Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-109/2023 06.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1970-ci ildə Naxçıvan MRnın Ordubad rayonunda anadan anadan olmuş, subay, işləməyən, azərbaycanlı, AR vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 övladı X9 tələbə qismində İdman və X3 qəbul olunmasına köməklik edəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə Zərərçəkmiş şəxs1 15 yanvar 2021-ci il tarixində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 89 ünvanında yerləşən “Lotos” ticarət mərkəzinin qarşısında 1000 manat, Zərərçəkmiş şəxs1 tərəfindən 15 fevral 2021 -ci il tarixdə ünvan 3 ünvanında yerləşən "Yeni Market”-də quraşdırılmış ödəmə terminalı vasitəsilə ona məxsus **********149756 nömrəli «Kapital Bank»a aid kartın hesabına ödənilmiş 1500 manat, 22 fevral 2021 -ci il tarixdə ünvan 3 ünvanında yerləşən "Yeni Market”-də quraşdırılmış ödəmə terminalı vasitəsilə ona məxsus **********149756 nömrəli «Kapital Bank»a aid kartın hesabına ödənilmiş 1010 manat, 05 aprel 2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən "Yeni Market”-də quraşdırılmış ödəmə terminalı vasitəsilə ona məxsus **********149756 nömrəli «Kapital Bank»a aid kartın hesabına ödənilmiş 202 manat, 14 aprel 2021 -ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Yeni Market”-də quraşdırılmış ödəmə terminalı vasitəsilə ona məxsus **********149756 nömrəli «Kapital Bank»a aid kartın hesabına ödənilmiş 2000 manat, bundan başqa Zərərçəkmiş şəxs1 Əmlakını ələ keçirməyə yönəlmiş hərəkətlərini davam etdirməklə Zərərçəkmiş şəxs1 özünün Mərkəzi Kitabxanaya işə düzəlməsinə köməklik edəcəyinə dair yalan verib aldadaraq etibarından sui-istifadə edib bu adla sonuncudan 2021 -ci ilin aprel ayının sonlarında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 89 ünvanında yerləşən "Lotos” ticarət mərkəzinin qarşısında 1000 manat, ümumilikdə isə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 6712 manat məbləğində pulunu alıb ələ keçirməklə sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 övladı X6 Sumqayıt şəhərində yerləşən məktəblərin birinə müəllim vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq etibardan sui-istifadə edib bu adla Baxşəli Salahlıdan 2021-ci ilin sentyabr ayının əvvəllərində ünvan 4 ünvanda yerləşən "Xəyalə” kafesində 9000 manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 9000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə toplanmış istintaq sübutları; özünün qismən etirafedici ifadələri, zərərçəkmiş şəxs və şahidlərin ifadələri və işin digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, 2015-ci ildən 2020-ci ilin dekabır ayına qədər Bakı Dövlət Universitetinin nəznində olan Bakı İqtisadiyyat Humanitar Kollecində laboratoriya müdiri vəzifəsində işləmişdir. 2018-ci ildən Zərərçəkmiş şəxs1 ilə tanışlığı isə, sonuncunun qızı Fatimənin onun işlədiyi kollecdə tələbə olması ilə bağlı olmuşdur. xx.xx.2020-ci il tarixdə öz ərizəsi əsasında işdən çıxmağına baxmayaraq Təhminə ilə yaxşı münasibət saxlamış, 2021 -ci ilin təxminən fevral ayında Təhminə onunla əlaqə saxlayaraq oğlu X11 və İdman Akademiyasına tələbə kimi qəbul edilməsində köməklik etməsini xahiş etmişdir. Bunun müqabilində 6700 manat pul lazım olacağını bildirmiş, Təhminə məbləğin 2700 manat hissəsini, onun "Kapital bank”-da olan kart hesabına göndərmişdir. 2021 -cil ilin mart ayının sonlarında Təhminə ona zəng vuraraq əvvəlcədən danışdığı məbləğin yerdə qalan 4000 manatlıq hissəsini də ona vermək niyyətində olduğunu bildirmişdir. Elə həmin gün Təhminə Nizami rayonu ərazisində yerləşən “Lotos” ticarət mərkəzinin qarşısına gəlməyini və orada görüşməyi təklif etmişdir. Beləliklə, Təhminə ilə görüşüb 4000 manat məbləğində pulu Təhminədən almışdır. 2021 ci ilin oktyabr ayının sonlarında Təhminə ona zəng vuraraq işin baş tutmaması səbəbindən 6700 manat məbəğində pulun geri qaytarılmasını xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə 2700 manat pulu Təhminənin anası Ceyranın kart hesabına köçürmüşdür. Yerdə qalan 4000 manatı isə şəxsi tələbatları üçün xərclədiyindən həmin məbləği geri qaytara bilməmişdir. Bundan başqa Şahid2 təxminən üç ilə yaxın müddətdir ki, tanıyır. Rəmşid ondan xahiş etmişdir ki, Ağsu Hərbi Komisarlığında çalışan Pərvinin yanına getsin və sonuncuya bildirsin ki, anası Diləfruz Səadətdən 192000 manat pul atmışdır. Həmin vaxt Rəmşid Hərbi Komisarlığına getmiş və orada müəyyən olmuşdur ki, Pərvinin işini Tərtər rayon Hərbi Komisarlığına dəyişiblər. 2018-ci ildən 2020-ci ilin may ayınadək olan müddət ərzində Diləfruz adlı xanım onun hissə hissə 192000 manat pulunu ələ keçirmişdir. Həmin pulları müxtəlif şəxslərdən alaraq Diləfruz adlı şəxsə vermişdir ki, həmin şəxsləri işlə təmin etsin. Lakin sonradan Diləfruz həmin işləri görməmiş və pulları isə qaytarmaqdan boyun qaçırmışdır. Emil adlı şəxsi Rəmşid vasitəsi ilə tanımışdır. Rəmişidin sonuncu ilə söhbətləri əsnasında ona bildirmişdir ki, tanışı Emilin məhkəmə sistemində nüfuzlu tanışları vardır və sonuncu Diləfruzdan pulun alınmasında ona köməklik edə bilər. Bundan sonra o, Emil ilə əlaqə saxlamış və Abasətlə onu görüşdürmüşdür. Abasət ilə olan telefon danışıqlarının birində o, Abasətə bildirmişdir ki, Diləfruzdan pulunu ala bilmədiyindən borclu olduğu şəxslərə pulu geri qaytara bilmir. Abasət ondan nə qədər pul lazım olduğunu soruşduqda o, sonuncuya 9000 manat lazım olduğunu bildirmişdir. Abasət ona 2000 manat pulu olduğunu, qalanının isə Baba adlı şəxsdən xahiş edəcəyini bildirmişdir. O, sonuncu ilə razılaşmış və həmin gün axşam saatlarında Nizami rayonu ərazisində yerləşən “Xəyalə” adlı kafedə onunla və Baba adlı şəxslə görüşmüş, 2000 manat məbəğində pulu Abasət, 7000 manat məbləğində pulu isə Baba adlı şəxs ona vermişdir. Daha sonra Abasət adlı şəxslə münasibətləri pisləşdiyindən, narazılıqlar artmış, ona vermiş olduqları pulu geri qaytarmasını tələb etmişdir. Hal-hazırda törətdiyi əməldən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkən şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək ona dəymiş zərərin ödənildiyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkən şəxs Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 2021 -ci il sentyabr ayının əvvəllərində, dostu Abasətlə birlikdə Xətai rayonu, Q.Nəbi küçəsində yerləşən "Urfa” restoranında çay içirmişlər. Həmin vaxtı, Abasətin Emil adlı tanışı onlara yaxınlaşmış və sonuncunu masaya dəvət etmişlər. Birlikdə söhbət edən zaman Abasətə demişdir ki, qızı institutu bitirib, müəllimlik üzrə işə qəbul imtahanında iştirak edib, 46 bal toplayıb, tanışı varsa, qızını Sumqayıt şəhərində məktəblərin birində müəllimə vəzifəsinə işə düzəltsinlər. Emil onlara demişdir ki, bibisi qızı Təhsil Nazirliyində işləyir, onlara köməklik göstərə bilər. O, sonuncu ilə razılaşmış və bir neçə gün sonra Emil ona Təqsirləndirilən şəxsın istifadəsində olan 055 885-83- 84 və 050 ***-**-** GSM nömrələrini vermiş və demişdir ki, həmin qadınla əlaqə saxlasın, sonuncu onların işini düzəldəcək və bu işdən ötrü 10000 manat pul vermək lazımdır. 2021 -ci il sentyabr ayının əvvəllərində, o, Təqsirləndirilən şəxs ilə zəngləşib Nizami rayonu ərazisində körpünün yanında yerləşən "Xəyalə” kafesində görüşməyi təklif etmiş və razılaşmışlar. O, dostum Abasətlə birlikdə həmin kafeyə getmiş, Səadətlə görüşmüş, sonuncuya iş məsələsini danışmış və kömək etməsini istəmişdir. Səadət qızının Sumqayıt şəhərində məktəbə işə düzəlməsi üçün ondan 10000 manat pul istəmiş, onlar danışıb 9000 manata razılaşmışlar. Həmin vaxt onun cibində 7000 manat pul olmuş, onu Səadətə vermiş və əlavə 2000 manat Abasətdən borc istəmişdir, Abasət gedib çöldə saxladığı avtomobilindən 2000 manat pul gətimiş, onu da Səadətə vermiş, yəni Səadətə orada cəmi 9000 manat pul vermişdir. Səadət 2021 -ci il sentyabr ayının sonu və ya oktyabr ayının əvvəllərində qızını Sumqayıt şəhərində işə düzəldəcəyinə söz vermişdir. Lakin, həmin gündən təxminən iki ay sonra Səadətdən heç bir xəbər çıxmadığına görə sonuncuya zəng vurub işin nə yerdə olduğunu soruşmuş, Səadət ona demişdir ki, darıxmasın, iş düzələcək, narahat olmasın. Bundan sonra yenə də təxminən bir ay müddətində dəfələrlə Səadətlə telefonla danışıb işi düzəldib-düzəltmədiyini soruşmuş, hər dəfə Sədaət müxtəlif bəhanələri gətirərək onu aldatmışdır. Bu günə kimi Səadət nə onun qızının işini düzəltməmiş, nə də sonuncuya verdiyi 9000 manat pulu qaytarmamışdır. Ona görədə o, dəfələrlə Səadətə zəng vurub pulunu qaytarmasını istəmiş, lakin Səadət onun pulunu qaytarmaqdan müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Səadətlə ilk dəfə üzbəüz söhbət edib pul verərkən aralarında olan danışıqları və sonralar telefon vasitəsi ilə onunla olan danışıqlarını öz telefonunun diktofonuna yazmış və həmin yazıların köçürüldüyü diski ərizə və izahatına əlavə etmişdir. Sonradan o, Abasətdən qızının işinin düzəlməsi üçün borca aldığı 2000 manat pulu sonuncuya qaytarmışdır. Məhkəmə istintaqı zamanı zərər çəkən şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək ona dəymiş zərərin ödənildiyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkən şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 3 ilə yaxındır ki tanıyır. X2 hazırda İqtisadiyyat və Humanitar kollecində 4-cü kursda oxuyur. Təqsirləndirilən şəxs həmin kollecin keçmiş müdürü Ruxsarə Əliyevanın bacısıdır. Təqsirləndirilən şəxs kadrlar şöbəsində işləyirmiş. Mütəmadi olaraq həmin kollecə gedib gəldiyindən Səadətlə tanışlığı yaranmışdır. Səadətlə həmin vaxtdan etibarən mütəmadi olaraq əlaqə saxlayıb söhbət edirmişlər. Bir dəfə söhbət zamanı Səadət ona oğlu Əlini universitetə qəbul olunmasına köməklik etməyi təklif etmişdir. O, da sonuncuya nə cür köməklik edə biləcəyini soruşduqda, Səadət müəyyən məbləğdə pul müqabilində oğlu X7 düzəldəcəyini bildirmiş, o, da razılaşmışdır. Onlar görüşüb söhbət etmiş və Səadət ona işin 5700 manata düzələ biləcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə Nizami rayonu ərazisində yerləşən «Lotos» ticarət mərkəzinin qarşısında Təqsirləndirilən şəxs ilə görüşərək sonuncuya əlbəəl təklikdə 1000 manat ilkin olaraq pul vermişdir. Həmin vaxt Səadət ona bildirmişdir ki, pulları bütov şəkildə yox lazım olduqca alacaqdır.xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs onunla özünə məxsus ***-***-**-** nömrəli mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq 1500 manat pul istəmişdir. Həmin gün saat 16:51 radələrində Nizami rayonu, C.ünvan 5 ünvanında yerləşən “Yeni Market"-də quraşdırılmış ödəmə terminalı ilə 1500 manat, xx.xx.2021-ci il tarixdə saat 13:58-də Nizami rayonu C.ünvan 5 ünvanında yerləşən "Yeni Market”-də quraşdırılmış ödəmə terminalı ilə 1010 manat, xx.xx.2021-ci il tarixdə saat 18:47-də Nizami rayonu C.ünvan 5 ünvanında yerləşən "Yeni Marketdə quraşdırılmış ödəmə terminalı ilə 202 manat, xx.xx.2021-ci il tarixdə saat 17:25-də Nizami rayonu C. ünvan 5 ünvanında yerləşən “Yeni Market”-də quraşdırılmış ödəmə terminalı ilə 2000 manat pulu Təqsirləndirilən şəxsnın adına olan **********149756 nömrəli Kapital Bank plastik kartına ödəmişdir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, 2021 -ci ilin aprel ayının 19-da oğlunun işinin ilkin mərhələsi həll olacaqdır. Söhbət əsnasında Səadət ona bildirmişdir ki, onu da mərkəzi kitabxanaya işə düzəldə bilər. O, Səadətdən həmin işin qiymətini soruşduqda Səadət bildirmişdir ki, 1000 manat pul müqabilində onu işə düzəldə bilər. 2021 -ci ilin aprel ayının sonlarında Səadətlə Nizami rayonu ərazisində yerləşən «Lotos» ticarət mərkəzinin qarşısında görüşmüşlər. Səadət ona işlərin qaydasında getdiyini bildirmişdir. O, sonuncuya inanaraq həmin vaxt öz işinə görə 1000 manat pul vermişdir. Bundan sonra Səadət hər dəfəsində işin uzandığını deyib işi düzəltməkdən və pulu qaytarmaqdan boyun qaçırırmış, ona dəfələrlə zənglərindən sonra Səadət 2700 manat pulu kartına xx.xx.2021 ci il tarixdə vurmaqla qaytarmamışdır. Ümumilikdə 6712 manat pulun 5700 manat hissəsini oğlu Əlini ali məktəbə düzəldəcəyinə görə, qalan 1000 manatı isə onu işə düzəldəcəyinə görə vermişdir. Qalan 12 manat isə terminaldan pulun çıxarışı ilə bağlı tutulan faizdir. Məhkəmə istintaqı zamanı şahid qismində cəlb edilmiş Şahid3 məhkəməyə teleqram ilə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əlavəsinin olmadığını, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Abasət Əliyevi təxminən 10 il müddətdir ki, tanıyır, sonuncu ilə birlikdə “İMERGAZ” şirkətində birlikdə işləmişdir. 2021 -ci ilin sentyabr ayının əvvəllərində X13 rayonu ərazisində yerləşən Əhmədli metrostansiyasın yaxınlığında «Urfa» restoranında görüşüb çay içən zaman sonuncu ona bildirmişdir ki, Baba adlı dostunun qızı 49 bal toplayaraq müəlliməlik imtahanından keçmişdir. Lakin qeyd olunan bala Bakı şəhərində işləməsi qeyri mümkündür. 49 bal ilə rayonlarda işləyə bilər. Bu zaman o, bu işlərdən heç bir anlayışı olmadığını bildirmiş, həmin vaxt tələbə yoldaşı Rəmşid onun mobil telefonuna zəng vurmuşdur. O, Rəmşidlə danışan zaman Rəmşiddən Abasətin ona dediyi məsələ ilə bağlı maraqlanmışdır. Həmin vaxt Rəmşid ona bildirmişdir ki, Səadət adlı tanışı vardır və bu işdə onlara köməklik edə bilər. Rəmşid ona bildirmişdir ki, həmin şəxslə əlaqə saxlayaraq öyrənib məlumat verəcəkdir. Təxminən 5 dəqiqə sonra Rəmşid onunla əlaqə saxlayaraq Səadətin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni əlaqə saxlamaq üçün ona vermiş və bildirmişdir ki, Səadətlə danışsın, sonuncu bu işdə məsləhət verəcəkdir. Bundan sonra o, həmin mobil nömrə ilə əlaqə saxlayıb Rəmşidin tələbə yoldaşı olmağını bildirmiş və sonuncu ilə işlə bağlı danışmışdır. Onlar səhəri günə görüş təyin etmişlər. Səhəri gün günorta saatlarında Abasət, o, və Səadət xanım Nizami rayonu ərazsində yerləşən “Xəyalə”adlı kafedə görüşmüşlər. Həmin vaxt Abasət və Səadət hər ikisi Naxçıvan MR-dan olduqlarına görə tanış çıxmışlar. Bundan sonra Abasət Səadətə bildirmişdir ki, dostu Babanın qızı müəlliməlik imtahanında 49 bal yığmışdır. Həmin bal ilə Bakı şəhərində işə düzəlmək qeyri mümkündür. Səadət Abasətə bildirmişdir ki, Təhsil Nazirliyində tanışı vardır və bu məsələ ilə bağlı danışıb məsələhət verəcəkdir. Bundan sonra Abasət Səadətə bildirmişdir ki, dostu Baba ilə sonuncunu görüşdürəcəkdir. Onlar çay içərək ayrılmışlar. Bundan təxminən üç ay sonra atası İman dünyasını dəyişmiş, həmin hüzür vaxtı Abasət hüzürdə iştirak etmək üçün onlara gəlmişdir. Həmin vaxt Abasət bildirmişdir ki, Səadət xanım onun dostunu aldadarq 9000 manat pulunu ələ keçirmişdir. O, Abasətə bildirmişdir ki, həmin işdən heç bir xəbəri yoxdur, pul verməklərindən məlumatsızdır. Hüzürdən bir gün sonra o, Rəmşidlə əlaqə saxlayaraq bu barədə soruşmuşdur. Rəmşiddə ona məlumatsız olmasını bildirmişdir. O, Rəmşiddən xahiş etmişdir ki, Səadət xanımla əlaqə saxlayaraq bu məslənin əslini öyrənsin. Səadət xanım Rəmşidə bildirmişdir ki, Abasətgildən borc almışdır və bu işin onlara yəni Rəmişdə və ona heç bir aidiyyəti yoxdur, onların yanlarında pul alınıb və verilməyib. Məhkəmə istintaqı zamanı şahid qismində cəlb edilmiş Şahid2 məhkəməyə teleqram ilə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əlavəsinin olmadığını, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid3 göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, təyin edilmiş cəza CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(105)-250/2022 saylı qərarı ilə təyin edilmiş 02 il 06 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla üzərində qəti olaraq 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə CM-nin 178.2.2 və 178.2.4cü maddəsi ilə nəzərdə tutulan əməli 2021-ci ilin sentyabr ayında törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki hökm olan Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü çıxarılmazdan əvvəl törətdiyindən, CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurmuş maddi ziyanı tam şəkildə ödəmişdir, onunla barışmışdır, Təqsirləndirilən şəxs qarşı qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə ünvanlanmış teleqram və xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurmuş maddi ziyanı tam şəkildə ödəmişdir, onunla barışmışdır, Təqsirləndirilən şəxs qarşı qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli səmimi etiraf etməsini və törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona AR-sı CM-nin 178.2.2 və 178.2.4 cü maddələri ilə ittiham elan edilmiş, barəsində başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 03 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş 02 il 06 ay (iki il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 02 il 09 ay (iki il doqquz ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılsın, üzərində qəti olaraq 03 il 06 ay (üç il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 03 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 ödənilmək üçün 216 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-109/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-109/2023
06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver