Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-106/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Qərib küçəsi ev 134-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 22, mənzil 75-də yaşayan, xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə tutmadan azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuş və seksual xarakterli digər hərəkətlər etmişdir. Belə ki, o, xx xxx 2019-cu il tarixdə saat 12 radələrində cinsi ehtirasını təmin etmək məqsədilə yaşadığı ünvan 1 ünvanında təhsil aldığı 272 nömrəli orta məktəbdə ondan iki sinif aşağı təhsil alan, on altı yaşına çatmayan xx xxxxxx 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə qarşılıqlı razılıq əsasında öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcəyinə daxil etməklə sonuncu ilə qeyri-təbii yolla cinsi əlaqədə olaraq seksual xarakterli hərəkət etmişdir. Bundan başqa, o, 2019-cu ilin sentyabr ayının sonlarında saat 11 radələrində cinsi ehtirasını təmin etmək məqsədilə yaşadığı ünvan 1 ünvanında on altı yaşına çatmayan xx xxxxxx 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə qarşılıqlı razılıq əsasında öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına daxil etməklə sonuncu ilə təbii yolla cinsi əlaqədə olmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2008-ci ildən tanıyır. Nəzrin 272 nömrəli orta məktəbin 7-ci sinifində oxuyanda o, həmin məktəbin onuncu sinfində oxumuşdur. Həmin vaxt o, Nəzrinlə tanış olmuş, onunla sevgili olmuşdur. Arada məktəbdə Nəzrinlə görüşüb məktəbin giriş qapısından bir az kənara çıxıb söhbət etmişlər. Nəzrin lüt şəkillərini ona hal-hazırda dəqiq xatırlamadığı “Watsapp” və ya “İnstaqram” sosial şəbəkə vasitəsilə göndərmişdir. Təxminən 2018-ci ilin oktyabr-noyabr aylarında Nəzrinlə təzə tanış olub onunla məktəbin yaxınlığında olan söhbətgahda görüşüb söhbət edən zaman aralarında cinsi əlaqədə olmaq barədə söhbət yaranmışdır. Nəzrinin yaşca balaca olduğunu və yeddinci sinifdə oxuduğunu bilmişdir. Nəzrinlə 2019-cu ilin may ayının sonlarında özünün yaşadığı Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi ev 22, mənzil 75-də görüşüb qeyri-təbii yolla cinsi əlaqədə olmuşlar, növbəti dəfə 2019-cu ilin sentyabr ayının sonlarında yenidən Nəzrinlə Nizami rayonu ərazisində yerləşən “Heydər Əliyev parkı”nda görüşüb bir qədər söhbət etdikdən sonra onun yaşadığı mənzildə təbii yolla cinsi əlaqədə olmuşlar. Lakin bütün bunlar Nəzrinin özünün razılığı əsasında olmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışdığını, Zərərçəkmiş şəxs da onunla barışdığını, gəncliyini nəzərə alaraq, barəsində tərbiyəvi xarakterli tədbir tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə iştirakı ilə ifadə verərək göstərmişdir ki, 272 nömrəli orta məktəbdə ondan iki sinif yuxarı təhsil alan şagird Təqsirləndirilən şəxs Kəmaləddin oğlu ilə yeddinci sinifdə tanış olub yaxın dost münasibətində olmuşdur. İbrahimdən xoşu gəldiyi üçün arada onunla görüşüb öpüşmüş, qucaqlaşmış, İbrahim onun bədəninin müxtəlif intim nahiyələrinə əli ilə toxunmuşdur. xx xxx 2019-cu il tarixdə saat 12 radələrində İbrahimlə danışıb görüşməyi planlaşdırmışlar və razılaşdıqları vaxtda İbrahimin Nizami rayonu ərazisində yerləşən, ünvanını dəqiq bilmədiyi evində görüşmüşlər. Həmin ev beşmərtəbli binanın ikinci mərtəbəsində solda yerləşmiş və iki otaqlı olmuşdur. Mənzilə daxil olduqda sağ tərəfdə yataq, sol tərəfdə qonaq otağı, üzbəüz ayrıca olan hamam və tualet, onların qarşısından sol tərəfdə mətbəx otağı yerləşmişdir. Həmin evin yataq otağında onun da istəyi ilə könüllü şəkildə İbrahim onunla qeyri-təbii yolla cinsi əlaqədə olub öz cinsiyyət orqanını onun anal dəliyinə daxil etmiş, o, ilk dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuş, təxminən bir saat əlaqədə olandan sonra evdən çıxmışlar. Bu barədə bir müddət sonra sinif yoldaşı, ən yaxın rəfiqəsi Şəbinə Qocayevaya danışmışdır. Bundan sonra İbrahimin onunla münasibəti soyutmuş, növbəti dəfə 2019-cu ilin sentyabr ayının sonlarında dəqiq xatırlamadığı tarixdə İbrahim ona yenidən yazıb danışmağa başlamışdır. O da, İbrahimdən xoşu gəldiyi üçün yenidən onunla darışmağa razılaşmış, iki-üç gün intim məzmunlu danışıb onu ehtiraslandırandan sonra İbrahim onunla təbii yolla cinsi əlaqədə olmağı təklif edib görüşə dəvət etmişdir. O, razılaşmış və səhər saat 11 radələrində Nizami rayonu ərazisində yerləşən “Heydər Əliyev parkı”nda görüşüb bir qədər söhbət etdikdən sonra İbrahimlə sonuncunun yaşadığı yuxarıda göstərdiyi ünvana getmişlər. Orada İbrahim həm özünün, həm də onun əynində olan şalvarı çıxarmış, o, üzüyuxarı vəziyyətdə uzanıb ayaqlarını aralamış və İbrahim öz cinsiyyət orqanına rezin taxdıqdan sonra onun cinsiyyət orqanına daxil etmiş və hamısını içəri yeritmişdir. Qucaqlaşıb təxminən yarım saat cinsi əlaqədə olandan sonra İbrahim öz spermasını onun cinsiyyət orqanının içində rezinə boşaltmış, sonra cinsiyyət orqanından çıxartmışdır. Bundan sonra bir qədər söhbət etmişlər və o, oradan evlərinə qayıtmışdır. Bu barədə heç kimə danışmamış, bir neçə gün içində İbrahim ona soyuq münasibət göstərdiyi üçün dalaşıb ayrılmışlar. Hazırkı vaxta qədər İbrahimlə əlaqə saxlamamışdır. xx xxxx 2020-ci il tarixdə o, Şahid2gildə olanda növbəti mesajlaşmalarından Səbinənin bacısı, onun rəfiqəsi Fidan xəbər tutandan sonra anasına, Səbinənin anası Elnarəyə demişdir. Bütün bu dövrlərdə istifadəsində olan “Samsung A50” markalı mobil telefonu araşdırma zamanı istifadə edilməsi üçün prokurorluğa təqdim etmiş və bu müddətdə telefonun üzərində ***-***-**-** saylı mobil nömrə olmuşdur. İbrahim onunla cinsi əlaqədə olduğu zaman ona heç bir fiziki zor tətbiq etməmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, onu bağışlamışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, ağır cəzalandırılmasını istəmir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə qeyd olunanları təsdiq edərək Təqsirləndirilən şəxs ilə barışaraq onu bağışladıqlarını, ona qarşı heç bir şikayət və tələbləri olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid X5 qanuni nümayəndəsi (anası) X1 iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun sinif yoldaşı, həm də rəfiqəsidir. Nəzrin birlikdə oxuduqları 272 nömrəli məktəbdən 2019-cu ildə çıxmış və təhsilini davam etdirmək üçün 6 saylı Zəngilan rayon məktəbinə getmişdir. Lakin hazırda da Nəzrinlə dostluq edirlər. 2019-cu ilin oktyabr ayında Nəzrinin onlardan 3 sinif yuxarıda oxuyan Vidadi adlı oğlanla telefonla danışdıqlarını bilmiş, lakin aralarında nə isə olduğunu bilməmişdir. 2020-ci ilin aprel ayında Nəzrindən eşitmişdir ki, Vidadi ilə danışmır, lakin onun sinif yoldaşı Vüqar adlı oğlanla danışmağa başlamışdır. 2020-ci ilin aprel ayının axırlarında söhbətləri zamanı Nəzrin ona Vüqar adlı oğlanla cinsi əlaqədə olduğunu demişdir. May ayının əvvəllərində Nəzrinlə bir yerdə olanda onların məktəbində onlardan 4 sinif yuxarıda oxumuş X11 instaqram sosial şəbəkəsində yazaraq sevgili olmağı təklif etmişdir. Nəzrin bir müddət razılıq verməsə də, sonda razılaşmış və onlar sevgili olmuşlar. Murad əvvəllər Nəzrinlə danışanda da, küçədə görüşəndə də normal davranmışdır. Sonradan Muradın aqressivləşməyə başladığını görmüşdür. Onun yanında olanda Murad Nəzrinlə normal danışmış, lakin hərdən Nəzrini kənara çəkib nə isə söhbət etdiklərini görmüşdür. May ayının ortalarında, dəqiq xatırlamadığı tarixdə “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında o, Nəzrinlə birlikdə söhbətgahda Muradla görüşmüşlər. Murad ondan bir neçə dəqiqəliyə kənarlaşmağı xahiş edib Nəzrinə nə isə bildirmişdir. Sonra Murad onları yaşadığı binanın qarşısına aparmış, Nəzrin ona aşağıda gözləməsini bildirmişdir. Nəzrin isə Muradla dediyinə görə ailəsinin yaşadığı doqquz mərtəbəli binadakı mənzilə getmişlər. Təxminən bir saatdan sonra Nəzrin Muradın yaşadığı mənzildən düşüb gəlmiş və onlar evə getmişlər. Nəzrin onunla yolda olarkən Muradla cinsi əlaqədə olduğunu demişdir. Sonradan da Nəzrin Muradla sevgili olmuşdur. Bir müddət sonra Nəzrinlə Muradın yazışmalarından bilmişdir ki, Nəzrin Murada ayrılmaq istədiyini bildirdikdə Murad onu şantaj etməyə başlamış, ayrılsa anasına və məktəbdəkilərə hər şeyi, yəni Nəzrinin bakirə olmadığını deyəcəyi ilə hədələmişdir. xx xxxx 2020-ci il tarixdə Nəzrin onların evində olarkən Nəzrinin Muradla mesajlaşmalarından bacısı Fidan xəbər tutandan sonra anasına və Nəzrinin anası İlahəyə demiş, sonra Nəzrin hər şeyi açıb Fidana danışmışdır. Fidan da anasıgilə demişdir. Bundan başqa Nəzrinin 2019-cu ilin iyul ayında danışdığına görə ilk dəfə Təqsirləndirilən şəxsla arxadan cinsi əlaqədə olmuşdur. 2020-ci ilin mart ayında Nəzrinin Vidadi ilə təbii yolla cinsi əlaqədə olduğunu bilmişdir. İbrahim Əliyevlə cinsi əlaqədə olduğunu isə bilməmişdir. Nəzrinin 2020-ci ilin aprel ayında Vüqarla, 2020-ci ilin may ayında Muradla təbii yolla öz istəyi ilə cinsi əlaqədə olduğunu bilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyə poçt vasitəsilə teleqram göndərərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmişdir. Bununla əlaqədar həmin şahidin ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Sözügedən ifadəsində şahid göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısı olan X3 həm sinif yoldaşı, həm də rəfiqəsidir. Zərərçəkmiş şəxs 2014-cü ildən tanıyır. xx xxxx 2020-ci il tarixdə Nəzrin onların evində olarkən X8 mesajlaşmasını başa düşmüşdür. Onların arasında problem olduğunu hiss etmişdir. Nəzrinin Murada bir daha ona heç bir mesaj yazmamasını yazmağa məcbur etmişdir. Nəzrin Murada onu narahat etməməyi, onunla danışmaq istəmədiyi barədə mesaj yazmışdır. Nəzrin Murada mesaj yazandan sonra Murad onu şantaj etməyə başlamışdır. Bunu görüb Nəzrini və bacısı Səbinəni nə baş verdiyini danışmalarını məcbur etmişdir. Nəzrin də İbrahim Əliyev, Təqsirləndirilən şəxs, Vidadi, Vüqar və Murad adlı şəxslərin onunla 2019-cu ilin sentyabr ayından bu vaxta qədər cinsi əlaqədə olduqlarını ona danışmışdır. O, Nəzrinin yazışmalarını görəndən və danışdıqlarını eşidəndən sonra Nəzrinin Muradla danışdığını görüb telefonu alıb Muraddan aralarında olan söhbətin nə olduğunu soruşmuşdur. Murad isə elə bilmişdir ki, o, Muradın yazışmalarını görmüşdür. Buna görə də Murad heç kimi şantaj etmədiyini və aralarında heç bir problem olmadığını bildirmişdir. Muradla danışıb qurtarandan sonra o, Nəzrinlə Murad arasında olan söhbətləri anasına danışmışdır. Anası da öz növbəsində Nəzrinin anası İlahəyə zəng eləyib Nəzrin barəsində bütün bildiklərini ona danışmışdır. Sonradan İlahə gedib polisə şikayət etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət işinin materiallarından cinayət işinin ayrılması haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmışdır və həmin işə ********* nömrəsi verilmişdir. (i.v. 1-2) -Cinayət işinin başlanması haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, X6, X9 və qeyrilərinin on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olma və seksual xarakterli digər hərəkətlər etməsi faktı üzrə toplanmış material əsasında Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (i.v. 5) - xx xxxxxx 2021-ci il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx xxxxxx 2005-ci il tarixdə doğulmuşdur, atası İsmayılov Emin, anası Qanuni nümayəndədir. (i.v. 15) -İfadənin yerində yoxlanılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin iştirakı ilə hadisə yerini (mənzili və onun yataq otağını) əyani qaydada göstərərək hadisənin hansı şəraitdə baş verdiyini və sonrakı hərəkətlərini ifadələrində qeyd etdiyi qaydada izah etmişdir. (i.v. 97-101) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X2” Publik hüquqi şəxsin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasına dair xx xxxx 2020-ci il tarixli 1964 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs ona qarşı törədilən əməllər dövründə hər hansı psixi xəstəlikdən və kəmağıllılıqdan əziyyət çəkməmişdir. Zərərçəkmiş şəxs ona qarşı törədilən hərəkətlərin mənasını dərk etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs öz psixi vəziyyətinə görə iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barədə istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Məhkəmə-psixoloji ekspertizası üzrə: Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə emosional, özünəqapalı, hiss və yaşantılarını başqaları ilə paylaşmayan, özünə qarşı hörmət tələb edə bilməyən, tez inanan, çətin situasiyalardan baş çıxara bilməyən şəxsdir. Zərərçəkmiş şəxs əqli inkişafı normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı normaya uyğun olduğundan o, öz hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs özündən uydurmağa meyillik müəyyən edilmədi. Belə qənaətə gəlmək olar ki, Zərərçəkmiş şəxs idrak proseslərinin (duyğu, qavrama, yaddaş, təfəkkür və s.) xüsusiyyətləri və hadisə şəraiti nəzərə alınmaqla iş üçün əhəmiyyətli hesab olunan halları düzgün qavraya bilər. Zərərçəkmiş şəxs başqalarının təsiri altında hərəkət etməyə meyillik əlamətləri aşkar edilmədi. (i.v. 104-108) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” Publik hüquqi şəxsin məhkəmə-tibbi ekspertizasına dair xx xxxx 2020-ci il tarixli 324 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 2 həftədən artıqdır. Zərərçəkmiş şəxs arxa keçəcəkdə aşkar edilmiş əlamətlər onunla qeyri-təbii yolla arxa keçəcək dəliyi vasitəsi ilə cinsi əlaqədə olmağa dəlalət edir. (i.v. 109-112) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” Publik hüquqi şəxsin məhkəmə-tibbi ekspertizasına dair xx xxxx 2020-ci il tarixli 352 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyəti təyin edən əlamətlər müsbətdir. (i.v. 114-116) -Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 149-cu maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. (v. 130-145) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi, şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 152.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə - həmin maddədə nəzərdə tutulan cinayət məsuliyyətinə səbəb olur, üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Tutma haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli kimi həmin tarixdə saat 19:10-da tutulmuşdur. (i.v. 153) -Qətimkan tədbirinin seçilməsi və tutulmuş şəxsin azad edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarlardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həbsdə saxlamaq üçün zərurət olmadığına görə müvəqqti saxlama yerindən azad edilmişdir. (i.v. 117, 194) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 81) -Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə iştirakı ilə məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs bağışlayır, onunla barışmışdır, ona qarşı heç bir tələbi yoxdur, onun ağır cəzalandırılmasını istəmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, zərərçəkmiş şəxslə və onun qanuni nümayəndəsi (anası) ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.2 və 59.1.12-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə az ağır cinayət törətməsini, həmin əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cinayətin təkrar törədilməsini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən xx xxxx 2003-cü il tarixli qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2008-ci il tarixli, 4 nömrəli qərarının 11-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən, məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halı, habelə cinayətin törədilməsindən sonra hal-hazıradək ötən müddətdəki və məhkəmə iclasındakı davranışını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, lakin yenidən tərbiyə olunması məqsədinə xidmət edəcəyi ehtimalına görə təyin olunacaq cəzanı çəkmədən də islah olunmasının mümkünlüyü qənaətinə gələrək, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə, təyin olunacaq cəzanın şərti hesab edilməsini məqsədəuyğun hesab edir, belə qənaətə gəlir ki, bu, cəzanın məqsədini təmin edir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin onun təqsirli bilindiyi 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmalı, sınaq müddəti ərzində davranışı üzərində nəzarətin həyata keçirilməsi daimi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməli, üzərinə müvafiq vəzifələr qoyulmalı, təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməli olan cəzanın şərti hesab edilməsi nəzərdə tutulduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxs (onun qanuni nümayəndəsi) tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə qarşı mülki iddia verməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 55 iş saatı müddətinə bərabər tutulduğundan, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən 6 saylı Vəkil Bürosu vasitəsi ilə 330 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı işlə bağlı xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə barəsində 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə, iş materialları tanış olmaqla birlikdə, 55 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 330 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-106/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-106/2021
11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver