Məhkəmə qərarları › İş №1(007)-107/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-107/2021

18.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-107/2021 18.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, X7 Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2-da yaşayan, barəsində “ev dustaqlığı haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 may 2020-ci il tarixdə saat 14 radələrində, 04 iyun 2020-ci il tarixdə saat 19 radələrində və 17 iyun 2020-ci il tarixdə saat 20 radələrində cinsi ehtirasını təmin etmək məqsədilə yaşadığı ünvan 2 ünvanda on altı yaşına çatmayan tanışı, xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə qarşılıqlı razılıq əsasında üç dəfə təbii yolla on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 272 №-li orta məktəbi bitirmişdir. Zərərçəkmiş şəxs orta məktəbdə oxuduğu vaxtdan tanımışdır. 2020-ci ilin may ayında Nəzrinə instaqram sosial şəbəkədə yazaraq tanış olmuş, sonuncunun bakirə olmadığını, ondan əvvəl hər hansı oğlanla münasibəti olmasını qabaqcadan bilməmişdir. 2020-ci ilin iyun ayının ortalarında dəqiq xatırlamadığı tarixdə saat 15 radələrində Nəzrin ondan xəbərsiz yaşadığı evə gəlmiş, ona bakirə olmadığını deyib onu öpməyə başlamış, sonuncuya qarşılıq verərək bir dəfə yataq otağında rezinlə təbii yolla Nəzrinlə cinsi əlaqədə olmuşdur. Nəzrin bakirəliyinin kim tərəfndən pozulduğunu ona deməmiş, habelə Nəzrinin anal dəliyinin tamlığının pozulubpozulmadığını bilməmiş və bir müddət sonra Nəzrin ondan ayrılmaq istədiyini bildirmişdir. X1, Şahid3 və X5 məktəb yoldaşı kimi tanımış, Əliyev İbrahim Şahid oğlunu isə tanımamış və sonuncuların Nəzrinlə nə kimi əlaqələrinin olduğunu bilməmişdir. Nəzrin metronun “Xalqlar Dostluğu" stansiyasının yaxınlığında Şəbinə Qocayeva ilə olarkən, sonunculara yaxınlaşması, Səbinədən bir neçə dəqiqəliyə kənarlaşmağı xahiş edib Nəzrinə cinsi əlaqədə olmağı təklif etməsi, sonuncu razılaşmadıqda “Bəs anan bilsə sən beləsən?” deyib bakirəliyinin pozulmasına işarə edib razı saldıqdan sonra Səbinə ilə birlikdə yaşadığı binanın qarşısına aparması, Səbinənin aşağıda gözlədiyi, onun Nəzrinlə sonuncunun yaşadığı mənzildə cinsi əlaqədə olduğu barədə Nəzrinin bildirdikləri yalandır. Söhbətgahda Nəzrin və Şəbinə ilə görüşməmiş, Nəzrinə bakirəliyinin pozulması barədə anasına məlumat verə biləcəyini telefon yazışmalarında bildirməmişdir. 2020-ci ilin iyun ayının ortalarında Nəzrin özü onun yaşadığı mənzilin girişinə gəlmiş, telefon vasitəsilə ona mesaj yazdıqdan sonra aşağı düşüb Nəzrini mənzilinə aparıb orada sonuncu ilə bir dəfə təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan başqa Nəzrinlə onun evində olmamışdır. Nəzrinlə bir neçə dəfə görüşmüş, lakin cinsi əlaqədə olmamışdır. Nəzrinlə cinsi əlaqədə olan zaman sonuncuya qarşı hər hansı zor və hədə tətbiq etməmişdir. Nəzrinlə cinsi əlaqədə olan zaman sonuncunun özündən yaşca balaca olduğunu bilmiş, lakin dəqiq yaş fərqlərinin bilməmişdir. Hazırda Nəzrinlə barışıq əldə etmiş, törətdiyi cinayət əməlindən səmimi peşmandır, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə cinayət işinin materiallarını hərtərəfli tam və obyektiv araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin təkliflərini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün qismən etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işdə olan digər sənədlərlə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı qanuni nümayəndənin iştirakı ilə Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 272 №-li orta məktəbin doqquzuncu sinifini bitirmişdir. Qanuni nümayəndəsinin iştirakı ilə əvvəllər verdiyi ifadələrini təsdiq edir. 2020-ci ilin may ayında məktəb illərindən tanıdığı Təqsirləndirilən şəxs ona instaqram sosial şəbəkədə yazaraq sevgili olmağı təklif etmiş, bir müddət razılıq verməsə də sonda razılaşmış və sevgili olmuşlar. Görüşlərinin birində Murad ondan Vidadi barədə soruşmuş, sonuncu ilə aralarında intim münasibət olmadığını demişdir. Lakin Murad ona inanmamış və bundan sonra onunla kobud tərzdə, nalayiq ifadələr işlətməklə danışmağa başlamışdır. 28 may 2020-ci il tarixdə metronun “Xalqlar Dostluğu" stansiyasının yaxınlığında, Şəbinə Qocayevə ilə birlikdə besedkada görüşərkən, Murad Səbinədən bir neçə dəqiqəliyə kənarlaşmağı xahiş etmiş, sonra ona cinsi əlaqədə olmağı təklif etmişdir. Əvvəlcə razılaşmamış və Murad ona “bəs anan bilsə sən beləsən?” deyib bakirəliyinin pozulmasına işarə etmiş, sonuncuya anasına heçnə deməməyi xahiş edib razılaşmış və Murad Səbinə ilə birlikdə onu yaşadığı binanın qarşısına aparmışdır. Səbinəyə aşağıda gözləməyi demiş, özü isə həmin gün saat 14 radələrində Muradla, sonuncunun dediyinə görə ailəsinin yaşadığı, doqquz mərtəbəli binanın səkkizinci mərtəbəsinə qalxıb sağdakı mənzilə getmiş, həmin mənzil üçotaqlı olmuş, daxil olduqda sağda bir otaq, solda yataq otağı, üzbəüz qonaq otağı, qonaq otağından sağ tərəfə doğru hamam, tualet və mətbəx yerləşmişdir. Muradla qonaq otağında bir qədər söhbət etdikdən sonra yataq otağına keçmişlər. Murad həm onun, həm özünün bütün paltarlarını soyundurmuş, ikinəfərlik çarpayıda Murad onunla təxminən bir saat ərzində təbii yolla cinsi əlaqədə olmuşdur. Sonra paltarlarını geyinib aşağı düşmüşlər. Murad onlardan ayrılmış, Səbinəyə Muradla cinsi əlaqədə olduğunu demişdir. Bundan sonra da Murad ilə sevgili kimi münasibətləri davam etmiş, hərdən ayrılmaq istəsə də Muradın ona bakirə olmadığını yaymaqla söz atmacalarından ehtiyat etdiyi üçün ayrılmamışdır. 2020-ci ilin iyun ayının 04-də saat 19 radələrində Muradla sonuncunun yaşadığı ünvanda rezinlə bir dəfə təbii yolla cinsi əlaqədə olmuşdur. Yenidən 2020-ci iln iyun ayının 17-də saat 20 radələrində üçüncü dəfə Muradın yaşadığı ünvanda rezinlə bir dəfə təbii yolla cinsi əlaqədə olmuşlar. 01 iyul 2020-ci ildə anası razı olmadığına görə Murada ayrılıq mesajı göndərmiş, çünki anası İlahə Hüseynova onun Muradla sevgili olduqlarını bilmişdir. Murad həmin mesajın ardınca iki gün onunla dava edib barışmağı tələb etmiş, əks halda anasına, “məktəbdəkilərə" deyəcəyi ilə hədələmişdir. 02 iyul 2020-ci il tarixdə Şəbinə Qocayevagildə olanda növbəti mesajlaşmalarından Səbinənin bacısı, onun rəfiqəsi Fidan xəbər tutandan sonra anasına, Səbinənin anası Elnarəyə demiş, ondan Muradın “anan bilər, məktəbdəkilər bilər” deməklə nə demək istədiyini soruşmuşlar. Fidana hər şeyi danışmış, sonuncu da anasıgilə demişdir. Bütün bu dövrdə istifadəsində olan "Samsung A50” markalı mobil telefonu araşdırma zamanı istifadə edilməsi üçün prokurorluğa təqdim etmiş və bu müddətdə telefonun üzərində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Murad ona mesajlarında atmacalı sözlər dediyindən, Muradın, bakirə olmadığı barədə anasına və digər şəxslərə deməsindən ehtiyat edərək onunla ayrılmamışdır. Muradla sonuncu dəfə cinsi əlaqədə olandan sonra Murad ona mesajla bakirə olmadığı barədə anasına və digər şəxslərə deyəcəyi barədə yazmışdır. Ancaq həmin vaxtdan sonra Muradla bir daha cinsi əlaqədə olmamışdır. Murad onunla cinsi əlaqədə olmaq üçün ona qarşı heç bir zor tətbiq etməmişdir. Muradla barışımış, sonuncuya qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 272 №-li orta məktəbi 2019-cu ildə bitirmişdir. Zərərçəkmiş şəxs məktəbdə oxuduğu vaxtlardan tanımış, həmin vaxtlar Nəzrinin oxuduğu sinif otağı onun oxuduğu sinif otağının yaxınlığında yerləşdiyinə görə tez-tez Nəzrini görmüş, məktəb vaxtı Nəzrin onun sinif yoldaşı İbrahim Ramazanov ilə sevgili olmuşdur. Lakin İbrahim ilə yaxın münasibəti olmadığı üçün onların münasibəti barədə daha dərin məlumatı olmamış, Nəzrin onlardan iki sinif aşağı sinifdə oxumuşdur. 2019-cu ilin oktyabr ayında instaqram sosial şəbəkədə Nəzrinlə yazışıb danışmağa başlamış, Nəzrindən İbrahim ilə münasibətinin davam edib-etmədiyini soruşmuş, Nəzrin də İbrahimdən ayrıldığını demişdir. Daha sonra Nəzrinlə sevgili olmuş, həmin ərəfədə saat 09 radələrində Nəzrinlə Nizami rayonu ərazisində yerləşən «Heydər Əliyev parkı”nda görüşüb bir qədər söhbət etdikdən sonra piyada yeriyərək Nizami rayonunda yerləşən “Nazlı saray" şadlıq sarayının yaxınlığındakı “Joker" adlı “playstation klub”a getmişlər. Həmin klubu işlətmiş və hər gün saat 11 radələrində klubu açmışdır. Orada Nəzrinlə “doğruluq ya cəsarət" oyunu oynamış, sonra Nəzrinlə yaxınlıq etmək istəsə də Nəzrin razılaşmamış, o da təkid etməmişdir. Nəzrinlə bir qədər öpüşdükdən sonra Nəzrin çıxıb getmişdir. Sonrakı günlərdə əlaqə saxlamışlar, Nəzrindən bakirə olub olmadığını soruşmuş, Nəzrin bakirə olmadığını və uşaq vaxtı yıxılıb stolun kənar küncünə dəyib zədələndiyini demişdir. 2019-cu ilin noyabr ayında yenə “playstation klub’’da görüşdükdə Nəzrinə cinsi əlaqədə olmağı təklif etmiş və sonuncu razılaşdıqdan sonra həmin gün və 2019-cu ilin noyabr-dekabr aylarında əlavə olaraq iki dəfə, cəmi üç dəfə olmaqla ayrı-ayrı vaxtlarda Nəzrinlə görüşüb işlətdiyi “playstation klub"da könüllü olaraq cinsi əlaqədə olmuşdur. 2019-cu ilin dekabr-2020-ci ilin yanvar aylarında Nəzrin ailəsi ilə Türkiyə Respublikasında olanda yenə də yazışmağa davam etmişlər. Nəzrin qayıdandan sonra sonuncuya təbii yolla cinsi əlaqədə olmağı təklif etmiş, Nəzrin razılaşdıqdan sonra yanvar ayında dəqiq xatırlmadığı tarixdə işlətdiyi “Joker" adlı “playstation klub’’da Nəzrin ilə görüşüb rezinlə bir dəfə təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan sonra Nəzrinlə araları dəymiş və onlar ayrılmışlar. Bundan sonra X11 adlı başqa sinif yoldaşı ilə tanış olub sevgili olmuşdur. Lakin, bu barədə yalnız 03 fevral 2020-ci il tarixdə bilmişdir. Belə ki, həmin gün Vüqar ondan “qonağım gələcək” adı ilə “playstation klub”un açarını almış, Vüqar tanışı olan qızla vaxt keçirəcəklərini demiş, lakin məhz Nəzrin olacağını və intim münasibətdə olacaqlarını deməmişdir. Saat 11 radələrində kluba gedəndə orada Vüqar ilə birlikdə Nəzrini görəndə onların münasibətinin olduğunu başa düşmüş, lakin onlrın arasında nə olub-olmamasından xəbəri olmamışdır. Vüqar gedəndən sonra Nəzrin onunla qalıb söhbət etmiş, Nəzrin ilə barışandan sonra onun təklifi ilə Nəzrinin razılığı əsasında rezinlə təbii yolla cinsi əlaqədə olnuşlar. Bundan sonra Nəzrinlə heç vaxt təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmamış, münasibətləri soyuduqdan sonra 2020-ci ilin aprel ayından sonra tamam ayrılmışlar. Bundan sonra məhlə yoldaşı Təqsirləndirilən şəxs ondan Nəzrin ilə ayrılıb-ayrılmadığını soruşanda ayrıldığını demiş, Murad ilə Nəzrinin sonradan sevgili olduğunu bilmiuş, lakin onların arasında intim münasibətin olub-olmadığı barədə məlumatı olmamışdır. Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olduğu barədə sonuncunun bildirdiyi yalandır. Nəzrinlə ancaq təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə istintaqı zamanı şahidlər - X2 və Şahid2 ibtidai istintaq zamanı vermiş olduqları ifadəsi elan olunaraq tədqiq edilmişdir. İş materiallarında olan 30.11.2021-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2-da yerləşən mənzili hadisə yeri kimi göstərərək, 2020-ci ilin iyun ayının ortalarında Nəzrinin özünü onun yaşadığı mənzilin girişinə gəldiyini, Nəzrinin telefon vasitəsilə ona mesaj yazdıqdan sonra aşağı düşüb onu mənzilə aparıb orada onunla bir dəfə təbii yolla cinsi əlaqədə olduğunu qeyd edərək istintaqa verdiyi ifadəsini bir daha əyani şəkildə təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası SN-nin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X12 08.07.2020-ci il tarixli 1254 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs ona qarşı törədilən əməllər dövründə hər hansı psixi xəstəlikdən və kəmağıllılıqdan əziyyət çəkməmişdir. Zərərçəkmiş şəxs ona qarşı törədilən hərəkətlərin mənasını dərk etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs öz psixi vəziyyətinə görə iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barədə istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə emosional, özünəqapalı, hiss və yaşantılarını başqaları ilə paylaşmayan, özünə qarşı hörmət tələb edə bilməyən, tez inanan, çətin situasiyalardan baş çıxara bilməyən şəxsdir. Zərərçəkmiş şəxs əqli inkişafı normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı normaya uyğun olduğundan o, öz hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs özündən uydurmağa meyillik müəyyən edilmədi. Zərərçəkmiş şəxs idrak proseslərinin (duyğu, qavrama, yaddaş, təfəkkür və s.) xüsusiyyətləri və hadisə şəraiti nəzərə alınmaqla iş üçün əhəmiyyətli hesab olunan halları düzgün qavraya bilər. Zərərçəkmiş şəxs başqalarının təsiri altında hərəkət etməyə meyillik əlamətləri aşkar edilmədi. İş materiallarında olan Azərbaycan Respublikası SN-nin «Məhkəmə Tibbi Ekspertiza və X6» X12 13.07.2020-ci il tarixli 324 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığ pozulmuşdur, pozulma müddəti müayinədən 2 həftədən artıqdır. Zərərçəkmiş şəxs arxa keçəcəkdə aşkar edilmiş əlamətlər onunla qeyri-təbii yolla arxa keçəcək dəliyi vasitəsi ilə cinsi əlaqədə olmağa dəlalət edir. İş materiallarında olan Azərbaycan Respublikası SN-nin «Məhkəmə Tibbi Ekspertiza və X6» X12 04.08.2020-ci il tarixli 365 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. İş materiallarında olan 06.07.2021-ci il tarixli “baxış və götürmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs istifadə etdiyi, üzərində ***-***-**-** mobil nömrə olan «Samsung A50» markalı mobil telefondakı «WhatsApp» proqramından istifadə olunmaqla aparılmış yazışmalara baxış keçirilmiş, baxış zamanı telefonun yaddaşında olan, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında «WhatsApp» proqramından istifadə olunmaqla aparılmış yazışmaların mətnləri aşkar olunmuş, həmin yazışmaların mətnləri cinayət işi üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyindən surətləri köçürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 02.12.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 04.12.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhər Nizami rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İş materiallarında olan Bakı şəhər Nizami RPİ-nin 24-cü PŞ-nin 30.07.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tutulmuşdur. İş materiallarında olan Bakı şəhər Nizami rayon Məhkəməsinin 17.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbirinə dəyişdirilmişdir. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X3 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayəti, tələbi yoxdur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə özünün daxili inamına əsaslanaraq, Təqsirləndirilən şəxs yalnız bir dəfə Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olması haqqında verdiyi ifadəsini işin həqiqi hallarına uyğun saymır və zərərçəkmiş şəxsin həmin hissədə verdiyi ifadəsini isə işin faktiki hallarına uyğun hesab edir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutların məcmuyuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar qismində, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayəti təkrar törətməsini isə cəzanı ağırlaşdıran hal qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə qərarda qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və həmin əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin İctimai təhlükəlilik dərəcəsi isə onun törədilməli hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilməsi dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla tprədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarda həmçinin qeyd olunur ki, şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə işin hallarını, qanunvericiliyin tələblərini və Plenum qərarlarında qeyd olunan xüsusatları nəzərə alaraq, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, ona törətdiyi cinayəti nəzərdə tutan maddənin sanksiyasında müəyyən edilmiş həddə təyin olunacaq azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq olunmalı və sınaq müddəti müəyyən olunmaqla onun üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Мəhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının, Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən şərti olaraq tətəbiq edilməsini «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında» Аzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2010-cu il tarixli qərarındakı hüquqi mövqeyi baxımından da əsaslı hesab edir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “ … şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 gün şübhəli şəxs qismində, 30.07.2021-ci il tarixdən 17.08.2021-ci il tarixədək həbsdə, 17.08.2021-ci il tarixdən 18.11.2021-ci il tarixədək isə “ev dustaqlığı”nda saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən 03 ay 20 gün həbsdə saxlanıldığı müddət onun cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda, daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinin tələbinə əsasən, iş üzrə xüsusi müsadirənin tətbiq edilməsinə əsaslar müəyyən edilməmişdir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 30 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 45 iş saatı, cəmi 75 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 450 (dörd yüz əlli) manat (75x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı cəmi 03 (üç) ay 20 (iyirmi) gün müddətin bir günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla təyin olunan cəza müddətindən çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 10 (on) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinın əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət etmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı ilə islah olunmaq, davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs 75 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 450 (dörd yüz əlli) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar