Məhkəmə qərarları › İş №1(007)-109/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-109/2024

11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-109/2024 11.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçilər - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 oğlunun və Müdafiəçi2 Əlizaman oğlunun, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1983-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qərarı ilə cəzası 06 ay azaldılmış, xx.xx.2022ci ildə cəzasının sonu ilə azad edilmiş, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 180.2.1 və 180.2.3-cü maddələri ilə, xx.xx.1989-cu ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qubadlı rayonu, Kürd Mahruzlu kəndində qeydiyyatda olan, ünvan 3 ünvanında yaşayan, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 2 ay 25 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü ildə cəza müddəti başa çatmış, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 180.2.1, 180.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 31 avqust 2023-cü il tarixdə, saat 00:54 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 80A nömrəli binanın girişində quraşdırılmış su sayğacının içərisində saxlanılan, Zərərçəkmiş şəxs yaşadığı, həmin ünvanın 65 nömrəli mənzilinə aid açarı tapdıqdan sonra özgənin əmlakını talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək aralarında olan cinayətkar razılığa əsasən niyyətlərinə maneəsiz nail olmaq məqsədilə qrup üzvü Təqsirləndirilən şəxs2 kənar şəxslərin gələcəyi barədə məlumat verməsi üçün binanın girişində dayanmış, o, isə həmin açarla 65 nömrəli mənzilin qapısını açaraq yaşayış sahəsinə qanunsuz olaraq girib mənzilin qonaq otağında masanın üzərində olan Zərərçəkmiş şəxs məxsus üzərində 30 manat dəyərində iki ədəd mobil nömrə və 10 manat dəyərində "Kinqston” markalı 1GB həcmli yaddaş kartı olan 250 manat dəyərində “Samsung Galaxy A9” markalı və 200 manat dəyərində “Samsung A50” markalı mobil telefonları götürüb mənzili tərk etmək istəyən zaman onun cinayət əməlini aşkar etmiş Zərərçəkmiş şəxs ondan dayanmasını tələb etməsinə və arxasınca qaçmasına baxmayaraq mənzildən qaçıb qrup üzvü Təqsirləndirilən şəxs2la birlikdə hadisə yerindən uzaqlaşmaqla əldə etdikləri əmlakı öz aralarında bölüb Zərərçəkmiş şəxs ümumilikdə 490 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs2 özgə əmlakını talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib 31 avqust 2023-cü il tarixdə, saat 00:54 radələrində qrup üzvü Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 80A nömrəli binanın girişində quraşdırılmış su sayğacının içərisində saxlanılan, Zərərçəkmiş şəxs yaşadığı, həmin ünvanın 65 nömrəli mənzilinə aid açarı tapdıqdan sonra aralarında olan cinayətkar razılığa əsasən niyyətlərinə maneəsiz nail olmaq məqsədilə o, kənar şəxslərin gələcəyi barədə məlumat verməsi üçün binanın girişində dayanmış, qrup üzvü Təqsirləndirilən şəxs1 isə həmin açarla 65 nömrəli mənzilin qapısını açaraq yaşayış sahəsinə qanunsuz olaraq girib mənzilin qonaq otağında masanın üzərində olan Zərərçəkmiş şəxs məxsus üzərində 30 manat dəyərində iki ədəd mobil nömrə və 10 manat dəyərində “Kinqston” markalı 1GB həcmli yaddaş kartı olan 250 manat dəyərində “Samsung Galaxy A9” markalı və 200 manat dəyərində “Samsung A50” markalı mobil telefonları götürüb mənzili tərk etmək istəyən zaman Təqsirləndirilən şəxs1 cinayət əməlini aşkar etmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 dayanmasını tələb etməsinə və arxasınca qaçmasına baxmayaraq mənzildən qaçıb onunla birlikdə hadisə yerindən uzaqlaşmaqla əldə etdikləri əmlakı öz aralarında bölüb Zərərçəkmiş şəxs ümumilikdə 490 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,641 qram olan psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, 02 sentyabr 2023-cü il tarixdə, saat 15:25 radələrində Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 5 ünvanının yaxınlığında soyğunçuluq cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə gətirilərək orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,641 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.3-cü maddələri ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünü oğurluq cinayəti törətməkdə təqsirli bilir. 30 avqust 2023-cü il tarixdə axşam saatlarında Xəyal ilə birlikdə “Neftçilər” metrosunun yaxınlığında bir binanın həyətinə gəlmişlər, təbii ehtiyacı ilə əlaqədar binanın blokuna daxil olmuşdur. Sonra blokda olan su sayğaclarına baxmış, 65 nömrəli mənzilin sayğacı olan qutudan həmin mənzilin açarını tapmışdır. Gecə saat 01 radələrində açarı götürüb blokda olan mənzillərin qapılarına baxa-baxa qalxmış dördüncü mərtəbədə 65 nömrəli mənzili tapmışdır. O, qapını açarla açmış, mənzilin dəhlizində işıq yandığını görmüş, o içəri girmiş və irəlidə sağ tərəfdə olan qapısı açıq otağa keçmiş, həmin otaqda işıq yanmasa da, dəhlizin işığı ora düşmüşdür. Həmin otaqda stolun üstündə iki ədəd mobil telefonu görüb sakitcə onları götürmüşdür. Bundan sonra mənzildən bayıra çıxmış, mənzilin bayır qapısını örtmüş və pilləkənlə aşağı düşməyə başlamışdır, bu zaman əvvəlcə hansısa mənzilin qapısının açıldığını eşitmiş və həmin an kimsə kişi səsi ilə ucadan “ayə” qışqırmışdır. Düşünmüşdür ki, kimsə qonşulardan onun evə oğurluğa girməyini görüb qışqırmışdır. O, səsi eşitdikdən sonra qaçaraq binadan çıxmış, Xəyal binanın digər tərəfində olmuş və onunla birlikdə qaçıb oradan uzaqlaşmışlar. Onun oğurluq etməyindən Xəyalın məlumatı olmamışdır, oğurluğu əvvəlcədən planlaşdırmamışlar. Sonradan Xəyala mənzildən telefon oğurlamasını bildirmişdir. Həmin telefonları satmışdır. O, etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyan tam olaraq ödənilmişdir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs1 ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə cibgirliklə məhkum olunmuş və 2022-ci ilin may ayında azadlığa çıxmışdır. Uzun illərdir ki, narkotik vasitə istifadə edir. Təqsirləndirilən şəxs2 təxminən bir aydır ki, tanıyır. Xəyalı onun yaşadığı məhəllədə yaşayan tanışı vasitəsilə tanımış və aralarında münasibət yaranmışdır. 30 avqust 2023-cü il tarixdə Bakı şəhərində olmuş və həmin günü axşam saatlarında Xəyalın məhəlləsinə getmiş və onunla görüşmüşdür. Söhbət zamanı Xəyala bildirmişdir ki, Bakı şəhərində işi olduğu üçün gəlmiş və pulu olmadığından Mingəçevirə qayıda bilməmişdir. Sonra Xəyal “Neftçilər” metrosu tərəfdə bir nəfərdən pul almalı olmasını demiş və onunla birlikdə həmin yerə getməsini təklif etmişdir. O, razılaşmış və piyada “Neftçilər” metrosunun yanına gəlmişlər. Xəyal həmin adamın onun pulunu qaytarmasa velosipedini pul əvəzi götürəcəyini demişdir. “Neftçilər” metrosunun yaxınlığında bir binanın həyətinə gəlmişlər. Xəyal ona borclu olan şəxsin telefon zənginə cavab vermədiyini demiş, ona görə də binanın yanında bağlanmış velosipedi ipini kəsib götürmək istəsə də, o qoymamış hər yerin kamera olmasını demişdir. Bundan sonra onlar ikisi binaların arası ilə hərəkət etməyə başlamışlar. Onun ağrıları olduğundan narkotik istəmiş, Xəyal da ona tapa bilsə narkotik alıb ona verəcəyini demişdir. Sonra Xəyal həmin ərazidə bir binanın bloklarına girib çıxmağa başlamışdır. Bir blokdan çıxanda əlində bir açar göstərib demişdir ki, blokdan 65 nömrəli mənzilin sayğacı olan qutudan həmin mənzilin açarını tapmışdır. Artıq 31 avqust 2023-cü il saat 01 radələri olmuşdur. Xəyal ondan həmin mənzilə girə biləcəyini soruşmuş, əgər mənzildə dəyərli bir şey olsa satmaları üçün oğurlamasını demişdir. O, razılaşmış, Xəyala orada onu gözləməsini, mənzilə girib gələcəyini demiş və açarı ondan götürüb bloka girmiş, blokda olan mənzillərin qapılarına baxa-baxa qalxmış və səhv etmirsə dördüncü mərtəbədə 65 nömrəli mənzili tapmış, mənzil blokda düzünə irəlidə yerləşmişdir. O, açarı mənzilin qapısının kilidinə salıb qapını açarla açmış və açar da kilidin üstündə qalmışdır. Qapını açıb mənzillin dəhlizində işıq yandığını görmüş, o içəri girmiş və irəlidə sağ tərəfdə olan qapısı açıq otağa keçmiş, həmin otaqda işıq yanmasa da, dəhlizin işığı ora düşmüşdür. Həmin otaqda giriş qapısından sağ tərəfdə olan stolun üstündə iki ədəd mobil telefon görüb sakitcə onları götürmüşdür. Həmin otağın içərisində başqa otağın qapısı olmuş, yəni otaqlar iç-içə olmuş, sonuncu otağın da qapısı açıq olmuşdur. Lakin o artıq telefonları götürdüyü üçün içəridəki otağa girməmiş və mənzildən bayıra çıxmış, mənzilin bayır qapısını örtmüş və pilləkənlə aşağı düşməyə başlamışdır. O, bir mərtəbə düşmüşdür ki, əvvəlcə hansısa mənzilin qapısının açıldığını eşitmiş və həmin an kimsə kişi səsi ilə ucadan “ayə” qışqırmışdır. O, elə güman etmişdir ki, kimsə qonşulardan onun evə oğurluğa girməyini görüb arxasınca qışqırmışdır. O, səsi eşitdikdən sonra qaçaraq binadan çıxmış, Xəyal binanın digər tərəfində olmuş və onunla birlikdə qaçıb oradan uzaqlaşmışlar. Xəyala demişdir ki, kimsə dalınca qışqırmış, yolda Xəyala iki ədəd telefon oğurladığını deyib telefonları göstərmişdir. Onlar piyada Xəyalın məhəlləsinə gəlmişlər. Telefonlardan biri “Samsung A 50” markalı, digəri isə “Samsung A9” markalı olmuş və onun üzərində həm nömrə, həm də yaddaş kartı olmuşdur. Xəyal hər iki telefonun nömrələrini yoxlamış, A50 modelli telefonun nömrəsi olmamış, digərinin nömrəsini tullamış, üzərində olan yaddaş kartını çıxarıb onda qalması üçün cibinə qoymuşdur. Sonra onlar növbəti gün gedib telefonları satıb pul əldə etmələrini razılaşmışlar. Xəyal “Samsung A9” markalı telefonu özündə saxlamış, digərini isə ona vermiş, sonra Xəyal çıxıb getmişdir. O, küçədə gecələmiş və səhəri günü Xəyalın məhəlləsində görüşüb ilk əvvəl “H.Aslanov” metrosu tərəfə getmişlər. Xəyalda narkotik olmuş, orada hər ikisi narkotik istifadə etmişlər. Onun pulu olmamış, narkotiki Xəyal əldə etmiş və birlikdə istifadə etmişlər. Sonra Xəyal özündə olan telefonu da satması üçün ona vermişdir. O, Xəyala onu orada gözləməsini və telefonları satıb gələcəyini demişdir. Sonra o, metro ilə “Memar Əcəmi” metrosuna gəlmiş və orada olan dükanlardan birinə oğurladığı “Samung A50” markalı mobil telefonu öz telefonu kimi təqdim edib 50 manata satmışdır. Xəyal ona zəng etsə də, gələcəyini bildirib onun yanına getməmişdir. Artıq yol pulu olduğu üçün birbaşa Mingəçevirə getmiş və digər telefonu da Mingəçevirdə bazarın yanında olan dükana 100 manata satmışdır. Hər iki telefonu öz şəxsiyyət vəsiqəsilə satmışdır. Telefonun yaddaş kartı isə Xəyalda qalmışdır. 150 manatı şəxsi ehtiyaclarına xərcləmişdir. Hadisədən sonra Xəyalı görməmiş və onunla danışmamışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, oğurluğa girdiyi mənzildə heç kimin olmamasına əmin olduğu üçün mənzilə girib oğurluq etmiş, arxasınca qışqıran səsin ev sahibi deyil qonşu olmasını güman etmiş, səs gələndə də pula ehtiyacı olduğu üçün telefonları özündə saxlayıb qaçmışdır. Zərərçəkmiş şəxslə onlar evdə bir-birlərini görməmiş, o yalnız blokda olanda səs eşitmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun üzərində narkotik vasitə, yaxud psixotrop maddə olmamışdır. Polis əməkdaşları onun üzərinə psixotrop maddə qoymuşlar və videoçəkiliş apararaq bir neçə sənədə məcbur edib imza etdirmişlər. İstintaq zamanı verdiyi ifadələrin hamısı fiziki və mənəvi təzyiq altında verilmişdir. Bakı şəhəri, Nizami RPİ-nin 24-cü Polis Şöbəsində onu döyüb xəsarət yetirmişlər. Həmin ifadələrindən imtina edir. Ceyhunun cinayət törətməyindən, yəni onun mənzilə girməyindən məlumatı olmamışdır, üzərindən aşkar olunan telefon kartını Ceyhundan götürmüşdür, lakin onun oğurluq olduğunu bilməmişdir. O, Ceyhunun törətdiyi əməlin şahidi olmuşdur. Özü hər hansı bir cinayət törətməmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq cinayət barədə məlumatı olduğu halda xəbər vermədiyinə görə barəsində tədbir görülməsinə etiraz etmir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs2 ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər 2 dəfə məhkum olunmuş və sonuncu dəfə 19 yanvar 2023-cü ildə azadlığa çıxmışdır. Xeyli müddətdir ki, narkotik vasitə istifadə edir. Onun yaşadığı məhəllədə bir tanışının yanına gəlib gedən Ceyhun adlı şəxsi bir aydır ki, tanıyır və Ceyhun da narkotik istifadəçisidir. 30 avqust 2023-cü il tarixdə gecə saatlarında Ceyhunla birlikdə “Neftçilər” metrostansiyasının yaxınlığına getmiş və orada tanımadıqları bir şəxsdən narkotik vasitə heroin əldə etmişlər. O, Qara Qarayev prospekti, 80 saylı binanın həyətində gizlin bir yerdə heroini iynə yolu ilə istifadə etmişdir. Lakin Ceyhun istifadə edə bilməmiş, buna görə də o, narkotiki istifadə etmək üçün binanın blokuna girmişdir. Az müddət sonra Ceyhun narkotiki istifadə etdikdən sonra binadan çıxıb onun yanına gəlmiş və əlində tutduğu mənzil açarını ona göstərib demişdir ki, narkotiki şprislə damarına vurduqdan sonra blokda sayğaclar olan qutuya şprisi atıb gizlətmək istəyərkən həmin yerdən mənzil açarı tapmış və açarın üzərində 65 rəqəmi olmuşdur. Yəni, açar 65 nömrəli mənzilin açarı olmuşdur. Ceyhun həmin mənzilə girib oğurluq edəcəyini demişdir. O, əvvəl lazım olmadığını demiş, lakin Ceyhun girəcəyini deyib ona da burda gözləməsini, gələn olsa xəbər etməsini tapşırmışdır. O, Ceyhunu blokun yanında gözləmiş, Ceyhun 65 nömrəli mənzildən oğurluq etmək məqsədilə həmin mənzilin yerləşdiyi bloka girmiş, təxminən 2-3 dəqiqə sonra o, blokdan səs eşitmiş, kimsə qışqırmışdır ki, “qaçma, gəl bura”. O, artıq Ceyhunun ifşa olunduğunu yəqin etmiş və blokun qabağından uzaqlaşanda arxadan Ceyhun da qaçaraq gəlmiş və onlar birlikdə qaçıb oradan uzaqlaşmışlar. Yolda Ceyhun evdən iki ədəd mobil telefon oğurladığını demişdir. O, telefonlara baxmış və növbəti gün “H.Aslanov” metrosu tərəfə gedib telefonları satıb pulunu bölmələrini razılaşmışlar. Telefonlardan birinin üstündə olan 1 GBlıq yaddaş kartını o götürmüş, çünki yaddaş kartı ona lazım idi, onu istifadə edəcəkmiş. Sonra onlar ayrılmış, telefonlar Ceyhunda qalmış, növbəti gün “H.Aslanov” metrosu tərəfdə Ceyhunla görüşmüşlər. Ceyhun oralarda onu gözləməyini, telefonları satıb gələcəyini demiş, lakin Ceyhun getsə də qayıtmamış, o artıq Ceyhunun qayıtmadığını görüb oradan uzaqlaşmışdır. 02 sentyabr 2023-cü il tarixdə, saat 15:25 radələrində ünvan 8 ünvanının yaxınlığında olan zaman ona iki nəfər mülki geyimdə şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Onun adını soruşduqdan sonra onu saxlayaraq Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində otaqların birində olarkən ona hüquq və vəzifələri izah olunmuş, həmçinin hüquqlarını müdafiə etmək üçün vəkil də dəvət olunmuşdur. Həmin otaqda hər kəsin iştirakı ilə ona üzərində olan qeyriqanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin zaman və polis şöbəsinə gətiriləndə narkotik vasitə aludəçisi olduğunu bildirmişdir. O, həmin zaman əynindəki tünd göy rəngli cins şalvarın qabaq sol yan cibindən şəffaf rəngli sellofan bükümü çıxardıb təqdim etmişdir. Həmin bükümün içərisində sellofana bükülmüş vəziyyətdə olan maddənin psixotrop maddə, yəni "patı" olduğunu qeyd etmişdir. Həmin narkotik vasitəni tutulduğu gün səhər saatlarında 10 manat müqabilində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün almışdır. Həmçinin üzərində aşkar edilmiş 1 ədəd 1 GB yaddaşı olan yaddaş kartını təqdim edərək xx.xx.2023-cü il tarixdə Ceyhun adlı tanışının mənzildən oğurladığı mobil telefona aid olduğunu söyləmişdir. Üzərindən götürülmüş psixotrop maddə və yaddaş kartı zərflərə qoyulub möhürlənmişdir. O, həm zərfləri, həm də baxışla bağlı tərtib olunmuş protokolu imzalamışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, Ceyhun mənzilə oğurluğa girərkən yaranmış səsküydən onlar artıq ifşa olunduqlarından qaçıb oradan uzaqlaşmış, telefonlar da Ceyhunda olmuşdur. O, narkotik vasitə satışı ilə məşğul olmur, yalnız özü istifadə edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən əməlləri törətməkdə təqsirləri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, işləmək məqsədilə Bakı şəhərinə gəlmiş və dostu Şahinlə birlikdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ev 80, mənzil 65-də kirayədə yaşayır. Mənzilin giriş qapısının 3 açarı olmuşdur, onlardan biri onda, ikisi isə Şahində olmuşdur. Şahin onda olan açarlardan birini əksər hallarda hər ehtimala qarşı blokda mənzilin sayğacı olan qutunun içərisinə qoymuşdur. 31 avqust 2023-cü il tarixdə gecə saat 00:30 radələrində o, mənzildə olmuş, həmin zaman anası da rayondan gəlmiş və mənzildə olmuşdur. O, Şahinə zəng edib evə nə vaxt gələcəyini soruşmuş, Şahin dostları ilə birlikdə olduğunu və bir müddət sonra gələcəyini demişdir. Yaşadığı mənzilə daxil olanda dəhlizdən sağda bir otaq var, həmin otağın içərisindən digər yataq otağına qapı var, yəni otaqlar iç-içədir. Anası içəri otaqda yatmış, o da həmin otaqda çarpayıda uzanmış və mobil telefona baxmışdır. Bir müddət sonra otaqda ayaq səsi eşitmişdir. Elə başa düşmüşdür ki, Şahin gəlmişdir. Az müddət sonra uzandığı yerdən görmüşdür ki, dəhlizlə onların olduqları otağın arasında olan otaqdakı stolun üstünə qoyduğu digər iki ədəd mobil telefonlarına tərəf bir şəxsin əli uzanır. Yenə nə baş verdiyini anlamamış, həmin əlin Şahinə məxsus olduğunu güman etmişdir. Lakin artıq həmin şəxs irəliyə doğru, yəni telefonlara tərəf əyiləndə onun sifətini görüb Şahin olmadığını bilmiş və kiminsə evə oğurluğa girdiyini başa düşüb onu tutmaq üçün sakit şəkildə yatağından qalxanda həmin şəxs onu görmüş, o, “dayan” deyərək qışqırmış, lakin həmin şəxs dərhal telefonların ikisini də götürüb otaqdan çıxmışdır. Həmin şəxsin arxasınca qaçmış, o, isə artıq blokdan pilləkənlərlə aşağı düşmüşdür. O, blokda da həmin şəxsin arxasınca çağırıb qışqırmışdır ki, dayansın, lakin həmin şəxs dayanmamış, o, ikinci mərtəbəyə qədər düşmüş, lakin alt paltarında olduğu üçün daha aşağı düşməyib evə qaytımış və paltarını geyinib binanın həyətinə düşəndə heç kimi tapa bilməmişdir. Həmin şəxs evdə olan onun “Samsung A9” markalı və “Samsung A50” markalı mobil telefonlarını oğurlayıb aparmışdır. Hadisədən sonra o, 102 xidmətinə zəng edib məlumat vermişdir. Ona dəyən ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, onlara qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini xahiş etmiş və bu barədə ərizə təqdim etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 31 avqust 2023-cü il tarixə saat 01 radələrində Daxili İşlər Nazirliyinin 102 xidməti-zəng mərkəzindən 24-cü Polis Şöbəsinin növbətçi hissəsinə vətəndaş Zərərçəkmiş şəxs yaşadığı Nizami rayonu, Qara Qarayev prospekti, ev 80A, 65 nömrəli mənzildən mobil telefonunun oğurlanması barədə verdiyi məlumat daxil olmuşdur. Zərərçəkmiş şəxs bildirmişdir ki, bir nəfər naməlum şəxs onun yaşadığı mənzilə daxil olub iki ədəd mobil telefonunu oğurlamış, o, həmin şəxsin arxasınca düşüb dayanmasını tələb etsə də oğurluq edən şəxs dayanmayıb qaçmışdır. Tərəflərindən bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, nəticə etibarilə də 02 sentyabr 2023-cü il tarixdə, saat 15:25 radələrində Sabunçu rayonu, R.Qəmbərov küçəsi, 4 ünvanının yaxınlığında qeyd olunan hadisəni törətməkdə şübhəli bilinən şəxs Təqsirləndirilən şəxs2 saxlanılmışdır. Özlərini ona təqdim edərək polis əməkdaşı olduqlarını və həmin şəxsin oğurluq etməkdə şübhəli olduğunu bildirib, onu 24-cü Polis Şöbəsinə gətirmişlər. Yolda gələrkən Təqsirləndirilən şəxs2 narkotik vasitə aludəçisi olduğunu və hazırda da üzərində narkotik vasitə olduğunu bildirmişdir. Polis Şöbəsinin xidməti otaqlarının birində videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs2 üzərində qanunsuz əşya varsa onu təqdim etməsi təklif edilmiş, o, da könüllü olaraq əynində olan tünd göy rəngli cins şalvarının qabaq sağ yan cibindən siqaret qutusunu, 60 manat nağd pulu, şalvarın sağ yan kiçik cibindən bir ədəd 1 GB yaddaşı olan yaddaş kartını, eləcə də şalvarın sol yan cibindən qara rəngli “Samsung” markalı mobil telefonu və bir ədəd şəffaf sellofan bükümü çıxardaraq masanın üstünə qoymuş, həmin sellofan bükümün içərisində olan maddənin "patı" kimi tanıdığı psixotrop maddə olduğunu, həmin psixotrop maddəni tutulduğu gün səhər saatlarında 10 manat müqabilində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar edilmiş bir ədəd 1 GB yaddaşı olan yaddaş kartı ilə bağlı bildirmişdir ki, oğurluq baş verən əraziyə tanışı Ceyhunla birlikdə narkotik qəbul etmək üçün getmiş, Ceyhun narkotik qəbul etmək üçün bloka girib çıxanda 65 nömrəli mənzilin açarını tapdığını və həmin mənzilə oğurluğa girəcəyini desə də o, buna etiraz etmiş, lakin Ceyhun mənzilə girmək üçün binaya daxil olmuş, o, isə binanın yanında gözləmiş, az sonra blokdan səs gəldiyi üçün o, qaçıb uzaqlaşmağa başlamış, Ceyhun da gəlib ona çatıb mənzildən iki ədəd mobil telefon oğurladığını bildirmiş, o, telefonlardan birinin üzərində olan hazırda təqdim etdiyi yaddaş kartını ehtiyacı olduğu üçün götürüb özündə saxlamışdır. Şahid1 məhkəməyə ərizə verərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və heç bir əlavəsinin olmadığını bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Şahid1 istintaq zamanı ifadə verərək bildirmişdir ki, təxminən 3 ildən artıqdır ki, 3-cü mikrorayon dairəsində yerləşən mobil telefon alışı-satışı mağazasını icarə əsasında işlədir. Mağaza “Azercell, Bakcell, Nar” adlanır, mağazanın girişində bu adla lövhəsi də vardır. Mağazada mobil telefonların alışı, satışı, təmiri, həmçinin aksessuar satışı ilə məşğul olur. 31 avqust 2023-cü il tarixdə bir nəfər şəxs mağazaya gəlib özünə məxsus “Samsung A50” markalı mobil telefonunu satmaq istədiyini demişdir. Həmin şəxs onun tələbi əsasında şəxsiyyət vəsiqəsini təqdim etmiş, vəsiqəyə əsasən həmin şəxsin Təqsirləndirilən şəxs1 olduğunu bilmişdir. Ceyhundan mobil telefonun kimə məxsus olduğunu və nə üçün satdığını soruşmuş, Ceyhun satmaq istədiyi mobil telefonun özünə məxsus olduğunu və pula ehtiyacı olduğundan satmaq istədiyini bildirmişdir. O, telefonun qutusunu istəyəndə Ceyhun telefonun qutusunun hazırda onda olmadığını bildirmişdir. O, telefona baxıb onun üzərində nömrə olmadığını görmüş və telefonun işlənmiş olduğunu nəzərə alaraq onu 50 manata ala biləcəyini demiş, Ceyhun həmin qiymətlə razılaşmışdır. O, Ceyhunun vəsiqəsinin surətini çıxardıb götürmüş və telefonun markası, modeli, imey kodları barədə kompüterdə qeyd aparıb çap edərək həmin kağıza Ceyhuna imza etdirmişdir. Daha sonra Ceyhuna 50 manat verib “Samsung A50” markalı mobil telefonu ondan almışdır. Ceyhun tək gəlmiş və pulu götürüb çıxıb getmişdir. Sonra o, telefonu vitrinə satışa qoymuş, lakin hələ ki, satılmamışdır. 07 sentyabr 2023-cü il tarixdə Ceyhun polis əməkdaşları ilə birlikdə mağazaya gəlmiş və polis əməkdaşlarının deməsindən ona məlum olmuşdur ki, Ceyhun ona satdığı mobil telefonu oğurluq yolu ilə əldə etmişdir. Polis əməkdaşları protokol tərtib edib mobil telefonu ondan götürmüş, həmçinin o, telefonu alarkən Ceyhuna imza etdirdiyi sənədin surətini də təqdim etmişdir. O, Ceyhunun həmin telefonu cinayət yolu ilə əldə etdiyini bilməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs2 üzərinə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən üzərində “Winston” yazısı olan qara rəngli siqaret qutusunu, 1 ədəd 50 Azərbaycan manatı və 1 ədəd 10 Azərbaycan manatı, sağ yan iç cibindən 1 ədəd 1 GB yaddaş olan yaddaş kartı, sol yan cibindən qara rəngli “Samsung” markalı mobil telefon və 01 ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə olan bükülünü çıxarıb təqdim etmiş, həmin sellofanın içərisində “patı” kimi tanıdığı narkotik vasitə olduğunu, xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün aldığını, yaddaş kartını isə tanışı Ceyhun adlı şəxsin oğurladığı mobil telefona aid olduğunu və ona verməsini bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16- 16/2-6/4668 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs2...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,641 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - cinayət əməlinin tövsif olunması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinə tövsif olunmuş və ona həmin maddələrlə ittiham elan edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-372/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. - şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - cinayət əməlinin tövsif olunması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-ci maddələrindən həmin Məcəllənin 180.2.1 və 180.2.3-cü maddələrinə tövsif olunmuş və ona həmin maddələrlə ittiham elan edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-381/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 2 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - AA3788858 nömrəli və AA5066751 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2016-cı il təvəllüdlü və xx.xx.2017-ci il təvəllüdlü iki övladı vardır. - AZE18793280 nömrəli və AZE18793277 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2007-ci il təvəllüdlü və xx.xx.2006-cı il təvəllüdlü iki övladı vardır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 X3-Narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 7559 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/7727 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilən 01 ədəd Vyetnam istehsalı, “Samsung” markalı, S/M A505FN/DS model mobil telefonun komplektləşdirilməsinə daxil edilən aksessuarlarının olmaması və istifadədə olması nəzərə alınmaqla 170,00 manat müəyyən olunur. - sübutların qiymətləndirilməsi və əməlin tövsif olunması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmiş, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1ci maddələrindən həmin Məcəllənin 180.2.1, 180.2.3 və 234.1-ci maddələrinə tövsif olunmuş və ona həmin maddələrlə ittiham elan edilmişdir. İbtidai araşdırma zamanı götürülmüş 01 ədəd “Samsung A50” markalı mobil telefon, 01 ədəd “Kinqston” markalı 1GB həcmi olan yaddaş kartı və cinayət hadisəsi baş verən binanın giriş tərəfinin görüntülərinin əks olunduğu “DVD” disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, mobil telefon və yaddaş kartı sahibi Zərərçəkmiş şəxs qaytarılmış, “DVD” disk cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs2 götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,641 qram olan psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, aparılmış tədqiqatdan sonra qalıq qalmış 0,591 qram psixotrop maddə metamfetamin saxlanması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən aparılmış videoçəkilişin əks olunduğu 1 ədəd “DVD” disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin matelariallarına əlavə edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami rayon prokurorluğunun müstəntiqi X2 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 fiziki zor tətbiqinə məruz qalması müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir, onun 0,15 qramdan artıq hissəsi xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki: 3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər... 4. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır... 7.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.... 10. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək,cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir.... 11. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur.... 19. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz. 21. Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair ” 09 iyun 2011-ci il tarixli Qərarında Plenum CM-in 177.2.3-cü maddəsində əksini tapan “başqa saxlanc yerləri” və həmin “saxlanc yerlərinə qanunsuz daxil olma” ifadələrinə aydınlıq gətirərək qeyd etmişdir ki, “daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Məhkəmə cinayət təqibi ilə bağlı əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxs və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri, təqsirləndirilən şəxslərin istintaq zamanı verdiyi ifadələri mötəbər sübut kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs1 verilmiş ittihamda təqsirli olması məsələsini müəyyən edərkən cinayət işinin materiallarında olan izahatına, istintaq zamanı vəkilin iştirakı ilə dindirilməsi barədə protokollara, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinə, cinayət işinin materiallarında olan sənədlərə istinad edir və belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 hazırda məhkəmə istintaqı zamanı verdiyi ifadə mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə qeyd olunan mövqeyini Azərbaycan Respublikası CPM-nin 144, 145.1 və 145.2-ci maddələrinə istinad etməklə əsaslandırır. Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsində soyğunçuluq cinayəti deyil, oğurluq cinayəti törətməsinə dair, həmçinin Təqsirləndirilən şəxs2 törədilmiş cinayətdən əvvəlcədən məlumatı olmamasına dair göstərdiyi xüsusat məhkəmədə tədqiq edilmiş sübutlarla təkzib edilmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsin onu görməsinə, “dayan” deyə qışqırmasına, hətta blokda belə onun arxasınca qışqırmasına baxmayaraq hərəkətlərini davam etdirib, özgə əmlakını açıq talayaraq Təqsirləndirilən şəxs2 ilə birlikdə hadisə yerindən uzaqlaşmışdır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsi özünü və Təqsirləndirilən şəxs2 müdafiə xarakterli, məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı deyil, ibtidai istintaq zamanı verdiyi ifadəni mötəbər sübut növü kimi qəbul edərkən nəzərə alır ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş üzrə toplanılmış digər sübutlarla qarşılıqlı müqayisə edilən zaman verilmiş ittihamın mahiyyətini təsdiq edir və mötəbərliliyi şübhə doğurmur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs1 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 verilmiş ittihamda təqsirli olması məsələsini müəyyən edərkən cinayət işinin materiallarında olan izahatına, istintaq zamanı vəkilin iştirakı ilə dindirilməsi barədə xx.xx.2023-cü il tarixədək olan protokollara, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinə, videogörüntülərə, cinayət işinin materiallarında olan sənədlərə istinad edir və belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 hazırda məhkəmə istintaqı zamanı verdiyi ifadə mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə qeyd olunan mövqeyini Azərbaycan Respublikası CPM-nin 144, 145.1 və 145.2-ci maddələrinə istinad etməklə əsaslandırır. Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusat məhkəmədə tədqiq edilmiş sübutlarla təkzib edilmişdir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsi özünü müdafiə xarakterli, məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı deyil, ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixədək verdiyi ifadəni mötəbər sübut növü kimi qəbul edərkən nəzərə alır ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş üzrə toplanılmış digər sübutlarla qarşılıqlı müqayisə edilən zaman verilmiş ittihamın mahiyyətini təsdiq edir və mötəbərliliyi şübhə doğurmur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3-cü və 234.1-ci maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası CM-nin 180.2.1,180.2.3-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs2 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllər az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təqsirli bilinib təyin edilmiş cəzadan azad edildiyi gündən iki il keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 2 ay 25 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təqsirli bilinib təyin edilmiş cəzadan azad edildiyi gündən iki il keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli qismən etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, himayəsində yetkinlik yaşına çatmayan iki övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətmiş təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində yetkinlik yaşına çatmayan iki övladının olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində törətdiyi hər iki cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətmiş təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onların həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,591 qram psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan 2 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 01 ədəd “Samsung A50” markalı mobil telefon, 01 ədəd “Kinqston” markalı 1 GB həcmi olan yaddaş kartı Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməli; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 131 (bir yüz otuz bir) manat ekspertiza xərcinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs1, 106 (bir yüz altı) manatı Təqsirləndirilən şəxs2 tutularaq dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkil Müdafiəçi1 və vəkil Müdafiəçi2 Əlizaman oğlunun hər birinin məhkəmədə iştirak etdikləri müddət 50 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 300 (üç yüz) manat (50x6) məbləğində əmək haqqı Müdafiəçi1, 300 (üç yüz) manat (50x6) məbləğində əmək haqqı Müdafiəçi2 Əlizaman oğluna dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs2 qəti cəza – 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,591 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd “Samsung A50” markalı mobil telefon, 01 ədəd “Kinqston” markalı 1GB həcmi olan yaddaş kartı Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. Cinayət işi üzrə maddi sübut olan 2 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 131 (bir yüz otuz bir) manat ekspertiza xərcinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs1, 106 (bir yüz altı) manatı Təqsirləndirilən şəxs2 tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs1 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi1 300 (üç yüz) manat əmək haqqı, Təqsirləndirilən şəxs2 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi2 Əlizaman 300 (üç yüz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar