Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-107/2020 24.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbyacan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 12 saylı evin 59 saylı mənzilində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx xxxxxxx 2019-cu il tarixdə, saat 03 radələrində tanışı Şahid Həmidoviçə məxsus “Toyota Prado” minik markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı saz vəziyyətdə olan avtomobili Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 223 saylı yaşayış binasının qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmaqla sürücülük vəsiqəsi olmadan idarə edərək, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə əsasən avtomobili arxaya doğru hərəkət etdirməzdən əvvəl etdiyi manevrin hərəkətin təhlükəsizliyinin təmin ediləcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyinin təmin olunmadığı vəziyyətdə avtomobili arxaya manevr etdirməməklə hadisənin qarşısım almağa texniki imkanı olduğu halda, bu tələblərə riayət etməyərək, avtomobili yola perpendikulyar saxlamaq üçün arxaya, səkiyə doğru hərəkət etdirərkən avtomobilin sol arxa təkəri ilə piyada Zərərçəkmiş şəxs sol ayaq pəncəsinin üzərindən keçərək, ehtiyatsızlıqdan sonuncunun sol ayağın birinci daraqfalanqa nahiyyəsində yerləşən yalançı sümükcüyün (sesamoid (küncütəbənzər sümüyü)) qopma xarakterli sınığı və sol ayağın 1-ci barmağının üst nahiyyəsinin qançırları ilə nəticələnən sağlamlığına az ağır zərər vurmaya aid xəsarətləri almasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, tanışı Şahid Həmidoviç ilə birlikdə xx xxxxxxx 2019-cu il tarixdə, gecə saat 03 radələrində Şahid məxsus “Toyota Prado” minik markalı **-LO-*** dövlət nömrə nişanlı avtomobili idarə edərək Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 223 saylı yaşayış binasının qarşısına gəlmişlər. Həmin vaxt Şahid avtomaşından düşərək 8 km bazarına tərəf getmişdir. Şöhrət öz avtomobilini idarə etmədə çətinlik çəkdiyinə görə o, Şöhrətin avtomobilini idarə etmişdir. Həmin vaxt o, avtomobili yola perpendikulyar saxlamaq üçün arxaya səkiyə doğru hərəkət etdirərkən bilmədən avtomobilin sol arxa təkəri ilə piyada əvvəlcədən tanımadığı Zərərçəkmiş şəxs sol ayaq pəncəsinin üzərindən keçmiş və o, qışqırıq səsinə görə avtomobili saxlamış, dərhal Rafayıla yaxınlaşmışdır. Rafayıl ona avtomobilin arxa təkərinin onun pəncəsinin üzərindən keçdiyini və bir az ağrısının olduğunu demişdir. O da Rafayıla xəsarəti varsa, onu xəstəxanaya aparmağı təklif etmiş, lakin Rafayıl ona demişdir ki, biraz ağrısı var keçər. Rafayıl həm də xəstəxanaya getməkdən də imtina etmişdir. O, Rafayıla özünə məxsus mobil nömrəsini verərək, hər hansı kömək lazım olsa zəng etməyini bildirmişdir. O, həmin vaxt spirtli içki qəbul etməmiş, lakin avtomobili idarə etmək hüququ olmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəyərək, onunla barışıq əldə etdiyini və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. xx xxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs bağışladığını və sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, xx xxxxxxx 2019-cu il tarixdə, gecə saat 02:30 radələrində işləri ilə əlaqədar olaraq Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 8 kilometr bazarının yanına gəlmişdir. Gecə saat 03 radələrində o, “Diqlas” ticarət mərkəzinin arxasında, yolun kənarında avtomaşınlar saxlanılan yerdə bazarın yanında üzü səki tərəfə doğru dayanmışdır. Həmin vaxt, onun arxa tərəfində “Prado” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomaşını arxaya yolun kənarına doğru hərəkət etdirərkən avtomaşının sol arxa təkəri onun sol ayağının üstündən keçmiş, lakin o, avtomobilin səsini eşitmədiyi üçün çevrilib avtomaşına tərəf baxmamışdır. O, hadisədən sonra ağrıdan qışqırıb ayağını çəkmiş və sürücü avtomaşını saxlayaraq ona yaxınlaşmışdır. Onun arxası həmin avtomobilə tərəf olduğu üçün avtomaşının gəlməsini görməmiş, həmçinin avtomaşının ona tərəf gəlməsini hiss etməmişdir. Həmin avtomaşını sürən 30-35 yaşlı, özünü ona “Nicat” kimi təqdim edən şəxs avtomobili saxlayıb ona yaxınlaşmış, o, Nicata avtomaşının arxa təkərinin onun pəncəsinin üzərindən keçdiyini və bir az ağrısının olduğunu demişdir. Nicat da ona xəsarəti varsa onu xəstəxanaya aparmağı təklif etmiş, lakin o, Nicata demişdir ki, biraz ağrısı var keçər və xəstəxanaya getməkdən imtina etmişdir. Nicat özünə məxsus mobil nömrəsini hər hansı kömək lazım olarsa zəng etməyi üçün ona vermişdir. Oradan bir qədər uzaqlaşdıqdan sonra ağrısı çoxaldığı üçün TTYS-yə müraciət etmişdir. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan, həmin protokola əlavə edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 223 saylı evin qarşısında baş vermişdir. Yol örtüyünün eni 12 metrdir. Yolun hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat vasitələrini ayırmaq üçün uzununa nişanlama xətti vardır. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 1131 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol ayağın birinci daraq-falanqa nahiyyəsində yerləşən yalançı sümükcüyün (sesamoid (küncütəbənzər) sümüyü) qopma xarakterli sınığı və sol ayağın 1-ci barmağının üst nahiyyəsinin qançırları ilə nəticələnən xəsarətlər olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx xxxxxxx 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür, dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 29820 saylı rəyindən görünür ki, “Toyota Prado” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Toyota Prado” markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan ifadənin yerində yoxlanılması barədə xx xxxxxx 2020-ci il tarixli protokoldan və fotoşəkildən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 223 saylı evin qarşısında ifadəsi yerində yoxlanılarkən, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsinin baş verdiyi yeri əyani qaydada göstərərək ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263-1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərmək istəməsini, himayəsində iki azyaşlı uşağının olmasını, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş zərəri könüllü olaraq, tam aradan qaldırmasını və zərərçəkmişlə barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 №-li Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona cərimə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində cərimə növündə cəza təyin edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 70 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət mədaxilinə tutulmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 30 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 30 iş saatı, cəmi 60 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 360 (üç yüz altmış) manat (60x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 6.000 (altı min) manat miqdarında cərimə növündə cəza təyin edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 70 (yetmiş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 360 (üç yüz altmış) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-107/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-107/2020
24.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver