Məhkəmə qərarları › İş №1(007)-105/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-105/2021

12.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-105/2021 12.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxxx 2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 116 saylı evin 56 saylı mənzilində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx xxxxxx 2019-cu il tarixdə saat 08 radələrində cinsi ehtirasını təmin etmək məqsədilə ünvan 1 A ünvanında yerləşən «Joker playstation club» adlı oyun salonunda təhsil aldığı 272 nömrəli orta məktəbdə ondan iki sinif aşağı təhsil alan, on altı yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə görüşüb qarşılıqlı razılıq əsasında öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına daxil edərək sonuncu ilə təbii yolla cinsi əlaqədə olub ehtirasını təmin etmiş, sonra isə qanunsuz hərəkətlərini davam etdirərək qeyd edilən tarixdə həmin oyun salonunda saat 10 radələrində Zərərçəkmiş şəxs razılığı ilə öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcəyinə daxil etməklə sonuncu ilə qeyri-təbii yolla cinsi əlaqədə olub seksual xarakterli hərəkət etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, xx xxxxxx 2020-cu il tarixdə saat 09 radələrində, 03 fevral 2020-ci il tarixdə saat 09 radələrində, 14 fevral 2020-ci il tarixdə saat 09 radələrində və xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində cinsi ehtirasını təmin etmək məqsədilə ünvan 1 A ünvanında yerləşən «Joker playstation club» adlı oyun salonunda on altı yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə görüşüb qarşılıqlı razılıq əsasında öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına daxil edərək sonuncu ilə üç dəfə təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, göstərdi ki, 2008-ci ildə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 272 №-li orta məktəbin birinci sinifinə daxil olaraq 2019-cu ildə həmin məktəbi bitirmişdir. Zərərçəkmiş şəxs məktəbdə oxuduğu vaxtlardan tanımış, belə ki, həmin vaxtlar Nəzrinin oxuduğu sinif otağı onun oxuduğu sinif otağının yaxınlığında yerləşdiyinə görə tez-tez onu görmüş, məktəb vaxtı Nəzrin onun sinif yoldaşı İbrahim Ramazanov ilə sevgili olmuşdur. Lakin o, İbrahim ilə yaxın münasibəti olmadığı üçün onların münasibəti barədə daha dərin məlumatı olmamış, lakin Nəzrinin onlardan iki sinif aşağı oxuduğunu bilmişdir. 2019-cu ilin oktyabr ayında instaqram sosial şəbəkəsində Nəzrinə yazıb danışmağa başlamış, söhbətin əvvəlində ondan İbrahim ilə münasibətlərinin davam edib-etmədiyini soruşmuş, Nəzrin də İbrahimdən ayrıldığını bildirmiş, daha sonra Nəzrinlə sevgili olmuşlar. Həmin ərəfələrdə saat 09 radələrində o, Nəzrin ilə Nizami rayonu ərazisində yerləşən «Heydər Əliyev parkı»nda görüşüb bir qədər söhbət etdikdən sonra piyada yeriyərək Nizami rayonunda yerləşən “Nazlı saray” şadlıq sarayının yaxınlığındakı “Joker” adlı “playstation klub”a getmişlər. O, həmin klubu işlətmiş və hər gün saat 11 radələrində açmışdır. Orada Nəzrin ilə “doğruluq ya cəsarət” oyunu oynamış, Nəzrin ondan onunla İbrahim ilə arasında olanlar barədə soruşmuş, o, məlumatsız olduğunu demişdir. Sonra Nəzrinlə yaxınlıq etmək istəsə də Nəzrin razılaşmamış, o da, təkid etməmişdir. Nəzrinlə bir qədər öpüşdükdən sonra Nəzrin çıxıb getmişdir. Sonrakı günlərdə də əlaqə saxlamışlar. Nəzrindən bakirə olub-olmadığını soruşmuş, Nəzrin bakirə olmadığını və uşaq vaxtı yıxılıb stolun kənar küncünə dəyərək zədələndiyini bildirmişdir. 2019-cu ilin noyabr ayında yenə də eyni “playstation klub”da görüşdükdə danışıq zamanı o, Nəzrinə cinsi əlaqədə olmağı təklif etmiş və razılaşdıqdan sonra həmin gün və 2019-cu ilin noyabr-dekabr aylarında əlavə olaraq iki dəfə, cəmi üç dəfə olmaqla ayrı-ayrı vaxtlarda Nəzrin ilə görüşüb işlətdiyi “playstation klub”da könüllü olaraq cinsi əlaqədə olmuşdur. 2019-cu ilin dekabr-2020-ci ilin yanvar aylarında Nəzrin ailəsi ilə Türkiyə Respublikasında olanda yenə də yazışmağa davam etmişlər. Nəzrin qayıdandan sonra ona təbii yolla cinsi əlaqədə olmağı təklif etmiş, Nəzrin razılaşdıqdan sonra səhv etmirsə yanvar ayında dəqiq xatırlmadığı tarixdə işlətdiyi “Joker” adlı “playstation klub”da Nəzrin ilə görüşüb rezinlə bir dəfə təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan sonra Nəzrin ilə araları dəymiş və ayrılmışlar. Bundan sonra Nəzrin Şahid1 adlı başqa sinif yoldaşı ilə tanış olub sevgili olmuşdur. Lakin o, bu barədə yalnız xx xxxxxx 2020-ci il tarixdə öyrənmişdir, belə ki, həmin gün Vüqar ondan “qonağım gələcək” adı ilə “playstation klub”un açarını almış, o, Vüqarın deməsinə əsasən onun tanışı olan qız ilə birlikdə vaxt keçirəcəklərini bilirmiş, lakin məhz Nəzrin olacağını və intim münasibətdə olacaqlarını deməmişdir. Saat 11 radələrində o, kluba gedəndə orada Vüqar ilə birlikdə Nəzrini görəndə onların münasibətinin olduğunu başa düşmüş, lakin aralarında nə isə olub-olmamasından xəbəri olmamışdır. Vüqar gedəndən sonra Nəzrin onunla qalıb söhbət etmiş, Nəzrin ilə barışandan sonra onun təklifi ilə Nəzrinin razılığı əsasında təbii yolla cinsi əlaqədə olmuşlar. Bundan sonra Nəzrinlə heç vaxt təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmamış, münasibətləri soyuduqdan sonra 2020-ci ilin aprel ayından sonra tamam ayrılmışlar. Bundan sonra məhlə yoldaşı Murad Aslanov ondan Nəzrin ilə ayrılıbayrılmadığını soruşanda ayrıldığını demiş, bildiyinə görə Murad ilə Nəzrin sonradan sevgili olmuşlar. Lakin aralarında intim münasibətin olub-olmadığı barədə məlumatı yoxdur. Sonda Təqsirləndirilən şəxs, törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu bildirdi və zərərçəkmiş şəxslə barışıq əldə etdiyini nəzərə alaraq, barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. xx xxxxxx 2021-ci ildə məhkəmə iclasında qanuni nümayəndəsi X3 iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 2010-cu ildə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 272 №-li orta məktəbin birinci sinifinə daxil olaraq həmin məktəbin doqquzuncu sinifini bitirmişdir. 2019-cu ilin oktyabr ayında keçmiş tanışı İbrahimin sinif yoldaşı Təqsirləndirilən şəxs “instaqram” sosial şəbəkəsi vasitəsilə ona dostluq göndərmiş, o, qəbul etdikdən sonra yazışıb onunla sevgili olmaq istədiyini bildirmiş, o, tam razılıq verməmişdir. Vidadi İbrahimin sinif yoldaşı olduğu üçün intim məsələləri bilib-bilmədiyini dəqiq bilmədiyi üçün Vidadiyə tam etibar etməmişdir. Həmin ərəfələrdə saat 09 radələrində o, Vidadi ilə Nizami rayonu ərazisində yerləşən “Heydər Əliyev parkı”nda görüşüb bir qədər söhbət etdikdən sonra piyada yeriyərək Nizami rayonunda yerləşən “Nazlı saray” şadlıq sarayının yaxınlığındakı “Joker” adlı “playstation klub”a getmiş, Vidadi dediyinə görə həmin klubu işlətmiş və hər gün saat 11 radələrində açmışdır. Orada Vidadi ilə “doğruluq ya cəsarət” oyunu oynamış, Vidadidən onun İbrahim ilə aralarında olanlar barədə soruşmuş, Vidadi ona məlumatsız olduğunu demiş, sonra Vidadi onunla yaxınlıq etmək istəsə də hələ də Vidadiyə tam etibar etmədiyinə görə o, istəmədiyini demiş və razılaşmışlar. Lakin Vidadi ilə bir qədər öpüşmüş və oradan çıxıb məktəbə getmişdir. Sonrakı günlər də Vidadi ilə əlaqə saxlamış, 2019-cu ilin noyabr ayının 21-də saat 08 radələrində Vidadi ilə yenə də eyni “playstation klub”da görüşdükdə danışıq zamanı İbrahim ilə aralarında olanları bildiyini demiş, ondan nə üçün İbrahim ilə sevgili olanda ona şans verdiyini, amma ona vermədiyini, yəni cinsi əlaqədə olmadığını, halbuki onun bu vəziyyətində onu qəbul edəcəyini demişdir. O da, sonda Vidadinin sözləri ilə razılaşmış, Vidadi ilə klubda kabinetə keçmişlər. Orada Vidadi ilə könüllü, təbii yolla cinsi əlaqədə olmuşlar. Daha sonra bir qədər söhbət etdikdən sonra saat 10 radələrində Vidadi ona qeyri-təbii yolla da cinsi əlaqədə olmağı təklif etmiş və o, razılaşmışdır. Bundan sonra 2019-cu ilin dekabr ayının ortalarına qədər Vidadi ilə münasibətləri davam etmişdir. Vidadi ilə intim münasibəti barədə heç kimə deməmişdir. 2019-cu ilin dekabr və 2020-ci ilin yanvar aylarında Türkiyə Respublikasında nənəsigildə olmuş, qayıdandan sonra xx xxxxxx 2020-ci il tarixdə saat 09 radələrində eyni “playstation klub”da görüşüb bir dəfə Vidadi ilə yalnız təbii yolla cinsi əlaqədə olmuş, xx xxxxxx 2020-ci il tarixdə, yəni ad günündən bir gün əvvəl saat 09 radələrində, bundan sonra xx xxxxxx 2020-ci il tarixdə saat yenə 09 radələrində Vidadi ilə eyni yerdə görüşüb yenə də təbii yolla cinsi əlaqədə olmuş, həmin gündən sonra Vidadi ona qarşı soyuq münasibət göstərdiyi üçün küsülü olmuşlar. 2020-ci ilin fevral ayının ortalarında Vidadinin sinif yoldaşı Şahid1 instaqram sosial şəbəkəsində mesaj yazaraq ondan xoşu gəldiyini, onunla görüşmək istədiyini demiş, onun məktəb illərində aşağı siniflərdə oxuyarkən Vüqardan xoşu gəldiyini bildiyi üçün bunu onun üzünə vurub danışmış, o, Vidadi ilə barışmayacağını fikirləşdiyi üçün təxminən bir həftə danışandan sonra Vüqarla görüşüb vaxt keçirməyi planlaşdırmış və Vüqar onu Vidadinin işlətdiyi “playstation klub”un yaxınlığına çağırmışdır. O, xx xxxxxx 2020-ci il tarixdə saat 09 radələrində Vüqar ilə görüşəndən sonra piyada Vidadinin işlətdiyi “playstation klub”a yaxınlaşmış, orada Vüqara həmin yerin Vidadi tərəfindən işlədildiyini demiş və nə üçün məhz həmin yerə gəldiklərini soruşmuşdur. Vüqar ona kinoya baxacaqlarını, Vidadinin oraya gəlməyəcəyini bildirib içəri dəvət etmiş və o, razılaşmışdır. Birlikdə kabinetlərdən birinə keçmişlər. Vüqar onun yanında oturub təxminən yarım saat müxtəlif mövzularda söhbət edəndən sonra Vüqarla öpüşmüşlər. Vüqarla cinsi əlaqədə olub qurtarandan sonra Vidadi əvvəlcə Vüqara mesaj yazıb obyektin qabağından keçdiyini və nə üçün qapının kilidli olduğunu, işıqların da sönülü olduğunu soruşmuş, daha sonra zəngləşib obyektə gəlmiş, Vidadi gələndən sonra Vüqarın yanında onunla məsafəli danışmış, hətta orada nə işinin olduğunu soruşanda Vüqar guya onun oradan təsadüfən keçəndə görüb içəri gəldiyini demiş, Vüqar çıxıb gedəndən sonra o, Vidadi ilə öz barələrində bir qədər danışıb barışmış və həmin gün saat 11 radələrində kabinetdə Vidadi ilə təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan sonra Vüqarla bir daha əlaqəsi olmamışdır. Vidadi ilə barışıb yenidən əlaqə saxlamağa başlamışdır. xx xxxxx 2020-ci il tarixdə Vidadi ilə araları dəydikdən sonra əlaqələri kəsilmişdir. xx xxxx 2020-ci il tarixdə o, Şahid2gildə olanda növbəti mesajlaşmalarından Səbinənin bacısı, onun rəfiqəsi Fidan xəbər tutandan sonra anasına, Səbinənin anası Elnarəyə demişdir. Bütün bu dövrlərdə istifadəsində olan “Samsung A50” markalı mobil telefonu araşdırma zamanı istifadə edilməsi üçün prokurorluğa təqdim etmiş və bu müddətdə telefonun üzərində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Ona heç kim heç bir fiziki zor tətbiq etməmişdir. xx xxxxxx 2021-ci il tarixdə Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X5 ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs etdiyi əmələ görə bağışladıqlarını və sonuncuya qarşı heç bir şikayət və tələbin olmadığını bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2008-ci ildə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 272 №-li orta məktəbin birinci sinifinə daxil olaraq 2019-cu ildə həmin məktəbi bitirmişdir. Zərərçəkmiş şəxs məktəbdə oxuduğu vaxtlardan tanıyır, belə ki, həmin vaxtlar Nəzrini tez-tez görmüş, Nəzrinin onlardan bir, yaxud iki sinif aşağı oxuduğunu bilmişdir. 2020-ci ilin yanvar ayının sonlarında instaqram sosial şəbəkəsində Nəzrinə yazıb danışmağa başlamış, Nəzrinin sinif yoldaşı Vidadi ilə sevgili olduqlarını bilməmiş, yazışmalar nəticəsində Nəzrinlə sevgili olmuşlar. 2020-ci ilin fevral ayının axırlarında dəqiq xatırlamadığı tarixdə saat 09 radələrində Nəzrinlə görüşüb kinoya baxmağı təklif etmiş, Nəzrin razılaşıb dediyi yerə, yəni Vidadinin işlətdiyi, “Nazlı saray” şadlıq sarayının yaxınlığında yerləşən “Joker” adlı “playstation klub”un yaxınlığına gəlmişdir. Həmin vaxt klub bağlı olduğundan o, Vidadidən axşamdan alıb saxladığı açarla açmış və birlikdə kabinetdə əyləşib, kinoya baxmışlar. Vidadiyə “qonağı olacağını” demiş, lakin kim olacağını və nə işlə məşğul olacaqlarını deməmişdir. Daha sonra qucaqlaşıb bir-birinin bədəninə toxunmağa başlamışlar. Orada Nəzrindən bakirə olub-olmadığını soruşmuş, ona bakirə olmadığını bildirmiş, orada Nəzrin ilə o, əyinlərindəki şalvarı çıxarıb divana uzanmışlar. Təxminən yarım saat cinsi əlaqədə olmuşlar. Bundan sonra Vidadi də oraya gəlmiş, əvvəlcə Nəzrin Vidadi ilə sevgili olduğuna görə utandığını dediyinə görə onları görüşdürməməyə çalışmış, lakin sonra Vidadi yanlarına gəlmiş və o, Vidadiyə Nəzrin ilə cinsi əlaqədə olmağı barədə heç nə demədən dərsə gecikdiyi üçün oradan çıxıb getmişdir. Nəzrin də özü çıxıb gedəcəyini bildirmişdir. Bundan sonra o, Nəzrindən ayrılmış və Nəzrinin ondan sonra kiminlə sevgili olması barədə məlumatı yoxdur. Nəzrin ona kim tərəfindən bakirəliyinin pozulduğunu deməmiş, o cümlədən Nəzrinin anal dəliyinin tamlığının pozulub-pozulmadığını da bilməmişdir. X1, Təqsirləndirilən şəxs və Murad Aslanov adlı şəxsləri məktəb yoldaşları kimi tanımış, onlardan İbrahim və Muradın Nəzrin ilə əlaqəsi barədə məlumatsız olmuş, Əliyev İbrahim Şahid oğlunu isə tanımamış, onun Nəzrin ilə nə kimi əlaqələrinin olmasını bilməmişdir. Bundan əlavə, o, Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olan zaman ona qarşı hər hansı zor və hədə tətbiq etməmişdir. Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olan zaman sonuncu baş verənlərin mahiyyətini onun qədər bilmişdir. O, Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olan zaman sonuncunun özündən yaşca balaca olduğunu bilmiş, lakin dəqiq yaş fərqlərini bilməmişdir. O, Zərərçəkmiş şəxs ilə bir dəfə təbii yolla, təxminən xx xxxxxx 2020-ci il tarixdə saat 09 radələrində “Nazlı saray” şadlıq sarayının yaxınlığında yerləşən “Joker” adlı “playstation klub”un otaqlarının birində kinoya baxandan sonra otaqda olan divanın üstündə cinsi əlaqədə olmuşdur. Qanuni nümayəndəsi X2 iştirakı ilə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun sinif yoldaşı, həm də rəfiqəsidir. Zərərçəkmiş şəxs 2014-cü ildən tanıyır. O, həmin il oxuduğu 86 nömrəli məktəbdən təhsilini davam etdirmək üçün Nəzrinin oxuduğu 272 nömrəli məktəbin 3-cü sinifinə getmişdir. 2019-cu ildə Nəzrin onların sinifindən çıxmış və təhsilini davam etdirmək üçün 6 saylı Zəngilan rayon məktəbinə getmişdir. Lakin hazırda da Nəzrin ilə dostluq edir. 2019-cu ilin oktyabr ayında Nəzrinin onlardan 3 sinif yuxarıda oxuyan Vidadi adlı oğlanla telefonla danışdıqlarını bilmiş, lakin aralarında nə isə olduğunu bilməmişdir. 2020-ci ilin aprel ayında Nəzrindən eşitmişdir ki, Vidadi ilə danışmır, lakin onun sinif yoldaşı Vüqar adlı oğlanla danışmağa başlayıb. 2020-ci ilin aprel ayının axırlarında Nəzrin ilə söhbət zamanı Nəzrin ona Vüqar adlı oğlanla cinsi əlaqədə olduğunu demişdir. May ayının əvvəllərində Nəzrin ilə bir yerdə olanda onların məktəbində onlardan 4 sinif yuxarıda oxumuş X8 instaqram sosial şəbəkəsində yazaraq sevgili olmağı təklif etmişdir. Nəzrin bir müddət razılıq verməsə də, sonda razılaşmış və sevgili olmuşlar. Murad əvvəllər Nəzrin ilə danışanda da, küçədə görüşəndə də normal davranmışdır. Sonradan Muradın aqressivləşməyə başladığını görmüşdür. Onun yanında olanda Nəzrinlə normal danışmış, lakin hərdən Nəzrini kənara çəkib nə isə söhbət etdiklərini görmüşdür. May ayının ortalarında, dəqiq xatırlamadığı tarixdə metronun «Xalqlar Dostluğu» stansiyasının yaxınlığında o, Nəzrin ilə birlikdə söhbətgahda Murad ilə görüşmüşlər. Murad ondan bir neçə dəqiqəliyə kənarlaşmağı xahiş edib Nəzrinə nə isə bildirmişdir. Sonra Murad onları yaşadığı binanın qarşısına aparmış, Nəzrin ona aşağıda gözləməsini bildirmişdir. Nəzrin isə Muradla dediyinə görə ailəsinin yaşadığı doqquz mərtəbəli binadakı mənzilə getmişlər. Təxminən bir saatdan sonra Nəzrin Muradın yaşadığı mənzildən düşüb gəlmiş və onlar evə getmişlər. Nəzrin onunla yolda olarkən Murad ilə cinsi əlaqədə olduğunu demişdir. Sonradan da Nəzrin Muradla sevgili olmuşdur. Bir müddət sonra Nəzrin ilə Muradın yazışmalarından bilmişdir ki, Nəzrin Murada ayrılmaq istədiyini bildirdikdə Murad onu şantaj etməyə başlamış, ayrılsa anasına və məktəbdəkilərə hər şeyi, yəni Nəzrinin bakirə olmadığını deyəcəyi ilə hədələmişdir. xx xxxx 2020-ci il tarixdə Nəzrin onların evində olarkən Nəzrinin Muradla mesajlaşmalarından bacısı Fidan xəbər tutandan sonra anasına və Nəzrinin anası İlahəyə demiş, sonra Nəzrin hər şeyi açıb Fidana danışmışdır. Fidan da anasıgilə demişdir. Zərərçəkmiş şəxs 2019-cu ilin iyul ayında danışdığına görə ilk dəfə İbrahim Ramazanov ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. 2020-ci ilin mart ayında Nəzrinin Vidadi ilə təbii yolla cinsi əlaqədə olduğunu bilmişdir. Əliyev İbrahim ilə cinsi əlaqədə olduğunu bilməmişdir. 2020-ci ilin aprel ayında Vüqarla, 2020-ci ilin may ayında isə Muradla təbii yolla öz istəyi ilə cinsi əlaqədə olduğunu bilmişdir. İş materiallarında olan baxış və götürmə haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istifadə etdiyi, üzərində ***-***-**-** mobil nömrə olan «Samsung A50» markalı mobil telefondakı «WhatsApp» proqramından istifadə olunmaqla aparılmış yazışmalara baxış keçirilmiş, baxış zamanı telefonun yaddaşında olan, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında «WhatsApp» proqramından istifadə olunmaqla aparılmış yazışmaların mətnləri aşkar olunmuş, həmin yazışmaların mətnləri cinayət işi üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyindən surətləri köçürülərək cinayət işinin materiallarına əlavə edilmiş, baxış və götürmə zamanı müvafiq protokol tərtib olunmuşdur. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanılması zamanı istintaqa verdiyi ifadəsinə uyğun olaraq Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov və Naxçıvani küçələrinin kəsişməsində yerləşən «Joker playstation club» adlı oyun salonundakı otağı hadisə yeri kimi göstərərək, xx xxxxxx 2019-cu il tarixdə, xx xxxxxx 2020-ci il tarixdə, xx xxxxxx 2020-ci il tarixdə, xx xxxxxx 2020-ci il tarixdə və xx xxxxxx 2020-ci il tarixdə ümumilikdə 5 dəfə təbii yolla rezin qoruyucudan istifadə etməklə xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olmasını qeyd edərək istintaqa verdiyi ifadəsini bir daha əyani şəkildə təsdiq etmişdir. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 1254 saylı ekspert rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə: Zərərçəkmiş şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs ona qarşı törədilən əməllər dövründə hər hansı psixi xəstəlikdən və kəmağıllılıqdan əziyyət çəkməmişdir. Zərərçəkmiş şəxs ona qarşı törədilən hərəkətlərin mənasını dərk etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs öz psixi vəziyyətinə görə iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barədə istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Məhkəmə-psixoloji ekspertizası üzrə: Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə emosional, özünəqapalı, hiss və yaşantılarını başqaları ilə paylaşmayan, özünə qarşı hörmət tələb edə bilməyən, tez inanan, çətin situasiyalardan baş çıxara bilməyən şəxsdir. Zərərçəkmiş şəxs əqli inkişafı normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı normaya uyğun olduğundan o, öz hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs özündən uydurmağa meyillik müəyyən edilmədi. Belə qənaətə gəlmək olar ki, Zərərçəkmiş şəxs idrak proseslərinin (duyğu, qavrama, yaddaş, təfəkkür və s.) xüsusiyyətləri və hadisə şəraiti nəzərə alınmaqla iş üçün əhəmiyyətli hesab olunan halları düzgün qavraya bilər. Zərərçəkmiş şəxs başqalarının təsiri altında hərəkət etməyə meyillik əlamətləri aşkar edilmədi. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx.xx.2020-ci il tarixli 324 saylı rəyindən görünür ki, 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 2 həftədən artıqdır. Zərərçəkmiş şəxs arxa keçəcəkdə aşkar edilmiş əlamətlər onunla qeyri-təbii yolla arxa keçəcək dəliyi vasitəsi ilə cinsi əlaqədə olmağa dəlalət edir. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx.xx.2020-ci il tarixli 364 saylı ekspert rəyindən görünür ki, 2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, ilkin məlumatı nəzərə alıb və qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 152.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab edilirlər. Azərbaycan Respublikası CPM-nin 428.2-ci maddəsinə görə cinayət prosesində yetkinlik yaşına çatmayanlar dedikdə, cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər başa düşülür. İşdə olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2002-ci il tarixdə anadan olmuşdur. Bununla əlaqədar məhkəmə hesab edir ki, cinayət törədərkən yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası cinayət və cinayətprosessual qanunvericiliyinin yetkinlik yaşına çatmayan şəxslər barəsində müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə həmin Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, cinayət əməlini yetkinlik yaşına çatmadığı dövrdə törətməsini və zərərçəkmiş şəxslə və onun qanuni nümayəndəsi ilə barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Cinayətin təkrar törədilməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CPM-nin 435.4.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələblərinə uyğun olmalıdır. Həmin Məcəllənin 435.4.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrar törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndindən və “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrubəsi haqqında” xx xxxx 2008-ci il tarixli, 6 nömrəli Qərarının 11-ci bəndindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməyi məhkəmələrə tövsiyə etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq, azadlıqdan məhrum etmə növündə təyin olunan cəza şərti olaraq tətbiq edilməlidir. Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən olunmalı və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə xx xxxxxx 2020-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında və qətimkan tədbirinin seçilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx xxxxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum növündə cəza müddətinə hesablanmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 30 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 20 iş saatı, cəmi 50 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 300 (üç yüz) manat (50x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347 - 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, ona çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilsin. Sınaq müddəti 01 (bir) il müəyyən edilsin və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 300 (üç yüz) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar