Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-11/2024 17.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X13 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abdulova Lalə Adil qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, ünvan 2 ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxs (MMC) xx.xx.2020-ci tarixli 54 saylı əmri ilə satış nümayəndəsi vəzifəsinə qəbul edilib işləyərkən, MMC ilə onun arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi və tam fərdi maddi məsuliyyət haqqında müqaviləyə əsasən, ona inanılıb tapşırılmış MMC-yə məxsus maddi qiymətli əmlakın satışından əldə edilən pul vəsaitini cəmiyyətin xəzinəsinə vaxtında və tam həcmdə ödənilməsinə birbaşa məsuliyyət daşımasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakının mənimsənilməsinə yönəlmiş vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməlini həyata keçirərək 2020-ci ilin dekabr ayının 12-dən 2021-cı ilin avqust ayının 14-nə kimi olan dövr ərzində Zərərçəkmiş şəxs MMC-nin ünvan 3 ünvanında yerləşən anbarından post terminal vasitəsilə verdiyi sifariş əsasında öz dislokasiyasına daxil olan satış nöqtələrinə satmaq üçün qaimələrlə 49.041 manat 88 qəpik məbləğində, 12 dekabr 2020-ci il tarixədək ona təhkim edilmiş ticarət nöqtələrindən isə 25.935 manat 96 qəpik məbləğində qida mallarını öhdəliyinə qəbul etmiş, onların satışından əldə etdiyi 43.785 manat 98 qəpik məbləğində pul vəsaitini MMC-nin kassasına ödəmiş, 5.399 manat 70 qəpik dəyərində malları cəmiyyətin anbarına qaytarmış, 717 manat 24 qəpik məbləğində mallar cəmiyyət tərəfindən ticarət obyektlərinə endirim olunmuş, 11.410 manat 48 qəpik dəyərində mallar öhdəliyində qalıq qalmış, həmin malların satışından əldə edilərək ona etibar edilmiş özgə əmlakı olan 13.664 manat 44 qəpik məbləğində pul vəsaitini isə mənimsəmə yolu ilə talayıb Zərərçəkmiş şəxs MMC-yə xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, göstərdi ki, satış təmsilçisi kimi işlədiyi dövr ərzində tərəfindən Zərərçəkmiş şəxs MMC-yə məxsus hər-hansı məbləğdə pul vəsaiti mənimsənilməmiş, 12 dekabr 2020-ci il tarixdən ünvan 2 ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxs MMCyə satış təmsilçisi vəzifəsinə rəsmi qaydada təyin olunmuş, onunla rəsmi qaydada əmək və tam maddi məsuliyyət haqqında müqavilələr bağlanmış, MMC-nin fəaliyyəti xarici ölkələrdən gətirdiyi uşaq qida məhsullarının (qarğıdalı dənələri, kukuruz və s.) ölkə ərazisində satışını həyata keçirmək olmuş, satış təmsilçisi kimi vəzifəsi özünün tapdığı və MMC tərəfindən ona təhkim olunmuş ticarət obyektlərinin sifarişini post terminal vasitəsilə MMC-nin anbarına yönəltmək, sifarişlər tərəfindən ticarət obyektlərinə çatdırıldıqdan sonra isə həmin ticarət obyektlərindən satılmış məhsullarının pullarını toplayıb, gətirib MMC-nin xəzinəsinə ödəmək olmuş, o, sifarişi post terminal vasitəsilə Zərərçəkmiş şəxs MMC-nin anbarına vermiş, bundan sonra anbardan həmin məhsulları qaimələr əsasında təhvil alaraq ona təhkim olunmuş ticarət obyektlərinə aparıb çatdırmış, ticarət obyektlərinə məhsulları qaimə əsasında təhvil vermiş, məhsulları təhvil verdikdən sonra həmin məhsulların müqabilində nəğd və ya nəğdsiz olması barədə post terminala məlumat daxil etmiş, malların satış pullarını mağazalardan toplayıb təhvil-təslim qəbzi vasitəsi ilə MMCnin xəzinəsinə təhvil vermiş, həmin qəbzlər 1 surəti ona təhvil verilmiş, keçirilən audit aktı və materiallarda olan mühasibatlıq sənədləri bir daha ona təqdim edilsə də, öhdəliyində 13664 manat 44 qəpik məbləğində çatışmazlığın qalması ilə razı deyil, belə ki, şirkətdə işlədiyi müddət ərzində onun şirkətə borcu olmamış, ona təhkim olunduğu avtomaşının bortunun təhvil-təslim ilə bağlı şirkətdən məlumat verilən zaman şəxsi işləri ilə əlaqədar iştirak edə bilməmiş, təyin edilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyində iş materiallarına əlavə edilmiş 147056 nömrəli xx.xx.2021-ci il tarixli, 147421 nömrəli xx.xx.2021-ci il tarixli, 147435 nömrəli xx.xx.2021-ci il tarixli aktlarında, 310, 60 AZN məbləğə dair, 302,50 AZN məbləğə dair, 320, 80 AZN məbləğə dair kassalar arası köçürmə qəbzlərində xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli aktlarda, 284,10 AZN məbləğə dair kassalar arası köçürmə qəbzlərdə adının qarşısında əks olunan imzaların onun tərəfindən icra olunmaması göstərilsə də, qeyd olunan mallar onun tərəfindən götürülmüş, ödəniş onun tərəfindən ödənilmiş, ola bilsin o, həmin imzanı çəkən zaman tələsik çəkdiyi üçün müəyyən etmək mümkün olmamış, lakin həmin imzaları o, icra etmiş, ona yenidən təqdim edilmiş iş materialların əlavə edilən işlədiyi dövrü əhatə edən ona məxsus mühasibatlıq sənədlərini yenidən nəzərdən keçirsə də, öhdəliyimdə 13.664 manat 44 qəpik dəyərində çatışmazlığın yaranması ilə razı deyil, qeyd edilən çatışmazlığın yaranma səbəbini bilmir, hesab edir ki, onun öhdəliyində çatışmazlıq olmamalıdır, qeyd edilən mühasibatlıq sənədlərində öhdəliyinizdə olan çatışmazlıq bir daha təsdiq olunsa da, bunun səbəbini bilmir. Sonda Təqsirləndirilən şəxs, təqsirinin olmadığını nəzərə alaraq, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, Zərərçəkmiş şəxs nümayəndəsini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə baxışı zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə göstərmişdir ki, xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs MMC tərəfindən verilən etibarnamə əsasında MMC təmsil edir, MMC-nin fəaliyyəti xarici ölkələrdən gətirdiyi uşaq qida məhsullarının (qarğıdalı, kukuruz və s.) ölkə ərazisində satışını həyata keçirmək olmuş, Food Plaza MMC-də işləyən salış təmsilçilərinin vəzifələri özlərinin tapdığı və MMC tərəfindən onlara təhkim olunmuş ticarət obyektlərinin sifarişini onlara təhkim olunan post terminal vasitəsilə MMC-nin anbarına yönəltmək, sifarişlər onlar tərəfindən ticarət obyektlərinə çatdırıldıqdan sonra isə həmin ticarət obyektlərindən satılmış məhsullarının pullarını toplayıb, gətirib MMC-nin xəzinəsinə ödəməkdən ibarət olmuş, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə 54 saylı əmrlə ünvan 2 ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxs MMC-yə satış nümayəndəsi vəzifəsinə qəbul edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxsla əmək müqaviləsi və tam maddi məsuliyyət daşıması haqqında fərdi müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Təqsirləndirilən şəxs sonuncuya inanılıb tapşırılmış MMC-yə məxsus maddi qiymətli əmlakın satışından əldə edilən pul vəsaitini cəmiyyətin xəzinəsinə vaxtında və tam həcmdə ödənilməsinə birbaşa məsuliyyət daşımış, lakin, 2021-ci ilin ortalarında məlum olmuşdur ki, Təqsirləndirilən şəxs öhdəsində satış pulundan çatışmazlıq vardır, bu barədə məlumat əsasında, əvvəlcə MMC-nin əməkdaşları tərəfindən daxili təftiş aparılmış, həmin vaxt Təqsirləndirilən şəxs öhdəsində 13.664 manat 44 qəpik məbləğində çatışmazlıq aşkar olunmuş, bundan sonra Təqsirləndirilən şəxsla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, məsələni araşdırmaq məqsədilə dəvət edilmiş Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru X7 tərəfindən audit yoxlaması keçirilmiş və bu barədə 31 avqust 2021-ci il tarixli audit aktı və rəyi tərtib edilmiş, audit zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 12 dekabr 2020-ci il tarixdən 14 avqust 2021-cı il tarixədək olan dövr ərzində öz dislokasiyasına daxil olan satış nöqtələrinə satmaq üçün Zərərçəkmiş şəxs MMC-nin anbarından post terminal vasitəsilə verdiyi sifarişlər əsasında qaimələrlə 49.041 manat 88 qəpik məbləğində, 12 dekabr 2020-ci il tarixədək ona təhkim edilmiş ticarət nöqtələrindən 25.935 manat 96 qəpik məbləğində qida mallarını öhdəliyinə qəbul etmiş, onların satışından əldə etdiyi 43.785 manat 98 qəpik məbləğində pul vəsaitini MMC-nin kassasına ödəmiş, 5.399 manat 70 qəpik dəyərində malları cəmiyyətin anbarına qaytarmış, 717 manat 24 qəpik məbləğində mallar cəmiyyət tərəfindən ticarət obyektlərinə hədiyyə olunmuş, 5645 manat 67 qəpik dəyərində mallar ticarət obyektlərində, 5764 manat 81 qəpik dəyərində mallar isə ona təhkim olunmuş avtomaşının anbarında qahq qalmış, ümumilikdə Təqsirləndirilən şəxs öhdəsində 13.664 manat 44 qəpik məbləğində çatışmazlığın aşkar edilmişdir. Heç vaxt məhsulların ticarət obyektlərinə çatdırılması, məhsulun keyfiyyəti, miqdarı barədə Təqsirləndirilən şəxs narazılığı və ya şikayəti daxil olmamış, Təqsirləndirilən şəxs öhdəsində çatışmazlığın yaranmasına səbəbi Kənanın ticarət obyektlərindən topladığı satış pullarını MMC-nin xəzinəsinə tam ödəməməsi olmuş. Təqsirləndirilən şəxs tərəfindən qaimə faktura əsasında anbara qaytarılan mallar qəbzlə qəbul edilərək öhdəliyindən çıxılmış və həmin qəbzlər araşdırma materialına əlavə olunmuşdur. Şahid Zərərçəkmiş şəxs MMC-nin inzibati məsələlər üzrə meneceri Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 2019-cu ilin sentyabr ayından ünvan 2 ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxs MMC-yə inzibati məsələlər üzrə menecer vəzifəsinə rəsmi qaydada təyin olunmuş, MMC-nin fəaliyyəti xarici ölkələrdən gətirdiyi uşaq qida məhsullarının (qarğıdalı, kukuruz və s.) ölkə ərazisində satışını həyata keçirmək olmuş, inzibati məsələlər üzrə menecer kimi vəzifəsi satış təmsilçilərinin gündəlik satış müqabilində ödənişlərini xəzinəyə mədaxil etmək, zərurət olduğu təqdirdə ərazi üzrə audit yoxlamalarını həyata keçirmək və rəhbərliyin göstərişlərini işçilərə çatdırmaqdan ibarət olmuş, işlədiyi müddət ərzində mütəmadi olaraq satış təmsilçilərinin satdıqları malların müqabilində şirkətin kassasına ödədiyi ödənişləri xəzinəyə daxil edərək elektron qəbzi çap eldikdən sonra imzamla təsdiq etmiş və satış təmsilçisi imzası ilə təsdiq etdikdən sonra qəbzlərin surətini onlara təhvil vermiş, Food Plaza MMC-də işləyən satış təmsilçilərinin vəzifələri özlərinin tapdığı və MMC tərəfindən onlara təhkim olunmuş ticarət obyektlərinin sifarişini onlara təhkim olunan post terminal vasitəsilə MMC-nin anbarına yönəltmək, sifarişlər onlar tərəfindən ticarət obyektlərinə çatdırıldıqdan sonra isə həmin ticarət obyektlərindən satılmış məhsullarının pullarını toplayıb, gətirib MMC-nin xəzinəsinə ödəməkdən ibarət olmuş, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə 54 saylı əmrlə ünvan 2 ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxs MMC-yə satış nümayəndəsi vəzifəsinə qbul edilmiş, həmin tarixdə Kənanla əmək müqaviləsi və tam maddi məsuliyyət daşıması haqqında fərdi müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Təqsirləndirilən şəxs sonuncuya inanılıb tapşırılmış MMC-yə məxsus maddi qiymətli əmlakın satışından əldə edilən pul vəsaitini cəmiyyətin xəzinəsinə vaxtında və tam həcmdə ödənilməsinə birbaşa məsuliyyət daşımış, lakin, 2021-ci ilin ortalarında məlum olmuşdur ki, Təqsirləndirilən şəxs öhdəsində satış pulundan çatışmazlıq vardır, bu barədə məlumat əsasında, əvvəlcə MMC-nin əməkdaşları tərəfindən daxili təftiş aparılmış, həmin vaxt Təqsirləndirilən şəxs öhdəsində 13.664 manat 44 qəpik məbləğində çatışmazlıq aşkar olunmuş, bundan sonra Təqsirləndirilən şəxs MMC-nin rəhbəri Şahid2 əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, məsələni araşdırmaq məqsədilə dəvət edilmiş Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru X7 tərəfindən audit yoxlaması keçirilmiş və bu barədə 31 avqust 2021-ci il tarixli audit aktı və rəyi tərtib edilmişdir. Audit zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 12 dekabr 2020-ci il tarixdən 14 avqust 2021-cı il tarixədək olan dövr ərzində öz dislokasiyasına daxil olan satış nöqtələrinə satmaq üçün Zərərçəkmiş şəxs MMC-nin anbarından post terminal vasitəsilə verdiyi sifarişlər əsasında qaimələrlə 49.041 manat 88 qəpik məbləğində, 12 dekabr 2020-ci il tarixədək ona təhkim edilmiş ticarət nöqtələrindən 25.935 manat 96 qəpik məbləğində qida mallarını öhdəliyinə qəbul etmiş, onların satışından əldə etdiyi 43.785 manat 98 qəpik məbləğində pul vəsaitini MMC-nin kassasına ödəmiş, 5.399 manat 70 qəpik dəyərində malları cəmiyyətin anbarına qaytarmış, 717 manat 24 qəpik məbləğində mallar cəmiyyət tərəfindən ticarət obyektlərinə hədiyyə olunmuş, 5645 manat 67 qəpik dəyərində mallar ticarət obyektlərində, 5764 manat 81 qəpik dəyərində mallar isə ona təhkim olunmuş avtomaşının anbarında qalıq qalmış, ümumilikdə Təqsirləndirilən şəxs öhdəsində 13.664 manat 44 qəpik məbləğində çatışmazlığın aşkar edilmişdir. Heç vaxt məhsulların ticarət obyektlərinə çatdırılması, məhsulun keyfiyyəti, miqdarı barədə Təqsirləndirilən şəxs narazılığı və ya şikayəti daxil olmamış, Təqsirləndirilən şəxs göstərdikləri həqiqətə uyğun deyildir, Təqsirləndirilən şəxs tərəfindən qaimə faktura əsasında anbara qaytarılan mallar qəbzlə qəbul edilərək öhdəliyindən çıxılmış və həmin qəbzlər araşdırma materialına əlavə olunmuşdur. Şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs MMC-nin keçmiş direktoru X1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs MMC təsis olunduğu gündən həmin cəmiyyətin direktoru vəzifəsində işləyir, MMC-nin fəaliyyəti xarici ölkələrdən gətirdiyi uşaq qida məhsullarının (qarğıdalı, kukuruz və s.) ölkə ərazisində satışını həyata keçirmək olmuş, Food Plaza MMC-də işləyən satış təmsilçilərinin vəzifələri özlərinin tapdığı və MMC tərəfindən onlara təhkim olunmuş ticarət obyektlərinin sifarişini onlara təhkim olunan post terminal vasitəsilə MMCnin anbarına yönəltmək, sifarişlər onlar tərəfindən ticarət obyektlərinə çatdırıldıqdan sonra isə həmin ticarət obyektlərindən satılmış məhsullarının pullarını toplayıb, gətirib MMC-nin xəzinəsinə ödəməkdən ibarət olmuş, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə 54 saylı əmrlə ünvan 2 ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxs MMC-yə satış nümayəndəsi vəzifəsinə qbul edilmiş, həmin tarixdə Kənanla əmək müqaviləsi və tam maddi məsuliyyət daşıması haqqında fərdi müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Təqsirləndirilən şəxs sonuncuya inanılıb tapşırılmış MMC-yə məxsus maddi qiymətli əmlakın satışından əldə edilən pul vəsaitini cəmiyyətin xəzinəsinə vaxtında və tam həcmdə ödənilməsinə birbaşa məsuliyyət daşımış, lakin, 2021-ci ilin ortalarında məlum olmuşdur ki, Təqsirləndirilən şəxs öhdəsində satış pulundan çatışmazlıq vardır, bu barədə məlumat əsasında, əvvəlcə MMC-nin əməkdaşları tərəfindən daxili təftiş aparılmış, həmin vaxt Təqsirləndirilən şəxs öhdəsində 13.664 manat 44 qəpik məbləğində çatışmazlıq aşkar olunmuş, bundan sonra Təqsirləndirilən şəxs MMC-nin rəhbəri Şahid2 əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, məsələni araşdırmaq məqsədilə dəvət edilmiş Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru X7 tərəfindən audit yoxlaması keçirilmiş və bu barədə 31 avqust 2021-ci il tarixli audit aktı və rəyi tərtib edilmişdir. Audit zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 12 dekabr 2020-ci il tarixdən 14 avqust 2021-cı il tarixədək olan dövr ərzində öz dislokasiyasına daxil olan satış nöqtələrinə satmaq üçün Zərərçəkmiş şəxs MMC-nin anbarından post terminal vasitəsilə verdiyi sifarişlər əsasında qaimələrlə 49.041 manat 88 qəpik məbləğində, 12 dekabr 2020-ci il tarixədək ona təhkim edilmiş ticarət nöqtələrindən 25.935 manat 96 qəpik məbləğində qida mallarını öhdəliyinə qəbul etmiş, onların satışından əldə etdiyi 43.785 manat 98 qəpik məbləğində pul vəsaitini MMC-nin kassasına ödəmiş, 5.399 manat 70 qəpik dəyərində malları cəmiyyətin anbarına qaytarmış, 717 manat 24 qəpik məbləğində mallar cəmiyyət tərəfindən ticarət obyektlərinə hədiyyə olunmuş, 5645 manat 67 qəpik dəyərində mallar ticarət obyektlərində, 5764 manat 81 qəpik dəyərində mallar isə ona təhkim olunmuş avtomaşının anbarında qalıq qalmış, ümumilikdə Təqsirləndirilən şəxs öhdəsində 13.664 manat 44 qəpik məbləğində çatışmazlığın aşkar edilmişdir. Heç vaxt məhsulların ticarət obyektlərinə çatdırılması, məhsulun keyfiyyəti, miqdarı barədə Təqsirləndirilən şəxs narazılığı və ya şikayəti daxil olmamış, Təqsirləndirilən şəxs göstərdikləri həqiqətə uyğun deyildir, Təqsirləndirilən şəxs tərəfindən qaimə faktura əsasında anbara qaytarılan mallar qəbzlə qəbul edilərək öhdəliyindən çıxılmış və həmin qəbzlər araşdırma materialına əlavə olunmuşdur. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs MMC-nin keçmiş direktoru X2 ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs barəsində şikayətinin və tələbinin olmadığını, ibtidai istintaq zamanı verdiyini ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs MMC-nin hazırkı direktoru X3 ifadəsində göstərmişdir ki, o, 1 il olar ki, şirkətin rəhbəridir. Kənanla heç vaxt işləməmişdir. O, direktor təyin olunanda artıq alqı-satqı olmuşdur. Zərər ondan əvvəl şirkətə dəyib. Sözügedən proseslər keçmiş direktor Şahid2 dövründə olub. Şirkət isə artıq ləğv olunmaq üzrədir, bəzi rəsmi sənəd işləri qalıb. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs MMC-nin hazırkı direktoru X3 ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs barəsində cinayət işi və şirkətdaxili digər fəaliyyətləri ilə bağlı hər hansı bir şikayəti və tələbi yoxdur, gələcəkdə də bununla bağlı hər hansı vəsatət və ya məhkəmə müraciəti olmayacaqdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Üzləşdirmə haqqında protokoldan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı söyləmişdir. - Üzləşdirmə haqqında protokoldan görünür ki, şahid X2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı X2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı söyləmişdir. - Kompleks məhkəmə-xətşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizasının 27 dekabr 2021-ci il tarixli 4/1781-9/9017 nömrəli rəyinin məhkəmə-xətşünaslıq ekspertizası hissəsindən görünür ki, xx.xx.2020-ci il tarixli əmək müqaviləsində “11.2.İşçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı:” qrafasındakı imza; xx.xx.2020-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədə “İşçi: Təqsirləndirilən şəxs” qrafasındakı imza; 339771 nömrəli xx.xx.2021-ci il tarixli, 339789 nömrəli xx.xx.2021-ci il tarixli, 339791 nömrəli xx.xx.2021-ci il tarixli, 339401 nömrəli xx.xx.2021-ci il tarixli, 339412 nömrəli xx.xx.2021-ci il tarixli, 339417 nömrəli xx.xx.2021-ci il tarixli, 339420 nömrəli xx.xx.2021-ci il tarixli, 339430 nömrəli xx.xx.2021-ci il tarixli, 339435 nömrəli xx.xx.2021-ci il tarixli, 339443 nömrəli xx.xx.2021-ci il tarixli, 339449 nömrəli xx.xx.2021-ci il tarixli, 339455 nömrəli xx.xx.2021-ci il tarixli, 339459 nömrəli xx.xx.2021-ci il tarixli, 339466 nömrəli xx.xx.2021-ci il tarixli, 339473 nömrəli xx.xx.2021-ci il tarixli, 339478 nömrəli xx.xx.2021-ci il tarixli, 339481 nömrəli xx.xx.2021-ci il tarixli, 339487 nömrəli xx.xx.2021-ci il tarixli, 339494 nömrəli xx.xx.2021 -ci il tarixli, 339499 nömrəli xx.xx.2021-ci il tarixli, 147011 nömrəli xx.xx.2021-ci il tarixli, 147016 nömrəli xx.xx.2021-ci il tarixli, 147024 nömrəli xx.xx.2021-ci il tarixli, 147038 nömrəli xx.xx.2021-ci il tarixli, 147052 nömrəli xx.xx.2021-ci il tarixli, 147060 nömrəli xx.xx.2021-ci il tarixli, 147411 nömrəli xx.xx.2021-ci il tarixli, 147430 nömrəli xx.xx.2021-ci il tarixli, 147094 nömrəli xx.xx.2021- ci il tarixli, 147089 nömrəli xx.xx.2021-ci il tarixli, 147067 nömrəli xx.xx.2021-ci il tarixli, 147425 nömrəli xx.xx.2021-ci il tarixli, 147408 nömrəli xx.xx.2021-ci il tarixli, 147442 nömrəli xx.xx.2021-ci il tarixli, 147452 nömrəli xx.xx.2021-ci il tarixli, 147457 nömrəli xx.xx.2021-ci il tarixli, 147488 nömrəli xx.xx.2021-ci il tarixli malların təhvil-qəbul aktlarında “Təhvil aldım” qrafalarındakı imzalar, 245, 50 AZN məbləğə dair. 97,20 AZN məbləğə dair, 531,90 AZN məbləğə dair, 80,80 AZN məbləğə dair, 194,40 AZN məbləğə dair, 284,00 AZN məbləğə dair, 379,10 AZN məbləğə dair, 294,00 AZN məbləğə dair, 183.50 AZN məbləğə dair, 271,60 AZN məbləğə dair, 315,00 AZN məbləğə dair, 146,70 AZN məbləğə dair, 119,00 AZN məbləğə dair, 325,90 AZN məbləğə dair, 161,80 AZN məbləğə dair, 71,80 AZN məbləğə dair, 201, 30 AZN məbləğə dair 601,60 AZN məbləğə dair, 361,40 AZN məbləğə dair, 439, 00 AZN məbləğə dair, 234,40 AZN məbləğə dair, 178,80 AZN məbləğə dair, 164, 30 AZN məbləğə dair, 310, 60 AZN məbləğə dair, 162,00 AZN məbləğə dair, 351, 90 AZN məbləğə dair, 111,70 AZN məbləğə dair, 260,20 AZN məbləğə dair, 248,50 AZN məbləğə dair, 349,20 AZN məbləğə dair, 156,70 AZN məbləğə dair, 371,60 AZN məbləğə dair, 184,60 AZN məbləğə dair, 534, 70 AZN məbləğə dair, 278,50 AZN məbləğə dair, 100,40 AZN məbləğə dair, 116,00 AZN məbləğə dair, 287,40 AZN məbləğə dair, 317,10 AZN məbləğə dair, 606,50 AZN məbləğə dair, 123, 10 AZN məbləğə dair, 286,70 AZN məbləğə dair, 217,60 AZN məbləğə dair, 334, 90 AZN məbləğə dair kassalar arası köçürmə qəbzlərində “Təhvil verdim” qrafalarındakı imzalar; 82,50 AZN məbləğə dair, 252,10 AZN məbləğə dair, 457,30 AZN məbləğə dair, 162,50 AZN məbləğə dair, 138,40 AZN məbləğə dair, 221,40 AZN məbləğə dair, 187,50 AZN məbləğə dair, 191,50 AZN məbləğə dair, 418,50 AZN məbləğə dair, 168, 90 AZN məbləğə dair, 94, 80 AZN məbləğə dair, 276, 90 AZN məbləğə dair, 229, 20 AZN məbləğə dair, 171,20 AZN məbləğə dair, 21, 30 AZN məbləğə dair, 336,60 AZN məbləğə dair 86,40 AZN məbləğə dair, 94,60 AZN məbləğə dair, 290, 40 AZN məbləğə dair, 115,50 AZN məbləğə dair, 45. 50 AZN məbləğə dair, 245, 70 AZN məbləğə dair, 96, 80 AZN məbləğə dair, 303, 20 AZN məbləğə dair, 73, 40 AZN məbləğə dair, 60,00 AZN məbləğə dair, 433,40 AZN məbləğə dair. 101, 80 AZN məbləğə dair, 318, 80 AZN məbləğə dair, 259, 70 AZN məbləğə dair. 252,00 AZN məbləğə dair, 52,55 AZN məbləğə dair, 237,00 AZN məbləğə Kompleks məhkəməxətşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizasının 27 dekabr 2021-ci il tarixli 4/1781- 9/9017 nömrəli rəyinin məhkəmə-xətşünaslıq ekspertizası hissəsindən görünür ki, xx.xx.2020-ci il tarixli əmək müqaviləsində “11.2.İşçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı:” qrafasındakı imza; xx.xx.2020-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədə “İşçi: Təqsirləndirilən şəxs” qrafasındakı imza; 339771 nömrəli xx.xx.2021-ci il tarixli, 339789 nömrəli xx.xx.2021-ci il tarixli, 339791 nömrəli xx.xx.2021-ci il tarixli, 339401 nömrəli xx.xx.2021-ci il tarixli, 339412 nömrəli xx.xx.2021-ci il tarixli, 339417 nömrəli xx.xx.2021-ci il tarixli, 339420 nömrəli xx.xx.2021-ci il tarixli, 339430 nömrəli xx.xx.2021-ci il tarixli, 339435 nömrəli xx.xx.2021-ci il tarixli, 339443 nömrəli xx.xx.2021-ci il tarixli, 339449 nömrəli xx.xx.2021- ci il tarixli, 339455 nömrəli xx.xx.2021-ci il tarixli, 339459 nömrəli xx.xx.2021-ci il tarixli, 339466 nömrəli xx.xx.2021-ci il tarixli, 339473 nömrəli xx.xx.2021-ci il tarixli, 339478 nömrəli xx.xx.2021-ci il tarixli, 339481 nömrəli xx.xx.2021-ci il tarixli, 339487 nömrəli xx.xx.2021 -ci il tarixli, 339494 nömrəli xx.xx.2021 -ci il tarixli, 339499 nömrəli xx.xx.2021-ci il tarixli, 147011 nömrəli xx.xx.2021-ci il tarixli, 147016 nömrəli xx.xx.2021-ci il tarixli, 147024 nömrəli xx.xx.2021-ci il tarixli, 147038 nömrəli xx.xx.2021-ci il tarixli, 147052 nömrəli xx.xx.2021-ci il tarixli, 147060 nömrəli xx.xx.2021-ci il tarixli, 147411 nömrəli xx.xx.2021-ci il tarixli, 147430 nömrəli xx.xx.2021-ci il tarixli, 147094 nömrəli xx.xx.2021- ci il tarixli, 147089 nömrəli xx.xx.2021-ci il tarixli, 147067 nömrəli xx.xx.2021-ci il tarixli, 147425 nömrəli xx.xx.2021-ci il tarixli, 147408 nömrəli xx.xx.2021-ci il tarixli, 147442 nömrəli xx.xx.2021-ci il tarixli, 147452 nömrəli xx.xx.2021-ci il tarixli, 147457 nömrəli xx.xx.2021-ci il tarixli, 147488 nömrəli xx.xx.2021-ci il tarixli malların təhvil-qəbul aktlarında “Təhvil aldım” qrafalarındakı imzalar, 245, 50 AZN məbləğə dair. 97, 20 AZN məbləğə dair, 531,90 AZN məbləğə dair, 80, 80 AZN məbləğə dair, 194, 40 AZN məbləğə dair, 284, 00 AZN məbləğə dair, 379, 10 AZN məbləğə dair, 294,00 AZN məbləğə dair, 183. 50 AZN məbləğə dair, 271, 60 AZN məbləğə dair, 315, 00 AZN məbləğə dair, 146,70 AZN məbləğə dair, 119,00 AZN məbləğə dair, 325,90 AZN məbləğə dair, 161,80 AZN məbləğə dair, 71,80 AZN məbləğə dair, 201,30 AZN məbləğə dair 601,60 AZN məbləğə dair, 361,40 AZN məbləğə dair, 439,00 AZN məbləğə dair, 234,40 AZN məbləğə dair, 178,80 AZN məbləğə dair, 164, 30 AZN məbləğə dair, 310,60 AZN məbləğə dair, 162,00 AZN məbləğə dair, 351,90 AZN məbləğə dair, 111,70 AZN məbləğə dair, 260,20 AZN məbləğə dair, 248,50 AZN məbləğə dair, 349,20 AZN məbləğə dair, 156, 70 AZN məbləğə dair, 371,60 AZN məbləğə dair, 184,60 AZN məbləğə dair, 534,70 AZN məbləğə dair, 278,50 AZN məbləğə dair, 100,40 AZN məbləğə dair,116,00 AZN məbləğə dair, 287,40 AZN məbləğə dair, 317,10 AZN məbləğə dair, 606, 50 AZN məbləğə dair, 123,10 AZN məbləğə dair, 286,70 AZN məbləğə dair, 217,60 AZN məbləğə dair, 334, 90 AZN məbləğə dair kassalar arası köçürmə qəbzlərində “Təhvil verdim” qrafalarındakı imzalar; 82, 50 AZN məbləğə dair, 252, 10 AZN məbləğə dair, 457, 30 AZN məbləğə dair, 162, 50 AZN məbləğə dair, 138, 40 AZN məbləğə dair, 221, 40 AZN məbləğə dair, 187, 50 AZN məbləğə dair, 191, 50 AZN məbləğə dair, 418, 50 AZN məbləğə dair, 168, 90 AZN məbləğə dair, 94, 80 AZN məbləğə dair, 276, 90 AZN məbləğə dair, 229, 20 AZN məbləğə dair, 171, 20 AZN məbləğə dair, 21, 30 AZN məbləğə dair, 336, 60 AZN məbləğə dair 86, 40 AZN məbləğə dair, 94, 60 AZN məbləğə dair, 290, 40 AZN məbləğə dair, 115, 50 AZN məbləğə dair, 45. 50 AZN məbləğə dair, 245, 70 AZN məbləğə dair, 96, 80 AZN məbləğə dair, 303, 20 AZN məbləğə dair, 73, 40 AZN məbləğə dair, 60, 00 AZN məbləğə dair, 433, 40 AZN məbləğə dair. 101, 80 AZN məbləğə dair, 318, 80 AZN məbləğə dair, 259, 70 AZN məbləğə dair. 252, 00 AZN məbləğə dair, 52, 55 AZN məbləğə dair, 237, 00 AZN məbləğə xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021- ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021- ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021- ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021 -ci il tarixli, xx.xx.2021- ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021 -ci il tarixli, xx.xx.2021- ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021- ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021- ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli. xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, 5 dekabr- yanvar 2020-ci il tarixli hazır məhsulların təhvil qəbul aktlarında “Təhvil aldım" qrafalarındakı imzalar; xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli qaimə fakturalarda “Təhvil aldı” qrafalarındakı imzalar; xx.xx.2021 -ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli qaimə fakturalarda “Təhvil verdi” qrafalarındakı imzalar; xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli qaimə fakturalarda “Təhvil verdi” qrafalarındakı imzalar, 317,10 AZN məbləğə dair, 260,20 AZN məbləğə dair, 217.60 AZN məbləğə dair, 156,70 AZN məbləğə dair, 218,50 AZN məbləğə dair, 162,50 AZN məbləğə dair, 418,50 AZN məbləğə dair, 187,50 AZN məbləğə dair, 191,50 AZN məbləğə dair, 286,70 AZN məbləğə dair, 256,50 AZN məbləğə dair, 259,00 AZN məbləğə dair, 276,90 AZN məbləğə dair, 229,20 AZN məbləğə dair, 153,30 AZN məbləğə dair, 94.80 AZN məbləğə dair, 457,30 AZN məbləğə dair, 252,10 AZN məbləğə dair. 96,80 AZN məbləğə dair, 239,00 AZN məbləğə dair, 133,00 AZN məbləğə dair, 291,20 AZN məbləğə dair, 151,50 AZN məbləğə dair, 176,90 AZN məbləğə dair, 144,10 AZN məbləğə dair, 272,00 AZN məbləğə dair, 155,00 AZN məbləğə dair, 138,10 AZN məbləğə dair, 475,20 AZN məbləğə dair, 171,70 AZN məbləğə dair, 245,70 AZN məbləğə dair, 635,20 AZN məbləğə dair, 349,20 AZN məbləğə dair, 606,50 AZN məbləğə dair, 361,40 AZN məbləğə dair, 162,00 AZN məbləğə dair, 318,80 AZN məbləğə dair, 69,60 AZN məbləğə dair, 171,20 AZN məbləğə dair, 116,10 AZN məbləğə dair, 213,20 AZN məbləğə dair, 810,80 AZN məbləğə dair, 171,20 AZN məbləğə dair, 200,00 AZN məbləğə dair, 309,40 AZN məbləğə dair, 48,20 AZN məbləğə dair, 116,30 AZN məbləğə dair, 94,60 AZN məbləğə dair, 237,30 AZN məbləğə dair, 86,40 AZN məbləğə dair. 160.00 AZN məbləğə dair, 273,20 AZN məbləğə dair, 401,00 AZN məbləğə dair, 76,30 AZN məbləğə dair, 140,60 AZN məbləğə dair, 336,60 AZN məbləğə dair, 297,90 AZN məbləğə dair. 262,30 AZN məbləğə dair. 21,30 AZN məbləğə dair 241,00 AZN məbləğə dair. 168,90 AZN məbləğə dair, 240,00 AZN məbləğə dair, 105,00 AZN məbləğə dair, 115,60 AZN məbləğə dair, 148,30 AZN məbləğə dair, 334,90 AZN məbləğə dair, 201,30 AZN məbləğə dair, 90,10 AZN məbləğə dair, 103,80 AZN məbləğə dair, 279,60 AZN məbləğə dair, 45,50 AZN məbləğə dair, 30,00 AZN məbləğə dair, 83,30 AZN məbləğə dair, 373,40 AZN məbləğə dair, 373,70 AZN məbləğə dair, 73,00 AZN məbləğə dair, 214.50 AZN məbləğə dair, 179,70 AZN məbləğə dair, 160,10 AZN məbləğə dair, 162,50 AZN məbləğə dair, 206,70 AZN məbləğə dair, 156,40 AZN məbləğə dair, 41.45 AZN məbləğə dair. 238.70 AZN məbləğə dair, 359,10 AZN məbləğə dair, 245,00 AZN məbləğə dair kassalar arası köçürmə qəbzlərində “Təhvil verdim” qrafalarındakı imzalar, 300-320 saylı Aktlarda “Təqsirləndirilən şəxs” yazıları qarşısındakı imzalar; xx.xx.2021-ci il tarixli 339872 nömrəli malların təhvil-qəbul aktında “Təhvil aldım” qrafasındakı imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. - Məhkəmənin qərarı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/2349 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, 2020-ci ilin dekabr ayının 12-dən 2021-ci ilin avqust ayının 14nə kimi olan dövr üçün Zərərçəkmiş şəxs MMC-nin anbarın və digər təsərrüfat obyektlərinin VÖEN-i, qeydiyyata alınma arayışları (kod), malların hansı qaydada (alış aktı, E.qaimə və ya Gömrük bəyannaməsi) Cəmiyyət tərəfindən alınması, malların satış nümayəndələrinə, yaxud ayrı-ayrı mağazalara qaimələrlə təhvil verilməsinə dair sənədlər tam şəkildə iş materiallarına əlavə edilmədiyindən və iş materiallarına əlavə edilmiş sənədlərində rekvizitləri (imzalar, möhür, imza edənin adı, əməliyyatın məbləği və s.) tam şəkildə olmadığından, həmçinin iş materiallarında Təqsirləndirilən şəxs fəaliyyəti üzrə bir qism cədvəl şəklində məlumatlar (malların tədarükçüyə qaytarılması və s.) mühasibat sənədi olmaması səbəbindən xx.xx.2021-ci il tarixli audit rəyində göstərilənlər əsaslı hesab olunduğu təqdirdə Zərərçəkmiş şəxs MMC üzrə Təqsirləndirilən şəxs hesabında yaranmış çatışmazlıq 13.664,44 manat müəyyən edilir. - Məhkəmə mühasibatlıq ekspertizasının 12 aprel 2023-cü il tarixli 9/2464 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hesabında 13.664 manat 44 qəpik məbləğində çatışmazlıq müəyyən edilmişdir. - Zərərçəkmiş şəxs MMC-nin 12 dekabr 2020-ci il tarixli 54 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə cəmiyyətin satış nümayəndəsi vəzifəsinə təyin edilmişdir. - Zərərçəkmiş şəxs MMC-nin 12 dekabr 2020-ci il tarixli əmək və həmin tarixli tam fərdi maddi məsuliyyət haqqında müqavilələrdən görünür ki, Təqsirləndirilən şəxs MMCdən qəbul etdiyi məhsulları ticarət obyektlərinə təhvil vermək və satışdan topladığı pulları MMC-nin xəzinəsinə ödəməyi maddi məsul şəxs kimi öhdəsinə götürmüşdür. - Zərərçəkmiş şəxs MMC-nin 08 oktyabr 2021-ci il tarixli 30 nömrəli əmrindən görünür ki. Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edilməklə onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. - Zərərçəkmiş şəxs MMC-nin 01 avqust 2021-ci il tarixli əmrindən görünür ki, satış təmsilçisi Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanılması, ona etibar edilmiş maddi vəsaitlərin müəyyən edilməsi, həmin maddi vəsaitləri üzrə hesabatın hazırlanması və təhvil-təslim işlərinin aparılması məqsədilə MMC-nin əməkdaşlarından ibarət Təftiş komissiyası yaradılmaqla yoxlama aparılmışdır. - Zərərçəkmiş şəxs MMC-nin təftiş komissiyasının 14 avqust 2021-ci il tarixli aktlarından görünür ki, komissiya tərəfindən Təqsirləndirilən şəxs təhkim edilmiş müştəri borc qalıqlarının təftişi aparılarkən sonuncunun öhdəsində 13.664 manat 44 qəpik məbləğində çatışmazlıq aşkar edilmişdir. - 31 avqust 2021-ci il tarixli audit prosedurlarının aparılmasına dair akt və həmin tarixli rəydən görünür ki, sərbəst auditor tərəfindən aparılmış yoxlama zamanı Təqsirləndirilən şəxs öhdəsində 13.664 manat 44 qəpik məbləğində çatışmazlıq aşkar edilmişdir. - Zərərçəkmiş şəxs MMC-dən daxil olmuş 12 aprel 2023-cü il tarixli SS/51 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cəmiyyətə 5.664 manat 44 qəpik məbləğində dəymiş ziyan ödənilmiş, hazırda sonuncun cəmiyyətə 8000 manat borcu vardır. - Sübutların qiymətləndirilməsi haqqında 16 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs sifarişləri əsasında tərtib edilmiş qaimələr, kassa mədaxil orderləri, təhvil-təslim aktları və ödəniş qəbzləri iş üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarında saxlanılması nəzərə alınmışdır. - Bakı şəhəri Binəqədi RİH Başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 101 saylı yataqxanada qeydiyyatdadır və onun barəsində nümayəndəliyə hər hansı şikayət daxil olmamışdır. - Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X6 adlı uşaqları vardır. Məhkəmə hesab edir ki, qeyd olunan cinayət əməlini törətməməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Dəymiş zərərin tam ödənilməsini, zərərçəkmiş şəxsin şikayətinin olmamasını və himayəsində üç azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin xarakterinə görə Təqsirləndirilən şəxs əlavə cəza - dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikasının CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikasının CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021ci il tarixli qərarında Plenum qərara almışdır ki, CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə mühasibatlıq və məhkəməxətşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş 550 (beş yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdən dövlət nəfinə tutulmalıdır. Habelə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs sifarişləri əsasında tərtib edilmiş qaimələr, kassa mədaxil orderləri, təhvil-təslim aktları və ödəniş qəbzləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi müqavilə əsasında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmişdir, ona görə CPM-nin 193-cü maddəsinin tələbləri baxımından həmin vəkilə münasibətdə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə mühasibatlıq və məhkəmə-xətşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş 550 (beş yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan Təqsirləndirilən şəxs sifarişləri əsasında tərtib edilmiş qaimələr, kassa mədaxil orderləri, təhvil-təslim aktları və ödəniş qəbzləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-11/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-11/2024
17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver