Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-10/2025 11.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçilər - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 oğlunun və Müdafiəçi1, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Xanmurad oğlunun iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1977-ci ildə Füzuli rayonu, Araz Dilağarda kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən 7 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə əməli Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsindən, həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilərək, cəzası 5 ilə endirilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmiş, Füzuli rayonu, Araz Dilağarda kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində məcburi köçkünlər üçün yataqxanada yaşayan, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair, təqsirləndirilən şəxs – xx.xx.1970-ci ildə Laçın rayonu, Budaxdərə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə əməli Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinə tövsif edilərək, cəzası 4 ilə endirilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmiş, Laçın rayonu, Budaqdərə kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, nömrəsiz evdə yaşayan, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, xx.xx.2024-cü il tarixdə tutulmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs1 iri buynuzlu heyvanlarını satmaq istəməsini öyrənib sonuncuya həmin heyvanların satışını həyata keçirib pulunu verəcəklərinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə edib bu adla qrup üzvü Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs1 18 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 92 ünvanında yerləşən anbarda ümumilikdə 19559 manat dəyərində 14 ədəd iri buynuzlu heyvanları alıb ələ keçirərək sonradan həmin heyvanları ayrı-ayrı şəxslərə ucuz qiymətə, ümumilikdə 16007 manat dəyərində satmaqla əldə etdikləri gəliri qrup üzvü Təqsirləndirilən şəxs2la öz aralarında bölüb Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs2 iri və xırda buynuzlu heyvanlarını satmaq istəməsini öyrənib sonuncuya həmin heyvanların satışını həyata keçirib pulunu verəcəklərinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə edib bu adla qrup üzvü Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs2 29 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 92 ünvanında yerləşən anbarda ümumilikdə 13700 manat dəyərində 7 ədəd iri buynuzlu, 9 ədəd xırda buynuzlu heyvanları alıb ələ keçirərək sonradan həmin heyvanları ayrı-ayrı şəxslərə ucuz qiymətə, ümumilikdə 8260 manat dəyərində satmaqla əldə etdikləri gəliri qrup üzvü Təqsirləndirilən şəxs2la öz aralarında bölməklə Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs1 iri buynuzlu heyvanlarını satmaq istəməsini öyrənib sonuncuya həmin heyvanların satışını həyata keçirib pulunu verəcəklərinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla qrup üzvü Taleh Şükürovla birlikdə Zərərçəkmiş şəxs1 18 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 92 ünvanında yerləşən anbarda ümumilikdə 19559 manat dəyərində 14 ədəd iri buynuzlu heyvanları alıb ələ keçirərək sonradan həmin heyvanları ayrı-ayrı şəxslərə ucuz qiymətə, ümumilikdə 16007 manat dəyərində satmaqla əldə etdikləri gəliri qrup üzvü Taleh Şükürovla öz aralarında bölüb Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs2 iri və xırda buynuzlu heyvanlarını satmaq istəməsini öyrənib sonuncuya həmin heyvanların satışını həyata keçirib pulunu verəcəklərinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla qrup üzvü Təqsirləndirilən şəxs1lə birlikdə Zərərçəkmiş şəxs2 29 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 92 ünvanında yerləşən anbarda ümumilikdə 13700 manat dəyərində 7 ədəd iri buynuzlu, 9 ədəd xırda buynuzlu heyvanları alıb ələ keçirərək sonradan həmin heyvanları ayrı-ayrı şəxslərə ucuz qiymətə, ümumilikdə 8260 manat dəyərində satmaqla əldə etdikləri gəliri qrup üzvü Təqsirləndirilən şəxs1lə öz aralarında bölməklə Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ilə birlikdə cəza çəkmişlər. X7 isə Namiqin tanışıdır. O, Çingizlə təxminən 3 ay əvvəl kafedə olan zaman tanış olmuşdur. Çingiz onun mal-heyvan alveri ilə məşğul olmasını bilib qudasının da bu işlə məşğul olduğunu bildirmiş və qudasının telefon nömrəsini vermişdir. Təxminən 3-4 gün sonra o, Nazxanıma zəng edərək danışmışdır. Birlikdə olan zaman hadisəni Namiqə danışmışdır. Təxminən 2023-cü ilin 15-16 avqust tarixində Namiqlə birlikdə taksi ilə Qazax rayonuna Nazxanımla görüşməyə getmişlər. Nazxanım onları Süleyman adlı bir şəxsin qəssabxanasına aparmışdır. Onlar inək ətini 9 manata, camış ətini 10 manata, camış balası ətini 11 manata, quzu ətini 16.50 manata, əti 150 kq-ə qədər heyvanı 13.50 manata, əti 150 kq-dan artıq heyvanı 13 manata, qoyun ətini 11 manata ala biləcəklərini bildirmiş və nə qədər çox heyvan olsa əlaqə saxlamasını demiş və nömrələrini vermişlər. Bundan sonra isə Nazxanım onları Röyal adlı şəxsgilə aparmışdır. Röyala da eyni qaydada qiymətləri bildirmişlər. Onlar Röyala da nömrələrini qoyub Bakı şəhərinə qayıtmışlar. 17 avqust 2023-cü il tarixdə Röyal onunla əlaqə saxlamış və əlində 150 baş mal olduğunu və gətirə biləcəyini bildirmişdir. O, Röyala malı təhvil alıb pulunu verəcəyini bildirmişdir. O, Namiq və Rəşadla görüşmüş, Rəşad bildirmişdir ki, malı Sədərək tərəfdə meyvə bazarının yanına gətirsinlər, oradan götürüb aparılacaqdır. xx.xx.2023-cü il tarixdə, səhər saat 10 radələrində Röyal adlı şəxs “Kamaz” markalı yük avtomobili ilə 14 baş iribuynuzlu heyvanları Sədərək ticarət mərkəzinin yaxınlığına gətirmişdir. Avtomobil böyük olduğundan və bu cür avtomobillər şəhərə buraxılmadığından onlar Lökbatan ərazisində 2 ədəd “Qazel” markalı avtomobilin sürücüsü ilə danışaraq o, Rəşad və Namiq üçü birlikdə həmin 14 baş heyvanı avtomaşına yüklətdirib bir reysi 50 manat olmaqla 3 reys elətdirərək Nizami rayonu, H.Əliyev prospekti 92 ünvanda yerləşən ət kəsimi məntəqəsinə gətirmişlər. Röyal 5 ədəd inək və 9 ədəd camış gətirmişdir. Həmin yerdə olanda Namiq və Rəşad sahibindən 1280 manata razılaşdığı 1 baş iribuynuzlu heyvanı onun tanımadığı şəxsə 930 manata nağd satmışlar. Həmin 930 manat puldan Namiq ona 350 manat pul vermiş və o, həmin 350 manat puldan 150 manat yük avtomobilinə, 20 manat fəhləyə, 57 manat nahar yeməyinə vermişdir. O, heyvanın niyə bu qiymətə satdıqlarını soruşmuşdur. Namiq və Rəşad bildirmişdir ki, birinci malda ziyan etsələr də digər mallarda ümumidə qazanclarını çıxardacaqlar. Sonra isə 6 baş heyvanı X11 adlı şəxsə satmışdır. Satan zaman Röyal orada olmuş və Röyal heyvanlar kəsildikdə çəkisinə baxmışdır. Daha sonra isə qalan 2 ədəd iri buynuzlu heyvanı həmin yerdə saxlama məntəqəsinə vermişlər, 5 ədəd heyvanı isə orada olan tanımadığı şəxsə məxsus yük avtomobili ilə Rəşadın danışdığı “Montin” ət kəsimi yerinə aparmışlar. Avtomobil malı boşaltdıqdan sonra 60 manat gətirmə haqqını vermişdir. Orada heyvanların iki ədədini bir kiloqramını 8 manatdan kəsmişlər. Röyalgil gəlmiş və çəkisinə baxmışlar. Montin bazarında Rəşad öz tanışları ilə danışıb apardıqları 5 baş heyvandan 2 ədədini 2752 manata satmışdır. Həmin 2752 manat puldan 77 manat bazar pulu ödəyəndən sonra, 60 manat yük avtomobilinə hesablayıb, qalan 2615 manat pulla 3 ədəd heyvanı götürüb Rəşadla birlikdə H.Əliyev prospektində yerləşən məntəqəyə gəlmişlər. Montin bazarında Rəşadın 2752 manata satdığı 2 ədəd heyvanın dəyəri 3886 manatdır. O, Rəşaddan malı niyə ucuz satmasını soruşmuş, Rəşad isə bildirmişdir ki, birincidən ona bu cür qiymət deməmişdilər, özü bu işə cavabdeh durmuş və ziyanlığı da özü qarşılayacaqdır. Qalan 5 ədəd heyvandan dəyəri 750 manat olan 1 ədəd heyvanı Namiq, Rəşad adlı şəxsə onun Sumqayıtda yerləşən ət satışı mağazasında satması üçün vermişdir. Həmin gün qalan 4 ədəd heyvan ət kəsimi yerində qalmışdır, bir kilosu 12 manatdan danışıb razılaşılmışdır. Həmin puldan 750 manat Rəşadda qalmışdır. Malı Rəşada verdikdə, kəsildikdə Röyal orada olmuşdur. Rəşad demişdir ki, səhərə pulu verəcəkdir. O, Rəşad, Namiq, Röyal və Röyalın adını bilmədiyi əmisi oğlu birlikdə Dərnəgüldə yerləşən otelə gəlmişlər, o, Röyala 200 manat pul vermişdir. Röyalı əmisi oğlu ilə birlikdə otelə yerləşdirdikdən sonra, o, Rəşad və Namiqlə birlikdə restoranda yeyib içməyə getmişlər. Həmin restoranda o, 100 manat hesab ödəyib evə getmişdir. Səhəri gün xx.xx.2023-cü il tarixdə o, Namiqə və Rəşada zəng edib ət kəsimi yerinə getmələrini deyəndə, hər iksi ona 4 ədəd heyvanların Sumqayıt bazarında olduğunu demişlər. Rəşad Sumqayıtda yerləşən heyvan bazarında olduğu üçün o, Namiqlə birlikdə Sumqayıtda yerləşən heyvan bazarına getmişdir. Orada olanda Rəşad 4 ədəd heyvandan sahibindən 3370 manata razılaşdığı heyvanın ikisini 3330 manata satdığını bildirmişdir. Həmin 3330 manat pulu Rəşaddan soruşanda satdığı şəxslərdən günorta saatlarında pulunu götürəcəklərini demişlər. Lakin gözləməyinə baxmayaraq Rəşad pulu götürsə də 3330 manat pulun özündə olduğunu və sabah verəcəyini bildirmişdir. Həmin vaxtı Röyal oteldə qalmışdır. xx.xx.2023-cü il tarixdə onlar Sumqayıtdan qayıtdıqda o, Rəşad və Namiq birlikdə Əlisəfa adlı şəxslə görüşmüşlər. Sahibi ilə 7040 manata razılaşdığı 6 ədəd iribuynuzlu heyvanı Namiq və Rəşad, Əlisəfa adlı şəxsə 5930 manata satmışlar. Həmin 5930 manat puldan Namiq ona 5830 manat pul vermişdir. Əlisəfa adlı şəxs ona 100 manat pulu Rəşada verdiyini demişdir. Bundan sonra yenə də Sumqayıta qayıtmışlar. O, 5830 manat puldan 500 manatını Namiqə vermişdir. Pul sadəcə kəm olduğundan o, 500 manat Namiqə vermişdir ki, sonra pulu bir yerdə toplayıb qaytararlar. xx.xx.2023-cü il tarixdə Sumqayıtda qalan 2 ədəd heyvanı yenidən H.Əliyev prospektində yerləşən ət kəsimi məntəqəsinə Namiqlə birlikdə 70 manat yük avtomobilinə verərək gətirmişlər. Onlar Röyalla razılaşmışlar ki, sentyabr ayın ikisindən sonra onun pulu veriləcəkdir. xx.xx.2023cü il tarixdə dəyəri 3000 manat olan 2 ədəd heyvanı Namiq və Rəşad ət kəsimi məntəqəsində Əlisəfa adlı şəxsə dediklərinə görə 2315 manata satmışlar. Həmin 2315 manat puldan 1900 manat pulu Namiq ona vermişdir, 415 manat pulu isə Namiq götürmüşdür. Onlar heyvanları 16007 manata satmışlar, həmin puldan 1495 manat pul Namiqdə qalmış, 4080 manat Rəşaddadır, 10332 manat pul isə onda qalmışdır. Rəşad ona bildirmişdir ki, 5830 manat pulun 4000 manatını avqust ayının 25-i tarixinədək, 1830 manat pulu isə xx.xx.2023-cü il tarixədək ödəyəcəkdir. Lakin bu günə kimi pulu verməmişdir. Onun əvvəldən pulu mənimsəmək niyyəti olmamışdır. Onda qalan 10332 manat puldan 700 manatını Röyala vermiş, 414 manat xərci çıxmışdır. Onun özündə 9218 manat pul qalmış və pulu şəxsi işləri üçün xərcləmişdir. O, Rəşaddan hər gün pulu istəsə də Rəşad pulu verməmişdir. O, Rəşaddan pulu alsaydı, Röyala verəcəkdir ki, sonuncu şikayət etməsin, sonradan pulunu düzəldib qaytarar. Bundan başqa xx.xx.2023-cü il tarixdə ona Sahil adlı şəxsdən zəng gəlmişdir. Sahil nömrəni Nazxanımın verdiyini bildirmişdir. Sahil ondan heyvan alıb almadığını soruşmuşdur. O inək ətini 9 manata, camış ətini 10 manat, camış balası ətini 11 manata, quzu ətini 16,50 manata, əti 150 kqdək heyvanı 13,50 manata, əti 150 kq-dan artıq heyvanı 13 manata, qoyun ətini 11 manata ala biləcəyini bildirmişdir xx.xx.2023-cü il tarixdə, səhər 06-07 radələrində Sahil adlı şəxs “Mercedes Ateco” markalı yük avtomobili ilə 14 baş iribuynuzlu və 9 baş xırda buynuzlu heyvanları Sədərək ticarət mərkəzinin yaxınlığına gətirmişdir. O, Rəşad və Namiq üçü birlikdə həmin 23 baş heyvanı “Qazel” markalı avtomobilə yüklətdirib 3 reys elətdirərək Nizami rayonu, H.Əliyev prospekti 92 ünvanda yerləşən ət kəsimi məntəqəsinə gətirmişlər. Rəşad da həmin vaxt onlarla birlikdə olmuşdur. Sadəcə olaraq Rəşad 5830 manat verməli olduğundan Rəşadı yanlarında saxlamışlar. Nizami rayonu, H.Əliyev prospekti 92 ünvanda yerləşən ət kəsimi məntəqəsində Namiq və Rəşad tanımadığı şəxsə 2 baş iri buynuzlu heyvanı nağd şəkildə 1600 manata satmışlar. Həmin 1600 manat puldan Namiq 1000 manatını ona vermiş, o, həmin 1000 manatdan 450 manatını rayondan heyvanları gətirən yük avtomobilinə vermiş, 150 manatını isə Sədərəkdən heyvanları gətirən “Qazel” markalı yük avtomobilinə, 50 manatını onları gəzdirən taksiyə, 20 manatını Namiqin oğlunun kartına atmış, 20 manatını isə Rəşada vermişdir. O, Namiqlə sonra hesabat aparıb pulları böləcəkdi. Həmin heyvanların ikisi satıldıqdan sonra, Namiq, Əlisafa adlı şəxslə 4500 manata 5 baş iribuynuzlu heyvanı kəsdirərək satmışdır. Həmin 4500 manat puldan Namiq ona 500 manat pul vermiş, 3100 manat pulun isə Əlisəfa adlı şəxsdə olduğunu demişdir. İribuynuzlu heyvanlardan üçü kəsimə getmədiyinə görə heyvanların sahibinin özündə qalmışdır. Bundan sonra o, qalan 4 baş iribuynuzlu və 9 baş xırda buynuzlu heyvanı oradan yük avtomobilinə yüklətdirib Sumqayıt şəhərinə mal bazarına satmaq üçün aparmışdır. Sumqayıtda olanda 9 baş xırda buynuzlu heyvanın hərəsini 240 manatdan, ümumilikdə 2160 manata nağd pula tanımadığı şəxsə satıb, həmin 2160 manat puldan 70 manatını yük avtomobilinə, 240 manat pulu isə Namiqə verib, qalan 1850 manat pulu isə özündə saxlamışdır. Sumqayıtda satmaq üçün apardığı 4 baş iribuynuzlu heyvanlar satılmadığı üçün Dərnəgüldə “Elit” ticarət mərkəzinin yaxınlığında yerləşən heyvanların saxlama yerinə gətirmişlər. 4 ədəd iribuynuzlu heyvanın aparıb gətirilməsinə və yemlənməsinə ümumilikdə 132 manat pul vermişdir. Sahil adlı şəxsə məxsus heyvanları satıb əldə etdiyi 2.660 manat puldan 132 manatını heyvanların daşınmasına görə yük avtomobilinə və yemlənməsinə xərcləmişdir. Həmin iribuynuzlu heyvanlar 5160 manata satılmış, ondan 852 manat onların xərci olmuş, 1760 manat Namiq götürmüş, 20 manat Rəşada vermiş, yerdə qalan əldə etdiyi 2528 manat pulu isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. O, Polis Bölməsinə dəvət edildikdə həmin heyvanlardan “Elit” ticarət mərkəzinin yaxınlığında yerləşən heyvanların saxlama yerindən 4 ədəd götürərək Sahilə təhvil vermişdir. 3 ədəd iribuynuzlu camışı isə Sahil götürmüşdür. Gətirilən heyvanlardan o, 9 ədəd xırdabuynuzlu heyvanı və 7 ədəd iribuynuzlu heyvanı satmışlar. Məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun türmədən tanışıdır, birlikdə cəza çəkmişlər. X7 isə onun tanışıdır. Bir gün Təqsirləndirilən şəxs1 ona birlikdə heyvan gətizdirib sataraq pul qazanmağı təklif etmişdir. O da Talehlə razılaşmışdır. 2023cü ilin avqust ayının ortalarında o, Talehlə birlikdə taksi ilə Qazax rayonuna Nazxanım adlı qadınla danışmaq üçün getmişlər. Nazxanımla onları Süleyman adlı bir şəxsin qəssabxanasına aparmışdır. O, Süleyman və Taleh söhbət etmişlər. Onlar Süleymana inək ətini 9 manata, camış ətini 10 manata, camış balası ətini 11 manata, quzu ətini 16,50 manata, əti 150 kq-a qədər heyvanı 13,50 manata, əti 150 kq-dan artıq heyvanı 13 manata, qoyun ətini 11 manata ala biləcəklərini bildirmişlər. Bundan sonra isə Nazxanım onları Röyal adlı şəxsgilə aparmışdır. Röyala da eyni qaydada qiymətləri bildirmişlər. Bundan sonra isə Bakı şəhərinə qayıtmışlar. Bir neçə gün sonra Röyal Talehlə əlaqə saxlamış və bildirmişdir ki, əlində 150 baş mal var, gətirə bilər. Taleh bildirmişdir ki, bir avtomobil tutan qədər malı gətirsin, malı alıb, pulunu verəcək. Taleh ona zəng etdikdə o, Rəşadla birlikdə olmuşdur. Taleh onların yanına gəlmiş və bu barədə söhbət etmişlər. Rəşad bildirmişdir ki, malı Sədərək tərəfdə meyvə bazarının yanına gətirsinlər, oradan götürüb aparılacaqdır. Bir-iki gün sonra Röyal adlı şəxs “Kamaz” markalı yük avtomobili ilə 14 baş iribuynuzlu heyvanları Sədərək ticarət mərkəzinin yaxınlığına gətirmişdir. “Kamaz” markalı yük avtomobili şəhərə buraxılmadığından onlar Lökbatan ərazisindən “Qazel” markalı avtomaşına heyvanları yüklətdirib 3 reys elətdirərək Nizami rayonu, H.Əliyev prospekti 92 ünvanında yerləşən ət kəsimi məntəqəsinə gətirmişlər. Röyal 5 ədəd inək və 9 ədəd camış gətirmişdir. Həmin yerdə olanda o və Rəşad sahibindən 1280 manata razılaşdığı 1 baş iribuynuzlu heyvanı tanımadığı şəxsə 930 manata nağd satmışlar. Həmin 930 manat puldan Talehə 350 manat pul vermiş və o, həmin 350 manat puldan 150 manat “Qazel” markalı yük avtomobilinə, 20 manat fəhləyə, 57 manat nahar yeməyinə vermişlər. Bundan sonra isə 6 baş heyvanı onunla Rəşad Əlisəfa adlı şəxsə satmışdır. Satan zaman Röyal orada olmuş və Röyal heyvanların kəsildikdə çəkisinə baxmışdır. Daha sonra isə qalan 2 ədəd iri buynuzlu heyvanı həmin yerdə saxlama məntəqəsinə vermişlər. 5 ədəd heyvanı isə yük avtomobili ilə Rəşadın danışdığı Montin ət kəsimi yerinə aparmışlar. Avtomobil malı boşaltdıqdan sonra 60 manat gətirmə haqqını vermişlər. Orada heyvanın iki ədədini bir kiloqramını 8 manatdan kəsmişlər. Röyalgil gəlib heyvanın çəkisinə baxmışlar. Montin bazarında Rəşad öz tanışları ilə danışıb apardığı 5 baş heyvandan 2 ədədini 2752 manata satmışdır. Həmin 2752 manat puldan 77 manat bazar pulu ödəyəndən sonra, 60 manat yük avtomobilinə hesablayıb, qalan 2615 manat pulu Taleh götürərək 3 ədəd heyvanı götürüb Rəşadla birlikdə H.Əliyev prospektində yerləşən məntəqəyə gəlmişlər. Montin bazarında Rəşadın 2752 manata satdığı 2 ədəd heyvanın dəyəri 3886 manat olmuşdur. Qalan 5 ədəd heyvandan dəyəri 750 manat olan 1 ədəd heyvanı Rəşada onun Sumqayıtda yerləşən ət satışı mağazasında satması üçün vermişdir. Həmin gün qalan 4 ədəd heyvan ət kəsimi yerində qalmışdır. Bir kilosunu 12 manatdan danışıb razılaşmışlar. Həmin pul, yəni 750 manat Rəşadda qalmışdır. Rəşad demişdir ki, səhərə pulu verəcəkdir. O, Rəşad, Taleh, Röyal və Röyalın adını bilmədiyi əmisi oğlu birlikdə Dərnəgüldə yerləşən otelə gəlmişlər. Həmin otelə çatanda Taleh Röyala 200 manat pul vermişdir. Sonra, o, Rəşad və Talehlə birlikdə restoranda yeyib içməyə getmişlər. Səhəri gün Taleh ona zəng edib ət kəsimi yerinə getməyi deyəndə, o, Talehə 4 ədəd heyvanın Sumqayıt bazarında olduğunu demişdir. Rəşad Sumqayıtda yerləşən heyvan bazarında olduğu üçün o, Talehlə birlikdə Sumqayıtda yerləşən heyvan bazarına getmişlər. Orada olanda Rəşad 4 ədəd heyvandan sahibindən 3370 manata razılaşdığı heyvanın ikisini 3330 manata satdığını bildirmişdir. Həmin 3330 manat pulu Rəşaddan soruşanda satdığı şəxslərdən pulunu günorta saatlarında götürəcəklərini demişlər. Lakin gözləməyinə baxmayaraq Rəşad pulu götürsə də 3330 manat pulun onda olduğunu və sabah verəcəyini bildirmişdir. Həmin vaxtı Röyal oteldə qalmışdır. Onlar Sumqayıtdan qayıtdıqda Rəşad, o, Taleh birlikdə Əlisəfa adlı şəxslə görüşmüşlər. Sahibi ilə 7040 manata razılaşdığı 6 ədəd iribuynuzlu heyvanı o və Rəşad, Əlisəfa adlı şəxsə 5930 manata satmışlar. Malın bir kilosunu Röyaldan 9,5 manatdan alsalar da Əlisəfa adlı şəxsə bir ədədini 8,4 manata, qalan 5 ədədini isə 8 manata razılaşmışlar. Həmin 5930 manat puldan o, Talehə 5830 manatını vermişdir. 100 manat pulu Əlisəfa Rəşada vermişdir. Onlar sonra yenə də Sumqayıta qayıtmışlar. Taleh 5830 manat puldan 500 manatını ona vermişdir. xx.xx.2023-cü il tarixdə Sumqayıtda qalan 2 ədəd heyvanı yenidən H.Əliyev prospektində yerləşən ət kəsimi məntəqəsinə o, Taleh ilə birlikdə 70 manat yük avtomobilinə verərək gətirmişlər. Onlar Röyalla razılaşmışlar ki, sentyabr ayının ikisindən sonra pulu veriləcəkdir. Səhəri gün gətirdikləri dəyəri 3000 manat olan 2 ədəd heyvanı o və Rəşad ət kəsimi məntəqəsində Əlisəfa adlı şəxsə dediklərinə görə 2315 manata satmışlar. Həmin 2315 manat puldan 1900 manat pulu o, Talehə vermişdir, 415 manat pulu isə özünə götürmüşdür. Əldə edilən 16007 manat puldan 1495 manat pul ona qalmış, 4080 manat Rəşadda,10332 manat pul isə Talehdə qalmışdır. Rəşad bildirmişdir ki, 5830 manat pulun 4000 manatını avqust ayının 25-dək, 1830 manat pulu isə sentyabrın 5-dək verəcəkdir. Lakin bu günə kimi pulu verməmişdir. Taleh 10332 manat puldan 700 manatını Röyala vermiş, 414 manat xərci çıxmış, Talehdə 9218 manat pul qalmışdır. Onda qalan 1495 manat puldan 350 manat pulu kəsim üçün vermişdir. Onun özünə 1145 manat pul qalmışdır. O, həmin pulu şəxsi işləri üçün xərcləmişdir. O, Rəşaddan hər gün pulu istəsə də pulu verməmişdir. Onun icra və probasiyada keçmiş məhkumluğundan ödənilməli olan pulu olmuşdur. O, buna görə həmin pulu götürüb ora ödəmək istəmişdir ki, icracı ondan əl çəksin. Təxminən 10 gün sonra Talehə Sahil adlı şəxs zəng edərək heyvan alıb-almadığını soruşmuş, Sahillə Röyalla danışdıqları qiyməti danışmışlar. Sonradan Taleh ona zəng etmiş və belə bir hal olduğunu bildirmişdir. Sahil 14 baş iribuynuzlu və 9 baş xırda buynuzlu heyvanları Sədərək ticarət mərkəzinin yaxınlığına gətirmişdir. O, Rəşad və Taleh üçü birlikdə həmin 23 baş heyvanı “Qazel” markalı avtomobilə yüklətdirib 3 reys elətdirərək Nizami rayonu, H.Əliyev prospekti 92 ünvanda yerləşən ət kəsimi məntəqəsinə gətirmişlər. Rəşad da həmin vaxtı orada olmuşdur. Rəşad malları bu dəfə ucuz qiymətə sataraq onların pulunu verməli idi. Nizami rayonu, H.Əliyev prospekti 92 ünvanda yerləşən ət kəsimi məntəqəsində o və Rəşad tanımadığı şəxsə 2 baş iri buynuzlu heyvanı nağd şəkildə 1600 manata satmışlar. Həmin 1600 manat puldan o, 1000 manatını Talehə vermiş, həmin 1000 manatdan 450 manatını rayondan heyvanları gətirən yük avtomobilinə vermişlər, 150 manatını isə “Qazel” markalı yük avtomobilinə, 50 manat taksiyə, 20 manatını oğlunun kartına göndərmişlər, 20 manatını isə Rəşada vermişlər. Həmin heyvanların ikisi satıldıqdan sonra, o, Əlisəfa adlı şəxsə 4500 manata 5 baş iribuynuzlu heyvanları kəsdirərək satmışdır. Həmin 4500 manat puldan ona 1400 manat pul vermişdir. O da həmin puldan 500 manat pulu Talehə vermiş, 3100 manat pul isə Əlisəfa adlı şəxsdə qalmışdır. İribuynuzlu heyvanlardan üçü kəsimə getmədiyinə görə heyvanların sahibinin özündə qalmışdır. Bundan sonra qalan 4 baş iribuynuzlu və 9 baş xırdabuynuzlu heyvanı Taleh oradan yük avtomobilinə yüklətdirib Sumqayıt şəhərinə mal bazarına satmaq üçün aparmışdır. Sumqayıtda olanda Taleh 9 baş xırda buynuzlu heyvanların hərəsini 240 manatdan, ümumilikdə 2160 manata nağd pula tanımadığı şəxsə satıb, həmin 2160 manat puldan 70 manatını yük avtomobilinə, 240 manat pulu isə ona verib, qalan 1850 manat pulu isə özündə saxlamışdır. Səhəri gün o, Talehlə birlikdə Sumqayıta gedib 4 baş iribuynuzlu heyvanları yük avtomobili ilə Montin qəsəbəsində yerləşən ət kəsimi məntəqəsinə gətirmişlər. Montində yerləşən ət kəsimi məntəqəsində də heyvanları sata bilmədikləri üçün, yenidən həmin heyvanları Dərnəgüldə “Elit” ticarət mərkəzinin yaxınlığında yerləşən heyvanları saxlama yerinə gətirmişlər, sonra 4 ədəd iribuynuzlu heyvan Sahilə təhvil verilmişdir. 3 ədəd iribuynuzlu camışı isə Sahil götürmüşdür. Gətirilən heyvanlardan onlar 9 ədəd xırdabuynuzlu heyvanı və 7 ədəd iribuynuzlu heyvanı satmışlar. Heyvanların satışından üstünə düşən 3200 manat puldur. Əməlindən peşmandır. Məhkəmədən qeyd olunanları nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən əməli törətməkdə təqsirləri öz ifadələri ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Qazax rayonunda heyvandarlıqla məşğul olur. Onunla qonşu kənddə yaşayan Nazxanım adlı qadın tanışları olan Taleh, Namiq adlı şəxslərin heyvan almaq istədiyini bildirmiş və həmin şəxslərə heyvan təşkil etməyini istəmişdir. O, Taleh adlı şəxslə telefon əlaqəsi saxlamışdır. Taleh onunla telefonda danışan zaman bacardığı qədər çox heyvan gətirməyini istəmişdir. O, özünə məxsus olan ümumi dəyəri 19600 manat olan 14 ədəd iribuynuzlu heyvanı xx.xx.2023-cü il tarixdə, saat təxminən 10 radələrində Lökbatan dairəsinə gətirmiş və orada Taleh, Namiq və Rəşad adlı şəxslərlə görüşmüşlər. Taleh ona bildirmişdir ki, avtomobilin pulu onluqdur. O, onlardan avtomobilin pulunu istədikdə ona Heydər Əliyev prospekti 92 ünvana çatanda verəcəklərini demişlər və 14 baş iribuynuzlu heyvanı “Qazel” markalı avtomobilə yükləyib Nizami rayonu, Heydər Əliyev prospekti 92 ünvanına aparmışlar. Heyvanları bir necə ət kəsim məntəqəsinə vermişlər. Camışların ümumi çəkisi 978 kq idi və bir kq-ı 10 manatdan danışmışlar və 9780 manat təşkil etmişdir. Bundan başqa 1 ədəd camışın erkək balası, yəni kəlin çəkisi 191 kq təşkil etmiş və dəyəri 10 manatdan olmaqla ümumi dəyəri 2068 manat təşkil etmiş, 1 ədəd camışın dişi balası 59 kq olmaqla dəyəri 1 kq-ı 12 manatdan olmaqla 700 manat təşkil etmişdir. Bundan başqa 1 ədədi 133 kq, 112kq, 108 kq, 112 kq, 151 kq, 122 kq olmaqla ümumi çəkisi 738 kq olan inək ətinin bir kq-ı 9,5 manatdan olmaqla ümumilikdə 7011 manat təşkil etmişdir. Onlar ona ümumilikdə 19559 manat pul verməli idilər. Lakin onlar malları nisyə verdiklərini bildirmişlər və Taleh ona sentyabrın biri-ikisi pulunu verəcəyinə söz vermişdir. Bundan sonra hər dəfə o, Taleh adlı şəxsin istifadəsində olan mobil nömrələrinə zəng edəndə hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Həmin puldan ona 200 manat pul vermişlər. 500 manat pulu isə avtomobilin pulunu vermək üçün vermişlər. Lakin o, heyvanları Bakı şəhərinə gətirdikdə ona bildirmişlər ki, avtomobilin pulunu onlar ödəyəcəklər. Onlar onun ümumilikdə 19559 manat dəyərində malını aldadaraq əldə etmişlər. Ona 19559 manat maddi ziyan dəymişdir. Onlar demişlər ki, heyvanların pulunu hamısı yığıldıqdan sonra verəcəklər. Ona malı sifariş verdikdə Taleh əmin etmişdir ki, narahat olmasın, heç bir problem olmayacaqdır, malı kəsilən kimi yerindəcə pulu nağd şəkildə veriləcəkdir. Lakin o, gəldikdən sonra bəlli olmuşdur ki, onlar onu aldadırlar. O, onlardan sonradan pulunu tələb etdikdə müxtəlif bəhanələr gətirərək onu aldatmış və onun pulunu verməmişdir. Namiq özünü ona Talehin əmisi oğlu olaraq təqdim etmişdir. Rəşadı isə ona guya Nizami rayonu, H.Əliyev prospekti 92 ünvanda yerləşən ət kəsimi məntəqəsində müdürün köməkçisi kimi təqdim etmişlər. Rəşad isə o gedən zaman ona demişdir ki, aldığı heyvanın pulunu kartına vuracaqdır. Lakin o, sonradan pulu istədikdə demişdir ki, qısa zaman ərzində pulu düzəldərək göndərəcəkdir. Taleh isə demişdir ki, pulun 6000 manatı Rəşaddadır, malı o alıbdır və pulunu da o verəcəkdir. Namiq isə Talehin yanında gəlmiş və bildirmişdir ki, onlar şərikdirlər. Rəşad isə onların yanında heyvanın satışını həyata keçirmişdir. Taleh isə ondan malları alıb yerindəcə pulu verəcəyi barədə danışıqları aparmışdır. Heyvanın satışını Namiq ilə Rəşad etmişdir. Onun Rəşadla birbaşa malın alqı-satqısı barədə heç bir danışığı olmamışdır. Onun heyvanları Nizami rayonu, H.Əliyev prospekti 92 ünvanda yerləşən ət kəsimi məntəqəsində ələ keçirilmişdir. Ona dəymiş ziyan ödənilməmişdir, şikayətçidir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, onunla eyni kənddə yaşayan Nazxanım adlı qonşusu tanışları olan Taleh və Namiq adlı şəxslərin heyvan almaq istədiyini bildirmiş və həmin şəxslərə heyvan təşkil etməyini istəmişdir. Belə olan halda o, Taleh adlı şəxslə əlaqə saxlamışdır. Taleh adlı şəxs ondan bacardığı qədər çox heyvan gətirməyini istəmişdir. O, bununla əlaqədar olaraq Bakı şəhərində olan tanışı Şahid2 xahiş etmişdir ki, Taleh adlı şəxslə görüşsün və Talehlə söhbət etsin və sonra ona xəbər etsin və əgər həmin şəxslərin normal adam olacaqları qənaətinə gəlsə həmin şəxslərlə iş görsün. Elnur da Taleh, Namiq və Rəşad adlı şəxslərlə görüşmüş və ona bildirmişdir ki, “bu şəxslər normal insanlara oxşamırlar, bunlarla iş görmə”. O, bundan sonra Nazxanımla əlaqə saxlamış və bildirmişdir ki, həmin adamların normal olmadığını deyirlər. Nazxanım ona bildirmişdir ki, Röyal adlı şəxs onlara mal aparmışdır, onunla maraqlansın. O da buna görə Röyala zəng etmiş və həmin şəxslərin necə şəxslər olmasını soruşmuşdur. Röyal isə bildirmişdir ki, həmin şəxslər normal şəxslərdir, pulunu da alacaqdır. Buna görə də o, Taleh adlı şəxslə danışmış və “whatsapp” vasitəsi ilə Talehə səs, şəkil və videolar atmışdır. Taleh isə onu arxayın etmişdir ki, narahat olmasın, gələn kimi də pulunu alacaqdır. Belə olan halda tanışları olan X1 1 ədəd 400 kq çəkidə 6 yaşlı camış yanında 1 ədəd 180 kiloqramlıq, 1 yaşlı kəlçə balası ilə birlikdə 2100 manata, 1 ədəd 400 kq çəkidə 6 yaşlı camış yanında 1 ədəd 180 kiloqramlıq, 1 yaşlı kəlçə balası ilə birlikdə 2100 manata və 1 ədəd 1800 manat olan diri çəkisi 450 kq olan, 4 yaşlı camış almış, X3 ümumilikdə 4 ədəd olan hər biri 220 kiloqramlıq 1 yaşlı camış balalarını 4000 manata almış, həmçinin ondan ümumilikdə 9 ədəd 30 kiloqramlıq olan 6 aylıq quzuları 2200 manata almışdır. Bundan başqa Gədəbəy rayonundan 230 kq çəkidə 1 yaş iki aylıq dananı 1420 manata tanımadığı şəxsdən almışdır. Həmçinin inəkləri də Gədəbəy rayonundan 230 kiloqram olan 4 yaşlı inəyi 1100 manata, 290 kiloqram olan 5 yaşlı inəyi 1230 manata, 240 kiloqram çəkidə 5 yaşlı inəyi 1100 manata və 200 kq çəkidə olan 3 yaşlı inəyi 1050 manata almışdır. Onun bu malları almağı, yol xərci və digər xərcləri buna daxil olmuşdur. O, ümumilikdə həmin malları 18100 manata almışdır. O, Talehlə danışan zaman isə 19700 manata bütün malların qiymətini danışmışlar. 14 ədəd iri buynuzlu və 9 ədəd xırda buynuzlu heyvanları xx.xx.2023-cü il tarixdə, saat təxminən 06 radələrində Lökbatan dairəsinə gətirmiş və orada Taleh, Namiq və Rəşad adlı şəxslərlə görüşmüşlər. O, onlardan heyvanların pulunu istədikdə Taleh və Namiq adlı şəxslər heyvanları “Qazel” markalı avtomobilə yükləyib onlarla birlikdə Nizami rayonu, Heydər Əliyev prospekti 92 ünvanında yerləşən ət kəsimi yerinə gəlməyini, həmin ünvanda 19700 manat heyvanların pulunu verəcəyini bildirmişlər. Saat təxminən 11 radələrində Taleh, Namiq və Rəşad adlı şəxslərlə birlikdə ət kəsimi yerinə gəldikdən sonra yenə onlardan heyvanların pulunu vermələrini istəmişdir. Lakin həmin şəxslər onun sözünə məhəl qoymaraq başını qatıb həmin heyvanları ət kəsimi yerində müəyyən şəxslərə satmışlar. Bundan sonra o, Taleh, Namiq və Rəşad adlı şəxslərdən dəfələrlə heyvanların pulunu vermələrini istəsə də Taleh adlı şəxs heyvanları rayondan gətirdiyi avtomobilin 450 manat pulunu vermiş, 19700 manat pulunu verməmişdir. Heyvanların 3 ədədi Nizami rayonu, H.Əliyev prospekti 92 ünvanında yerləşən ət kəsimi məntəqəsində qalmışdır. O, həmin heyvanları geri qaytara bilmədiyindən dəyərindən aşağı 4000 manata satmış, pulu özü götürmüşdür. Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Şöbəsində olan zaman isə 4 ədəd camışın balalarını, yəni iki ədəd anası ilə birlikdə aldığı və dəyəri 800 manat olan camış balaları və bir ədədini 1000 manata aldığı iki ədəd camış balasını Taleh geri qaytarmışdır. O, həmin camış balalarının da 4 ədədini dəyərindən aşağı qiymətə 3000 manata satmışdır. Nizami RPİ-nin İŞ-də ona 3100 manat pul ödəmişlər. Həmin şəxslərin hal hazırda onun xərclərini və mallarını məcburiyyət qarşısında qalaraq aşağı qiymətə satmağını nəzərə almaqla ümumilikdə 8000 manat verəcəkləri qalmışdır. Bundan sonra onların ikisinin, yəni Rəşadla Talehin orada olmadığını görmüşlər. Namiq isə onlara bildirmişdir ki, “narahat olmayın indi pulu verəcəklər”. Lakin sonradan pulu vermədiklərini görmüş və Namiqlə avtomobildə video çəkərək söhbət etmişlər. Videodan əvvəl Namiq bildirmişdir ki, guya Taleh şirkətə 70.000 depozit qoymuşdur, Namiq Talehin müavinidir, Rəşad isə Namiqin müavini olaraq təqdim edilmişdir. Lakin sonradan görmüşlər ki, Namiq də oradan çıxıb getmişdir. Buna görə də o, DİN-nin 102 xidmətinə müraciət etmişdir. Namiq onunla heyvanların diri vəziyyətdə kəsilmədən satışı ilə bağlı danışmışdır. Həmçinin onu arxayın etmişdir ki, pulu vermək onluqdur, heç bir narahatçılığı olmasın. Rəşad isə onların yanında heyvanın satışını həyata keçirmişdir. Taleh isə ondan malları alıb yerindəcə pulu verəcəyini bildirmişdir. Heyvanın satışını Namiq ilə Rəşad etmişlər. Onun Rəşadla birbaşa malın alqı-satqısı barədə heç bir danışığı olmamışdır. Onun heyvanları Nizami rayonu, H.Əliyev prospekti 92 ünvanında yerləşən ət kəsimi məntəqəsində ələ keçirilmişdir. Ona dəymiş ziyan ödənilməmişdir, şikayətçidir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X8 ilə eyni kənddəndir. Belə ki, X8 ona zəng edərək Bakı şəhərində yaşayan Taleh və Namiq adlı şəxslərin kəndçiləri olan Zərərçəkmiş şəxs2 heyvan sifariş verdiklərini və heyvan alması üçün ona pul verməsini istəmişdir. Ağstafa rayonundan 14 ədəd iribuynuzlu və 9 ədəd xırdabuynuzlu heyvanları avtomobillə gətirdikdə o, onlarla Qaradağ rayonu, Lökbatan dairəsində görüşmüşdür. Sahil adlı şəxs Taleh və Namiq adlı şəxslərdən heyvanların pulunu istədikdə Taleh və Namiq adlı şəxslər heyvanları “Qazel” markalı avtomobilə yükləyib onlarla birlikdə Nizami rayonu, Heydər Əliyev prospekti 92 ünvanında yerləşən ət kəsimi yerinə gəlmələrini, həmin ünvanda 19700 manat heyvanların pulunu verəcəyini bildirmişdirlər. Saat təxminən 11 radələrində Taleh, Namiq və Rəşad adlı şəxslərlə birlikdə ət kəsimi yerinə gəldikdən sonra yenə Zərərçəkmiş şəxs2 Taleh və Namiq adlı şəxslərdən heyvanların pulunu vermələrini istəmişdir. Onlar isə heyvanlar kəsildikdən sonra axşam pulu verəcəklərini bildirmişlər. Axşam pul verilməmiş, Taleh və Namiq adlı şəxslər yoxa çıxmışlar. Bundan sonra isə Sahil polisə şikayət etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Qazax rayonunun bazarında meyvə-tərəvəz alqı-satqısı ilə məşğul olur. Qudasının qardaşı Çingiz o bazarda olanda gəlib ət işi ilə məşğul olan adamın olduğunu bildirmişdir. Təxminən 1 ay sonra ona zəng gəlmiş və özünü ət işi ilə məşğul olan Taleh adlı şəxs kimi təqdim edib rayonda ət satanlarla maraqlanmışdır. O da rayonda ət satanların çox olduğunu bildirmişdir. Bundan sonra Taleh və Namiq adlı şəxs Qazax rayonuna gəlmişlər. Onlar Süleyman və Fərmayıl adlı qəssablarla söhbət eləyib çıxıb getmişlər. Onların rayonunda Fərmayıl adlı şəxsin ferması var, heyvandarlıqla məşğul olur. Taleh şirkət işçisi olduğunu və çox sayda iri və xırda buynuzlu heyvanlar lazım olduğunu bildirmişdir. O da qonşuluqda yaşayan Sahil adlı şəxsin heyvan satışı ilə məşğul olduğu üçün Sahilə belə adamın olduğunu deyib Talehin nömrəsini vermişdir. Taleh özü Sahil adlı şəxslə danışıb razılaşıb özlərinin heyvanlarını Bakıya satmaq üçün gətirmişlər. Onun onların başına gələn oyunlardan xəbəri olmamışdır. Ona heç kim pul verməmişdir. Talehdən soruşanda ona işlərinin alınmadığını bildirmişdir. Fərmayılın oğlu Röyal bu işlərlə məşğul olur. Taleh Röyalla söhbət etmişdir. Talehlə onun arasında olan “whatsapp” vasitəsi ilə olan danışığı istintaqa təqdim etmişdir. İş üzrə Şahid3 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, yolu uzaq olduğu üçün üzrlü səbəbdən məhkəmə iclasında iştirak etmir, istintaqda verdiyi ifadəsini təsdiq edir. Şahid3 istintaqda verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, Şahid1 onun bacısı oğlunun qaynanasıdır. Şahid1 ona bildirmişdir ki, Gürcüstana getdikdə ona quyruq gətirsin. O, isə bildirmişdir ki, hələ maşını xarabdır, nə zaman maşınını düzəltdirsə getdikdə gətirəcəkdir. Lakin o, Bakı şəhərində olan zaman tanış olduğu Təqsirləndirilən şəxs1 nömrəsini ona vermişdir ki, bu şəxs özünün kəsim yerinin olduğunu və heyvanları kəsdikdən sonra yerində pulunu verdiklərini, bu şəxslə iş görə biləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 çayxanada tanıdığını, Talehin özünü zavod müdürü, kəsim yeri olan şəxs kimi tanıtdığını və heyvanların alıb, kəsib və yerində də pulunu verdiklərini dediyini bildirmişdir Barəsində məcburi gətirilmə haqqında qərar çıxarılmış Şahid4 məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Şahid4 istintaqda verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun yanında təxminən 3 il əvvəl işçi kimi işləmişdir. Həmin vaxtdan Namiqi tanıyır. Bir gün Namiq ona zəng edərək bildirmişdir ki, dostunun rayondan malları gəlir, satmaq lazımdır. Bununla bağlı o və Namiq Abşeron rayonu, Xırdalan qəsəbəsində parkda olan zaman Taleh də oraya gəlmiş, söhbət etmişlər. Onlar ondan qiymətləri soruşmuşlar. O isə bildirmişdir ki, heyvanların qiyməti 7,5 və 9,5 manat dəyərində dəyişir. O, onlara hər mala görə orta bazar qiymətini demişdir. Lakin sonradan öyrənmişdir ki, onlar vətəndaşla danışdıqda ona baha qiymətdən malı demişlər. Bundan sonra xx.xx.2023-cü il tarixdə, səhər saat 10 radələrində Röyal adlı şəxs “Kamaz” markalı yük avtomobili ilə 14 baş iribuynuzlu heyvanları Sədərək ticarət mərkəzinin yaxınlığına gətirmişdir. O, Namiq və Taleh ilə zəngləşərək oraya getmişlər. Bundan sonra isə “Qazel”lərlə həmin heyvanları Nizami rayonu, H.Əliyev prospekti 92 ünvanda yerləşən ət kəsimi məntəqəsinə gətirmişlər. Orada bir ədəd heyvanı avtomobillərə pul vermək lazım olduğundan bir baş inəyi 930 manata satmışlar. Ona oradan heç bir pul verməmişlər. Bundan sonra isə 6 baş heyvanı Namiq Əlisəfa adlı şəxsə satmışdır. Onlar qiyməti özləri razılaşdırmışlar. Satan zaman Röyal yanlarında olmuş və heyvanlar kəsildikdə çəkisinə baxmışdır. Daha sonra isə qalan 2 ədəd iri buynuzlu heyvanı həmin yerdə saxlama məntəqəsinə vermişlər. 5 ədəd heyvanı isə orada olan tanımadığı şəxsə məxsus yük maşını ilə Montin ət kəsimi yerinə aparmışlar. Həmin yeri o danışmışdır. Maşını da Namiq danışmışdır. Montin ət kəsim yerinə ilkin olaraq onunla Taleh getmişlər. Maşın malı boşaltdıqdan sonra 60 manat gətirmə haqqını vermişlər. Orada iki ədədini bir kiloqramını 8 manatdan kəsmişlər. Röyalgil gəlib çəkisinə baxmışlar. Montin bazarında öz tanışları ilə danışıb apardıqları 5 baş heyvandan ikisini 2952 manata satmışdır. Həmin vaxtı o, Talehə demişdir ki, qiymət 8 manatdır, Taleh isə demişdir ki, “eybi yox sat getsin”. Qalan 5 ədəd heyvanlardan birinin dəyəri 600 manat olan 1 ədəd camış balası-kəlçəni Namiq və Talehlə danışmış və onun Sumqayıtda yerləşən ət satışı mağazasında satması üçün götürmüşdür. Həmin gün qalan 4 ədəd heyvan ət kəsimi yerində qalmışdır. Onun bir kilosunu 10 manatdan danışıb razılaşmışlar. Həmin puldan 600 manat özündə qalmışdır. Malı verdikdə, kəsildikdə Röyal orada olmuşdur. O demişdir ki, səhərə pulu verəcəkdir. xx.xx.2023-cü il tarixdə o, 4 ədəd heyvanı Namiq və Talehə deyərək Sumqayıtda yerləşən heyvan bazarına aparmışdır. Orada olanda o, 4 ədəd camışdan 2 başını 3330 manata satmışdır. O, malı nisyə vermiş və bildirmişdir ki, pulunu sabah verəcəkdir. 2 ədəd camışı isə onlara qaytarmışdır. xx.xx.2023-cü il tarixdə onlar Sumqayıtdan qayıtdıqda Rəşad, o və Namiq birlikdə Əlisəfa adlı şəxslə görüşmüşlər. 5830 manat pulu mal sahibi Namiqə vermişdir. Bundan sonra isə o onlardan aralaşmışdır. Sonradan ona bəlli olmüşdur ki, yerdə qalan 2 baş iribuynuzlu heyvanı Əlisəfa adlı şəxsə satmışlar. Onda 3200 manat iki ədəd camışın pulu olmuşdur. 1 ədəd camış balasının pulu isə 600 manat etmişdir. Həmin 3200 manat puldan 80 manat maşın pulu, yəni yol xərci, 70 manat həkim və kəsim pulu olaraq çıxılmışdır. O, malı Sumqayıt şəhərində ət mağazası işlədən Rəşad adlı şəxsə satmışdır. Malın pulu nisyə olaraq qalmışdı. Həmin pulu 3-4 gün sonra vermişlər. Lakin həmin şəxs o, verdiyi heyvanın pulunu onun borcuna çıxmışdır. Rəşad ona əvvəlcədən pulu borcuna çıxacağını deməmişdir. Sonradan onun borcuna çıxdığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində çayxanada o, Talehə Namiqin yanında 1000 manat pul vermişdir. Daha sonra isə təxminən 1-2 gün sonra Vüsal adlı dostu 2000 manat ona pul gətirmiş və o, Talehin pulunu Abşeron rayonu, Xırdalan şəhərində parkın içərisində çayxanada vermişdir. O, Talehə 2000 manatı verdikdə ona demişdir ki, “Namiq soruşsa deyərsən ki, 500 manat vermişəm, Namiqə 2000 manat verdiyini demə”. Onun Talehə ümumi 700 manat borcu qalmışdır. Bundan sonra isə xx.xx.2023-cü il tarixdə Taleh zəng edərək mal gəldiyini bildirmiş və malların satılmasında köməklik etməyini xahiş etmişdir. O da xx.xx.2023-cü il tarixdə Lökbatana getmiş və orada malı qarşılamışlar. Daha sonra isə Namiq kiçik maşınlar danışmış və mallar Lökbatandan Nizami rayonu, H.Əliyev prospekti 92 ünvanında yerləşən ət kəsimi məntəqəsinə gətirilmişdir. O, orada Əlisəfaya zəng etmiş və bildirmişdir ki, “burada mal vardır almaq istəyirsənsə gəl”. Onlar gəldikdən sonra isə heyvanları kəsmişlər. Kəsim yerlərində heyvan kəsildikdən sonra qiyməti deyilir. Belə ki, kəsilən heyvanın ətinə baxılır və bundan sonra heyvanın ətinə qiymət deyilir. Onlar malın birini diri olaraq satıb gələn maşının pulunu vermişlər. Malı 1600 manata satmışlar. Daha sonra isə Namiq Əlisəfa ilə özü söhbət etmiş və malları özü Əlisəfaya satmışdır. Onun həmin vaxtı işi olmuşdur. Onlarda 1600 manat bir və 1400 manat bir pul olmuşdur. O, onlardan 20 manat borca pul istəmişdir. Lakin onlar ona pul vermədiyindən o, Talehin kartına 20 manat pul vurdurmuş və bundan sonra Namiq ona 20 manat pul vermiş və o, oradan getmişdir. Bu gətirilən mallardan ona heç bir mal və pul verilməmişdir. Sonradan eşitmiş və bilmişdir ki, bunlar həmin şəxslərin pulunu mənimsəmişlər. Onun cəmi 700 manat borcu qalmışdır. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 3800 manat həmin onun verməli olduğu pul olmuş, 2000 manat isə işdə ziyan etdiyini bildirərək ondan 2000 manat pul tələb etmişlər. O da məcburiyyət qarşısında qalaraq Talehə o cür kağız yazmış və videoçəkilişdə o cür demişdir. Namiq ona bildirmişdir ki, dostu mal gətirir ona kömək etsin. İşin nəticəsində isə ona nəsə hörmət edəcəkdirlər. Lakin sonradan demişlər ki, “malı gətirdik, sən dediyin qiymətdən aşağı qiymətə verdik, bu işdə ziyanlıq etmişik”, bunun nəticəsində 6000 manat ziyan etmişlər. Buna görə də o, 2000 manat pul verməlidir. Onun da həmin vaxtı onlara 3800 manat verəcəyi olduğundan o, məcbur qalıb həmin videoda əlavə olaraq onun boynuna qoyduğu 2000 manatı da qəbul etmişdir. Onun heç kimi aldatmaq niyyəti olmamışdır. Sadəcə olaraq onu aldadaraq bu cür əmələ yol vermişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığında olmanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmiş, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmiş və həbs qətimkan tədbiri seçilmişdir. - 3 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-16-17/42/2- 7154/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Nizami RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixli protokol ilə Şahid1 götürülmüş 01 ədəd disk, 23 vərəq “whatsapp” yazışması və ilə X4 heyvanların alınması nəticəsində onda olan 3100 manat pulu Zərərçəkmiş şəxs2 verməsi barədə tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokol maddi subut kimi tanınmış və materiala əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li qərarına əsasən törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və.s) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərin xeyli miqdarda əmlakını ələ keçirərək təkrar dələduzluq cinayətini törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs1 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərin xeyli miqdarda əmlakını ələ keçirərək təkrar dələduzluq cinayətini törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs2 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində- onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 7 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə əməli Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilərək, CM-nin 66.2-ci maddəsinə əsasən ona qəti olaraq təyin edilmiş 7 il 9 ay azadlıqdan məhrum etmə cəzası 5 ilə endirilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir, bu da Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə əməli Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinə tövsif edilərək, cəzası 4 ilə endirilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir, bu da Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 1 il 2 ay 28 gün həbsdə və ev dustaqlığında saxlanılması həbsdə və ev dustaqlığında saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı; Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 1 il 2 ay 28 gün həbsdə və ev dustaqlığında saxlanılması həbsdə və ev dustaqlığında saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, xx.xx.2024-cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan 01 ədəd disk, 23 vərəq “whatsapp” yazışması və X4 heyvanların alınması nəticəsində onda olan 3100 manat pulu Zərərçəkmiş şəxs2 verməsi barədə tərtib edilmiş protokol cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, məhkəmədə müdafiəçi X9 tərəfindən Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardım 36 iş saatı müddətinə bərabər olduğundan 216 (iki yüz on altı) manat (36x6) məbləğində əmək haqqı, Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardım 39 iş saatı müddətinə bərabər olduğundan 234 (iki yüz otuz dörd) manat (39x6) məbləğində əmək haqqı, Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardım 88 iş saatı müddətinə bərabər olduğundan 528 (beş yüz iyirmi səkkiz) manat (88x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 1 il 2 ay 28 gün həbsdə və ev dustaqlığında saxlanılması nəzərə alınmaqla həbsdə və ev dustaqlığında saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay 2 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd disk, 23 vərəq “whatsapp” yazışması və X4 heyvanların alınması nəticəsində onda olan 3100 manat pulu Zərərçəkmiş şəxs2 verməsi barədə tərtib edilmiş protokol cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki mühakimə icraatı qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Təqsirləndirilən şəxs1 məhkəmədə 36 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X5 216 (iki yüz on altı) manat, 39 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi2 234 (iki yüz otuz dörd) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 məhkəmədə 88 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi1 528 (beş yüz iyirmi səkkiz) manat manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-10/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-10/2025
11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver