Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-100/2021 27.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi Qurbanov Ramil Firdun oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2da yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə xx xxxxxx 2020-ci il larixdə saat 20 radələrində, ünvan 3 ünvanda yerləşən “Atletlər kəndi”nin qarşısında Zərərçəkmiş şəxs sağ çiynindən asdığı içərisində 85 manat nağd pul, 12 manat dəyərində pul qabı, 70 manat dəyərində kosmetik əşyalar, 12 manat dəyərində kosmetik qab olan 40 manat dəyərində əl çantasını dartıb açıq talayaraq, Zərərçəkmiş şəxs cəmi 219 manat məbləğində ziyan vurmaqla soyğunçuluq elmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Maddi durumu yaxşı olmadığı üçün xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 18 radələrində Nizami rayonu ərazisində yerləşən «Koroğlu» metrostansiyasına gəlmişdir. Metronun ətrafında bir az gəzişdikdən sonra orada yerləşən Atletlər kəndinin yanında gözləməyə başlamışdır. Saat təxminən 20 radələrində gözlədiyi binanın yanından bir nəfər qadın keçmişdir. Tanımadığı qadın keçdikdən sonra həmin qadının arxasınca getməyə başlamışdır. O, iti addımlarla həmin qadına yaxınlaşaraq sonuncunun sağ çiynindən asmış olduğu çantasını götürərək oradan qaçmışdır. O, üzü «Koroğlu» metrostansiyası tərəfə qaçan zaman binanın qurtaracağına çatan kimi orada olan şəxslər onu tutmuşlar. Çantasını oğurladığı qadın həmin yerə yaxınlaşmışdır. Bundan sonra orada şəxslər onu Nizami RPİ-nin 23-cü PŞ-nin əməkdaşlarına təhvil vermişlər. Hadisə vaxtı tək olmuş və hadisəni tək törətmişdir. O, zərərçəkmişə heç bir xəsarət yetirməmiş və müqavimət göstərəcəyi təqdirdə xəsarət yetirəcəyini bildirməmişdir. O, Zərərçəkmiş şəxs məxsus çantanı dartıb təxminən 40-50 metr məsafə qaçdıqdan sonra orada olan şəxslər onu saxlamışlar. O, çantanı götürüb qaçan ətrafdakı şəxslər tərəfindən saxlanıldığından çantanın içərisində olan pul və ya digər qiymətli əşyaları ələ keçirmək üçün imkanı olmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu məhkəmədə bildirdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəmə iclaslarına gəlmədiyinə görə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 1(007)-100/2021 saylı qərarı ilə həmin şəxsin məhkəmə iclasına məcburi qaydada gətirilməsi qərara alınmış, qərarın icrası Bakı şəhəri Nizami və Suraxanı rayon Polis İdarələrinə həvalə edilmişdir. Lakin həmin zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı təmin edilmədiyindən məhkəmə iclası təkrarən təxirə salınaraq, həmin şəxsin məhkəmə iclasında iştirakının təmin edilməsi barədə Polis İdarələrinə məlumat üçün məktub göndərilmiş, lakin həmin zərərçəkmiş şəxsin iştirakını təmin etmək mümkün olmamışdır. Buna görə də faktiki olduğu yer məlum olmadığına görə, Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, Xəzər rayonu, Bilgəh qəsəbəsində çörək sexini kirayə olaraq işlədir. xx xxxxxx 2020-ci il tarixdə işdən çıxıb evə gələn zaman «Koroğlu» mctrostansiyasında düşərək ev istiqamətində piyada getmişdir. Heydər Əliyev prospekti ilə üzü şəhər istiqamətində piyada gedən zaman həmin prospektdə yerləşən “Bravo” super market ilə üzbəüz olan zaman onunla qarşı-qarşıya iki nəfər çıxmışdır. O, həmin şəxslərə fikir verməyib yoluna davam etmiş, sonunculardan təxminən 30-40 metr aralanmışdır ki, çiynində olan çantasının dartıldığını görmüşdür. Dərhal arxaya çönən zaman qarşısından keçən iki nəfər şəxdən birinin onun çiynində olan çantanı dartaraq qaçdığını görmüşdür. O, qışqıraraq onun arxasınca qaçmışdır. Həmin şəxsə çata bilmədiyini görüb cibindəki mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng vurmuşdur. O, DİN-nin 102 xidmətinə məlumat verən zaman çantasını oğurlayan şəxsin arxasınca qaçırmış. Bir qədər getmişdir ki, yoldan keçən bir nəfər tanımadığı şəxs ona çantanı oğurlayaraq qaçan şəxsin irəlidə saxlanıldığını bildirmişdir. O, irəli gəldikdən sonra çantanı oğurlayan şəxsi və tanımadığı şəxsləri görmüşdür. Ona məlum olmurdur ki, həmin şəxslər onun səsini eşitdikləri üçün qaçan şəxsi saxlayıblar. Orada onun çantasını özünə vermişlər. O, çantasına baxan zaman çantada heç nəyin oğurlanmadığını görmüşdür. Bundan sonra Nizami RPİ-nin 23 PŞ-nə gərərək ərizə vermişdir. Hadisə nəticəsində ələ keçirilmiş çantası qara rəngli olmaqla dəri materialdan olmaqla 40 manat dəyəri olmuş, çantanın içərisində həmin zaman 12 manat dəyərində pulqabısı, pulqabının içərisində isə 85 manat pulu, 12 manat dəyərində kosmetik qabının içərisində 70 manat dəyərində tonal krem, pomada, qələmlər olmuşdur. Hadisə nəticəsində ona dəyə biləcək ziyan ümumilikdə 219 manat təşkil etmişdir. Hadisə nəticəsində xəsarət almamış və məhkəmə tibbi ekspertizasından keçmək istəməmişdir, çantasını götürərək qaçan şəxs ona heç bir hədə qorxu gəlməmişdir. Hadisə zamanı ikinci şəxs orada olmamışdır. Ola bilsin ki, ona qarşı cinayət törətmiş şəxs təsadüfən yol ilə keçirmiş. O, sadəcə sonuncuların birlikdə olmalarını səhv başa düşmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində «Koroğlu» metrostansiyasının yanından keçən zaman Atletlər kəndi tərəfdən bir nəfər şəxsin qaçdığını və həmin şəxsin dalınca bir qadının qışqıraraq qaçdığını görmüşdür. Həmin qadın qışqıraraq qaçan oğlanı tutmalarını bildirmişdir. O və ətrafda olan şəxslər həmin oğlanı saxlamışlar. Həmin oğlanı saxlayan zaman onlara məlum olmuşdur ki, sonuncu qışqıraraq qaçan qadının əl çantasını götürüb qaçmışdır. Daha sonra qadının özü onlara yaxınlaşmış və çantaya baxan zaman çantadan heç nə oğurlanmadığını görmüşdür. Daha sonra həmin yerə Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları gəlmiş və onlar həmin oğlanı polis əməkdaşlarına təhvil vermişlər. Şahid qismində dindirilmiş Şahid3 məhkəmədə Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman müəyyən edilmişdir ki, hadisə yeri ünvan 4 ünvanda yerləşən «Atletlər kəndi»nin qarşısında yerləşir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, baxış keçirilən qadın əl çantası qara rəngli olmaqla dəri materialdandır, çanta üzərində heç bir zədə izi yoxdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, həmin tarixdə, Zərərçəkmiş şəxs Nizami RPİ-nin İŞ-nin müstəntiqi Rəşad Məmmədova ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cavanlığını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli tutma protokolundan, təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il və təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmiş, təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakiminin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmış, həmin Məhkəmənin xx xxxxxx 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə məhkəməyə verilmiş, iş məhkəmə baxışına təyin edilmiş, həmin Məhkəmənin xx xxxx 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək, Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbsdən azad edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxx 2021-ci il tarixədək tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 05 (beş) ay 24 (iyirmi dörd) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Habelə, Azərbaycan Respublikası CPM-nin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda, daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılmaqla, azadlıq və bir sıra digər hüquqlarına məhdudiyyətlər qoyulmasına zərurət yoxdur və Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. Habelə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə uyğun olaraq, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qara rəngli dəri materialdan olan qadın əl çantasının, pul qabının, 85 manat pulun və kosmetika qabının ibtidai istintaq zamanı qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 35 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 25 iş saatı, cəmi 60 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 360 (üç yüz altmış) manat (60x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı xx xxxxxx 2020-ci il tarixdən xx xxxxx 2021-ci il tarixədək tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 05 (beş) ay 24 (iyirmi dörd) gün müddət nəzərə alınmaqla, həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 01 (bir) il 06 (altı) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qara rəngli dəri materialdan olan qadın əl çantasının, pul qabının, 85 manat pulun və kosmetika qabının ibtidai istintaq zamanı qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 360 (üç yüz altmış) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-100/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-100/2021
27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver