Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-100/2023 18.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2 Məhkəmə iclasının katibi: X5 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Zərərçəkmiş şəxs: X3 Təqsirləndirilən şəxs: xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum olunmuş, hazırda məhkumluğu ödənilmiş, “GESCO” mühafizə xidmətində mühafizəçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, X3 aralarında olan sevgi münasibətlərinə son vermək üçün ondan ayrılmaq istədiyini bildirməsinə görə sonuncudan qisas almaq məqsədilə, 20 fevral 2022-ci il tarixdə saat 16 radələrində ünvan 2 ünvanında, istifadəsində olmuş, ***-***-**-** nömrə ilə işlətdiyi mobil telefon vasitəsilə, özünəməxsus ‘TElektron ünvan ” elektron poçt ünvanına qoşulmaqla X3 adından “İnstagram” sosial şəbəkəsində “nigar_ehmedli777” və “nigar_656565” adlı saxta istifadəçi profilləri yaradaraq, internet informasiya ehtiyyatmda həmin profillərdən istifadə etməklə X8ma ünvanlanmış, sonuncunun şərəf və ləyaqətini nalayiq formada alçaldan təhqir xarakterli söz və ifadələr hesab olunan “qorusurem, qəh...m, si...i hostuyuram *** *** ** **” söz, ifadə və rəqəmləri “nigar_ehmedli777” hesabının məlumat hissəsində, “qorusurem hotelde, ehmedlide qaliram *** *** ** **” söz, ifadə və rəqəmləri isə “nigar_656565” profilinin məlumat hissəsində Nigar Məmmədovanın anket məlumatları kimi mətn formasında göstərib, fotoşəkilini yerləşdirərək kütləvi nümayiş etdirməklə, Nigar Məmmədova barəsində yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları internet informasiya ehtiyyatında saxta istifadəçi profilindən istifadə edərək, yaymaqla şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldaraq, böhtan atmaqla təhqir etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, bildirmişdir ki, hazırda “Gesco” mühafizə xidmətində mühafizəçi işləyir. 2020-ci ilin dekabr ayında “İnstagram” sosial şəbəkəsində X7 ilə tanış olmuş, Nigar ilə sevgi münasibətləri yaranmışdır. Onlar bir neçə dəfə, Bakı şəhərində yerləşən müxtəlif restoranlarda və digər yerlərdə oturub yemək yemiş, söhbət etmişlər. Nigar Məmmədovanın xarakteri və xasiyyətini bəyəndiyi üçün yaxın gələcəkdə Nigar Məmmədova ilə ailə həyatı qurmaq istəmişdir. Bu barədə Nigarın ailəsinin də məlumatı olmuşdur. Nigar Məmmədova ilə sonuncunun evində bir neçə dəfə könüllü olaraq cinsi əlaqədə olmuşlar. Bir müddət keçdikdən sonra, təxminən 2021-ci ilin sonlarında Nigar Məmmədova bir neçə dəfə onun başqa qızlarla yazışmasını, danışmasını öyrənmişdir. Buna görə də Nigar Məmmədova, 20 fevral 2022-ci il tarixdə ona zəng edərək ayrılmaq istədiyini bildirmiş, o da bundan sonra əsəbləşmiş, Nigar Məmmədovanın ondan ayrılmasını istəmədiyinə görə, sonuncudan bu hərəkətinə görə qisas almaq üçün “İnstagram” sosial şəbəkəsində, istifadəsində olan “Honor” markalı mobil telefon vasitəsilə 2 başqa ad altında hesab yaratmışdır. Həmin profillərdən birinin adını “nigar_ehmedli777”, digərinin adını isə “nigar_656565” qoymuşdur. Nigarın adından yaratdığı “nigar_ehmedli777” saxta profilinin informasiya hissəsində “qorusurem, qe...m, s....yi hostuyuram *** *** ** **” adlı mətn yerləşdirmişdir. Digər, Nigarın adından yaratdığı “nigar_656565” saxta profilin informasiya hissəsində isə “ qorusurem hotelde, ehmedlide qaliram *** *** ** **” məzmunda mətn yerləşdirmişdir. Daha sonra hər iki profildə Nigarın üzdən aydın görünən şəkilini qoymuşdur. Bunları etdikdən sonra profillərin ekran görüntüsünü çəkərək Nigara göndərmişdir. Həmin vaxt əsəbləşmiş və ondan ayrıldığına görə Nigarı rüsvay etmək istəmişdir. Daha sonra, Nigar Məmmədovanın həmin profilləri silməsini ondan xahiş etməsinə görə profilləri silmişdir. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən X7 ifadəsində göstərmişdir ki, 2020-ci ilin təxminən dekabr ayında “İnstagram” sosial şəbəkəsində Təqsirləndirilən şəxs ilə tanış olmuş, daha sonra yazışıb sevgili olmuşlar. Qısa müddət sonra, Təqsirləndirilən şəxs, onu öz ailə üzvləri ilə tanış edərək ona ailə həyatı quracaqları barədə yalan vədlər vermişdir. O da Fuada inanmışdır. Belə ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə də normal münasibətləri yaranmışdır. Lakin, hər dəfə Təqsirləndirilən şəxs münasibətləri rəsmiləşdirməli olduqlarını dedikdə, Fuad ona çoxlu borcları olduğunu, maddi sıxıntılarının olması səbəbindən ailə qurmağın tez olmasını demişdir. Beləliklə, o, Fuadla münasibətdə olduqları müddət ərzində bir neçə dəfə sonuncu ilə evdə, Fuadın avtomobilində cinsi əlaqədə olmuşdur. Bir müddət sonra, Fuadın da artıq ona qarşı hissləri dəyişmişdir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər onunla rəsmi nikah münasibətlərinə girəcəyini deyib, münasibətlərinə daha çox diqqət göstərsə də, artıq onunla cinsi əlaqədə olduqdan və bakirəliyi pozulduqdan sonra ona qarşı eyni münasibəti göstərməmişdir. Belə olan halda məcbur qalıb Fuaddan ayrılmaq qərarına gəlmişdir. Çünki, Təqsirləndirilən şəxs onunla evlənmək niyyəti olmadığını başa düşmüşdür. 20 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs başqa qadınlarla ona xəyanət etməsini öyrəndiyi üçün sonuncuya zəng edərək, ayrılmaq istədiyini bildirmiş, sakit və mədəni tərzdə ayrılmağı xahiş etmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs ona zəng edərək adını, şəklini internetdə paylaşacağını, hər kəsə, tanımadığı yad insanlara da onu rüsvay edəcəyini, bakirəliyi pozulduğu üçün onunla heç kəsin ciddi münasibətdə olmayacağmı demişdir. Bir qədər sonra Fuad ona “İnstagram” sosial şəbəkəsində 2, ayrı-ayrı özünün yaratdığı hesabdan yazmışdır. O, hesablara baxanda görmüşdür ki, hesabların adları “nigar_ehmedli777” və nigar_656565” olaraq qeyd edilmişdir. Eyni zamanda, həmin hesabların profil rəsmi bölməsinə, onun açıq-aydın görünən şəkili qoyulmuşdur. Məlumat bölməsində isə Fuad tərəfindən, barəsində təhqiramiz, nalayiq ifadələr yazılmışdır. Həmin hesabların hər ikisinin məlumat bölməsində pul qarşılığında kişilərlə görüşməsi yazılmışdır. O, bunları gördükdə dəhşətə gəlmiş, Fuada həmin hesabları silməsi barədə xahiş etmişdir. Lakin, Təqsirləndirilən şəxs onu rüsvay edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs təxminən 2 saat sonra həmin hesabları silsə də, artıq həmin hesablar müxtəlif şəxslər tərəfindən izləməyə alınmışdır. O, Təqsirləndirilən şəxs hansı səbəbdən bunları etməsini soruşduqda isə, Təqsirləndirilən şəxs ona ayrıldığına görə qisas almaq üçün onu rüsvay edəcəyini, hər kəsin onu pozğun qadın kimi tanıyacağını bildirmişdir. Halhazırda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, onunla barışmadığını qeyd edərək, məhkəmədən onun cəzalandırılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid X1 ifadəsində göstərmişdir ki, X7 onun övladıdır. Zərərçəkmiş şəxsin verdiyi ifadəni təsdiq edərək bildirdi ki, qızı Nigar Məmmədova xx.xx.2022-ci il tarxidə, ona əvvəllər münasibətdə olduğu Təqsirləndirilən şəxs adlı şəxsin Nigar Məmmədovanın adından saxta istifadəçi profilləri yaratması və həmin profillərdə Nigar Məmmədovaya şər və böhtan atması barədə məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə isə Təqsirləndirilən şəxs ona “whatsapp” sosial şəbəkəsində mesaj yazaraq qızı Nigar Məmmədovanın sevgilisi olduğunu bildirmişdir. İş üzrə təyin edilmiş xx.xx.2022-ci il tarixli 4/1318 saylı məhkəmə linqvistik ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs tərəfindən X3 adından “İnstagram” sosial şəbəkəsində yaradılmış “nigar_ehmedli777” və “nigar_656565” adlı saxta istifadəçi profillərinin informasiya hissəsində yerləşdirilməklə işlədilmiş “qorusurem, qəh—m, si...i hostuyuram 070 *** ** ** qesek s... emirem” və “qorusurem hotelde, ehmedlide qalıram 099 376 06 00” kimi söz və ifadələr X6 ünvanlanmışdır. Təqsirləndirilən şəxs tərəfindən X3 adından “İnstagram” sosial şəbəkəsində yaradılmış “nigar_ehmedli777” və “nigar_656565” adlı saxta istifadəçi profillərinin informasiya hissəsində yerləşdirilməklə işlədilmiş “qorusurem, qəh—m, si...i hostuyuram 070 *** ** ** qesek s... emirem” və “qorusurem hotelde, ehmedlide qalıram 099 376 06 00” kimi söz və ifadələr X3 şərəf və ləyaqətini nalayiq formada alçaldan təhqir xarakterli söz və ifadələr hesab olunur. Təqsirləndirilən şəxs tərəfindən X3 adından “İnstagram” sosial şəbəkəsində yaradılmış “nigar_ehmedli777” və “nigar_656565” adlı saxta istifadəçi profillərinin informasiya hissəsində yerləşdirilməklə işlədilmiş “qorusurem, qəh—m, si...i hostuyuram 070 *** ** ** qesek s... emirem” və “qorusurem hotelde, ehmedlide qalıram 099 376 06 00” kimi söz və ifadələrin böhtan olub-olmamasının araşdırılması xüsusi bilik tələb etmədiyindən məhkəmə ekpertinin səlahiyyətinə aid olmaması müəyyən edilmişdir. 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın və Azərbaycan Respublikası Konstitusiyanın 46-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 148-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, bu cinayətin bilavasitə obyektini başqa şəxsin şərəfi, ləyaqəti və ya nüfuzu təşkil edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 2 gün müddətinə tutulmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınan mobil telefonun ekran görüntüsündən çəkilmiş şəkillər cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 05 ay (beş ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 04 ay 28 gün (dörd ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 18 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – mobil telefonun ekran görüntüsündən çəkilmiş şəkillər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-100/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-100/2023
18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver