Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-11/2025 28.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, müdafiəçi – “Kaspian” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1968-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Ağdam rayonu Mərkəzi xəstəxanasında həkim-ftiziatr işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Ağdam rayonu, Quzanlı qəsəbəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Bakı şəhəri Baş Səhiyyə İdarəsinin xx.xx.2002-ci il tarixli, 8-k nömrəli əmrinə əsasən Bakı şəhəri 4 saylı X7 qəbul şöbəsinin müdiri vəzifəsində işləyərkən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Bərdə rayon X8 Hüquqi Şəxsin xx.xx.2021-ci il tarixli, 716 nömrəli göndərişi əsasında tibbi rəy üçün “sol Ağciyərin fibroz-kavernoz vərəmi. TDM (-) Ağciyər ürək çatışmazlığı İİ dərəcə, tənəffüs çatışmazlığı İİ dərəcə” diaqnozu ilə ona müraciət etmiş Zərərçəkmiş şəxs əlilliyin təyinatı ilə bağlı heç bir səlahiyyəti olmadığı halda, guya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının üzvlərini tanıdığını bildirərək həmin komissiya üzvlərinə 1300- 1400 manat verməklə sonuncuya 2-ci qrup əlillik dərəcəsi təyin etdirəcəyinə və bunun üçün X1 İnstitutunun həkimlərinə də iki dəfə 400 manat verməklə spirometriya analizlərinin nəticələrini müsbət yazdıracağına dair yalan vədlər verib aldadaraq, Zərərçəkmiş şəxs əmlakını qanunsuz və əvəzsiz olaraq özünün mülkiyyətinə keçirməklə özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə etibarını qazanmaq üçün Zərərçəkmiş şəxs stasionar qaydada müalicə və müayinəsinə zərurət olmadığı halda dispanserin qəbul şöbəsinin müdiri kimi vəzifəli şəxs olaraq xəstələrə diaqnoz təyin edib dispanserə stasionar müalicəyə qəbul etmək səlahiyyəti olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək qəbul şöbəsində Zərərçəkmiş şəxs adına 25 aprel 2022-ci il tarixdə 254 nömrəli stasionar kart tərtib etdirib sonuncunu dispanserin stasionar şöbəsinə yerləşdirməklə orada 2022-ci ilin aprel ayının 25-dən may ayının 25-nə kimi Zərərçəkmiş şəxs stasionar qaydada müalicə və müayinə olunmasını təşkil etməklə işlədiyi dispanserə müraciət edən xəstələrin növbəlilik qaydasını pozmuş, həmçinin Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə 2021-ci ilin iyul ayında 350 manat və 400 manat, 2022-ci ilin fevral ayında 400 manat, 2022-ci ilin avqust ayında 400 manat, həmin ilin sentyabr ayında 500 manat pul vəsaitini ünvan 3 ünvanında yerləşən Bakı şəhəri 4 saylı X7 qəbul şöbəsində Zərərçəkmiş şəxs özündən, xx.xx.2022-ci il tarixdə isə ünvan 5 ünvanında yerləşən terminaldan Zərərçəkmiş şəxs ona verilməsi üçün övladı Şahid2 adına olan "xxxx" KB ASC-yə məxsus “**** **** 2040 0846” nömrəli plastik kart hesabına göndərdiyi 100 manat pul vəsaitini onun cinayətkar niyyətindən xəbərsiz olan Şahid2 vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov 25/14 ünvanında yerləşən Bakı şəhəri 4 saylı X7 qəbul şöbəsində alaraq, ümumilikdə Zərərçəkmiş şəxs 2150 manat məbləğində nağd pul vəsaitini öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib dələduzluq etməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə, eləcə də əhalinin sağlamlığının qorunması və sosial müdafiəsi sahəsində qərarlaşmış münasibətlərin və funksional tənzimləmə qaydalarının ciddi zədələnməsinə səbəb olmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.3 və 308.1-ci maddələrində nəzərdə tutulmuş ittiham üzrə qismən təqsirli bilərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyini, onunla barışdığını və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini bildirərək, məhkəmədən qeyd olunanları nəzərə alıb barəsində olan cinayət işi üzrə icraata CM-nin 178.2.3-cü maddəsinə dair hissədə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs istintaqda verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, hazırda Ağdam rayon Mərkəzi xəstəxanasında həkim-ftiziatr vəzifəsində işləyir, 1991-ci ildə Tibb Universitetini bitirdikdən sonra 1991-1993-cü illərdə Ağdam rayon Mərkəzi xəstəxanasında, daha sonra 4 saylı Vərəm Dispanserində təxminən 25 il qəbul şöbəsinin müdiri vəzifəsində işləmiş, Zərərçəkmiş şəxs o, Bərdə vərəm kabinetindəki Rəna xanımın göndərişi əsasında tanımış, həmin vaxt, təxminən 2021-ci ilin ortalarında Rəna həkimin göndərişi əsasında xəstə Zərərçəkmiş şəxs onun qəbuluna gələn zaman Xatirə ona uzun müddət vərəm xəstəliyi ilə bağlı pensiya aldığını, lakin həmin pensiyanın kəsildiyini, pensiya almaq üçün epikriz lazım olduğunu, hörmət edəcəyini bildirmiş, bu zaman maddi sıxıntıları olmuş, o, xəstə Zərərçəkmiş şəxs narahat olmamasını, təqaüd ala bilməsi üçün əlindən gələni edəcəyini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ekspert komissiyasında tanışları olduğu və onlardan xahiş edib Xatirəyə əlillik düzəldə biləcəyini və bunun üçün təxminən 1300-1400 manat pul verilməli olduğunu demişdir. Həqiqətdə isə onun həmin qurumda hər-hansı tanışı olmamış, qeyd edilən vaxtı Xatirənin yanında Azay adlı qardaşı da olmuş, həmin vaxt bir qədər söhbət etdikdən sonra Xatirə maddi durumunun yaxşı olmadığını və qeyd edilən pulun tam şəkildə ona verə bilməyəcəyini, hissə-hissə verə biləcəyini demişdir. O, Xatirə ilə razılaşaraq bu məsələnin həlli üçün tibbi sənədlər toplanılmalı, müxtəlif analizlər verilməli olduğunu demişdir. Xatirə ona gələcəyini bildirərək getmiş, bir neçə gün sonra isə Xatirə yenidən həmin vaxtı işlədiyi xəstəxanadakı xidməti otağına gəlmiş, qeyd edilən vaxtı təxminən 2021-ci ilin iyun ayı olmuş, Xatirə xidməti otağında hələ ki, 350 manat tapdığını deyərək həmin pulu ona vermiş, o, isə Xatirənin ona qarşı inamının yaranması üçün qanuni şəkildə Xatirəni göndəriş əsasında qanın ümumi, bəlğəm analizi və rentgen analizlərinə göndərmiş, analiz nəticələrini Bərdə rayonunda yerləşən Vərəm dispanserinə aparmasını demişdir. Bir ay sonra təkrarən xəstə Zərərçəkmiş şəxs yenidən müraciət edərək ona Bərdə rayonu Vərəm xəstəxanasından analizlərin yetərli olmadığını, spirometriya analizi verməli olduğunu bildirmiş, bu zaman o, artıq yenə də, spirometriya analizinin LATXİ-da, yəni X2 aparıldığını, Xatirənin əliliyi üçün həmin analizin cavabının müsbət olmasının vacib olduğunu deyərək analiz aparılan institutun həkiminə 400 manat pul verilməli olduğunu Xatirəyə demiş, həmin vaxtı Xatirə ona 400 manat pulu verib X3 həkiminə analizin cavabı müsbət olması üçün verməsini demiş, əslində isə Xatirə onsuz da vərəm xəstəsi olmuş, yalandan guya pulu X3 həkiminə verməli olduğunu demiş və bu yolla o, Xatirədən 400 manatı almış və qanuni şəkildə göndəriş verib analizə göndərmişdir. Həmin vaxtı Xatirənin adını xatırlamadığı qardaşı da Xatirə ilə olmuş, qeyd edilən analizin nəticəsi ona veriləndən sonra həmin analizi o, Zərərçəkmiş şəxs vermiş və Bərdə rayon mərkəzi xəstəxanasının vərəm kabinetinə aparmasını bildirmiş, bir müddət Zərərçəkmiş şəxs ona müraciət etməmiş, lakin onunla arada bir telefon əlaqəsi saxlamış, təxminən 2022-ci ilin fevral ayında Zərərçəkmiş şəxs ona müraciət edərkən Xatirəyə guya əlilliklə bağlı rəy verən komissiya üzvlərinə təqdim olunması üçün Xatirənin mütləq vərəm dispanserində stasionar qaydada təqribən bir ay müayinə və müalicə olunmasının vacib olduğunu bildirmiş və o, qəbul şöbəsinin müdiri olduğu üçün özünün Xatirəni dispanserə qəbul edəcəyini demişdir. Xatirə onunla razılaşıb getmiş və 2022-ci ilin aprel ayında gəlib ona komissiya üzvlərinə vermək adı ilə istədiyi puldan daha 400 manat verib getmiş, sonra 2022-ci ilin aprel ayının sonlarında o, qəbul şöbəsində Xatirənin adına stasionar tibbi karta açaraq Xatirənin stasionar qaydada müayinə və müalicə üçün dispanserə qəbul etmiş və Xatirə təqribən bir ay dispanserdə stasionar qaydada müalicə və müayinə olunmuş və o, Xatirəyə stasionar müalicə almağı ilə bağlı ekiprizi təqdim etmiş, sənədləri Bərdə vərəm kabinetinə verməsini bildirmiş, bir müddət sonra Zərərçəkmiş şəxs yenidən ona müraciət edərək pensiya ilə bağlı imtina gəldiyini demiş, o, Zərərçəkmiş şəxs narahat olmamasını spirometriya analizin cavablarının 06 ay müddətində qüvvədə olduğunu deyib qeyd edilən analizi yenidən verməli olduğunu bildirmişdir. Həmçinin, X2 spirometriya analizinin cavabının müsbət alınması üçün guya əvvəlki kimi həmin institutun həkiminə 400 manat pul verilməli olduğunu demiş və Xatirə ona inanaraq institutun həkiminə verilməsi adı ilə 400 manat pulu vermiş, əslində isə o, Xatirəni aldadıb, bu yolla Xatirədən pul almış, ona görə ki, həmin vaxtı pula ehtiyacı olmuş, qeyd edilən gün Xatirənin yenidən nəfəs müayinəsindən keçməsi üçün qanuni şəkildə göndəriş vermiş, göndərişdən sonra Xatirəyə əlilliklə bağlı komissiya üzvlərinə verilməsi üçün nəzərdə tutulan pulun qalıq hissəsi olan 600 manatı verməsini demiş, Xatirə qısa müddət ərzində qeyd edilən pulu toplayıb verəcəyini demiş, 28 sentyabr 2022-ci il tarixdə Xatirə yenidən qardaşı ilə birlikdə onun işlədiyi xəstəxanaya gələrək xidməti otağında ona 500 manat pul vermiş, Xatirə həmin vaxt ona 100 manat pulu tapa bilmədiyini demiş, o, həmin vaxtı Xatirəyə narahat olmamasını, 100 manat pulu özünün qoyacağını, sonradan ona verməsini demiş və Xatirəni göndərmişdir. Bir neçə gün sonra o, Xatirə ilə əlaqə saxlayaraq qalıq qalmış 100 manat pulu göndərməsini demiş, həmin vaxtı Xatirə bir-iki gün onu yubatdığı üçün Xatirəni bir az acılamış, Xatirəyə 100 manatı həmin karta göndərməsi üçün öz oğlunun kart nömrəsini vermiş, Xatirə həmin pulu karta vurduğunu ona dedikdən sonra oğlundan kartdan pulu çıxarıb ona verməsini xahiş etmiş, oğlu Nobil də öz kartından Xatirənin göndərdiyi pulu çıxarıb həmin günü gətirib o, işdə olan vaxtı 4 saylı Vərəm Dispanserində ona vermiş, iş materiallarına əlavə edilmiş səs yazıları ona məxsusdur, qeyd edilən səs yazılarında o, Xatirədən qalıq 100 manatı tələb edir, tərəfindən ümumilikdə Zərərçəkmiş şəxs müxtəlif adlarla 2150 manat pul alınmışdır. O, Xatirəyə yalandan təqaüd düzəldəcəyinə vəd verərək bu yolla guya komissiya üzvlərinə verilməsi adı ilə, həmçinin guya analizlərin müsbət olması üçün X3 həkiminə verilməsi adı ilə cəmi 2150 manat Xatirədən pul almış, eyni zamanda Xatirəni inandırmaq üçün 4 saylı Vərəm Dispanserinin qəbul şöbəsinin müdiri işləyərkən Xatirəni stasionar müalicəyə qəbul etmiş, törətdiyi cinayət əməlləri barəsində dispanserdə işləyən həkimlərin məlumatı olmamışdır. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyinə görə və heç bir şikayəti olmadığına görə məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş və təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini bildirmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs istintaqda verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, Bərdə rayonunda yaşamış və təxminən 10 ilə yaxın müddətdə ağciyərində vərəm xəstəliyi ilə bağlı ikinci qrup əlil kimi pensiya almış, ilkin dövrdə ona pensiya Bərdə rayonundakı həkim ekspert-komissiyasının müayinəsindən sonra verilmiş tibbi rəy əsasında təyin edilmiş, lakin 2021-ci ilin iyun ayında həmin pensiya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən kəsilmiş, bundan sonra o, ayrılmış pensiyanın hansı səbəbdən kəsilməsini müəyyən etmək üçün Bərdə rayonu vərəm kabinetində həkim işləyən Rəna xanıma müraciət etmişdir. Həmin vaxtı ondan müayinələrlə bağlı soruşulan zaman o, həm Bakı şəhərində yaşadığı, həm də ETAXİ-da müalicə olunmaq üçün göndərişinin ETAXİ-nun yaxınlığında yerləşən 4 saylı vərəm dispanserinə getmək istədiyini bildirdiyi üçün göndəriş əsasında həmin xəstəxanaya müayinəyə göndərilmişdir. Qeyd edilən dövrdə artıq Bərdə rayonunda yerləşən vərəm dispanserində stasionar müalicə şöbəsi mövcud olmadığından o, əlavə müayinələr üçün Bakı şəhərinə göndərilmiş, bundan sonra o, həmin vaxtı yaşadığı Saray qəsəbəsinə qayıdaraq qardaşı Azay Tənfiyevə Bakı şəhəri, Nizami rayonunda yerləşən 4 saylı Vərəm Dispanserinə göndəriş verildiyini demiş və qardaşı ilə birlikdə təxminən 2021ci ilin iyun-iyul aylarında ilkin olaraq həmin xəstəxanaya getmişdir. Qeyd edilən xəstəxanada onları Səadət adlı qəbul şöbəsinin müdiri qəbul etmiş, əvvəllər Səadət həkimi tanımamış, Səadət həkimi yalnız xəstəxanaya müraciət edən zaman tanımış, Səadət həkimin qəbulunda olan zaman o, Səadət həkimə vəziyyətini, yəni təxminən 10 il müddətinə xəstəliyi ilə əlaqədar əlillik pensiyası aldığını, lakin həmin pensiyasının kəsildiyini demişdir. Bu zaman Səadət həkim ona və qardaşına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillik ilə bağlı rəy verən komissiyasında kifayət qədər tanışları olduğunu, həmin tanışları ilə danışıb onun pensiyasını bərpa etdirəcəyini, həmin komissiya üzvlərindən əlilliklə bağlı müsbət rəy alınması üçün təxminən 1300 və ya 1400 manat pul verməli olduğunu demiş, o, həmin pulu kimə verməli olduğunu soruşduqda Səadət həkim pulu ondan alıb komissiya üzvlərinə verəcəyini demişdir. O, həmin vaxt bir az fikirləşdikdən sonra Səadət həkimlə razılaşmış, lakin Səadət həkimə o qədər pulu olmadığını, yanına gəldikcə hissə-hissə həmin pulu verə biləcəyini demiş, Səadət həkim buna etiraz etməmiş, əlavə onsuz da əvvəlcə onun müayinələrdən keçməli olduğunu və komissiyaya təqdim olunması üçün tibbi sənədlər toplanılmalı olduğunu qeyd etmişdir. 2021-ci ilin iyul ayında o, yenidən qardaşı ilə qeyd edilən xəstəxanaya qayıtmış, qardaşı həmin vaxtı siqaret çəkmək üçün həyətdə gözləmiş, o, isə Səadət həkimin otağına getmiş, həmin vaxtı o, 350 manat nağd pulu Səadət xanımın xidməti otağında əlbəəl vermiş, xəstəxanaya gəlmişkən Səadət həkimin göndərişi ilə 4 saylı Vərəm dispanserində müxtəlif analizlərdən keçmişdir. Həmin analizlərin nəticəsini Bərdə rayonunda yerləşən Vərəm kabinetinə apararaq təqdim etmiş, Bərdə rayonunda Vərəm kabinetində ona analizlərin yetərli olmadığını spirometriyadan keçməyin vacib olduğunu dedikləri üçün o, yenidən Bakı şəhərinə qayıdaraq qardaşı ilə birlikdə Səadət həkimə müraciət etmişdir. Səadət həkim otağında olan zaman ona spirometriya müayinəsinin başqa xəstəxana olan X2 aparıldığını deyərək həmin müayinə üçün göndərişi həmin instituta yazacağını demiş, eyni zamanda həmin xəstəxananın həkimləri ilə danışıb analizin cavabının müsbət alınması üçün X3 həkimlərinə 400 manat pul verməli olduğunu və onun həmin pulu institutun həkiminə çatdırması üçün özünə verməli olduğunu demiş, həmçinin Səadət həkim analiz üçün veriləcək pulun ekspert komissiyasına aidiyyəti olmadığını, bu pulun X2 spirometriya analizi üçün verildiyini demişdir. Həmin vaxt təxminən 2021-ci ilin iyul ayı olmuş, onun üzərində pul olduğu üçün qeyd edilən 400 manat məbləğində pulu Səadət həkimə xidməti otağında əlbəəl qaydada qardaşı Azayın yanında vermiş, tezliklə əlilliyini almaq istəmiş, o, hər dəfə Səadət həkimin yanına gələndə üzərində bir miqdarda pul götürürmüş, çünki Səadət həkimin ondan istədiyi əlilliklə bağlı komissiya üzvlərinə verilməsi üçün 1300-1400 manat məbləğində pulu hissə-hissə verəcəyinə dair söz vermişdir. Həmin vaxtı yenidən Səadət həkim ona və qardaşına narahat olmamalarını spirometriya, yəni nəfəs analizinin ETAXİ-də veriləcəyini, analizlərin nəticələrini təqdim etmələrini demiş, o, göndəriş əsasında ETAXİ-a gedərək orada spirometriyadan keçmək üçün Afət həkimin yanına getmiş və təxminən 2021-ci ilin iyul ayında spirometriya müayinəsindən keçmişdir. Daha sonra müayinə nəticələrini Bərdə rayon Vərəm kabinetinə aparmış, həmin ərəfədə Səadət həkim ona tibbi sənədlərin tam toplanılması üçün təxminən bir ay özünün işlədiyi xəstəxanada stasionar qaydada yatıb müayinə və müalicə olunmasının vacib olduğunu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının üzvlərindən onun işini xahiş edəndə komissya üzvlərinə hətta xəstənin stasionar qaydada xəstəxanada da yatmasını deyəcəyini bildirmişdir. Həmin vaxtı qohumlarından şəhid olduğuna və yas mərasimi olduğuna görə aradan bir az uzun vaxt keçmiş, 2022-ci ilin fevral ayında o, yenidən qardaşı ilə birlikdə Səadət həkimin yanına gəlib əlillik komissiyasının üzvlərinə veriləsi puldan daha 400 manat pulu Səadət həkimə iş otağında vermişdir. Səadət həkim yenə ona əlillik dərəcəsi almaq üçün stasionar qaydada xəstəxanada təxminən bir ay yatmasının vacib olduğunu, bu barədə sənədlər olmasını və komissiya üzvlərinə bunu deyəcəyini bildirmiş, o, əlillik almaq istədiyi üçün buna etiraz etməmiş və Səadət həkim onu 4 saylı Vərəm Dispanserinə qəbul edib stasionar müayinəyə yazacağını, onun adına stasionar karta açacağını, dispanserin qəbul şöbəsinin müdiri olduğu üçün bu məsələnin özünə aid olduğunu bildirmiş, lakin buna baxmayaraq o, yalnız 2022-ci ilin aprel-may aylarında xəstəxanada stasionar müalicə almışdır. Belə ki, 25 aprel 2022-ci il tarixdə Səadət həkim xəstəxananın qəbul şöbəsində onun adına xəstəlik tarixi açaraq onu xəstəxananın stasionar şöbəsinə müayinə və müalicəyə qəbul etmiş, orada o, 25 may 2022-ci il tarixədək müayinə və müalicə olunub çıxmış, Səadət həkim onlarla özünün ***-***-**-** nömrəli telefonu vasitəsi ilə istifadəsində olan ***-***-**-** nömrəli telefonu ilə əlaqə saxlayaraq həmin pensiya işinin tezliklə həll ediləcəyini bildirmiş, bu müddət ərzində onlar Səadət həkimlə tez-tez telefon vasitəsi ilə əlaqə saxlamış, bundan sonra onun stasionar qaydada müalicə almağı barədə sənədləri toplayaraq yenidən Bərdə rayonunda yerləşən komissiya vasitəsi ilə Tibbi Sosial Ekspert Komissiyasına müraciət etmişdir. Lakin xx.xx.2022-ci il tarixdə imtina gəldiyinə görə o, qardaşı ilə birlikdə yenidən Səadət həkimə müraciət etmiş, Səadət həkim spirometriya analizlərinin 6 ay ərzində etibarlı olduğunu demiş və əlavə olaraq onun yenidən X2 spirometriya analizi verməli olmasını və bunun üçün həmin institutun həkiminə analizin cavabının müsbət yazılması üçün 400 manat verilməli olmasını demiş, bundan sonra o, orada Səadət həkimə 400 manat pulu analizin cavabının müsbət yazılması üçün X3 həkiminə çatdırılması məqsədilə vermişdir. Analiz verib müayinə nəticələrini də götürərək yenidən Səadət həkimin yanına getmiş, Səadət həkim otaqda olan zaman ona və qardaşına narahat olmamalarını, spirometriya analizlərindən sonra pensiya düşəcəyini bildirmiş və komissiya üzvlərinə verilməsi üçün yekun qalan 600 manatı vermələrini istəmiş, həmin vaxtı onun üzərində qeyd edilən pul vəsaiti olmadığı üçün o, evə qayıtmışdır. 28 sentyabr 2022-ci il tarixdə o, qardaşı ilə birlikdə Səadət həkimin işlədiyi xəstəxanaya gedərək xidməti otağında Səadət həkimə 500 manat pul vermiş, o, Səadət həkimə həmin vaxt 100 manat pulu tapa bilmədiyini bildirmiş, Səadət həkim ona 100 manat pulu özünün qoyacağını, 100 manatı sonradan qaytarmalı olduğunu demiş, o, həmin vaxt razılaşmış və qardaşı ilə birlikdə getmişdir. Bundan təxminən 10 gün sonra Səadət həkim özünün ***-***-**-** nömrəli telefonu ilə onun istifadəsində olan ********** nömrəli “WhatsApp”ına səsli mesajlar göndərərək 100 manatının verilməsini istəmiş, o da buna görə sonuncu dəfə 18 oktyabr 2022-ci il tarixdə günorta radələrində Səadətin ona göndərdiyi adını xatırlamadığı şəxsin adına olan karta 100 manat pulu Saray qəsəbəsindəki “Natiq” marketdən göndərmiş, lakin onun adına toplanmış yekun sənədlər pensiyanın təyin edilməsi üçün göndərilsə də, yenidən ona imtina gəlmişdir. Həmin müddətdən sonra o və qardaşı dəfələrlə Səadət həkimlə əlaqə saxlamağa çalışsa da, Səadət onların telefonuna cavab verməmiş, o, hissə-hissə olmaqla Səadət həkimə ümumilikdə 2150 manat pul vermiş, ona 2150 manat maddi ziyan dəymiş, həmin pullardan Səadət həkim 800 manatını X2 spirometriya analizinin cavabının müsbət alınması üçün həmin institutun həkiminə verəcəyi adı ilə, qalan 1350 manatını isə Tibbi Sosial Ekspert Komissiyasının üzvlərinə vermək adı ilə almışdır. Qeyd etdiyi kimi, həmin pulları hissəhissə olmaqla o, Səadət həkimə Bakı şəhəri, Nizami rayonunda yerləşən 4 saylı Vərəm Dispanserində yerləşən iş otağında vermiş, bütün pulları verən zaman qardaşı iştirak etmiş, yekun 100 manat isə tərəfindən “e-manat” aparatı vasitəsi ilə Səadət həkimə göndərilmişdir. Səadət həkimin yanına ilkin olaraq gedən zaman Səadət həkim ona uzun müddətdir ki, xəstəxananın qəbul şöbəsinin müdiri işlədiyini və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında tanışları olduğunu demiş, həmin tanışlarından xahiş edib xəstəliyi ilə əlaqədar pensiya ala bilməsi üçün əlillik dərəcəsi verdirəcəyi vədini vermiş, pulu da ondan istəyəndə komissiya üzvlərinə verəcəyini demiş, lakin komissiyadan onun əlilliyindən imtina cavabı gəldikdən və Səadət həkimin onun zənglərinə cavab vermədikdən sonra Səadətin onu aldatdığını başa düşmüşdür. Səadət onun hər-hansı tanışı olmamış, ondan aldığı pul vəsaitlərini özünə götürmüş, Səadət həkim ona konkret olaraq ad, soyad deməmiş, yalnız onu bildirmişdir ki, pulları tanışları olan Tibbi Sosial Ekspert Komissiyasının hansısa üzvlərinə verəcəkdir, əlavə 800 manatı isə ondan X2 spirometriya analizinin cavabının müsbət alınması üçün həkimə vermək adı ilə almış, həmin həkimin adını ona deməmiş, o, göndəriş əsasında X3 Afət və Arif adlı həkimlərin müayinəsində olmuş, lakin Səadət həkimin həmin həkimlərə pul verib-verməməsini bilmir. Şahid X9 ərizə ilə məhkəməyə müraciət edərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, heç bir əlavəsinin olmadığını bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid X6 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı bacısı- Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid3 ərizə ilə məhkəməyə müraciət edərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 2001-ci il tarixdə Tibb Universitetini bitirdikdən sonra hazıradək X1 İnstitutunda həkim işləyir, xəstə Zərərçəkmiş şəxs işlədiyi xəstəxanaya spirometriya müayinəsi üçün müraciəti ilə əlaqədar tanımış, Zərərçəkmiş şəxs ilə heç bir ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs həkim kollegiyası olaraq tanıyır, Təqsirləndirilən şəxs ilə münasibətləri çox yaxın olmamış, sadəcə həkim əməkdaş olaraq tanımış, xəstə 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onun tərəfindən 4 saylı Vərəm Dispanserinin göndərişi əsasında 2 dəfə spirometriya müayinəsindən keçirilmiş, belə ki, xəstə Zərərçəkmiş şəxs ilkin olaraq xx.xx.2021-ci il tarixdə işlədiyi X1 İnstitutuna 4 saylı Vərəm Dispanserinin həkimi Təqsirləndirilən şəxs göndərişi əsasında müraciət etmiş, qeyd edilən müraciət əsasında xəstə Zərərçəkmiş şəxs tərəfindən spirometriya müayinəsi aparılmış, müayinə nəticəsində xəstədə qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu qeyd edilmiş və tərəfindən müvafiq nəticələr xəstənin analiz vərəqəsində qeyd edilmişdir. Qeyd edilən müayinə nəticəsi əsasında həkim-ftiziatr Şahid4 tərəfindən müvafiq ambulator karta tərtib edilərək 4 saylı Vərəm Dispanserinə təqdim edilməsi üçün xəstə Zərərçəkmiş şəxs təhvil verilmiş, Zərərçəkmiş şəxs işlədiyi xəstəxanaya ikinci müraciəti isə 4 saylı Vərəm dispanserinin qəbul şöbəsinin müdiri Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli, 10164 saylı göndərişi əsasında həmin tarixdə həyata keçirilmiş, həmin tarixdə xəstə yenidən tərəfindən ETAXİ-in spirometriya müayinəsi otağında qəbul edilərək orada spirometriya müayinəsi aparılmışdır. Tərəfindən aparılmış müayinə zamanı xəstə Zərərçəkmiş şəxs yenidən qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu qeyd edilmiş və müvafiq nəticələr xəstənin analiz vərəqəsində qeyd edilmiş, qeyd edilən müayinə nəticəsi əsasında həkimftiziatr Şahid4 tərəfindən müvafiq ambulator karta tərtib edilərək 4 saylı Vərəm Dispanserinə təqdim edilməsi üçün xəstə Zərərçəkmiş şəxs təhvil verilmişdir. Qeyd etdiyi kimi o, Təqsirləndirilən şəxs həkim əməkdaş olaraq xəstələrin göndərişini verən 4 saylı Vərəm dispanserinin qəbul şöbəsinin həkimi olaraq tanımış, Təqsirləndirilən şəxs ilə şəxsi tanışlığı yoxdur, Təqsirləndirilən şəxs tərəfindən xəstə Zərərçəkmiş şəxs işlədiyi ETAXİ-na spirometriya müayinəsinə göndərilən zaman spirometriya analizləri nəticələrinin müsbət yazılması barədə ondan hər-hansı xahişi olmamış, qeyd edilən hallara işlədiyi xəstəxanada tərəfindən yol verilmir. Xəstə Zərərçəkmiş şəxs tərəfindən 2021 və 2022-ci ilin qeyd etdiyi tarixlərində spirometriya müayinəsindən keçirilmiş və aşkar olunmuş nəticələr onun tibbi sənədlərinə reallığa uyğun qeyd edilmiş, Təqsirləndirilən şəxs tərəfindən xəstə Zərərçəkmiş şəxs barəsində analiz nəticələrinin müsbət yazılması barədə ona müraciət edilməmiş, Zərərçəkmiş şəxs əlillik dərəcəsinin düzəlməsi müqabilində 4 saylı X7 qəbul şöbəsinin müdiri Təqsirləndirilən şəxs ümumilikdə 2150 manat məbləğində pul verməsi, Təqsirləndirilən şəxs həmin pulun 800 manatını, 2 dəfə 400 manat olmaqla spirometriya analizləri üçün həkimə verilməsi adı ilə alması haqqında hər-hansı məlumatı yoxdur. O, xəstə Zərərçəkmiş şəxs müayinəsi ilə bağlı kimsədən hər hansı məbləğdə pul almamış, nə Təqsirləndirilən şəxs, nə də ki, Zərərçəkmiş şəxs ona hər-hansı məbləğdə pul verməmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs spirometriya analizlərinin müsbət yazılması müqabilində pul vəsaitinin alınması barədə məlumatı yoxdur. Şahid5 ərizə ilə məhkəməyə müraciət edərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 2005-ci il tarixdən 4 saylı Vərəm əleyhinə dispanserdə tibb bacısı vəzifəsində işləyir, tibb bacısı olaraq vəzifələri rəhbərlik və tabe olduğu həkim heyətinin göstərişlərini icra etməkdən ibarətdir. Qeyd edilən xəstəxanada sonuncu dəfə qəbul şöbəsində işləmiş və şöbə müdiri Təqsirləndirilən şəxs tibb bacısı olmuş, əsas iş fəaliyyəti qəbul şöbəsində tekniki tibbi sənədlərin yazılmasından, tibbi kartaların tərtib edilməsindən ibarət olmuş, xəstə Zərərçəkmiş şəxs əvvəllər tanımamış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Qeyd edilən xəstəni o, Səadət xanımın göndərişi əsasında qəbul və müayinə etməsi ilə bağlı tanımış, xatırladığı qədəri ilə xəstə Zərərçəkmiş şəxs dispanserə 2021-ci ilin ortalarında qardaşı ilə müraciət etmiş, həmin vaxtı xəstə və qardaşı Səadət həkimin dispanserin 1-ci mərtəbəsində yerləşən xidməti otağında görüşmüş, bundan sonra Səadət həkimin yanına bir neçə gəlişləri olmuş, 2021-ci ilin aprel ayının 25-də qəbul şöbəsinin müdiri Təqsirləndirilən şəxs ona xəstə Zərərçəkmiş şəxs xəstəliyi ilə əlaqədar stasionar şöbəyə yerləşdirəcəyini bildirmiş və ona Zərərçəkmiş şəxs adına stasionar müayinə kartasının açılması barədə göstəriş vermiş, bundan sonra tərəfindən Zərərçəkmiş şəxs adına xx.xx.2022-ci il tarixdə 254 nömrəli stasionar karta tərtib edilmişdir. Qeyd edilən stasionar tibbi kartanın birinci vərəqəsində olan xəstə barədə ilkin məlumatlar, yəni klinik diaqnoza kimi olan hissəsi onun tərəfindən yazılmış, qeyd edilən karta tərtib edildikdən sonra Səadət xanım xəstənin stasionar müalicəsini təşkil etmək üçün zəruri tədbirləri görmüş, o, sadəcə qevd edilən kartanın birinci vərəqəsində olan məlumatları yazmış, Zərərçəkmiş şəxs bütün gəlişlərində Səadət həkimin qəbulunda olmuş, müayinələrə Səadət həkim tərəfindən göndərilmişdir. Stasionar müayinəyə ehtiyac olması qərarı Səadət həkim tərəfindən verilmiş, bundan sonra baş verən hadisələrin şahidi olmamış, xəstə Zərərçəkmiş şəxs tərəfindən dispanserin qəbul şöbəsinin müdiri Təqsirləndirilən şəxs hər-hansı məbləğdə pul vəsaitlərinin verilməsinin şahidi olmamış, Səadət həkim xəstələri, eləcə də, Zərərçəkmiş şəxs xidməti otağında qəbul etmiş, o, həmin otaqda olmamış, Xatirə və Səadət həkim arasında keçən danışıqların, Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs hər-hansı məbləğdə pul verilməsinin şahidi olmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.3 və 308.1-ci maddələri ilə cinayət işi başlanılmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 308.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nizami rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü məhkumluq barədə məlumatdan görünür ki, əməliyyatsorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. - xx.xx.2025-ci il tarixli, 4889 və 23752 nömrəli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 500 manat və 40 manat olmaqla, cəmi 540 manat pul vəsaiti, yəni dəymiş 2150 manat ziyanın 25 faizi dövlət büdcəsinə ödənilmişdir. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixli, 23650 nömrəli ödəniş qəbzi iş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materialında saxlanılmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(007)-11/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və cinayət işinin icraatına həmin hissədə xitam verilməsi qərara alınmışdır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə və əhalinin sağlamlığının qorunması və sosial müdafiəsi sahəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla nəticələnən, vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətini törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 308.1-ci maddəsinə əsasən, vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda –iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəməklə onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, törədilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin xarakterinə görə Təqsirləndirilən şəxs əlavə cəza - dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikasının CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikasının CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarında Plenum qərara almışdır ki, CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Azərbaycan Respublikasının CPM-nin 346.1.19-346.1.20-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan xx.xx.2022-ci il tarixli, 23650 nömrəli ödəniş qəbzi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, “Kaspian” Vəkil Bürosunun vəkili Müdafiəçi müqavilə əsasında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmişdir, ona görə CPM-nin 193-cü maddəsinin tələbləri baxımından həmin vəkilə münasibətdə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, barəsində 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 2000 (iki min) manat miqdarında cərimə cəzası təyin edilsin. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan xx.xx.2022-ci il tarixli, 23650 nömrəli ödəniş qəbzi cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-11/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-11/2025
28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver