsə, almasını bildirmiş, o da yararsız avtomobil barədə maraqlanıb, olsa, ona xəbər verəcəyini bildirmişdir. Elxanla danışmışlar ki, avtomobili “Okean” avtosalonuna məlumat vermədən sənədsiz alsınlar. İlk olaraq tanışı Sabirabadlı avtomobil ticarəti ilə məşğul olan Təqsirləndirilən şəxs2 zəng vurub demişdir ki, “Okean” avtosalonuna məxsus kreditdə olan avtomobil varr, avtomobili yoxa çıxarmaq olar, başqa yararsız “Toyota Prado” markalı avtomobilin ban və şassi nömrəsini və qeydiyyat nişanlarını həmin avtomobilə qoymaq olar, belə olanda avtomobil iki qat ucuz olacaqdır. Anar ona demişdir ki, o, bu işə görə pul verməyə hazırdır, ancaq yararsız avtomobili o, tapsın. Elxan ona demişdir ki, “Okean” avtosalonuna məxsus avtomobili 12500 manata ala bilər, o, da, 1000 manat qazancı olsun deyə 13500 manata demişdir. Anar demişdir ki, problem yoxdur, pulu verəcəkdir. Bu söhbəti tanışı, eyni zamanda Anarın tanışı hazırda Rusiya Federasiyasında olan X5 bildiyi üçün ona demişdir ki, qoy Anarla özü danışsın, əlavə Anardan pul ala bilsin. Ondan xahiş etdiyi üçün o, da, razılıq vermiş, Dövran Anardan ilk olaraq 14500 manat pul almış, o, Dövran və Elxanla görüşmüşlər və Xalqlar dostluğu metrosunun yaxınlığında parkın yanına getmişlər. Çünki, Elxan avtomobilin sahibini oraya çağırmışdır. “Okean” avtosalonuna məxsus ağ rəngli “Toyota Prado” markalı avtomobili tanımadığı iki şəxs gətirmiş, Dövran 12500 manatı kənarda Elxana vermiş, Elxan da deyəsən onların iştirakı olmadan avtomobilin sahibinə 10000, ya da 11000 manat vermişdir. Elxanla əvvəlcədən razılaşmışlar ki, avtomobilə görə etibarnamə almayacaq, avtomobili satan şəxslə özü danışsın, yoxsa avtomobil onlara lazım deyilDövran ona 1000 manat pul vermiş, 1000 manat Dövrana çatmışdır, 1500 manata da Elxana çatmışdır. Elxan üçün avtomobili Natiq tapmış, Natiqin onların işindən xəbəri olmamış, yəni avtomobilin ban nömrəsini dəyişdirib satacaqlarım bilməmişdir. Elxan bildiyinə görə avtomobili idarə edən şəxsdən Yasamal rayonundakı ofisinin qarşısında təhvil almış, həmin şəxs avtomobilin nömrəsini “meyvəli”-də sənədləşdirməklə özünə götürmüş, başqa qeydiyyat nişanını avtomobilə qoymuşdur. Avtomobili Dövran aparıb Anara verməli imiş. Razılaşdıqları kimi o, yararsız buraxılış ili eyni olan “Toyota Prado” markalı avtomobil tapmalı imiş. O, da, bu barədə tanışı avtomobil ticarəti, əsasən yararsız və əzilmiş avtomobillərin satışı ilə məşğul olan İlham Mustafayevə demiş, ondan onun üçün yararsız “Toyota Prado” markalı avtomobil tapmasını xahiş etmişdir ki, yararsız avtomobilin qeydiyyat nişanını və şassi nömrəsini daxili kreditdə olan “Toyota Prado” markalı avtomobilə qoymaq istəyir. İlham ona demişdir ki, Mingəçevir şəhərində avtoqəzada yanmış “Toyota Prado” markalı avtomobili alıb kənd Əhmədlidəki evinin həyətindədir, satır. O, ona yalnız avtomobilin qeydiyyat şəhadətnaməsi, şassi və ban nömrəsi və qeydiyyat nişanlarının lazım olduğunu demiş, İlham 4000 manata ona sata biləcəyini bildirmiş, o, Dövrana bu barədə deyərək Dövranla birlikdə İlhamın həyətinə getmişdir. Avtomobil yanaraq yararsız vəziyyətdə olduğunu görmüş, İlhamıa 3000 manata razılaşmış, 1000 manat ona çatmışdır. İlhamdan avtomobilin qeydiyyat nişanını, avtomobilin qeydiyyat şəhadətnaməsini almış, Dövran onun yanında avtomobilin ban və şassi nömrəsini kəsib götürmüş, həmçinin İlhamla razılaşmışlar ki, lazım gəlsə mühərriki dəyişərlər. İlhama ban və şassi nömrəsini salamat avtomobilə qoyduqdan sonra dediyi şəxsin adına etibarnamə verəcəyini bildirmiş, İlham da razılaşmışdır. Bundan əvvəl isə Dövran Anardan yanmış avtomobilin sənədini, şassi və ban nömrəsini almaq üçün bildiyinə görə 5500-6000 manat almışdır. Dövran bu cür avtomobillərin ban və şassi nömrəsini Mingəçevir şəhərində avtomobil alverçisi Nofələ dəyişditirmişdir. Dövran ya Göyçay ya da Mingəçevir şəhərində yanmış Prado markalı avtomobilin ban və şassi nömrəsini “Okean” avtosalonuna məxsus avtomobilə qoymuş, ynmış avtomobilin nömrəsi ** RP *** imiş. Anar özü isə yanmış avtomobilin mühərrikin blokunu çıxarıb saz vəziyyətdə olan avtomobilə Dövranla birlikdə Bakıda Keşlə qəsəbəsində qoydurmuş, İlhama zəng vurub yanmış avtomobilin nömrəsinə görə Dövranın dediyi şəxsə Anara etibarnamə verməsini demişdir. İlham da, 2019-cu ilin avqust ayının ortalarında Anara Nizami rayonu ərazisindəki 15 saylı notariat ofisində etibarnamə vermis, Dövran, Anar və İlham notariat ofisində görüşmüş, o, özü orada iştirak etməmiş, lakin Anarla, Dövran və İlhamla həmin tarixdə və ondan əvvəl də, mütamadi danışmışlar. Anar sonradan avtomobili baha qiymətə satmışdır. “Okean” avtosalona məxsus avtomobili aldıqdan təxminən 15-20 gün sonra yanmış avtomobilin nömrələri həmin avtomobilə qoyulub satılmışdır. Dövran avtomobili düzətdikdən sonra 2019-cu ilin avqust ayının əvvəllərində Yevlax rayonunda və Bakı şəhərində radara düşmüşdür. Dövran avtomobilin ban nömrəsini dəyişdikdən sonra onunla birlikdə avtomobili Keşlə qəsəbəsində parkın yanında Anara vermis, Anar təxminən 2500-2700 manat Dövrana avtomobilə görə borclu qalmış, bir neçə gündən sonra Anar ona zəng vurub avtomobilin mühərrikinin xarab olduğunu dediyi üçün Dövran Anara yanmış avtomobilin mühərrikini vermiş, Anar da avtomobilə qoymuş, saz vəziyyətdə olan “Prado” markalı avtomobilin mühərrikini isə X14 vermişdir. Bundan sonra Dövranın xahişi ilə İlham Anarın adına 15 saylı notariat ofisində etibarnamə vermişdir. Anar avtomobilə görə 22000-23000 manat pul xərcləmiş, lakin avtomobili sonradan baha qiymətə satmışdır. Anar özü isə yanmış avtomobilin mühərrikin blokunu çıxarıb saz vəziyyətdə olan avtomobilə Dövranla birlikdə Bakıda Keşlə qəsəbəsində qoydurmuşdur. 2020-ci ilin yaz aylarında Anar ona zəng vurub onu avtomobillə bağlı X21 çağırdıqlarını, orada avtomobili kimdən aldığını soruşsalar, nə deməsini soruşmuş, o da ona yalandan Pərviz adlı şəxsdən almasını deməsini demişdir. Həmin Pərviz adlı maşın alverçisini o, tanımış, onun şəxsiyyətini polisin müəyyənləşdirə bilməyəcəyini düşünmüşdür. Avtomobilin orta bazar qiyməti təxminən 35000-38000 manat olmuşdur. Hazırda zərərçəkmiş şəxsə dəymiş 40000 manat ziyanın 20000 manat hissəsini o, ödəmiş, yerdə qalan 20000 manat hissəni isə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 10000- 10000 manat olmaqla ödəmişdir. Törətmiş olduğu əməldən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, ilk dəfə cinayət əməli törətməsini nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 2019-cu ilin yay aylarında avtomobil alqısatqısı ilə məşğul olan əslən Zərdab rayonundan olan tanıdığı Kəramət ona zəng vurub kreditdə olan “Toyota Prado” markalı avtomobil olduğunu, avtomobilin ban nörməsini dəyişib ucuz almağın mümkün olduğunu demiş, o da Kəramətə demişdir ki, ucuz başa gəlsə o, pul verər. Bundan əvvəl də, Kəramətlə dəfələrlə avtomobil alıb-satmışlar. O, Kəramətə demişdir ki, ondan başqa yararsız “Toyota Prado” markalı avtomobili tapıb, ban nömrəsini və qeydiyyat nişanlarını kreditdə olan avtomobilə qoysun. Kəramət də, yararsız avtomobili tapmağı öz öhdəsinə götürmüş, Kəramətin tapdığı saz vəziyyətdə olan “Prado” markalı avtomobilin kimə məxsus olduğunu bilməmiş, ancaq bankın mülkiyyətində olduğunu bilmiş, buna görə də ban nömrəsini dəyişdirmək istəyirmişlər ki, bank avtomobili tapa bilməsin. Dövran Məmmədov həmin maşınla bağlı ona zəng vurub avtomobilin ban nömrəsini dəyişəcəyini öz öhdəsinə götürmüş, ondan avtomobilə görə təxminən 20000 manatdan artıq pul almışdır. Dövran kreditdə olan Prado markalı avtomobili ona göstərmiş, avtomobil ağ rəngli, 2012-ci il buraxlışlı olmuşdur. Həmin ərəfədə Kəramət tanıdığı İlhamdan yararsız 2012-ci il buraxlışlı ağ rəngli Prado markalı avtomobilin ban nömrəsini və sənədini almış, lakin o, Kəramətin yanmış avtomobili tanıdığı İlhamdan aldığını bilməmiş, Dövran həmin yanmış avtomobilin ban nömrəsini kreditdə olan avtomobilə qoymuşdur. Lakin harada qoyduğunu bilmir. Dövran Kəramətlə birlikdə avtomobili Keşlə qəsəbəsində ona vermişdir. Bir neçə gündən sonra da, Dövran 15 saylı notariat ofisində onun adına yanmış avtomobilin sənədi əsasında etibarnamə vermiş, avtomobilin mühərriki nasaz olduğundan Dövran ona yanmış avtomobilin mühərrikini vermiş, nasaz mühərriki aparmışdır. O da Koroğlu metrosunun yaxınlığında avtomobil təmiri sexində avtomobilin mühərrikini dəyişmiş, İmişli rayon sakininə satmışdır. O, ilk dəfə polisə çağırılanda Kəramətə zəng vurub demişdir ki, onu polisə çağırırlar. Kəramət də, ona məsləhət görmüşdür ki, izahatında göstərsin ki, avtomobili guya Pərviz adlı alverçidən almışdır. Ona görə də, izahat və ifadələrində göstərmişdir ki, avtomobili guya Pərvizdən almışdır. Sonradan bilmişdir ki, avtomobil “Okean” avtosalonuna məxsusdur. Kəramət və Dövran da bu işdə pul qazanmışlar. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyandan 10000 manat hissəsini o ödəmişdir. Törətmiş olduğu əməldən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, himayəsində 2 azyaşlı uşağının olmasını, xəstəlikdən əziyyət çəkməsini nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs3 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, təxminən 2019-cu ilin iyul ayında Natiq ona zəng vuraraq bildirmişdir ki, “Okean” avtosalonuna məxsus “Toyota Prado” markalı avtomobili daxili kreditlə alan müştəri aylıq ödənişlərini verə bilmədiyi üçün satır, ondan müştəri tapmasını xahiş etmiş, Natiqin dediyinə görə avtomobil avtosalonun mülkiyyətində olmuş, daxili kreditlə alan şəxs yalnız idarə etmək üçün etibarnaməsi olmuş, avtomobili alsalar, əgər avtosalondan etibarnamə almalıdır və müqavilə bağlanmalıdır. O, da, Təqsirləndirilən şəxs1 zəng vurub bu barədə demiş, Kəramətlə avtomobili onun alması, ban nömrəsini və qeydiyyat nişanlarını dəyişib satması barədə razılığa gəlmişlər. Bunun üçün onlar avtomobili aldıqdan sonra etibarnamə almalı deyilmişlər. Kəramət avtomobili tanışı Dövranla birlikdə alacağını, ban nömrəsini dəyişib satacağını bildirmiş, həmin tarixdə axşam saatlarında Xalqlar metrosunun yaxınlığındakı parkda o Kəramət və Dövranla birlikdə avtomobilə baxmışdır. Natiqə demişdir ki, yanında olmasın, Kəramətlə söhbətdə iştirak etməsin. Kəramət ona 11500 manat pul vermiş, avtomobili Dövran götürmüş, o da sabahsı gün 10000 manat pulu Amidin iştirakı ilə Yasamal rayonunda avtomobili kreditlə alan müştəri, yəni sonradan adını bildiyi Vəfadara ofisində vermişdir. Ona cəmi 1000 manat qalmışdır. 500 manat pulu da Natiq və Amidə vermişdir. Kəramət əvvəlcədən ona demişdir ki, avtomobilə görə adına etibarnamə almayacaq və müqavilə bağlamayacaq, o da razılaşmışdır. Avtomobilin sahibi ilə elə razılaşmışlar ki, avtomobili alan müştəri aylıq ödənişləri verəcək və “Okean” avtosalonuna gedib adına etibarnamə alacaq və müqavilə bağlayacaqdır. Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” deyilən yerdə BDYPİ-nin Qeydiyyat İmtahan idarəsində avtomobilin qeydiyyat nişanlarını avtomobilin sahibinin oğlu özünə götürmüş, avtomobilin üstündə başqa qeydiyyat nişanları bağlanmışdır. O, avtomobilin sahibinə və oğluna avtosalonun rəhbərini tanıdığını, avtomobilə görə oradan etibarnamə alacağını demişdir. X8 gətirmiş və oradan aparmışdır. X11 avtomobilin ban nömrəsini və qeydiyyat nişanlarını dəyişdirib satmışlar. Onlar İlham adlı şəxsdən yanmış “Toyota Prado” markalı avtomobilin ban nömrəsini və qeydiyyat nişanlarını alıb onun onlara verdiyi avtomobilə qoyub satmışlar. O, həmin prosesdə iştirak etməmişdir. Doğrudur, o, bilirmiş ki, onlar avtomobili yoxa çıxarıb, başqa nömrə altında satarlar, onun qazancı yalnız 1000 manat imiş. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyandan 10000 manat hissəsini o ödəmişdir. Törətmiş olduğu əməldən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, təsisçisi olduğu "xxxx" MMC 2011-ci ildən fəaliyyət göstərir. ** TT *** dövlət nömrə nişanlı, “Toyota Prado” markalı avtomobili onun adına olmuş, 10 may 2019-cu il tarixdə daxili kreditlə Şahid2 satılmış, Vəfadar ilkin olaraq 11000 manat ödəniş etmiş, daha sonra isə hər ay aylıq ödəniş etməli imiş. Aradan 2 ay keçdikdən sonra Vəfadar avtomobili Elxan adlı şəxsə satmış, Elxan Vəfadara bildirmişdir ki, guya onu tanıyır, avtosalona gedib müqaviləni rəsmiləşdirəcək, lakin Elxan avtosalona gəlməmişdir. Vəfadar avtomobilin ** TT *** nömrəsini özünə götürüb, avtomobilə ** TH *** qeydiyyat nişanını almışdır. Vəfadar avtomobilin nömrə nişanlarını MMC-nin direktoru Səbuhi Məmmədovun iştirakı ilə etmişdir. Çünki, Vəfadara avtomobil daxili kreditlə satılmış, ona avtomobilə dair sərəncamvermə hüququ verilməmiş, avtomobilin orta bazar qiyməti 40000 manat olmuş, kreditlə satışı isə baha olmuşdur. Həmin avtomobili Elxan tanımadığı şəxsə vermişdir. O, Elxanı görməmiş və tanımır. Avtomobil yoxa çıxdıqdan sonra o, öyrənmişdir ki, Mingəçevir şəhərində “Toyota Prado” markalı, ** RP *** dövlət nömrə nişanlı avtomobil yanmış və avtomobilin buraxılış ili ona məxsus avtomobilin buraxılış ili ilə eynidir və hər ikisinin rəngi ağdır. O, yanmış avtomobilin sahibi ilə əlaqə saxlayanda həmin şəxs demişdir ki, yanmış avtomobili satmış, o öyrənmişdir ki, avtomobili ** RP *** qeydiyyat nişanı ilə İmişli rayonu ərazisində idarə edilir. İmişli Rayon Polis Şöbəsinə bu barədə ərizə vermis, avtomobil duracağa gətirilmiş, Təqsirləndirilən şəxs2 adlı şəxs tərəfindən Rasim adlı şəxsə satılmışdır. İmişli Rayon Polis Şöbəsində ** RP *** qeydiyyat nişanlı avtomobili görən kimi ona bəlli olmuşdur ki, avtomobil ona məxsusdur, yalnız qeydiyyat nişanları, ramada şassi nömrəsi, sürücü tərəfdəki qapıda bilka nömrəsi və bəzi xırda dəyişiklər olmuşdur. Halbuki, ** RP *** qeydiyyat nişanlı avtomobil Mingəçevir şəhərində yanaraq tam yararsız vəziyyətə düşmüşdür və həmin avtomobilin yanmış vəziyyətdə olan şəkilləri onda var. Lakin İmişli Rayon Polis Şöbəsində avtomobili ona verməmiş, ona məxsus olan avtomobildə saxtakarlıqların edilməsini ekspertiza və “Bakı Toyota Mərkəzi”-nin rəyi ilə tam təsdiq olunmuşdur. İndiyədək də, avtomobilim ona qaytarılmamışdır. Yanmış avtomobili Ağdam rayonunda İlham adlı şəxs satın alıb etibarnamə ilə 18 avqust 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 satmışdır. İlham avtomobili yanmış vəziyyətdə satdığını, Anar isə avtomobili salamat vəziyyətdə aldığını bildirmişdir. X27 birbaşa deyil, avtomobil alverçiləri vasitəsilə satmışdır. Ola bilsin ki, ortada vasitəçilik edən şəxslər İlhamdan avtomobili əvvəlcədən alıb qeydiyyat nişanlarını ona məxsus olan avtomobilə qoymuşlar. Ona məxsus olan avtomobilin üzərində qeyd olunan dəyşikliklərin edilməsi üçün bir neçə saat vaxt lazım olardı. Hazırda ona dəymiş 40000 manat ziyan ödənilmişdir, maşın onda qalsa idi, o, bu müddət ərzində əlavə qazanc götürə bilərdi. Lakin təqsirləndirilən şəxslər tərəfindən ona əldən çıxmış fayda ödənilməmişdir. Bu səbəbdən təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, onun 2009-cu il buraxılışlı «Hyundai Santafe» markalı, ** BF *** nömrəli avtomobili oğlu X10 adına olmuş, baş etibarnamə əsasında o, idarə etmişdir. 2019-cu ilin oktyabr ayında o, həmin avtomobili satıb nisbətən yeni buraxılışlı və yeni model avtomobil almaq istəmiş, bu məqsədlə o, və oğlu «Turbo.az» saytında axtarış etmiş, Həmin vaxtı satışa elanı verilmiş 2012-ci il buraxılışlı «Toyota Prado» markalı, ** RP *** nömrəli avtomobili bəyənmiş və onun sahibi olan əvvəllər tanımadığı, adını sonradan bildiyi Təqsirləndirilən şəxs2la zəngləşib Bakı şəhərində görüşərək avtomobilə baxıb onu bəyənmişdir. Maşın ağ mirvari rəngli olmuşdur. O, əvvəldən Anarla avtomobilləri barter yolu ilə alıb-satmağı razılaşmış, öz «Hyundai Santafe» markalı avtomobilinin dəyərini təxminən 22000 manat civarmda hesablamış, Anar da öz avtomobilinə 42000 manat qiymət qoymuş və onun avtomobilinin üstündə 11000 ABŞ dolları pul istəmişdir. O razılaşmış, Anar oğluna etibarnamə vermiş və o, da ona 11000 ABŞ dollarını və öz avtomobilni təhvil vermiş, həmçinin öz avtomobilinə dair də Anara etibarnamə vermişdir. Bundan bir gün sonra o, İmişli rayonu Qeydiyyat İdarəsində avtomobili öz adına keçirərək qeydiyyat şəhadətnaməsi almışdır. O, həmin avtomobili 6 aydan artıq müddətə idarə etmiş və heç bir problem çıxmamışdır. 2020-ci ilin aprel ayında ona bir nəfər Elxan adında şəxs zəng vurub demişdir ki, onun Anardan aldığı «Toyota Prado» markalı avtomobilin ona məxsus olması barədə şübhələri var və bu səbəbdən də onunla görüşmək istəyir. O, onunla görüşməyəcəyini demiş, pulu verib avtomobili aldığını bildirmiş, nəsə narazılığı varsa və avtomobilə baxmaq istəyirsə, polisə müraciət etməsini tövsiyə etmişdir. Sonra Elxanın müraciəti ilə bağlı onu İmişli polisinə çağırmış, orada avtomobilə baxış keçirmişlər. Elxan orada deyirmiş ki, avtomobilin oturacaqları və digər aksesuarları onun avtomobilini xatırladır, bu səbəbdən də hesab edir ki, bu avtomobil ona məxsusdur. Onun avtomobili bir müddət İmişli polisində qalmış, sonra isə araşdırma başa çatmış və ona hər hansı cinayət faktı müəyyən edilmədiyi deyilmişdir. Avtomobili ona qaytarmış, lakin ona avtomobilin ban nömrəsində zədə olduğunu, ona görə də ekspertiza olmalı olduğunu demişdir. O da aidiyyəti üzrə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etmiş və oradan ona maşında bir problem olmaması deyilmiş, onun əsasında da maşının qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmışdır. 2020-ci ilin may ayında tanışı Qəhrəmanın vasitəsilə avtomobili Elnur adlı şəxsə satmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 2018-ci ildə avtomobil icarəsi ilə məşğul olmağa başlamış, 2019-ci ilin yaz aylarında Amid Rüstəmovla birlikdə Nizami rayonu ərazisində Heydər Əliyev parkın yaxınlığında ofis icarəyə götürmüş, 2-3 ay birlikdə işləmişlər. Həmin ərəfələrdə dostu Şahid2 “Okean” avtosalonundan “Toyota Prado” markalı avtomobillə daxili kreditlə almış, lakin maddi ehtiyacı olduğuna görə satmaq istəyirmiş. O da bu barədə Amidə avtomobili satmasını demişdir. Amidin Natiq adlı dostu olmuş, Vəfadar avtomobili ofisə gətirmiş, Amid Natiqə avtomobil üçün alıcı tapmasını demişdir. Vəfadar ilk olaraq avtomobili 15000 manata satdığını demiş, alıcını Natiq və Elxan tapmış, müştərini o görməmişdir. Natiq müştərinin şəxsiyyət vəsiqəsini şəklini Vəfadara göndərmişdir ki, vəsiqədəki şəxsin adına avtomobilə dair avtosalonda etibarnamə versin. Avtosalonda Vəfadara demişlər ki, avtomobili addan ada keçirmək üçün 500 manat pul lazımdır, 500 manat pulu alıcı ödəməlidir, Elxan ya da Natiq demişdir ki, avtosalonun sahibini tanıyır, onunla 200 manata məsələni həll edəcəkdir. O, Amid və Elxanla birlikdə Vəfadarın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxınlığındakı ofisinə gedərək beh kimi Amid Vəfadara 5000 manat pul vermiş, qalan pulu da avtomobili sənədləşdirəndən sonra verəcəyini bildirmişdir. Avtomobili 11000 manata satmağa Vəfadar razılaşmış, bundan sonra onların söhbətlərində iştirak etməmişdir. X1 Prado markalı avtomobilə əyləşib “Okean” avtosalonuna getmişlər ki, sənədləşmə işini danışsınlar, o da, Elxanın avtomobilini sürüb Amidlə birlikdə işlətdiyi ofisə gəlmişlər. Bundan sonra onların söhbətlərində iştirak etməmişdir. Razılaşmaya görə avtomobil sənədləşməyə qədər Elxanda qalmalı imiş. Bundan sonra Vəfadar bir neçə dəfə ona zəng vurub Amid və Elxanın avtomobilin qalan pullarını vermədiklərini bildirmiş, o da hər dəfə Elxanla Vəfadarın qalan pulunu verməsini danışmışdır. Elxan isə müştərinin pulu yubatdığını demişdir. Vəfadarla bu işə görə münasibəti pisləşmiş, Amidlə yola getmədikləri üçün ayrılmışlar. Vəfadarın avtomobili üçün müştərini Elxan, Amid və Natiq tapmışlar. Elxanın dediyinə görə müştərini Natiq tapmışdır. Vəfadarın avtomobilini alan şəxsi tanımır. O, bu işlə maraqlanmadığı üçün avtomobili alan şəxsin həmin avtomobili adına sənədləşdirib- sənədləşdirməməsindən məlumatı yoxdur. Amidin hazırda həbsdə olduğunu eşitmişdir. O, İlham Mustafayev, Pərviz Mayılov və Təqsirləndirilən şəxs2 adlı avtomobil alverçilərini tanımır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər avtomobil alqı-satqısında vasitəçilik işi ilə məşğul olmuşdur. Hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən X12 ilə əvvəllər avtomobil icarəsi ilə məşğul olmuşlar.2019-cu ilin yay aylarında Amid ona demişdir ki, tanışı “Toyota Prado” markalı 99- TT-994 dövlət qeydiyyat nişanlı avtomobili satmaq istəyir, ondan xahiş etmişdir ki, müştəri tapsın. Avtomobil “Okean” avtosalonuna məxsus olmuş və daxili kreditlə satılırmış. X15 metrosunun yaxınlığındakı ofisinin qarşısına gətirilmişdir.O, bu barədə avtomobil alqı-satqısmda vasitəçilik edən Təqsirləndirilən şəxs3 zəng vurub demişdir. Elxan avtomobilə baxdıqdan sonra müştəri tapacağını demişdir.Sabahsı gün Elxan ona zəng vurub demişdir ki, İmişli rayonundan müştəri gəlib avtomobilə baxacaqdır. Avtomobil alqı-satqısı ilə məşğul olan İsrafil avtomobil sahibinə zəng vurub avtomobili Amidin ofisinin qarşısına gətirməsini demişdir. Elxan ona demişdir ki, avtomobili müştəriyə göstərərkən orada görünməsin, Elxan yanında dörd nəfərlə Xalqlar metrosunun yaxınlığında parkın yanında avtomobilə baxmışlar. O, həmin vaxt fikirləşmişdir ki, alqısatqıda Elxan birdən onu aldadar, ona görə də, oraya yaxınlaşmış, avtomobilə baxan şəxslərdən birini tanımış, həmin şəxs əslən Zərdab rayonundan olan Kəramət olmuşdur.Kəramətin yanında hündürboylu şəxs var imiş. Elxan həmin axşam müştəridən pul alıb Amidə vermişdir.Amid də pulu avtomobilin sahibinə vermişdir. Elxan ona və Amidə cəmi 300 manat vermişdir.Bir neçə gündən sonra İsrafil ona zəng vurub demişdir ki, avtomobilin sahibi müştəriyə etibarnamə verməlidir, müştəri gəlib çıxmır, o, da, İsrafilə demişdir ki, müştərini Elxan tanıyır, Elxanla danışsın. Elxanın nömrəsini İsrafilə vermişdir.Bir neçə gün keçdikdən sonra o, Elxanla görüşmüş və Elxana demişdir ki, İsrafil avtomobilə görə etibarnamə vermək istəyir, niyə görə müştəri sənədini vermir ki, etibarnamə verilsin. Elxan da ona demişdir ki, avtomobili İmişlidən olan Pərvizə vermiş, Pərvizlə danışacaq ki, İsrafillə məsələni həll edər.Təxminən 5-6 ay əvvəl təsadüfən zəng vurub H.Aslanov metrosunun yaxınlığında çayxanada görüşmüşlər, söhbət zamanı ona demişdir ki, “xəbərin olduda başıma nə gəldi, Prado söhbətinin zibili çıxdı”, Pradonu satdığı adamlar nömrəsini dəyişib satmışlar. X9 almış və nömrəni Kəramət dəyişmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 10 may 2019-cu il tarixdə Babək prospektində yerləşən «Okean» avtosalondan daxili kredit yolu ilə «Toyota Prado» markalı avtomobil almışdır. Həmin avtomobilə görə ilkin ödəniş olaraq 15000 manat pul ödəmişdir. Daha sonra 36 ay müddətinə hər ay 1200 manat pul ödəməli imiş. Onunla «Okean» avtosalonun müdiri arasında müqavilə bağlanmışdır. Daha sonra avtomobilə onun özünə məxsus ** TT *** nömrəsini rəsmiləşdirmiş və o, avtomobili təhvil almışdır. Avtomobili oğlu İsmayıl idarə edirmiş. O, həmin avtomobilə görə avtosalona bir ay 1200 manat ödəniş etmişdir. Sonra avtomobilin təmirə ehtiyacı olduğundan və oğlunun təhsil xərci olduğundan avtomobili satmaq istəmişdir. O, ilk olaraq «Okean» avtosalonunun adını xatırlamadığı işçisinə təklif etmişdir ki, maşını satmaq istəyir, özləri geri ala bilərlər. Lakin onlar istəməmişlər. Sonra o, maşına müştəri axtarmağa başlamışdır. O, bu barədə sinif yoldaşı İsrafilə demişdir. İsrafil də avtomobil üçün Elxan adlı müştəri tapmışdır. Elxanla ilk olaraq onun ünvan 8 ünvanda olan ofisində görüşmüşlər. Elxana avtomobili 11000 manata satmağa razılaşmışdır. Hətta həmin vaxtı oğlu İsmayıl «Okean» avtosalonun hüquqşünası Ziyaya zəng edib avtomobili Elxana satdıqlarını demiş, Ziya da demişdir ki, o, Elxanı tanıyır, heç bir problem yoxdur. Elxan ona ilk olaraq 5000 manat pul vermişdir. Elxan demişdir ki, artıq behi verdiyi üçün maşını götürüb özünə məxsus bir yerə aparıb qoymalıdır, qalan 6000 manatı isə qısa müddətə verəcək. O, razılaşmışdır və maşının açarını sinif yoldaşı İsrafilə vermişdir. İsrafil ofisinin qarşısından avtomobili götürüb Elxanla birlikdə aparmışdır. Onun maşım konkret harada saxladığını bilmir. Lakin Elxan söz verdiyi müddətdə qalan 6000 manatı verməmişdir. Təxminən 10 gün sonra Elxan oğlu ilə görüşüb ona 5000 manat da pul vermişdir. Sonra oğlu İsmayıl, Elxan və «Okean» avtosalonun işçisi birlikdə «Meyvəli» ticarət mərkəzinin yanında olan qeydiyyat idarəsinə getmişlər. Orada avtomaşından ona məxsus ** TT *** nömrəsi götürülmüş və maşına ** TH *** nömrəsi verilmişdir. Sonra Elxan oğluna demişdir ki, b «Okean» avtosalonda ona gözləsin, o, gəlib müqaviləni öz adma dəyişdirəcək. Avtomobil Elxanda qalmış, «Okean» avtosalonun işçisi də qeydiyyat yerində qalmışdır. Oğlu da oradan təklikdə «Okean» avtosalona gəlib gözləməyə başlamışdır. Lakin Elxan avtosalona gəlməmişdir. Oğlu bundan sonra avtosalonun hüquqşünası Ziyaya zəng vurmuşdur ki, Elxan gəlməyib. Ziya da ona demişdir ki, narahat olma, onlar Elxanı tanıyır, heç bir problem yoxdur. Daha sonra o, daha həmin maşınla və Elxanla maraqlanmamışdır. Bir neçə ay sonra «Okean» avtosalondan oğluna zəng edilib deyilmişdir ki, həmin avtomobilin krediti ödənilmir. Sonra oğlum Elxana zəng vursa da onu tapa bilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, onun “Toyota Prado” markalı, ** RP *** dövlət nömrə nişanlı ağ rəngli 2012-ci il buraxlışlı avtomobili var imiş. Avtomobil adma olmuşdur. 11 fevral 2019-cu il tarixdə qızının yaşadığı Mingəçevir şəhərinə getmişdir. Oradan axşam saatlarında geri qayıdanda avtomobilin təkəri çuxura düşəndə mühərrikdə alışma baş vermişdir. Mühərrik hissəsindən tüstü çıxdığı üçün avtomobili mühərrikini söndürmüş və avtomobildən düşmüşdür. Avtomobil alışmaya başlamışdır. Avtomobildə olan yanğın söndürən balonla avtomobili söndürməyə başlamışdır. Lakin balon kifayət etməmişdir. Avtomobilin salonu tam yanmışdır. Bayırın isə bəzi hissələri yanmışdır. Oraya yanğın söndürmə avtomobilləri gələndə o, artıq avtomobili söndürmüşdür. Avtomobilin mühərriki işlək imiş. Avtomobilin təkərləri yanmışdır. Bu barədə Mingəçevir RPŞ-nin DYPB-nin inspektorları tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuş və avtomobilin şəkilləri çəkilmişdir Avtomobili Mingəçevir şəhərində tanışının avtomobil sexində qoymuşdur ki, satsın. O, avtomobili turbo.az saytında satışa çıxarmışdır. 2019-cu ilin təxminən yaz aylarında Bakıdan iki nəfər adlarını bilmədiyi şəxslər evinə gəlmişlər və avtomobili almaq istədiklərini bildirmişlər. Bəlkə də, yay ayları olarmış, ancaq xatırlamır. Həmin şəxslər avtomobilə baxmışlar. Avtomobili təxminən 11000 manata satmağa razılaşmışdır. Ağdam rayonu, Quzanlı qəsəbəsində notariat ofisində tanımadığı şəxsə avtomobili baş etibarnamə ilə satmışdır. Həmin şəxsin adını bilmir. Avtomobili almağa gələn şəxslər orta yaşlarında olarmış. Adlarını xatırlamır. Yəqin ki, adma etibarnamə verdiyi şəxs haqqında məlumatları notarial ofisindən götürmək olar. O, avtomobili yanmış vəziyyətdə satmış, heç bir təmir işləri aparmamışdır. Avtomobili dəqiq nə vaxt satdığı yaddında deyil. Bircə o yaddındadır ki, həmin şəxslər ona Bakıda yaşadıqlarını bildirmişlər. Avtomobili satdığı şəxsləri görsə tanıya bilər. Avtomobilin sonrakı taleyi barədə onun məlumatı yoxdur. O, avtomobillə bağlı Bakı şəhərində olmamış və Bakı şəhərində notariat ofislərində qeyd olunan avtomobillə bağlı etibarnamə verməmişdir. O, İlham Mustafayev, Faiq Muradov və Elşən adlı şəxsləri tanımır. Ondan avtomobili alan şəxslərin adlarını bilmir. Onun istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəni uzun illərdir ki, istifadə edir. ***-***-**-** saylı mobil nömrə oğlu Elşənin istifadəsindədir. Həmin şəxslər deyəsən oğlu Elşənə zəng vurub danışmışlar. Çünki, Elşən avtomobili turbo.az saytına yerləşdirmiş və mobil nömrəsini qoymuşdur. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 09 iyul 2020-ci il tarixli, 3/680 saylı rəyindən görünür ki, təqdim edilmiş “Toyota Prado” markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilin “JTEBX3FJ70K102076” ban nömrəsini bildirən hərf və rəqəmlər zavod üsulu ilə həkk edilmişdir. Lakin ban nömrəsi həkk olunmuş metal lövhənin vizual baxış zamanı bir hissəsində aşkar edilmiş qaynaq izi həmin ban nömrənin dəyişdirilməsinə və ya təmir işlərinin aparılmasına dəlalət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə cəzanın, Təqsirləndirilən şəxs1 isə cərimə növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxslərə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarına əlavə edilmiş DİN-in BƏSİİ-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət əməli törtəməsini, törətdiyi əməli etiraf edərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın yarısını, yəni 20000 manat hissəsini ödəməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan AZE18195592 və AZE18195584 seriyalı şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2014-cü il təvəllüdlü X13 adında və xx.xx.2015-ci il təvəllüdlü X18 adında uşaqları vardır. İş materiallarına əlavə edilmiş DİN-in BƏSİİ-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib, 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarının 2.5-ci bəndinə əsasən azad edilmişdir. CM-nin 18.4.3-cü maddəsinə əsasən ödənilmiş və götürülmüş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk törətdiyi əməli etiraf edərək əməlindən peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını, “şizofreniya” xəstəliyindən əziyyət çəkməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın 10000 manat hissəsini ödəməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarına əlavə edilmiş DİN-in BƏSİİ-nin xx.xx.2023-cü il tarixli arayışından və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 oğlunun Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ev dustaqlığında saxlanıldığı 03 ay 05 gün müddət ona təyin olunmuş cəzadan çıxılmış, üzərində qəti olaraq 01 il 11 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs3 hazırkı iş üzrə nəzərdə tutulan əməli əvvəlki hökm olan Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü çıxarılmazdan əvvəl törətdiyindən, ona CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməli, bununla da, həmin maddəyə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs3 müvafiq müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Həmçinin Bakı şəhəri Probasiya İdarəsinin 06 fevral 2024-cü il tarixli, 21-1/3-2307- 22 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixdə probasiya şöbəsində qeydiyyata alınmış, həmin tarixdə ona elektron nəzarət vasitəsi tətbiq edilmiş, hazırki cinayət işi üzrə həbsdə olduğu 18 gün müddət nəzərə alınmaqla, cəzasının sonu xx.xx.2024-cü il tarixə hesablanmışdır. Beləliklə, Təqsirləndirilən şəxs3 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə ev dustaqlığında olduğu müddətdə Bakı şəhəri Probasiya İdarəsinin qeydiyyatında çıxarılmamış, eyni zamanda həm ev dustaqlığı qətimkan tədbinin müddətinin axımı, həm də azadlığın məhdudlaşdırılması cəzasının müddətinin axımı getmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 CM-nin 66.5-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilərkən CM-nin 66.5-ci maddəsinin sonuncu cümləsi ilə müəyyən edilmiş müddəaya uyğun oğlaraq onun hər iki cinayət işi üzrə həbsdə və ev dustaqlığında qaldığı müddət cəzasına hesablanmalı, həmin müddətlə yanaşı həmçinin ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzasının çəkilmiş 11 ay 11 gün müddəti də (şübhəli şəxs qismində xx.xx.2023xx.xx.2023-cü il tarixlərində tutulduğu 02 gün müddət çıxılmaqla xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət) cəzasına hesablanmalı, hazırda ayağında elektron nəzarət vasitəsinin olması nəzərə alınmalı, bununla əlaqədar cəzasının əvvəli hökm çıxarıldığı hazırki vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi əməli etiraf edərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın 10000 manat hissəsini ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 09 yanvar 2023-cü il tarixdə, saat 18:00-da şübhəli şəxs qismində tutulmuş, 11 yanvar 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, o ibtidai istintaq dövründə 02 gün müddətinə tutulmuşdur. Təqsirləndirilən şəxs2 28 yanvar 2023-cü il tarixdə, saat 13:05-də axtarışda olan şəxs kimi tutulmuş, 30 yanvar 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə də barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə 26 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasında imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Həmin tarixdə də barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə, o ibtidai istintaq dövründə 24 gün müddətinə tutulmuşdur. Həmçinin, məhkəmə istintaqı zamanı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-385/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 11 noyabr 2023-cü il tarixli, 3-16- 17/40/2-6223/2023 nömrəli məktubuna əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Nizami RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə, xx.xx.2024-cü il tarixdən hökm çıxarıldığı hazırki vaxtadək isə ev dustaqlığındadır. Təqsirləndirilən şəxs3 30 yanvar 2023-cü il tarixdə, saat 14:00-da axtarışda olan şəxs kimi tutulmuş, 01 fevral 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsində imtina edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə, saat 13:30-da Təqsirləndirilən şəxs3 axtarışda olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 01 ay 22 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə, xx.xx.2024-cü il tarixdən hökm çıxarıldığı hazırki vaxtadək isə ev dustaqlığındadır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış telefon danışıqlarına dair "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 08 ədəd CD disk və avtomobillə inzibati xəta törədilərkən videogörüntüsünə dair DİN-nin BDYPİ-dən daxil olmuş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən ibtidai istintaq zamanı tutulduğu iki gün müddət nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək, ona qəti olaraq 3500 (üç min beş yüz) manat məbləğində cərimə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 05 ay müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində 01 il 08 ay (bir il səkkiz ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il (üç il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 1(011)-69/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin edilmiş 03 il (üç il) müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs3 05 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 1(011)-69/2022 saylı hökmü ilə müəyyən edilmiş 03 ay 05 gün həbsdə saxlanılma müddəti, hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 11 ay 29 gün müddət, ümumilikdə 01 il 03 ay 04 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli 1(011)-69/2022 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 11 ay 11 gün hissəsi hazırkı hökmlə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası müddətinə hesablansın, üzərində qəti olaraq 01 il 06 ay 11 gün (bir il altı ay on bir gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 hazırda ayağında elektron nəzarət vasitəsinin olması nəzərə alınmaqla cəzaçəkmə müddətinin əvvəli hökm çıxarıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış telefon danışıqlarına dair "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 08 ədəd CD disk və avtomobillə inzibati xəta törədilərkən videogörüntüsünə dair DİN-nin BDYPİ-dən daxil olmuş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc-cəmi 120 (bir yüz iyirmi) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 390 (üç yüz doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 276 (iki yüz yetmiş altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs3 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 ödənilmək üçün 408 (dörd yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar