Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-110/2021 12.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1982-ci ildə Sabirabad rayonu, Qaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sabirabad rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, 4 saylı evin 37 saylı mənzilində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx xxxxxxx 2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 119 ünvanında yerləşən Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” nəqliyyat mübadilə mərkəzinin sərnişin daşınma platformasında dayanmış 173 saylı marşrut üzrə “Daewoo” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna daxil olaraq orada sərnişin qismində olan əvvəllər qeyri-rəsmi ərarvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs yaxınlaşaraq aralarında olan münasibətləri aydınlaşdırmaq üçün sonuncunun qolundan tutub zorla avtobusdan düşürtməyə cəhd etmiş, Zərərçəkmiş şəxs imtina etdikdə isə bunu bəhanə gətirib, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ilə mübahisə edib, özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə üstün qoymaqla, ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək qərəzli hərəkətlər edib ictimai yer olan avtobusda digər sərnişinlərin narahatçılığına səbəb olmaqla yüksək səslə nalayiq ifadələr işlədərək onların gözü önündə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs üzərinə hücum edib onu yerə yıxaraq baş və ayaq nahiyyələrinə qəsdən əl və təpiklə çoxsaylı zərbələr endirib sonuncunu döyərək, ona ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilmiş sağ təpə-gicgah nahiyəsinin şişkinliyi, sağ budun bayır və sol budun ön-bayır səthinin hematomaları və sağlamlığa zərər vurmadıqlarından dərəcələri təyin edilməyən hər iki budun qançırları bədən xəsarətlərini yetirərək, marşrut avtobusunun fəaliyyətini uzun müddət ərzində pozaraq xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, müxtəlif restoranlarda inzibatçı vəzifəsində çalışmışdır. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə azadlıqdan məhrum olunmuşdur. Həmçinin, xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Zərərçəkmiş şəxs 4 ildir ki, tanıyır. Onunla sevgi, qeyri-rəsmi ər-arvad münasibətləri olmuşdur. Müxtəlif zamanlarda onunla Xəyalə aralasında münaqişələr baş vermişdir. Xəyalə Xətai rayonu, UPD qəsəbəsində yerləşən dörd mərtəbəli “ASPA” tədris mərkəzinin İ mərtəbəsində yerləşən “X-nails” gözəllik salonununda işçi kimi işlətmişdir. 2020-ci ilin fevral ayında o, Xəyaləyə 550 manat pul vermişdir ki, salona televizor alsın. Xəyalədə həmin pula markasını xatırlamadığı televizoru almışdır. 2020-ci ilin avqust ayından o, Xəyalə ilə ayrılmaq qərarına gəlmişdir. Lakin Xəyalə onunla razılaşmamışdır, bildirmişdir ki, ondan ayrılsa onun başına oyun açacaq, onu tutduracaq. Bundan sonra onların aralarında münasibətləri pozulmağa başlamışdır. xx xxxxxxx 2020-ci il tarixdə saat 20 radələrində Xəyalənin onun barəsində şikayət etməsi ilə əlaqədar Sabunçu RPİ-nin 15-ci PB-nə getmək üçün Nizami rayonu, “Koroğlu” metrostansiyasının yaxınlığında, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 119 ünvanında yerləşən Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” nəqliyyat mübadilə mərkəzində 173 saylı marşurut avtobusunun dayanacağına gəlmişdir. Orada olan zaman təsadüfən Xəyaləni və yanında qızı Cəmiləni, əlində televizoru görmüşdür. Bundan sonra Xəyalə və Cəmilə avtobusun arxa qapısından avtobusa, o, isə qabaq qapıdan avtobusa daxil olmuşdur. Avtobusda o, sərnişinlərin yanında Xəyaləyə avtobusdan düşməsini və televizoru qaytarmalı olduğunu Xəyalədən tələb etmişdir. Xəyalə isə ona sərnişinlərin yanında qışqıraraq “sən kimsən düş aşağı” deyərək ona iradını bildirmişdir. Bu vaxt sürücü Turala irad bildirmişdir ki, “sən xanımla niyə mübahisə edirsən, avtobusu tərk et” dedikdə, o, sürücüyə tərəf baxıb “yaxşı edirəm, sən işinlə məşğul ol” demişdir. Bu vaxt o, sürücünü tanıdığını, onun Xəyalənin əmisi Elşən olduğunu görmüşdür. Sonra o, Elşənə heç bir söz demədən sakitcə avtobusdan düşüb oradan uzaqlaşmaq istədikdə Elşən arxadan onu çağırıb “dayan söhbət edək, nə baş verib” deməsi ilə platformada xidmət aparan polislər bunu görüb ona yaxınlaşıb özlərini təqdim edərək onu xidməti postlarına dəvət etmişlər. Polislər nə baş verdiyini soruşduqda o, onlara demişdir ki, Xəyalə ona məxsus televizoru özü ilə apardığından və qaytarmadığı üçün onunla mübahisə etmişdir. Bundan sonra Xəyalə gəlmiş və DİN-nin 102 zəng mərkəzinə zəng edib məlumat vermişdir. Bir az vaxt keçdikdə hadisə yerinə Nizami RPİnin 23-cü PB-nin əməkdaşları gəlmişlər. Zərərçəkmiş şəxs ilə aralarında sözlə mübahisə olmuşdur. O, hadisə zamanı Zərərçəkmiş şəxs döyməmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs toxunmamışdır, avtobusun sürücüsü sonuncunun doğma əmisidir və əmisi ona telefon danışığı zamanı onun Xəyaləni vurmasını görmədiyini bildirmişdir. Sonda Təqsirləndirilən şəxs, təqsirinin olmadığını nəzərə alaraq, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban 25 ünvanında qeydiyyatda olmaqla Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağlar massivi 159 T ünvanında qızı Cəmilə, oğlu Davud və valideynləri ilə birlikdə yaşayır. Həyat yoldaşı 2018-ci ildə dünyasını dəyişmişdir. Xətai rayonu, “UPD” qəsəbəsində yerləşən “Aspa” tədris mərkəzinin dörd mərtəbəli inzibati binasının İ mərtəbəsində yerləşən “X-nails” gözəllik salonunu işlədir. Həmin salonun bütün xərclərini, təmir işlərini və kirayə haqqını atası ödəmişdir. Eyni zamanda salonun içərisində olan bütün əşyaları pulunu atası vermiş, o, isə həmin pulla əşyaları və qeyd edilən “Emerson” markalı televizoru almışdır. 2018-ci ilin avqust ayından Təqsirləndirilən şəxs ilə şəxsi tanışlığı yaranmışdır, onunla qeyri-rəsmi ər–arvad münasibətləri olmuşdur. Lakin sonradan münasibətlərində soyuqluq yarandığı üçün o, Turaldan ayrılmaq qərarına gəlmiş, bu barədə Turalın özünə desə də sonuncu, onun bu qərarı ilə razılaşmamışdır. Beləliklə, aralarında söz söhbət başlamışdır. xx xxxxxxx 2020-ci il tarixdə axşam saatlarına qədər qızı Cəmilə ilə birlikdə Xətai rayonu, “UPD” qəsəbəsində yerləşən “X-Nails” gözəllik salonunda olmuşlar. Təxminən axşam saat 19 radələrində o, qızı Cəmilə ilə Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “Bağlar” massivində yerləşən evlərinə getmək üçün salonu bağlayıb, Nizami rayonu, “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən, Heydər Əliyev prospekti 119 ünvanında BNA-nın “Koroğlu” nəqliyyat mübadilə mərkəzinin platformasında 173 saylı sərnişin avtobusunda əyləşmişlər. Onlar sərnişin avtobusunun hərəkət etmə vaxtını gözləyən zaman Tural avtobusa minib onların əyləşdikləri oturacağa yaxınlaşıb, qolundan tutaraq avtobusdan zorla düşürməyə çalışmışdır. Lakin o, uca səslə Turala iradını bildirərək onu narahat etməməsini, eyni zamanda avtobusdan düşməsini tələb etmişdir. Tural da avtobusda sərnişinlərin çox olmasını görüb avtobusdan düşmüş, təxminən 3-5 dəqiqə sonra Tural yenidən avtobusa daxil olaraq onun üzərinə hücum edib onu nalayiq ifadələrlə söyüb təhqir edərək qolundan tutub yerə yıxıb təpik ilə ayağından və başından vuraraq ona xəsarət yetirmişdir. Bu vaxtı qızı Cəmilə Turala mane olmaq məqsədi ilə uzaq durmasını bildirmiş, lakin Tural qızını da təhqir etmişdir. Həmin vaxt avtobusda olan tanımadığı sərnişinlər onu Turalın əlindən almaq istəsələr də, sonuncu heç kimə məhəl qoymaraq hərəkətlərinə davam etmiş, təpiklə və əlləri ilə vuraraq ona xəsarət yetirmişdir. Sərnişinlər çətinliklə olsa da Turalı ondan aralaşdıraraq, avtobusdan düşürmüşlər. Bundan sonra Tural oradan uzaqlaşan zaman yaxınlıqda olan polis əməkdaşları Turalı platformada saxlamışlar. Belə olan halda o, da qızı ilə birgə avtobusdan düşərək baş vermiş hadisə barədə DİN-nin 102 zəng mərkəzi sisteminə zəng edərək məlumat vermişdir. Bir az keçdikdən sonra Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları hadisə yerinə gəlmişlər, Turalı və onları 23-cü PB-nə dəvət etmişlər. Turalın onu döyməsi ilk hal deyil, əvvəllər də onu döyərək xəsarət yetirməsi barədə şikayət ərizələri olmuşdur. Münaqişə 10-15 dəqiqə ərzində davam etmiş, həmin vaxt avtobusda tanımadığı adamlar olmuşdur. Bundan əlavə, Şahid6 onun əmisi oğludur. O, Elşənin marşurut avtobusunda sürücü işləməsini bilmiş, ancaq onun məhz 173 saylı marşurut avtobusunun sürücüsü olmasından xəbərsiz olmuşdur. Hadisə zamanı Turalın onu avtobusda döyməsini Elşən görməmişdir. Həmin vaxt o, avtobusda olmamışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs yalandan bildirmişdir ki, guya Xətai rayonu, “UPD” qəsəbəsində yerləşən “Aspa” tədris mərkəzinin dörd mərtəbəli inzibati binasının İ mərtəbəsində yerləşən “X-nails” gözəllik salonunda onu işçi kimi işlədib, 2020-ci ilin fevral ayında salon üçün televizor aldırıb. Belə ki, həmin salona Turalın birbaşa aidiyyəti olmayıb, salonu o, özü tapmış və 2020-ci ilin mart ayından orada işə başlamışdır, salonun təmiri, avadanlığı, xərcləri və televizorun alınması atası Şahid4 puluna baş tutub. Salonda o, tək özü işləmişdir, başqa işçisi olmamışdır. Televizoru da o, özü “Sədərək” Ticarət Mərkəzindən almışdır və sənədi ondadır, bu sənədi könüllü olaraq istintaqa təqdim etmişdir. Koronovirusla bağlı salonda işləri dayanmış, sonra yenə müvəqqəti bərpa edilib və xx xxxxxxx 2020-ci ildə o, həmin yerdəki bu salonu bağlamaq, oradan çıxmaq qərarına gəlmişdir, çünki koronavirusa görə işləmək mümkün olmamışdır. Buna görə o, bundan əvvəlki günlər ərzində orada olan əşyalarını evinə aparmış, yalnız orada televizor qalmışdır. Ona görə də xx xxxxxxx 2020-ci ildə salona qızı Cəmilə ilə gəlmişdir ki, sonuncu ona kömək edə bilsin və axşam onlar evə qayıdanda həmin hadisə baş vermişdir. Sonda Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Qanuni nümayəndəsi X1 iştirakı ilə dindirilmiş Şahid1 məhkəmə iclasında anası, Zərərçəkmiş şəxs ifadəsi ilə oxşar məzmunlu ifadə verərək, Təqsirləndirilən şəxs tərəfindən onun anasının döyüldüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində bildirmişdir ki, o, hazırda Baş Mühafizə İdarəsinin Yasamal Rayon Mühafizə İdarəsində polis nəfəri vəzifəsində çalışır. Bakı şəhəri, Nizami rayonu, “Koroğlu” metrostansiyasının yaxınlığında, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 119 ünvanında yerləşən Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” nəqliyyat mübadilə mərkəzində iş yoldaşı Şahid2 ilə birlikdə xidmət edir. xx xxxxxxx 2020-ci il tarixdə onlar “Koroğlu” nəqliyyat mübadilə mərkəzinin inzibati ərazisində xidmətdə olarkən bir nəfər əvvəllər tanımadıqları şəxsin yaxınlıqda olan 3 nömrəli paltormadan dayanmış 173 saylı marşrut üzrə işləyən “Daevo” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı marşurut avtobusundan iti addımlarla qaçdığını müşahidə etmişlər. Həmin şəxsin ardınca 173 saylı avtobusun sürücüsü Şahid6, bir nəfər xanımın gedərək səslədiyini görmüşlər. Onlar dərhal həmin şəxsin ardınca gedib onu İİ paltformada yaxalayıb xidmət etdikləri posta dəvət etmişlər. Həmin şəxsin şəxsiyyəti müəyyən olunarkən onun Təqsirləndirilən şəxs olması aşkar olunmuşdur. Onlar Turaldan nə baş verməsini soruşduqda o, Xəyalə adlı qadının ona məxsus televizorunu vermədiyini səbəbindən mübahisə etməsini bildirmişdir. Bundan sonra onlar yaxınlaşıb sonradan adını bildikləri Zərərçəkmiş şəxs xidmət etdikləri posta dəvət etmişlər. Xəyalə yanında olmuş azyaşlı qızı ilə birlikdə postda gəlmiş, orada olan zaman məsələnin nə olduğu soruşduqda onlar Turalla birbrilərini ittiham etməyə başlamışlar. Daha sonra onlar Nizami RPİ-nin 23cü PB-nə zəng edib hadisə haqqında məlumat vermişlər. Bir az keçmiş 23-cü PB-nin əməkdaşları oraya gəlmiş, Təqsirləndirilən şəxs, Xəyal Həsənovanı və yanındakı azyaşlı qızı ilə birlikdə həmin əməkdaşlara təhvil vermişlər. Eyni zamanda o, həmin vaxt platformanın ərazisində xidmətdə olduğu üçün Təqsirləndirilən şəxs Xəyaləni 173 saylı marşurut avtobusunda döyməsini görmədiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində bildirmişdir ki, qızı Zərərçəkmiş şəxs öz övladı Cəmilə və oğlu Davudla onunla birlikdə yaşayırlar. Qızı Xəyalənin əvvəlki həyat yoldaşı Maqsud Həsənov 2018-ci ilin əvvəllərində rəhmətə getmişdir. 2018-ci ilin avqustunda qızı Xəyalə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur və münasibətləri yaranmışdır. Qızı özü Xətai rayonu, “UPD” qəsəbəsində yerləşən “Aspa” tədris mərkəzinin dörd mərtəbəli inzibati binasının İ mərtəbəsində yerləşən “X-nails” gözəllik salonunu müəyyən müddət ərzində xx xxxxxxx 2020-ci il tarixə kimi işlətmişdir, dəqiq tarixləri unutmuşdur. Həmin gözəllik salonunu işlədən ərəfədə salonun bütün xərcələrini, təmir işlərini və kirayə haqqını o, ödəmişdir ki, qızı işləyərək ailəsini dolandıra bilsin. Eyni zamanda salonun içərisində olan bütün əşyaların pulunu da o, vermişdir, qızı isə həmin pulla əşyaları və “Sədərək” Ticarət Mərkəzindən “Emerson” markalı televizoru almışdır. Bunu təsdiq edən sənəd Xəyalədə olmalıdır. Bundan sonra Təqsirləndirilən şəxs ilə Xəyalənin münasibətlərində soyuqluq yarandığı üçün Xəyalə ondan ayrılmaq qərarına gəlmişdir. Bu barədə Xəyalə Turalın özünə desə də sonuncu bununla razılaşmamışdır, aralarında söz-söhbət başlamışdır. Dəfələrlə Təqsirləndirilən şəxs qızı Xəyaləni təqib edərək, onu təhqir etmiş və döymüşdür. Bununla bağlı polisdə dəfələrlə araşdırma aparılmış, hətta 2 dəfə Tural inzibati qaydada həbs olunmuşdur. xx xxxxxxx 2020-ci il tarixdə baş vermiş hadisə ilə bağlı göstərə bilər ki, həmin gün təxminən 20-21 radələrində Xəyalə ona zəng edərək bildirmişdir ki, qızı Cəmilə ilə birlikdə avtobusla evə gəlmək istəyərkən Təqsirləndirilən şəxs Nizami rayonu, “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən Bakı Nəqliyyat Agentliyinin platformasında 173 saylı sərnişin avtobusunun içində digər sərnişinlərin gözü qarşısında xuliqanlıq edərək Xəyaləni döymüşdür və polis onları Nizami RPİ-nin 23-cü PB-nə aparmışdır. O, tez bu barədə DİN-nin “102 Xidmətinə məlumat verərək həmin bölməyə getmişdir və özü görmüşdür ki, həqiqətən bu fakt baş vermişdir və Xəyalənin üst-başı pis vəziyyətdədir, onun xəsarət alması aydın görünür. Təqsirləndirilən şəxs özü qızından əl çəkmir və hətta qapılarına gəlib səs-küy salmış, hadisəyə gələn polis əməkdaşlarına tabesizlik etmişdir və ona görə də tutulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 verdiyi ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Pirşağı qəsəbəsi, Ağa Əlizadə küçəsi döngə 3, ev 5-də yaşayır. 2019-cu il avqust ayından “Çinar MMC” sərnişin daşıma şirkətinin sürücüsü vəzifəsində işləyir. O, 173 saylı marşrut üzrə “Daevo” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı marşurut avtobusunu idarə edir. Qeyd etdiyi 173 saylı avtobusun marşurut istiqaməti Nizami rayonu, “Koroğlu” metrostanisyasının yaxınlığında yerləşən Heydər Əliyev prospekti 119 ünvanında Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” nəqliyyat mübadilə mərkəzinin sərnişin daşınma platformasından başlayıb Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Kürdəxanı, Zabrat və sonuncu Qızılqum sanatoriyasını əhatə edir. Zərərçəkmiş şəxs onun əmisi qızıdır. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır, onunla heç bir münasibəti olmamışdır. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, “Koroğlu” metrostanisyasının yaxınlığında yerləşən Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” nəqliyyat mübadilə mərkəzinin sərnişin daşınma platformasında sürücüsü olduğu 173 saylı marşurut avtobusunun marşuruta çıxma vaxtını gözləmişdir. Həmin vaxtı avtobusda təxminən 30-35 nəfər sərnişin əyləşmişdir. O da sükanın arxasında qəpik pulları saymışdır. Bu zaman sərnişinlərin arasında iki nəfər şəxsin qadın və kişinin bir-biri ilə mübahisə etdiyini eşitmişdir. Qadın həmin şəxsə “Nə düşmüsən arxamca, düş rədd ol get” demişdir. O, həmin qadının əmisiqızı Xəyalə olmasını həmin vaxtı bilməmişdir. Çünki hava qaranlıq olduğu üçün eyni zamanda sərnişinlərin çox olmasından onu tanımamışdır. Daha sonra o, avtobusdan çıxıb paltformada olan gözləmə zalına getmiş orada avtobusun marşuruta çıxma vaxtını gözləmişdir. Bir az keçmiş o, yenidən avtobusa qalxıb sükanın arxasına əyləşmişdir. O, sükanın arxasında olan zaman sonradan adını bildiyi Tural avtobusun içərisində giriş qapısının yanında dayanıb Xəyalənin avtobusdan düşməsini təkidlə tələb etdiyini görmüşdür. Elşən də sükanın arxasından qalxıb Turalın avtobusdan düşməsinin tələb edərək, Turala “Sən nə üçün sərnişini narahat edirsən demişdir”. Turalda ona heç bir söz demədən avtobusdan düşüb qaçmağa başlamışdır. O, da avtobusdan düşüb onun arxasınca baxan zaman platformda xidmət aparan polis əməkdaşları Turalı saxlamışlar. Xəyalə və qızı Cəmilə avtobusdan düşəndə Elşən onları görüb tanımışdır. Cəmilənin əlində bağlama olmuş, lakin onun nə olmasından xəbəri olmamışdır. Polis əməkdaşları Elşənə yaxınlaşıb nə baş verməsini soruşuduqda Elşən onlara Turalın sərnişin qismində əyləşmiş Xəyaləni narahat etdiyini polislərə bildirmişdir. Bundan sonra Xəyalə və Tural polis əməkdaşlarının yanında qalmışlar, o, isə avtobusun marşruta çıxma vaxtı olduğundan sərnişinləri ünvana aparmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 799 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ budun bayır və sol budun ön-bayır səthinin hematomaları, sağ təpə-gicgah nahiyəsinin şişkinlik halında əzilməsi; sağ budun arxa, sol budun bayır qançırları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2020-ci il tarixdə yarana bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Lokalizasiya və xarakterinə əsasən demək olar ki, xəsarətlərin şəxsin öz boyu hündürlüyündən yıxılması nəticəsində yaranması mümkün deyil, eləcə də şəxsin özü tərəfindən özünə yetiriməsi nəticəsində yaranması inandırıcı deyil. İş materiallarında olan “baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 119 ünvanında yerləşən Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” nəqliyyat mübadilə mərkəzinin sərnişin daşınma platformasında dayanmış 173 saylı marşrut üzrə “Daewoo” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunda xuliqanlıq edərək əvvəllər qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs bədən xəsarətləri yetirməsi təsdiqini tapmışdır. İş materiallarından görünür ki, cinayət işi üzrə üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq edərək onu xx xxxxxxx 2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 119 ünvanında yerləşən Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” nəqliyyat mübadilə mərkəzinin sərnişin daşınma platformasında dayanmış 173 saylı marşrut üzrə “Daewoo” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunda xuliqanlıq edib onu döyərək qəsdən bədən xəsarətləri yetirməkdə ifşa etmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə ifşa olunduğundan üzləşdirmə protokolunu imza etməkdən imtina etmişdir. İş materiallarında olan təkrar məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 365/2020 nömrəli rəyindən görünür ki, vətəndaş X.AHəsənovanın almış olduğu xəsarətlər sağ təpə-gicgah nahiyyəsinin şişkinliyi, sağ budun bayır və sol budun ön-bayır səthinin hematomaları; hər iki budun bayır qançırları - bərk küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2020-ci il tarixdə törənə bilərdilər, dərəcəsinə görə sağ təpə-gicgah nahiyəsinin şişkinliyi, hər iki budun önbayır səthinin hematomaları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, qançırlar isə sağlamlığa zərər vurmadıqlarından dərəcələri təyin edilmir. Xəsarətlər həyat üçün təhlükəli olmamışlar. Vətəndaş X.AHəsənovanın xəsarətlərinin lokalizasiya və xarakterləri onların istər şəxsin öz boyu hündürlüyündən sərbəst yıxılması nəticəsində əmələ gəlməsini, istərsə də özünün-özünə yetiriməsi nəticəsində yaranması inkar edilir. İş materiallarında olan maddi sübut kimi tanıma haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs öz ifadəsində göstərilən “Emersun” markalı televizorun onun tərəfindən alınmasını təsdiq edən 001516 nömrəli zəmanət talonu və 173 saylı marşrut üzrə “Daewoo” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun yol vərəqəsinin surəti maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarın 4-cü bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Cinayət işinin məhkəmədə baxılması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozmuş və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlər etmiş, ictimai yerdə, yəni Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 119 ünvanında yerləşən Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” nəqliyyat mübadilə mərkəzinin sərnişin daşınma platformasında dayanmış 173 saylı marşrut üzrə “Daewoo” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna daxil olaraq, Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək, digər sərnişinlərin narahatçılığına səbəb olmaqla yüksək səslə nalayiq ifadələr işlədərək onların gözü önündə Zərərçəkmiş şəxs üzərinə hücum edib onu yerə yıxaraq baş və ayaq nahiyyələrinə qəsdən əl və təpiklə çoxsaylı zərbələr endirib sonuncunu döyərək, ona ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilmiş sağ təpə-gicgah nahiyəsinin şişkinliyi, sağ budun bayır və sol budun ön-bayır səthinin hematomaları və sağlamlığa zərər vurmadıqlarından dərəcələri təyin edilməyən hər iki budun qançırları bədən xəsarətlərini yetirərək, marşrut avtobusunun fəaliyyətini uzun müddət ərzində pozaraq xuliqanlıq etmişdir. Bununla da Təqsirləndirilən şəxs öz davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmiş, özünü ətrafdakılara qarşı qoymuş və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərmiş, əxlaq normalarını kobud surətdə pozmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs vurmaması və hər hansı xəsarət yetirməməsi, xuliqanlıq cinayət əməlini törətməməsi barədə ifadəsi iş üzrə sübutlarla təkzib edildiyinə görə özünümüdafiə məqsədilə verilmiş sayılmalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx xxxxxx 2020-ci il tarixli tələbnaməsindən və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 151, 182.1 və 242-ci maddələri ilə, həmin Məcəllənin 66.3 və 68.1.3-cü maddələri tətbiq edilməklə, qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxx 2014-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs öz ifadəsində göstərilən “Emersun” markalı televizorun onun tərəfindən alınmasını təsdiq edən 001516 nömrəli zəmanət talonu və 173 saylı marşrut üzrə “Daewoo” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun yol vərəqəsinin surəti Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 15 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 25 iş saatı, cəmi 40 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 240 (iki yüz qırx) manat (40x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs öz ifadəsində göstərilən “Emersun” markalı televizorun onun tərəfindən alınmasını təsdiq edən 001516 nömrəli zəmanət talonu və 173 saylı marşrut üzrə “Daewoo” markalı **-TE- *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun yol vərəqəsinin surəti cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 40 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 240 (iki yüz qırx) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-110/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-110/2021
12.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver