Məhkəmə qərarları › İş №1(007)-107/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-107/2022

01.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-107/2022 01.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bаkı şəhəri Nizami rayon Мəhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1975-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu ödənilmiş, Kürdəmir rayonu, Yenikənd kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda faktiki yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib onu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin tərkibində olan hərbi hissələrdən birinə işə düzəltmək adı ilə aldadaraq sonuncudan 2021-ci ilin aprel ayının ortalarında saat 13-14 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Səməd Vurğun parkında 4000 manat məbləğində, 15 iyun 2021-ci il tarixdə saat 11-12 radələrində Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Resbublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının ərazisində 1500 manat məbləğində, 20 iyun 2021-ci il tarixdə saat 12:58-də Zərərçəkmiş şəxs tərəfindən Nizami rayonu ərazisində yerləşən “Kapital Bank"ın bankomatı vasitəsilə 4169******1972 nömrəli, həmin banka aid əmək haqqı kartına köçürülmüş 500 manat məbləğində, 02 iyul 2021-ci il tarixdə saat 11-12 radələrində Binəqəd rayonu, metronun “20 Yanvar" stansiyasının yaxınlığında 1000 manat məbləğində, həmin gün saat 16:11-də Zərərçəkmiş şəxs tərəfindən Nizami rayonu ərazisində yerləşən “Kapital Bank”ın bankomatı vasitəsilə 4169******1972 nömrəli, həmin banka aid əmək haqqı kartına köçürülmüş 600 manat olmaqla, ümumilikdə 7600 manat məbləğində xeyli miqdarda pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli billmiş, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmiş və ifadəsində dostu Şahid4 tanışı Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin tərkibində olan hərbi hissələrdən birinə işə düzəltmək adı ilə sonuncudan 2021-ci ilin aprel ayının ortalarında saat 13-14 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Səməd Vurğun parkında 4000 manat məbləğində, 15 iyun 2021-ci il tarixdə saat 11-12 radələrində Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Resbublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının ərazisində 1500 manat məbləğində, 20 iyun 2021-ci il tarixdə saat 12:58-də Zərərçəkmiş şəxs tərəfindən Nizami rayonu ərazisində yerləşən “Kapital Bank"ın bankomatı vasitəsilə 4169******1972 nömrəli, həmin banka aid əmək haqqı kartına köçürülmüş 500 manat məbləğində, 02 iyul 2021-ci il tarixdə saat 11-12 radələrində Binəqəd rayonu, metronun “20 Yanvar" stansiyasının yaxınlığında 1000 manat məbləğində, həmin gün saat 16:11-də Zərərçəkmiş şəxs tərəfindən Nizami rayonu ərazisində yerləşən “Kapital Bank”ın bankomatı vasitəsilə 4169******1972 nömrəli, həmin banka aid əmək haqqı kartına köçürülmüş 600 manat olmaqla, ümumilikdə 7600 manat məbləğində pul aldığını bildirmişdir. Cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tam olaraq ödəmiş və sonuncu ilə barışıq əldə etmişdır. Zərərçəkmiş şəxslə barışıq əldə etməsinin və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsinin nəzərə alınaraq cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafından başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə, cinayət işini hərtərəfli tam və obyektiv araşdırıb, cinayət prosesi tərəflərinin təkliflərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. İşə əlavə olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-1.2-ci və Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edilməli və ona qarşı cinayət təqibinə xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası CM-nin 73-1.2-ci və Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinin tələbini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibinə xitam verilsin. Bakı şəhəri 24 saylı vəkil bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 70 saata görə 420 (dörd yüz iyirmi) manat, Bakı şəhəri 21 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 29 saata görə 174 (bir yüz yetmiş dörd) manat Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq müvafiq vəkil bürolarının hesablaşma hesabına ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar