Məhkəmə qərarları › İş №1(007)-101/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-101/2025

21.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-101/2025 21.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Nizami rayonu, M.Abbasov küçəsi, ev 6, mənzil 4-də qeydiyyatda olan, Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, ev 96, mənzil 80-də yaşamış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 08 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzanın icrasından qərəzli olaraq boyun qaçırdığından icra məmurunun təqdimatı əsasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli qərarı ilə həmin cəzanın 26 yanvar 2023-cü il tarixə çəkilməmiş 02 il 05 ay 26 gün hissəsi 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 23 aprel 2024-cü il tarixdə cəzanın sonu ilə azad edilmiş, 23 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 sentyabr 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi ilə psixotrop maddə metamfetamin əldə edib saxlamış və daşımışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 sentyabr 2024-cü il tarixdə saat 13 radələrındə Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 76 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən hündürmərtəbəli binanın yerləşdiyi, dəmir çəpərlə hasara alınmış və mühafizə olunan əraziyə tikinti işi ilə əlaqədar hasarın açıq olan hissəsindən özünü orada işləyən fəhlə kimi göstərməklə qanunsuz daxil olub binanın 1-ci girişindən 4-cü mərtəbəyə qalxaraq həmin mərtəbədə qapısı olmayan, soldan birinci otağa keçib binada fəhlə işləyən X1 divardan asılmış şalvarının cibindən sonuncuya məxsus 300 manat dəyərində göy rəngli “X5 9” markalı, M2003J15SG modelli mobil telefonu və 50 manat nağd pulu gizli olaraq talamaqla Zamiq Köçərliyə 350 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə təmiz çəkisi 1,654 qram olan psixotrop maddə metamfetamin əldə edib saxlamaqla üzərində daşımış və törətdiyi oğurluq hadisəsi ilə bağlı 23 sentyabr 2024-cü il tarixdə saat 21:15 radələrində Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsində yerləşən “Maklerlər bağı” adlanan parkda şübhəli şəxs qismində saxlanılmaqla Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 81B ünvanında yerləşən 24-cü polis şöbəsinə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki açıq göy rəngli cins şalvarın arxa sağ cibindən istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə əldə etdiyi 03 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,635 qram, 0,794 qram, 0,225 qram, ümumi təmiz çəkisi 1,654 qram olan ağ rəngli, kristalşəkilli maddə kütlələri kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində psixotrop maddə metamfetamin izləri olan 01 ədəd elektron tərəzi və şalvarının arxa sol cibindən oğurluq yolu ilə əldə etdiyi “X5 9” markalı, M2003J15SG modelli mobil telefon aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər oğurluq və soyğunçuluq cinayətləri etdiyinə görə məhkum olunmuş, 2024-cü ilin aprel ayında azadlığa çıxmışdır. Pula ehtiyacı olduğundan 21 sentyabr 2024-cü il tarixdə saat 13 radələrində Nizami rayonu Qara Qarayev prospektində inşa edilən hündürmərtəbəlı binanın qarşısında olduğu zaman oğurluq etmək qərarına gəlmiş, həmin binanın ətrafı dəmir lövhələrlə hasara alınsa da arxa tərəfində iş getdiyi üçün hasarın bir hissəsi açıq olmuş və fəhlələr orada işləmişlər. O da özünü fəhlə kimi göstərib həmin açıq hissədən əraziyə daxil olub binaya keçmiş və fəhlələr ona fikir verməmişlər. Binada da onu görən olmamış, mərtəbələrdə otaqlara baxıb oğurlamaq üçün hər hansı qiymətli əşya axtarmış, binanın 4-cü mərtəbəsində ustaların işlədiyini görsə də ustalardan onu görən olmamışdır. Ustaların onu görmədikləri şəraitdə gizlincə olaraq onlara məxsus geyim əşyaları olan otağa daxil olmuşdur. Həmin otaqda divardan ustalara aid geyim əşyalarının asıldığını görmüş və əşyaları axtarmağa başlamışdır. Həmin vaxt divardan asılmış sellofan paketin içərisində olan şalvarın ciblərində axtarış apardıqda şalvarın cibində 1 ədəd “Redmi Note 9” markalı mobil telefon və şalvarın cibində olan pul kisəsində 50 manat pul olduğunu aşkar etmiş və həmin mobil telefonla pulu götürüb gizlincə pilləkənlərlə binadan aşağı düşmüş, sonra isə binanın həyətindən çıxıb oradan uzaqlaşmışdır. Həmin 50 manat pulu bir nəfərə olan borcuna ödəmişdir. Mobil telefonun üzərində heç bir sim nömrə olmamış, o da internet proqramlarından istifadə edərək telefonu işlətmişdir. 23 sentyabr 2024-cü il tarixdə saat 21 radələrındə Nizami rayonu R.Rüstəmov küçəsində yerləşən “Maklerlər parkı”nda olduğu zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. O, polis əməkdaşlarından yayınaraq qaçmaq istədikdə onu saxlayıb oğurluqda şübhəli olduğunu bildirərək 24-cü polis şöbəsinə aparmışlar. Yolda gedərkən polislər ondan qaçmaq istəməyinin səbəbini soruşduqda o, narkotik vasitə istifadəçisi olduğunu, hazırda da üzərində psixotrop maddə olduğunu bildirmişdir. Polis şöbəsində ona vəkil dəvət edilmiş, inzibatı otaqların birində vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bır əşya və ya predmet varsa onları təqdim etməyi təklif olunmuşdur. O da əynində olan açıq göy rəngli şalvarın sol arxa cibində saxladığı özünə məxsus üzərində ***-***-**-** nömrəsi olan 1 ədəd “Kater” markalı və oğurladığı “Redmi Note 9” markalı mobil telefonları, özünə məxsus 2 ədəd 5 manatlıq və 4 ədəd 1 manatlıq əskinaslar olmaqla cəmi 14 manat pulu, həmin şalvarın arxa sağ cibində olan pul kisəsinin içərisində şəxsi istifadəsi üçün saxladığı 3 ədəd şəffaf sellofan bükümləri və 1 ədəd qara rəngli elektron tərəzini onlara təqdim etmişdir. Həmin 3 ədəd bükümdə “patı” kimi tanıdığı narkotik maddə olduğunu, bu bükümləri tutulduğu gün Nizami rayonu R.Rüstəmov küçəsində yerləşən “Maklerlər parkı”nda İran vətəndaşı kimi tanıdığı Əli adlı şəxsin “WhatsApp”dakı yazışmaları əsasında həmin parkda ona bildirdiyi yerdən götürdüyünü və həmin 3 ədəd bükümləri şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Həmçinin təqdim etdiyi “Kater” markalı mobil telefon özünə məxsus olsa da “Redmi Note 9” markalı mobil telefonu 21 sentyabr 2024-cü il tarixdə saat 13 radələrində Nizami rayonu Q.Qarayev prospektində yerləşən inşa edilən binanın 4-cü mərtəbəsində divardan asılmış vəziyyətdə olan sellofan paketin içərisindəki şalvarın cibindən gizli yolla oğurladığını etiraf etmişdir. Təqdim etdiyi narkotik maddələrlə elektron tərəzi hamının iştirakı ilə içərisi boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzərini və tərtib olunmuş protokolu imzalamışlar. O, etiraf edir ki, narkotik istifadəçisidir, narkotik vasitəni isə yalnız şəxsi istifadəsi məqsədi ilə əldə etmişdir. Elektron tərəzini isə ona satılan narkotiki çəkib miqdarını bilmək məqsədi ilə üzərində saxlamışdır ki, pul verib aldığı narkotikin çəkisində satan şəxs onu aldatmasın. Narkotik satışı ilə məşğul olduğunu bildirməsi barədə ilkin izahatı onun sözləri ilə yazılmamış və elə bir izahat verməmişdir. O, heç vaxt narkotik satmamışdır. Oğurladığı mobil telefonda İran vətəndaş ilə “WhatsApp” vasitəsi ilə yazışıb onun göndərdiyi kart hesabına pul göndərmiş, bundan sonra həmin şəxs muəyyən yerə narkotiki atdırmış və o, narkotiki götürmüşdür. Həmin yazışmaları telefondan silmişdir. Oğurladığı mobil telefonu satmaq fikri olmamış, özü bir neçə gün istifadə edib sonra sahibinin tapması üçün oğurladığı yerə atmaq fikri olmuşdur. Təqsirləndiriılən şəxs sualları cavablandırarkən onda yalnız 1 ədəd bükümdə narkotik olduğunu, lakin həmin bükümü xırda-xırda böldüyünü, tərəzi üstündə olsa da həmin vaxt işləmədiyini, polis əməkdaşlarının ona təzyiq göstərmədiklərini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə son sözündə göstərmişdir ki, polislər tərəfindən saxlanılanda onun üzərindən narkotik və tərəzi çıxıb, lakin o, narkotik vasitə satmayıb. CM-nin 234.2-ci maddəsi ilə ittiham ona nahaq verilib. O, narkotik vasitə istifadəçisi olub. Narkotik vasitəni bir dəfə satıbsa, verilmiş ittihamı qəbul edər. Oğurluq etdiyini etiraf edir. Yaşlı anası var, azadlığa təzə çıxıb. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində müxtəlif tikintilərdə rəngsaz kimi işləyib pul qazanır. 2024-cü ilin təxminən avqust ayından Nizami rayonu Q.Qarayev prospekti, 76 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən hundürmərtəbəli binada işləmişdir. 21 sentyabr 2024-cü il tarixdə səhər saatlarından həmin binada işdə olmuş və binanın 1-ci girişində 4-cü mərtəbəsində işləmişdir. İşə gəlib həmin mərtəbədə soldan birinci mənzilin mətbəx otağında paltarını dəyişib iş paltarını geyindikdən sonra təmiz şalvarı ilə köynəyini ağ rəngli sellofan paketin içərisinə qoyub otaqda divardan asmışdır. Təmiz şalvarının sağ yan cibində özünə məxsus göy rəngli “X5 9” markalı, M2003J15SG modelli mobil telefon, şalvarın sol yan cibində isə içərisində 2 ədəd 20 manatlıq və 1 ədəd 10 manatlıq əskinaslar olmaqla cəmi 50 manat pul olan qara rəngli pul kisəsi olmuşdur. Həmin mərtəbədə ondan başqa bir nəfər rəngsaz da işləmişdir. Nahar fasiləsi zamanı yeməklərini yedikdən sonra saat təxminən 13 radələrində mobil telefonunu götürmək üçün paltarını divardan asdığı otağa keçmiş və həmin an paltarı olan sellofan paketin açıq vəziyyətdə, paltarlarının isə tozlu olmasını görmüşdür. Həmçinin paltarlarının üstündə cibindəki pul kisəsinin içərisi boş vəziyyətdə olduğunu görüb oğurluq olmasını təxmin etmişdir. Dərhal şalvarının ciblərini yoxladıqda həqiqətən də “X5 9” markalı mobil telefonunun da oğurlandığını aşkar etmişdir. Bundan sonra binadan aşağıya düşüb oğurluq olması barədə mühafizəçiyə məlumat vermişdir. Mühafizəçi də tikinti şirkətinin məsul şəxsinə məlumat vermiş, bir qədər sonra polis əməkdaşları gəlib oğurluq olan yerə və əşyalara baxış keçirmişlər. Bundan sonra o, oğurluq hadisəsi barədə 24-cü polis şöbəsinə ərizə yazmışdır. İşlədiyi bina təhlükəsizlik baxımından dəmir çəpərlə hasarlanmış vəziyyətdə olmuş, binanın həyətinə də giriş qapısı dəmirdən olmaqla bağlı olmuşdur. Binanın həyətinə giriş qapısının yanında mühafizəçi otağı var ki, orada da həmişə mühafizəçi olur, binanın həyətinə və binanın özünə kənar şəxslərin girişi qeyri-mümkündür, ancaq tikintidə işləyən işçilər ora buraxılır. Oğurluq edən şəxs binanın həyətinə və binaya gizlin şəkildə daxil olmuşdur. Oğurlanmış “X5 9” markalı mobil telefonunun üzərində heç bir sim nömrə olmamış, telefonun dəyəri 300 manat olmuşdur. Oğurluq nəticəsində ona ümumilikdə 350 manat ziyan dəymişdir. Mobil telefonu bir il əvvəl yeni vəziyyətdə aldığına və az istifadə etdiyinə görə ekspertizanın həmin telefonun qiymətinin 90 manat olması barədə rəyi ilə razılaşmır, telefonunu 300 manat məbləğində dəyərləndirir. 24 sentyabr 2024-cü il tarixdə 24-cü polis şöbəsinin əməkdaşı tərəfindən oğurluq edən şəxsin saxlanıldığı harədə ona məlumat verilmişdir. Sonradan mobil telefonu polislər tərəfindən özünə geri qaytarılmışdır, oğurlanmış 50 manatı isə geri qaytarılmasa da tələb etmir, halal edir. Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Məhyəddin oğlu ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 21 sentyabr 2024-cü il tarixdə X1 işlədiyi Nizami rayonu Q.Qarayev prospekti, 76 ünvanında olan tikintidə paketin içərisində qoyduğu şalvarının cibindən “Redmi Note 9” markalı mobil telefonunun və 50 manat nağd pulunun naməlum şəxs tərəfindən oğurlanması faktına görə müvafiq əməliyyat tapşırığı icraatına daxil olmuşdur. Həmin əməliyyat tapşırığına əsasən də tərəflərindən bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və nəticə etibarı ilə 23 sentyabr 2024-cü il tarixdə saat 21:15-də Nizami rayonu R.Rüstəmov küçəsində yerləşən “Maklerlər bağı” adlanan parkda qeyd olunan oğurluq cinayətini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Saxladıqları şəxsə özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirdikdə o, yayınaraq qaçmaq istəmişdir. Lakin həmin şəxsi saxlayaraq oğurluq etməkdə şübhəli olduğunu və onlarla 24-cü polis şöbəsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və onlarla birlikdə şöbənin inzibati binasına getmişdir. Yolda gedərkən isə qaçmaq istəməsinin səbibini soruşanda Rəşad narkotik vasitə istifadəçisi olduğunu və hazırda da üzərində psixotrop maddə olduğunu bildirmişdir. Eyni zamanda 21 sentyabr 2024-cu il tarixdə oğurluq etməsini səmimi etiraf etmişdir. Polis şöbəsində həmin şəxsin saxlanılması barədə şöbə rəhbərliyinə raport vermişlər. Bundan sonra təhqiqatçı tərəfindən zəruri prosessual hərəkətlər həyata keçirilmiş və vəkil dəvət edilmişdir. Daha sonra onların və vəkilin iştirakı ilə vıdeoçəkıliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı ilk əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa onu təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs də əynində olan açıq göy rəngli şalvarının sol arxa cibindən 1 ədəd “Kater” markalı və 1 ədəd “Redmi Note 92 markalı mobil telefonları, 2 ədəd 5 manatlıq və 4 ədəd 1 manatlıq əskinaslar olmaqla cəmi 14 manat pulu, həmin şalvarın arxa sağ cibində olan pul kisəsinin içərisindəki 3 ədəd şəffaf sellofan bükümləri və 1 ədəd də qara rəngli elektron tərəzini təqdim etmişdir. Təhqiqatçı 3 ədəd şəffaf sellofan bükümləri açdıqda onların içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə oxşar kütlə olduğu görünmüşdür. Təqsirləndirilən şəxs həmin bükümlərdəkı maddənin nə olduğunu və haradan əldə etdiyini soruşduqda o, həmin maddələrin “patı” kimi tanıdığı narkotik olduğunu və həmin maddələri 03 büküm halında 23 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsində yerləşən “Maklerlər bağı” adlanan parkda İran vətəndaşı Əli adı ilə tanıdığı şəxsdən 60 manat pula aldığını bildirmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, gündəlik maddi tələbatını ödəmək məqsədi ilə narkotik vasitəni həmin tərəzidə çəkməklə tanıdığı şəxslərə satır. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, 21 sentyabr 2024-cü il tarixdə saat 13 radələrində Nizami rayonu Qara Qarayev prospektindəki inşa edilən binanın 4-cü mərtəbəsində divardan asılmış vəziyyətdə olan sellofan paketin içərisindəki şalvarın cibindən hazırda təqdim etdiyi “Redmi Note 9” markalı mobil telefonu və 50 manat nağd pulu oğurlayaraq oradan uzaqlaşmışdır. Oğurladığı 50 manat pulu öz borcuna qaytarmış, mobil telefondan isə istifadə edir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da başqa hər hansı əşya tapılmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd “Kater” markalı və 1 ədəd “Redmi Note 9” markalı mobil telefonlar təhqiqatçı tərəfindən götürülmüş, 14 manat pulu və pul kisəsi isə özünə qaytarılmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd büküm və elektron tərəzi zərfə qoyulub möhürlənmiş, həmçinin şəxsi axtarışla bağlı protokol tərtib edilmişdir. Bütün iştirakçılar zərfin üzərini və protokolu imzalamışdır. Sualları cavablandırarkən Şahid1 Məhyəddin oğlu göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış polis şöbəsində keçirilmiş, həmin vaxt təklif əsasında şübhəli şəxs şalvarının arxa sağ cibində olan pul kisəsinin içərisindəki 3 ədəd şəffaf sellofan bükümləri və 1 ədəd qara rəngli elektron tərəzini təqdim etmişdir. Şübhəli şəxs etiraf etmişdir ki, gündəlik maddi tələbatını ödəmək məqsədi ilə narkotik vasitəni həmin tərəzidə çəkməklə tanıdığı şəxslərə satır. Şübhəli şəxsi döyən, incidən olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2, Şahid1lə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 iştirakı mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid həmin ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti 76 ünvanında yerləşən "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. MMC tərəfindən həmin ünvanda hündürmərtəbəli bina inşa edilir. 21 sentyabr 2024-cu il tarixdə ona məlum olmuşdur ki, hansısa naməlum şəxs qanunsuz olaraq inşa olunan binaya daxil olub fəhlələrdən birinin mobil telefonunu oğurlamışdır. İnşa edilən binanın tam dörd tərəfi dəmir lövhələrlə əhatəyə alınmış və giriş qapısı da 24 saat mühafizəçilər tərəfindən mühafizə olunur, bina inşa olunan əraziyə həmin binada işləyən usta və fəhlələr, eləcə də MMC işçilərindən başqa kənar şəxslərin girişi tam qadağandır. Həmin naməlum oğru binanın ərazisinə girişdən daxıl ola bilməzdi. Gündüz vaxtlarında iş gedən zaman ola bilər ki, binanın arxa tərəfində hasarın bəzi hissələri açılır ki, işçilər və maşınlar daxil olub çıxa bilsinlər, həmin şəxs də özünü fəhlə kimi göstərib əraziyə gizlin pərdələnmiş formada daxıl olmuşdur, əgər onu yerində aşkar etsəydilər dərhal ərazidən uzaqlaşdırardılar. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 24 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 21 sentyabr 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, X1 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 5-6) - 23 sentyabr 2024-cü il və 25 sentyabr 2024-cü il tarixli protokollardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin təhqiqatçısı tərəfindən polis əməkdaşlarının və vəkilin iştirakları ilə, videoçəkilişlə, 23 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış başlanmazdan əvvəl üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş maddi sübutun olub-olmadığı soruşulmuş və olduqda təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs açıq göy rəngli şalvarının arxa sol cibindən 01 ədəd “Kater” markalı, 01 ədəd göy rəngli “Redmi Note 9” markalı mobil telefonu, 02 ədəd 5 manatlıq, 04 ədəd 1 manatlıq pul əskinası, həmin şalvarın arxa sağ cibindən tünd qəhvəyi rəngli pul kisəsini təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “Kater” markalı mobil telefon onun özünə məxsusdur, “Redmi Note 9” markalı mobil telefonu isə Nizami rayonunda yerləşən yarımtikilidən sellofan paketin içərisində olan şalvarın cibindən oğurlamışdır. Onun təqdim etdiyi pul kisəsinin içərisindən 03 ədəd şəffaf sellofan büküm və qara rəngli elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdə “patı” kimi tanıdığı narkotik olduğunu və gündəlik maddi tələbatını ödəmək məqsədi ilə narkotik vasitəni həmin tərəzidə çəkməklə tanıdığı şəxslərə satdığını bildirmişdir. Təhqiqatçı bükümləri açdıqda orada ağ rəngli, kristal şəkilli spesifik iyə malik maddə olduğu görünmüşdür. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddəyə oxşar maddə olan 03 ədəd bükümü və bır ədəd elektron tərəzini ağ zərfə qoyub möhurləmiş və zərfin üzərinə iştirakçılar imza etmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan mobil telefonlar sübut əhəmiyyəti daşıdığından götürülmüş, pul əskinasları və boş pul kisəsi onun özünə qaytarılmışdır. Protokol tərtib edilərkən iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış videoçəkilişin görüntüləri əks olunan 01 ədəd diskə 25 sentyabr 2024-cü il tarixdə müstəntiq tərəfindən baxış zamanı yuxarıda qeyd olunan halların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 34-35, 74-75) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 24 sentyabr 2024-cü il tarixli 6/4683 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan zərfin içərisində 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,635 qram, 0,794 qram, 0,225 qram, ümumi təmiz çəkiləri 1,654 qram olan ağ rəngli, kristalşəkilli maddə kütlələri kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psıxotrop maddə metamfetamindir; bir ədəd elektron tərəzinin üzərində psixotrop maddə olan metamfetaminın izləri vardır, metamfetamin iz şəklində olduğundan təmiz çəkisini müəyyən etmək və bükümlərdə olan metamfetaminlərlə müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi 1,654 qram olmuş, tədqiqata 0,15 qram sərf olunmuş, 1,504 qram qalıq qalmışdır. (i.v. 45-49) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 24 sentyabr 2024-cü il tarixli 6453 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 60-61) - 25 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 177.2.3 və 234.2-ci maddələrinə tövsif edilmişdir. (i.v. 76-77) - 26 sentyabr 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, X2 məxsus olan, 21 sentyabr 2024-cu il tarixdə Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və 25 sentyabr 2024-cü il tarixdə şəxsi axtarış istintaq hərəkəti zamanı sonuncunun üzərindən götürülmüş göy rəngli “X5 9” markalı, M2003J15SG modelli mobil telefona müstəntiq tərəfindən baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, həmin telefonun korpusu goy rənglidir, üzərində hər hansı zədə yoxdur, telefon açıldıqda onda ekran kilidi olması müəyyən edilmişdir. Baxışda iştirak edən Z.Köçərli bildirmişdir ki, həmin telefon ona məxsusdur və 21 sentyabr 2024-cü il tarixdə oğurlanmış, lakin onun tərəfindən telefona ekran kilidi qoyulmamışdır, ona gorə də kilidin kodunu bilmir. Baxış zamanı Z.Köçərli həmin telefonun onda olan qutusunu təqdim etmiş və məlum olmuşdur ki, həqiqətən də təqdim olunan qutu “X5 9” markalı, M2003J15SG modelli mobil telefonun qutusudur. (i.v. 106-110) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə kompleks kompüter-texniki və əmtəəşünaslıq ekspertizasının 06 noyabr 2024-cü il tarixli 5/1176-8503 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, təqdim edilmiş bır ədəd sensor ekranlı “Android” əməliyyat sistemi ilə təchiz olunmuş “X5 9” markalı arxa markalanma göstəricisinə görə “M2003J15SG” modelli mobil smartfondur. Rəyin tədqiqi hissəsinin 2-cı bəndində göstərilən səbəblərə gorə tədqiq olunan “X5 9” markalı “M2003J15SG” modelli mobil smartfonun yaddaşından məlumatların silmədən istifadəçi tərəfindən tətbiq edilmiş qrafik təsvir ilə mühafizə olunan ekran kilidini ləğv etmək mümkün olmadı. Rəyin tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəblərə gorə tədqiq olunan “X5 9” markalı “M2003J15SG” modelli mobil smartfonun yaddaşında hər hansı bır məlumatın (kontakt, zəng, SMS mesaj, foto, audio, video fayllar, proqram təminatı, sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadiləsi və sairə) olub olmaması, eləcə də həmin mobil smartfonun yaddaşından hər hansı bir məlumatın pozulub-pozulmaması uzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd “X5 92 markalı, arxa markalanma göstəricisinə gorə “M2003J15SG” modelli mobil telefonun komplektləşdirilməsinə aid olan aksessuarlarının olmaması və istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 90,00 manat müəyyən edilir. (i.v. 147-151) - 22 noyabr 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilmiş və istintaq hərəkəti zamanı təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə, istintaqa verdiyi ifadəsini bir daha təsdiq edərək oğurluq əməlini hansı şəraitdə və qaydada törətdiyini əyani təsvir etmişdir. (i.v. 153-157) - 23 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.2-ci maddələri ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə etdiyi 01 ədəd üzərində nömrə olmayan “X5 9” markalı, “M2003J15SG” modelli mobil telefon cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və sahibi X2 qaytarılmış, Təqsirləndirilən şəxs götürülmüş “Katel” markalı mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmış, X2 dəymiş ziyanın məbləği 350 manat qəbul edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 180-ci maddəsinin tərkibi olmadığı üçün barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs götürülmüş 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,635 qram, 0,794 qram, 0,225 qram, ümumi təmiz çəkiləri 1,654 qram olan psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, aparılmış tədqiqatlardan sonra qalıq qalmış 1,504 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi saxlanması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aparılmış videoçəkilişin 01 ədəd DVD diski iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq iş materiallarında saxlanılmış, cinayət işinin istintaqı zamanı zəruri və təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfetamini əldə etmə mənbəyini müəyyən etmək mümkün olmadığından bununla bağlı əməliyyat tədbirlərinin davam etdirilməsi üçün cinayət işindən material ayrılaraq Nizami RPİ-nin 24-cü polis şöbəsinə göndərilmişdir. (i.v. 161-170) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Habelə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, ... Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Qərarın 9-cu bəndinə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə ibtidai istintaq zamanı material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirliliyi özünün qismən etiraf ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.2-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmədə Təqsirləndirilən şəxs və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, onun üzərində şəxsi axtarış istintaq hərəkəti aparılan zaman üzərində olan 03 ədəd şəffaf sellofan bükümü və qara rəngli elektron tərəzini çıxarıb təqdim etmişdir, hansı ki, məhkəmə fiziki-kimyəvi ekspertizasının 24 sentyabr 2024-cü il tarixli 6/4683 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,635 qram, 0,794 qram, 0,225 qram, ümumi təmiz çəkiləri 1,654 qram olan ağ rəngli, kristalşəkilli maddə kütlələri kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psıxotrop maddə - metamfetamindir, 01 ədəd elektron tərəzinin üzərində psixotrop maddə olan metamfetaminın izləri vardır, metamfetamin iz şəklində olduğundan təmiz çəkisini müəyyən etmək və bükümlərdə olan metamfetaminlərlə müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı həmin bükümlərdə “patı” kimi tanıdığı narkotik olduğunu və gündəlik maddi tələbatını ödəmək məqsədi ilə narkotik vasitəni həmin tərəzidə çəkməklə tanıdığı şəxslərə satdığını, narkotik vasitəni hansı qaydada əldə etdiyini izah etmişdir. Hansı ki, bu qeyd olunanlar digər sübutlarla yanaşı, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntü ilə öz təsdiqini tapmışdır. Müdafiə tərəfinin dəlilləri məhkəmə tədqiqi zamanı toplanaraq tədqiq olunan sübutlarla təkzib edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə dindirilərkən məhhkəməyədək icraat zamanı ona qarşı fiziki və ya psixi zorakılıq edilməsini bildirməmişdir. Bununla da, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3 və 234.2-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 23 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 24) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilməklə həbsetmənin əvvəli 23 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. (i.v. 104-105) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11 oktyabr 2024-cü il tarixli tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,180.2.3-cü maddəsi ilə təqsirli bilinib, 03 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 10 ay 20 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, 20 aprel 2018-ci il tarixdə cəzası başa çatdığı üçün qeydiyyatdan çıxarılmış; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 08 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzanın icrasından qərəzli olaraq boyun qaçırdığından icra məmurunun təqdimatı əsasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli qərarı ilə həmin cəzanın 26 yanvar 2023-cü il tarixə çəkilməmiş 02 il 05 ay 26 gün hissəsi 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 23 aprel 2024-cü il tarixdə cəzanın sonu ilə azad edilmişdir. (i.v. 114-122) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.2-ci maddələri ilə törətdiyi əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilərək onunla barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 18.4.4 və 83.1-ci maddələrinin tələbləri baxımından qeyd edir ki, yuxarıda istinad olunan hökmlə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum olunduğundan, sonradan hökmün icrası qaydasında həmin cəza azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz olunsa da, həmin hal residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətlərə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, CM-nin 66.2-ci maddəsinə əsasən isə təyin ediləcək cəzaları müvafiq qaydada toplamaq yolu ilə ona qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 23 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq qalmış psixotrop maddə metamfetamin və üzərində həmin maddənin izləri olan 01 ədəd elektron tərəzi məhv edilməli, maddi sübut olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, maddi sübut olan 01 ədəd mobil telefonun məhkəməyədək icraat zamanı sahibi olan zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsi ilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 23 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 1,504 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsin, içərisində şəxsi axtarış və götürmə və mənzilə baxış zamanı qeydə alınmış videogörüntülər olan 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, üzərində nömrə olmayan 01 ədəd “X5 9” markalı, “M2003J15SG” modelli mobil telefonun məhkəməyədək icraat zamanı sahibi X2 qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfi olan cəmi 160 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 25 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 150 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar