Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-107/2023 12.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclas katibi X7 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə dövlət və özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, hazırkı cinayət işi ilə bağlı 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 21 iyul 2022-ci il tarixdə həbsdə saxlanıldığı Penitensiar Xidmətin Bakı istintaq Təcridxanasından Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin tibbi göndərişi əsasında qarovulun müşayiəti altında Bakı şəhəri Nizami rayonunun ərazisində yerləşən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə müayinə üçün gətirilərkən “istintaq təcridxanalarının X4" ilə qadağan olunmuş əşya olan bir ədəd “Nokia” markalı “Mini Phone” modelli “**********00158, **********00158” imei kodlu mobil telefon aparatını istintaqa məlum olmayan mənbədən əldə edərək özündə saxlamaqla əl çantasında gəzdirmiş və həmin tarixdə, saat 19:00 radələrində Müalicə Müəssisəsinə təhvil verildiyi zaman müəssisənin əməkdaşları tərəfindən üzərinə və əşyalarına axtarış baxış keçirilərkən ona məxsus əl çantasının içərisindən salfetkaların arasında gizlədilmiş vəziyyətdə daxilində danışıq kartı olmayan daşıdığı həmin mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, aşkar olunmuş mobil telefon aparatını Bakı İstintaq Təcridxanasında saxlanıldığı kamerada çarpayısının alt hissəsindən tapmış, lakin GSM danışıq kartı olmadığından həmin telefondan istifadə etməmiş, tapdığı telefon barədə kamera yoldaşlarının məlumatı olmamış, Bakı İstintaq Təcridxanasında axtarış baxış otağında axtarışa məruz qalarkən nəzarətçilər ondan üzərində qadağan əşyanın olub-olmaması barədə soruşarkən, həmin vaxt çantasında telefonun olması barədə nəzarətçilərə bildiməmişdir. xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində Bakı İstintaq Təcridxanasından "xxxx" diaqnozu ilə müayinə olunmaq üçün PX-nin Müalicə Müəssisəsinə göndərilmiş, həmin gün ondan başqa 10 nəfərə yaxın şəxs Müalicə Müəssisəsinə etap olunmuş, saxlanıldığı kameradan korpusun böyük nəzarətçisinin müşayiəti ilə əşyalarla birlikdə təcridxananın axtarış-baxış otağına gətirilərək həmin otaqda bir nəfər nəzarətçi onun üzərinə tam axtarış keçirmiş, digəri isə ona məxsus əşyalarına baxış keçirmiş, lakin üzərində olan əl çantasına nəzarətçi səthi baxış keçirərək həmin çantada qabaqcadan salfetlər olan cibinə qoyduğu kiçik ölçülü “Nokia” markalı mobil telefon aparatını görməmiş, baxış keçirildikdən sonra əşyalarla birlikdə konvoy taborunun qarovul dəstəsinə təhvil verilmiş, lakin qarovul dəstəsi əşyalarına baxış keçirmədən onu konvoy maşınına digər etap olunanlarla birlikdə əyləşdirmiş, təxminən saat 19 radələrində PX-nin Müalicə Müəssisəsinə gəlmiş, orada etap olunanlar baxış otağına salınaraq üzərlərinə və əşyalarına baxış keçirilən zaman müəssisənin əməkdaşları üzərində olan əl çantasının içərisindən salfetlər olan cibdə daxilində danışıq kartı olmayan bir ədəd mobil telefon aparatını aşkar edərək və hal şahidlərin iştirakı ilə aparatı qablaşdırraraq bu barədə protokol tərtib edilmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 şöbəsinin inspektoru, ədliyyə kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində PX-nin Bakı istintaq Təcridxanasından etapla Müalicə Müəssisəsinə daxil olan həbsdə saxlanılan Təqsirləndirilən şəxs üzərinə və şəxsi əşyalarına müəssisənin axtarış-baxış otağında baxış keçirilən zaman sonuncuya məxsus əl çantasında salfetkaların arasında gizlədilmiş şəkildə içərisində danışıq kartı olmayan, kiçik ölçülü, tünd göy rəngli işlək vəziyyətdə olan "Nokia" markalı mobil telefon aşkar edilərək götürülmşü, müəssisənin əməkdaşlarının və hal şahidlərin iştirakı ilə mobil telefonun aşkar olunması barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin ədliyyə baş leytenantı Şahid3, ədliyyə giziri Şahid2 ifadələrində Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının böyük nəzarətçisi, ədliyyə baş çavuşu Şahid5 ifadəsində göstərmişdir ki, Bakı İstintaq Təcridxanasında vəzifəsi təcridxanaya qəbul və ya təcridxanadan etap olunan məhkum və həbsdə saxlanılan şəxslərin üzərinə və əşyalarına baxış keçirməkdən ibarət olduğu üçün xx.xx.2022-ci il tarixdə təcridxanada axtarış-baxış otağına digər əməkdaş Şahid6 ilə birlikdə cəlb olunmuş, həmin gün saat 18 radələrində bir neçə həbsdə olan şəxs PX-nin Müalicə Müəssisəsinə etap olunması nəzərdə tutulduğundan bir-bir həmin şəxslərin üzərinə Şahid6 ilə birlikdə baxış keçirilmişdir. Bu şəxslərdən biri də həbsdə olan Təqsirləndirilən şəxs olmuş, o, axtarış-baxış otağına saxlanıldığı 7-ci korpus üzrə böyük nəzarətçi Xəlil Həbibov tərəfindən gətirilmişdir. Hər bir halda axtarış-baxış tədbirinə keçməzdən öncə qadağan olunmuş əşyanın olub-olmaması məhkumlardan soruşulur və olduğu təqdirdə könüllü təhvil verilməsi təklif olunur. Lakin Təqsirləndirilən şəxs həmin vaxt üzərində və ya çantasında hər hansı qadağan olunmuş əşyanın olmadığını onlara bildirmiş, bundan sonra ilk öncə Təqsirləndirilən şəxs üzərinə o baxış keçirmiş, daha sonra Şahid6 Təqsirləndirilən şəxs məxsus sellofan paketə və kiçik ölçülü tünd göy rəngli əl çantasına baxış keçirmiş, sellofan paketdə yorğan və balınc üzlüyü olmuş, əl çantasında isə diş fırçası, diş məcunu, stolüstü salfetlər və kiçik ölçülü əl dəsmalı olmuş, hər hansı qadağan olunmuş əşya aşkar olunmamış, Təqsirləndirilən şəxs üzərinə və əşyalarına baxış keçirdikdən sonra rəisin növbə köməkçisi Övliyya Qasımovun müşayiəti ilə konvoy taborunun qaravul dəstəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs həmin gün Müalicə Müəssisəsinə təhvil verilərkən qəbul zamanı əməkdaşlar tərəfindən əl çantasından salfetlərin arasından bir ədəd mobil telefon aparatının aşkar edilməsi onlara sonradan məlum olmuşdur. Təcrdixanda axtarış-baxış otağında yalnız özü və baş çavuş Şahid5 olmuşdur. Həmin hadisədən sonra daxili yoxlama nəticəsində ədliyyə baş giziri Şahid6 və ona yol verdikləri nöqsanlara görə şiddətli töhmət verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı İstintaq Təcridxanasının korpuz üzrə böyük nəzarətçisi, ədliyyə baş giziri X3 ifadəsində göstərmişdir ki, xx.xx.2022ci il tarixdə saat 18 radələrində bir neçə həbsdə olan şəxsin PX-nin Müalicə Müəssisəsinə etap olunması nəzərdə tutulduğundan 7-ci korpusda, 24 saylı kamerada həbsdə saxlanılan Təqsirləndirilən şəxs kameradan şəxsi əşyaları ilə birlikdə onun müşayiəti altında təcridxananın axtarış-baxış otağına aparılmış, orada sonuncunun üzərinə və şəxsi əşyalarına baxış keçirilmiş, bundan sonra rəisin növbə üzrə köməkçisi, konvoy taborunun qarovul dəstəsinə təhvil verilmişdir. Sonradan Təqsirləndirilən şəxs həmin gün Müalicə Müəssisəsinə qəbul olunarkən əl çantasından bir ədəd mobil telefon aparatının aşkar olunması məlum olmuşdur. Həmin gün Təqsirləndirilən şəxs kameradan çıxarıb axtarışbaxış otağına apararkən onun üzərində qara rəngli əl çantası və sellofan paketdə yataq dəsti olmuş, lakin vəzifəsinə aid olmadığından həmin çantanın və paketin içərisinə baxış keçirməmiş və həmin şəxsdə telefon olması barədə məlumatı olmamışdır. Ümumiyyətlə Təqsirləndirilən şəxs mobil telefon aparatının olmasına dair əvvəllər heç bir şübhə yaranmamışdır. O, həbsdə saxlanıldığı müddətdə saxlama şəraitdən narazılığı, hər hansı əməkdaş və ya məhkum tərəfindən təzyiqlərə məruz qalması barədə eşitməmişdir. Məhkum Təqsirləndirilən şəxs adətən çantasını özü ilə kamerada saxlayır və məhkəməyə gedərkən həmin çantada sənədlərini daşıyırdı. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid Bakı İstintaq Təcridxanasının böyük nəzarətçisi, ədliyyə baş giziri Şahid6 ibtidai istintaqa verdiyi ifadəsində Şahid5 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin əməkdaşları Şahid3, Şahid1, Şahid2, hal şahidləri məhkum Müşviq Məmmədovun və Mirfərrux Məcidovun iştirakları ilə xx.xx.2022-ci il tarixdə, saat təxminən 19:00 radələrində keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində, Bakı İstintaq Təcridxanasından etapla Mülaicə Müəssisəsinə daxil olan həbs edilmiş şəxs Təqsirləndirilən şəxs üzərinə və şəxsi əşyalarına müəssisənin axtarış-baxış otağında baxış keçirilən zaman ona məxsus əl çantasında salfetkaların arasında gizlədilmiş şəkildə içərisində Sim kart olmayan kiçik ölçülü tünd göyrəngli işlək vəziyyətdə “Nokia” markalı mobil telefon aşkar edilərək götürülmüş, iştirakçıların və hal şahidlərinin iştirakı ilə xüsusi zərfdə qablaşdırılaraq möhürlənmişdir. Götürülmüş mobil aparat barədə protokol tərtib olunmuş, hamıya ucadan oxunmuş, hamı tərəfindən imzalanmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 5/918 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş bir ədəd “Nokia” markalı arxa məlumat lövhəsinə görə “Mini Phone” modelli “**********00158 **********00158” imei kodlu mobil telefon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Təqdim edilmiş “Nokia" markalı arxa məlumat lövhəsinə görə “Mini Phone” modelli mobil telefonun proqram təminatında olan “imei” kod arxa tərəfində məlumat lövhəsində olan “imeı” kodla fərqlidir. Rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim olunmuş “Nokia” markalı “Mini Phone” modelli mobil telefonda foto və videoçəkiliş xidmətlərinin olmaması müəyyən olundur. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 74.4-cü maddəsinə əsasən cəzanın icrası qaydalarını təmin etmək məqsədilə məhkumlara cəzaçəkmə müəssisələrinin X4 ilə müəyyən edilmiş əşyaların verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən belə əşyaların hazırlanması, cəzaçəkmə saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunur. Məhkumlarda, müəssisəsinə daxil olan və çıxan şəxslərdə, habelə məhkumların adına göndərilmiş bağlama və banderollarda belə əşyalar aşkar edildikdə həmin əşyalar götürülür və cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq araşdırma aparılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli Kollegiya qərarının 11 saylı Əlavəyə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının X4”nın əlavə siyahısına əsasən “mobil telefon” cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslər tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların siyahısına aiddir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-58/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə dövlət və özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1321/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, qəsdin obyektini cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının normal fəaliyyətinin və həmin təsisatlarda daxili intizamın təmin edilməsi üzrə idarəetmə zamanı yaranan ictimai münasibətlər təşkil etməsini, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulan əməli xx.xx.2022-ci il tarixdə törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki hökm olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü çıxarılmazdan əvvəl törətdiyindən ona CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-58/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təyin olunmuş 01 il 06 ay müddətə dövlət və özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin olunmuş cəza ilə əsas cəzanı qismən, əlavə cəzanı tam birləşdirərək ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-58/2023 nömrəli hökmünə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərə alınaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Nokia” markalı arxa məlumat lövhəsinə görə “Mini Phone” modelli “**********00158 **********00158” imei kodlu mobil telefon məcburi qaydada və əvəzsiz olaraq dövlər nəfinə alınmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.4 və 66.5-ci maddələrinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-58/2023 nömrəli hökmü ilə təyin olunmuş 01 il 06 ay müddətə dövlət və özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəzaya əsas cəzanı qismən və əlavə cəzanı tam birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 01 il 06 ay müddətə dövlət və özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 il 01 ay (beş il bir ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)- 58/2023 nömrəli hökmü ilə müəyyən edilmiş vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-58/2023 nömrəli hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc cəmi – 53,65 manat (əlli üç manat altmış beş qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Nokia” markalı arxa məlumat lövhəsinə görə “Mini Phone” modelli “**********00158 **********00158” imei kodlu mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 288 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 06 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-107/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-107/2023
12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver